Məhkəmə qərarları › İş №1(046)-8/2025

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-8/2025

06.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-8/2025 06.02.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs Müğdət oğlunun və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1986-cı ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respulikasının vətəndaşı, orta təhsilli, "X12 Business Services LTD" MMC-də sürücü işləyən, əvvəllər məhkum olunmamış, evli, himayəsində dörd yetkinlik yaşına çatmayan uşağı olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Müğdət oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs Müğdət oğlu istintaqa məlum olmayan vaxtda və mənbədən Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci ıl tarixli Qanununa əsasən xeyli miqdarda hesab olunan, yəni təmiz çəkisi 6,01 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 30 iyun 2024cü il tarixdə saat 20 radələrində Göyçay RPŞ-nin PPXB-nün əməkdaşları tərəfindən Göyçay şəhəri, Şirvanmest kimi tanınan ərazidə saxlanılıb ünvan 3 ünvanda yerləşən Göyçay RPŞ-yə gətirilmiş və 30 iyun 2024-cü il tarixdə saat 21:36-dan 21:50-dək X1rşısında üzərində şəxsi axtarış keçirilən zaman əynində olan tünd boz rəngli şalvarının sol ön yan cibindən 1 ədəd kibrit qutusunda xeyli miqdarda, yəni təmiz çəkisi 6,01 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Müğdət oğlu ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Göyçay şəhərində doğulub böyümüşdür, hal hazırda ünvan 1 ünvanında qeydiyyatda olsa da ünvan 5rlikdə yaşayır. Bir neçə dəfə narkotik vasitə olan marixuanadan istifadə etmişdir. xx.xx.2024-cü il tarixdə günorta saatlarında Göyçay şəhəri, Avtobaza dairəsi kimi tanınan yerin yaxınlığında olarkən yerdən kibrit qutununun içərisində narkotik vasitə olan marixuana tapmış və gələcəkdə istifadə etmək üçün üzərinə götürmüşdür. Şahid1 dostudur. Həmin gün saat təxminən 18 radələrində Vüsalla görüşmüş, Göyçay şəhəri, Şirvanmest qəsəbəsi kimi tanınan yerdə olan kafedə oturub yemək yemiş, spirtli içki olan araq qəbul etmişlər. Həmin gün saat 20 radələrində onlar sərxoş vəziyyətdə kafedən çıxmış və yerdən tapdığı kibrit qutusunun içərisində olan narkotik vasitə marixuana əynində olan boz rəngli cins şalvarının sol ön yan cibində olmuşdur. Kafedən çıxdıqda spirtli içkinin təsirindən özündə olmamış və sərbəst hərəkət edə bilməmişdir. Onlar bir qədər piyada getdikdə o, sərxoş vəziyyətdə yerə yıxılmışdır. Bu zaman Vüsal onun yerdən qalxmağına kömək edərkən yanlarında PPX maşını dayanmış və polis əməkdaşları avtomobili saxladıqda o, narahatlıq keçirmiş və polislər avtomobili saxlayıb düşərək onlara yaxınlaşmışlar. Həmin vaxt sonuncular onların sərxoş vəziyyətdə dava etdiyini zənn edib yaxınlaşdıqdan sonra özlərini təqdim edib üzərilərində hər hansı kəsici əşya və ya qanunla qadağan edilmiş başqa əşyanın olub-olmadığını soruşmuşlar. O, isə sərxoş vəziyyətdə olduğu üçün özündə olmamış və həmin vaxt qorxaraq narkotik vasitə istifadəçisi olduğunu etiraf etmişdir. Bundan sonra onları xidməti avtomobilə əyləşdirib polis şöbəsinə aparmışlar. Şöbədə ona hüquqlarını müdafiə etməsi üçün vəkil seçməyə şərait yaradılmış və onlar hər ikisi vəkil ilə təmin olunmuşdur. Bundan sonra o, Vüsal, müdafiəçilər və polis əməkdaşlarının iştirakı ilə onlara hüquqları izah olunmuş, sonra isə üzərilərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ilkin olaraq onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı o, əlində olan “Sobranie” markalı siqaret qutusunu, əynində olan boz rəngli cins şalvarının ön sağ yan cibindən bank kartı və kilid açarını, şalvarının ön sol yan cibindən 1 ədəd kibrit qutusunda narkotik vasitə marixuana olan yaşımtıl rəngli kütləni təqdim etmişdir. Həmin kütlə kibrit qutusunun içərisində elektron tərəzidə çəkilmiş və kibrit qutusu ilə birlikdə çəkisi 9,21 qram gəlmiş, zərfdə qablaşdırılaraq zərfin ağzı möhürlənib üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa üzərindən aşkar edilmiş bank kartı sübut əhəmiyyəti kəsb edə biləcəyi üçün götürülmüş, digər əşyalar isə özünə qaytarılmışdır. Ardınca Şahid1 üzərində şəxsi axtarış aparılmış, qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. O, üzərindən aşkar olunan kütlənin narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Həmin narkotik vasitəni tutulduğu gün, yəni xx.xx.2024-cü il tarixdə Göyçay şəhərində Avtobaza dairəsi kimi tanınan yerin yaxınlığında yerdən tapıb üzərinə götürmüş, həmin narkotik vasitədən gələcəkdə istifadə etmək üçün üzərində saxlamışdır. O, həmin narkotik vasitədən heç kimə nə verməmiş və satmamışdır. Yerdən tapdıqdan sonra özü istifadə etmək üçün üzərində saxlamışdır. Şahid1 onun üzərində olan narkotik vasitədən məlumatı olmamış, həmin narkotik vasitə ilə Şahid1 heç bir əlaqəsi olmamışdır, o, sonuncuya bu barədə heç bir məlumat verməmiş, onlar birlikdə heç bir zaman narkotik vasitə istifadə etməmişlər. Vüsalın heç vaxt onun narkotik vasitə istifadə etdiyindən məlumatı olmamışdır. Həmçinin özündən başqa hər hansı bir şəxsin saxladığı narkotik vasitədən xəbəri olmamışdır. O, Şirvanmest kimi tanınan yerdə sərxoş vəziyyətdə olarkən yerə yıxılmış və bundan sonra polis əməkdaşları onlara yaxınlaşmışdır. Həmin vaxt polis əməkdaşları tərəfindən ona hər hansı bir fiziki zorakılıq və ya digər bir qanunsuz hərəkət edilməmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Göyçay rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri vəzifəsində xidmət edir, polis serjantıdır. Göyçay şəhər sakini Təqsirləndirilən şəxs və Şahid1 Mehman oğlunu əvvəllər tanımamış, aralarında hər hansı ədavət və düşmənçiliyi və ya digər münasibəti olmamışdır. xx.xx.2024-cü tarixdə saat 09:00-dan 21:00-dək Göyçay RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3 ilə birlikdə 3 nömrəli avtopatrul maşınında xidmətə təyin olunmuşlar. Həmin gün saat 20 radələrində xidməti avtomobillə Göyçay şəhəri, Şirvanmest qəsəbəsi kimi tanınan yerdə hərəkətdə olarkən 2 nəfər şəxsin sərxoş vəziyyətdə səs küylə danışdıqlarını, onlardan birinin yerdə yıxılı vəziyyətdə olduğunu, digərinin isə sonuncunun başının üzərində dayanmasını görmüş, həmin vaxt onlara yaxınlaşıb özlərini təqdim edərək dava etdiklərini düşündükləri üçün üzərilərində hər hansı kəsici alət və ya qadağan olunmuş əşyanın olub-olmadığını, spirtli içki və ya narkotik vasitə qəbul edib-etmədiyini soruşmuşlar. Həmin vaxt yerdə yıxılı olan adı sonradan məlum olan Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu, hal hazırda spirtli içki qəbul etdiyini, üzərində olan əşyaları polis şöbəsində təqdim etmək istədiyini bildirmiş, digər Şahid1 adlı şəxs isə narkotik vasitə istifadəçisi olmadığını, sadəcə spirtli içki qəbul etdiyini bildirmişdir. Bundan sonra onların hər ikisini xidməti avtomobillə üzərinə müdaxilə edə bilməməsi üçün yanında oturub polis şöbəsinə gətirərək Növbətçi Hissəyə təhvil verib şəxsiyyətlərini müəyyən etmişlər. Həmin vaxt sonuncuların Təqsirləndirilən şəxs və Şahid1 olması müəyyən olunmuşdur. Bundan sonra aidiyyatı üzrə araşdırma aparılması üçün raportla Şöbə rəhbərliyinə müraciət etmişlər. Ardınca təhqiqatçı Pərvin Ələkbərov tərəfindən araşdırma aparılaraq Təqsirləndirilən şəxs və Şahid1 hüquqları izah edildikdən sonra müdafiəçi dəvət etmək hüququ da izah edilmiş, hər ikisi vəkil ilə təmin edilmişdir. Ardınca həmin şəxslərin üzərində şəxsi axtarış keçirilməsinə başlanılmış, şəxsi axtarış zamanı ilk öncə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və üzərində olan əşyaları təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əlində olan “Sobranie” markalı siqaret qutusunu, əynində olan boz rəngli şalvarının ön sağ yan cibindən bank kartını və kilid açarını, şalvarının ön sol yan cibindən 1 ədəd kibrit qutusunu təqdim etmiş, kibrit qutusunun içərisindən narkotik vasitə marixuanaya bənzər yaşımtıl rəngli kütlə aşkar edilmiş, həmin narkotik vasitə kibrit qutusunun içərisində elektron tərəzidə çəkilmiş və kibrit qutusu ilə birlikdə çəkisi 9,21 qram gəlmiş, zərfdə qablaşdırılaraq zərfin ağzı möhürlənib üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin bank kartı sübut əhəmiyyəti kəsb edə biləcəyi üçün təhqiqatçı tərəfindən götürülmüş, digər əşyalar isə Təqsirləndirilən şəxs qaytarılmışdır. Ardınca Şahid1 üzərində şəxsi axtarış aparılmış, qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütləni yerdən tapdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 şahid qismində dindirilmiş Göyçay RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 ilə oxşar məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Göyçaylı olduğu üçün arabir Göyçay şəhərinə gəlib qayıdır. xx.xx.2024-cü il tarixdə saat 17-18 radələrində Göyçay şəhəri ərazisində yoldaşlıq münasibəti olan Təqsirləndirilən şəxs ilə qarşılaşıb görüşərək Göyçay şəhəri, Şirvanmest qəsəbəsində yerləşən kafeyə getmişlər. Onlar kafedə yemek yeyib spirtli içki olan araq qəbul etmiş, saat 20 radələrində kafedən çıxdıqdan sonra Nicat daha çox sərxoş vəziyyətdi olmuş və sərbəst olaraq hərəkət edə bilməmişdir. Onlar bir qədər irəli getdikdə Nicat sərxoş olduğu üçün yerə yıxılmış və o, Nicatın başının üzərində dayanıb qaldırmaq istəyən zaman yanlarında PPX maşını dayanmış və polis əməkdaşları avtomobili saxlayıb düşərək onlara yaxınlaşmışlar. Həmin vaxt polislər onların sərxoş vəziyyətdə dava etdiyini zənn edib yaxınlaşdıqdan sonra özlərini təqdim edib üzərilərində hər hansı kəsici əşya və ya qanunla qadağan edilmiş başqa əşyanın olub-olmadığını soruşmuşlar. O, üzərində heç bir qanunsuz əşya olmadığını bildirmiş, Nicat isə narkotik vasitə istifadəçisi olduğunu demişdir. Bundan sonra polis əməkdaşları onları xidməti avtomobilə əyləşdirib polis şöbəsinə aparmışlar. Şöbədə onlara hüquqlarını müdafiə etməsi üçün vəkil seçməyə şərait yaradılmışdır. Bundan sonra o, Nicat, müdafiəçilər və polis əməkdaşlarının iştirakı ilə onlara hüquqları izah olunmuş, sonra isə üzərilərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ilkin olaraq Nicatın üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Nicat “Sobranie” markalı siqaret qutusunu, üzərindən bank kartı, kilid açarı və kibrit qutusunu təqdim etmiş, kibrit qutusunun içərisindən yaşıl rəngli kütlə aşkar olunmuşdur. Həmin kütlə kibrit qutusunun içərisində elektron tərəzidə çəkilmiş və kibrit qutusu ilə birlikdə çəkisi 9,21 qram gəlmiş, zərfdə qablaşdırılaraq zərfin ağzı möhürlənib üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Onun üzərində şəxsi axtarış aparılmış, lakin qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd kibrit qutusundakı yaşıl rəngli kütlənin nə olmasını bilmir, sonuncunun üzərində həmin kütləni və ya hər hansı qadağan olunmuş əşyanı saxlamasından məlumatı olmamışdır. O, heç vaxt narkotik vasitə istifadə etməmiş, həmçinin Nicatın narkotik vasitə istifadəçisi olubolmadığını bilməmiş, Nicat onun yanında heç vaxt narkotik vasitə istifadə etməmişdir. Onlar Şirvanmest kimi tanınan yerdə sərxoş vəziyyətdə olarkən Nicat yerə yıxılmış və bundan sonra polis əməkdaşları onlara yaxınlaşmışdır. Həmin vaxt polis əməkdaşları tərəfindən onlara hər hansı bir fiziki zorakılıq və ya digər bir qanunsuz hərəkət edilməmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Şübhəli şəxsi tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Müğdət oğlu xx.xx.2024-cü il tarixdə saat 20:30-da şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış keçirilməzdən əvvəl şübhəli şəxs qismində tutulmuş Şahid1 və Təqsirləndirilən şəxs Müğdət oğluna Azərbaycan Respublikası CPMnin 90-cı maddəsinə nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, üzərlərində qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya varsa təqdim etməsi təklif edilmişdir. Şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs Müğdət oğlunun üzərindən “Sobranie” markalı siqaret qutusunu, bank kartı, kilid açarı və kibrit qutusunu təqdim etmiş, kibrit qutusunun içərisindən yaşıl rəngli kütlə aşkar olunmuşdur. Həmin kütlə kibrit qutusunun içərisində elektron tərəzidə çəkilmiş və kibrit qutusu ilə birlikdə çəkisi 9,21 qram gəlmişdir. Şahid1 üzərində qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X7 Bölməsindən alınmış 01 iyul 2024-cü il tarixli 3-16-16-2-17/593 saylı rəydə göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs Müğdət oğlunun üzərindən aşkar edilmiş kütlə....” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi - 6,01 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 6,01 qram, tədqiqata sərf edildi 0,02 qram, qalıq 5,99 qramdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin 09 sentyabr 2024-cü il tarixli 1526 nömrli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs Müğdət oğlu narkotik vasitəl olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Müğdət oğlu xx.xx.2024-cü il tarixdə saat 19.00-da MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Müğdət oğlu əvvəllər məhkum olunmamışdır. Göyçay Rayon İcra Hakimiyyəti Başçısının şəhər inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş xasiyyatnamə və arayışdan görünür ki, Osmanov X6 şəhəri, Ə.Kərim küçəsi 47 saylı ünvanda yaşayır, barəsində Göyçay rayon İHB-nın şəhər İƏD-si üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Müğdət oğlunun himayəsində xx.xx.2013-cü il təvəllüdlü X4, xx.xx.2015-ci il təvəllüdlü X5, xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X3 adlı uşaqları vardır. DVD diskdəki videozıdan görünür ki, müdafiəçinin iştirakı ilə 30 iyun 2024-cü il tarixdə saat 21:36-dan 21:50-dək X1rşısında üzərində şəxsi axtarış keçirilən zaman əynində olan tünd boz rəngli şalvarının sol ön yan cibindən 1 ədəd kibrit qutusunda xeyli miqdarda, yəni təmiz çəkisi 6,01 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Müğdət oğlunun törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Müğdət oğlunun törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (AR CM-nin 59.2-ci maddəsi), himayəsində azyaşlı uşaqlarının olmasını (CM-59.1.4) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs Müğdət oğlu tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs Müğdət oğlu təqsirli bilindiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs qismində tutulduğu müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, narkoloji dispanserində proflaktiki qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,99 qram olan qurudulmuş marixuana narkotik vasitəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD və 01 ədəd CD disklər iş materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Müğdət oğlu azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yeri olan ünvan 8 ünvanında yerləşən evi hər gün saat 23:00-dan saat 07:00-dək tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalı, habelə, Təqsirləndirilən şəxs Müğdət oğluna təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Müğdət oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Müğdət oğluna məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Müğdət oğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Müğdət oğlunun 30 iyun 2024-cü il tarixdən 01 iyul 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 02 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Müğdət oğlunun üzərinə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yeri olan ünvan 8 ünvanında yerləşən evi hər gün saat 23:00-dan saat 07:00-dək tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs Müğdət oğluna təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilməlsin. Cəzasının əvvəli yaşadığı yer üzrə İcra və Probasiya İdarəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Müğdət oğlu narkoloji dispanserində proflaktiki qeydiyyata alınsın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,99 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik məbləğində dəyəri Təqsirləndirilən şəxs Müğdət oğlundan tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan 01 ədəd DVD və 01 ədəd CD disklər iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 15 iş saatına görə 90 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Göyçay rayon Vəkil Bürosunun hesabına (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) köçürülsün. Hökmdən 20 gün müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar