Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 1(046)-87/2024 28.11.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Dövlət ittihamçısı Müdafiəçi, Zərərçəkmiş Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, himayəsində üç azyaşlı uşağı olan, məhkum olunmamış, Göyçay rayonu Cəyirli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 13 oktyabr 2024-cü il tarixdə saat 21 radələrində yaşadığı Göyçay rayonu, Cəyirli kəndində yerləşən evdə olarkən arvadı Zərərçəkmiş şəxs ilə sonuncunun onun atası Şahid2 məxsus paltarı ütüləməkdən imtina etməsi səbəbindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bir dəfə qəsdən yumuruqla Zərərçəkmiş şəxs sağ göz nahiyəsindən vuraraq ona sağ göz yuvasıaltı nahiyədə yumşaq toxumanın şişkinliyi, sağ göz yarığının daralması və sağ gözün ağlı qişasına qansızma ilə müşahidə olunan hematoma kimi dərəcəsinə görə səhhətin qısa müddətdə pozulmasına səbəb olan qəsədən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə, Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs arvadıdır. Arvadı, övladları və valideynləri ilə birlikdə Göyçay rayonu Cəyirli kəndinə yerləşən evdə yaşayır. xx.xx.2024-cü il tarixdə saat 21 radələrində yaşadığı evdə arvadı Zərərçəkmiş şəxs atası Şahid2 məxsus şalvarı ütüləməsini tapşırmış, lakin arvadı Zərərçəkmiş şəxs ütünün işləmədiyini bildirmiş, ütünü yoxlamış və işlədiyi görmüş, bundan sonra arvadı Cəlalə ona “mən bura kiməsə hambal işləməyə gəlməmişəm” deyə söyləmiş, o da arvadı Cəlalənin həmin sözündən əsəbləşmiş və aralarında mübahisə baş vermiş, mübahisə zamanı bir dəfə sağ yumuruğu ilə qəsdən arvadı Cəlalənin sifət nahiyəsindən vurmuşdur. Törətdiyi əməldən peşmandır. Hazırda Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş ziyanı tam ödəmişdir. Buna görə də məhkəmədən xahiş etmişdir ki, zərərçəkmişlə barışması barədə ərizəsi nəzərə alınsın və barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Əri, uşaqları və ərinin valideyinləri ilə birlikdə Göyçay rayonu Cəyirli kəndinə yerləşən evdə yaşayır.xx.xx.2024-cü il tarixdə saat 21 radələrində əri Təqsirləndirilən şəxs işdən yaşadıqları evə gəlmiş, Mənsur ona atasına məxsus şalvarı ütüləməyi tapşırmış, lakin həmin vaxt şalvar ütüləməkdən imtina etmiş, buna görə də aralarında mübahisə baş vermiş, mübahisə zamanı əri Mənsur onun üzərinə gələrək yumruqla onun sağ göz nahiyəsindən qəsdən vurmuşdur. xx.xx.2024-cü il tarixdə DİN-in 102 xidmətinə zəng edərək xx.xx.2024-cü il tarixdə əri Təqsirləndirilən şəxs onu döyməsi barədə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs baş vermiş hadisəyə görə ondan üzr istəmiş, ona dəymiş ziyanı tam ödəmiş və barışmışlar. Buna görə də məhkəmədən Təqsirləndirilən şəxs ilə barışdığını nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Cinayət işinə əlavə olunmuş məhkəmə-tibbi ekspertizanın xx.xx.2024-cü il tarixli 596 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamnı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər sağ göz yuvası altı nahiyədə yumşaq toxumanın şişkinliyi, sağ göz yarığının daralması və sağ gözün ağlı qişasına qansızma ilə müşahidə olunan hematoma küt-bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixinə uyğun gəlirlər və dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 73.2-ci maddəsində qeyd edilmiş maddələr ilə əvvəllər məhkum edilməmişdir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs 13 oktyabr 2024-cü il tarixdə saat 21 radələrində yaşadığı Göyçay rayonu, Cəyirli kəndində yerləşən evdə olarkən arvadı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bir dəfə qəsdən yumuruqla Zərərçəkmiş şəxs sağ göz nahiyəsindən vuraraq ona sağ göz yuvasıaltı nahiyədə yumşaq toxumanın şişkinliyi, sağ göz yarığının daralması və sağ gözün ağlı qişasına qansızma ilə müşahidə olunan hematoma kimi dərəcəsinə görə səhhətin qısa müddətdə pozulmasına səbəb olan qəsədən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetir. Təqsirləndirilən şəxs, zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdikləri barışdıqları ilə bağlı ərizələrini nəzərə alan məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul etməlidir. Azərbaycan Respublikası CPM-nin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.2, 43.3, 344, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri ləğv edilsin. Qərar elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №1(046)-87/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №1(046)-87/2024
28.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver