Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-81/2025 17.11.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi X2 iştirakı ilə, xx.xx.1987-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Göyçay şəhəri, Ə.Cavad küçəsində yaşayan, Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 185.2.1-ci maddələri ilə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş xeyli miqdarda, yəni 7,27 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edərək üzərində saxlayıb daşımış, xx.xx.2025-ci il tarixdə saat 23:59 radələrində Göyçay RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Göyçay şəhəri Ziya Bünyadov küçəsində saxlanılaraq üzərinə xx.xx.2025-ci il tarixdə saat 23:59-dan xx.xx.2025-ci il tarixdə saat 00:07-dək baxış keçirilən zaman onun əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən 01 ədəd kibrit qutusunda təmiz çəkisi 7,27 qram, yəni xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Göyçay çayının kənarı ilə gəzən zaman yerdə narkotik vasitə olan marixuana tapmış, özü istifadə etmək üçün götürərək üzərində saxlamışdır.Narkotik vasitədən bir qədər istifadə etmiş, qalan hissəsini isə 01 ədəd kibrit qutusuna yığaraq özünə məxsus gödəkcənin cibinə qoymuşdur. xx.xx.2025-ci il tarixdə gecə saatlarında Göyçay şəhəri Ziya Bünyadov küçəsində olan zaman Göyçay RPŞ-nin əməkdaşları on yaxınlaşmış, üzərində narkotik vasitə saxlaması, daşıması və istifadə etməsi barədə onlarda məlumat olduğunu bildirmişlər. Həmin vaxt polis əməkdaşlarından biri videoçəkiliş vasitəsi ilə qeydə almış, polis əməkdaşlarına üzərində həqiqətən də narkotik vasitə olan marixuana olduğunu bildirmiş, əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd kibrit qutusunu çıxararaq təqdim etmiş, daha sonra əməliyyat müvəkkili üzərində axtarış aparmışdır. 01 ədəd kibrit qutusu açılmış və bu zaman içərisində yaşıl rəngli qurumuş halda olan bitki kütləsi aşkar edilmiş, polis əməkdaşlarına həmin bitki kütləsinin narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmiş, daha sonra onun üzərindən aşkar edilmiş narkotik vasitə olan “nəşə” tərəzidə çəkilmiş və çəkisi 10.3 qram olmuş, daha sonra isə həmin kibrit qutusu polis əməkdaşı tərəfindən qablaşdırılmış və üzərinə möhür vurulmuş, həmin zərfin üzərini imzalamış, sonra isə mobil telefonu da polis əməkdaşı tərəfindən götürülmüş, bundan sonra polis əməkdaşları onu Göyçay RPŞ-nə gətirmişlər. RPŞ-də ona müdafiəçi təyin edilmiş və şübhəli şəxs qismində tutulmuş, polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə baxış və götürmə aparılmış, istintaq hərəkəti başladıqdan sonra ona hüquqları izah edilmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, Göyçay RPŞ-nin kiber cinayətkarlıqla mübarizə qrupunun baş əməliyyat müvvəkkili vəzifəsində xidmət edir. 24 yanvar 2025-ci il tarixdə Göyçay RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 raportla məruzə edərək Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmasını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün əməliyyat qrupu yaradılmış, yaradılmış əməliyyat qrupuna CAB-nin əməliyyat müvəkkilləri Şahid2, Şahid3, Şahid4 daxil edilmişdir. xx.xx.2025-ci il tarixdə saat 23:59-da Təqsirləndirilən şəxs Göyçay şəhəri Z.Bünyadov küçəsində saxlanılmış, Təqsirləndirilən şəxs hüquqları izah edilmiş və üzərində narkotik vasitə saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar əsasında üzərinin yoxlanılacağı, həmçinin Göyçay RPŞ-nə getdikdən sonra müdafiəçi ilə təmin hüququ izah edilmiş, daha sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, maddə və ya predmet olub-olması barədə sual verilmiş, Təqsirləndirilən şəxs həmin vaxt əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən 01 ədəd kibrit qutusunu təqdim etmiş, həmin kibrit qutusu açılan zaman içərisində yaşıl rəngli bitki kütləsinin olduğu müəyyən edilmiş, daha sonra Təqsirləndirilən şəxs həmin bitki kütləsini çayın kənarında balıq tutan zaman görüb götürdüyünü və özü istifadə etməsi üçün üzərində saxladığını, narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Bundan sonra həmin bitki kütləsinin dəqiq çəkisinin və tərkibinin müəyyən edilməsi üçün ekspertizaya təqdim ediləcəyi izah edilərək boş kağız zərfdə qablaşdırılmış və üzərində DİN-in 92 nömrəli möhürü vurulmuş, həmin zərfin üzəri yazılaraq imzalanmış, bundan sonra müvafiq protokolun tərtib edilməsi üçün videoçəkiliş başa çatmış, onlar birlikdə Göyçay RPŞ-nə gəlmişlər və Təqsirləndirilən şəxs aidiyyəti üzrə təhvil vermişlər, daha sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş və ona müdafiəçi təyin edilmiş, Təqsirləndirilən şəxs və müdafiəçisinin, eləcə də polis əməkdaşlarını iştirakı ilə baxış və götürmə istintaq hərəkəti keçirilmiş, baxış və götürmənin də aparılması videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2, Şahid4 və Şahid3, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli “əməliyyat axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında” protokola əlavə edilmiş 01 ədəd DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, videogörüntü Göyçay RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 tərəfindən “İphone 16 pro” markalı mobil telefondan çəkilmişdir. Göyçay RPŞ-nin KMQ-nin baş əməliyyat müvəkkili Şahid1 özünü təqdim edərək üzərində narkotik vasitələri saxlamaqda və daşımaqda şübhəli olan Təqsirləndirilən şəxs üzərinə tarixin 24 yanvar 2025-ci il saat 23:59-də baxış keçiriləcəyini qeyd edir və mobil telefonun ekranını təqdim edərək göstərir. Daha sonra baxışın keçirilməsində Göyçay RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid4 iştirak etdiklərini və videoçəkilişin CAB-nin əməliyyat müvəkkili Şahid3 tərəfindən aparıldığını qeyd edir. Təqsirləndirilən şəxs özünü təqdim edir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olub olmamasını soruşur, əgər üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa təqdim etməsini tələb edir. Bundan sonra Təqsirləndirilən şəxs həmin vaxt əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən 01 ədəd kibrit qutusunu və şalvarının sol arxa cibindən 01 ədəd mobil telefonu təqdim edir. Həmin kibrit qutusu polis əməkdaşı tərəfindən açılır və içərisində yaşımtıl rəngli bitki kütləsinin olması müəyyən edilir. Baş əməliyyat müvəkkili Şahid1 İlqar Mustafyevdən həmin bitki kütləsini haradan əldə etməsini soruşur, Təqsirləndirilən şəxs də həmin bitki kütləsinin çayın kənarından balıq tutmağa gedən zaman tapdığını və özü istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirir. Baş əməliyyat müvəkkili Şahid1 İlqar Mustafyevdən həmin kütlədən kiməsə satmasını və ya verməsini soruşur. İlqar Mustafyev isə heç kimə vermədiyini və satmadığını bildirir. Bundan sonra baş əməliyyat müvəkkili Şahid1 tapşırığına uyğun olaraq əməliyyat müvəkkili Şahid2 tərəfindən İlqar Mustafevin üzərinə baxış keçirilir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində şalvarın sağ yan cibindən 01 ədəd siqaret qutusu və 01 ədəd alışqan aşkar edilir. Həmin siqaret qutusuna baxış keçirilən zaman üzərində “LD” yazısının olması və içərisində 03 ədəd siqaret dənəsinin olması müəyyən edilir. Həmin siqaret qutusu, alışqan və mobil telefon əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs qaytarılır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülümüş və içərisində yaşımtıl rəngli bitki kütləsi olan kibrit qutusu elektron tərəzidə çəkilir, tərəzinin göstəricisi 10.3 qram göstərir. Bundan sonra həmin bitki kütləsinin dəqiq çəkisinin və tərkibinin müəyyən edilməsi məqsədi ilə ekspertizaya təqdim edilməsi üçün qablaşdırılması izah edilir və kibrit qutusu içərisində olan bitki kütləsi ilə birlikdə boş kağız zərfə qoyulur və üzəri DİN- in 92 saylı möhürü ilə möhürlənir. Daha sonra isə zərfin üzəri yazılır və imzalanır. Cinayət işinə əlavə edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli 17/66 saylı rəyində saylı rəydən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd kibrit qutusunda olan kütlə ” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 ədəd kibrit qutusunda, təmiz çəkisi 7,27 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi 7.27 qr, tədqiqata sərf edildi 0.02 qr, qalıq 7.25 qr. Aparılmış tədqiqatın dəyəri 35.97 manat təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 20 iyun 2025-ci il tarixli 988 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən siu-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi üzrə təyin edilərək keçirilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli 367 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psix fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyindən əzab çəkməməsi səbəbindən o, cinayət törədən zaman onun əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək və ya onu idarə etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs hazırda istintaqa düzgün ifadə vermək qabiliyyətindən məhrum edən xroniki psixi xəstəlikdən, psixi fəaliyyətin müvəqqəti pozulmasından və kəmağıllıq xəstəliyindən əzab çəkmir, Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs barəsində hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs halhazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyindən əziyyət çəkmir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini fərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ittiham olunduğu əmələ görə anlaqlı hesab edilir. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 8 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Göyçay rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 185.2.1-ci maddələri ilə təqsirli bilinərək 03 il 10 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkumluğu ödənilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 00:20-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixdə saat 12:16-da polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 7.27 qr çəkidə narkotik vasitə olan marixuananı xx.xx.2025-ci il tarixdə saat 23:59-da Göyçay şəhəri Z.Bünyadov küçəsində üzərində saxlamaqla, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməli etiraf etməklə səmimi peşman olmasını, cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törədərək cinayətlərin residivliyini yaratmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə alaraq ona təqsirləndirildiyi CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini məhkumluğu ödənilmədən törətdiyindən, Azərbaycan Respublikası CM-nin 65-ci maddəsində təsbit edilmiş cinayətlərin residivi nəzərə alınmaqla təqsirləndirildiyi maddənin sanksiyasında müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az olmamaqla cəza təyin edilməlidir. Göyçay rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(046)-3/2025 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 2 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə saxlandığı 2 ay müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlqıdan məhrumetmə cazasından çıxılaraq, üzərində qəti cəza olaraq 3 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmiş, cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablamışdır. Təqsirləndirilən şəxs hazırki cinayəti Göyçay rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmündən əvvəl törətdiyi müəyyən edildiyindən, hazırki iş üzrə törədilmiş cinayətə görə cəza CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə CM-in 66.2-ci maddəsində müəyyən edilən qaydada təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021ci il tarixli qərarın “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarında edilmiş dəyişikliklərə görə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə müvafiq olaraq əvvəlki hökmün çıxarılmasına qədər, habelə həmin hökmün qüvvəyə minməsinədək törədilmiş cinayətlə əlaqədar cinayətlərin məcmusu qaydasında cəza təyin edilərkən (Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan 6 sentyabr 2010-cu il tarixli qərarı, habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şərh olunmasına dair” 8 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli qərarları ilə yalnız hökmün qanuni qüvvəyə minməsindən sonra şəxsin cinayət-hüquqi anlamda əvvəllər məhkum edilmiş şəxs kimi nəzərdən keçirilməsinə yol verildiyindən) əvvəlki hökm təqsirləndirilən şəxsin əvvəl məhkum olunmuş şəxs kimi qəbul edilməsinə, nəticə etibarı ilə cinayətlərin residivinin müəyyən edilməsinə və cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmasına əsas yaradan akt kimi qiymətləndirilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü üzrə təyin edilmiş 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən toplamaq yolu ilə birləşdirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə xidmət etmədiyindən, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddləri daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq əvvəlki Göyçay rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü və 185.2.1-ci maddələri ilə təqsirli bilinərək təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını hazırki iş üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanılma müddəti ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, üzərində qəti cəza təyin olunaraq saxlanılmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik İş üzrə maddi sübut olan Göyçay RPŞ-nin MSK-də saxlanılan narkotik vasitə olan 7.25 qram qurudulmuş marixuana məhv edilməli, 02 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. Ekspertiza xərci olan 35.97 manat məbləğində pul təqsirləndirilən şəxsdən alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347.2, 349, 351- 353,356, 358.2-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5 və 66.2-ci maddələrinə əsasən Göyçay rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü və 185.2.1-ci maddələri ilə təqsirli bilinərək təyin edilmiş 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə hazırki hökm ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını qismən toplamaq yolu ilə qəti 05 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə saxlandığı 2 ay 02 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlqıdan məhrumetmə cazasından çıxılaraq, üzərində qəti cəza olaraq 04 il 09 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın İş üzrə maddi sübut olan Göyçayy RPŞ-nin MSK-də saxlanılan narkotik vasitə olan 7.25 qram qurudulmuş marixuana məhv edilsin, 02 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Ekspertiza xərci olan 35.97 manat məbləğində pul təqsirləndirilən şəxsdən alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №1(046)-81/2025
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-81/2025
17.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver