Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-88/2020 25.11.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və nümayəndəsi (atası) Nümayəndə, surdotərcüməçi X1, Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Qazaxıstan Respublikası, Quryevsk vilayəti, Şevçenko şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Göyçay rayonu Alpout kəndində qeydiyyatda olan, Göyçay rayonu Alıkənd kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 157.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 02 radələrində 3-4 il ərzində aralarında münasibətlər olmuş Göyçay rayonu Alpout kənd sakini X2 ilə xx.xx.2020-ci il tarixdə mobil telefonla danışarkən, sonuncu aralarında olan münasibəti son qoymaq istədiyini bildirmiş, Təqsirləndirilən şəxs ondan nə üçün ayrılmağının səbəbini öyrənmək adı ilə həmin gün gecə Turanə Mikayılovanın evinə gələcəyini demiş, sonuncu Təqsirləndirilən şəxs onun yaşadığı evə gəlməsinə icazə verməməsinə baxmayaraq, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Turanə Mikayılovanın ailəsi ilə birlikdə yaşadığı Göyçay rayonu, Alpout kəndində yerləşən evinə getmiş və qanuni əsaslar olmadan mənzildə yaşayanların iradəsi ziddinə Turanə Mikayılovanın yaşadığı mənzilə daxil olmaqla Azərbaycan Respublikası CM-nin 157.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Turanə Mikayılovanı təxminən 7-8 ildir ki tanımış, həmçinin 3-4 ildir ki, aralarında münasibət olmuşdur. Turanə ilə tanış olduğu zaman ilk əvvəl Turənin evli olmasını bilməmiş, onun evli olmasını sonradan öyrənmişdir. Turanə ilə telefon vasitəsilə danışmış, həmçinin bir neçə dəfə Turanənin yaşadığı evə gedərək həyətlərində görüşüb onunla söhbət etmişdir. Turanə Mikayılova son vaxtlar uşaqlarının böyüdüyünü, artıq münasibətlərini son qoymaq istədiyini bildirmişdir. Lakin, Turanə ilə münasibətlərinə son qoymaq istəməmiş, ona yalnız telefon vasitəsi ilə əlaqə saxlamağı təklif etmişdir. Turanə də onunla razılaşmışdır. xx xxxx 2020-ci il tarixdə saat 20 radələrində istifadəsində olan “***-***-**-**” nömrəli mobil telefondan Turanənin istifadə etdiyi “***-***-**-**” nömrəli mobil telefona zəng edərək gecə telefon gətirəcəyini söyləmiş, lakin Turanə Mikayılova gəlməyini istəmədiyini söyləyib telefonu söndürmüşdür. xx xxxx 2020-ci il tarixdə gecə saat 01 radələrində Alpoud kəndində olan çayxanada 2(bokal) pivə içkisi içdikdən sonra Turanə Mikayılovanın evinə getmişdir. Saat 02 radələrində Turanə Mikayılovanın yaşadığı evin həyətinə bağ sahəsində olan çəpərdən keçmiş, həyətdə və evdə sakitlik olduğunu görüb, onların artıq yatdıqlarını düşünmüş, ayaqqabılarını çıxarıb, mətbəxin evin arxasına çıxan pəncərəsindən evin içinə daxil olmuşdur. Daxil olduqdan sonra, qonaq otağına keçdiyi zaman Turanə Mikayılovanın əri Raminlə rastlaşmışdır. Ramin onu görüb üzərinə gəlmiş, əlləri ilə boğazından yapışıb, qulağından dişləmişdir. Bundan sonra əlbəyaxa olmuş və evin digər otağına keçmişlər. Bu zaman Ramin onu otaqda olan çarpayının üzərinə yıxmışdır. Turanə səsə oyanmış və otağa gəldikdə Raminlə əlbəyaxa olduğunu görmüşdür. Bu zaman Raminin əlindən çıxıb, zala keçmiş və zalın qapısının açıq olduğunu görüb oradan qaçıb getmişdir. Qaçdığı zaman Turanə Mikayılovanın yaşadığı evin həyətyanı sahəsinin yanından keçən kanala girmiş və qaçarkən telefonlar da cibindən düşmüşdür. Saat 03-04 radələrində əsas yola çıxdıqdan yoldan keçən yük maşını ilə Alıkəndə evlərinə qayıtmışdır. Törətdiyi əməldən peşmandır. İş üzrə zərərçəkmiş şəxs qismində surdo-tərcüməçi X3 vasitəsi ilə ifadə vermiş Zərərçəkmiş şəxs göstərmişdir ki, 2006-cı ildə Turanə Mikayılova ilə ailə həyatı qurmuş və birgə nikahdan 3 övladları anadan olmuşdur. Göyçay rayonu Alpout kəndində atasına məxsus evdə yaşayırlar. Atası Nizami Göyçay şəhərində yaşasa da, çox vaxt Alpout kəndində onlarla birlikdə yaşayır. Yaşadıqları ev 2 yataq otağı, 2 aynabənd tipli zal və mətbəxdən ibarətdir. 2020-ci ilin iyun ayının 16-dan 17-nə keçən gecə saat 02 radələrində Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə yaşadığı evə mətbəxin pəncərəsindən daxil olmuş, evin otağında Cəmillə rastlaşmış, ona evinə nə üçün gəldiyini soruşmuş, Cəmillə əlbəyaxa olmuş, həmin vaxt səs-küyə arvadı Turanə yuxudan oyanmışdır. Cəmil onu itələyib yerə yıxmış, zalın qapısından çıxaraq evi tərk etmişdir. Hesab edir ki, Cəmil bir neçə dəfə onun xəbəri olmadan evinə gəlmiş, arvadı Turanə ilə görüşmüşdür. Buna görə də Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etmişdir. İş üzrə zərərçəkmiş şəxsin nümayəndəsi qismində ifadə vermiş Nümayəndə göstərmidir ki, Zərərçəkmiş şəxs oğludur. Oğlu İİ dərəcəli əlildir, eşitməsində və nitqində qüsur vardır. Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə verərək məhkəmədən xahiş etmişdir ki, Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq qaydada tədbir görülsün. Məhkəmədə şahid qismində ifadə vermiş X2 göstərmişdir ki, 2006-cı ildə Zərərçəkmiş şəxsla ailə həyatı qurmuşdur və birgə nikahdan 3 övladları anadan olmuşdur. Göyçay rayonu Alıkənd kəndində yaşayan Təqsirləndirilən şəxs tanıyır, onunla telefonla danışmışlar. Lakin, son zamanlar Cəmillə əlaqələrini kəsmək istəmiş, Cəmil isə ondan əl cəkməmişdir. xx.xx.2020-ci il tarixdə Cəmil ona zəng edərək, niyə onunla danışmaq istəmədiyinidan soruşmuşdur. Cəmilə telefonla danışmaq istəmədiyini, münasibətlərindən kiminsə xəbər tuta biləcəyini demişdir. Həmin vaxt Cəmil axşam telefon gətirəcəyini bildirmiş, lakin ona etiraz edərək gəlməməsini demişdir. İyun ayının 16-dan 17-nə keçən gecə saat 03 radələrində yataq otağında yatan zaman səs-küyə ayılmış, həyat yoldaşının yataq otağında olmadığını görmüş, bundan sonra, zala çıxdıqda səs-küyün digər otaqdan gəldiyini eşitmişdir. Digər otağa girdikdə isə, həyat yoldaşı Raminin Cəmillə əlbəyaxa olduğunu görmüşdür. Bundan sonra zala keçmiş və evin qapısını açıb eyvana çıxmışdır. Bu zaman Cəmil Raminin əlindən çıxaraq, evdən qaçıb getmişdir. Bundan sonra DİN-nin 102 xidmətinə zəng edib, tanımadıqları bir nəfər şəxsin evlərinə daxil olması və həyat yoldaşını döydüyünü bildirmişdir. Həmçinin rayon polis şöbəsinə də bu barədə ərizə ilə müraciət etmişdir. Belə ki, ilk əvvəl Cəmillə aralarında olan münasibətin hamı tərəfindən bilinəcəyindən qorxduğu üçün, Cəmili tanımadığını bildirmiş, lakin, sonradan rayon polis şöbəsində izahat verərkən, həmin şəxsi tanıdığını demişdir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs ailə üzvləri ilə birlikdə yaşadığı Göyçay rayonu Alpout kəndində yerləşən evinə qanuni əsaslar olmadan evdə yaşayanların iradəsi ziddinə daxil olmaqla Azərbaycan Respublikası CM-nin 157.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetir və ona təqsirləndirildiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını cəzasını yüngülləşdirilən hallar kimi, eləcə də cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 157.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş içtimai işlər cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs təyin edilmiş ictimai işlər cəzasını yaşadığı ərazi üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerdə çəkməlidir. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 47.1-ci maddəsinə əsasən ictimai işlər məhkumun əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Həmin Məcəllənin 47.2-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə cəzaya məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə və məhkəmə baxışları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə və məhkəmə baxışları dövründə hüquqlarını 13 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 13 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 78 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur . Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351, 353, 381, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 157.1-ci maddəsi ilə təqsirli bilinib, ona 480 saat ictimai işlər cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş ictimai işlər cəzasını yaşadığı ərazi üzrə müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi yerlərdə çəksin. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzasının əvvəli ictimai işlərə cəlb edildiyi vaxtdan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs göstərilmiş 13 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 78 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №1(046)-88/2020
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-88/2020
25.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver