Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 1(046)-8/2023 24.01.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Dövlət ittihamçısı3, müdafiəçi X1, zərərçəkmiş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1973-cü ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respulikasmm vətəndaşı, orta təhsilli, Göyçay şəhəri Mənzil İstismar Sahəsinin nəzdində "xxxx" MMC-nin sosial işçisi vəzifəsində işləyən, məhkum olunmamış, evli, himayəsində bir azyaşlı övladı olan, Göyçay rayon Şəhadət kəndində qeydiyyatda olmaqla, ünvan 1-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 23 radələrində ünvan 1 ünvanında yerləşən yaşadığı fərdi yaşayış evinin eyvanında orta dərəcəli sərxoş vəziyyətdə olarkən arvadı Samirə Qədirovadan ayrılmasına anası Zərərçəkmiş şəxs səbəb olmasını düşünərək anası ilə aralarında ailə münaqişəsi zəminində mübahisə yaratmış, həmin vaxt orada olan oğlu Şahid1 nənəsi Mirəsətə Əsədova ilə mübahisə etməsinə son qoymasını ona irad bildirməsi səbəbindən oğlunun paltarından yapışıb mübahisə etmiş, bu zaman onları aralaşdırmaq üçün araya girən anası Zərərçəkmiş şəxsm itələyib bir dəfə yumruqla sifət nahiyyəsindən qəsdən vuraraq Mirəsətə Əsədovaya burun bel nahiyəsi ətrafında qızartı fonunda sıyrılmış yara, burun beli yumşaq toxumanın şişkinliyi, tənəffüs aktının sağ burun dəliyində tamamilə pozulması və travmatik burun qanaxması kimi dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs anasıdır. xx.xx.2022-ci il tarixdə gündüz vaxtlarından axşam vaxtlarınadək spirtli içki qəbul etmişdir. Həmin gün xalası qızı Məhluqə onlara qonaq gəlmişdir. Həmin gün saat 23 radələrində yaşadıqları evdə olan zaman sərxoş vəziyyətdə olmuşdur. Bir neçə ay əvvəldən həyat yoldaşı Samirə ilə münasibətləri pozulması yadına düşdüyü üçün anası Mirəstə ilə aralarında bu mövzuda münaqişə yaranmışdır. Belə ki, anası Mirəstə həyat yoldaşı Samirəni evdən qovduğu üçün ona məxsus paltarlarını yuyan olmadığından üst-başından pis qoxu gəlmiş, buna görə də anası Mirəstəyə ailəsini anasının dağıtdığını, arvadı ilə ayrılmaqlarına anasının səbəb olduğunu irad bildirmişdir. Buna baxmayaraq anası Mirəstə onu aldadaraq evdə olmayan zaman Samirənin guya xəstələnməsi bəhanəsi ilə evdən yola salmasını ona demişdir. Həmin vaxt həddindən artıq sərxoş olduğu üçün anasının bu sözləri ona acıq gəlmiş, anası Mirəstə ilə ilkin olaraq söz mübahisəsi etmiş, bu zaman evdə olan oğlu Tahir ona irad bildirmişdir. Həmin vaxt Tahirin ondan kiçik olmasına baxmayaraq oğlunun ona irad bildirməsindən əsəbiləşmiş, buna görə də oğlu ilə aralarında söz mübahisəsi yaranmışdır. Oğlu Tahir onu qolundan tutub həyətə düşürmək istədikdə, oğlunun onu vurmaq istəməsini düşünərək oğlunun qolundan tutmuş, bu zaman onlar qarşılıqlı olaraq bir-birilərinin paltarından tutaraq yaxalaşmışlar. Həmin vaxt anası Mirəstə onu aralaşdırmaq istəyəndə anası Mirəstəni kənara itələmiş və sonuncu yerə yıxılmışdır. Düşünmüş ki, ola bilsin anası yerə yıxılan zaman burnundan xəsarət almışdır. Bir qədər sonra da oğlu Tahir DİN-in 102 xidmətinə zəng edib müraciət etdikdən sonra evlərin polis əməkdaşları gəlmişdir. Törətdiyi əməldən peşmandır. Hazırda Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş ziyanı tam ödəmişdir. Buna görə də məhkəmədən xahiş etmişdir ki, zərərçəkmişlə barışması barədə ərizəsi nəzərə alınsın və barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. xx.xx.2022-ci il tarixdə oğlu Azər gün ərzində davamlı olaraq spirtli içki qəbul etmişdir. Həmin gün saat 23 radələri olmuşdur. Azərə yemək verdikdən sonra əvvəlcə yeməyi bəyənmədiyi üçün onunla söz mübahisəsi yaratmış, həmin vaxt ona öz iradını bildirib sakit dayanmasını bildirsə də, ailəsinin dağılmasına onun səbəb olduğumu deyərək daha da kəskin mübahisə etməyə başlamışdır. Bu zaman nəvəsi, yəni Azərin oğlu Tahir atasına iradını bildirərək onunla mübahisə etməməsi üçün həyətə düşürmək istədikdə Azər də Tahirə əsəbiləşərək paltarından yapışmış, bu zaman Azərin Tahiri döyəcəyindən qorxduğu üçün araya girib Azəri kənara dartmaq istəmiş, həmin vaxt Azər onu itələyərək yumruqla sifət nahiyyəsindən bir dəfə zərblə vurmuşdur. Onun yumruğu onun burun nahiyyəsinin üstündən dəyərək ona xəsarət yetirmiş və burnundan qan axmağa başlamışdır. Hazırda Təqsirləndirilən şəxs baş vermiş hadisəyə görə ondan üzr istəmiş, ona dəymiş ziyanı tam ödəmiş və barışmışlar. Buna görə də məhkəmədən xahiş edir ki, Təqsirləndirilən şəxs ilə barışdığını nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitamverilsin. Cinayət işinə əlavə olunmuş Məhkəmə-tibbi ekspertizanın xx.xx.2022-ci il tarixli 279 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni iizrəində aşkar edilmiş “burun bel nahiyəsi ətrafında qızartı fonunda sıyrılmış yara, burun beli yumşaq toxumanın şişkinliyi, tənəffüs aktının sağ burun dəliyində tamamilə pozulması və travmatik burun qanaxması” xəsarətləri küt-bərk əşyanın (əşyaların) təsirindən törənməsi, törənmə müddətinin xx.xx.2022-ci il tarixə uyğun gəlməsi və dərəcəsinə görə səhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid olması müəyyən edilmişdir. Cinayət işinə əlavə olunmuş məhkəmə-narkoloji ekspertizanın xx.xx.2022-ci il tarixli 1208 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs - alkoqoldan istifadə edir. Alkoqoldan sui istifadə etmə nəticəsində yaranan alkoqolizin xəstəliyindən əzab çəkir. Alkoqolizmdən məcburi müalicəyə ehtiyacı var. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs könüllü sürətdə stasionar müalicəyə qəbul olunmuşdur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 23 radələrində ünvan 1 ünvanında yerləşən yaşadığı fərdi yaşayış evinin eyvanında orta dərəcəli sərxoş vəziyyətdə olarkən anası Zərərçəkmiş şəxsm itələyib bir dəfə yumruqla sifət nahiyyəsindən qəsdən vuraraq sonuncuya burun bel nahiyəsi ətrafında qızartı fonunda sıyrılmış yara, burun beli yumşaq toxumanın şişkinliyi, tənəffüs aktının sağ burun dəliyində tamamilə pozulması və travmatik burun qanaxması kimi dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetir. Təqsirləndirilən şəxs, zərərçəkmiş Zərərçəkmiş şəxsnun məhkəməyə təqdim etdikləri barışdıqları ilə bağlı ərizələrini nəzərə alan məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul etməlidir. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmin Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili X2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs məhkəmə baxışı dövründə hüquqlarını 10 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 10 saat hüquqi xidmətə görə vəkil X2 60 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.2, 43.3, 344, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş 10 saat hüquqi xidmətə görə vəkil X2 60 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Qərar elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №1(046)-8/2023
Göyçay Rayon Məhkəməsi Qərar — İş №1(046)-8/2023
24.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver