Məhkəmə qərarları › İş №1(046)-94/2020

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-94/2020

11.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-94/2020 11.11.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədirliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, dövlət ittihamçısı X3, müdafiəçi X2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1993-cü il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Göyçay rayonu Yalman kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə 15 radələrində sərxoş vəziyyətdə Göyçay rayonu, Yalman kəndində yerləşən ictimai yer hesab edilən məscidin yaxınlığında yolun kənarına gəlib, orada bir neçə nəfər şəxslə dayanmış Zərərçəkmiş şəxs yaxınlaşaraq, heç bir əsaslı səbəb olmadan ətrafda olan şəxslərin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyətilə, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran, həmçinin cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər edərək, yəni zərərçəkmiş şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət edilən üzərindəki bıçaqdan silah qismində istifadə etməklə baş nahiyəsindən vuraraq ona, başın təpə nahiyəsində yumşaq toxumanın kəsilmiş yarası ilə nəticələnən sağlamlığına yüngül zərər vuran xəsarət yetirməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri edərək Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə yaşadıqları kəndin mərkəzində yerləşən mağazanın qarşısında Müslümlə domino oynayan zaman sərxoş olmuş və oyun zamanı aralarında anlaşılmazlıqdan mübahisə yaranmışdır. Mübahisə zamanı Zərərçəkmiş şəxs əlindəki çaynikdən qarşısındakı stəkana çay süzərkən Müslümə başı ilə zərbə vurmaq istəmişdir. Bu zaman Zərərçəkmiş şəxs əlindəki çayniki başının qarşısına vermiş və başı çaynikə dəymişdir. Həmin vaxt sərxoş olduğundan tarazlığını itirərək yerə yıxılmışdır. Buna görə də başından xəsarət almış və sol əlinin birinci barmağı sıyrılmışdır. Müslümlə aralarında mübahisə təxminən 3-4 dəqiqə davam etmiş, həmin vaxt orada Müslümün qardaşı Ayazdan başqa heç kim olmamış və ətrafdan da oraya heç kim gəlməmişdir. Bundan sonra oradan uzaqlaşıb, yaşadığı evə gəldikdə atası Habil Salehov nə baş verdiyi ilə maraqlanan zaman Zərərçəkmiş şəxs onunla mübahisə etməsinə əsəbləşdiyindən və spirtli içkinin təsirindən atasına həmkəndlisi Zərərçəkmiş şəxs onu vurduğunu bildirmişdir. Əslində isə Müslüm onu vurmamışdır. Müslümü başı ilə vurmaq istədikdə Müslüm əlindəki çayniki onun başının qarşısına vermişdir. Bir neçə gün sonra yəni, xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 15 radələrində Müslümü vurmaq məqsədilə yaşadığı evdə mətbəxdən bir ədəd bıçaq götürüb cibinə qoymuş və kəndin mərkəzində yerləşən məscidin yaxınlığına gələrək oraya çatdıqda kənd icra nümayəndəsi Şahid2, Müslüm və qardaşı Ayazın yolun kənarında dayandığını görmüşdür. Müslümə yaxınlaşıb onunla söhbət etmək istədiyini deyib kənara çəkmiş və digərlərindən uzaqlaşdırmışdır. Müslümə hansı səbəbə onu vurduğunu dedikdə, Müslüm əsəbi olduğunu bildirmişdir. Bu zaman cibində saxladığı bıçağı çıxarıb Müslümün baş nahiyəsinə vurmuşdur. Kənarda dayanmış kənd icra nümayəndəsi Şahid2 və Müslümün qardaşı Şahid1 onların yanına gəlmişdir. Bundan sonra qaçıb oradan uzaqlaşmışdır. Həmin vaxt orada Müslümün qardaşı Ayazdan və kənd icra nümayəndəsi Şahid2 başqa heç kim olmamışdır. İş üzrə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə qardaşı Ayaz və kəndin icra nümayəndəsi Şahid2la birlikdə kəndin ərazisində yeni çəkilən yolun kənarında dayanıb söhbət edərkən Cavid onlara yaxınlaşaraq, ona sözü olduğunu bildirib, kənara dəvət etmişdir. Onlar Cavidlə digərlərindən təxminən 20-30 metr kənara çəkilmişlər. Bu zaman Cavid ona aralarında olan mübahisəni xatırladıb, onunla mübahisə etməyə başlamışdır. Cavidi sakitləşdirmək istədikdə Cavid cibindən bıçaq çıxararaq onun başının sağ gicgah nahiyəsindən bıçaqla vurmuşdur. Bu zaman qardaşı Ayaz və Vüsal onlara yaxınlaşmış və Cavid oradan qaçaraq uzaqlaşmışdır. Bundan sonra xəstəxanaya getmişdir. Təqsriləndirilən şəxs Təqsirləndirilən şəxs şikayətçidir. İş üzrə şahid qismində ifadə vermiş Şahid2 göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 15 radələrində Müslüm və Ayazla Yalman kəndində yeni çəkilmiş yolun kənarında söhbət edərkən Təqsirləndirilən şəxs oraya gəlmiş və Müslümə sözü olduğunu bildirərək, kənara çağırmışdır. Müslümlə Cavid onlardan ayrılaraq bir qədər kənara çəkilmişlər. Təqsirləndirilən şəxs bir qədər Müslümlə mübahisə etdikdən sonra birdən Cavidin Müslümü başından bıçaqla vurduğunu görmüşdür. Onlar dərhal Cavidgilə tərəf qaçmışlar və Cavid də oradan uzaqlaşıb getmişdir. Müslümü dərhal xəstəxanaya gətirmişlər. İş üzrə şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. Yaşadıqları Göyçay rayonu Yalman kəndində yeni yol çəkilişi gedir və həmin yol şəhid qardaşı Sərvan İslamovun adına çəkildiyindən qardaşı Müslümlə köməklik üçün mütəmadi işçilərə baş çəkirlər. xx xxxxxx 2020-ci il tarixdə qardaşı Müslüm və kəndin icra nümayəndəsi Şahid2la birlikdə kəndin ərazisində yeni çəkilən yolun kənarında dayanıb, söhbət edərkən Cavid onlara yaxınlaşıb, qardaşı Müslümə sözü olduğunu bildirərək kənara dəvət etmişdir. Onlar təxminən 20-30 metr kənara çəkilən zaman Cavid əlindəki bıçaqla qardaşı Müslümün başından vurduğunu görmüşdür. Vüsalla birlikdə dərhal Müslümgilə yaxınlaşmış və Cavid oradan qaçaraq uzaqlaşmışdır. Bundan sonra onlar Müslümü xəstəxanaya aparmışlar. Cinayət işinə əlavə olunmuş məhkəmə-tibbi ekspertizanın xx.xx.2020-ci il tarixli 10 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət – başın sağ təpə nahiyyəsində yumşaq toxumanın kəsilmiş yarası iti kənara malik kəsici əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə əmələ gəlmələri inkar edilmir və dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işinə əlavə olunmuş məhkəmə-ballistik ekspertizasının xx.xx.2020-ci il tarixli 08 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq kustar üsulla hazırlanmış kəsici xassəyə malik, məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Aparılmış ekspertizanın dəyəri 30.60 manat təşkil edir. Cinayət işinə əlavə olunmuş Göyçay rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 217 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Göyçay rayon X1 Poliklinika şöbəsinin narkoloji kabinetində qeydiyyatda yoxdur. Lakin xx.xx.2020ci il tarixdən “emosianal – davamsız şəxsiyyət pozuntusu, özünü kəsmələrlə” diaqnozu ilə psixiatrik kabinetdə qeydiyyatdadır. Cinayət işinə əlavə olunmuş məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixdə 217 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən və Göyçay rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə 3 il 3 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasının sonu ilə azad edilmişdir. Həmçinin tələbnamədən görünür ki, xx xxxxxx 2018-ci il tarixdə Göyçay RPŞ-də Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə 15 radələrində sərxoş vəziyyətdə Göyçay rayonu, Yalman kəndində yerləşən ictimai yer hesab edilən məscidin yaxınlığında yolun kənarına gəlib, orada bir neçə nəfər şəxslə dayanmış Zərərçəkmiş şəxs yaxınlaşaraq, heç bir əsaslı səbəb olmadan ətrafda olan şəxslərin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyətilə, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran, həmçinin cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər edərək, yəni zərərçəkmiş şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət edilən üzərindəki bıçaqdan silah qismində istifadə etməklə baş nahiyəsindən vuraraq ona, başın təpə nahiyəsində yumşaq toxumanın kəsilmiş yarası ilə nəticələnən sağlamlığına yüngül zərər vuran xəsarət yetirməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri edərək Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetir və ona təqsirləndirildiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirilən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə zalından həbsə alınmalı, cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut olan Göyçay RPŞ-nin MSSK-da saxlanılan 1 ədəd bıçaq məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonu ərazisində fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi və məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili X4 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkillər tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatlardan görünür ki, Ağdaş rayonu ərazisində fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə hüquqlarını 10 saat müddətində, Göyçay rayon Vəkil Bürosunun vəkili X5 Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə hüquqlarını 04 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 04 saat hüquqi xidmətə görə vəkil X4 24 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına və 10 saat hüquqi xidmətə görə Ağdaş rayonu ərazisində fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 60 manat məbləğində pul dövlət büdcəsindən vəkil Müdafiəçi hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 30.60 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351, 353, 381, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib, 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin, məhkəmə zalından dərhal həbsə alınsın. Cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Göyçay RPŞ-nin MSSK-da saxlanılan 1 ədəd bıçaq məhv edilsin. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 30.60 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 04 saat hüquqi xidmətə görə vəkil X4 24 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ013501**********2944, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına və 10 saat hüquqi xidmətə görə Ağdaş rayonu ərazisində fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 60 manat məbləğində pul dövlət büdcəsindən vəkil Müdafiəçi hesabına köçürülsün. Hökmün icrası məhkəmə xərcinə və maddi sübuta dair hissədə Göyçay rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar