Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-88/2023 05.12.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.2001-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, subay, məhkum olunmamış, fərdi əməklə məşqul olan, Göyçay rayonu Çərəkə kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 29 iyun 2023-cü il tarixdə saat 14 radələrində X1 mülkiyyətində olan və Şahid1 faktiki sahibliyində olan VAZ-21013 minik markalı **-MK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili Göyçay rayonu Çərəkə kəndində yerləşən “Göl” restoranına getmək üçün Şahid1 şifahi razılıq əsasında idarə etmək üçün alaraq “Yol Hərəkəti” haqqında Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozmaqla, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan yəni velosiped, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirildiyi halda sürücülük vəsiqəsi olmadan, həmçinin “Yol Hərəkəti” haqqında Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmaqla, yəni yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olan sürətlə, ayıq vəziyyətdə idarə edib Göyçay rayonu Çərəkə kənd yolu ilə hərəkətdə olarkən “Yol Hərəkəti” haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmaqla, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və bu maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tələblərə əməl etməyərək idarəetməni itirib yolun kənarı ilə uzanan su arxına aşmış, nəticədə avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs solda Vİ-Vİİ qabırğaların arxa qövslərinin yerdəyişmiş sınığı ilə nəticələnən cüzi hemotoraks ilə müşayiət olunan sağlamlığının uzun müddətdə pozulmasına səbəb olan ehtiyatsızlıqdan sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 14 radələrində yaşadığı Göyçay rayonu Çərəkə kəndində yerləşən “Ayaz” marketin qarşısına gəlmiş, işlədiyi işlədiyi “Göl” restoranına getmək üçün dostu Nurlana məxsus Vaz 21013 markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobili istəmiş, Nurlan avtomobilini ona vermişdir. Həmin vaxt Nurlanın xalası oğlu həmçinin onun dostu olan Zərərçəkmiş şəxs də orada olmuş, Nurlanın işi olduğu üçün onunla getməmiş, İlqardan onunla gedib qayıtmasını xahiş etmiş, İlqar da onunla razılaşmışdır. Nurlandan avtomobilinin açarını götürüb sürücü oturacağına əyləşmiş, İlqar isə onun yanında qabaq sərnişin oturacağında əyləşmiş, bundan sonra həmin avtomobil ilə Çərəkə kənd yolunda üzü Göl restoranına dönəcək yolda olan Şəhid Bulağı istiqamətində hərəkət etmişdir. Avtomobili sürücülük hüququ olmadan idarə edərkən 1-2 km Çərəkə kənd yolu ilə hərəkət etdikdə idarə etdiyi avtomobilin surəti təxminən 80 km/saat olan zaman anidən yolda onun hərəkət istiqamətinə it çıxmış, iti vurmamaq üçün əyləci basıb sola tərəf istiqamətlənərək dayanmaq istəyən zaman idarə etdiyi avtomobil sürüşmüş, nəticədə idarəetməni itirmiş və idarə etdiyi avtomobil yolun sol kənarı ilə uzanan çay arxına düşmüşdür. Bundan sonra isə ora gələn kənd sakinləri onu və İlqarı avtomobildən çıxarıb təcili tibbi yardım avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına göndərmişlər. Daha sonra xəstəxanada yoxlandıqdan sonra ora gələn polis əməkdaşlarına özünü təqdim edərək sərxoşluq müayinəsindən keçirilmiş və iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəmişdir. İş üzrə Zərərçəkmiş şəxs göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Göyçay rayonu Çərəkə kəndində yerləşən “Ayaz” marketin qarşısında dayanmış, həmin vaxt xalası oğlu Şahid1 da mağazanın qarşısında olmuşdur. Nurlanın özünə məxsus Vaz 21013 markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır, həmin vaxt Nurlanla Sarvanın söhbət etdiyini görmüş, Sarvan Nurladan “Göl” restoranına getmək üçün avtomobilini istəmiş, Nurlanın avtomobilini ona vermiş, Sarvan ondan onunla 15-20 dəqiqəlik Göl ailəvi istirahət mərkəzinə gedib qayıtmağını xahiş etmiş, Sarvanla getməyə razılaşmışdır. Sarvan Nurlana məxsus VAZ 21013 markalı, **-MK-*** qeydiyyat nişanlı avtomobildə sürücü oturağına əyləşmiş, o, isə sağ sərnişin oturacağında əyləşmişdir. Sarvan həmin avtomobili idarə edərək Çərəkə kənd yolunda üzü Göl restoranına dönəcək yolda olan Şəhid Bulağı istiqamətində hərəkət etmiş, 1-2 km Çərəkə kənd yolu ilə hərəkət etdikdə idarə etdiyi avtomobilin surəti təxminən 80 km/saat olan zaman anidən yolda hərəkət istiqamətlərinə it çıxmış, Sarvan iti vurmamaq üçün əyləci basıb sola tərəf istiqamətlənərək dayanmaq istəyən zaman idarə etdiyi avtomobil sürüşmüş, nəticədə idarəetməni itirmiş və idarə etdiyi avtomobil yolun sol kənarı ilə uzanan çay arxına düşmüşdür. Həmin vaxt onun qarın nahiyəsi avtomobildə olan qol altlığı üçün olan yerə dəymiş və qabırğasında ağrı hiss etmişdir. Bundan sonra avtomobildən çıxmış və orada olan şəxslər həmçinin Sarvanın avtomobildən çıxmasına kömək etmişlər. Bundan sonra həmin yerə gələn təcili tibbi yardım avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına getmişlər. Hal-hazırda ona dəymiş ziyan ödənilmişdir. Buna görə də təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 göstərmişdir ki, Göyçay RPŞ-nin DYPB-nin YPX inspektoru vəzifəsində işləyir. 29 iyun 2023-cü il tarixdə saat 14 radələrində Göyçay rayonu Çərəkə kənd yolunda yol nəqliyyat hadisəsi baş verməsi və sərnişinin xəsarət alması ilə nəticələnməsi barədə Göyçay RPŞ-nin məsul növbətçisindən məlumat aldıqdan sonra Göyçay rayon Mərkəzi Xəstəxanasına getmiş, həmin vaxt xəstəxanada Təqsirləndirilən şəxs yaxınlaşaraq yol nəqliyyat hadisəsi törətdiyini bildirmiş, daha sonra Təqsirləndirilən şəxs sərxoş olub-olmadığını müəyyən etmək üçün həkim müayinəsinə aparmış, müayinədən keçdikdən sonra hadisə yerinə qayıtmış, hadisə yerinin mühafizəsini təmin etmişdir. Müstəntiq hadisə yerinə baxış keçirtmiş və məlum olmuşdur ki, xx.xx.2023cu il tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs sürücülük hüququ olmadan idarə etdiyi Vaz 21013 minik markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Göyçay rayonu Çərəkə kənd yolu ilə hərəkətdə olarkən idarəetməni itirib yolun kənarı ilə uzanan su arxına düşmüş və avtomobildə olan İlqar xəsarət almışdır. Daha sonra onların və hal şahidlərinin iştirakı ilə protokol tərtib edilmiş, sonra protokol ucadan oxunmuş və hər hansısa bir etirazımın olmadığını bildirərək protokolu imzalanmışdır. Cinayət işinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli 239 saylı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan” görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Cinayət işinə əlavə edilmiş Göyçay RPŞ-nin DYPB-dən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs Vaz 21013 markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair etibarnaməsi və nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsi olmamışdır. Cinayət işinə əlavə edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 370 saylı rəyi ilə müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - solda Vİ-Vİİ qabırğaların arxa qövslərinin yerdəyişmiş sınığı ilə nəticələnən cüzi hemotoraks - küt-bərk əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə avtomobil qəzası nəticəsində əmələ gəlməsi inkar edilmir və dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Cinayət işinə əlavə edilmiş Məhkəmə-ekspertiza mərkəzindən alınmış xx.xx.2023-cü il tarixli 8/2397 saylı rəyindən görünür ki, 1. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ-21013 markalı, ** MK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 2. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. 3.Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsi olması şəraitində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni avtomobili 80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur.Aparılmış ekspertizanın dəyəri 85 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara qiymət verən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 29 iyun 2023-cü il tarixdə saat 14 radələrində VAZ-21013 minik markalı, **-MK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Göyçay rayonu Çərəkə kəndi ərazisində hərəkətdə olarkən “Yol Hərəkəti” haqqında Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozmaqla, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan yəni velosiped, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirildiyi halda sürücülük vəsiqəsi olmadan, həmçinin “Yol Hərəkəti” haqqında Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmaqla, yəni yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olan sürətlə, ayıq vəziyyətdə idarə edib Göyçay rayonu Çərəkə kənd yolu ilə hərəkətdə olarkən “Yol Hərəkəti” haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmaqla, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və bu maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tələblərə əməl etməyərək idarəetməni itirib yolun kənarı ilə uzanan su arxına aşmış, nəticədə avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs solda Vİ-Vİİ qabırğaların arxa qövslərinin yerdəyişmiş sınığı ilə nəticələnən cüzi hemotoraks ilə müşayiət olunan sağlamlığının uzun müddətdə pozulmasına səbəb olan ehtiyatsızlıqdan sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətməklə Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetir və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində qeyd edilmişdir ki törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməklə səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilən və hökm qüvvəyə mindiyi zaman həbsdə olmayan məhkum icra məmurunun təqdim etdiyi müvafiq göstərişə əsasən müəyyən edilən vaxtda məntəqə tipli cəzaçəkmə müəssisəsinə şəxsən gəlməlidir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqandan gizlənməməsini, məhkəmə baxışının normal gedişinə mane olmamasını nəzərə alıb, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm icraya yönələnədək dəyişdirilmədən saxlanılmasını mümkün hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm icraya yönələnədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 85 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351, 353, 354 , 381, 384 -cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib, 1 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 85 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №1(046)-88/2023
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-88/2023
05.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver