Məhkəmə qərarları › İş №1(046)-86/2025

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-86/2025

17.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-86/2025 17.11.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1957-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respulikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Göyçay şəhəri, M.Füzuli küçəsi ev 13-də qeydiyyatda olmaqla yaşayan, barəsində "polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən xeyli miqdarda hesab olunan, yəni təmiz çəkisi 0,890 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, daşıyaraq üzərində saxlamış, 18 may 2025-ci il tarixda saat 14:21-də Göyçay RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Göyçay şəhəri, Füzuli küçəsində saxlanılmış və saat 14:21-dən 14:28-dək üstünün yoxlanılması zamanı qara rəngli şalvarın sağ yan ön cibindan 01 ədəd "LD” markalı siqaretin içərisində olan 01 ədəd şəffaf sellofanda təmiz çəkisi 0,890 qram olmaqla xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bildi, ifadə verərək göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadə verərək Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, o, təxminən 7-8 gün əvvəl Göyçay şəhəri, Ziya Bünyadov küçəsində, “Çaylaq” adlanan ərazidə piyada gəzən zaman yerdə sellofan büküm olduğunu görmüş, həmin sellofan bükümü götürüb içərisinə baxan zaman içərisində əvvəllər də narkotik vasitə istifadə etdiyi üçün bildiyi "kokos” adlandırdığı heroin olduğunu görmüş, bu səbəbdən də o, həmin narkotik vasitəni istifadə etmək üçün özü ilə götürmüşdür. 18 may 2025-ci il tarixdə saat 14 radələrində yaşadığı Göyçay şəhəri, Füzuli küçəsində olan zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşmış, həmin gün saat 14:21-dən videoçəkilişlə polislər tərəfindən üzəri yoxlanmağa başlanmış, ilk əvvəl polis əməkdaşı ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, barəsində əməliyyat-axtarış tədbirləri barədə qərər qəbul edildiyini, polis şöbəsinə getdikdən sonra müdafiəçi ilə təmin olunacağını demiş, bundan sonra ondan üzərində qanunla qadağan edilmiş əşya və ya predmetin olubolmaması soruşulmuş, o, da əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd siqaret qutusunu çıxarıb təqdim etmiş, həmin siqaret qutusunun içərisi polis əməkdaşı tərəfindən açılmış, içərisindən 1 ədəd şəffaf sellofan büküm aşkar edilmişdir. Polis əməkdaşı həmin sellofan bükümə baxış keçirmiş, içərisində nə olduğunu soruşmuş, o, polis əməkdaşlarına həmin bükümdə "kokos” adlandırdığı narkotik vasitə olduğunu demiş, daha sonra polis əməkdaşları həmin narkotik vasitəni hansı səbəbdən üzərində gəzdirdiyini soruşmuş, o, polis əməkdaşlarına həmin maddəni narkotik vasitə istifadə etdiyi üçün üzərində gəzdirdiyini, 1 həftə əvvəl tapdığını, heçkimə vermədiyini, satmadığını demişdir. Daha sonra üzərinə baxış keçirilmiş, üzərindən pul və 1 ədəd alışqan aşkar edilmiş, sübut əhəmiyyəti olmadığından 1 qutu siqaret, 1 ədəd alışqan və pul ona geri qaytarılmış, ondan aşkar edilmiş narkotik vasitə tərəzidə çəkilmiş, çəkisi 1,07 qram təşkil etmişdir. Həmin büküm qablaşdırılmış, üzəri onun və iştirakçılar tərəfındən imzalanmışdır. Baxış yekunlaşdıqdan sonra polis əməkdaşları onu polis şöbəsinə aparmış, şöbədə müdafiəçi X1 ilə təmin olunmuş, daha sonra isə videogörüntü vasitəsilə üzərindən aşkar edilərək qablaşdırılmış narkotik vasitə tahqiqatçı tərəfindan götürülmüş, o, həmin narkotik vasitədən heçkimə nə verməmiş, nə də ki satmamış, əldə etdikdən sonra özü istifadə etmək üçün üzərində saxlamış, ondan narkotik vasitə olmasından heçkimin məlumatı olmamış, o, bu barədə heçkimə heçnə deməmiş, saxlanılan zaman polis əməkdaşları tərəfindən ona hər hansı bir fiziki zorakılıq və ya digər bir qanunsuz hərəkət edilməmiş, onun istifadəsində mobil nömrə olmamış, o, mobil telefon istifadə etməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, şöbəyə Təqsirləndirilən şəxs üzərində mütəmadi olaraq narkotik vasitələrin saxlaması, gəzdirməsi və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra xx.xx.2025-ci il tarixdə həmin şəxsin ətrafında taxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi və yerinin müəyyən olunaraq üzərinə baxış keçirilməsi barədə qarar çıxarılmışdır. Həmin tarixdə Təqsirləndirilən şəxs olduğu yer barədə əməliyyat məlumatı daxil olduqdan sonra, həmin məlumat əsasında Göyçay RPŞ-nin CAB-nin əmaliyyat müvəkkilləri Şahid2 va Şahid3 ilə birlikdə Göyçay şəhəri Füzuli küçəsinə getmiş, oraya çatdıqdan sonra özlərini təqdim edib Təqsirləndirilən şəxs bərəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı elan etmiş, üzərinə baxış keçiriləcəyini bildirmişdir. 18 may 2025-ci il tarixdə saat 14:21-də həmin şəxsin üzərində yoxlama aparmağa başlanmış, bu zaman videoçəkilişdən istifadə edilmiş, videoçəkilişi Şahid2 hayata keçirmiş, əvvəlcə o, Təqsirləndirilən şəxs üzərində har hansı qadağan olunmuş əşyanın olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd LD markalı siqaret qutusunu çıxarıb təqdim etmiş, həmin qutu açılan zaman içərisində şəffaf rəngli sellofan, həmin sellofanın içərisində isə qəhvəyi rəngli maddə olduğu müəyyən edilmiş, Təqsirləndirilən şəxs həmin sellofanın içərisində nə olduğunu soruşan zaman Təqsirləndirilən şəxs həmin bükümün içərisində "kokos” olduğunu demiş, Təqsirləndirilən şəxs həmin kütləni haradan əldə etdiyi, hansı səbəbdən üzərində daşıdığını soruşmuş, bu zaman Təqsirləndirilən şəxs həmin kütləni təxminan 1 həftə əvvəl "Çaylaq” adlanan ərazidən tapdığını, şəxsi istifadəsi üçün üzərində daşıdığını, heçkimə vermədiyini, satmadığını demişdir. Daha sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, üzərindən pul və 1 ədəd alışqan da aşkar edilmiş, 1 ədəd alışqan, pul və içərisində 2 ədəd siqaret olan LD markalı siqaret qutusu Təqsirləndirilən şəxs qaytarılmış, həmin sellofan elektron tərəzidə çəkilmiş, çəkisi sellofanla birlikdə 1,07 qram təşkil etmiş, aşkar edilmiş kütlə 1 ədəd zərfda qablaşdırılmış, üzəri iştirakçılar tərəfındən imzalanmış, bundan sonra onlar Təqsirləndirilən şəxs də götürüb Göyçay RPŞ-na gəlmiş, Göyçay RPŞ-da baş tahqiqatçı Orxan Kərimov tərəfından Təqsirləndirilən şəxs müdafiəçi X2 ilə təmin edilmiş, hüquq və vəzifələri izah edilmiş, sonra qeyd etdiyi şəxslər və müdafiəçinin iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilən maddi sübut götürülmüş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək qablaşdırılmış kütlənin ona aid olub-olmaması soruşulmuş, bu zaman Təqsirləndirilən şəxs üzərindən aşkar edilən 1 ədəd sellofan bükümün özünə məxsus olduğunu demiş, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə onda heç bir məlumat olmamış, Təqsirləndirilən şəxs saxlanılan zaman üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini tapdığını demiş, lakin bununla bağlı onlarda tam dəqiq malumat olmamışdır. İş üzrə şahid qismində dindirilmiş Göyçay RPŞ-nin CAB-nin əmaliyyat müvəkkilləri Şahid2 va Şahid3 da Şahid1 ifadəsində göstərilənləri bir daha təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış və götürmə keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə axtarış aparılan zaman üzərindən içərisində qəhvəyi rəngli maddə olan 1 ədəd sellofan büküm aşakar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 17/358 saylı ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində " Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01ədəd kağız büküm” yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi- 0,890 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmə-narkoloji ekspertizasının 31 iyul 2025-ci il tarixli 1213 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Yaşı 65-dən yuxarı olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinətdə qeydiyyata alınması məsləhət görünür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından onun əməli düzgün olaraq AR CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmiş və ona həmin maddənin sanksiyası daxilində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunla təsdiq edilmiş “Narkotik vasitələr” adlı İ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan heroin xeyli miqdar, 02 qram olduqda külli miqdar, 800 qram olduqda xüsusilə külli, 0,15 qram olan metamfetamin xeyli miqdar, 02 qram olduqda külli miqdar, 400 qram olduqda xüsusilə külli miqdar, 0,02 qram olan metamfetamin xeyli miqdar, 1,6 qram olduqda isə külli miqdar, 160 qram olduqda xüsusil ə külli miqdar hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət- hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün —ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: "Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 14:21-dən tutulmuşdur. "Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 12:25-də MSY-dən azad edilmiş və barəsində "polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki o, Leninqrad şəhəri Kuybışev Rayon Məhkəməsinin xx.xx.1982-ci il tarixli hökmü ilə RSFSR-nin CM 145-ci maddəsinin 2-ci hissəsinə əsasan 04 il 06 ay müddətə azadlıqdan məhrum edilmiş, Astraxan şəhər Məhkəməsinin xx.xx.1986-ci il tarixli hökmü ilə RSFSR-in CM 224cü maddəsinin 4-cü hissəsinə əsasən 05 il müddətə azadlıqdan məhrum edilmiş, Göyçay Rayon Xalq Məhkəməsinin xx.xx.1992-ci il tarixli hökmü ilə 02 il azadlıqdan məhrum edilmiş, Ağstafa rayon Xalq Məhkəməsinin xx.xx.1994-cü il tarixli hökmü 04 il müddətinə azadlıqdan məhrum edilmiş, Nizami rayon Xalq Məhkəməsinin xx.xx.1996-cı il tarixli hökmü ilə 05 il azadlıqdan məhrum edilmiş, Göyçay Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən 01 il azadlıqdan məhrum edilmiş, Göyçay rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə 01 il 06 ay azadlıqdan məhrum edilmiş, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azarbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 va 234.4.3-cü maddələrinə əsasən 11 il azadlıqdan məhrum edilmiş, X5 Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən 02 il 06 ay müdəətə azadlıqdan məhrum edilmiş, xx.xx.2024-cü il tarixdə Xatai Rayon Məhkəməsinin qararı ilə 04 ay 29 gün vaxtından əvvəl cəzadan şərti olaraq azad edilmişdir. Göyçay rayon İcra və Probasiya Şöbəsindən alınmış xx.xx.2025-ci l tarixli məktuba əsasən Təqsirləndirilən şəxs çəkilməmiş cəzası qalmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini və peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin əməlində cinayətlərin təhlükəli residivi olmasını onun cəzasını ağırlaşdıran hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.2-ci maddəsinə əsasən cinayətlərin residivi aşağıdakı hallarda təhlükəli sayılır: 18.2.1 qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; 18.2.2 qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə 65.1 -ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə; «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1 -ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir.Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (cinayətlərin təhlükəli residivi), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbiri "həbs” qətimkan tədbiri ilə əvəz edilməli, cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı vaxtdan yəni xx.xx.2025-ci il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş "həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, narkoloji kabinetə qeydiyyata alınmalı, iş üzrə maddi sübut narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut - 02 ədəd DVD disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 69.10 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETTİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azaqlıdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 05 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbiri "həbs” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclası zalında dərhal həbs olunsun. Təqsirləndirilən şəxs narkoloji kabinetə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,840 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının 69.10 manat məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan 02 ədəd DVD disklər iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 15 iş saatına görə 165 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Göyçay rayon Vəkil Bürosunun hesabına (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********)) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar