Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-88/2022 26.10.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Dövlət ittihamçısı və Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakı ilə, 21 avqust 1988-ci ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, məhkumluğu olmayan, evli, himayəsində 2 azyaşlı övladı olan, Göyçay Mənzil İstismar Sahəsinin nəzdində olan "xxxx" MMC-nin sosial işçi işləyən, Göyçay şəhəri Z.Bunyadov küçəsi dalan 2 ev 3-də qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,342 qram çəkidə kustar üsulla hazırlanmış metamfetamin psixotrop maddəni qanunsuz olaraq əldə edib üzərində saxlamış, 11 iyun 2022-ci il tarixdə, saat 15 radələrində Göyçay şəhəri, N.Nərimanov küçəsində olarkən və üzərində həmin psixotrop maddəni daşıyarkən Göyçay rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş, həmin tarixdə, saat 16:05-də polis şöbəsinin Növbətçi Hissəsində üzərinə videoçəkliş vasitəsi ilə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarının sol cibindən bir ədəd gümüşü-ağ rəngli kağız bükümün içərisində bir ədəd şəffaf sellofan bükümdə qablaşdırılmış 0,342 çəkidə həmin metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Göyçay şəhəri N.Nərimanov küçəsində yerlşən “köhnə məscid” in yanında polis əməkdaşları ona yaxınlaraq özlərini təqdim edərək, ona üzərində qanunsuz narkotik vasitə və psixotrop maddələr saxlamaqda şübhəli olduğunu izah edərək Göyçay rayon polis şöbəsinə getməyi bildirmişlər. Polis əməkdaşlarına etiraz etməmiş və bir yerdə polis şöbəsinə getmişlər. Polis şöbəsində vəkil Müdafiəçi ilə təmin olunaraq növbətçi hissədə videoçəkilişlə hüquq və vəzifələri ona izah edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona üzərinə axtarış keçiriləcəyi bildirilmiş, polislərə etiraz etməmişdir. Ona üzərində narkotik vasitə, psixotrop maddə, eləcə də digər cinayət xarakterli hər hansı bir əşyanın olub olmaması ilə bağlı sual verilmiş və olduğu halda masanın üzərinə qoyaraq təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt əynindəki qara rəngli idman şalvarının sağ cibindən kağız əskinaslarla 41 manat pul, şalvarının sol cibindən isə 1 ədəd gümüşü-ağ rəngli kağız bükümün içərisinə qoyulmuş 1 ədəd şəffaf sellofan bükümdə narkomanlar arasında “patı” adlandırılan metamfetamin psixotrop maddəni masanın üzərinə qoymuş, həmin 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdəki kristal formada ağ rəngli maddənin nə olması ilə bağlı ona sorğu edildikdə, həmin maddənin “patı” deyilən metamfetamin olduğunu, Göyçay çayına balıq tutmağa gedərkən çayın kənarından daşların arasından tapdığını və özü istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş metamfetamin sellofan bükümlə birlikdə elektron tərəzidə çəkilmiş, sellofan bükümlə bir yerdə ümumi çəkisi 0,37 qram olmuşdur. Daha sonra isə içərisində metamfetamin olan həmin 1 ədəd sellofan büküm yenidən olduğu 1 ədəd gümüşü-ağ rəngli kağıza büküldükdən sonra bir ədəd kağız zərfə qoyularaq qablaşdırılıb götürülmüşdür. O zərfin üzərini imzalamışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, Göyçay RPŞ-nin CAB-ın NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisi olması və mütəmadi olaraq üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olduğundan 11 iyun 2022-ci il tarixdə bu barədə rayon polis şöbəsinin rəhbərliyinə raportla məruzə etmişdir. Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə razılıq aldıqdan sonra polis şöbəsinin PPXB-nün bölük komandirinin müavini, polis leytenantı Şahid3 ilə birlikdə əməliyyat tədbiri keçirilmişdir. 11 iyun 2022-ci il tarixdə, saat 15 radələrində Göyçay şəhərində N.Nərimanov küçəsində, köhnə məscidin yaxınlığında Təqsirləndirilən şəxs ilə rastlaşmışlar. Təqsirləndirilən şəxs PPXB-nün bölük komandirinin müavini, polis baş leytenantı Şahid3 yaxınlaşıb özlərini təqdim etmişlər və qanunsuz narkotik vasitə saxlamağından şübhəli olduğunu izah edərək Göyçay rayon polis şöbəsinə getməyi bildirmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməmiş və bir yerdə Göyçay rayon polis şöbəsinə getmişlər. Polis şöbəsinin növbətçi hissəsində Təqsirləndirilən şəxs dərhal vəkil Müdafiəçi ilə təmin olunmuş və videoçəkilişlə ona hüquq və vəzifələri izah olunaraq şübhəli şəxs qismində saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, odur ki, üzərində narkotik maddə və vasitələr, eləcə də, cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan kənarlarında ağ rəngli zolaqları olan qara rəngli idman şalvarının sağ cibindən kağız əskinazlarla 41 manat pul, eləcə də şalvarının sol cibindən 1 ədəd gümüşü-ağ rəngli kağız bükümü çıxarıb açaraq içərəsindəki 1 ədəd şəffaf sellofan bükümü masanın üzərinə qoyaraq təqdim etmişdir. Həmin sellofan bükümün içərisində kristal formada ağ rəngli metamfetamin psixotrop maddəyə bənzər maddə olmuşdur. Təqsirləndirilən şəxs həmin sellofan bükümdəki maddənin nə olması və haradan əldə etməsi ilə bağlı sorğu edildikdə həmin maddənin narkomanlar arasında “patı” deyilən metamfetamin olduğunu, 02 gün bundan əvvəl Göyçay çayına balıq tutmağa gedərkən çayın kənarından daşların arasından tapdığını və özü istifadə etdiyi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş metamfetaminə bənzər maddə sellofan bükümlə birlikdə elektron tərəzidə çəkilmiş, sellofan bükümlə bir yerdə ümumi çəkisi 0,37 qram olmuşdur. Daha sonra isə həmin 1 ədəd sellofan büküm yenidən olduğu 1 ədəd gümüşü-ağ rəngli kağıza bükülərək bir ədəd kağız zərfə qoyularaq qablaşdırılıb təhqiqatçı Rüstəm Xəlilov tərəfindən götürülmüşdür. Cinayət işinə əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin X1 alnmış 12 iyun 2022-ci il tarixli 17/478 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə” sözləri və imzalar yazılmış 01 ədəd gümüşü-ağ rəngli kağız bükümün içərisində olan 01 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi –0,342 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: 1) metamfetamin təmiz çəkisi 0.342qr: tədqiqata sərf edildi 0.05. qr, qalıq 0.292 qr. Aparılmış ekspertizanın xərci 69.10 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 01 sentyabr 2022-ci il tarixli 1315 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə və mənbədən qanunsuz olaraq əldə etdiyi, satış məqsədi olmadan, 0.342 qram narkotik vasitə olan metamfetamini xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Göyçay şəhəri N.Nərimanov küçəsində üzərində saxlamaqla, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməli etiraf edərək səmimi peşman olduğunu, himayəsində iki azyaşlı uşağın olduğunu cəzasını yüngülləşdirən hal kimi, kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən şəxsiyyətini, törətdiyi əməlin xarakterini, təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəməyə təqdim edilmiş tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə təqdim edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. Təqsirləndirilən şəxs həbsdə saxlandığı 2 gün müddət CM-nın 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından cıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri, həbs qətimkan tədbiri ilə əvəz edilməli, cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışında hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə baxışında hüquqlarını 08 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 08 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 48 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan Göyçay rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalan 0,292 qram narkotik vasitə olan metamfetamin məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 69.10 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə saxlandığı 2 gün müddət CMnin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlqıdan məhrum etmə cazasından çıxılaraq, üzərində qəti cəza olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin, məhkəmə zalından həbsə alınsın, cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Göyçay rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalan 0,292 qram narkotik vasitə olan metamfetamin məhv edilsin. İş üzrə ekspertiza xərci olan 69.10 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 08 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 48 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ013501**********2944, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Hökmün icrası maddi sübutlara və məhkəmə xərclərinə dair hissədə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №1(046)-88/2022
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-88/2022
26.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver