Məhkəmə qərarları › İş №1(046)-9/2025

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-9/2025

08.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-9/2025 08.04.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədirliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, Dövlət ittihamçısı X5, Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.2000-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, Göyçay rayonu Çərəcə kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 14 iyun 2024-cü il tarixdə saat 12 radələrində ictimai yer olan Göyçay rayonu Çərəcə kəndində yerləşən Çərəcə kənd tam orta məktəbinin qarşısında həmin məktəbdə “Son zəng” tədbiri keçirilən zaman Zərərçəkmiş şəxs idarə etdiyi VAZ 2106 markalı **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobillə məktəbin qarşısına gələrək toz qaldırıb avtomobildə yüksək səslə musiqi qoymasını bəhanə edib nalayiq ifadələr işlədərək ətrafda olan şəxslərə məhəl qoymadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarını qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, digər şəxslər üzərində özünün üstünlüyünü isbat edən və şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək heç bir əsaslı səbəb olmadan istintaq zamanı əldə edilməsi mümkün olmayan dəmir küt alətdən silah qismində istifadə edib Zərərçəkmiş şəxs sifət nahiyəsinə zərbə endirərək yerə yıxıb Zərərçəkmiş şəxs çənənin sol bucaq və sağ medial nahiyəsinin yerdəyişmiş sınığı və boyun nahiyəsində qançır ilə müşayiət olunan, həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin ümumilikdə sağlamlığının uzun müddətə pozulmasına səbəb olan qəsdən xuliqanlıq niyyəti ilə sağlamlığına az ağır zərər vuraraq silah qismində istifadə edilən əşyadan istifadə etməklə zor tətbiq edib qərəzli xuliqanlıq hərəkətləri etməklə Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilir. Təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməyərək göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Göyçay rayonu Cərəcə kəndində yaşayır. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində anası Şahid9 və qardaşı X9 ilə Çərəcə kənd tam orta məktəbinə getmiş, həmin gün qardaşı X3 Göyçay rayon Çərəcə kənd tam orta məktəbində “Son Zəng” tədbiri keçirilmişdir. Saat 12 radələrində məktəbin həyətində “Son Zəng” tədbiri keçirilərkən məktəbin həyəti və qarşısında çoxlu insanlar olmuşdur. Həmin vaxt məktəbin giriş qapısında dayanarkən Zərərçəkmiş şəxs idarə etdiyi Vaz 2106 markalı avtomobillə məktəbin qarşısına gəlib avtomobili saxlamış, həmin vaxt toz qalxmış və avtomobilindən yüksəs tonla musiqi səsi gəlmişdir. Rəşad ailə üzvləri ilə birlikdə məktəbin içərisinə keçərkən Rəşada avtomobili yavaş sürməsini, kənarda saxlamasını və musiqinin səsini aşağı etməsini tələb etmişdir. Rəşad ona avtomobilini harda istəyirsə saxlaya biləcəyini demişdir. Rəşada təkidlə musiqini aşağı etməsini bildirdikdə Rəşad geri qayıdaraq onun ünvanına nalayiq ifadə işlətmiş, sağ əli ilə yumruqla Rəşadın çənə nahiyəsindən bir dəfə zərbə endirmiş, bu zaman ətrafda olan şəxslər yaxınlaşaraq onları aralamışdır. Həmin vaxt Rəşadın anası Günel gələrək oğlunu vurduğu üçün ailəsinin ünvanına nalayiq ifadələr işlətmiş və bundan sonra oradan uzaqlaşaraq getmişdir. Həmin vaxt əlində heç bir dəmir alət olmamışdır. Hazırda Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş ziyanı ödəmişdir. Buna görə də onun əməlinin Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsindən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 10 radələrində özünə məxsus VAZ 2106 markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə anası Şahid1 Bəhram qızı və bacısı X10 Göyçay rayonu Çərəcə kənd tam orta məktəbinə aparmış, həmin gün dayısı oğlu X6 Çərəcə kənd tam orta məktəbində “Son Zəng” tədbiri keçirilmişdir. Son zəng tədbirində bir qədər iştirak etdikdən sonra oradan çıxmış və saat 12 radələrində ailə üzvlərini götürmək üçün yenidən məktəbə getmişdir. Məktəbin qarşısında avtomobilini saxlayıb məktəbin içərisinə keçərkən yaxınlıqda dayanan Təqsirləndirilən şəxs onu yanına çağırmış, İsmayıla tərəf gedən zaman İsmayıl ona avtomobili qıraqda saxlamağı və avtomobildə işlək vəziyyətdə olan maqnitafonu söndürməyini bildirmiş, bunun İsmayıla aidiyyəti olmadığını bildirdikdə İsmayıl onun üzərinə gələrək ünvanına nalayiq ifadə işlətmiş, ona yaxınlaşarkən sifət nahiyəsinə zərbə endirmişdir. Zərbənin təsirindən yerə yıxılmış, üz nahiyəsindən qan açılmış və yerə yıxılmışdır. Həmçinin məktəbin içərisindən anası Günel və bacısı Sona da bayıra çıxmışdır. Bundan sonra isə özünə gəldikdən sonra onlar yaşadığı evə getmişlər. Hadisə zamanı Təqsirləndirilən şəxs əlində hər hansısa bir əşya olduğunu görməmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış,ona dəymiş ziyan İsmayıl tərəfindən tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. İş üzrə şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 10 radələrində oğlu Zərərçəkmiş şəxs məxsus VAZ 2106 markalı **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobillə oğlu və qızı Şahid2 ilə Göyçay rayonu Çərəcə kənd tam orta məktəbinə getmiş, həmin gün qardaşı oğlu X6 Çərəcə kənd tam orta məktəbində “Son Zəng” tədbiri keçirilmişdir. Oğlu Rəşad son zəng tədbirində bir qədər iştirak etdikdən sonra oradan çıxmışdır. Həmin gün saat 12 radələrində məktəbin həyətində olarkən qızı Sona ona oğlu Rəşadın İsmayıl tərəfindən vurulduğunu bildirmiş, qızı ilə Rəşada doğru getmişlər, Rəşadın yerdə uzanıqlı vəziyyətdə olduğunu, zərbənin təsirindən yerə yıxıldığını və üz nahiyəsindən qan açıldığını görmüşdür. İsmayılı isə orda olan insanlar aralamışdır. Lakin İsmayılın əlində hər hansısa bir dəmir alət görməmişdir. İş üzrə şahid qismində ifadə vermiş Şahid2 göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 10 radələrində qardaşı Zərərçəkmiş şəxs məxsus VAZ 2106 markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobillə anası Günel ilə birlikdə Göyçay rayonu, Çərəcə kənd tam orta məktəbinə getmiş, həmin gün dayısı oğlu X6 Çərəcə kənd tam orta məktəbində “Son Zəng” tədbiri keçirilmişdir. Qardaşı Rəşad son zəng tədbirində bir qədər iştirak etdikdən sonra oradan çıxmış və saat 12 radələrində onları götürəcəyini bildirmişdir. Saat 12 radələrində qardaşı Rəşadın İsmayıl ilə dalaşdığını görmüş, anasına bildirmiş, Rəşada doğru getmişlər, Rəşadın yerdə uzanıqlı vəziyyətdə olduğunu, zərbənin təsirindən yerə yıxıldığını və üz nahiyəsindən qan açıldığını görmüşdür. İsmayılı isə orda olan insanlar aralamışdır. Lakin İsmayılın əlində hər hansısa bir dəmir alət görməmişdir. İş üzrə şahid qismində ifadə vermiş Şahid3 göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 08 radələrində Göyçay rayonu Çərəcə kənd orta məktəbinə “son zəng” tədbirinə getmiş, saat 12 radələrində küçədə dava-dalaş olmasını görmüş, oraya getmiş, Zərərçəkmiş şəxs yerdə uzanmış vəziyyətdə olduğunu, sifətinin qan içində olduğunu görmüş, Təqsirləndirilən şəxs Rəhim oğlu aralıda dayandığını görmüş, lakin İsmayılın əlində hər hansısa dəmir əşya görməmişdir. Rəşadı yerdən qaldırmış, bu vaxt İsmayıl yenidən Rəşadın üzərinə hücum çəkmiş, Rəşadı buraxıb İsmayıldan yapışmış və onu kənara çəkmişdir. Rəşada baxanda Rəşadın yenidən yerdə uzanmış vəziyyətdə olmasını görmüş, bibisi Şahid1 və bibisi qızı Şahid2 gəlmişlər. Həmin vaxt orada xeyli insanlar olduğundan səs küy yaranmış və ora başqa şəxslər toplaşmışdır. Dava təxminən 10 dəqiqə müddətində davam etmişdir. İş üzrə şahid qismində ifadə vermiş Şahid4 göstərmişdir ki,xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Çərəcə kənd orta məktəbində bacısı Nisəxanımın son zəng tədbiri keçirilmiş, ailə üzvlərini aparıb məktəbə düşürmüş, idarə etdiyi “Vaz 2104” markalı avtomobili ilə Çərəcə kəndində yerləşən gölün ətrafındakı restorana işə getmişdir. Təxminən 2 saat orada olmuş, sonra isə Çərəcə kənd orta məktəbinə getmişdir. Məktəbə yaxınlaşanda Zərərçəkmiş şəxs sifəti qan içində məktəbin çölündə dayanmasını, qanını sildiyini görmüşdür. Maşından düşüb yaxınlaşmış, Rəşadın sifətinin qanının silinməsində ona köməklik göstərmiş, üzünə su tökmüşdür. Sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs dalaşmışdır. İş üzrə şahid qismində ifadə vermiş Şahid5 göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Göyçay rayonu Çərəcə kənd tam orta məktəbinin yaxınlığında yerləşən kafedə dostu ilə oturmuş, həmin vaxt Çərəcə kənd tam orta məktəbində “Son Zəng” tədbiri keçirilmişdir. İnsanların kafenin qarşısından məktəb tərəfə qaçdığını görmüş, çölə çıxdıqda məktəbin qarşısında Rəşad ilə İsmayılın dalaşdığını bilmişdir. İş üzrə şahid qismində ifadə vermiş Şahid7 göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Göyçay rayonu Çərəcə kənd tam orta məktəbinin yaxınlığında yerləşən çayxananın qarşısında dayanmış, həmin vaxt Çərəcə kənd tam orta məktəbində “Son Zəng” tədbiri keçirilirmiş. Həmin vaxt məktəbin qarşısında çoxlu sayda insanlar toplaşmışdır. Məktəbin girişindən səs küy düşdüyünü və toplaşan şəxslərin İsmayıl və Rəşadı aralaşdırdığını görmüş, hadisə yerinə getmiş, onları aralaşdırmağa çalışmışdır. İş üzrə şahid qismində valideyini X7 iştirakı ilə ifadə vermiş Şahid3 göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 08 radələrində Göyçay rayonu Çərəcə kənd orta məktəbinə “son zəng” tədbirinə getmiş, həmin günü məktəbin 11-ci sinifini bitirirmiş, “son zəng” tədbiri keçirilmişdir. Həmin gün saat 12 radələrində şəkil çəkdirərkən İsmayıl ilə Rəşadın dalaşdığını görmüşdür. Rəşadın üzü qan içində olmuşdur. Bundan sonra su almış Rəşadın üzünü yumuşdur. İsmayılın əlində hər hansısa əşya olduğunu görməmişdir. İş üzrə şahid qismində ifadə vermiş Şahid8 göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 08 radələrində Göyçay rayonu Çərəcə kənd orta məktəbinin yanında dayanarkən,insanların məktəbin qarşısına topalaşdığını görmüş, həmin yerə gedərkən İsmayıl və Rəşadın dalaşıb aralaşdığını görmüşdür. İş üzrə şahid qismində ifadə vermiş Şahid6 göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 08 radələrində Göyçay rayonu Çərəcə kənd orta məktəbinə “son zəng” tədbirinə getmiş, məktəbin həyətində olarkən məktəbin girişindən qışqırıq səs-küy eşitmiş, ora gedərkən İsmayıl və Rəşadın dalaşıb aralaşdığını görmüşdür. İş üzrə şahid qismində ifadə vermiş Şahid9 göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. xx.xx.2024-cü il tarixdə Göyçay rayonu, Çərəcə kənd tam orta məktəbində oğlu Ağakərimin son zəng tədbiri keçirilmiş, həmin tədbirdə iştirak etmək üçün məktəbə digər oğlu İsmayıl ilə birlikdə getmişdir. Saat 12 radələrində məktəbin giriş qapısının yaxınlığında olmuş, oğlu İsmayıl isə məktəbin girişində dayanmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs idarə etdiyi Vaz 2106 markalı avtomobillə məktəbin qarşısına gəlib avtomobili saxlamış, həmin vaxt avtomobildən toz qalxmış və avtomobilindən yüksəs tonla musiqi səsi gəlmişdir. Rəşad maşından düşərkən oğlu İsmayıl Rəşada iradını bildirmiş, burada ailələr olduğunu, avtomobildə yüksək səsli musiqiyə ehtiyac olmadığını bildirmişdir. Bu zaman Rəşad İsmayılın ünvanına nalayiq ifadə işlədərək kimsə bu barədə nəsə deyə bilməyəcəyini uca səslə demişdir. Bu zaman İsmayıl Rəşaddan nə üçün söyüş söydüyünü soruşmuş, həmin vaxt Rəşad İsmayılın üzərinə gələrək İsmayıla yumruq atdıqda İsmayıl yumruqla bir dəfə Rəşadı vurmuşdur. Həmin vaxt oğlu İsmayılın əlində heç bir əşya olmamışdır. Məhkəmədə ekspert qismində ifadə vermiş X8 göstərmişdir ki, 01 iyul 2024-cü il tarixli 404 nömrəli rəyi müdafiə edir. Zərərçəkmiş şəxs tibbi ekspertizası keçirilərkən, Zərərçəkmiş şəxs dəmir küt alətlə xəsarət yetirildiyi müəyyən edilməmişdir. Dəmir küt alətlə xəsarət yetirilmiş olduğu halda Zərərçəkmiş şəxs üz nahiyəsində xəsarətlərin izi qalmalı idi. Cinayət işinə əlavə olunmuş məhkəmə-tibbi ekspertizanın 01 iyul 2024-cü il tarixli 404 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – çənənin sol bucaq və sağ medial nahiyəsinin yerdəyişmiş sınığı küt-bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixinə uyğun gəlir və dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. Cinayət işinə əlavə olunmuş Təkrar komisyon məhkəmə-tibbi ekspertizanın xx.xx.2024-cü il tarixli T636/2024 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs alt çənədə sol bucaq, sağ medial hissəsində yerdəyişmiş sınıq, boyun nahiyəsində sağda qançır olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən yaranmış, dəmir alətlə yetirilməsi inkar olunmur, yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni xx.xx.2024-cü ilə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərərvurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi ekspertiza və X11” X18 xx.xx.2025-ci il tarixli T123/2025 saylı əlavə ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs alt çənədə sol bucaq nahiyəsində və sağ medial hissəsində yerdəyişmiş sınıq, üst dodağın sol yarasında əzilmiş yara, boyun nahiyəsində sağda qançır olmuşdur. Qeyd edilən xəsarətlərdə xəsarət yetirən bərk küt əşyanın (əşyaların) individual xüsusiyyətləri əks olunmadığından xəsarətlərin konkret hansı bərk küt əşya ilə yetirilməsi haqqında daha dəqiq fikir söyləmək mümkün olmadı. İş üzrə verilmiş xx.xx.2024-cü il tarixli, 404 saylı və xx.xx.2024- cü il tarixli, T636 saylı rəyin nəticəsi təsviri hissəyə uyğun tərtib edilmişdir. Belə ki, xəsarətlərin bərk küt əşyanın təsirindən yaranması dedikdə çapıcı, kəsici, deşici xüsusiyyəti olmayan istənilən alət və əşya başa düşünülmüşdür və ibtidai istintaq zamanı ekspertizanın keçirilməsi haqqında qərarda sual qoyulduğundan onun dəmir əşya ilə yetirilməsi inkar edilməmişdir. Yetirilmiş xəsarətlərdə onu yetirən alətin xüsusiyyətlərindən asılı olaraq həmişə iz qalmır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə düzgün tövsif etmiş, eləcə də istintaq orqanı işin faktiki hallarına düzgün qiymət verməmiş və Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif etməkdə səhvə yol vermişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsinə görə şəxsin təqsirli olmasına şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 138.2ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin dispozisiyasında göstərilən Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda zərər çəkmiş şəxsə qəsdən yüngül zərər vurmada xuliqanlıq niyyəti spesifik əlaməti sayılır. Xuliqanlıq niyyəti ilə zərər çəkmiş şəxsə yüngül bədən xəsarəti yetirmə, əməlin məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. İstintaq orqanı araşdırma apararkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamət kimi Təqsirləndirilən şəxs silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq əməlinin törədilməsinə əsas verən hər hansısa bir sübut müəyyən etmədiyinə baxmayaraq, ekspertiza rəyində Zərərçəkmiş şəxs yetirilən xəsarətin dəmir küt əşya ilə yetirilməsinin inkar edilmədiyi ehtimalına əsaslanaraq Təqsirləndirilən şəxs dəmir küt alətdən istifadə etməklə xuliqanlıq cinayətinin törətdiyi qənaətinə gəlmiş və Təqsirləndirilən şəxs əməlini əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif etmişdir. İstər məhkəməyədək icraat zamanı, istərsə də məhkəmə istintaqında Təqsirləndirilən şəxs 14 iyun 2024-cü il tarixdə saat 12 radələrində ictimai yer olan Göyçay rayonu, Çərəcə kəndində yerləşən Çərəcə kənd tam orta məktəbinin qarşısında həmin məktəbdə “Son zəng” tədbiri keçirilən zaman Zərərçəkmiş şəxs küt bərk əşyadan istifadə edərək zərərçəkmiş şəxsə az ağır xəsarət yetirməsini təsdiq edən mötəbər sübutlar əldə edib qiymətləndirilməsi mümkün olmadığından və məhkəmə iclasında belə mötəbər sübutlar müəyyən edilmədiyindən, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə tövsif edilməsini qanuni və əsaslı sayır. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsində göstərilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X4 haqqında» X1 və İnsan Hüquqları Üzrə Arvopa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 10-cu maddəsində göstərilir ki, hüququn aliliyi və insan hüquqlarına hörmət X2 3-cü maddəsində nəzərdə tutulan əsas dəyərlərdəndir. Konvensiyanın 6-cı maddəsi təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. ( “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarı ilə Ali Məhkəmənin Plenumunun 30 mart 2006-cı il tarixli, 05 saylı Qərarına əlavə və dəyişikliklər nəzərə alınmaqla.) Azərbaycan Respublikası CPM-in 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidir. Həmin Məcəllənin 349.5 və 349.5.1-ci maddələrinin tələbinə görə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinin tələbinə görə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyətini yaradır. Məhkəmə baxışı zamanı mötəbər sübutlarla, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahid ifadələri və ekspert rəyləri ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs 14 iyun 2024-cü il tarixdə saat 12 radələrində ictimai yer olan Göyçay rayonu, Çərəcə kəndində yerləşən Çərəcə kənd tam orta məktəbinin qarşısında həmin məktəbdə “Son zəng” tədbiri keçirilən zaman Zərərçəkmiş şəxs idarə etdiyi VAZ 2106 markalı **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobillə məktəbin qarşısına gələrək toz qaldırıb avtomobildə yüksək səslə musiqi qoymasını bəhanə edib nalayiq ifadələr işlədərək ətrafda olan şəxslərə məhəl qoymadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarını qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, digər şəxslər üzərində özünün üstünlüyünü isbat edən və şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs sifət nahiyəsinə yumruqla zərbə endirərək yerə yıxıb Zərərçəkmiş şəxs çənənin sol bucaq və sağ medial nahiyəsinin yerdəyişmiş sınığı və boyun nahiyəsində qançır ilə müşayiət olunan, həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin ümumilikdə sağlamlığının uzun müddətə pozulmasına səbəb olan qəsdən xuliqanlıq niyyəti ilə sağlamlığına az ağır zərər vuraraq xuliqanlıq cinayətini törətmişdir. Bununla da məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə toplanmış sübutları obyektiv, qərəzsiz araşdıraraq və hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 221.3cü maddəsindən, həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilməli və Təqsirləndirilən şəxs həmin maddənin sanksiyasında nzərdə tutulmuş cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.1-ci maddələrində ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin etirafı, zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri ilə tam sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət əməli törətdiyini, törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları və cəzanın ağırlaşdıran halın olmadığını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cinayət işinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqından protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 19:00-da şübhəli şəxs qismində tutulmuşdur. Göyçay rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Göyçay rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 8 ay 18 gün nəzərə alınmalı, ona təyin ediləcək azadlığlın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və ekpertiza xərci yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351, 353, 381, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinib, 2 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza olaraq 3 il 6 ay il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə saxlandığı 8 ay 18 gün müddət bir günə iki gün hesablanmaqla 1 il 5 ay 6 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 il 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilsin, hökm qanuni qüvvəsini alanadək başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar