Məhkəmə qərarları › İş №1(046)-80/2021

Göyçay Rayon Məhkəməsi Qərar — İş №1(046)-80/2021

14.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 1(046)-80/2021 14.10.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Dövlət ittihamçısı2, Müdafiəçi2, zərərçəkmiş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1973-cü ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olunmamış, fərdi əməklə məşğul olan, Ağdaş rayon Aral İki kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs 15 iyun 2021-ci il tarixdə səhər saat 08 radələrində Göyçay rayonu Müskürlü kəndində Alpout adlanan ərazidə Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı qəsdən Zərərçəkmiş şəxs əlindəki 115 santimetr uzunluğunda olan ağac parçası ilə baş nahiyyəsindən bir dəfə vuraraq ona başın təpə nahiyyəsində bir qədər sol tərəfdə yumşaq toxumanın əzilmiş-cırılmış yarası, dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 15 iyun 2021-ci il tarixdə saat 08 radələrində Göyçay rayon Müskürlü kəndinin yanında yerləşən özünə məxsus biçilmiş taxıl sahəsində heyvanlarını otararkən, Osman adlı şəxsin onun sahəsi ilə qonşu olan xurma bağında Valeh suvarma işi ilə məşğul olmuşdur. Onun otardığı heyvanlardan bir neçəsi həmin tel çəpərə yaxınlaşmış, Valeh heyvanlara yaxınlaşaraq onu söyməyə başlamış və heyvanları bağa niyə buraxdığını irad tutmuşdur. Lakin heyvanlar bağa daxil olmamışdır. Buna görə də əsəbləşmiş və onun ünvanına nalayiq ifadələr işlətdiyinə görə Valehə yaxınlaşmışdır. Tel çəpərdən keçib, bağa daxil olmuş və Valehə gəlib çatdıqda həmin vaxt əlində olan təxminən 1 metr uzunluğunda ağac parçası ilə Valehin baş nahiyyəsinə bir dəfə zərbə vurmuşdur. Bundan sonra Valeh başını tutub yerə oturmuşdur. Törətdiyi əməldən peşmandır. Hazırda Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş ziyanı tam ödəmişdir. Buna görə də məhkəmədən xahiş etmişdir ki, zərərçəkmişlə barışması barədə ərizəsi nəzərə alınsın və barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs göstərmişdir ki, 15 iyun 2021-ci il tarixdə saat 08 radələrində Göyçay rayon Müskürlü kəndində yerləşən bibisioğlu Osmana məxsus bağda suvarma işləri görmüşdür. Həmin vaxt təxminən 40 baş xırda buynuzlu heyvanlar meyvə bağına girmişlər. Həmin heyvanları bağdan çıxardarkən Rəşid Quliyev ona yaxınlaşmışdır. Rəşidə heyvanları nəzarətdən buraxmamasını və bağa ziyan vurduğunu demiş və nalayiq formada heyvanlarını çıxarmasını tələb etmişdir. Nalayiq formada danışdığı üçün Rəşid əsəbləşmiş və tel çəpərdən keçərək bağa daxil olmuş və ona yaxınlaşaraq əlində olan ağacla baş nahiyyəsindən vurmuşdur. O zərbənin təsirdən yerə yıxılmış, qismən huşunu itirmiş, özünə gəldikdə başından qan axdığını görmüşdür. Hazırda Təqsirləndirilən şəxs baş vermiş hadisəyə görə ondan üzr istəmiş, ona dəymiş ziyanı ödəmiş və barışmışlar. Buna görə də məhkəmədən xahiş edir ki, Təqsirləndirilən şəxs ilə barışdığını nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilsin. Cinayət işinə əlavə olunmuş Məhkəmə-tibbi ekspertizanın 15.06.2021-ci il tarixli 245 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət - başın təpə nahiyyəsində nbir qədər sol tərəfdə yumCinayət işinə əlavə olunmuş məhkəmə-balistik ekspertizanın 12.04.2021-ci il tarixli 17/263 saylı rəyindən görünür ki,tədqiqata təqdim edilmiş predment, zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağının hissəsidir-tiyəsidir, soyuq silah hesab edilmir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs 15 iyun 2021-ci il tarixdə səhər saat 08 radələrində Göyçay rayonu Müskürlü kəndində Alpout adlanan ərazidə Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı qəsdən Zərərçəkmiş şəxs əlindəki 115 santimetr uzunluğunda olan ağac parçası ilə baş nahiyyəsindən bir dəfə vuraraq ona başın təpə nahiyyəsində bir qədər sol tərəfdə yumşaq toxumanın əzilmiş-cırılmış yarası, dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetir. Təqsirləndirilən şəxs, zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdikləri barışdıqları ilə bağlı ərizələrini nəzərə alan məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul etməlidir. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmin Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə və məhkəmə baxışı dövründə hüquqlarını 14 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 14 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi2 84 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan və Göyçay RPŞ-nin MSSK-da saxlanılan bir ədəd ağac parçası məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.2, 43.3, 344, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş 14 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi2 84 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. İş üzrə maddi sübut olan və Göyçay RPŞ-nin MSSK-da saxlanılan bir ədəd ağac parçası məhv edilsin. Qərar elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar