Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-81/2024 21.11.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ 12:20-də Qurbanov Elçin Firudin oğlunun sədrliyi Qəniyev Nurlan Mehman oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Göyçay rayonu Qızılağac kəndində qeydiyyatda olan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan 17 iyun 2024cü il tarixdə saat 05:00 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Göyçay rayonu ərazisindən keçən 193-cü km-də idarə etdiyi «Mercedes Benz C200» markalı **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Yevlax şəhəri istiqamətində hərəkətdə olan zaman yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı, diqqətini avtomobilin idarə olunmasından və daim dəyişən yol şəraitindən ayırmamalı, nəqliyyat vasitəsinin idarə olunma prosesinə daim nəzrət etməli və avtomobilin təhlükəsiz idarə olunmasını təmin etməli, nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etməməli olduğu halda həmin tələblərə riayət etməyib “X6” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin və 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq qeyd olunan tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq avtomobili idarə edib hərəkətdə olan zaman sükan arxasında yuxulayaraq avtomobilin idarəetməsini itirməsi nəticəsində avtomobili yolun sol tərəfinə çıxaraq su arxına aşırmış, ehtiyatsızlıqdan hadisə nəticəsində avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs döş qəfəsinin sol payının 10-cu, 11-ci qabırğaların sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməklə yol hərəkəti qaydalarını nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi dindirib, iş üzrə olan bütun sübutları tədqiq edib, məhkəmə belə bir nəticəyə gəlir ki, təqsirləndirilən şəxs qeyd edilən cinayətin törədilməsində təqsirli hesab edilməlidir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bildi, ifadə verərək göstərdi ki, özünə məxsus «Mercedes Benz C 220» markalı **-TB-*** qeydiyyat nişanlı avtomobili vardır. Sürücülük vəsiqəsi var, lakin müddəti xx.xx.2024-cü il tarixdə bitmişdir, vaxtı və imkanı olmadığı üçün sürücülük vəsiqəsini yeniləməmişdir. Avtomobili ilə Göyçay-Bakı rayonlararası taksi işləyir. xx.xx.2024-cü il tarixdə Göyçay rayonundan müştərilər götürüb yola çıxmışdır. Bakı şəhərinə çatdıqdan sonra müştəriləri Bakı şəhərində Alov zavod adlanan yerdə düşürdükdən sonra yenidən müştəri tapmaqdan ötrü avtovağzala gəlmişdir. Avtovağzala çatdıqda gecə radələri olmuşdur. Ora gəldikdən sonra Göyçay rayonuna getməkdən ötrü müştəri axtarmağa başlamışdır. Bu vaxt Tural və onun qohumu Naibə adlı xanım, bundan başqa tanımadığı bir xanım ilə müştəri qismində danışıb razılaşmışdır. Hər üç şəxsi əvvəllərdə tanımırdı, sadəcə Tural və Naibəni hadisədən sonra tanısada digər xanımı hadisədən sonra ümumiyyətlə görməmiş və buna görə də hazırda tanımır. Həmin şəxslər ilə danışıb razılaşdıqdan sonra avtomobildə ön sərnişin oturacağında tanımadığı xanım, arxada isə Tural və Naibə əyləşmişdir. Bundan sonra isə gecə, yəni xx.xx.2024-cü il tarixdə saat 02 radələrində Göyçay rayonuna yola çıxmışdır. Şamaxı Ağsu rayonlarını keçməklə Göyçay rayonu istiqamətində hərəkətdə olmuşdur. Göyçay rayonu Qaraməryəm kənd istiqamətində avtomobil ilə 50-60 km/saat sürətlə idarə edən zaman yuxunun gəlməsini hiss etmişdir. Lakin həmin vaxt Qaraməryəm kəndinə çatıb orada su içəcəyinə qərar vermişdir. Qısa müddət sonra isə yuxulamış və ani anda qəza baş vermişdir. Yalnız qəzanın səsinə oyanmışdır. Özünə gəldikdə qarşı tərəfdə olan arxa düşdüyünü görmüşdür. Bundan sonra isə ətrafdakı şəxslər onlara kömək etmişlər. Həmin vaxt Tural və onu xəsarət aldıqlarından Göyçay RM-na aparmışlar. Naibə isə xəsarət almadığı üçün çıxıb evə getmişdir. Digər xanımın isə avtomobildən necə düşməsini hara getməsini bilmir və ondan sonra isə həmin xanım ilə heç bir əlaqəsi olmamışdır. Zərərçəkmiş şəxslə barışmış, ona dəymiş maddi ziyanı ödəmiş, qərar qəbul edərkən bu halları nəzərə alınmasını xahiş etdi. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə gecə radələrində qohumu xala nəvəsi Naibə ilə birlikdə Göyçay rayonuna getməkdən ötrü Bakı şəhərində Atvovağzala getmişlər. Onlar ora xx.xx.2024-cü il tarixdə saat 00:45 radələrində çatmış və Göyçay rayonuna getməkdən ötrü taksi axtarmağa başlamışdır. Orada bir qədər gözlədikdən sonra Rahib adlı Göyçay rayon sakini olan taksi sürücüsü ilə Göyçay rayonuna aparmaqdan ötrü danışmış və avtomobildə arxa oturacaqda əyləşmişdir. Onlar avtomobilə əyləşdikdən qısa müddət sonra isə tanımadığı xanım gəlmiş və o da Rahib ilə danışıb razılaşdıqdan sonra avtomobildə ön oturacaqda əyləşmişdir. Bundan sonra isə gecə saat 02 radələrində yola çıxmışlar. Onlar Bakı Şamaxı yolu ilə hərəkət etmişlər. Şamaxı Ağsu rayonunu keçdikdən sonra yuxu gəldiyi üçün yatmışdır. Yatan zaman gürultulu səs gəlməsini hiss etmişdir. Həmin vaxt onlar avtomobilin Göyçay rayonu Qaraməryəm kənd ərazisində idarə etməni itirməklə arxa düşməsini və xəsarət aldığını görmüşdür. Bundan sonra isə onu və Rahibi Göyçay RMX-na aparmışlar, Naibə isə evə getmiş, digər xanım avtomobildən düşüb getmişdir. Ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur.Bu barədə ibtidai istintaq zamanı notariat qaydasında təsdiq edilmiş ərizə vermişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş X5 ifadə verərək göstərdi ki, 16 iyun 2024-cü il tarixdə gecə radələrində qohumu, Zərərçəkmiş şəxs ilə birlikdə Göyçay rayonuna getməkdən ötrü Bakı şəhərində Avtovağzala getmişdir. Ora xx.xx.2024-cü il tarixdə saat 00:45 radələrində çatmış və Göyçay rayonuna getməkdən ötrü taksi axtarmağa başlamışlar. Orada bir qədər gözlədikdən sonra Rahib adlı Göyçay rayon sakini olan taksi sürücüsü ilə Göyçay rayonuna aparmaqdan ötrü danışmış və avtomobildə arxa oturacaqda əyləmişdir. Onlar avtomobilə əyləşdikdən qısa müddət sonra isə tanımadığı xanım gəlmiş və o, da Rahib ilə danışıb razılaşdıqdan sonra avtomobildə ön oturacaqda əyləşmişdir. Bundan sonra isə gecə saat 02 radələrində yola çıxmışlar. Bakı Şamaxı yolu ilə hərəkət etməyə başlamışlar. Şamaxı və Ağsu rayonlarını keçdikdən sonra Göyçay rayon istiqamətində hərəkət etmişlər. Həmin vaxt gecə radələri olduğu üçün yatmışdır. Yatan zaman qəflətən qəza səsinin olmasını hiss etmişdir. Özünə gəldikdə avtomobilin idarə etməni itirməklə yolun sol hissəsində olan su arxına düşdüyünü görmüşdür. Bundan sonra isə oradan çıxıb evə getmişlər. Hadisə zamanı xəsarət alsada Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Bu barədə ibtidai istintaq zamanı notariat qaydasında təsdiq edilmiş ərizə vermişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” publik hüquqi şəxsin 08 iyul 2024-cü il tarixli 405 nömrəli rəyindən görünür ki, 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər – “Döş qəfəsinin sol payının 10-cu, 11-ci qabırğaların sınığı” küt- bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, törəmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə avtoqəza nəticəsində əmələ gəlməsi inkar edilmir və dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” publik hüquqi şəxsin 08 iyul 2024-cü il tarixli 417 nömrəli rəyindən görünür ki, 1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ diz qapağının qəlpəli, qapalı yerdəyişmiş sınığı küt – bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, törəmə ümddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə avtoqəza nəticəsində əmələ gəlmələri inkar edilmir və dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İşə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” publik hüquqi şəxsin 14 sentyabr 2024-cü il tarixli 473 nömrəli rəyindən görünür ki, 2005-ci il təvəllüdlü Şahid məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər – başın hər iki təpə nahiyəsini əhatə edən dərialtı hematoma, sağ saidin əzilmiş-cırılmış yarası, sol bazunun qançırı bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdirlər; dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Şahid bədənində aşkar edilmiş xəsarətlərin xaraketrini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində avtomaşının salonunda əmələ gələ bilmələri mümkündür. İşə əlavə edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 24 iyul 2024-cü il tarixli, 8/1760 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «Mercedes Benz C220» markalı, **-TB-*** dövlət qeydiyyat nişanli avtomobilin sürücüsü X2 hərəkətlərində «X6» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşə əlavə edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqında 17 iyun 2024-cü il tarixli 213 saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu yoxdur. İşə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” publik hüquqi şəxsin 08 iyul 2024-cü il tarixli 2173/K nömrəli rəyindən görünür ki,Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində metil,etil,propil,butil,amil spirtləri,barbitur turşusu törəmələri,alkaloidlər (həmçinin tiryək qrupu),fenotiazin ,pirazalon,1,4 benzodiazepin törəmələri,salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. İşə əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin 28 iyun 2024-cü il tarixli arayışından görünür ki,xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdə (xx.xx.2024-cü il tarixədək etibarlı olan) AD 034164 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilib və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmayıb. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin «nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs» müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2014-cü il tarixli qərarında verilmiş şərhə görə,sürücülük vəsiqəsinin etibarlıq müddəti «X6» Qanunun 33-cü maddəsində göstərilmişdir.Həmin maddənin V hissəsinə görə sürücülük vəsiqəsinin etibarlıq müddəti aşacıdakı kimidir:1)60 yaşına çatmamış şəxslər üçün-10 il,2)60 və daha çox yaşı olan şəxslər üçün –onların 70 yaşı tamam olanadək qalan müddət,3)70 və daha çox yaşı olan şəxslər üçün-2 il,4) siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən xəstəlikləri olan şəxslər üçün-təqdim etdikləri tibbi arayışda göstərilən ,lakin 2 ildən artıq olmayan müddət.Həmin Qanunun 35-ci maddəsinə görə isə sürücülük vəsiqəsinin etibarlıq müddətinin qurtarması onun dəyişdirilməsini tələb edir.Sürücülük vəsiqəsinin etibarlıq müddətinin müddətinin qurtarması fiziki şəxsin nəqliyyat vasitələrini idarəetmə hüququnu məhdudlaşdırır.(X6» Qanunun 33-cü maddəsinin V hissəsinin 1-ci bəndi).Belə olan halda Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin «nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs» müddəası,həmçinin hadisə törədilən zaman sürücülük vəsiqəsinin etibarlıq müddəti qurtarmış şəxsi ehtiva edir. İşə əlavə edilmiş sübutların qiymətləndirilməsi haqqında müstəntiqin 14 oktyabr 2024-cü il tarixli qərarından görünür ki,yol-nəqliyyat hadisəsi nəticəsində Şahid yüngül dərəcəli bədən xəsarətinin alması ilə əlaqədar Təqsirləndirilən şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan,həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməsindən ötrü qərarın və zəruri sənədlərin surətinin BDYPİnə göndərilməsi qərara alınmışdır. Beləliklə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, X4 nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan ayıq vəziyyətdə xx.xx.2024-cü il tarixdə, saat 05 radələrində “Mercedes Benz C200” minik markalı, **-TB- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Bakı-Şamaxı-Yevlax uolunun Göyçay rayonu ərazisindən keçən 193-cü kilometrliyində hərəkətdə olarkən “X6” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin və 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq qeyd olunan tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq avtomobili idarə edib hərəkətdə olan zaman sükan arxasında yuxulayaraq avtomobilin idarəetməsini itirməsi nəticəsində avtomobili yolun sol tərəfinə çıxaraq su arxına aşırmış, ehtiyatsızlıqdan hadisə nəticəsində avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs döş qəfəsinin sol payının 10-cu, 11-ci qabırğaların sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aid xəsarətlər yetirməklə Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsinin tərkibini yaradan cinayət əməlini törətmişdir. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını , qəsdin obyektinin yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlərin təşkil etməsini, cinayət əməlinin ehtiyatsızlıqdan törədilməsini, az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini nəzərə alır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini,ona qarşı tələbin olmamasını,himayəsində 2 yetkinlik yaşına çatmayan uşaqların olmasını cəzanı yüngülləşdirən hallar olduğunu,iş üzrə cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Beləliklə iş üzrə obyektiv və subyektiv halların məcmusunu nəzərə alıb məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X3 Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsinin sanksiyası hədləri daxilində müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını CM-nin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut olan – «Mercedes Benz C200» markalı **-TB-*** dövlət nömrə nişanlı avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının 85 manat məbləğində dəyəri Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin üzərinə qoyularaq ondan tutulub dövlət nəfinə keçirilməlidir. Məhkəmə şərh olunanları və Azərbaycan Respublikası CPM-nın 351-353-cü,384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan – «Mercedes Benz C200» markalı **-TB-*** dövlət nömrə nişanlı avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə 85 manat məbləğində ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №1(046)-81/2024
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-81/2024
21.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver