Məhkəmə qərarları › İş №1(046)-95/2021

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-95/2021

03.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-95/2021 03.11.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, Müdafiəçi2, Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə, xx.xx.1987-cı ildə Göyçay rayonunda anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə xx.xx.1988-ci ildə Göyçay şəhərində anadan olmuş, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Göyçay şəhəri Atatürk küçəsi ev 12 mənzil 37-də qeydiyyatda olan və yaşayan, 27.07.2021-ci il tarixdə barəsində Göyçay rayon Məhkəməsinin qərarı ilə 03 ay müddətində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Penitensiar Xidmətin Şəki Penitensiar Müəsissəsində saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 15.07.2021-ci il tarixdə saat 17 radələrində tanışı Göyçay şəhər sakini Təqsirləndirilən şəxs2 Göyçay şəhəri, Atatürk küçəsində yerləşən hamamın yanında şatış məqsədi olmadan qanusuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0.246 qram çəkidə narkotik vasitə olan heroini və təmiz çəkisi 0.371 qram psixotrop maddə olan metamfetamini 10 manata satın alıb saxlayaraq daşımış, 15 iyul 2021-ci il tarixdə saat 17 radələrində Göyçay rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Göyçay şəhəri Atatürk küçəsində hərkətdə olarkən saxlanılaraq Göyçay RPŞ-yə gətirilib üzərinə şəxsi axtarış keçirlərkən əyinində olan qara rəngli cins şalvarın sağ yan cibindən Təqsirləndirilən şəxs2 10 manata aldığı həmin 01 ədəd kağız bükümdə 0.246 qram çəkidə narkotik vasitə olan heroin və 01 ədəd kağız bükümdə 0.371 qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan müddətdə və mənbədən qanunsuz olaraq satış məqsədi ilə, 0.246 qram çəkidə narkotik vasitə hesab edilən heroin və 0.842 qram psixotrop maddə olan metamfetamini əldə edib satmaq üçün qanunsuz saxlamış, 15 iyul 2021-ci il tarixdə, saat 17 radələrində həmin 0.246 qram heroini və 0.842 qram metamfetaminin 0.371 qram hissəsini 10 manat müqabilində Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yaşayan Təqsirləndirilən şəxs1 Göyçay şəhəri, Atatürk küçəsində yerləşən hamamın yanında satmış, 15.07.2021-ci il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs1 Göyçay şəhəri Atatürk küçəsi ilə hərəkətdə olarkən və üzərində Təqsirləndirilən şəxs2 10 manata aldığı həmin narkotik vasitəni və psixotrop maddəni daşıyarkən Göyçay rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd kağız bükümdə qablaşdırılmış həmin – 0.246 qram narkotik vasitə olan heroin və 0.371 qram psixotrop maddə olan metamfetamin onun üzərindən aşkar edilərək götürülmüş. 25.07.2021-ci il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs2 Göyçay şəhəri Atatürk küçəsində yerləşən 3 saylı orta məktəbin qarşısında olarkən və üzərində həmin psixotrop maddənin qalan hissəsini yəni 0.471 qramını daşıyarkən Göyçay rayon polis şöbəsinin əməkdaşlarının keçirmiş olduqları əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın arxa cibindən həmin 01 ədəd kağız bükümdə qablaşdırılmış Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş psixotrop maddə ilə eyni tərkibli olan 0.471 qram psixotrop maddə olan metamfetamin onun üzərindən aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 15.07.2021-ci il tarixdə saat təxminən 16 radələrində Təqsirləndirilən şəxs2 zəng edib narkotik vasitə olub-olmamasını soruşduqda Elvin təşkil edəcəyini bildirmişdir. Onlar Elvinlə razılaşıb Göyçay şəhəri Atatürk küçəsində görüşmüşlər və Təqsirləndirilən şəxs2 10 manat müqabilində 01 ədəd kağız bükümdə heroin və 01 ədəd bükümdə şüşə deyilən metanfetamin narkotik vasitəni alıb istifadə etmək üçün oradan çıxıb Atatürk küçəsi ilə Göyçay çayının kənarına gedərkən polis əməkdaşları ona yaxınlaşmış, narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli olduğunu bildirərək onlarla birlikdə polis şöbəsinə getməyini bildirmişlər. Polis şöbəsində onu Müdafiəçi1lə təmin edib hüququ və vəzifələri izah edildikdən sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə vidoçəklişlə üzərinə baxış keçirilmişdir. Baxış zamanı üzərində qanunla gəzdirilməsi qadağan olunmuş əşya və ya predimet varsa təqdim etməyini əks halda üzərinə şəxsi axtarış keçirləcəyi bildirilmişdir. Bu zaman üzərinə şəxsi axtarış keçirləcəyini bildiyi üçün məcbur qalıb üzərində olan 01 ədəd kağız bükümdə olan heroin və 01 ədəd kağız bükümdə olan metanfetamini təqdim etmişdir. Həmin bükümlər elektron tərəzidə çəkilmiş, çəkisi 0.5 qram olmuşdur. Daha sonra həmin bükümlər vəkilin və digər iştirakçılarında iştirakı ilə polis əməkdaşları tərəfindən götürülmüş və 1 ədəd ağ rəngli zərfə qablaşdırılaraq zərfin ağzı kleyləndi və möhürlənmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 25.07.2021-ci il tarixdə saat 21 radələrində Göyçay şəhəri Atatürk küçəsində yerləşən 3 saylı orta məktəbin qarşsında tək hərəkətdə olarkən mülki formada şəxslərin ona yaxınlaşdıqlarını görüb qaçmaq istəmiş bu zaman ayağı dolaşıb səkinin üzərinə yıxılmışdır. Həmin şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduğunu bildirmiş üzərində qanunsuz olaraq narkotik vasitə saxlamağında, eyni zamanda Göyçay rayon sakini Təqsirləndirilən şəxs1 oğluna narkotik vasitə satmaqda şübhəli olduğunu bildirərək onu Göyçay rayon polis şöbəsinə dəvət etmişlər. Polis əməkdaşlarına etiraz etməmiş və onlarla birlikdə Göyçay rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə şübhəli şəxs qismində tutulmuş, dövlət hesabına müdafiəçi ilə təmin olunmuş və ona bu barədə hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra üzərinə polis əməkdaşlarının iştirakı ilə videoçəkliş aparılmaqla, şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən 01 ədəd samsung markalı 01 ədəd üzərində ipro sözləri yazılmış düyməli özünə məxsus mobil telefonlar, 01 ədəd 20 manatlıq, 04 ədəd 5 manatlıq, 11 ədəd 1 manatlıq pul əskinazları olmaqla 51 manat pul, 01 ədəd "xxxx" ASC-yə aid plastik kart və əynində olan göy rəngli cins şalvarın arxa cibindən 01 ədəd gümüşü rəngli kağız bükümdə metanfetamin aşkar edilmişdir. Polis əməkdaşları üzərindən aşkar edilmiş kütlənin nə olması barədə sorğu etdikdə bildirmişdir ki, həmin kütlənin nə olmasını bilmir və həmin kütlə ona məxsus deyil. Həmin kütlə kağız bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 0.5 qram olmuşdur. Daha sonra həmin büküm zərfə qablaşdırılmış, zərfin ağzı kleylənmiş və möhürlənmişdir. Həmin zərfin üzərini imzalandıqdan sonra isə zərf polis əməkdaşları tərəfindən götürülmüşdür. Bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş və imzalanmışdır. Bundan başqa bildirir ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə satmamış, onunla heç bir əlaqəsi olmamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid5 göstərmişdir ki, Göyçay RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs1 narkotik vasitə istifadə etməsi, üzərində narkotik vasitə saxlaması və daşıması barədə CAB-a daxil olmuş məlumat əsasında 15.07.2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirində o, da iştirak etmişdir. Həmin gün saat 17 radələrində Təqsirləndirilən şəxs1 Göyçay şəhəri, Atatürk küçəsində tək hərkətdə olarkən, sonuncuya yaxınlaşıb özlərini təqdim edib üzərində narkotik vasitə gəzdirməsində şübhəli olduğunu bildirərək onlarla Göyçay RPŞnə getməsini bildirmişlər. Təqsirləndirilən şəxs1 onlara etiraz etməmiş və onlarla polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdə isə Təqsirləndirilən şəxs1 Müdafiəçi1lə təmin olunaraq, növbətçi hissədə videoçəklişlə hüquq və vəzifələri ona izah olunmuş və şübhəli şəxs qismində tutulmuşdur. Müdafiəçi və digər iştirakçıların iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə, eləcə də digər cinayət xarakterli hər hansı bir əşyanın olduğu halda onları təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs1 üzərinə axtarış keçirilməsinə etiraz etməmişdir. Şəxsi axatarış zamanı Təqsirləndirilən şəxs1 üzərində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd kağız bükümdə narkotik vasitə olan heroin və 01 ədəd kağız bükümdə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin bükümlər eletron tərəzidə çəkildikdə çəkiləri ayrı-ayrılıqda 0.5 qram olmuşdur. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş heroin narkotik vasitəsini və pixotrop maddə olan metamfetamini tanışı Göyçay şəhər sakini Təqsirləndirilən şəxs2 aldığını bildirmişdir. 25.07.2021-ci il tarixdə saat 21 radələrində Göyçay RPŞ-nin əməkdaşlarının keçirdiyi növbəti əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 Göyçay şəhəri Atatürk küçəsində yerləşən 3 saylı orta məktəbin qarşısında olarkən ona yaxınlaşıb özlərini təqdim etdikdə Təqsirləndirilən şəxs2 oradan qaçıb uzaqlaşmaq istəmiş, bu zaman ayağı yolu kənarında olan səkiyə ilişərək yıxılmışdır. Onlar Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə saxlamaqda və Təqsirləndirilən şəxs1 narkotik vasitə satmaqda şübhəli olduğu üçün onlarla birlikdə polis şöbəsinə gəlməsini bildirmişlər. Təqsirləndirilən şəxs2 polis şöbəsində Müdafiəçi2 ilə təmin olunaraq hüquq və vəzifələri izah olunmuş, şübhəli şəxs qismində tutulmuşdur. Polis şöbəsinin növbətçi hissəsində müdafiəçisi Müdafiəçi2 və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən 01 ədəd kağız bükümdə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş həmin psixotrop maddə elektron tərəzidə çəkilmiş və çəkisi 0.5 qram olmuşdur. Həmin psixotrop maddə zərfə qoyulmuş, zərfin ağzı kleylənərək üzəri möhürlənmiş və imzalanmışdır. Protokol tərtib edilmiş, ucadan oxunmuş və imzalanmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş, Şahid3, Şahid4, Şahid1 və Şahid2 Şahid5 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid6 göstərmişdir ki, Təqsirləndirilən şəxs2 tanıyır, müxtəlif vaxtlarda onunla telefon vasitəsi ilə danışmışdır. Lakin Təqsirləndirilən şəxs2 narkotik vasitə almışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid7 Şahid6 ilə eyni məzmunlu ifadə vermişlər. Cinayət işinə əlavə edilmiş Məhkəmə-kimyəvi ekspertizasının 16.07.2021-ci il 17/515 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 02 ədəd büküm.” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümlərdə, təmiz çəkisi 0.246 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi 0.371 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: a) Heroinin təmiz çəkisi 0.246 qram, tədqiqata sərf edildi – 0.050 qram, qalıq 0.196 qram. b) Metamfetaminin təmiz çəkisi 0.371 qram, tədqiqata sərf edildi – 0.050 qram, qalıq 0.321 qram. Aparılmış ekspertizanın dəyəri 71.94 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının 26.07.2021-ci il tarixli 17/545 saylı rəyindən görünür ki, - tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs2 Fuizuli oğlunun üzərindən aşkar edilmiş kütlə.” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi-0.471 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim olunmuş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş metamfetamin psixotrop maddələr tərkiblərinə görə eynidir. Qeyd: a) Metamfetaminin təmiz çəkisi 0.471 qram, tədqiqata sərf edildi – 0.050 qram, qalıq 0.421 qram. b) Metamfetaminin təmiz çəkisi 0.321 qram, tədqiqata sərf edildi – 0.020 qram, qalıq 0.301 qram. Aparılmış ekspertizanın dəyəri 71.94 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 25.09.2021-ci il tarixli 1157 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən və metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 25.09.2021-ci il tarixli 1168 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Göyçay rayon Məhkəməsinin 23.10.2018-ci il tarixli hökümü ilə Azərbaycan Respublikası CM-in 234.1, 69.3 -cü maddələri ilə 1 il 5 ay 28 gün azadlıqdan məhrum edilmişdir. 25.12.2019-cu il tarixdə isə cəzanın son ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Göyçay rayon Məhkəməsinin 13.07.2016-ci il tarixli hökümü ilə AR CM-nin 234.2-ci maddəsi ilə 5 il müddətinə azadlıqdan məhrum edilmiş, 03.06.2020-ci il tarixdə Şəki rayon Məhkəməsinin qərarı ilə 9 ay 10 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il 2 №-li Qərarın 4 və 9-cu bəndlərində qeyd edilir ki, Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Məhkəmə araşdırılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 15.07.2021-ci il tarixdə saat 17 radələrində Göyçay şəhəri Atatürk küçəsində tanışı Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan 10 manat pula aldığı şəxsi istehlak miqdarından artıq miqdarda olan 0.246 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 0.371 qram çəkidə olan psixotrop maddə olan metafetamini qanunsuz olaraq Göyçay şəhəri Atatürk küçəsində üzərində saxlamaqla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş üzrə dindirilmiş şahid ifadələri, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilir. Məhkəmə araşdırılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 qanunsuz olaraq əldə etdiyi 0.246 qram çəkidə narkotik vasitə olan heroini və 0.842 qram çəkidə olan psixotrop maddə olan metafetaminin bir hissəsini 15 iyul 2021-ci il tarixdə saat 17 radələrində Göyçay şəhəri Atatürk küçəsində köhnə hamamın yanında tanışı Təqsirləndirilən şəxs1 10 manata qanunsuz olaraq satmaqla, eləcə də qalan 0.471 qram çəkidə olan psixotrop maddə olan metafetamini 25.07.2021-ci il tarixdə saat 21 radələrində Göyçay şəhəri Atatürk küçəsində 3 saylı məktəbin qarşısında üzərində saxlamaqla Azərbaycan Respublikası CM-nin 234.2ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddə ilə özünü təqsirli bilməsə də, cinayət işinin materiallarına əsasən Təqsirləndirilən şəxs2 əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilir. Bunda görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinməli və onlara təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının 25-ci bəndinin mənasına görə məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini cəzanı yüngülləşdirilən hallar kimi, cinayətlərin residivliyini yaratmasını isə cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən cəzanı yüngülləşdirən halların və cəzasını ağırlaşdıran halın olmasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs1 hazırkı cinayət əməlini məhkumluğu ödənilmədən törətdiyindən, Azərbaycan Respublikası CM-in 65-ci maddəsində təsbit edilmiş cinayətlərin residivi nəzərə alınmaqla təqsirləndirildiyi maddənin sanksiyasında müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az olmamaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 15.07.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 17.07.2021-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. Təqsirləndirilən şəxs1 həbsdə saxlandığı 2 gün müddət CM-nın 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, məhkəmə zalından dərhal həbsə alınmalı, cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni 03.11.2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirilən halın olmadığını, yenidən qəsdən cinayət törədərək cinayətlərin residivliyini yaratmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 hazırkı cinayət əməlini məhkumluğu ödənilmədən törətdiyindən, Azərbaycan Respublikası CM-nin 65-ci maddəsində təsbit edilmiş cinayətlərin residivi nəzərə alınmaqla təqsirləndirildiyi maddənin sanksiyasında müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az olmamaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cəzanı yüngülləşdirən halın olmadığını və cəzasını ağırlaşdıran halın olduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Göyçay rayon məhkəməsinin 27.07.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 25.07.2021-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Göyçay RPŞ-nin MSSK-da saxlanılan 0,722 qram çəkidə olan psixotrop maddə olan metafetamin və 0.196 qram narkotik vasitə olan heroin məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi1, məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi3 və Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatlardan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat dövründə hüquqlarını 10 saat, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 Təqsirləndirilən şəxs1 məhkəmə baxışı dövründə hüquqlarını 8 saat, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 isə Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat dövründə və məhkəmə baxışı dövründə hüquqlarını 26 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 göstərilmiş 10 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi1 60 manat, Təqsirləndirilən şəxs1 göstərilmiş 8 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi3 48 manat, Təqsirləndirilən şəxs2 göstərilmiş 26 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi2 156 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə 143.88 manat məbləğində ekspertiza xərcinin 71.94 manatı Təqsirləndirilən şəxs2, 71.94 manatı isə Təqsirləndirilən şəxs1 tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347.2, 349, 351- 353,356, 358.2-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 məhkəmə baxışınadək həbsdə saxlandığı iki gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cazasından çıxılaraq, üzərində qəti olaraq 2 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, məhkəmə zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni 03.11.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib, 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni 25.07.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Göyçay RPŞ-nın MSSK-da saxlanılan 0,722 qram çəkidə olan psixotrop maddə olan metafetamin və 0.196 qram narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə 143.88 manat məbləğində ekseprtiza xərcinin 71.94 manatı Təqsirləndirilən şəxs2, 71.94 manatı isə Təqsirləndirilən şəxs1 tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Təqsirləndirilən şəxs1 göstərilmiş 10 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi1 60 manat, Təqsirləndirilən şəxs1 göstərilmiş 8 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi3 48 manat, Təqsirləndirilən şəxs2 göstərilmiş 26 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi2 156 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ013501**********2944, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Hökmün icrası ekspertiza xərci və maddi sübut hissəsində Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar