Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 1(046)-87/2022 12.10.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1999-cu il tarixdə Göyçay rayonu Ulaşlı-Şıxlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, “Göyçay Rayon Mərkəzi Xəstəxanası” X6 feldşer işləyən, məhkum olunmamış, Göyçay rayonu Ulaşlı-Şıxlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, “barəsində başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs bacısı Şahid2 oğurlanmasında əvvəllər həmkəndlisi Zərərçəkmiş şəxs iştirak etdiyi üçün sonuncudan qisas almaq niyyəti ilə 15 aprel 2022-ci il tarixdə saat 11 radələrində Göyçay şəhəri, M.Hüseyinzadə küçəsində yerləşən "xxxx" ASC-nin Göyçay filialının köhnə inzibati binasının yaxınlığında soyuq silah hesab olunmayan məişət təyinatlı qatlanan tipli cib bıçağı ilə Zərərçəkmiş şəxs sağ yan nahiyəsinə üç dəfə vuraraq ona sağ oturaq sinirinin hissəvi zədələnməsi, sağ ayağın monoparezi ilə nəticələnən sağ-bud çanaq və sağ pəncədə açma-bükmə hərəkətlərinin məhdudluğu ilə müşayiət olunan sağ budun yuxarı 1/3-nin arxa səthinin, sol sağrı nahiyəsinin yuxarı bayır hissələrinin deşilmiş-kəsümiş yaraları ilə nəticələnən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa qəsdən az ağır zərər vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir, əvvəllər aralarında ədavət və düşmənçilik olmamışdır, münasibətləri normal olmuşdur. 26 fevral 2022-ci il tarixdə Zərərçəkmiş şəxs oğlu Feyruz Əliyev bacısı Şahid2 zorla qaçırdığı üçün onların barəsində polisə şikayət etmiş və faktla bağlı cinayət işi başlanılaraq X2 Azərbaycan Respublikası CM-in 144.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, barəsində həbs qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs də Göyçay RPŞ tərəfindən şübhəli şəxs qismində tutulsa da sonradan azadlığa buraxılmışdır. Bundan sonra aralarında ədavət yaranmışdır. 15 aprel 2022-ci il tarixdə saat 11 radələrində Göyçay şəhəri bazarın yaxınlığında idarə etdiyi Priora markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobillə gedərkən Zərərçəkmiş şəxs və qardaşı Şahid1 onunla üz-üzə gəlmiş, bu vaxtı Mahmud ona baxaraq qəsdən gülməyə başlamış, ona acıq verdiyini görüb əsəbiləşmiş, belə ki, Zərərçəkmiş şəxs də bacısının zorla qaçırılmasında oğlu Feyruz Əliyevə kömək etdiyi üçün əvvəl onu polis tutsa da sonradan azadlığa buraxılmışdır. Buna görə də onun tutulması üçün polisə şikayət etmiş, azadlıqda gəzib ona baxaraq gülüb acıq vermiş, əsəbiləşib avtomobili kənara verərək küçədə saxlamış, sonra avtomobildən düşərək bazardan qatlanan bıçaq almış və Zərərçəkmiş şəxs dalınca getmiş, X4 yaxınlığında arxadan ona yaxınlaşaraq Mahmuda 3 dəfə bıçaqla zərbə vurmuş, bıçaq zərbəsi onun sol və sağ oturacaq hissəsinə dəymiş, onu vuran kimi Mahmud qışqıraraq Polis şöbəsinə tərəf getmiş, Zərərçəkmiş şəxs dalınca Polis şöbəsinə gedərək törətdiyi cinayəti etiraf etmiş və polisə təslim olmuşdur. Törətdiyi əməldən peşmandır. Hazırda Zərərçəkmiş şəxs ilə barışmış və ona dəymiş ziyanı ödəmişdir. Buna görə də məhkəmədən xahiş etmişdir ki, zərərçəkmişlə barışması barədə ərizəsi nəzərə alınsın və barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadəsi vermiş Zərərçəkmiş şəxs göstərmişdir ki, Göyçay rayonu Ulaşlı-Şıxlı kəndində ailəsi ilə birlikdə yaşayır. X9 qonşusu Təqsirləndirilən şəxs bacısı Şahid2 sevdiyi üçün öz fikrlərini Şahnaza çatdırsalar o da hələ işlədiyini, ərə getmək fikrində olmadığını bildirmiş, buna görə də oğlu X3çırmaq fikrinə düşmüş, onu bu fikirdən daşındırmaq istəsə də daşındırma bilməmişdir. Oğlu ondan Şahnazı qaçırmaq üçün kömək etməyini xahiş etmiş, oğlu ilə birlikdə Şahnazı qaçırmış, bundan sonra Təqsirləndirilən şəxs onların barəsində polisə şikayət etmiş, bundan sonra oğlu Feyruz Əliyevi və onu polislər tutmuş, barəsində Göyçay RPŞ-nin İB-nin müstəntiqi Elnur Tağıyev tərəfindən cinayət işi başlanılmış, hər ikisi də təqsirləndirilən şəxs qismində cəlb edilmiş, oğlunun barəsində məhkəmə tərəfindən həbs qətimkan seçilmiş, onun barəsində isə polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onu vuracağını hiss etmiş, onunla danışanda Məhyəddinin çox qəzəbli olduğunu görmüş, hətta buna görə də polis onu buraxandan sonra təxminən 10 gün ərzində kəndə getməmiş, çünki həmin vaxtı kənd camaatı da ondan narazı qalmış, onların bu fikri də Məhyəddini vurmağa sövq etmişdir. 15 aprel 2022-ci il tarixdə saat 11 radələrində qardaşı Şahid1lə birlikdə Göyçay şəhəri M.Hüseyinzadə küçəsində polis şöbəsi tərəfə gedərkən “Çinar” marketi keçəndən sonra qəfildən sağ budun arxa nahiyəsindən bıçaq zərbəsi hiss etmiş və gözü qaralmış, dizi üstə yerə çökmüş, bu vaxtı qardaşı Kamran ondan nə baş verdiyini soruşmuş, o da “bilmirəm” deyən zaman Kamran arxaya baxıb Təqsirləndirilən şəxsin əlində qatlanan bıçaq olduğunu görmüş, bu vaxtı Məhyəddinin onu bıçaqla arxadan vurduğunu başa düşmüş, bunu görə də qardaşı Kamran Məhyəddindəm “nağayırdın ə, bıçaqla vurdun” deyə soruşarkən Məhyəddin qardaşı Kamranı ondan aralamaq üçün əlindəki bıçaqla onun üzərinə gedib əlindəki bıçağı 2-3 dəfə sağa-sola etmiş, bundan qorxan Kamran geri çəkilmiş və bu vaxtı Məhyəddin onun üzərinə qayıdıb yenidən bıçaqla 3 dəfə arxa nahiyəsinə zərbə atmış, onun vurduğu zərbənin ikisi arxa sol yan nahiyəsinə girmiş, bir zərbə isə remeninə dəydiyi üçün bədəninə girməmiş, qorxusundan təxminən 50 metr məsafə yaxınlıqda yerləşən polis şöbəsinə tərəf qaçmış, qardaşı Kamran isə əlini yerə atıb Məhyəddinə tərəf nəsə atmış, bu vaxtı Məhyəddin özü də əlində bıçaq polis şöbəsinə tərəf gəlmiş və əlindəki bıçağı polis əməkdaşlarına təqdim edərək onu bıçaqla vurduğunu demişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmişdir. Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Buna görə də məhkəmədən xahiş edir ki, Təqsirləndirilən şəxs ilə barışdığını nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilsin. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, Zərərçəkmiş şəxs qardaşıdır. xx.xx.2022-ci tarixdə saat 11 radələrində Göyçay Rayon Polis Şöbəsinin yaxınlığında polis şöbəsinə tərəf Zərərçəkmiş şəxslə gedərkən pilləkənlərə çatanda işləməyən kiçik obyektin barısına Təqsirləndirilən şəxs söykənib dayandığını görmüş, lakin onu sifətdən tam tanımadığı üçün ona fikir verməmiş, yanından bir neçə metr ötüb keçdikdən sonra qardaşı Zərərçəkmiş şəxs qarşıya hoppanaraq yan hissəsini tutmuş, həmin vaxtı obyektə söykənmiş Təqsirləndirilən şəxs əlində qatlanan bıçaqla dayandığını görmüş, 2 dəfə bıçaqla Mahmudu vurub kənara çəkilmiş, yerdən daş götürüb Məhyəddinə tərəf atmış, lakin həmin daş ona dəyməmiş, Məhyəddin artıq Mahmuda heç bir xəsarət yetirməmiş, həmin vaxtı Mahmud yan hissəsini tutub polis şöbəsi istiqamətində gedib polis şöbəsinin həyətinə daxil olmuş, Məhyəddin də polis şöbəsinə tərəf getmiş, Mahmud yan hissəsindən xəsarətlər aldığı üçün təcili tibbi yardım briqadası çağrılaraq xəstəxanaya aparılmışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və X1” X8 məhkəmə-tibbi-biologiya şöbəsinin xx.xx.2022-ci il tarixli 436/2022-MTBŞ saylı rəyinə əsasən; 1.Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu 0(l). 2. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus şalvar, alt şalvarı və alt tumanı üzərində insan insan qanı ləkələri aşkar olundu. Qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq olunduqda yalnız H antigenti alındı. H antigenti O (İ) qrupun əsasını təşkil edir. Beləliklə həmin qan ləkələri ABO sistemi üzrə O(l) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. 3. Ekspertizaya təqdim olunmuş bıçaq üzərində qan aşkar olunmadı. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəəmə- Tibbi Eksper+iza və X1” X8 məhkəmə-tibbi-kriminalistik şöbəsinin xx.xx.2022- ci il tarixli 352-2022/MTKŞ saylı rəyinə əsasən; 1.Ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus bir ədədşalvar, bir ədəd alt şalvarı və bir ədəd tumanın arxa səthinin sol yarısının yuxarı hissəsində 02 (iki) ədəd və arxa səthinin sağ yarısının yuxarı hissəsində 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədələr vardır. Bu zədələr iti ülgüclü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdirlər. 2. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus şalvar, alt şalvarı və tumanın arxa səthinin sol yarısının yuxarı hissəsində aşkar olunmuş 02 (iki) ədəd və arxa səthinin sağ yarısnın yuxarı hissəsində aşkar olunmuş 01 (bir) ədəd deşilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətli alətin (alətlərin) təsirindən əmələ gələməsi istisna olunmur. 3. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs şalvar, alt şalvarı və tumanın arxa səthinin sağ yarısının yuxarı hissəsində olan bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəni üzərində olan sağ budunun yuxarı 1/3-nin arxa səthinin 01 (bir) ədəd deşilmiş yarası ilə; şalvar, alt şalvarı və tumanın arxa səthinin sol yarısının yuxarı hissəsində olan iki ədəd deşilmiş-kəsilmiş zədələr isə, onun bədəni üzərində olan sağrı nahiyəsinin yuxarıaşağı bayır hissələrində 02 (iki) ədəd yumşaq toxumanın deşilmiş-kəsilmiş yaraları ilə yerləşmə nahiyələrinə görə, nisbi olaraq uyğun gəlir. 4. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik, məişət təyinatlı qatlanan tipli cib bıçağıdır və soyuq silah hesab olunmur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” X8 xx.xx.2022-ci il tarixli, 1536 saylı rəyinin məhkəməpsixatrik ekspertizası hissəsinə əsasən Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psoxo xəstəliyin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Rəyin məhkəmə-psixoloji ekspertizası hissəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən edilən hüquqazidd hərəkətlərdən əvvəl fərdi-psixi xüsusiyyətləri (qürurluluq, tez təsirlənmək, özünə qarşı hörmət tələb etmək, həssalıq. Emosionallıq və s.) fonunda keçirdiyi hiss və yaşantiları ilə (özünü alçaldılmış, təhqir olunmuş, ələ salınmış kimi hesab edilməsi) əlaqədar psixiemosional vəziyyətində gərginlik, qıcığa qarşı həssaslıq yaranmış, emosional reaksiya halını keçirərək qərarın təsviri hissəsində göstərilən hadisəni törətmişdir. Hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Hal-hazırda psixi-emosional vəziyyətində hər hansı dəyişiklik (psixi-emosional gərginlik, depressiv vəziyyət və s) aşkar olunmur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəəmə- Tibbi Ekspertiza və X1” X8 məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli T349/2022 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində sağ oturaq sinirinin hissəvi zədələnməsi, sağ ayağın monoparezi ilə nəticələnən sağ-bud çanaq və sağ pəncədə açma-bükmə hərəkətlərinin məhdudluğu ilə müşayiət olunan sağ budun yuxarı 1/3-nin arxa səthinin, sol sağrı nahiyəsinin yuxarı bayır hissələrinin deşilmiş- kəsilmiş yaraları olmuşdur. Qeyd olunan xəsarətlər deşici-kəsici alətin, ola bilsin ki, bıçağın təsirindən əmələ gələ bilərdi, törənmə müddəti xx.xx.2022-ci ilə uyğun gəlir, dərəcəsinə görə sağ oturaq sinirinin travmasından sonrakı vəziyyəti, sağ ayağın monoparezi ilə nəticələnən sağ bud-çanaq və sağ pəncədə açma-bükmə hərəkətlərinin məhdudluğu ilə müşayiət olunan sağ budun yuxarı 1/3-nin arxa səthinin deşilmiş-kəsilmiş yarası sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya, sol sağrı nahiyəsinin yuxarıaşağı bayır hissələrinin deşilmiş-kəsilmiş yaraları isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ilə müraciət edərək hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödədiyini bildirərək ərizəsinin nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitama verilməsini xahiş etmişdir. Beləliklə tədqiq olunmuş sübutlara qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində göstərilən cinayət əməlini törətdiyi tam sübuta yetir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumuluğu yoxdur. Zərərçəkmiş şəxs oğlunun Təqsirləndirilən şəxs ilə barışması, ondan şikayət və tələbinin olmaması, eləcə də cinayət təqibinə xitam verilməsi barədə məhkəməyə təqdim etdiyi ərizəni nəzərə alan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayət təqibinə həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verilməli və cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsində qeyd olunur ki, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43-cü maddəsində məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilməsinin əsasları sadalanmış və həmin əsaslardan biri kimi də həmin Məcəllənin 39-cu maddəsinin 11-ci bəndində nəzərdə tutulan cinayət qanunu müddəalarının qüvvəsi qeyd olunmuşdur. (Məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır.) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını 10 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 10saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 60 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayət təqibinə xitam verilməli və o, həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə maddi sübut olan və Göyçay RPŞ-nin MSSK-da 01 ədəd mətbəx bıçağı məhv edilməli, Zərərçəkmiş şəxs məxsus 01 ədəd şalvar, 01 ədəd alt şalvarı, 01 ədəd tuman Zərərçəkmiş şəxs qaytarılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.2, 43.3, 344, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan və Göyçay RPŞ-nin MSSK-da 01 ədəd mətbəx bıçağı məhv edilsin. Zərərçəkmiş şəxs məxsus 01 ədəd şalvar, 01 ədəd alt şalvarı, 01 ədəd tuman Zərərçəkmiş şəxs qaytarılsın. Təqsirləndirilən şəxs göstərilmiş 10 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 60 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Qərar elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, qərardan 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №1(046)-87/2022
Göyçay Rayon Məhkəməsi Qərar — İş №1(046)-87/2022
12.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver