Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-89/2023 29.11.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ saat 15:55-də Qurbanov Elçin Firudin oğlunun sədrliyi Qəniyev Nurlan Mehman oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1998-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Göyçay rayonu Qarabağlar kəndində qeydiyyatda olan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 21 radələrində «X3» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq sürücülük hüququ olmadan ayıq vəziyyətdə «X3» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətindən artıq, yəni 70 km/saatla özünə məxsus «Vaz-21074» markalı **-BN-*** qeydiyyat nişanlı avtomobillə Göyçay şəhəri H.Əliyev prospekti ilə üzü "Accessbank" istiqamətində hərəkətdə olub R.Rza küçəsi ilə yolların kəsişməsində svetoforun qırmızı işığında «X3» Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu elməyib qadağanedici siqnalında yolayrıcına daxil olub sağ tərəfdən R.Rza küçəsi ilə svetoforun yaşıl işığında yolayrıcına daxil olan Zərərçəkmiş şəxs idarə etdiyi «Vaz 21074» markalı **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobilinin təhlükəsiz gəlib keçməsini təmin etməyərək sonuncu avtomobillə toqquşmuş, nəticədə «Vaz 21074» markalı **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sürücüsü Zərərçəkmiş şəxs sol incik sümüyünün 1/2-nin qapalı, yerdəyişmiş sınığı ilə nəticələnən dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan ehtiyatsızlıqdan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirmişdir. Təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi dindirib, iş üzrə olan bütun sübutları tədqiq edib, məhkəmə belə bir nəticəyə gəlir ki, təqsirləndirilən şəxs qeyd edilən cinayətin törədilməsində təqsirli hesab edilməlidir. Məhkəmə baxışında təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bildi, ifadə verərək göstərdi ki, özünə məxsus «Vaz 2107» markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Lakin sürücülük vəsiqəsi yoxdur, həmin avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində özünə məxsus avtomobillə Göyçay şəhəri, H.Əliyev prospekti ilə dəyirman dairəsindən üzü “AccessBank” istiqamətində hərəkətdə olan zaman, həmin avtomobildə tək olmaqla sürəti 70 km/saat olmuşdur. Göyçay şəhəri H.Əliyev prospekti ilə R.Rza küçəsinin kəsişməsinə çatarkən fikirli olduğu üçün işıqforun qırmızı işığında dayanmayaraq düzünə hərəkətini davam etdirmişdir. Həmin vaxt R.Rza küçəsi ilə sağ tərəfindən gələn «VAZ 2107» markalı **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobil də işıqforun yaşıl işığı yandığı uçun düzünə hərəkətini davam etdirərək onun hərəkət istiqamətinə çıxmışdır. Həmin vaxt qarşısına çıxan «Vaz 2107» markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobili vurmaması üçün avtomobilini sola tərəf istiqamətləndirmiş, həmçinin digər «Vaz 2107» avtomobilin sürücüsü də hadisədən yayınmaq üçün idarə etdiyi avtomobili sağa tərəf istiqamətləndirmişdir. Lakin hər ikisi hadisədən yayına bilməyərək H.Əliyev prospektində yolun əks hərəkət istiqamətində idarə etdiyi avtomobilinin qabaq sağ yan hissəsi ilə digər «Vaz 2107» markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol yan hissəsi toqquşmuşdur. Həmin vaxtı idarə etdiyi avtomobil sola tərəfə keçərək R.Rza küçəsində yolun kənarına dəyərək dayanmışdır. Bundan sonra avtomobildən düşmüş və sol diz hissəsində ağrı olduğu və həmçinin digər avtomobilin sürücüsü və avtomobildə olan bir nəfər qadın sərnişin xəsarət aldığı üçün hadisə yerinə təcili tibbi yardım avtomobili gəlmiş və onları Göyçay rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Bundan sonra isə xəstəxanada sərxoşluq müayinəsindən keçmişdir. Hadisənin baş verməsinə səbəb idarə etdiyi avtomobillə Göyçay şəhəri, H.Əliyev prospekti ilə Dəyirman dairəsindən üzü “Access bank” istiqamətində hərəkətdə olarkən R.Rza küçəsi ilə kəsişmədə işıqforun qırmızı işığında hərəkətini düzünə davam etdirməyi olmuş, həmin avtomobilin hərəkət istiqamətinə çıxmasını təxminən 8 metr məsafədən görmüş, həmin vaxt sol diz nahiyyəsindən xəsarət almış, avtomobilinin surətinin təxminən 70 km/saat olmuşdur. Mülki iddianı qəbul etmir. Belə ki, zərərin əvəzi kimi 2000 manat pul ödəmiş və minik avtomobilini sataraq qazanc əldə etdiyi halda ondan əlavə 4000 manat pul tələb edir.Zərərçəkmiş şəxs mülki iddianın geri qaytarılması barədə ərizə verdiyinən,mülki iddia üzrə tələbə baxılmasını tələb etmədi. Məhkəmə baxışında zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, özünə məxsus «Vaz 2107» markalı **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobili və BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. xx.xx.2023- cü il tarixdə saat 21 radələrində özünə məxsus avtomobillə Göyçay şəhəri, R.Rza küçəsi ilə üzü H.Əliyev prospekti ilə kəsişmə istiqamətində hərəkətdə olmuşdur. Avtomobilin sürəti saatda 30 km/saat olmuş və arxada sağ oturacaqda yoldaşı Şahid1 əyləşmişdir. Göyçay şəhəri R.Rza küçəsi ilə H.Əliyev prospektinin kəsişməsinə çatıb işıqforun yaşıl işığında düzünə istiqamətdə üzü 5 nömrəli məktəb tərəfə hərəkətini davam etdirmək istəyən zaman H.Əliyev prospekti ilə sol tərəfdən gələn «VAZ 2107» markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil işıqforun qırmızı işığında düzünə hərəkətini davam etdirərək onun hərəkət istiqamətinə çıxmışdır. Həmin vaxt həmin avtomobildən yayınmaq üçün hərəkətini sağa tərəf istiqamətləndirmiş, həmçinin digər «Vaz 2107» markalı avtomobildə sola tərəf istiqamətlənsə də hadisədən yayına bilməmişdir. Göyçay şəhəri H.Əliyev prospektində «Vaz 2107» markalı 23-BN-6İ8 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ tərəfi onun idarə etdiyi avtomobilin qabaq sol tərəfinə dəymişdir. Toqquşmadan sonra onun idarə etdiyi avtomobilin sağ tərəfi ilə yolun kənarında səkiyə dəyərək dayanmışdır. Bundan sonra sol ayağında ağrı hiss etdiyi və yoldaşı xəsarət aldığı üçün hadisə yerinə təcili tibbi yardım avtomobili gəlmiş, digər avtomobilin sürücüsü ilə onları Göyçay rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Bundan sonra isə xəstəxanada sərxoşluq müayinəsindən keçmişdir. Hadisənin baş verməsinə səbəb «Vaz 2107» markalı **-BN-*** qeydiyyat nişanlı avtomobilin sürücüsünün işıqforun qırmızı işığında H.Əliyev prospekti ilə düzünə hərəkətini davam etdirməsi olmuşdur. Hadisə zamanı avtomobilində sərnişin qismində arxada əyləşən yoldaşı Şahid1 xəsarət almışdır.Ona dəymiş maddi ziyanın 2000 manat hissəsi ödənilmiş,qalan hissədə ödənilməmişdir.Mülki qaydada məhkəməyə müraciət etmək üçün vermiş olduğu mülki iddianın geri qaytarılaraq baxılmamış saxlanılmasını, cəza verilərkən bu halın nəzərə alınmasını xahiş etdi. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid1 ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs əridir. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs idarə etdiyi «Vaz 2107» markalı **-LL-*** nömrəli avtomobillə Göyçay şəhəri, R.Rza küçəsi ilə üzü H.Əliyev prospekti ilə kəsişmə istiqamətində hərəkətdə olan zaman avtomobilin arxa sağ tərəfində sərnişin oturacağında əyləşmişdir. Həmin vaxt H.Əliyev prospekti ilə kəşişmədə svetoforun yaşıl işığında düzünə keçən zaman sol tərəfdən gələn «Vaz 2107» markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil svetoforun qırmızı işığında hərəkətini davam etdirərək onların yoluna çıxmışdır. Bundan sonra onlara məxsus avtomobillə həmin avtomobil toqquşmuşdur. Toqquşmadan sonra əri Valehin idarə etdiyi avtomobil yolun kənarında səkiyə dəyərək dayanmışdır. Bundan sonra hadisə yerinə təcili tibbi yardım avtomobili gələrək onu, əri Valehi, həmçinin digər avtomobilin sürücüsü adını sonradan bildiyi Kənan adlı şəxsi Göyçay rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid2 ifadə verərək göstərdi ki, o, Göyçay Rayon Polis X4 Polis Bölməsinin inspektoru vəzifəsində işləyir. 23 iyun 2023-cü il tarixdə DYPB-nə təhkim edilmiş «Mercedes Benz» markalı ** YP *** dövlət nömrə nişanlı avtomobillə Göyçay rayonunda xidmətdə olmuşdur. 23 iyun 2023-cü il tarixdə saat 21 radələrində Göyçay rayonu ərazisində xidmətdə olarkən Göyçay şəhəri H.Əliyev prospektindən R.Rza küçəsinin qarşısında yol nəqliyyat hadisəsi baş verməsi barədə şöbənin Növbətçi Hissəsindən daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə getmişdir. Həmin Göyçay rayonu Kürdəmiş kənd sakini Zərərçəkmiş şəxs idarə etdiyi “Vaz 2107“ markalı “**-LL-***” dövlət qeydiyyat nişanlı avtomobil ilə Göyçay rayon Qarabağlar kənd sakini Təqsirləndirilən şəxs məxsus **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş və hər iki avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Bir qədər sonra hadisə yerinə müstəntiq gələrək hadisə yerini müayinə etməyə başlamış, baxış zamanı iki nəfər hal şahidi dəvət edilmişdir. Baxış zamanı müstəntiq yolun müxtəlif yerlərini ölçmüş, həmin vaxt hadisə yerində tormoz izi aşkar olunmamışdır. Hadisənin “Vaz 2107” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilinin svetoforun qırmızı işığında hərəkətinin davam etdirməsi olmuşdur. Baxış zamanı hadisə yerində avtomobil yolunun iki hərəkət hissəsindən ibarət olduğu, yolun ümumi eninin 10 metr olduğu müəyyən edilmişdir. Hadisə yerinə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən heç bir maddi sübut götürülməmiş, hadisə yerinə baxış zamanı fotoşəkillər çəkilərək yol-nəqliyyat hadisəsinin necə baş verməsi barədə sxem tərtib olunmuş, keçirilmiş baxışın nəticəsinə dair müstəntiq tərəfindən protokol tərtib olunmuşdur. Tərtib edilmiş protokol ucadan oxunmuş, tərtib edilmiş protokol və hadisə yerinin sxemi baxışda iştirak etmiş bütün iştirakçılar tərəfindən imzalanmışdır. Hadisə olan yerinin maksimal sürət həddinin 60 km/saat olmuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” publik hüquqi şəxsin 29 iyul 2023-cü il tarixli 364 nömrəli rəyindən görünür ki, 1964-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol incik sümüyünün aşağı 1/2-nin qapalı, yeridəyişmiş sınığı küt - bərk əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə avtomobil qəzası nəticəsində əmələ gəlməsi inkar edilmir və dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İşə əlavə edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 08 sentyabr 2023-cü il tarixli, 8/2398 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «Vaz 21074» markalı, **-BN-*** dövlət qeydiyyat nişanli avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X3» Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «X3» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətindən artıq, yəni 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «X3» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1- ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «Vaz 21074» markalı. 10- LL- 252 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. İşə əlavə edilmiş Azərbaycan Respublikası Medallarının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Dahib oğlunun Qubadlının azad olunmasına görə və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Beləliklə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 21 radələrində «X3» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq sürücülük hüququ olmadan ayıq vəziyyətdə «X3» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətindən artıq, yəni 70 km/saatla özünə məxsus «Vaz-21074» markalı **-BN-*** qeydiyyat nişanlı avtomobillə Göyçay şəhəri H.Əliyev prospekti ilə üzü "Accessbank" istiqamətində hərəkətdə olub R.Rza küçəsi ilə yolların kəsişməsində svetoforun qırmızı işığında «X3» Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu elməyib qadağanedici siqnalında yolayrıcına daxil olub sağ tərəfdən R.Rza küçəsi ilə svetoforun yaşıl işığında yolayrıcına daxil olan Zərərçəkmiş şəxs idarə etdiyi «Vaz 21074» markalı **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobilinin təhlükəsiz gəlib keçməsini təmin etməyərək sonuncu avtomobillə toqquşmuş, nəticədə «Vaz 21074» markalı **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sürücüsü Zərərçəkmiş şəxs sol incik sümüyünün 1/2-nin qapalı, yerdəyişmiş sınığı ilə nəticələnən xəsarətlər yetirməklə Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsinin tərkibini yaradan cinayət əməlini törətmişdir. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin «Qubadlının azad olunmasına» görə və «Vətən müharibəsi iştirakçısı» medalları ilə təltif olunmasını, qəsdin obyektinin yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlərin təşkil etməsini, cinayət əməlinin ehtiyatsızlıqdan törədilməsini, az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini nəzərə alır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin şəxsin cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini cəzanı yüngülləşdirən hal olduğunu və iş üzrə cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyinin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyinin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Cinayət işi materiallarına əlavə edilmiş iddia ərizəsindən görünür ki, mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs 4307 manat vurulmuş maddi zərərin və ödənilmiş 63 manat 07 qəpik dövlət rüsumunun alınaraq ona verilməsini tələb etmişdir. Məhkəmə iclasında mülki iddiaçı Zərərçəkmiş şəxs ərizə verərək mülki iddianın geri qaytarılaraq baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında mülki cavabdeh Təqsirləndirilən şəxs mülki iddia üzrə tələbə baxılmasını tələb etmədi. Məhkəmə hesab edir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Təqsirləndirilən şəxs qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iddiasının geri qaytarılması barədə ərizə verdiyindən və mülki cavabdeh Təqsirləndirilən şəxs mülki iddiaya baxılmasını tələb etmədiyindən mülki iddia baxılmamış saxlanılmalıdır. Beləliklə iş üzrə obyektiv və subyektiv halların məcmusunu nəzərə alıb məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsinin sanksiyası hədləri daxilində müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını CM-nin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli,mülki iddia baxılmamış saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının 128 manat məbləğində dəyəri Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin üzərinə qoyularaq ondan tutulub dövlət nəfinə keçirilməlidir. Zərərçəkmiş şəxsə izah olunmalıdır ki,dəymiş ziyanın ödənilməsi ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmə şərh olunanları və Azərbaycan Respublikası CPM-nın 351-353-cü,384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 128 manat məbləğində ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. Mülki iddia baxılmamış saxlanılsın. Zərərçəkmiş şəxsə izah olunsun ki, dəymiş ziyanın ödənilməsi ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Hökmdən 20 gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən:Elçin Qurbanov
Məhkəmə qərarları › İş №1(046)-89/2023
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-89/2023
29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver