Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-87/2023 21.11.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ saat 11.26-da Qurbanov Elçin Firudin oğlunun sədrliyi Qəniyev Nurlan Mehman oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1999-cu il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu ödənilmiş, işləməyən, Göyçay şəhəri, Vaqif küçəsi ev 128-də qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda 0,431 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan müddətdə və mənbədən qanunsuz olaraq əldə edərək saxlamış, 07 sentyabr 2023-cü il tarixdə saat 12 radələrində Göyçay şəhəri H.Əliyev prospektində olarkən və üzərində həmin narkotik vasitə heroini daşıyarkən Göyçay RPŞnin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmiş, saat 12:50-də üzərinə şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli şalvarın sağ yan cibinin üzərində olan kiçik cibindən 01 (bir) ədəd kağız sellofan bükümdə olmaqla təmiz çəkisi 0,431 qram kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bildi, ifadə verərək göstərdi ki, 3 ildən artıq müddətdir ki, narkotik vasitə olan marixuanadan və arabir narkotik vasitə olan heroindən istifadə edir. xx.xx.2023-cü il tarixdə saat 12:30 radələrində Göyçay şəhəri, H.Əliyev prospektində yerləşən Göyçay rayon Dövlət İdarəetmə və Texnologiya Kollecinin yaxınlığında olarkən əynində olan boz rəngli şalvarının sağ yan cibinin üzərində olan kiçik cibində bir bükümdə narkotik vasitə olan heroin saxlamışdır. Orada dayanan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişdirlər. Bundan sonra isə ona narkotik vasitə istifadə etməkdə və üzərində saxlamaqda şübhəli olduğunu bildirib rayon polis şöbəsinə dəvət etdilər. Buna görə də, onlarla birlikdə Göyçay RPŞ-nə getmişdir. Şöbədə hüquqlarını müdafiə etmək üçün vəkil Müdafiəçi seçmişdir. Bundan sonra seçdiyi vəkil Müdafiəçi dəvət olunaraq ona təqdim olunmuşdur. Bundan sonra vəkilin iştirakı ilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Həmin vaxt ona hüquqları izah olunmuşdur. Şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarın sağ yan cibinin üzərində olan kiçik cibdən 1 ədəd kağız bükümdə qəhvəyi rəngli, spesifik iyə malik olan narkotik vasitə heroin aşkar olunmuşdur. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Göyçay rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid2 göstərdi ki, Göyçay rayon sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir ədavəti, münasibəti olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması və üzərində daşıması barədə Göyçay RPŞ-nin əməliyyat aparatına daxil olmuş, məlumat əsasında 07 sentyabr 2023-cü il tarixdə saat 12.30 radələrində Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə başlanılmışdır. Həmin əməliyyat-axtarış tədbirinin keçirilməsində Göyçay RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid1 ilə birlikdə iştirak etmişlər. Həmin gün saat 12 radələrində Göyçay şəhəri H.Əliyev prospektində Təqsirləndirilən şəxs görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirib, üzərinə şəxsi axtarış keçirilməsi üçün RPŞ-nə dəvət etmişlər. Bu zaman Təqsirləndirilən şəxs onlara heç bir etiraz etmədən birlikdə rayon polis şöbəsinə gəlmişlər. Polis şöbəsinə gəldikdən sonra növbətçi hissənin qarşısında RPŞ-nin TB-nin təhqiqatçısı Anar Osmanov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunub Müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra təhqiqatçı X3 Qurbaniyə hüquq və vəzifələrini izah etdikdən sonra Müdafiəçi, onun və CAB-nin baş əməliyyat müvəkkili Şahid1 və videoçəkilişi aparan şöbənin KTQ-nun baş inspektoru Şahid3 iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sağ yan cibinin üzərində olan kiçik cibdən 01 (bir) ədəd kağız büküm aşkar olunmuşdur. Həmin bükümə nəzər saldıqda içərisində qəhvəyi rəngli maddə olması aşkar olunmuşdur. Şəxsi axtarış zamanı aşkar edilmiş həmin kağız büküm götürülmüş və bir ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Göyçay Rayon Polis Şöbəsinin KTQ-nin baş inspektor kriminalisti Şahid3 bildirdi ki, Göyçay rayon sakini Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə rayon polis şöbəsinə dəvət etdikdən sonra üzərinə şəxsi axtarış keçirilən zaman tanımışdır. Onunla aralarında hər hansı düşmənçilik və ya ədavətləri olmamışdır. Belə ki, həmin tarixdə saat 12.30 radələrində rayon polis şöbəsində olan zaman CAB-ın baş əməliyyat müvəkkili Şahid1 və CAB-nin əməliyyat müvəkkili Şahid2 növbətçi hissənin qarşısına həmin vaxt adını öyrəndiyi Göyçay rayon sakini Təqsirləndirilən şəxs gətirərək həmin şəxsin üzərində narkotik vasitə daşımasında şübhəli olduğunu bildirərək Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi olduğunu bildirdilər. Həmin vaxt növbədə olan təhqiqatçı Anar Osmanov tərəfindən Təqsirləndirilən şəxs Müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra təhqiqatçı Anar Osmanov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra rayon polis şöbəsinə məxsus olan və ona təhkim olunmuş "Panasonic" markalı aparatla Müdafiəçi, CAB-ın əməkdaşı Şahid2 və CAB-ın baş əməliyyat müvəkkili Şahid1 iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Həmin vaxt videoçəkilişi o aparmışdır. İlk öncə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya, predmet narkotik vasitə və.s olub-olmamasını soruşaraq əgər vardırsa təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynindəki boz rəngli şah arın sağ yan cibinin üzərindəki kiçik cibdən 01 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin qızılı-ağ rəngli kağız bükümə nəzər saldıqda içərisində qəhvəyi rəngli maddə olması aşkar olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kağız bükümdə olan maddənin nə olması soruşulduqda, o da üzərindən aşkar edilmiş kağız bükümdəki qəhvəyi rəngli maddənin narkotik vasitə kimi tanıdığı heroin olduğunu və özü istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki, Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq saxlanılan narkotik vasitə, silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmetlər varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sağ yan cibinin üzərində olan kiçik cibindən 01 (bir) ədəd kağız sellofan büküm aşkar olunmuş və kağız büküm açıldıqda içərisində qəhvəyi rəngli maddə aşkar edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsinin 07 sentyabr 2023-cü il tarixli, 17/674 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə" sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə, təmiz çəkisi -0,431 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təstiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısına daxildir. Heroinin təmiz çəkisi 0,431 qram, tədqiqatda sərf olundu - 0,050 qram, qalıq - 0,381 qram. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri X1 Məcburi- Narkoloji tibbi yoxlamanın 14 oktyabr 2023-cü il tarixli, 1699 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş şübhəli şəxsi tutma haqqında protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 07 sentyabr 2023-cü il tarixdə, saat 12.40-da şübhəli şəxs qismində tutulmuş, 09 sentyabr 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək saat 11.30-da MSY-dən azad edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş tələbnamədən və Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünün surətindən görünür ki,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək,CM-in 69.3-cü maddəsinə əsasən 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş,Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 01 ay 22 gün müddətinə vaxtından əvvəl şərti olaraq azad edilmiş,Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü və 83.3.3-cü maddələrinə görə məhkumluq ödənilmiş hesab olunmalıdır. Beləliklə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,431 qram çəkidə narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, həmin əməl isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibini yaradır. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin subay olmasını,əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətdiyinə görə məhkum olunmasını, hazırda məhkumluğu ödənilmiş hesab edilməsini, qəsdin obyektinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə xidmət etmədiyindən,ona müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı həbsdə saxlanılma müddəti ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, qəti cəza təyin olunmalıdır. Məhkəmə nəzərə alır ki, təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin islah olunmasına xidmət edəcəkdir və onun ailəsinin həyat şəraitinə mənfi təsir göstərməyəcəkdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-cü maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o,yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,381 qram narkotik vasitə heroin Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhv edilməlidir. Ekspertiza tədqiqatının dəyəri 69 manat 10 qəpik Azərbaycan Respublikası CPMnin 198.1 -ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 2 gün həbsdə saxlanılma müddəti ona təyin edilmiş azadlqıdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti cəza olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin. Məhkəmə iclas zalında həbsə alınsın. Cəzasının əvvəli həbsə alındığı xx.xx.2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,381 qram narkotik vasitə heroin məhv edilsin. Ekspertiza tədqiqatının 69 manat 10 qəpik məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №1(046)-87/2023
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-87/2023
21.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver