Məhkəmə qərarları › İş №1(046)-83/2025

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-83/2025

31.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-83/2025 31.07.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ saat 17:25-də Qurbanov Elçin Firudin oğlunun sədrliyi Məmmədova Ayşən Valeh qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.2000-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu ödənilmiş, Göyçay şəhəri, M.Hüseynzadə küçəsi, ev 15, mənzil 3-də qeydiyyatda olan, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla barəsində Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 11 aprel 2025-ci il tarixdə saat 23 radələrində Göyçay şəhəri, M.Hüseynzadə küçəsində yerləşən ictimai yer hesab edilən Zərərçəkmiş şəxs məxsus mağazanın qarşısında olan şəxslərə məhəl qoymayıb heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs üzərinə hücum edib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini nümayiş etdirib cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları və əxlaq normalarına etinasızlıq etməklə ucadan ünvansız nalayiq ifadələr işlədərək silah qismində istifadə etdiyi məişət təyinatlı zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs sol qolundan 01 dəfə qəsdən zərbə vuraraq sonuncuya sol bazunun orta 1/3-nin bayır səthində cərrahi tikişə ehtiyacı olan yumşaq toxumanın deşilmiş-kəsilmiş yarası kimi iti kənara malik deşici-kəsici əşyanın təsirindən törənmiş sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə silah qismində istifadə olunan əşyadan istifadə etməklə şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmiş, Zərərçəkmiş şəxs qarşı xuliqanlıq hərəkətləri edərkən silah qismində istifadə etdiyi bıçağın tiyəsi zərbənin təsirindən qırılmasından sonra sonuncuya qarşı qərəzli xuliqanlıq hərəkətlərini davam etdirmək məqsədi ilə yaxınlıqdakı, Göyçay şəhəri, Natəvan küçəsində yerləşən özünə məxsus bağ sahəsinə gedərək oradan əldə etdiyi məşiət təyinatlı zavod üsuli ilə hazırlanmış soyuq silah hesab edilməyən mətbəx bıçağını götürüb yenidən Zərərçəkmiş şəxs üzərinə gəlib bıçağı sonuncuya qarşı zor tətbiq etmək hədəsi ilə nümayiş etdirib silah qismində istifadə edilən əşyadan istifadə etməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinə 221.3-cü maddəsi ilə ittiham üzrə təqsirli bildi, ifadə verərək göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 23 radələrində tərkibində spirt olan “GO” içkisi içmiş və həmin içkinin təsirindən sərxoş olmuş, Göyçay şəhəri Mehdi Hüseynzadə küçəsi ilə piyada hərəkət edən zaman həmin küçənin digər tərəfində Zərərçəkmiş şəxs dayanmasını və yanında da hazırda xatırlamadığı bir nəfər şəxsin olmasını görmüş, həmin vaxt anidən heç bir səbəb olmadan Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətməyə başlamış və yolu keçərək ona tərəf getmiş, bundan sonra cibində olan adi mətbəxt bıçağını cibindən çıxardaraq Zərərçəkmiş şəxs vurmaq istəmiş, bu zaman Zərərçəkmiş şəxs bıçağı onun əlindən almaq istəmiş, həmin an bıçaq Zərərçəkmiş şəxs qoluna xəsarət yetirmiş, həmçinin bıçaq qırılaraq yerə düşmüşdür. Bundan sonra geriyə doğru gedərək özlərinə məxsus Göyçay şəhəri Natəvan küçəsində yerləşən bağ sahəsinə getmiş, həmin bağ sahəsindən bıçaq götürərək yenidən Zərərçəkmiş şəxs olduğu yeri qayıtmış, bu zaman polis əməkdaşları gəlmişdirlər. Bundan sonra onu polis şöbəsinə gətirmişdilər. Əməlindən peşmandır. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, onun özünə məxsus Göyçay şəhəri Əfəndiyev küçəsində yerləşən mağazası vardır, həmin mağazada siqaret satır, rəsmi olaraq vergi ödəyicisidir, həmin mağazanın yerləşdiyi küçənin əks tərəfində Şahid2 məxsus siqaret satılan köşk vardır. 11 aprel 2025-ci il tarixdə saat 23 radələrində özünə məxsus mağazanın qarşısında Əfqan adlı şəxs ilə birlikdə dayanmış, bu zaman Təqsirləndirilən şəxs yolun digər tərəfindən onun ünvanına nalayiq ifadələr işlədərək üzərinə gəlmiş, Elton ona çatan zaman əlində olan bıçaqla ona zərbə endirmiş, o özünü müdafiə etmək üçün sol qolunu qaldırmış, bu zaman Eltonun əlində olan bıçaq onun sol qol nahiyəsindən xəsarət yetirmişdir. Zərbənin təsirindən Eltonun əlində olan bıçaq qırılmış, o da bundan istifadə edərək Eltonu özündən uzaqlaşdırmaq məqsədi ilə onun sinə nahiyəsində geriyə doğru itələmişdir. Elton yerə yıxılmış və daha sonra ayağa duraraq söyüş söyərək onu təhqir etmiş, bu zaman o, DİN-in 102 xidmətinə zəng etmişdir. Sonra Elton nalayiq ifadələr işlədərək yaşadığı ev istiqamətində getmiş, bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs yenidən onun mağazasına tərəf gəlmiş, həmin vaxt onun yaxınlığında Elşad adlı şəxs də olmuş, Eltonun əlində yenə də bıçaq olmuş, Elton əlində olan bıçaqla yenə də onu vurmaq istəmiş, lakin səs-küyə toplaşan şəxslər Eltonu ondan uzaqlşadırmışlar. Eltonun atası Səbuhi və qardaşı da həmin yerə gəlmişlər, Eltonu mağazadan uzaqlaşdırmış,daha sonra polis əməkdaşları gəlmiş və o, hadisə barədə polis əməkdaşlarına məlumat vermişdir.Hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı tələbi yoxdur. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid1 bildirdi ki, Təqsirləndirilən şəxs tanıyır, onunla qonşuluqda yaşayır. Göyçay şəhəri Mehdi Hüseynzadə küçəsində yerləşən “Şirvan” marketdə gecə növbəsində gözətçi işləyir. 11 aprel 2025-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs ilə birlikdə sonuncuya məxsus mağazanın qarşısında dayanıb söhbət edən vaxtı Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə onların yanına gəlmiş və heç bir əsas olmadan Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətmişdir. Elton Nahidin üzərinə gələrək onunla dava-dalaş etməyə başlamış, əvvəlcə onları aralaşdırmaq istəmiş, lakin onları aralaşdıra bilməmiş, sonra isə Eltonun əlindən bıçağın yerə düşməsini görmüş, həmçinin bıçaq yerə düşdükdən sonra onlar aralaşmışlar. Təqsirləndirilən şəxs isə oradan çıxıb getmiş, buna görə də o, yaşadığı evə getmiş, sonradan Təqsirləndirilən şəxs daha sonra da bıçaqla Zərərçəkmiş şəxs üzərinə gedərək dava-dalaş etməsini eşitmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid2 bildirdi ki, Təqsirləndirilən şəxs onun doğma oğludur, Həmçinin o, Zərərçəkmiş şəxs tanıyır, onunla qonşuluqda yaşayır. Əvvəllər Zərərçəkmiş şəxs ilə onun və ya ailə üzvlərinin arasında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Münasibətləri həmişə yaxşı olmuşdur. 11 aprel 2025-ci il tarixdə oğlu Təqsirləndirilən şəxs spirtli içkinin təsirindən sərxoş olmuş və Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yaranmışdır. Belə ki, həmin vaxt evdə olmuş, böyük oğlu Emin ona zəng edərək Eltonun Nahid ilə dalaşmasını bildirmiş, buna görə də dərhal həmin yerə getmiş, görmüşdür ki,oğlu Elton ilə Nahid biri-birləri ilə mübahisə edərək, biri-birilərinə yumuruq atırlar. Buna görə də oğlu Elton ilə Nahidin arasında girmiş və oğlu Eltonun sifət nahiyəsindən sillə ilə vuraraq aralaşmasını tələb etmişdir. Oğlu Eltonun əlində bıçaq görməmiş, həmçinin oğlu Eltonun bıçaqla Zərərçəkmiş şəxs xəsarət yetirməsini görməmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş X4 bildirdi ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. 11 aprel 2025-ci il tarixdə saat 23 radələrində özünə məxsus Göyçay şəhəri Mehdi Hüseynzadə küçəsində yerləşən mağazada olmuş, bu zaman hazırda dəqiq olaraq xatırlamadığı taksi sürücüsü onu çağıraraq qardaşı Eltonun sərxoş olmasını və dalaşmasını bildirərək gəlib onu aparmasını söyləmişdir. Buna görə də mağazadan çıxaraq səs-küy gələn tərəfə getmiş, bu zaman qardaşı Eltonun Nahidə yumuruq və kəllə atmasını görmüş, o da onların yanına gedərək onları aralaşdırmaq istəmiş, bundan sonra atası Səbuhi də həmin yerə gəlmiş və Eltonu aralaşdırıb aparmaq istəmişdir. Qardaşı Təqsirləndirilən şəxs əlində 1 ədəd bıçaq görmüş, ikinci bıçağı görməmiş, qardaşı Eltonun Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməsini görməmiş, həmin vaxt qaranlıq olduğu üçün həmin bıçağın rəngini və ya ölçüsünü görə bilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 X5 15 aprel 2025-ci il tarixli 153 nömrəli rəyindən görünür ki, 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol bazunun orta 1/3-nin bayır səthində cərrahi tikişə ehtiyyacı olan yumşaq toxumanın deşilmiş – kəsilmiş yarası iti kənara malik deşici – kəsici əşyanın təsirindən törəmişdir, törəmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2025ci il tarixdə əmələ gəlməsi inkar edilmir və dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 X5 15 aprel 2025-ci il tarixli 163 nömrəli rəyindən görünür ki, 2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət – sağ əlin ovuc səthində dərinin epidermis qatının səthi kəsilmiş yarası iti kənara malik kəsici əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə kənar şəxs (şəxslərə) xəsarət yetirən zaman əmələ gəlməsi halı inkar edilmir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol saidin orta 1/3-nin ön səthində dərinin epidermis qatının çoxsaylı (köhnə) çapıqlarının törənmə müddətləri 1 – 1,5 ildən artıqdırlar. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin 25 iyun 2025-ci il tarixli, 17/475 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilən bıçaq bir tərəfi kəsici, ucu deşici xassəyə malik, zavod üsulu ilə hazırlanmış, təssərüfat-məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir, üzərində sonradan hər hansı əlavə və dəyişikliklər edilməmişdir, təyinatı dəyişdirilməmişdir. Təqdim edilmiş bıçağın üzərində istehsal ili və istehsal yeri ilə bağlı məlumat olmadığından ekspert qarşısında qoyulmuş “Həmin bıçaq və vaxt və harada hazırlammışdır?” sualını cavablandırmaq mümkün olmamışdır. Tədqiqata təqdim edilmiş predmet zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağının tiyəsidir, soyuq silah hesab edilmir. Cinayət işi materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə üzərində 02 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə sınaq müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş hesab olunmalıdır. Xuliqanlığın əsas tərkibini təsbit edən Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasından,eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında ,Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “17 fevral 2006-cı il tarixli,habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsiinn 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarlarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərdən aydın olur ki,xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan,cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı,həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi,habelə özgənin əmlakının məhv edilməsi,yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cinayətin bu cür təsbitindən görünən odur ki,cinayət olaraq xuliqanlığın xüsusiyyəti onu ictimai qaydanın pozulmasına səbəb olan və yaxud şəxslər üzərində zorun,hədənin tətbiq edilməsi,əmlakın məhv edilməsi,zədələnməsi ilə müşayiət edilən digər cinayətlərdən fərqləndirən başlıca əlamət qeyd edilən əməldə qəsdin məhz (birbaşa) ictimai qaydanın kobud surətdə pozulmasına,cəmiyyətə açıqca hörmətsizliyin göstərilməsinə yönəlməsidir. Xuliqanlıqda qəsdin yönəldiyi obyektin özünəməxsusluğu bu cinayət üçün spesifik olan xuliqanlıq kimi motivi (xuliqanlıq motivini) labüd edir.Təqsirkarın hərəkətlərini şərtləndirən (cinayətə sövq edən) amil,hərəkətverici qüvvə kimi çıxış edən xuliqanlıq motivi onun hamılıqla qəbul edilmiş əxlaq normalarının,birgəyaşayış qaydalarının ziddinə hərəkət etmək,eqoizmini nümayiş etdirib,özünü başqalarının fövqündə qoymaq kimi,son nəticədə ictimai qaydanı kobud şəkildə pozmaq,cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmək istəyini ehtiva edir. Belə ki,”Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir.Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir.Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir,bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini,yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir.Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir.Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək,gücünü nümayiş etdirmək,qalmaqal salmağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Təqsirləndirilən şəxsin əməllərinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 11 aprel 2025-ci il tarixdə saat 23 radələrində Göyçay şəhəri, M.Hüseynzadə küçəsində yerləşən ictimai yer hesab edilən Zərərçəkmiş şəxs məxsus mağazanın qarşısında olan şəxslərə məhəl qoymayıb heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs üzərinə hücum edib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini nümayiş etdirib cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları və əxlaq normalarına etinasızlıq etməklə ucadan ünvansız nalayiq ifadələr işlədərək silah qismində istifadə etdiyi məşiət təyinatlı zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs sol qolundan 01 dəfə qəsdən zərbə vuraraq sonuncuya sol bazunun orta 1/3-nin bayır səthində cərrahi tikişə ehtiyacı olan yumşaq toxumanın deşilmiş-kəsilmiş yarası kimi iti kənara malik deşici-kəsici əşyanın təsirindən törənmiş sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə silah qismində istifadə olunan əşyadan istifadə etməklə şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmiş, Zərərçəkmiş şəxs qarşı xuliqanlıq hərəkətləri edərkən silah qismində istifadə etdiyi bıçağın tiyəsi zərbənin təsirindən qırılmasından sonra sonuncuya qarşı qərəzli xuliqanlıq hərəkətlərini davam etdirmək məqsədi ilə yaxınlıqdakı, Göyçay şəhəri, Natəvan küçəsində yerləşən özünə məxsus bağ sahəsinə gedərək oradan əldə etdiyi məşiət təyinatlı zavod üsuli ilə hazırlanmış soyuq silah hesab edilməyən mətbəx bıçağını götürüb yenidən Zərərçəkmiş şəxs üzərinə gəlib bıçağı sonuncuya qarşı zor tətbiq etmək hədəsi ilə nümayiş etdirib silah qismində istifadə edilən əşyadan istifadə etməklə qərəzli xuliqanlıq hərəkətləri etmiş, həmin əməl Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin tərkibini təşkil edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Və nəhayət cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin məhkumluğu ödənilmiş hesab edilməsini, qəsdin obyektinin ictimai qayda olmasını, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini nəzərə alır. Zərərçəkmiş şəxsin ona qarşı tələbinin olmaması və barışması iş üzrə cəzasını yüngülləşdirən hal olduğunu və iş üzrə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. İş üzrə obyektiv və subyektiv halların məcmusunu nəzərə alıb məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasının hədləri daxilində müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, cəzanı CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzanın əvvəli həbsə alındığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübut olan 01 ədəd bıçağ və 01 ədəd bıçağ tiyəsi Azərbaycan Respublikası CPM-in 132.1.1-ci maddəsinə əsasən məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının 30 manat 60 qəpik məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 01 ədəd bıçaq və 01 ədəd bıçaq tiyəsi məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının 30 manat 60 qəpik məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar