Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-87/2020 17.11.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, Dövlət ittihamçısı1, Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1970-ci ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, məhkum olunmamış, ailəli, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə”qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə və mənbədən əldə etdiyi əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını ünvan 2 ünvanda yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq əkib 03 ədəd şitillərdən ibarət xeyli miqdarda narkotik təbiətli çətənə (kannabis) bitkilərini yetişdirib kultivasiya edərək, xx xxxx 2020-ci il tarixdə isə həmin şitilləri diblərindən çıxararaq yaşadığı evin birinci mərtəbəsində otaqda dəmir qabda quruduluması üçün saxlamış, eyni zamanda istintaqa məlum olmayan müddətdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 410 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana əldə edib həmin dəmir qabın yanında bir ədəd sellofan torbada qablaşdırılmış vəziyyətdə saxlamış, xx xxxx 2020-ci il tarixdə saat 19 radələrində Göyçay rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evə baxış keçirilən zaman həmin 03 ədəd əkilib becərməsi qadağan olunmuş əkib yetişdirərək kultivasiya etdiyi narkotik təbiətli çətənə (kannabis) bitkilərinin şitilləri, eləcə də, sellofan torbada olan həmin 410 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana yaşadığı evin birinci mərtəbəsindəki otaqdan aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci və 237.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 19:30 radələrində yaşadığı evdə olduğu zaman polis əməkdaşları özlərini ona təqdim edərək çətənə bitkilərinin əkib-becərməkdə, eləcə də yaşadığı evdə narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirirərək evə baxış keçirilməsinə razılıq verməsini təklif etmişlər. Vəkil Müdafiəçi təqdim edərək hüquq və vəzifələrini izah etmişlər. Şübhəli şəxs kimi saxlanılması barədə protokol tərtib edilmişdir. Polis əməkdaşları ona yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilməsinin zəruri olduğunu bildirdikdə polis əməkdaşlarına etiraz etməmiş və bu barədə ərizə yazmışdır. Bundan sonra dəvət olunmuş iki nəfər hal şahidlərinin, aqronomun və vəklinin iştirakı ilə yaşadığı evə və həyətə baxış keçirilmişdir. Baxış keçirilən zaman yaşadığı evin 1-ci mərtəbəsində, anbar kimi istifadə edilən otaqda 1 ədəd un qabı kimi istifadə edilən qara rəngli çuğun dəmir qabdan 3 ədəd yaşıl rəngli bitki şitilləri aşkar edilmişdir. Həmin bitkilər barəsində sorğu edildikdə, polis əməkdaşlarına həmin bitkilərin çətənə şitilləri olmaqla onları həyətdə özü əkib becərdiyini və qurutmaq üçün həmin tarixdə, yəni xx.xx.2020-ci il tarixdə səhər saatlarında diblərindən çıxardaraq otaqdakı həmin dəmir qaba qoyduğunu bildirmişdir. Həmin 3 ədəd çətənə şitillərinin hündürlükləri ölçüldükdə, 2 ədədi 40 sm, 1 ədədi isə 75 sm uzunluqda olduqları müəyyən edilmişdir. Həmin çətənə şitilləri bir ədəd zərfdə qablaşdırılaraq, götürülmüşdür. Baxış zamanı həmin dəmir qabın sol kənarında gizlətdiyi içərisində qururdulmuş marixuana narkotik vasitəsi olan rəngli sellofan paket aşkar edilmişdir. Həmin sellofan paket açıldıqda içərisində qurudulmuş marixuana aşkar edilmişdir. Sorğu zamanı həmin kütlənin marixuana olduğunu və 2019-cu ilin avqust ayında Şirvan su kanalının Potu kəndindən keçən hissəsində, balıq tutmağa gedərkən su kanalının sahilinin aşağı hissəsində qamışlıq yerdə yabanı halda bitmiş bir ədəd çətənə kolunun yarpaqlarından yığdığını və özü istifadə etmək üçün həmin yerdə saxladığını bildirmişdir. Həmin marixuana sellofan paketlərlə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 480 qram olmuşdur. Aşkar edilmiş qurudulmuş marixuana 1 ədəd zərfə qoyularaq qablaşdırılaraq, ağzı kleylənmiş və möhürlənmişdir. Bundan sonra ona aşkar edilmiş 3 ədəd çətənə bitkilərini əkib becərdiyi yeri göstərməyi təklif olunmuşdur. Həyətdə yerləşən iki mərtəbəli evin qurtaracağından bir neçə metr aralıda meyvə ağacların olduğu yerdə 3 ədəd çətənə şitillərini əkib becərdiyi yeri göstərmiş, həmin vaxt oradan torpaq nümunələri götürülmüş və 1 ədəd zərfdə qablaşdırıldıqdan sonra zərfin üzərini o, və hal şahidləri imzalamışlar. Baxış keçirilən zaman fotoşəkillər çəkilmiş, protokol tərtib edilmiş və ucadan oxunduqdan sonra iştrakçılar tərəfindən imzalanmışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, Göyçay RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəçisi olması, yaşadığı evdə narkotik vasitə saxlaması və yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkilərin əkib becərməsi barədə əməliyyat məlumatına malik olduğundan xx xxxx 2020-ci il tarixdə bu barədə Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla məruzə etmişdir. Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq aldıqdan sonra polis şöbəsinin əməkdaşları ilə birgə əməliyyat tədbiri keçirilmişdir. Belə ki, həmin tarixdə saat 19:30 radələrində tədbirdə iştirak edən əməkdaşlarla, aqronom və Müdafiəçi ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvana getmişlər. Həmin vaxt küçədən keçən iki nəfəri çağırıb Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilməsində hal şahidi kimi iştirak etməyi dəvət etmişlər, həmin şəxslər könüllü olaraq razılaşmışlar. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyət qapısından küçəyə çağırmışlar. Təqsirləndirilən şəxs küçəyə çıxan zaman özlərini təqdim edərək yaşadığı evin həyətində narkotik tərkibli bitkilərin əkib becərməsində, eləcə də evində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmişlər və vəkil Müdafiəçi Mahirə təqdim edərək hüquq və vəzifələrin izah etmişlər. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlanılması barədə protokol tərtib olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evə və həyətinə baxış keçirilməsinin zəruri olduğu bildirildikdə buna heç bir etirazının olmadığını bildirərək, bu barədə ərizə yazmışdır. Dəvət olunmuş iki nəfər hal şahidlərinə də hüquq və vəzifələri izah olunduqdan sonra onların, aqronomun və vəkil Müdafiəçi iştirakı Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə daxil olmuşlar. Həyətdə həmin vaxt Mahirin ailə üzvləri, yəni adlarını həmin vaxt bildiyi anası Raya Əliyeva, həyat yoldaşı Şahid5, bir oğlu və bir qızı olmuşlar. İlk öncə qarşıda olan iki mərtəbəli evə baxış keçirilən zaman həmin evin birinci mərtəbəsində sol tərəfdə olan otaqda qara rəngli çuğun dəmir qabın içərisində çətən bitkisinə bənzər 3 ədəd yaşıl rəngli şitillər aşkar edilmişdir. Həmin şitillərin nə olması barədə Təqsirləndirilən şəxs sorğu edildikdə, Mahir həmin bitkilərin çətənə şitilləri olduqlarını, onları həyətdə gələcəkdə özü istifadə etməsi üçün əkib becərdiyini və artıq qurutmaq üçün həmin gün səhər saatlarında diblərindən çıxardaraq həmin dəmir qaba qoyduğunu bildirmişdir. Çətənə şitillərinə oxşar bitkilərin hündürlükləri ölçüldükdə, 2 ədədi 40 sm, 1 ədədi isə 75 sm uzunluqda olduqları müəyyən edilmişdir. Həmin 3 ədəd çətənə şitillərinə oxşar bitkilər bir ədəd zərfdə qablaşdırılaraq götürülmüşdür. Baxış zamanı həmin dəmir qabın sol kənarında isə bir ədəd rəngli sellofan paket aşkar edilmişdir. Həmin sellofan paket açıldıqda içərisində digər rəngli sellofan paketdə yaşıl rəngli, bitki mənşəli, qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin marixuana narkotik vasitəsi olduğunu, marixuananı 2019-cu ilin avqust ayında Şirvan su kanalının Potu kəndindən keçən hissəsində, balıq tutmağa gedərkən su kanalının sahilinin aşağı hissəsində qamışlıq yerdə yabanı halda bitmiş bir ədəd çətənə kolunun yarpaqlarından yığıb gələcəkdə özü istifadə etməsi üçün həmin yerdə gizlədib saxladığını bildirmişdir. Həmin kütlə sellofan paketlərlə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 480 qram olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs qabdan aşkar edilmiş 3 ədəd çətənə bitkilərini əkib becərdiyi yeri göstərməsi təklif olunduqda Mahir həyətdə yerləşən iki mərtəbəli evin qurtaracağından bir neçə metr aralıda meyvə ağacların olduğu yeri göstərib 3 ədəd çətənə şitillərini həmin yerdə əkib becərdiyini bildirmişdir. X1 tərəfindən həmin yerdən torpaq nümunəsi götürülərək 1 ədəd zərfdə qablaşdırılmışdır. Bundan başqa, baxış zamanı aşkar edilmiş 3 ədəd bitkilər və torpaq nümunəsi aqronom tərəfindən nəzərdən keçirilmişdir. Aqronom da həmin bitkilərin çətənə şitilləri olduğunu, onlara xüsusi qaydada qulluq olunduğunu, torpaq nümunələrində isə peyin və gübrənin olduğunu təsdiq etmişdir. Baxış keçirilən zaman fotoşəkillər çəkilmiş, protokol tərtib edilərək ucadan oxunmuş, sonra isə bütün iştirakçılar tərəfindən imzalanmışdır. Daha bir neçə gün sonra Təqsirləndirilən şəxs, vəkilinin, aqronomun və hal şahidlərinin iştirakı ilə Potu kəndində Şirvan su kanalının sahilində baxış keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs su kanalının aşağı hissəsini, qamışlıq ərazini göstərərək, 2019-cu ilin avqust ayında balıq tutmağa gedərkən məhs həmin yerdə bitmiş olan çətənə kolunun yarpaqlarını yığaraq özü istifadə etməsi üçün sellofan paketdə evində saxladığını bildirmişdir. Həmin yerə və ətrafa baxış keçirilən zaman hər hansı bir narkotik tərkibli çətənə bitkisinə oxşar bitki aşkar edilməsə də, eyni zamanda aqronom həmin yerdə hər hansı bir çətənə bitkisinin olmadığını bildirsə də, həmin yerdə çətənə bitkisinin yabanı halda yetişməsinin mümkün olduğunu bildirmişdir. Baxış keçirilən zaman fotoşəkillər çəkilmiş, protokol tərtib edilərək ucadan oxunmuş, daha sonra isə bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid4 göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 19:30 radələrində Göyçay şəhəri Vaqif küçəsi ilə piyada gedən zaman həmin küçədə, Təqsirləndirilən şəxs yaşadığı evin küçə qapısının yanında polis şöbəsinin əməkdaşlarının olduğunu görərək nə baş verdiyini maraqlanmaq üçün oraya yaxınlaşmışdır. Polislər ona Mahirin narkotik vasitələr əkib becərməsində və evində narkotik vasitə saxlamasında şübhələr olduğuna görə Mahirin evinə və həyətinə baxış keçirəcəklərini bildirərək işdə hal şahidi kimi iştirak etməyini xahiş etmişlər. Polislərə etiraz etməmişdir. Ondan başqa bir nəfər də hal şahid kimi dəvət olunmuşdur. Daha sonra polislər Təqsirləndirilən şəxs küçəyə çağırmışlar. Mahir küçəyə çıxanda polislər ona narkotik tərkibli bitkilərin əkib becərməsində, eləcə də evində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmişlər və Mahiri müdafiəçi ilə təmin etdikdən sonra şübhəli şəxs qismində saxlanılması ilə bağlı hüquq və vəzifələrini izah etmişlər. Eyni zamanda, Təqsirləndirilən şəxs yaşadığı evə və həyətinə baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs buna etirazının olmadığını bildirmiş və bu barədə ərizə yazmışdır. Baxış keçirilməmişdən əvvəl ona və digər hal şahidinə hüquq və vəzifələri izah edilmişdir. Sonra isə onların, Təqsirləndirilən şəxs, vəkilin, eləcə də aqronomun iştirakı ilə baxış keçirilməsinə başlanılmışdır. Həyətdə giriş qapısından qarşıda yerləşən iki mərtəbəli evə baxış keçirilən zaman həmin evin birinci mərtəbəsində sol tərəfdə olan kiçik otaqda qara rəngli çuğun dəmir qabın 3 ədəd yaşıl rəngli şitillər aşkar edilmişdir. Həmin şitillərin nə olması ilə bağlı Təqsirləndirilən şəxs sorğu edildikdə, Mahir həmin bitkilərin narkotik tərkibli çətənə şitilləri olduqlarını, onları həyətdə gələcəkdə özü istifadə etməsi üçün əkib becərdiyini və qurutmaq üçün həmin gün səhər saatlarında diblərindən çıxardaraq həmin dəmir qaba qoyduğunu bildirmişdir. Polislər tərəfindən bitkilərin hündürlükləri ölçülmüş və şitillərin 2 ədədi 40 sm, 1 ədədi isə 75 sm uzunluqda olduqları müəyyən edilmişdir. Baxış zamanı həmin dəmir qabın sol kənarında isə bir ədəd rəngli sellofan paket aşkar edilmişdir. Həmin sellofan paket açıldıqda içərisində digər rəngli sellofan paketdə yaşıl rəngli, bitki mənşəli kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin marixuana narkotik vasitəsi olduğunu, həmin marixuananı 2019-cu ilin avqust ayında Şirvan su kanalının Potu kəndindən keçən hissəsində, tək balıq tutmağa gedərkən su kanalının sahilinin aşağı hissəsində qamışlıq yerdə yabanı halda bitmiş bir ədəd çətənə kolunun yarpaqlarından yığıb əldə edərək gələcəkdə özü istifadə etməsi üçün həmin otaqda gizlədib saxladığını bildirmişdir. Həmin kütlə sellofan paketlərlə birlikdə elektron tərəzidə çəkilmiş və sellofanlarla birlikdə çəkisi 480 qram olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs qabdan aşkar edilmiş 3 ədəd çətənə bitkilərini harada əkib becərməsini göstərməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs həyətdə yerləşən iki mərtəbəli evin qurtaracağından bir neçə metr aralıda torpaqlığı, meyvə ağacların olduğu yeri göstərib 3 ədəd çətənə şitillərini həmin yerdə əkib becərdiyini bildirmişdir. Polislər tərəfindən həmin yerdən torpaq nümunəsi götürülərək 1 ədəd zərfdə qablaşdırılmışdır. Baxış zamanı aşkar edilmiş 3 ədəd bitkilər və torpaq nümunəsi aqronom tərəfindən nəzərdən keçirilmiş, aqronom da həmin bitkilərin çətənə şitilləri olduğunu, onlara xüsusi qaydada qulluq olunduğunu, torpaqda isə peyin və gübrənin olduğunu bildirmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokol tərtib edilmişdir. Həmin protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məkhəmədə şahid qismində ifadə verən Şahid3 Şahid4 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş məhkəmə-bilolji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 17/395 saylı rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərinə “Təqsirləndirilən şəxs yaşadığı evin 1-ci mərtəbəsindəki otaqdan aşkar edilmiş .... bitki kolları” sözləri yazılmış zərfin içərisindəki 03 (üç) ədəd hündürlükləri 57 sm-dən 92 sm-dək, ümumi təmiz çəkisi 13,34 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim edilmiş üzərinə “Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsindən götürülmüş torpaq nümunələri...” sözləri yazılmış zərfin içərisindəki 01 ədəd sellofan torbada olan torpaq nümunəsindən əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissəcikləri aşkar edilmişdir. Aqronom mütəxəssis Ş.İsmayılov tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli rəyinə əsasən təqdim olunmuş çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş torpaq nümunəsinin strukturu və münbitliyi həmin torpaqda narkotik tərkibli çətənə bitkisinin yetişməsini mümkün edir. Tədqiqata təqdim edilmiş üzərinə “Təqsirləndirilən şəxs yaşadığı evin 1-ci mərtəbəsindəki otaqdan aşkar edilmiş 1 ədəd sellofan paketdə ...kütlə...” sözləri yazılmış zərfin içərisindəki sellofan torbada, təmiz çəkisi 410 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: Çətənə bitkilərinin təmiz çəkisi 13.34 qram, tədqiqata sərf edildi – 0.15 qram (hər bitkidən 0.05 qram), qalıq 13.19 qramdır. Marixuananın təmiz çəkisi – 410.00 qram, tədqiqata sərf edildi – 0.05 qram, qalıq 409.95 qramdır. Aparılmış ekspertizanın dəyəri 35.97 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 741 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoiddən sui-istifadə etməsi nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş Göyçay rayon Mərkəzi Xəstəxanasından alınmış xx xxxxxx 2020-ci il tarixli 3923 saylı məktubdan görünür ki, xx.xx.1970-ci il təvəllüdlü Təqsirləndirilən şəxs RMX-nin narkoloji və psixatrik kabinetlərində qeydiyyatda yoxdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş xx.xx.2020-ci il tarixli şübhəli şəxsin tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 19:35-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə edilmiş xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək saat 12:50-da Göyçay RPŞ-nin MSY-dən azad edilmişdir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əldə etdiyi əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını ünvan 2 ünvanda yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq əkib 03 ədəd şitillərdən ibarət xeyli miqdarda narkotik təbiətli çətənə (kannabis) bitkilərini yetişdirib kultivasiya edərək, xx xxxx 2020-ci il tarixdə isə həmin şitilləri diblərindən çıxararaq yaşadığı evin birinci mərtəbəsində otaqda dəmir qabda qurudulması üçün saxlaması, eyni zamanda istintaqa məlum olmayan müddətdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 410 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana əldə edib həmin dəmir qabın yanında bir ədəd sellofan torbada qablaşdırılmış vəziyyətdə saxlaması, əldə etdiyi əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını ünvan 2 ünvanda yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq əkib 03 ədəd şitillərdən ibarət xeyli miqdarda narkotik təbiətli çətənə (kannabis) bitkilərini yetişdirib kultivasiya edərək, xx xxxx 2020-ci il tarixdə isə həmin şitilləri diblərindən çıxararaq yaşadığı evin birinci mərtəbəsində otaqda dəmir qabda qurudulması üçün saxlaması, eyni zamanda qanunsuz olaraq satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 410 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana əldə edib həmin dəmir qabın yanında bir ədəd sellofan torbada qablaşdırılmış vəziyyətdə saxlamaqla Azərbaycan Respublikası CM-nin 234.1-ci və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetir, ona həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət törətiyini, cəzasını yüngülləşdirilən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci və 237.1-ci maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixli protokola əsasən şübhəli şəxs qismində tutulmuş, xx.xx.2020-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı iki gün nəzərə alınmalı, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Göyçay RPŞ-nin MSSK-da saxlanılan 01 ədəd zərfdə qablaşdırımış 03 ədəd çətənə bitkiləri, 01 ədəd zərfdə qablaşdırımış sellofan torbada olan tədqiqatdan sonra təmiz çəkisi 409,95 qram qurudulmuş marixuana və 01 ədəd zərfdə qablşadırılmış həyətyanı sahəsindən götürülmüş torpaq nümunəsində olan narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissəcikləri məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə və məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə və məhkəmə iclasları dövründə hüquqlarını 16 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 16 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 96 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 35.97 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347.2, 349, 351- 353,356, 358.2-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzaları tam toplamaq yolu ilə üzərində qəti cəza olaraq 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə saxlandığı iki gün müddət CMnin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cazasından çıxılaraq, üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-cü maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Göyçay RPŞ-nin MSSK-da saxlanılan 01 ədəd zərfdə qablaşdırımış 03 ədəd çətənə bitkiləri, 01 ədəd zərfdə qablaşdırımış sellofan torbada olan tədqiqatdan sonra təmiz çəkisi 409,95 qram qurudulmuş marixuana və 01 ədəd zərfdə qablşadırılmış həyətyanı sahəsindən götürülmüş torpaq nümunəsində olan narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissəcikləri məhv edilsin. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 35.97 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 16 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 96 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ013501**********2944, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Hökmün icrası Göyçay rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov.
Məhkəmə qərarları › İş №1(046)-87/2020
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-87/2020
17.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver