Məhkəmə qərarları › İş №1(046)-95/2022

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-95/2022

15.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-95/2022 15.11.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1974-cü ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, himayəsində bir yetkinlik yaşına çatmamış uşağı olan, vətən müharibəsi iştirakçısı, Göyçay rayonun Yenikənd kəndində qeydiyyatda olan və yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1,85 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə həşişi, istintaqa məlum olmayan müddətdə və mənbədən qanunsuz olaraq əldə edərək satış məqsədi olmadan 01 ədəd kağız bükümə qablaşdıraraq yaşadığı Göyçay rayon, Yenikənd kəndində yerləşən fərdi yaşayış evinin yataq otağında saxlamış, 20 iyul 2022-ci il tarixdə, saat 15:35-də Göyçay rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Göyçay rayon Yenikənd kəndində yerləşən evinə videoçəkiliş vasitəsi ilə baxış keçirilən zaman həmin evin yataq otağında olan şkafın yuxarı hissəsində olan meyvə qabının içərisindən həmin 01 ədəd kağız bükümdə saxladığı 1,85 qram narkotik vasitə həşiş aşkar olunaraq götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 15 radələrində yaşadığı Göyçay rayon Yenikənd kənd yerləşən evinin qarşısında olan zaman Göyçay rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək ona narkotik vasitələrin əkib-becərilməsində və qanunsuz saxlanılmasında şübhəli olduğunu və saxlanıldığını ona bildirmişlər. Buna etiraz etməmiş, bu barədə yazılı ərizə ilə müraciət etmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə yaşadıqları evə daxil olmuşlar. Ona məxsus evin yataq otağının döşəməsindən zirzəmiyə giriş üçün balaca qapı açdığını bildirmişdir. Həmin zirzəmiyə qış üçün azuqələrini qoyurmuş. Polis əməkdaşları onu müdafiəçi ilə təmin edərək, özünün və aqronomun iştirakı ilə yaşadığı evə baxış keçirməyə başlamışlar. Baxış videoçəkiliş vasitəsilə həyata keçirilmişdir. Polis əməkdaşları həmin zirzəmiyə baxan zamanı qurutmaq üçün qoyduğu iki ədəd təxminən 3-4 gün əvvəl kökündən çıxarılmış vəziyyətdə olan çətənə bitkilərini aşkar etmişlər. Daha sonra polis əməkdaşlarına həmin iki ədəd çətənə bitkilərini həyətində əkdiyi yeri göstərmişdir. Həmin yerə baxış zamanı aqronom oradan torpaq nümunələri götürmüşdür. Həmin bitkilər ayrıayrılıqda ölçülmüş və torpaqdan hündürlüyü müvafiq olaraq balacası 85 və 95 santimetr olmuşdur. Sonra isə polis əməkdaşları, vəkilinin və aqronomun iştirakı ilə birlikdə həmin aşkar edilmiş 02 ədəd bitkilər qablaşdırılmışdır. Polis əməkdaşları ondan yaşadığı evdə narkotik vasitənin olub-olmaması barədə soruşduqda onlara yaşadığı evdə qurudulmuş vəziyyətdə narkotik vasitə marixuana olduğunu bildirmişdir. Bundan sonra yenidən yaşadığı evə baxış keçirilmişdir. Yaşadığı evin qonaq otağında asılqandan asılı vəziyyətdə olan gödəkçəsinin içərisində olan 03 ədəd kağız bükümə qablaşdırdığı aşkar olunmuş 02 ədəd çətənə bitkilərindən qurudaraq hazırladığı marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Həmin 03 ədəd bükümlər götürüldükdən sonra təxminən 2-3 il əvvəl özünün istifadə etməsi üçün qurudaraq saxladığı 01 ədəd büküm yaşadığı evin digər yataq otağında olan meyvə qabının içərisindən aşkar edilərək götürülmüşdür. Ona məxsus gödəkçənin içərisində olan 03 ədəd qurudaraq hazırladığı marixuananın kağız bükümlə birlikdə çəkisi 2,1 qram yataq otağında olan meyvə qabının içərisindən aşkar edilmiş təxminən 2-3 il əvvəl qurudaraq hazırladığı 01 ədəd bükümün kağızla birlikdə çəkisi isə 3,4 qram olmuşdur. Baxış zamanı aşkar edilmiş 04 ədəd bükümlər götürülmüş və bir ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Törətdiyi əməldən peşmandır. Müharibədən sonra psixoloji problemlemləri olmuşdur. Buna görə də narkotik vasitədən istifadə etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 göstərmişdir ki, Göyçay RPŞ-nin İTB-nin sahə rəisi vəzifəsində vəzifəsində işləyir. Polis baş leytenantıdır. xx.xx.2022-ci il saat 15 radələrində Göyçay RPŞ-nin bir neçə nəfər əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs Göyçay rayonu Yenikənd kəndində yaşadığı evin qarşısına gəlmiş və Təqsirləndirilən şəxs özlərini təqdim edib, narkotik tərkibli bitkilər əkib-becərməkdə şübhəli olduğuna görə yaşadığı evin həyətyanı sahəsinə baxış keçirməli olduğunu ona bildirmişlər. Təqsirləndirilən şəxs könüllü olaraq, razılaşmış evinə və həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə yazmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunub Müdafiəçilə ilə təmin olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Baxış videoçəkiliş vasitəsilə həyata keçirilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra aqronom və müdafiəçisi Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs Göyçay rayon Yenikənd kəndində yerləşən fərdi yaşayış evinə daxil olduqdan sonra giriş qapısından təxminən 50 metr irəlidə həyətin sol hissəsində yerləşən fərdi yaşayış evinin zirzəməsinə baxış keçirilən zaman oradan 02 ədəd kökündən çıxarılmış vəziyyətdə çətənə bitkisinə oxşar bitkilər aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bitkilərin çətənə bitkiləri olduğunu, özünün istifadəsi üçün əkibbecərdiyini və yaşadığı fərdi yaşayış evinin zirzəmisinə qurutmaq üçün qoyduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə həyətində ağaclar əkilmiş yerdə kolluq hissəyə gedərək həmin bitkiləri əkib-becərdiyi yeri göstərmişdir. Həmin yerdən aqronom tərəfindən torpaq nümunələri götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisindən aşkar edilən 02 ədəd bitkilər təhqiqatçı tərəfindən 01 ədəd ağ rəngli kisəyə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı yaşadığı evdə qonaq otağında olan gödəkçəsinin cibində və yataq otağında qurudulmuş narkotik vasitə saxladığını bildirmişdir. Onlar iştirakçılarla birlikdə yenidən Təqsirləndirilən şəxs yaşadığı evə daxil olaraq qonaq otağında asılqandan asılı vəziyyətdə olan gödəçkəsinə baxan zaman oradan 03 ədəd ağ rəngli kağıza bükülmüş vəziyyətdə olan içərisində yaşılımtıl rəngli kütlə olan maddə aşkar edilmişdir. Daha sonra isə Təqsirləndirilən şəxsla və iştirakçılarla birlikdə yataq otağına baxan zaman orada olan şafın üzərində olan meyvə qabının içərisində olan 01 ədəd kağız büküm aşkar edilmişdir. Kağız büküm açıldıqda içərisində yaşılımtıl rəngli qurudulmuş kütlə olması aşkar müəyyən edilmişdir. Daha sonra aşkar edilmiş 01 ədəd kağız büküm elektron tərəzidə çəkilmiş, yaşılımtıl rəngli maddənin kağız bükümlə birlikdə çəkisi 3.4 qram olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs gödəçəsinin cibindən aşkar edilmiş 03 ədəd kağız bükümlər elektron tərəzidə çəkilmiş, həmin maddələrin kağız bükümlərlə birlikdə çəkisi 2,1 qram olmuşdur. Baxış zamanı aşkar edilmiş 04 bükümlər götürülmüş və bir ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərində baxış keçirilməsinə dair protokol tərtib edilmiş, ucadan oxunmuş və tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş 20 iyul 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs Göyçay rayonun Yenikənd kəndində yerləşən fərdi yaşayış evində əkilib becərilməsi qadağan olunmuş 02 ədəd bitkilər narkotik xassəli çətənə kollarıdır. Aqrotexniki qaydada qulluq göstərilmiş, alaq otlardan təmizlənmiş, dibi yumşaldılmış kökündə peyin qalıqları vardır, peyin şirəsi ilə qidalanmışdır. Təqsirləndirilən şəxs bitkiləri əkdiyi torpağa baxış keçirilərkən torpaq nümunələrinin peyin və gübrə ilə qarışıq nəm halda olması müəyyən edilmişdir. Cinayət işinə əlavə edilmiş X4 regional bölməsindən alınmış 21 iyul 2022-ci il tarixli, 17/572 saylı ekspert rəyindən görünür ki, 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi – 1,85 qram olan bitki mənçəli kütlə tərkibində narkotik maddələr olan olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- həşişdir. Qeyd: c) həşişin ümumi təmiz çəkisi 1.85 qram, tədqiqata sərf edildi – 0.02 qram, qalıq 1.83 qram. Aparılmış ekspertizanın dəyəri 34.55 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş Gəncə rayonlararası narkoloji dispanserdən alınmış xx.xx.2022-ci il tarixli, 1174 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək Göyçay RPŞ-nin MSY-dən azad edilmişdir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 1.85 qram narkotik vasitə olan həşişi əldə edib öz şəxsi istifadəsi üçün qanunsuz saxlayaraq xx.xx.2022-ci il tarixdə, saat 15 radələrində yaşadığı Göyçay rayonu Yenikənd kəndində yerləşən yerləşən fərdi yaşayış evinin yataq otağında, dolabda olan meyvə qabının içərisində saxlamaqla, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət törətdiyini, himayəsində bir yetkinlik yaşına çatmamış uşağın olduğunu, vətən müharibəsi iştirakçısı olduğunu cəzasını yüngülləşdirilən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı iki gün nəzərə alınmalı, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X1 məhkəmə baxışında hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxs X2 məhkəmə baxışında hüquqlarını 06 saat müddətində müdafiə etmişdir. Odur ki, X3 göstərilmiş 06 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 36 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan və Göyçay RPŞ-nin MSSK-da saxlanılan ekspertiza tədqiqatından sonra qalan 1.83 qram narkotik vasitə olan həşiş məhv edilməlidir. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 34.55 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347.2, 349, 351- 353,356, 358.2-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə saxlandığı iki gün müddət CMnin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cazasından çıxılaraq, üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-cü maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Göyçay RPŞ-nin MSSK-da saxlanılan ekspertiza tədqiqatından sonra qalan 1.83 qram narkotik vasitə olan həşiş məhv edilsin. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 34.55 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 06 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 36 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ013501**********2944, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Hökmün icrası Göyçay rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar