Məhkəmə qərarları › İş №1(046)-83/2023

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-83/2023

06.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-83/2023 06.11.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və Müdafiəçi iştirakı ilə, xx.xx.1985-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respulikasının vətəndaşı, orta təhsilli, işsiz, Göyçay Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum edilmiş, Göyçay rayon Məhkəməsinin xx.xx.2022-ci il qərarına əsasən çəkilməmiş cərimə cəzası 240 saat ictimai işlər cəzası ilə əvəz edilmiş, cəzasını çəkməmiş, subay, İİİ qrup əlil, Göyçay rayonu Ləkçıplaq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs vahid niyyətlə əhatə olunan qəsdlə özgənin əmlakını gizli yolla ələ keçirmək qərarına gəlib bu məqsədlə 05 may 2023-cü il tarixdə saat 01 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs məxsus evin həyətinə daş hasarından keçmə yolu ilə fərdi yaşayış evinin zirzəmisinin qapısını açmaqla qanunsuz daxil olaraq hər birinin dəyəri 150 manat, 7 litr həcmli, 10 il istifadə olunmuş, nikkel materialından olan iki ədəd somavarı gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 300 (üç yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Göyçay rayonu Ləkçıplaq kəndində yaşayır. xx.xx.2023-cü il tarixdə saat 01 radələrində oğurluq etmək üçün həmkəndlisi Zərərçəkmiş şəxs həyətinə daxil olmuş, Zərərçəkmiş şəxs həyətinə keçdikdən sonra evin zirzəmisində olan somavarları görmüş və iki ədəd somavarı oğurlayaraq həyətdən çıxmışdır. Zərərçəkmiş şəxs evindən təxminən 100 metr uzaqlaşdıqdan sonra somavarları kolların arasında gizlədərək yaşadığı evə getmişdir. Bundan sonra polislərin onun oğurluq etdiyinə görə axtardıqlarını bilmiş, rayon polis şöbəsinə gətirildikdən sonra isə oğurluq etdiyini etiraf etmiş və kolların arasında gizlətdiyi somavarları polislərə təqdim etmişdir. Törətdiyi əməlindən peşmandır, dəymiş ziyanı tam olaraq ödəmişdir. Məhkəmədə zərər çəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs göstərmişdir ki, Göyçay rayonu Ləkçıplaq kəndində yaşayır. Özünə məxsus əşyaları yaşadığı evin zirzəmisində saxlayır. xx.xx.2023-cü il tarixdə səhər saatlarında zirzəmiyə girərək orada olan əşyalarını təmizləmişdir. Həmin vaxtı nikel materialdan olan 7 litrlik iki ədəd odun somavarları da, zirzəmidə olmuşdur. xx.xx.2023-cü il tarixdə səhər saat 11 radələrində qonşusu Şahid onlara gələrək somavar lazım olduğunu bildirmiş və ondan istəmişdir. Bundan sonra evin zirzəmisinə girərək somavarları götürmək istəsə də, tapa bilməmişdir. Somavarın digər qonşulara lazım olduğunu və onların götürdüklərini düşünmüşdür. Sonra isə çölə çıxaraq bu barədə Arifə demişdir. Qonşuların somavarları götürmədiyini bilmiş və xx.xx.2023-cü il tarixdə Göyçay rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Sonradan bilmişdir ki, samovarları həmkəndlisi Təqsirləndirilən şəxs oğurlamışdır. Somavarların hər biri 7 litr həcmində və 150 manat dəyərində olmuşdur. Ümumilikdə isə ona 300 manat maddi ziyan dəymişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər tam olaraq ödənilmişdir. Buna görə də Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 11 radələrində ona somavar lazım olduğu üçün qonşusu Zərərçəkmiş şəxs yaşadığı evə gedərək ondan somavarını istəmiş, Vasif isə somavarları götürmək üçün evin zirzəmisinə baxmış, Vasif somavarların yerində olmadığını və oğurlandığını bildirmişdir. Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X4 “Göyçay Rayon Mərkəzi Xəstəxanası” X3 alınmış xx.xx.2023-cü il tarixli, PHŞ - 18-1 -40\2- 1076\2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci il tarixdən “Yüngül dərəcəli əqli gerilik” diaqnozu ilə psixiatr həkimdə qeydiyyatdadır, narkoloq həkimdə isə qeydiyyatında yoxdur. Məhkəmə-psixatrik ekspertizasının 14 sentyabr 2023- cü'il tarixli, 582 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs Davranış pozğunluğu ilə müşayət olunan yüngül debillik dərəcəsindəki kəmağıllıq XBT-10 F70 xəstəliyi keçirməsinə baxmayaraq həmçin xəstəlik əlamətləri az ifadəli olduğundan o, cinayət törədən vaxt öz hərəkətlərini idarər etmək iqtitadırında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1- ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Cinayət işinə əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/3935nömrəli rəyindən görünür ki, 2 ədəd, hər biri 7 litr həcmində su tutan, 1 il istifadə olunmuş, nikkel materialdan olan samovarların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 300 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 3000 manat cərimə cəzasına məhkum olunmuşdur. Göyçay rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 3000 manat cərimə cəzası CM-nin 44.4-cü maddəsinə əsasən 240 saat ictimai işlər cəzası ilə əvəz edilmişdir. Göyçay rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Göyçay rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən ona təyin edilmiş ictimai işlər cəzasını çəkməmişdir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs 05 may 2023-cü il tarixdə saat 01 radələrində Göyçay rayon Ləkçıplaq kəndində həmkəndlisi Zərərçəkmiş şəxs məxsus evin həyətinə daş hasarından keçmə yolu ilə fərdi yaşayış evinin zirzəmisindən hər birinin dəyəri 150 manat, 7 litr həcmli, 10 il istifadə olunmuş, nikkel materialından olan iki ədəd somavarı gizli yolla talayaraq Zərərçəkmiş şəxs ziyan vurub oğurluq etməklə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını, İİİ qrup əlil olmasını, cinayəti psixi pozuntusu olan şəxs kmi törətdiyini, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirilən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı üzrə ictimai işlər cəzası təyin edildiyindən ona cəza təyin edilərkən məhkumluq nəzərə alınmamalıdır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə təyin edilmiş 240 saat ictimai işlər cəzası qismən birləşdirilməlidir. Azərbaycan Respublikası CM-nin 68.3.2-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının bir gününə ictimai işlərin dörd saatı bərabər tutulur. Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı üzrə təyin edilmiş 240 saat ictimai işlər cəzası CM-nin 68.3.2-ci maddəsinə uyğun hesablandıqda 2 ay azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan, 02 ədəd samovarın zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 50 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347.2, 349, 351- 353,356, 358.2-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökm üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı üzrə təyin edilmiş 240 saat ictimai işlər cəzası CM-nin 68.3.2-ci maddəsinə uyğun hesablandıqda 02 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq qismən birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 il 01 ay müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Göyçay şəhər ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 50 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Hökmün icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar