Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-86/2020 04.11.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, dövlət ittihamçısı X2, Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1977-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Göyçay rayonunun Çərəcə kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə və mənbədən qanunsuz olaraq əldə etdiyi əkilib becərilməsi qadağan olunmuş 03 ədəd xeyli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını Göyçay rayonu Çərəcə kəndində yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq torpağa əkib yetişdirərək kultivasiya etmiş, xx xxxx 2020-ci il tarixdə saat 12 radələrində Göyçay rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyətə baxış keçirilərkən həmin bitkilər qeyd edilən yerdən aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2020-ci ilin may ayının əvvəllərində yaşadığı Çərəcə kəndi ərazisində olarkən yolun kənarından gümüşü rəngli kağıza bükülmüş çətənə bitkisinin toxumlarını tapmış, toxumları özündə saxlayıb, may ayının ortalarında yaşadığı evin həyətyanı sahəsində evin sol tərəfində alça ağaclarının yaxınlığında yetişməsi üçün 03 ədəd həmin çətənə toxumlarını əkmişdir. Mütəmadi olaraq çətənə toxumlarını əkdiyi yerə qulluq etmiş, çətənə kollarının diblərini boşaldaraq su vermişdir. xx xxxx 2020-ci il tarixdə Çərəcə kəndində yaşadığı evdə olarkən polis əməkdaşları yaşadığı evə gəlmiş, özlərini təqdim etmiş və narkotik tərkibli bitkilər əkibbecərməkdə şübhəli olduğunu bildirmişlər. Buna görə də yaşadığı evin həyətyanı sahəsinə baxış keçirəcəklərini bildirmişlər. Həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə könüllü razılıq vermişdir. Bundan sonra dəvət edilmiş Müdafiəçi iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Həmin vaxt yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazı olmaması barədə ərizə də yazmışdır. Müdafiəçinin, dəvət edilmiş iki nəfər hal şahidinin və aqronomun iştirakı ilə onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı həyətyanı sahədə evin sol tərəfində alça ağaclarının yaxınlığında 3 ədəd çətənə bitkisi aşkar edilmişdir. Həmin çətənə bitkiləri polis əməkdaşları tərəfindən torpaqdan kökləri ilə birlikdə çıxarılaraq bir ədəd sintetik kisəyə qoyularaq ağzı kleylənmiş, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Baxış keçirilməsi barədə protokol tərtib edilmişdir. Onunla birlikdə digər iştirakçılar da həmin protokolun doğruluğunu imzalarla təsdiq etmişlər.Törətdiyi əməldən peşmandır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid4 göstərmişdir ki, Göyçay RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması və Göyçay rayonu Çərəcə kəndində yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-becərməsi barədə Göyçay RPŞ-nin əməliyyat aparatına daxil olmuş məlumat əsasında xx xxxx 2020-ci il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə başlanılmışdır. Həmin gün saat 12 radələrində Göyçay RPŞ-nin bir neçə nəfər əməkdaşları ilə birlikdə Göyçay rayonu, Çərəcə kəndində Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına gələrək özlərini təqdim edərək narkotik vasitə istifadə etməkdə və narkotik tərkibli bitkilər əkibbecərməkdə şübhəli olduğunu və yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirmək istədiklərini bildirmişlər. Təqsirləndirilən şəxs könüllü razılıq vermiş, evinə və həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə yazmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunub Müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulmuşdur. 2 nəfər hal şahidini də dəvət edib, təhqiqatçı tərəfindən onlara hüquq və vəzifələri izah edildikdən sonra hal şahidləri, aqronom və müdafiəçisi Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində 3 ədəd çətənə bitkiləri aşkar edilmişdir. Aşkar edilmiş həmin bitkilərin nə olması və toxumlarını haradan əldə etməsi Təqsirləndirilən şəxs sorğu olunduqda, Təqsirləndirilən şəxs həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu və həmin bitkilərin toxumlarını yaşadığı Çərəcə kəndinin ərazisində yolun kənarından tapdığını bildirmişdir. Baxış zamanı hər bir çətənə kollarının hündürlükləri ölçülmüşdür. Həmin bitkilərdən bir ədədinin uzunluğu 32 sm, 1 ədədi 27 sm, 1 ədədi isə 15 sm olması müəyyən edilmişdir. Aqronom mütəxəssis Şaiq İsmayılov aşkar edilmiş 3 ədəd yaşıl bitkilərin aqrotexniki qaydada qulluq olunmuş narkotik xassəli çətənə kolları olması barədə rəy vermişdir. Bundan sonra aşkar edilmiş 3 ədəd çətənə bitkilərinin dibindən torpaq nümunələri və 3 ədəd narkotik tərkibli çətənə bitkiləri torpaqdan çıxarılaraq qablaşdırılmış, fotoşəkillər çəkilmiş, ağzı möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra həmin əraziyə baxış keçirilməsi barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş şahid X4 Şahid4 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixində saat 12 radələrində yaşadığı kənddə olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək, işdə hal şahidi kimi iştirak etməsini xahiş etmişlər. Könüllü olaraq razılaşmış və polis əməkdaşları ilə birlikdə həmkəndlisi Təqsirləndirilən şəxs yaşadığı ünvana gəlmişlər. Hal şahidi, aqronom, vəkil və polis əməkdaşları birlikdə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs həyətyanı sahəsində alça ağaclarının ətrafında bitmiş 3 ədəd yaşıl rəngli bitki aşkar edilmişdir. Həmin bitkilər barəsində Təqsirləndirilən şəxs sorğu edilmiş və Təqsirləndirilən şəxs həmin bitkilərin narkotik vasitə, çətənə bitkiləri olduğunu bildirmişdir. Aşkar edilmiş 3 ədəd bitki kökündən çıxarılaraq, metrə ilə ölçülmüş onlardan birinin uzunluğu 32 santimetr, birinin 27 santimetr, digərinin isə 15 santimetr olduğu müəyyən edilmişdir. Baxış zamanı bitkilərin yetişdirildiyi yerdən torpaq nümunələri də götürülmüşdür. Həmin bitkilər bir ədəd sintetik kisədə və torpaq nümunələri sellafon torbada kağız zərfə qoyularaq qablaşdırılmış və təhqiqatçı tərəfindən götürülmüşdür. Baxış zamanı iştirakçı aqronom aşkar edilmiş 3 ədəd bitkinin narkotik təbiətli çətənə kolu olduğunu, onlara aqrotexniki qaydada qulluq edildiyini, diblərinin yumşaldılaraq suvarıldığını və alaq otlarından təmizləndiyini bildirmişdir. Bundan sonra baxış keçirilməsi barədə protokol tərtib edilmiş, ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə vermişlər. Cinayət işinə əlavə edilmiş məhkəmə-bioloji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 17/370 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar olunmuş sözləri yazılmış sintetik kisənin içərisindəki 03 (üç) ədəd hündürlükləri 16 sm-dən 34 sm-dək, ümumi təmiz çəkisi 4,12 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkiləridir. 01 ədəd sellofan torbada olan torpaq nümunəsindən əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissəcikləri aşkar edildi. Həmçinin təqdim olunmuş torpaq nümunəsinin strukturu və münbitliyi həmin torpaqda narkotik tərkibli çətənə bitkisinin yetişməsini mümkün edir. X1 tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli aqronom rəyinə əsasən təqdim olunmuş çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Təqdim olunmuş torpaq nümunəsinin strukturu və münbitliyi həmin torpaqda narkotik tərkibli çətənə bitkisinin yetişməsini mümkün edir. Qeyd: çətənə bitkilərinin ümumi təmiz çəkisi 4.12 qram, tədqiqata sərf edildi – 0.15 qram, qalıq 3.97 qramdır. Aparılmış ekspertizanın dəyəri 35.97 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 713 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş Göyçay rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 3900 saylı məktubdan görünür ki, Göyçay rayonu, Çərəcə kəndində yaşayan Təqsirləndirilən şəxs psixiatrik və narkoloji kabinetlərdə qeydiyyatda yoxdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olmamışdır. Cinayət işinə əlavə edilmiş xx.xx.2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 11:50-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə edilmiş xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2020-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək saat 11:30-da Göyçay RPŞ-nin MSY-dən azad edilmişdir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə və mənbədən qanunsuz olaraq əldə etdiyi əkilib becərilməsi qadağan olunmuş 03 ədəd xeyli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını Göyçay rayonu Çərəcə kəndində yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq torpağa əkib yetişdirməklə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasın, ilk dəfə az ağır cinayət törətdiyini cəzasını yüngülləşdirilən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixli protokola əsasən şübhəli şəxs qismində tutulmuş, xx.xx.2020-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı iki gün nəzərə alınmalı, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Göyçay RPŞ-nin MSSK-da saxlanılan bir ədəd sintetik kisədə qablaşdırılmış 03 ədəd çətənə (kannabis) bitkiləri və 01 ədəd sellofan torbanın içərisindəki torpaq nümunələri məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışları dövründə hüquqlarını 14 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 14 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 84 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 35.97 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347.2, 349, 351- 353,356, 358.2-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə saxlandığı iki gün müddət CMnin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cazasından çıxılaraq, üzərində qəti olaraq 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-cü maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Göyçay RPŞ-nin MSSK-da saxlanılan bir ədəd sintetik kisədə qablaşdırılmış 03 ədəd çətənə (kannabis) bitkiləri və 01 ədəd sellofan torbanın içərisindəki torpaq nümunələri məhv edilsin. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 35.97 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 14 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 84 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ013501**********2944, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Hökmün icrası Göyçay rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov.
Məhkəmə qərarları › İş №1(046)-86/2020
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-86/2020
04.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver