Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-84/2020 25.11.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Dövlət ittihamçısı1, Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1698-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Göyçay rayonunun Qaraman kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 271,18 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana qanunsuz olaraq əldə edib üzərində saxlamış, xx xxxx 2020-ci il tarixdə saat 16 radələrində Göyçay şəhəri M.Hüseynzadə küçəsində olarkən və üzərində həmin narkotik vasitəni daşıyarkən DİN-in BNMİ-nin və Göyçay rayon polis şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində yaxalanaraq polis şöbəsinə gətirilmiş, orada üzərinə axtarış keçirilən zaman sol əlində saxladığı bir ədəd rəngli sellofan torbada olan bir ədəd şəffafgöy rəngli sellofan torbada qablaşdırılmış həmin 271,18 qram çəkidə marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan müddətdə və mənbədən əldə etdiyi əkilib becərilməsi qadağan olunmuş 10 ədəd xeyli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını Ləkçıplaq-Qaraman-Şəkər su arxının Göyçay rayonu Qaraman kəndi ərazisindən keçən hissəsində, kanalın sol sahilində kolluq olan ərazidə qanunsuz olaraq torpağa əkib yetişdirərək kultivasiya etmiş, xx xxxx 2020-ci il tarixdə saat 17 radələrində DİN-in BNMİ-nin və Göyçay rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 10 ədəd xeyli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci və 237.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, istifadə etdiyi marixuana narkotik vasitəsinin içərisində olan toxumlarını yığıb saxlamış, 2020-ci ilin aprel ayının əvvəllərində 10 ədəd çətənə toxumlarını yaşadığı Qaraman kəndinin ərazisində Ləkçıplaq-Qaraman-Şəkər su arxının yaxınlığında kolluq olan ərazidə bir-birindən təxminən 8-10 metr məsafədə torpağa əkmişdir. Həmin çətənə toxumlarından 10 ədəd çətənə bitkiləri bitmişdir. Həmin bitkilər becərdikdən sonra həmin bitkilərə baş çəkmiş və diblərini yumşaldaraq peyin vermiş, eləcə də su arxından butulkalara su dolduraraq suvarmışdır. Həmin yerin kənarları otlaq sahələridir. Həmin yerə gedəndə sahədə malqaradan qalan, quru vəziyyətdə olan peyin götürüb getmişdir. Həmin yerin yanından keçən su arxının yanında isə iki ədəd su plastik su butulkaları qoymuşdur. O quru peyindən çətənə kollarının diblərinə qoyaraq sonra su arxından butulkalarda su daşıyaraq diblərinə verərək yumşaltmış və peyini çətənə kollarının dibində olan torpağa qarışdırmışdır. Bundan başqa xx.xx.2020-ci il tarixdə işdən sonra, yəni bazar bağlanandan sonra, saat 15:30 radələrində işdən çıxıb evə gedən zaman bazarın çıxacağında yerdə 01 ədəd rəngli sellofan paketin olduğunu görmüşdür. Maraqlı olduğundan həmin paketi ayağı ilə vuranda içərisində nəyinsə olduğunu hiss etmişdir. Yaxınlıqda heç kimin olamadığına görə həmin rəngli paketi qaldırıb içərisinə baxanda, içərisində də şəffaf-göy rəngli sellofan torbanın olduğunu görmüşdür. Həmin sellofan torbada yaşımtıl rəngli qurudulmuş kütlə olduğu üçün sellofan torbanı açıb həmin kütləni iynədikdə anlamışdır ki, içərisndəki həmin yaşlı rəngli kütlə qurudulmuş marixuanadır. Ona görə də həmin marixuananı özü istifadə etməsi üçün evə aparmaq qərarına gəlmişdir. Yaxınlıqda heç kimin olmadığına görə o həmin içərisində şəffaf-göy rəngli sellofan torbada marixuana olan rəngli sellofan paketi özü ilə götürmüş və əlində daşıyaraq kəndə getmək üçün M.Hüseyinzadə küçəsi ilə avtobus dayanacağına tərəf piyada getməyə başlamışdır. Həmin yerdən təxminən 80-100 metr aralanmışdır ki, bir neçə nəfər polis əməkdaşları yaxınlaşıb ona özlərini təqdim etmiş və qanunsuz narkotik vasitə saxlamaqda şübhələndiklərini bildirib özləri ilə Göyçay rayon polis şöbəsinə getməyini dəvət etmişlər. O da polislərlə etiraz etməmiş və bir yerdə polis şöbəsinə gəlmişlər. Polis işçiləri onu vəkil Müdafiəçi ilə təmin etmiş və növbətçi hissədə videoçəkilişlə hansı hüquq və vəzifələrinin olduğunu izah etmişlər. Onun üzərinə axtarış keçiriləcəyi bildirilmişdir. Polislərə etiraz etməmişdir. Daha sonra üzərində narkotik maddə və vasitələr, eləcə də, cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməsi ona təklif olunmuşdur. Həmin vaxt sol əlində tutulmamışdan əvvəl yerdən tapdığı və istifadə etməsi üçün özündə daşıdığı 1 ədəd rəngli sellofan paketdə olan 1 ədəd şəffafgöy rəngli sellofan torbada həmin marixuana olmmuşdur. Həmin paketi təqdim etmiş və içərisində narkotik vasitə olduğunu bildirmişdir. Həmin rəngli sellofan paket açıldıqda içərisindəki şəffaf-göy rəngli sellofan torba çıxarılaraq açılmış, içərisindəki kütlənin nə olması barədə sorğu edildikdə, həmin kütlənin marixuana narkotik vasitəsi olduğunu, tutulmamışdan əvvəl evə qayıdarkən bazarın yanından tapdığını və öz istifdəsi üçün daşıdığını bildirmişdir. Üzərindən aşkar olunmuş marixuana şəffaf-göy rəngli sellofan torbada elektron tərəzidə çəkilmiş və sellofan torba ilə birlikdə çəkisi 260 qram olmuşdur. Bundan sonra həmin şəffaf-göy rəngli sellofan torbada bir ədəd zərfdə qablaşdırılaraq, polis əməkdaşları tərəfindən götürülmüşdür. Axtarış zamanı protokol tərtib olunmuşdur. Həmin protokolu özü və digər iştirakçılar imzalamışlar. Bundan sonra müstəntiq tərəfindən həmin əraziyə onun, müdafiəçisi Müdafiəçi, hal şahidlərinin və polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Qaraman kəndində Ləkçıplaq-Qaraman-Şəkər su arxının yaxınlığında kolluq ərazini göstərərək üç müxtəlif yerdə ümumilikdə 10 ədəd narkotik tərkibli çətənə bitkiləri əkib-becərdiyini bildirmişdir. Həmin yerə baxış zamanı su arxının sol sahilində bir yerdə 3 ədəd, təxminən 10 metr aralıda 3 ədəd, və su arxının axını istiqamətində 10 metr irəlidə də 4 ədəd çətənə bitkisi kolları aşkar edilmişdir. Onun əkib, qulluq etdiyi çətənə bitkiləri kökləri ilə birlikdə torpaqdan çıxarılmış və hündürlükləri ölçülmüşdür. Həmin çətənə bitkilərindən 2 ədədinin 70 santimetr, 2 ədədinin 60 santimetr, 3 ədədinin 50 santimetr, 1 ədədinin 37 santimetr, 2 ədədinin isə 40 santimetr uzunluqda olması müəyyən edilmişdir. İlkin sorğu zamanı o həmin bitkiləri 2020-ci ilin aprel ayının əvvəllərində əkdiyini bildirmişdir. Aqronom mütəxəssis X2 aşkar edilmiş 10 ədəd yaşıl bitkilərin aqrotexniki qaydada qulluq olunmuş narkotik xassəli çətənə kolları olması barədə rəy vermişdir. Həmin bitkilərin diblərindən torpaq nümunələri götürülərək qablaşdırılmışdır. Bundan başqa su arxının kənarından iki ədəd plastik su qabı aşkar edilmişdir. O həmin su qabları vasitəsilə arxdan su götürüb əkdiyi bitkiləri suvarmaq üçün istifadə etdiyini bildirmişdir. Bundan sonra qeyd olunan bitkilər, torpaq nümunələri və su qabları müstəntiq tərəfindən qablaşdırılmış, fotoşəkillər çəkilmiş, ağzı möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra həmin əraziyə baxış keçirilməsi barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid5 göstərmişdir ki, Göyçay RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması və daşıması barədə Göyçay RPŞ-nin əməliyyat aparatına daxil olmuş məlumat əsasında xx xxxx 2020-ci il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə başlanılmışdır. Həmin əməliyyataxtarış tədbirinin keçirilməsində Göyçay RPŞ-nin bir neçə nəfər polis əməkdaşı və Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ilə birlikdə iştirak etmişdir. Həmin gün saat 16 radələrində Göyçay şəhəri ərazisində “Təzə Bazar” adlanan bazarın yanına gəlmişlər. Orada Təqsirləndirilən şəxs yaxınlaşıb, özlərini təqdim edərək üzərində narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu bildirmiş və rayon polis şöbəsinə getməli olduğunu izah etmişlər. Təqsirləndirilən şəxs könüllü olaraq, razılaşmış və birlikdə polis şöbəsinə gəlmişlər. Polis şöbəsinin Növbətçi Hissəsində Təqsirləndirilən şəxs təhqiqatçı Orxan Kərimov tərəfindən hüquq və vəzifələri izah olunub Müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra rayon polis şöbəsinin krimnalisti Sərxan İbrahimov tərəfindən keçirilən videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakı ilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olub-olmaması sorğu edilmiş və əgər vardırsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs sol əlində tutduğu 1 ədəd rəngli sellofan paketdə olan 1 ədəd şəffaf-göy rəngli sellofan torbanı təqdim edərək, içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin rəngli sellofan paket açıldıqda içərisindəki şəffaf-göy rəngli sellofan torba çıxarılaraq açılmış, içərisindəki kütlənin nə olması Təqsirləndirilən şəxs sorğu edildikdə, o həmin kütlənin marixuana narkotik vasitəsi olduğunu, onu tutulmamışdan əvvəl evə qayıdarkən bazarın yanından tapdığını və özü istifdə etmək üçün daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş marixuana şəffaf-göy rəngli sellofan torbada elektron tərəzidə çəkilmiş və sellofan torba ilə birlikdə çəkisi 260 qram olmuşdur. Həmin sellofan torba içərisindəki kütlə ilə birlikdə təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi barədə protokol tərtib edilmiş, ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Sonradan istintaq zamanı Təqsirləndirilən şəxs yaşadığı kəndin ərazisində Ləkçıplaq-Qaraman- Şəkər su arxının yaxınlığında narkotik tərkibli bitkilər becərməsi də müəyyən edilmişdir. Məkhəmədə şahid qismində ifadə vermiş Şahid4 Şahid5 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 göstərmişdir ki, Göyçay RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması, daşıması və Göyçay rayonu, Qaraman kəndində narkotik təbiətli bitkilər əkib-becərməsi barədə Göyçay RPŞ-nin əməliyyat aparatına daxil olmuş məlumat əsasında xx xxxx 2020-ci il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə başlanılmışdır. Həmin gün Təqsirləndirilən şəxs rayon polis şöbəsinə gətirilərək üzərində şəxsi axtarış keçirilən zaman əlində olan sellofan torbanın içərisindən narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Qeyd olunan əməliyyat-axtarış tədbirlərinin davamı olaraq xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Göyçay rayonu, Qaraman kəndində Ləkçıplaq-Qaraman-Şəkər su arxının yaxınlığında 10 ədəd narkotik tərkibli çətənə bitkiləri əkib-becərməsi müəyyən edilmiş və bu barədə istintaqa məlumat verildikdən sonra Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi, aqronom-mütəxəssis Şaiq İsmayılovun və iki nəfər hal şahidinin iştirakı ilə qeyd olunan yerə baxış keçirmişlər. Baxış zamanı Osmanov X1 Ləkçıplaq-Qaraman-Şəkər su arxının yaxınlığında kolluq ərazini göstərərək üç müxtəlif yerdə ümumilikdə 10 ədəd narkotik tərkibli çətənə bitkiləri əkibbecərdiyini bildirmişdir. Həmin yerə baxış zamanı su arxının sol sahilində bir yerdə 3 ədəd, təxminən 10 metr aralıda 3 ədəd, və su arxının axını istiqamətində 10 metr irəlidə də 4 ədəd çətənə bitkisi kolları aşkar edilmişdir. Həmin bitkilərin dibinə baxış zamanı onlara qulluq edildiyi, yəni diblərinin boşaldıldığı və alaq otlardan təmizləndiyi müəyyən edilmişdir. Aşkar edilmiş bitkilər kökləri ilə birlikdə torpaqdan çıxarılmış və hündürlükləri ölçülmüşdür. Həmin çətənə bitkilərdən 2 ədədinin 70 santimetr, 2 ədədinin 60 santimetr, 3 ədədinin 50 santimetr, 1 ədədinin 37 santimetr, 2 ədədinin isə 40 santimetr uzunluqda olması müəyyən edilmişdir. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs həmin bitkiləri 2020-ci ilin aprel ayının əvvəllərində əkdiyini bildirmişdir. Aqronom mütəxəssis X2 aşkar edilmiş 10 ədəd yaşıl bitkilərin aqrotexniki qaydada qulluq olunmuş narkotik xassəli çətənə kolları olduğu barədə rəy vermişdir. Həmin bitkilərin diblərindən torpaq nümunələri götürülərək qablaşdırılmışdır. Bundan başqa su arxının kənarından iki ədəd plastik su qabı aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin su qabları vasitəsilə arxdan su götürüb əkdiyi bitkiləri suvarmaq üçün istifadə etdiyini bildirmişdir. Bundan sonra qeyd olunan bitkilər, torpaq nümunələri və su qabları müstəntiq tərəfindən qablaşdırılmış, fotoşəkillər çəkilmiş, ağzı möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra həmin əraziyə baxış keçirilməsi barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 göstərmişdir ki, xx xxxx 2020-ci il tarixində Göyçay rayonu Qaraman kəndində olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və işdə hal şahidi kimi iştirak etməyini xahiş etmişlər, etiraz etməmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə Göyçay rayonu, Qaraman kəndi ərazisində Ləkçıplaq-Qaraman-Şəkər su arxının sahilinə gəlmişlər. Həmin vaxt ona və oraya dəvət edilmiş digər bir nəfər hal şahidinə hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra onun, digər hal şahidinin, aqronom mütəxəssisin, vəkilin və polis əməkdaşlarının iştirakı ilə Göyçay rayonu, Qaraman kəndi ərazisində Ləkçıplaq-Qaraman-Şəkər su arxının sol sahilində, kolluq ərazidə Təqsirləndirilən şəxs aid çətənə bitkilərinə oxşar bitkilərin yetişdirildiyi yerə baxış keçirilmişdir. Baxış zamanı Osmanov X1 Ləkçıplaq- Qaraman-Şəkər su arxının yaxınlığında kolluq ərazini göstərərək üç müxtəlif yerdə ümumilikdə 10 ədəd narkotik tərkibli çətənə bitkiləri əkib-becərdiyini bildirmişdir. Həmin yerə baxış zamanı su arxının sol sahilində bir yerdə 3 ədəd, təxminən 10 metr aralıda 3 ədəd, və su arxının axını istiqamətində 10 metr irəlidə də 4 ədəd çətənə bitkisi kolları aşkar edilmişdir. Həmin bitkilərin dibinə baxış zamanı onlara qulluq edilməsi, yəni diblərinin boşaldıldığı və alaq otlardan təmizləndiyi müəyyən edilmişdir. Aşkar edilmiş bitkilər kökləri ilə birlikdə torpaqdan çıxarılmış və hündürlükləri ölçülmüşdür. Həmin çətənə bitkilərdən 2 ədədinin 70 santimetr, 2 ədədinin 60 santimetr, 3 ədədinin 50 santimetr, 1 ədədinin 37 santimetr, 2 ədədinin isə 40 santimetr uzunluqda olması müəyyən edilmişdir. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs həmin bitkiləri 2020-ci ilin aprel ayının əvvəllərində əkdiyini bildirmişdir. Aqronom mütəxəssis X2 aşkar edilmiş 10 ədəd yaşıl bitkilərin aqrotexniki qaydada qulluq olunmuş narkotik xassəli çətənə kolları olması barədə rəy vermişdir. Həmin bitkilərin diblərindən torpaq nümunələri götürülərək qablaşdırılmışdır. Bundan başqa su arxının kənarından iki ədəd plastik su qabı aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin su qabları vasitəsilə arxdan su götürüb əkdiyi bitkiləri suvarmaq üçün istifadə etdiyini bildirmişdir. Bundan sonra qeyd olunan bitkilər, torpaq nümunələri və su qabları müstəntiq tərəfindən qablaşdırılmış, fotoşəkillər çəkilmiş, ağzı möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra həmin əraziyə baxış keçirilməsi barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinə əlavə edilmiş məhkəmə-bioloji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 17/349 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd sellofan büküm... ” sözləri yazılmış zərfin içərisindəki, 01(bir) ədəd sellofan torbada, təmiz çəkisi 271,18 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Qeyd: marixuananın təmiz çəkisi – 271.18 qram, təqdiqata sərf edildi – 0.02 qram, qalıq – 271.16 qram təşkil edir. Aparılmış ekspertizanın dəyəri 35.97 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş məhkəmə-bioloji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 17/357 saylı rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərinə yapışdırılmış ağ kağızda “ Göyçay rayonun Ləkçiplaq-Qaraman-Şəkər su arxının Qaraman kəndi ərazisindən keçən hissəsində, həmin arxın sol sahilindən aşkar edilmiş...” sözləri yazılmış sintetik kisənin içərisində hündürlükləri 35 sm-dən 70 sm-dək, ümumi təmiz çəkiləri – 900,00 qram olan 10(on) ədəd bitkilər əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Təqdim olunmuş 01(bir) ədəd sellofan torbanın içərisindəki 03(üç) ədəd sellofan torbalarda olan torpaq nümulərindəki bitki hissəcikləri əkilibbecərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissəcikləridir. Aqronom mütəxəssis Ş.İsmayılovun xx.xx.2020-ci il tarixli rəyinə əsasən 10 ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş torpaq nümunəsinin strukturu və münbitliyi həmin torpaqda narkotik tərkibli çətənə bitkisinin yetişməsini mümkün edir.Qeyd: 10 ədəd çətənə bitkilərinin ümumi təmiz çəkisi – 900.00 qram, tədqiqata sərf edildi – 0.50 qram (hər bitkidən 0.05 qram), qalıq – 899.50 qram təşkil edir. Aparılmış ekspertizanın dəyəri 34.55 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 714 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş Göyçay rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 3898 saylı məktubdan görünür ki, Göyçay rayonu, Qaraman kəndində yaşayan Təqsirləndirilən şəxs psixiatrik və narkoloji kabinetlərdə qeydiyyatda yoxdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Cinayət işinə əlavə edilmiş xx.xx.2020-ci il tarixli şübhəli şəxsin tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 16:15-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə edilmiş xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək saat 12:45-də Göyçay RPŞ-nin MSY-dən azad edilmişdir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 271,18 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana qanunsuz olaraq əldə edib üzərində saxlayaraq xx xxxx 2020-ci il tarixdə saat 16 radələrində Göyçay şəhəri M.Hüseynzadə küçəsində olarkən və üzərində həmin narkotik vasitəni daşıması, bundan başqa 2020-ci ilin aprel ayının əvvəllərində əldə etdiyi əkilib becərilməsi qadağan olunmuş 10 ədəd xeyli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını Ləkçıplaq-Qaraman-Şəkər su arxının Göyçay rayonu Qaraman kəndi ərazisindən keçən hissəsində, kanalın sol sahilində kolluq olan ərazidə qanunsuz olaraq torpağa əkib yetişdirərək kultivasiya edərək Azərbaycan Respublikası CM-nin 234.1-ci və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetir, ona həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət törətdiyini cəzasını yüngülləşdirilən hallar kimi nəzərə alır.Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci və 237.1-ci maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixli protokola əsasən şübhəli şəxs qismində tutulmuş, xx.xx.2020-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı iki gün nəzərə alınmalı, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Göyçay RPŞ-nin MSSK-da saxlanılan 271,16 qram narkotik vasitə olan qurudulmuş marixuana, 01 ədəd sintetik torbada qablaşdırılmış 10 ədəd çətənə (kannabis) bitkiləri, 01 ədəd sellofan torbanın içərisindəki 03 ədəd sellofan torbalarda qabşaldırılmış torpaq nümunələrində olan narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissəcikləri, eləcə də 2 ədəd plastik su qabları məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə və məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə və məhkəmə iclasları dövründə hüquqlarını 13 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 13 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 78 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 70.52 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347.2, 349, 351- 353,356, 358.2-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza olaraq 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə saxlandığı iki gün müddət CMnin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cazasından çıxılaraq, üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Göyçay RPŞ-nin MSSK-da saxlanılan 271,16 qram narkotik vasitə olan qurudulmuş marixuana, 01 ədəd sintetik torbada qablaşdırılmış 10 ədəd çətənə (kannabis) bitkiləri, 01 ədəd sellofan torbanın içərisindəki 03 ədəd sellofan torbalarda qabşaldırılmış torpaq nümunələrində olan narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissəcikləri, eləcə də 2 ədəd plastik su qabları məhv edilsin. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 70.52 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 13 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 78 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ013501**********2944, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Hökmün icrası Göyçay rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov.
Məhkəmə qərarları › İş №1(046)-84/2020
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-84/2020
25.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver