Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-94/2022 29.11.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, məhkumluğu olmayan, evli, himayəsində üç azyaşlı övladı olan, ünvan 1 ünvanda yaşayan barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi, ümumi 0,772 qram çəkidə narkotik vasitə olan kustar üsulla hazırlanmış heroinin 0,650 qram olan hissəsini sellofan bükümdə, 0,024 qram olan hissəsini maye halına gətirib 2 ml-lik şprisdə və 0,098 qram olan hissəsini isə maye halına gətirib 3 ml-lik şprisdə qablaşdıraraq, Göyçay şəhəri, S.Vurğun küçəsi, ev 7-də yerləşən yaşadığı evin yataq otağındakı çarpayının üzərində saxlamış, 27 iyul 2022-ci il tarixdə saat 00:40-da Göyçay RPŞ-nin əməkdaşlarının Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən oradan həmin kustar üsulla hazırlanmış heroinin sellofan bükümdə 0,650 qram olan hissəsi, 2 ml-lik şprisdə 0,024 qram olan hissəsi və 3 ml-lik şprisdə 0,098 qram olan hissəsi aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 10 gün əvvəl yaşadığı evin yaxınlığındakı zibillikdə metal su qabı axtararkən bir ədəd kibrit qutusu diqqətini çəkdiyi üçün götürüb qutunu açmış və içərisində bir ədəd sellofan bükümdə boz rəngli maddə, bir ədəd kağız bükümdə isə kristal formada maddə görmüş, narkotik istifadəçisi olduğuna görə həmin sellofan bükümdə olan maddənin “kokos” kimi tanıdığı narkotik vasitə olduğunu, kağız bükümdə olan kristal formalı maddənin isə “patı” kimi tanıdığı psixotrop maddə olduğunu bilmişdir. 27 iyul 2022-ci il tarixdə saat 00 radələrində ünvan 2 ünvanında yerləşən yaşadığı evdə olarkən yenə də həmin narkotik vasitədən istifadə etmək üçün biri 2 qramlıq, digəri isə 3 qramlıq olmaqla iki ədəd şprisdə məhlul halına gətirib hazırlamış və 2 qramlıq şprisdə olan məhlulu damarına vuraraq istifadə etmişdir və az bir hissəsini şprisdə saxlamışdır. Digər 3 qramlıq şprisdə saxladığı 1,5 ml-lik məhlulu isə istifadə etməmişdir. 27 iyul 2022-ci il tarixdə saat 00 radələrində polis əməkdaşları gələrək evində və üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu, üzərinə və yaşadığı evə baxış keçirəcəklərini bildirmişlər, etiraz etməmiş və bu barədə ərizə də yazmışdır. Bundan sonra ona hüquq və vəzifələri izah olunaraq vəkil ilə təmin olunmuşdur. Vəkilin iştirakı ilə yaşadığı evə və üzərinə saat 00:40-da videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Lakin yaşadığı evdə yataq otağında çarpayının üzərindən bir ədəd sellofan büküm, bir ədəd kağız büküm, içərisində məhlul olan bir ədəd 2 qramlıq və bir ədəd 3 qramlıq şprislər aşkar edilmişdir. Həmin sellofan büküm açıldıqa içərisində qəhvəyi rəngli maddə olması müəyyən edilmişdir. Kağız büküm açıldıqda isə içərisində şəffaf rəngli kristal formalı maddə olması müəyyən edilmişdir. Həmin maddələr ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş, şəffaf rəngli, kristal formalı maddənin çəkisi kağızla birlikdə 0,2 qram olmuşdur. Sellofan bükümdə olan boz rəngli maddənin çəkisi kağızla birlikdə 0,8 qram olmuşdur. Aşkar edilmiş bükümlər və 2 ədəd şpris götürülmüş və bir ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Zərfin ağzı kleylənərək bağlanmış və üzəri imzalanmışdır.Törətdiyi əməldən peşmandır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 göstərmişdir ki, Göyçay RPŞ-nin İTB-nin sahə rəisi vəzifəsində vəzifəsində işləyir. Polis mayorudur. 27 iyul 2022-ci il tarixdə saat 00 radələrində Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə başlanılmışdır. Həmin əməliyyat-axtarış tədbirinin keçirilməsində Göyçay RPŞ-nin əməkdaşları ilə birlikdə iştirak etmişdir. Həmin gün saat 00 radələrində onlar polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yerləşən yaşadığı evə gəlmişlər. Onlar özlərini Nurlana təqdim edib, üzərində və evində narkotik vasitə saxlamasında şübhəli olduğunu bildirib, yaşadığı evə baxış keçirəcəklərini bildirmişlər. Bu zaman Təqsirləndirilən şəxs onlara heç bir etiraz etməmiş və etirazının olmaması barədə ərizə də yazmışdır. Bundan sonra təhqiqatçı Qiyas Beybutov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunub Müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsi ilə saat 00:40-da Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməyə başlanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Lakin yaşadığı evdə yataq otağında çarpayının üzərindən bir ədəd sellofan büküm, bir ədəd kağız büküm, içərisində məhlul olan bir ədəd 2 qramlıq və bir ədəd 3 qramlıq şprislər aşkar edilmişdir. Həmin sellofan büküm açıldıqda içərisində qəhvəyi rəngli maddə olması müəyyən edilmişdir. Kağız büküm açıldıqda isə içərisində şəffaf rəngli kristal formalı maddə olması müəyyən edilmişdir. Həmin maddələr ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş, şəffaf rəngli, kristal formalı maddənin çəkisi kağızla birlikdə 0,2 qram olmuşdur. Sellofan bükümdə olan boz rəngli maddənin çəkisi kağızla birlikdə 0,8 qram olmuşdur. Aşkar edilmiş bükümlər və 2 ədəd şpris götürülmüş və bir ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Zərfin ağzı kleylənərək bağlanmış və üzəri imzalanmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 Şahid3 ilə eyni məzmunlu ifadə vermişlər. Cinayət işinə əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının 27 iyul 2022-ci il tarixli 17/592 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “şübhəli şəxs: Təqsirləndirilən şəxs” sözləri və imzalar yazılmış zərfin içərisindəki :01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi – 0,650 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 01 (bir) ədəd 2 ml-lik şprisdə həcmi 0,4 ml və 01 (bir) 3 ml-lik şprisdə həcmi 1,5 ml olan mayelər kustar üsulla hazırlanmış narkotik vasitə - heroin məhluludur. Heroin məhlullarında heroinin quru maddəsinin təmiz çəkisi – 0,024 qram və 0,098 qramdır. Təqdim olunmuş 02 (iki) ədəd şprisdə olan heroin məhlullarının kimyəvi tərkib komponentləri dəyişdiyindən (məhlul formasında olduğuna görə) onların heroin ilə müqayisəli tədqiqatını aparmaq mümkün olmadı. Qeyd: a) heroinin ümumi təmiz çəkisi 0.650 qram, tədqiqata sərf edildi – 0.05 qram, qalıq 0.600 qram. c) heroin məhlulunun həcmi 0.4 ml, tədqiqata sərf edildi – 0.2 ml, qalıq 0.2 ml. ç) heroinin məhlulunun həcmi 1.5 ml, tədqiqata sərf edildi – 0.2 ml, qalıq 1.3 ml. Aparılmış ekspertizanın dəyəri 69.10 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. . Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək Göyçay RPŞ-nin MSY-dən azad edilmişdir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi, ümumi 0,772 qram çəkidə narkotik vasitə olan kustar üsulla hazırlanmış heroinin 0,650 qram olan hissəsini sellofan bükümdə, 0,024 qram olan hissəsini maye halına gətirib 2 ml-lik şprisdə və 0,098 qram olan hissəsini isə maye halına gətirib 3 ml-lik şprisdə qablaşdıraraq öz şəxsi istifadəsi üçün qanunsuz olaraq xx.xx.2022-ci il tarixdə saat 00:00 radələrində yaşadığı Göyçay şəhəri S.Vurğun küçəsində yerləşən fərdi yaşayış evinin yataq otağında saxlamaqla, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını, himayəsində üç azyaşlı uşağın olduğunu cəzasını yüngülləşdirilən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı bir gün nəzərə alınmalı, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Göyçay RPŞ-nin MSSK-da saxlanılan ekspertiza tədqiqatından sonra qalan 0.600 qram narkotik vasitə olan heroin, 0.2 ml və 1.3 ml heroin məhlulu məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışında hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə baxışında hüquqlarını 08 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 08 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 48 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 69.10 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347.2, 349, 351- 353,356, 358.2-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə saxlandığı bir gün müddət CMnin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cazasından çıxılaraq, üzərində qəti olaraq 02 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Göyçay RPŞ-nin MSSK-da saxlanılan ekspertiza tədqiqatından sonra qalan 0.600 qram narkotik vasitə olan heroin, 0.2 ml və 1.3 ml heroin məhlulu məhv edilsin. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 69.10 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 08 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 48 manat pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ013501**********2944, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ**********6424505256 (VÖEN **********) hesabına köçürülsün. Hökmün icrası Göyçay rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov.
Məhkəmə qərarları › İş №1(046)-94/2022
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-94/2022
29.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver