Məhkəmə qərarları › İş №1(046)-9/2021

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-9/2021

02.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-9/2021 02.02.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs, Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Göyçay rayonunun Çayarxı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsindən üç azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, X3 Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(091)-50/2020 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək, 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Göyçay rayonu Çayarxı kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xx xxxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 16:30 radələrində «X2» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etməyərək, yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə avtomobili idarə etməli olduğu halda, sürücülük vəsiqəsi və etibarnamə olmadan İmanova Gülövşə Cəfər qızına məxsus VAZ-2107 markalı **-BA-*** qeydiyyat nişanlı avtomobillə Göyçay rayon Qaraməryəm-İsmayıllı yolu ilə üzü Qaraməryəm kəndi istiqamətində yaşayış məntəqəsi daxilində 70-80 km/saat sürətlə hərəkətdə olarkən, «X2» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunları etməyərək, avtomobilin idarəçiliyini itirməsi nəticəsində avtomobil yolun əks hərəkət zolağına çıxmış və əks hərəkət zolağı ilə üzü İsmayıllı rayon istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs məxsus VAZ-21074 markalı **-NN-*** qeydiyyat nişanlı avtomobillə qarşı-qarşıya toqquşmuş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs idarə etdiyi avtomobili yararsız hala salıb ona 3359 manat maddi ziyan vurulmasına, həmçinin Zərərçəkmiş şəxs başın alın nahiyəsinin sıyrığı, döş sümüyünün orta 1/3-nin az yerini dəyişmiş sınığı ilə nəticələnən, sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərmişdir ki, “Vaz 2107” markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobili qonşuluğunda yaşayan Şahid1 təxminən 4 ay olar ki almış, lakin sürücülük vəsiqəsi və maddi imkanı olmadığından həmin avtomobili öz adına sənədləşdirməmişdir. xx.xx.2020-ci il tarixdə saat 16 radələrində idarə etdiyi “Vaz 2107” markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı rayonuna getmək üçün yola çıxmış, İsmayıllı və Göyçay rayonu arasında olan karantin postunu keçə bilmədiyindən geri qayıtmağa məcbur olmuşdur. Bundan sonra idarə etdiyi “Vaz 2107” markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobillə geri qayıdarkən Göyçay rayonu Qaraməryəm kəndi ərazisində yolun döngəli hissəsində telefonu avtomobilin içərsinə düşdüyü üçün telefonu axtarmağa başı qarışmış, həmin zaman avtomobili təxminən 70-80 km/saat sürətlə idarə etmiş, telefonu götürənə kimi idarə etdiyi “Vaz 2107” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobil yolun əks hərəkət zolağına çıxmış, bu vaxt qarşıdan gələn “Vaz 2107” markalı ** NN *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşacağını görüb əyləcdən istifadə edərək avtomobilini saxlamağa çalışsa da, öz avtomobilinin qabaq hissəsi ilə həmin avtomobilin qabaq hissəsindən vurmuş, toqquşmadan sonra avtomobilinin yolun solunda dərəyə düşəcəyindən qorxaraq qapını açıb özünü avtomobildən yerə atmışdır. İdarə etdiyi “Vaz 2107” markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilin isə yolun solunda olan yol nişanına dəyərək dayanmış, bundan sonra huşunu itirmiş və İsmayıllı rayon xəstəxanasına aparılmışdır. Hadisə nəticəsində özü və digər maşının sürücüsü Zərərçəkmiş şəxs xəsarət almışdır. Zərərçəkmiş şəxs dəymiş maddi ziyanı ödəməmişdir. Törətdiyi əməldən peşmandır. İş üzrə Zərərçəkmiş şəxs göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 16:30 radələrində Göyçay rayonu Qaraməryəm kəndində İsmayıllı rayonu Pirdinar kəndi istiqamətində hərəkətdə olarkən, Göyçay-İsmayıllı yolunun Qaraməryəm kəndindən keçən hissəsi ilə hərəkətdə olarkən yolun döngəli hissəsindən qarşıdan gələn “Vaz 2107” markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilin yolun əks hərəkət istiqamətinə çıxmış, həmin avtomobilin sürəti təxminən 120 km/saat olmuşdur. İdarə etdiyi avtomobilin sürəti isə təxminən saatda 60 kilometr olmuş, həmin avtomobilin yoluna çıxdığını təxminən 15 metrdən görmüş və dərhal əyləcdən istifadə edərək avtomobili sağa doğru çəkmişdir. Lakin “Vaz 2107” markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobil onun hərəkət yolunda idarə etdiyi avtomobilin qabaq hissəsindən vurmuşdur. Hadisədən sonra öz avtomobilinin çevrilərək sağda olan yol nişanına dəyib dayanmış, hadisə nəticəsində döş qəfəsindən, başından və ayağından xəsarətlər almışdır. Bundan sonra İsmayıllı rayon mərkəzi xəstəxanasına aparılmış, hadisə zamanı az ağır xəsarət almışdır. Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyan ödəməmişdir. Buna görə də Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, “Vaz 2107” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobili hadisədən təxminən 4 ay əvvəl tanışı Təqsirləndirilən şəxs satmış, lakin Vasifin sürücülük vəsiqəsi olmadığından ona idarə etmək üçün etibarnamə verə bilməmişdir. xx.xx.2020-ci il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq qəza törətdiyini bildirmiş, hadisə yerinə gedərək hər iki avtomobilin toqquşaraq yararsız hala düşdüyünü görmüşdür. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 Rafail oğlu göstərmişdir ki, Göyçay RPŞ-nin DYPB-nin YPX-nin inspektoru vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə saat 16:30 radələrində xidmətdə olarkən Qaraməryən-İsmayıllı yolunda Qaraməryəm kəndi ərazisində yol-nəqliyyat qəza hadisəsinin baş verməsi barədə məlumat daxil olmuş, həmin məlumatdan dərhal sonra hadisə yerinə getmişdir. Hadisə yerində Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-2107 markalı **-BA-*** qeydiyyat nişanlı avtomobillə Qaraməryəm- İsmayıllı yolu ilə üzü Göyçay istiqamətində hərəkətdə olarkən, avtomobilin idarəetməsini itirməsi nəticəsində yolun əks hərəkət zolağına çıxaraq İsmayıllı istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi VAZ-2107 markalı **-NN-*** qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində hər iki sürücünün müxtəlif növ bədən xəsarətləri aldığını görmüşdür. Hər iki avtomobillərin əsasən qabaq hissələri əzilmiş vəziyyətdə olmuş, VAZ-2107 markalı **-BA-*** qeydiyyat nişanlı avtomobil üzü Göyçay istiqamətinə gələndə yolun sol ehtiyat hissəsində qabaq hissəsi asfalt hissəyə tərəf, VAZ-2107 markalı **-NN-*** qeydiyyat nişanlı avtomobil isə öz hərəkət yolunda üzü ehtiyat hissəyə tərəf dayanıqlı vəziyyətdə olmuşdur. Hadisə yeri təhqiqatçı tərəfindən müayinə olunmuş və fotoşəkillər çəkilmişdir. Bu barədə protokol tərtib olunaraq ucadan oxunduqdan sonra protokola imza etmişlər. Cinayət işinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 145 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır – başın alın nahiyəsinin sıyrığı, küt-bərk əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə avtomobil qəzası nəticəsində əmələ gəlməsi inkar edilmir və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Döş sümüyünün orta 1/3-nin az yerini dəyişmiş sınığı, küt-bərk əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə avtomobil qəzası nəticəsində əmələ gəlməsi inkar edilmir və dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Cinayət işinə əlavə edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2020-ci il tarixli 8/947 saylı ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, VAZ-2107 markalı **-BA-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X2” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Rüstəmov avtomobili sürücülük vəsiqəsi və etibarnaməsi olmadan idarə etdiyindən onun hərəkətlərində “X2” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Rüstəmov avtomobili yaşayış məntəqəsində icazə verilən 60 km/saat sürətindən yüksək sürətlə idarə etdiyindən onun hərəkətlərində “X2” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış ekspertizanın dəyəri 100 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş Göyçay RMX tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 3902 saylı məktubundan görünür ki, konsultativ poliklinikanın müdiri A.Burcalıyevin və həkim psixiatr E.Cavadovun verdiyi xx.xx.2020-ci il tarixli 204 saylı arayışlara əsasən, Göyçay şəhəri Nizami küçəsi ev 197, mənzil 5-də yaşayan Təqsirləndirilən şəxs narkoloji və psixiatrik kabinetlərdə qeydiyyatda yoxdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən xx.xx.2020ci il tarixli tələbnamədən və cinayət işinə əlavə edilmiş hökmdən görünür ki, Təqsirləndirilən şəxs X3 Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(091)-50/2020 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək, 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 16:30 radələrində «X2» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etməyərək, yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə avtomobili idarə etməli olduğu halda, sürücülük vəsiqəsi və etibarnamə olmadan İmanova Gülövşə Cəfər qızına məxsus VAZ-2107 markalı **-BA-*** qeydiyyat nişanlı avtomobillə Göyçay rayon Qaraməryəm-İsmayıllı yolu ilə üzü Qaraməryəm kəndi istiqamətində yaşayış məntəqəsi daxilində 70-80 km/saat sürətlə hərəkətdə olarkən, «X2» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunları etməyərək, avtomobilin idarəçiliyini itirməsi nəticəsində avtomobil yolun əks hərəkət zolağına çıxmış və əks hərəkət zolağı ilə üzü İsmayıllı rayon istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs məxsus VAZ-21074 markalı **-NN-*** qeydiyyat nişanlı avtomobillə qarşı-qarşıya toqquşmuş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs idarə etdiyi avtomobili yararsız hala salıb ona 3359 manat maddi ziyan vurulmasına, həmçinin Zərərçəkmiş şəxs başın alın nahiyəsinin sıyrığı, döş sümüyünün orta 1/3-nin az yerini dəyişmiş sınığı ilə nəticələnən, sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsini törədərək Azərbaycan Respublikası CMnin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetir və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində qeyd edilmişdir ki törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağın olduğunu cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində sürücülük hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs hazırki cinayəti X3 Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(091)-50/2020 saylı hökmündən əvvəl törətdiyi müəyyən edildiyindən ona cinayətlərin məcmusu üzrə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasına X3 Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(091)-50/2020 saylı hökmü üzrə təyin edilmiş 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası qismən birləşdirilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-cı maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışları dövründə hüquqlarını 05 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 05 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 30 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 100 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351, 353, 354 , 381, 384 -cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs X3 Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(091)-50/2020 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə Azərbaycan Respublikası CMnin 66.2-ci maddəsinə əsasən qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti cəza olaraq, 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş 05 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 30 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ013501**********2944, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. İş üzrə 100 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Hökmün icrası ekspertiza xərcinə dair hissədə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar