Məhkəmə qərarları › İş №1(046)-9/2023

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-9/2023

24.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-9/2023 24.01.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Dövlət ittihamçısı3, Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1967-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, ailəli, məhkum olunmamış, Göyçay rayonun Hacalıkənd kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən şəxsi istehlak miqdarından artıq miqdarda 1,458 qram ümumi təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və şəxsi istehlak miqdarından artıq miqdarda 1,227 qram ümumi təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək narkotik vasitə heroini ayrı ayrılıqda 1,035 qram və 0,423 qram təmiz çəkilərdə 02 ədəd sellofan bükümlərdə qablaşdırılmış formada, psixotrop maddə metamfetamini isə ayrı ayrılıqda 0,453 qram və 0,774 qram təmiz çəkilərdə 02 ədəd sellofan bükümlərdə qablaşdırılmış formada yaşadığı evin yataq otağındakı masanın üzərində siqaret qutusunun içərisindəki kibrit qutusunda satış məqsədi olmadan qanunsuz olaraq saxlamış, 27 may 2022-ci il tarixdə, saat 13 radələrində Göyçay rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin tarixdə saat 13:25-də yaşadığı ünvana baxış keçirilərkən evin yataq otağındakı masanın üzərində siqaret qutusunun içərisindəki kibrit qutusunun içərisində həmin 02 ədəd sellofan bükümlərdə - ümumi 1,458 qram çəkidə narkotik vasitə heroin və 2 ədəd sellofan bükümlərdə - 1,227 qram çəkidə psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Göyçay rayonu Hacalıkənd kəndində yaşadığı evə tərəf gedərkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib üzərində və evdə qanunsuz narkotik vasitə saxlamağında şübhəli olduğunu bildirərək yaşadığı evə videoçəklişlə baxış keçirmək istədiklərini bildirmişlər. Buna etiraz etməmiş, bu barədə Göyçay rayon polis şöbəsinə ərizə yazmışdır. Ona hüquq və vəzifələri izah olunaraq vəkil Müdafiəçi ilə təmin olunmuşdur və hüquq və vəzifələri barədə bildiriş, eləcə də tutulmağı barədə qərarın surəti təqdim olunmuşdur. Ondan üzərində və yaxud evdə narkotik vasitə və psixotrop maddə saxlayıb saxlamadığını soruşmuşlar. Yaşadığı evdə narkotik vasitə və psixotrop maddə saxladığını bildirmişdir. Daha sonra vəkilin iştirakı ilə videoçəklilşlə həyətə daxil olaraq yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı zaldakı sol tərəfdən birinci yataq otağında masanın üstündə olan siqaret qutusunun içərisində 1 ədəd kibrit qutusunda ayrı-ayrı 2 ədəd sellofan bükümlərdə narkomanlar arasında “kokos” deyilən heroin və ayrı ayrı 2 ədəd sellofan bükümlərdə “patı” deyilən metamfetamin olmuşdur. Otağa daxil olmuş və otaqdakı sol tərəfdə olan masanın üzərindəki siqaret qutusunu götürüb açaraq içərisidindən 1 ədəd kibrit qutusunu çıxarmış və polislərə göstərərək açıb isçərisindəkiləri göstərmişdir. Belə ki, həmin kibrit qutusu açıldıqda içərisində iki ədəd sellofan bükümlərdə ağ-şəffaf rəngdə metamfetaminlər, 2 ədəd sellofan bükümlərdə isə qəhvəyi rəngli heroinlər olmuşdur. İçərisində heroin olan sellofan bükümün birinin ağzı açıq vəziyyətdə olmuşdur. Aşkar edilmiş heroinlər və metamfetaminlər olduqları sellofanlarla birlikdə elektron tərəzidə ayrı-ayrılıqda çəkilmişlər. Metamfetaminlərin ayrı ayrılıqda çəkiləri sellofanlarla birlikdə 0,8 və 0,5 qram, heroinlərin çəkisi isə sellofanlarla birlikdə 0,4 qram və 1,1 qram olmuşdur. Daha sonra aşkar edilmiş ümumilikdə 4 ədəd sellofan bükümlər bir ədəd zərfə qoyularaq qablaşdırılmışdır həmin zərfin üzərini imzalamışdır. Həmin narkotik vasitələri Bakı şəhərində yerdən tapmışdır. Özü istifadə etməsi üçün saxlamışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmədə şahid qismində ifadə vermiş X1 göstərmişdir ki, Göyçay RPŞ-nin KTQnun baş inspektor kriminalist vəzifəsində işləyir. 27 may 2022-ci il tarixdə saat 13 radələrində digər polis əməkdaşları və Müdafiəçi ilə Təqsirləndirilən şəxs yaşadığı Göyçay rayon Hacalıkənd kəndinə getmişlər. Küçədə Təqsirləndirilən şəxs yaşadığı evin yanında olarkən onun yaşadığı evə tərəf gəldiyini görmüşlər. Mübarizə özlərini təqdim edərək yaşadığı evdə və üzərində qanunsuz narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək onu vəkil Müdafiəçi ilə təmin etmişlər. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq şübhəli şəxs kimi saxlanılması barədə protokol tərtib edilmişdir. Videoçəklişlə Təqsirləndirilən şəxs yaşadığı evə baxış, üzərinə isə şəxsi axtarış keçiriləcəyini bildirmişlər, bununla bağlı hər hansı bir etirazının olub-olmadığı ondan soruşmuşlar. Təqsirləndirilən şəxs yaşadığı evə və üzərinə baxış keçirilməsinə etiraz etməmiş və bu barədə ərizə yazmışdır. Daha sonra Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu, ona görə də, yaşadığı evin otağında narkotik vasitə və psixotrop maddə saxladığını bildirmişdir. Bundan sonra videoçəklişlə vəkil Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi üçün həyətə daxil olmuşlar. Təqsirləndirilən şəxs saxladığı narkotik vasitə ilə psixotrop maddəni təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs fərdi yaşayış evinində solda olan yataq otağına daxil olmuş, yataq otaqdında olan masanın üstündə ağ rəngli siqaret qutusunu götürüb içərisindən 1 ədəd kibrit qutusunı çıxardıb təqdim etmiş və həmin kibrit qutusunu açdıqda içərisində ümumi 4 ədəd sellofan bükümlər aşkar edilmişdir. Sellofan bükümlərin ikisinin içərisində metamfetaminə oxşar şəffaf-ağ rəngli maddələr olmuşdur. Digər iki ədəd bükümlərin içərisində isə qəhvəyi rəngli heroinə bənzər maddələr olmuş, onlardan birinin ağzı açıq vəziyyətdə olmuşdur. Aşkar edilmiş maddələr sellofanlarla birlikdə elektron tərəzidə ayrı-ayrılıqda çəkilmişlər. Metamfetaminlərə bənzər maddələrin ayrı ayrılıqda çəkiləri sellofanlarla birlikdə 0,8 və 0,5 qram, heroinə bənzər maddələrin isə çəkiləri sellofanlarla birlikdə 0,4 qram və 1,1 qram olmuşlar. Təqsirləndirilən şəxs aşkar edilmiş sellofan bükümlərdəki şəffaf-ağ rəngli maddələrin “patı” deyilən metamfetamin, qəhvəyi rəngli maddələrin isə “kokos” deyilən heroin olduğunu, onları 2 gün əvvəl Bakı şəhərində yerdən tapdığını, özü istifadə etməsi üçün yaşadığı evdə masanın üzərində saxldığını bildirmişdir. Məhkəmədə şahid qismində ifadəsi elan edilmiş Şahid1 ifadəsindən görünür ki, 27 may 2022-ci il tarixdə saat 13 radələrində digər polis əməkdaşları və Müdafiəçi ilə Təqsirləndirilən şəxs yaşadığı Göyçay rayon Hacalıkənd kəndinə getmişlər. Küçədə Təqsirləndirilən şəxs yaşadığı evin yanında olarkən onun yaşadığı evə tərəf gəldiyini görmüşlər. Mübarizə özlərini təqdim edərək yaşadığı evdə və üzərində qanunsuz narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək onu vəkil Müdafiəçi ilə təmin etmişlər. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq şübhəli şəxs kimi saxlanılması barədə protokol tərtib edilmişdir. Videoçəklişlə Təqsirləndirilən şəxs yaşadığı evə baxış, üzərinə isə şəxsi axtarış keçiriləcəyini bildirmişlər, bununla bağlı hər hansı bir etirazının olub-olmadığı ondan soruşmuşlar. Təqsirləndirilən şəxs yaşadığı evə və üzərinə baxış keçirilməsinə etiraz etməmiş və bu barədə ərizə yazmışdır. Daha sonra Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu, ona görə də, yaşadığı evin otağında narkotik vasitə və psixotrop maddə saxladığını bildirmişdir. Bundan sonra videoçəklişlə vəkil Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi üçün həyətə daxil olmuşlar. Təqsirləndirilən şəxs saxladığı narkotik vasitə ilə psixotrop maddəni təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs fərdi yaşayış evinində solda olan yataq otağına daxil olmuş, yataq otaqdında olan masanın üstündə ağ rəngli siqaret qutusunu götürüb içərisindən 1 ədəd kibrit qutusunı çıxardıb təqdim etmiş və həmin kibrit qutusunu açdıqda içərisində ümumi 4 ədəd sellofan bükümlər aşkar edilmişdir. Sellofan bükümlərin ikisinin içərisində metamfetaminə oxşar şəffaf-ağ rəngli maddələr olmuşdur. Digər iki ədəd bükümlərin içərisində isə qəhvəyi rəngli heroinə bənzər maddələr olmuş, onlardan birinin ağzı açıq vəziyyətdə olmuşdur. Aşkar edilmiş maddələr sellofanlarla birlikdə elektron tərəzidə ayrı-ayrılıqda çəkilmişlər. Metamfetaminlərə bənzər maddələrin ayrı ayrılıqda çəkiləri sellofanlarla birlikdə 0,8 və 0,5 qram, heroinə bənzər maddələrin isə çəkiləri sellofanlarla birlikdə 0,4 qram və 1,1 qram olmuşlar. Təqsirləndirilən şəxs aşkar edilmiş sellofan bükümlərdəki şəffaf-ağ rəngli maddələrin “patı” deyilən metamfetamin, qəhvəyi rəngli maddələrin isə “kokos” deyilən heroin olduğunu, onları 2 gün əvvəl Bakı şəhərində yerdən tapdığını, özü istifadə etməsi üçün yaşadığı evdə masanın üzərində saxldığını bildirmişdir. Cinayət işinə əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının 27 may 2022-ci il tarixli 17/438 nömrəli rəydən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “vət. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş 4 ədəd büküm” sözləri və imzalar yazılmış 01(bir) ədəd zərfin içərisindəki : 02(iki) ədəd şəffaf sellofan bükümdə, ayrıayrılıqda təmiz çəkiləri - 1,035 qram və 0,423 qram, ümumi çəkiləri – 1,458 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Digər 02(iki) ədəd şəffaf sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri - 0,453 qram və 0,774 qram, ümumi çəkiləri – 1,277 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: a) heroinlərin ümumi təmiz çəkisi 1.458 qram, tədqiqata sərf edildi – 0.100 qram, qalıq 1.358 qram. c) metamfetaminlərin ümumi təmiz çəkisi 1.227 qr, tədqiqata sərf edildi – 0.100 qr, qalıq 1.127 qr. Aparılmış ekspertizanın dəyəri 69.10 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 29 iyul 2022-ci il tarixli 1069 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək Göyçay RPŞ-nin MSY-dən azad edilmişdir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi, narkotik vasitə olan kustar üsulla hazırlanmış ayrı ayrılıqda 1,035 qram və 0,423 qram təmiz çəkilərdə 02 ədəd sellofan bükümlərdə qablaşdırılmış heroini və ayrı ayrılıqda 0,453 qram və 0,774 qram təmiz çəkilərdə 02 ədəd sellofan bükümlərdə qablaşdırılmış metamfetamini öz şəxsi istifadəsi üçün qanunsuz olaraq xx.xx.2022-ci il tarixdə saat 13 radələrində yaşadığı Göyçay rayonu Hacalıkənd kəndində yerləşən fərdi yaşayış evinin yataq otağında saxlamaqla, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını, cəzasını yüngülləşdirilən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzanı yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 gün nəzərə alınmalı, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Göyçay RPŞ-nin MSSK-da saxlanılan 02 ədəd sellofan bükümlərdə ümumi təmiz çəkisi – 1,358 qram olan heroin və 02 ədəd sellofan bükümdə olan tədqiqatdan sonra ümumi təmiz çəkisi 1,127 qram metamfetamin məhv edilməlidir. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 69.10 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışında hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə baxışında hüquqlarını 10 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 10 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 60 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347.2, 349, 351- 353,356, 358.2-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə saxlandığı 2 gün müddət CMnin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cazasından çıxılaraq, üzərində qəti olaraq 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Göyçay RPŞ-nin MSSK-da saxlanılan 02 ədəd sellofan bükümlərdə ümumi təmiz çəkisi – 1,358 qram olan heroin və 02 ədəd sellofan bükümdə olan tədqiqatdan sonra ümumi təmiz çəkisi 1,127 qram metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 69.10 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 10 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 60 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ013501**********2944, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Hökmün icrası Göyçay rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar