Məhkəmə qərarları › İş №1(046)-96/2025

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-96/2025

09.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-96/2025 09.12.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanova Gülnaz İntiqam qızının sədrliyi Əliyeva Leyla Bəhər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1995-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Göyçay rayonu, H.Z.Tağıyev küçəsi, ev 48də qeydiyyatda olmaqla, Göyçay rayonu, Hüngütlü kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisini əkmək qərarına gəlmiş, bu məqsədlə istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi əkilibbecərilməsi qanunla qadağan olunmuş çətənə (kannabis) bitkisinin toxumalarını xeyli miqdarda, yəni 09 ədəd toxumunu Göyçay rayonu Hüngütlü kəndində yerləşən qayınanası X3 məxsus nəzarət etdiyi və yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində istintaqla dəqiq müəyyən edilməyən gündə torpaqda əkib yetişdirərək kultivasiya etmiş, bundan başqa “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş xeyli miqdarda, yəni təmiz çəkisi 38,48 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və xeyli miqdarda, yəni təmiz çəkisi 27,58 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuananı qanunsuz olaraq kultivasiya etdiyi həmin çətənə bitkilərindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib həmin həyətyanı sahədə yerləşən köməkçi tikilidə saxlamış, 11 iyul 2025- ci il tarixdə saat 13:55-də Göyçay RPŞnin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Göyçay rayonu, Hüngütlü kəndi ərazisində saxlanılaraq həmin tarixdə saat 13:55-dən 14:24-dək keçirilmiş baxış zamanı qayınanası Həmidə Rəsulovaya məxsus nəzarət etdiyi və yaşadığı evin həyətyanı sahəsində yerləşən yarımtikilinin içərisində 02 ədədi bir ədəd dibçəkdə, 6 ədədi isə torpaqda əkməklə yetişdirib kultivasiya etdiyi 08 ədəd və həmin həyətyanı sahəni bağ sahəsində torpaqda əkməklə yetişditib kultivasiya etdiyi 01 ədəd olmaqla ümumilikdə 09 ədəd, yəni xeyli miqdarda əkilib-becərilməsi qanunla qadağan olunmuş narkaotik tərkibli çətənə bitkiləri, həmin yarımtikilinin içərisində olan 01 ədəd plastik vedrədə ümumi təmiz çəkisi 38,48 qram, yəni xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və ümumi təmiz çəkisi 27,58 qram, yəni xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuana aşkar edilərək qablaşdırılıb götürülmüşdür. Məhkəmədə təqsirləndirilənin həmin cinayət əməllərini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 237.1 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 3 ildir ki, nəşə adlandırdığı narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Təxminən 3 ay əvvəl yaşadığı Göyçay rayonu Hüngütlü kəndində yerləşən qayınanası X3 məxsus nəzarət etdiyi və yaşadığı evin həyətyanı sahəsində yerləşən yarım tikilinin içərisində bir ədəd dibçəyin içərisində 2 ədəd, 6 ədəd nəşə toxumunu isə torpaqda əkmişdir. Həmçinin yarımtikilinin pəncərəsinə köhnə ədyal bağlamışdır ki, çöldən içəri görünməsin. Bundan sonra həmin bitkilərin yetişməsi üçün qulluq etmişdir. Bundan başqa həmin evin həyətyanı bağ sahəsində 01 ədəd çətənə bitkisinin toxumunu əkmiş və həmin bitkiyə də bitməsi üçün qulluq etmişdir. Onun əkmiş olduğu çətənə bitkiləri inkişaf etmiş, onları suvarmış və diblərini yumuşaltmışdır. Həmçinin həmin bitkiləri heç kimin görməməsi üçün çətənə bitkisi əkdiyi yarımtikilinin qarşısında it bağlamışdır. 11 iyul 2025-ci il tarixdə saat 13:55 radələrində o, Göyçay rayonu Hüngütlü kəndində yerləşən qayınanası Həmidə Rəsulovaya məxsus yaşadığı evinin yerləşdiyi küçədə olan zaman mülki geyimli şəxslər ona yaxınlaşmışdırlar. Həmin şəxslər özlərini təqdim edərək Göyçay RPŞ-nin əməkdaşları olmalarını bildirmişdirlər. Bundan sonra polis əməkdaşı ona yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-becərməyi bardə onlarda məlumat olmasını, həmin məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildiyini və həmin qərar əsasında onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməli olmasını bildirmişdirlər. O da polis əməkdaşlarına həqiqətən də qayınanasına məxsus yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-becərdiyini bildirmişdir. Bundan sonra ondan üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet olubolmamasını soruşmuşdurlar. O da polis əməkdaşlarına üzərində qanunla qadağan edilmiş hər hansısa bir əşya olmadığını söyləmişdir. Daha sonra üzərini yoxlamışdırlar, bu zaman onun üzərindən özünə məxsus olan VİVO markalı mobil telefon, 01 ədəd kibrit qutusu, 80 qəpik pul, viniston markalı siqaret qutusu, şəxsiyyət vəsiqəsi, 03 ədəd plastik kart, metro kartı, komunal ödəniş kartları və qəbzlər aşkar edilmiş və mobil telefonu götürülmüşdür. Qalan əşyalar isə onun özünə qaytarılmışdır. Bundan sonra polis əməkdaşı ondan narkotik tərkibli bitkiləri əkdiyi yeri təqdim etməsini tələb etmiş, o da buna etiraz etməmiş, həmçinin evin həyətyanı sahəsinə baxış keçirilməsinə heç bir etirazının olmamasını bildirərək bu barədə ərizə yazmışdır. Bundan sonra polis əməkdaşları və aqronomun iştirakı ilə onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmişdir. O, əvvəlcə narkotik tərkibli çətənə bitkilərini əkdiyi yarım tikilini təqdim etmiş, həmin vaxt həmin tikilinin içərisində 2 ədədini bir ədəd dibçəkdə, 6 ədədini də torpaqda əkdiyi ümumilikdə 08 ədəd çətənə bitkisi aşkar edilmiş və torpaqdan çıxarılmışdır. Bundan sonra həmin yarım tikilinin içərisində olan ağ rəngli plastik vedrənin içərisində bitki kütləsinin olması müəyyən edilmişdir. O, polis əməkdaşlarına həmin bitki kütləsini əkmiş olduğu çətənə bitkisinin zəif inkişaf etmiş yarpaqlarından kəsdiyini bildirmişdir. Bundan sonra həmin bitki kütləsi də götürülmüşdür. Daha sonra yarım tikilidən aşkar edilmiş çətənə bitkilərinin uzunluqları ölçülmüş və qablaşdırılmışdır. Həmçinin aşkar edilmiş bitki kütləsi elektron tərəzidə çəkilmiş və çəkisi 65 qram olmuşdur. Bundan sonra həmin bitki kütləsi boş zərfdə qablaşdırılmış, üzəri yazılmış və imzalanmışdır. Daha sonra polis əməkdaşı ondan yaşadığı evin həyətində başqa yerdə narkotik təkribli bitki olub-olmamasını soruşmuşdurlar. O da, polis əməkdaşına həyətyanı bağ sahəsində də 01 ədəd narkotik tərkibli bitki əkdiyini bildirmişdir. Həmin bitkiyə də baxış keçirilmiş və topaqdan çıxarılaraq qablaşdırılmışdır. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə Göyçay rayon polis şöbəsinə gəlmiş, polis şöbəsində ona müdafiəçi təyin edilmiş və o, şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra isə baxış və götürmə istintaq hərəkəti keçirilmişdir. Həmçinin, o narkotik vasitənin satışı ilə məşğul olmamış, ancaq öz istifadəsi üçün qurudub saxlamışdır. X1 həyətinə narkotik vasitə çətənə bitkiləri əkməsi barədə qayınanası Həmidənin heç bir xəbəri olmamış və sonuncunun ona heç bir köməklik etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Göyçay RPŞnin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs Göyçay rayon Hüngütlü kəndində qayınanası X3 məxsus yaşadığı evinin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkməsi və narkotik vasitələr saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, bundan sonra 11 iyul 2025-ci il tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi, ona məxsus Hüngütlü kəndində yerləşən həyətyanı torpaq sahəsinə baxış keçirilməsi barədə qərar çıxarılmışdır. Həmin tarixdə Təqsirləndirilən şəxs özünə məxsus Hüngütlü kəndində yerləşən həyətyanı sahədə olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra həmin məlumat əsasında saat 13:55 radələrində CAB-ın əməkdaşları Şahid2, Şahid5, Şahid1, Şahid4 və əməliyyat tədbirinə qoşulmuş aqronom X4 ilə birlikdə Göyçay rayon Hüngütlü kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə gedərək, evin girişində Təqsirləndirilən şəxs müəyyən edib yaxınlaşaraq özlərini təqdim etmişdirlər və barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı ona elan edib ona məxsus evin həyətinə baxış keçiriləcəyini bildirmişdirlər. Həmin vaxt Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmişdir. Həmin vaxt videoçəkilişdən istifadə edilmiş və videoçəkilişi əməliyyat müvəkkili Şahid5 həyata keçirmişdir. İlkin olaraq ona həmin evinin həyətində narkotik tərkibli çətənə bitkilərini əkməkdə şübhəli olduğu bildirilmişdir. Ondan həyətində narkotik tərkibli bitkilər əkib-əkmədiyi soruşulduqda həyətyanı torpaq sahəsinin həyətində narkotik tərkibli bitkilər əkdiyini etiraf etmişdir. Bundan sonra onların təklifi əsasında Təqsirləndirilən şəxs ilkin olaraq həyətində yerləşən yarımtikilinin içərisində əkib-becərdiyi çətənə bitkilərini göstərmişdir. Həmin vaxt yarımtikilinin içərisində 06 ədəd torpağa, 02 ədəd isə həmin yerdə olan bir ədəd dibçəyə əkib becərdiyi yarımtikilinin içərisində olan ümumilikdə 08 ədəd çətənə bitkiləri təqdim edib həmin bitkiləri özünün əkib becərdiyini demişdir. Bundan sonra həmin 08 ədəd çətənə bitkiləri kökündən torpaqdan və dibçəkdən çıxarılaraq diblərindən torpaq nümunələri götürülmüş və ona məxsus həyətində qablaşdırılması üçün yerə düzülmüşdür. Eləcə də, Təqsirləndirilən şəxs həyətində başqa haradasa çətənə bitkisinin olub-olmaması soruşulduqda, həmin şəxs yarımtikilinin arxa tərəfində 01 ədəd də çətənə bitkisi əkdiyini bildirmişdir. Həmin 01 ədəd çətənə bitkisi də aşkar edilərək torpaqdan çıxarılıb digər 08 ədəd çətənə bitkilərinin yanına qoyulmuşdur. Bundan sonra ümumilikdə 09 ədəd çətənə bitkilərinin uzunluqları ölçülmüş, bitkilərin uzunluqları 169 sm, 114 sm, 107 sm, 80 sm, 139 sm, 100 sm, 150 sm, 150 sm və 150 sm olması müəyyən edilmişdir. Həmçinin, yarımtikilinin içərisində olan plastmas və dəmir vedrələrdə qurudulmuş halda olan yaşımtıl rəngli qurudulmuş marixuanaya bənzər kütlə də 01 ədəd şəffaf rəngli sellofan paketə qoyularaq elektron əl tərəzidə çəkilmiş və çəkiləri 0,065 kq gəlmişdir ancaq həmin vaxt eyni mənaya gəldiyi üçün o, 65 kimi ifadə etmişdir. Həmin bitkilər 01 ədəd sintetik kisədə qablaşdırılmışdır. Bundan başqa çətənə bitkilərinin əkildiyi yerlərdən torpaq nümunələri də ayrıca olaraq götürülmüş və sellofan torbada qablaşdırılmışdır, torbanın ağzı bağlanmış və üzəri imzalanaraq götürülmüşdür. Həmçinin çətənə bitkiləri olan 01 ədəd kisənin çəkisi əl tərəzisi ilə çəkildi və çəkisi 2 kiloqram 275 qram olmuşdur. Daha sonra həmin kisə möhürlənmiş və üzəri imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiləri hansı məqsədlə əkib-becərdiyi soruşulmuş, o isə bildirmişdir ki, çəkmək, istifadə etmək üçün çətənə kollarını əkmişdir. Qurudulmuş marixuananı da özünün əkdiyi həmin bitkilərdən əldə etdiyini söyləmişdir. Təqsirləndirilən şəxs həmin bitkilərdən kiməsə verilməsi və ya satılması soruşulduqda bildirmişdir ki, heç kimə həmin bitkilərdən verməmişdir. Təqsirləndirilən şəxs həyətyanı sahəsində çətənə bitkilərindən başqa haradasa olması soruşulmuş, o isə bildirmişdir ki, həyətyanı sahəsində başqa çətənə bitkisi yoxdur. Sonra yenidən həyətyanı sahəyə baxış keçirilmiş və həyətyanı sahədə başqa çətənə bitkisi aşkarlanmamışdır. Sonra Təqsirləndirilən şəxs Göyçay RPŞ-də müdafiəçi ilə təmin ediləcəyi izah edilmiş və baxış protokolunun tərtib edilməsi üçün saat 14:24-də baxış yekunlaşmışdır. Baxış yekunlaşdıqdan sonra Təqsirləndirilən şəxs rayon polis şöbəsinə gətirilmiş, götürülmüş maddi sübutlarla birlikdə raport əsasında növbətçi hissəyə təhvil verilmişdir. Bundan sonra şöbədə təhqiqatçı tərəfindən Müdafiəçi ilə təmin olunmuş, daha sonra isə vidogörüntü vasitəsilə hüquqları izah olunaraq üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən qanunla qadağan edilmiş hər hansı əşya aşkar olunmamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu, ona məxsus həyətyanı torpaq sahəsinə baxış keçirilərkən aşkar edilmiş 09 ədəd çətənə bitkisinin və qurudulmuş marixuananın özünə məxsus olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Göyçay RPŞ-nin əməkdaşları, Şahid2, Şahid4, Şahid1 və Şahid5 da Şahid3 ifadəsinə oxşar məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə-bioloji ekspertizasının 12 iyul 2025-ci il tarixli 17/516 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar edilmiş 09 ədəd çətənə...” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd sintetik kisənin içərisindəki, 09(doqquz) ədəd, hüdürlükləri 80 sm-dən 169 sm-dək, yaş vəziyyətdə ümumi çəkiləri - 2085,0 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom mütəxəssis Şaiq İsmayılovun rəyinə əsasən çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar edilmiş..kütlə...” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd sellofan bağlamanın içərisindəki, quru vəziyyətdə, təmiz çəkisi - 38,48 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmçinin, həmin sellofan bağlamanın içərisindəki, yaş vəziyyətdə təmiz çəkisi - 27,58 qram olan digər bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuanadır. Tədqiqata təqdim olunmuş 02 (iki) ədəd sellofan bağlamaların içərisindəki torpaq nümunələrinin hər birində əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissəcikləri aşkar edildi. Məhkəmə-narkoloji ekspertizasının 03 sentyabr 2025-ci il tarixli 1389 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Təbib Publik X8 Rayon Mərkəzi Xəstəxanasından daxil olmuş arayışdan görünür ki, xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs həkim psixiatrın və narkoloqun qeydiyyatında yoxdur. DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. 11 iyul 2025-ci il tarixli protokoludan görünür ki, Təqsirləndirilən şəxs 11 iyul 2025-ci il tarixdə saat 15-45-də Göyçay rayon polis şöbəsində şübhəli şəxs qismində tutulmuşdur. 12 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 12 iyul 2025-ci il tarixdə azad edilərək, barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisini əkmək qərarına gəlmiş, bu məqsədlə istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi əkilibbecərilməsi qanunla qadağan olunmuş çətənə (kannabis) bitkisinin toxumalarını xeyli miqdarda, yəni 09 ədəd toxumunu Göyçay rayonu Hüngütlü kəndində yerləşən qayınanası X3 məxsus nəzarət etdiyi və yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində istintaqla dəqiq müəyyən edilməyən gündə torpaqda əkib yetişdirərək kultivasiya etmiş, bundan başqa “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş xeyli miqdarda, yəni təmiz çəkisi 38,48 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və xeyli miqdarda, yəni təmiz çəkisi 27,58 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuananı qanunsuz olaraq kultivasiya etdiyi həmin çətənə bitkilərindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib həmin həyətyanı sahədə yerləşən köməkçi tikilidə saxlamış, 11 iyul 2025- ci il tarixdə saat 13:55-də Göyçay RPŞnin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Göyçay rayonu, Hüngütlü kəndi ərazisində saxlanılaraq həmin tarixdə saat 13:55-dən 14:24-dək keçirilmiş baxış zamanı qayınanası Həmidə Rəsulovaya məxsus nəzarət etdiyi və yaşadığı evin həyətyanı sahəsində yerləşən yarımtikilinin içərisində 02 ədədi bir ədəd dibçəkdə, 6 ədədi isə torpaqda əkməklə yetişdirib kultivasiya etdiyi 08 ədəd və həmin həyətyanı sahəni bağ sahəsində torpaqda əkməklə yetişditib kultivasiya etdiyi 01 ədəd olmaqla ümumilikdə 09 ədəd, yəni xeyli miqdarda əkilib-becərilməsi qanunla qadağan olunmuş narkaotik tərkibli çətənə bitkiləri, həmin yarımtikilinin içərisində olan 01 ədəd plastik vedrədə ümumi təmiz çəkisi 38,48 qram, yəni xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və ümumi təmiz çəkisi 27,58 qram, yəni xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuana aşkar edilərək qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilənin göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertlərin rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 237.1 və 234.1-ci maddələrilə düzgün tövsif olunmuşdur. Törətdiyi cinayətlərə görə təqsirkara cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən səmimi peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayətlər törətməsini, onun cəzasını yüngülləşdirən halı, törətdiyi cinayətlərin xarakterini, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə cinayətlərin məcmuyu üzrə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə zalında həbs edilməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən saat 13:55-dən xx.xx.2025-ci il tarixə saat 19:30-a qədər həbsdə saxlanıldığı 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan və Göyçay rayon polis şöbəsində saxlanılan 2084,82 qramm çətənə bitkiləri, 38.46 qramm qurudulmuş marixuana və 27.56 qramm qurudulmamış marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Ekspertiza tədqiqatının 35 manat 97 qəpik məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Maddi sübut kimi tanınmış 02 ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.1-ci maddəsinə əsasən təyin edilmiş cəzaları toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən saat 13:55-dən xx.xx.2025-ci il tarixə saat 19:30-a qədər həbsdə saxlanıldığı 2 gün müddət ona təyin edilmiş 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində 01 il 05 ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qismində qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Göyçay rayon Polis şöbəsində saxlanılan 2084.82 qramm çətənə bitkiləri, 38.46 qramm qurudulmuş marixuana və 27.56 qramm qurudulmamış marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd disk cinayət işi materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının 35 manat 97 qəpik məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon Vəkil Bürosunun Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 10 iş saatına görə 110 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Göyçay rayon Vəkil Bürosunun hesabına (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********)) köçürülsün. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar