Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 1(046)-82/2020 21.10.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, dövlət ittihamçısı X3, Müdafiəçi, zərərçəkmiş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1965-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Göyçay rayonu Hacalıkənd kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində xx xxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs orta dərəcəli sərxoş vəziyyətdə xx.xx.2020-ci il tarixdə saat 17 radələrində qardaşı Zərərçəkmiş şəxs ilə Göyçay rayon Hacalıkənd kəndində yaşadıqları evin yaxınlığında küçədə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı qəsdən Zərərçəkmiş şəxs döyərək ona, burun beli nahiyəsində dərinin epidermis qatının soyulması ilə müşayət edilən sıyrılmış yara, alt dodağın selikli qişasının qançırı fonunda əzilmiş yarası, üzün sağ yanaq nahiyəsinin və boynun sağ yan aşağı şöbəsinin sıyrıqları, sol göz yuvası ətrafı nahiyədə sol göz yarığının bir qədər daralması ilə müşayət edilən yumşaq toxumanın şişkinliyi fonunda qançır ilə nəticələnən, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmaqlaAzərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma qardaşıdır. xx.xx.2020-ci il tarixdə saat 17 radələrində özünə məxsus traktor-ekskavotorla yaşadıqları Hacalıkənd kəndində evlərinin qarşısındaki küçədə arxı qazarkən qardaşı Zərərçəkmiş şəxs oraya gələrək ona nə etdiyini soruşduqda Şövqiyə “görmürsən nə edirəm” demiş, bundan sonra Şövqinin traktora qalxıb onun yaxasından tutub “səni öldürərəm” bildirmiş, həmin vaxt traktorun içərisində ekskovator hissəsi ilə iş görərkən Şövqi hər iki əli ilə traktorun dik vəziyyətdə olan rolundan tutub başını rola vurmuş və əli ilə üz nahiyəsini yoxlayıb qan gəlmədiyini görüb 2-ci dəfə yenidən başını rola vurmuş və yenidən əli ilə üzünü yoxladıqda burun nahiyəsinin qanadığını görmüşdür. Bundan sonra onun köynəyinin boyun nahiyəsindən tutub onu traktordan yerə düşürüb üz nahiyəsindən kəllə ilə vurmuş, zərbədən özünü itirib yerə yıxılmışdır. Daha sonra Şövqi yerdə təpik və yumruqla onu vurmağa başlamış, sonra Şövqi ayağa qalxaraq kiməsə zəng edib danışmışdır. Şövqi oradan uzaqlaşıb getdikdən sonra ayağa qalxaraq bir az özünə gəldikdən sonra polis əməkdaşlarının Şövqinin yaşadığı evə gəldiyini görüb oraya getmiş, evə daxil olduqda Şövqinin ərizə yazdığı zaman oğlu X4 da oraya gəlmiş və Elnurun onun üz gözünün qan içərisində olduğunu görüb Şövqinin vurduğunu bilmiş, Şövqinin üzərinə qaçmış, lakin polis əməkdaşlarının Elnuru saxlamışdır. Bundan sonra polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Hadisə zamanı orada özü, Şövqi, qardaşı Elton və Eltonun arvadı Aynurə olmuşdur. Törətdiyi əməldən peşmandır. Hazırda Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş ziyanı tam ödəmişdir. Buna görə də məhkəmədən xahiş etmişdir ki, zərərçəkmişlə barışması barədə ərizəsi nəzərə alınsın və barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 17 radələrində qardaşı Eldarın yaşadığı yaşadığı Hacalıkənd kəndində yerləşən həyətin küçə tərəfində özünə məxsus traktorla işlədiyini görmüş, əvvəl buna məhəl qoymamış, lakin sonra Eldarın traktorla ona məxsus həyətyanı torpaq sahəsinə gedən dəmir körpünün üzərində saxlayaraq arxın kənarında olan torpaq sahəsini qazdığını gördükdə yaşadığı evdən çıxıb Eldara tərəf getmişdir. Eldarın traktoruna qalxaraq nə üçün torpaq sahəsini qazdığını dedikdə Eldarın ona yaxşı etdiyini, həmin torpaq sahəsini qazıb dağıtdığını deyib onu söyüb təhqir etməyə başlamışdır. Bundan sonra DİN-nin 102 xidmətinə müraciət etmək istədikdə qardaşı Eldar sağ yumruğu ilə onun sol göz nahiyəsindən 2 dəfə zərbə vurmuş və traktorun içərisindən götürdüyü dəmir parçası ilə onun üz nahiyəsindən vurmuşdur. Bu zaman Eldarın oğlu Elnur Şıxaliyev arxadan onu tutaraq hərəkət etməyinə imkan verməmiş, Elnur onu traktordan çəkib yerə düşürüb təpiklə onun qarın nahiyəsindən, Eldarın isə dəmir parçası ilə onun qol və baş nahiyələrindən vurmuşdur. Mübahisə zamanı arvadı Sima və azyaşlı uşaqlarının həmin yerə gəlib onları ayırmağa çalışmış, daha sonra hadisənin böyüyəcəyini gördükdə qaçıb oradan uzaqlaşmış və polis şöbəsinə hadisə barədə məlumat vermək istədikdə polis əməkdaşlarının həmin yerə gəldiklərini görmüşdür. Hazırda Eldar baş vermiş hadisəyə görə ondan üzr istəmiş, ona dəymiş ziyanı ödəmiş və barışmışlar. Buna görə də məhkəmədən xahiş edir ki, Təqsirləndirilən şəxs ilə barışdığını nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilsin. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 Əlbala qızı göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. xx.xx.2020-ci il tarixdə saat 17 radələrində evdə olmuşdur. Küçəyə çıxanda qaynı Şövqinin həyat yoldaşı Eldarın yaxasından tutub onu traktordan yerə endirdiyini və kəllə ilə onun sifət nahiyəsindən vurduğunu görmüşdur. Məhkəmədə şahid qismində ifadə vermiş X2 göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 17 radələrində azyaşlı uşaqları ilə birlikdə evdə olmuş, həmin vaxt qaynı Təqsirləndirilən şəxs evlərinin yanından keçən su arxının içərisini özünə məxsus traktorla təmizlədiyini gördümüş, bu zaman Şövqinin əsəbli halda küçəyə çıxdığını görüb onun arxası ilə küçəyə çıxanda Şövqinin Eldarın idarə etdiyi traktora qalxıb Eldarla mübahisə etdiyini və mübahisə zamanı bir-birlərini vurduqlarını görmüşdür. Məhkəmədə şahid qismində ifadə vermiş X5 şahid X1 ifadəsində göstərdiyi xüsusatlarla eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 göstərmişdir ki, Zərərçəkmiş şəxs onun əridir. xx.xx.2020-ci il tarixdə saat 17 radələrində yaşadıqları Hacalıkənd kəndində yerləşən evin qarşısında küçədə həyat yoldaşı Şövqi ilə qardaşı Eldarın mübahisə edərək dalaşdığını görmüşdür.. Cinayət işinə əlavə olunmuş məhkəmə-tibbiekspertizanınxx.xx.2020-ci il tarixli 179 saylı rəyindən görünürki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər - burun beli nahiyəsində dərinin epidermis qatının soyulması ilə müşayət edilən sıyrılmış yara, alt dodağın selikli qişasının qançırı fonunda əzilmiş yarası, üzün sağ yanaq nahiyəsinin və boynun sağ yan aşağı şöbəsinin sıyrıqları, küt-bərk əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə əmələ gəlməsi inkar edilmir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Sol göz yuvası ətrafı nahiyədə sol göz yarığının bir qədər daralması ilə müşayət edilən yumşaq toxumanın şişkinliyi fonunda qançır küt-bərk əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə əmələ gəlməsi inkar edilmir, dərəcəsinə görə səhhətin qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 17 radələrində qardaşı Zərərçəkmiş şəxs ilə Göyçay rayon Hacalıkənd kəndində yaşadıqları evin qarşısında küçədə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı qəsdən Şövqini döyərək ona sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirməklə, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetir. Təqsirləndirilən şəxs, zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdikləri barışdıqları ilə bağlı ərizələrini nəzərə alan məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul etməlidir. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmin Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə və məhkəmə baxışı dövründə hüquqlarını 11 saat müddətində müdafiə etmişdir. Odur ki, X6 göstərilmiş 11 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 66 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.2, 43.3, 344, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş 11 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 66 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Qərar elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №1(046)-82/2020
Göyçay Rayon Məhkəməsi Qərar — İş №1(046)-82/2020
21.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver