Məhkəmə qərarları › İş №1(046)-84/2023

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-84/2023

23.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-84/2023 23.10.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ saat 15:20-də Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1976-cı il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu ödənilmiş, fərdi əməklə məşqul olan, ünvan 1-da qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən əkilib becərilməsi qadağan olunmuş, Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən xeyli miqdarda 7 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumunu qanunsuz olaraq əldə edib yaşadığı Göyçay şəhəri, İ.Göyçaylı küçəsi, 4-cü dalan, 6 saylı fərdi yaşayış evinin həyətyanı sahəsində ayrı-ayrı 7 ədəd dibçəkdə torpağa əkib aqrotexniki qaydada qulluq göstərməklə yetişdirərək kultivasiya etmiş, Göyçay rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə xx.xx.2023-cü il tarixdə, saat 09:15də yaşadığı Göyçay şəhəri, İ.Göyçaylı küçəsi, 4-cü dalanda yerləşən 6 saylı fərdi yaşayış evində saxlanılıb həmin tarixdə, saat 09:44-dən 10:00-dək yaşadığı evinin həyətyanı sahəsinə baxış keçirilərkən əkilib- becərilməsi qadağan olunmuş, uzunluqları 60 sm-dən 185 sm-dək yaş vəziyyətdə, ümumi təmiz çəkiləri 3220,0 qram olmaqla xeyli miqdarda 7 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə ittiham üzrə təqsirli bildi, ifadə verərək göstərdi ki, o, ünvan 1 -da ailə üzvləri ilə birlikdə yaşayır və qaynaq ustası işləyir. “Nəşə” kimi tanıdığı narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Belə ki, “nəşə” ni siqaret kağızında çəkməklə istifadə edir.Tutulmamışdan iki ay əvvəl evinin küçəsində yerdən kibrit qutusunda çətənə bitkisinin toxumlarını tapıb yaşadığı evin həyətyanı sahəsinə ümumilikdə 7 ədəd dibçəkdə əkmişdir ki, qulluq edib yetişdirsin və gələcəkdə istifadə etsin. Həmin toxumları dibçəkdə torpağa əkdikdən sonra gübrə və su verməklə, torpağının alaq otlarını təmizləməklə onlara qulluq etməyə başlamış və onlar yetişib 7 ədəd çətənə kolu olmuşlar. xx.xx.2023-cü il tarixdə, səhər saatlarında isə qapısını polis əməkdaşları döyüb evinin həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli çətənə kolları əkib-becərməkdə şübhəli olmasını bildirmişlər. Belə ki, polis əməkdaşları onun razılığı ilə evinin həyətyanı sahəsinə baxış keçirilməli olduğunu qeyd etmişlər. Həmin vaxt ona müdafiəçi təqdim edilmiş, hüquqları izah olunmuş və o, evinin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazı olmaması barədə ərizə yazmışdır. Evinin həyətyanı sahəsinə vəkilinin və aqronomun da iştirakı ilə videoçəkiliş aparılmaqla polis əməkdaşları tərəfindən baxış keçirilmişdir. Baxış zamanı evinin həyətyanı sahəsində dibçəkdə əkdiyi həmin 7 ədəd çətənə kolu aşkar edilib torpaqdan çıxarılmışdır. Onların uzunluqları ölçülmüş, torbaya yığılıb qablaşdırılmış və torbanın ağzı möhürlənmişdir. Həmin kollar, eləcə də kolların olduğu yerdən götürülmüş torpaq nümunələri maddi sübut qismində götürülmüşdür. Bundan sonra onun üzərində şəxsi axtarış aparılmış, lakin qanunla dövriyyəsi qadağan edilmiş maddə aşkar edilməmişdir. Əməlindən peşmandır. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Göyçay rayon X5 Patrul Xidməti Bölüyünün komandiri Şahid1 göstərdi ki, əməliyyat müvəkkili Şahid2 tərəfindən “əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında” qərar qəbul edilərək şöbənin əməliyyat işləri üzrə rəis müavini tərəfindən əmr əsasında əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun üzvləri isə onun, əməliyyat müvəkkili Şahid2 və Göyçay RPŞ-nin PPXB-nin manqa komandiri Cahangir Rəsulovun iştirakından ibarət tərkibdə müəyyən edilmişdir. Qəbul edilmiş müvafiq qərar əsasında onlar, yəni o özü, əməliyyat müvəkkili Şahid2, manqa komandiri Cahangir Rəsulov, kiçik inspektor-kriminalist Üzeyir Əliyev, eləcə də Göyçay RPŞ-nin TB-nin təhqiqatçısı Pərvin Ələkbərov xx.xx.2023-cü il tarixdə, saat 09 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına yollanmışlar və Təqsirləndirilən şəxs evinin qapısını döyərək onu çölə səsləmişlər. Təqsirləndirilən şəxs qapını açıb küçəyə çıxmış və tərəflərindən elə oradaca saxlanılmışdır. Onlar Müşfiqə özlərini təqdim edərək şübhənin mahiyyətini izah etmişlər və Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş, dövlət hesabına müdafiəçiyə malik olmaq hüququ təmin edilmiş, bir qədər sonra aqronom Şaiq İsmayılov və Müdafiəçi də həmin yerə gəlmişlər. Bundan sonra Təqsirləndirilən şəxs yazılı ərizəsi əsasında Müşfiqin özünün də iştirakı ilə videoçəkilişlə evinin həyətinə daxil olmuşlar. Həyətə daxil olmazdan əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs həyətyanı sahəsində əkilibbecərilməsi qanunla qadağan edilmiş narkotik tərkibli kol olub-olmaması barədə sual verilmiş, Təqsirləndirilən şəxs isə “bəli var” deyərək təsdiq etmiş, habelə ilk öncə özü irəlidə gedib həyətə daxil olmuşdur. Onlar da Müşfiqin ardınca həyətyanı bağ sahəsinə daxil olmuşlar. Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsində dibçəklərdə əkilmiş ümumilikdə 7 ədəd çətənə kolunu təqdim edərək onların narkotik tərkibli çətənə kolu olduğunu, özü tərəfindən şəxsi istifadəsi üçün əkilib- becərildiyini bildirmişdir. Həmin kollar dibçəklərdə torpaqdan çıxarılaraq kənara yığılmış, uzunluqları ölçülmüş və 60 sm-dən 185 sm-dək olmaları müəyyən edilmişdir. Həmin kollara və onların əkildiyi dibçəklərə aqronom tərəfindən də baxış keçirilmiş və aqronom şifahi olaraq bildirmişdir ki, həmin bitkilər çətənə kollarıdır, əkilib-becərilmiş, yeni peyin verilmiş, dibi alaq otlarından təmizlənmişdir. Qeyd edilən kollar ağ sintetik torbanın içərisinə yığılıb qablaşdırılmış, dibçəklərdən isə torpaq nümunələri götürülmüşdür. Məhkəmə baxışında şahidlər Göyçay RPŞ-nin CAB-m əməliyyat müvəkkili Şahid2 və Göyçay RPŞ-nin PPXB-nin polis nəfəri X2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1–da yerləşən həyətə giriş qapısından daxil olduqdan sonra evinin həyətyanı sahəsində dibçəklərdə əkilmiş ümumilikdə 7 ədəd çətənə kolu olması aşkar edilmiş, Təqsirləndirilən şəxs aşkar olunmuş bitkilərin narkotik tərkibli çətənə kolları olduğunu, öz istifadəsi üçün əkib becərdiyini bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 04 iyul 2023-cü il tarixli, 17/520 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində yapışdırılmış kağızda “Təqsirləndirilən şəxs məxsus evin həyətyanı sahəsindən aşkar edilmiş 7 ədəd bitki” sözləri yazılmış, adlar və imzalar olan sintetik kisənin içərisindəki, 07 (yeddi) ədəd, uzunluqları 60smdən 185sm-dək, yaş vəziyyətdə olan, ümumi təmiz çəkiləri 3220,0 qram bitki nümunələri əkilib- becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom mütəxəssis Şaiq İsmayılovun xx.xx.2023-cü il tarixli rəyinə əsasən 07 (yeddi) ədəd yaşıl bitkilər aqrotexniki qaydada qulluq olunmuş narkotik xassəli çətənə kollarıdır. Tədqiqata təqdim olunmuş, 07 ədəd əkilib-becərməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin torpaq nümunəsindəki bitki hissəcikləri çətənə (kannabis) bitkisinin hissəcikləri vardır. Tədqiqata təqdim olunmuş torpaq nümunəsinin strukturu və münbitliyi həmin torpaqda narkotik tərkibli çətənə bitkisinin yetişməsini mümkün edir.Çətənə bitkilərinin ümumi təmiz çəkisi 3220 qram,cəmi tədqiqata sərf edildi 0,70qram (hər bitkidən 0,10 qram),qalıq 3219,3 qram. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri X1 Məcburi- Narkoloji tibbi yoxlamanın 11 sentyabr 2023-cü il tarixli, 1515 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş 04 iyul 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus ünvan 1-da yerləşən həyətə giriş qapısından daxil olduqdan sonra evinin həyətyanı sahəsində dibçəklərdə əkilmiş ümumilikdə 7 ədəd çətənə kolu olması aşkar edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş şübhəli şəxsi tutma haqqında protokoldan, Göyçay Rayon Məhkəməsinin 05 iyul 203-cü il tarixli qərarından, təqsirləndirilən şəxsin MSYdən azad olunması və barəsində qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 04 iyul 2023-cü il tarixdə saat 09:30-da şübhəli şəxs qismində tutulmuş, Göyçay Rayon Məhkəməsinin 05 iyul 203-cü il tarixli qərarı ilə həbsin əvvəli 04 iyul 2023-cü il tarixdən hesablanmaqla barəsində 1 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, 04 avqust 2023-cü il tarixdə saat 09:00-da barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Beləliklə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə və mənbədən qanunsuz olaraq əldə etdiyi əkilib becərilməsi qadağan olunmuş xeyli miqdarda 07 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərini yaşadığı ünvan 1-da yerləşən həyətyanı torpaq sahəsinin həyətində yerləşən əkib yetişdirərək kultivasiya etmiş, həmin əməl isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin tərkibini təşkil edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Və nəhayət cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə,bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki,az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, qəsdin obyektinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin himayəsində 1 nəfər yetkinlik yaşına çatmayan uşağın olmasını,səmimi etirafını, əməlindən peşman olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar olduğunu və iş üzrə cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı həbsdə saxlama müddəti nəzərə alınmaqla azadlığın məhdudlaşdırılması növündə cəzanın müddəti bir günə iki gün hesablanmaqla müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı, üzərinə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Göyçay rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Göyçay rayon İcra və Probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulmalıdır. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalan yaş vəziyyətdə ümumi təmiz çəkisi 3219,3 qram olmaqla xeyli miqdarda 7 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri, eləcə də həmin yerdən götürülmüş torpaq nümunəsi Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən müvafiq qaydada məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs ünvan 1-da yerləşən evinin həyətyanı torpaq sahəsinə baxış keçirilərkən istifadə edilmiş videoçəkilişin köçürüldüyü 1 ədəd “DVD”disk cinayət işi materiallarında saxlanılmalıdır. Ekspertiza tədqiqatının cəmi dəyəri 35 manat 97 qəpik Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı 04 iyul 2023-cü il tarixdən 04 avqust 2023-cü il tarixədək 1 ay həbsdə saxlanılma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş cəzadan 2 ay çıxılmaqla qəti olaraq ona 01 (bir) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşadığı yer üzrə Göyçay rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Üzərinə daimi yaşayış yeri olan Göyçay rayonu Cəyirli kəndində yerləşən evi hər gün saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Göyçay rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Göyçay rayon İcra və Probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalan yaş vəziyyətdə ümumi təmiz çəkisi 3219,3 qram olmaqla 7 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi, eləcə də həmin yerdən götürülmüş torpaq nümunəsi məhv edilsin. Ekspertiza tədqiqatının 35 manat 97 qəpik məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar