Məhkəmə qərarları › İş №1(046)-97/2020

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-97/2020

03.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-97/2020 03.11.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 1985-ci ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, evli, himayəsində iki azyaşlı uşağı olan, Göyçay şəhəri, S.M.Əfəndiyev küçəsi ev 34-də qeydiyyatda olan, Göyçay rayon Potu kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talama məqsədilə xx.xx.2020-ci il tarixdə saat 14 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs məxsus Göyçay rayon Potu kəndində yerləşən, kənarları daş hasarla və çəpərlə əhatə olunmuş saxlanc yeri hesab olunan bağ sahəsinə çəpərin üzərindən keçmə yolu ilə qanunsuz daxil olaraq oradan sonuncuya məxsus 1 metri 5 manat dəyərində, hər biri 4 metr uzunluqda olan ümumilikdə 06 ədəd metal boruları gizli yolla talayaraq Zərərçəkmiş şəxs 120 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, Göyçay rayon Potu kəndində onun yaşadığı evdən 500-600 metr aralıda Zərərçəkmiş şəxs məxsus bağ sahəsi vardır. 2020-ci ilin aprel ayının əvvəllərində Ehtiram bağ sahəsində kol-kosu təmizləməyə fəhlə axtardığını eşidib Ehtiramla görüşüb ona kol-kosu təmizləyə biləcəyini bilirmiş və onunla həmin işi yerinə yetirmək üçün 50 manata razılaşmışdır. 4 gün bağ sahəsində işlədikdən sonra xx.xx.2020-ci il tarixdə işi qurtarıb bağ sahəsinə giriş qapısının açarını həmin bağla qonşuluqda yaşayan Vahidə vermiş, belə ki, Vahidin özü əvvəlcədən ona işi qurtardıqdan sonra açarı Vahidə verməyini bildirmişdir. Açarı Vahidə verdikdən sonra bu barədə də Ehtiramın özünə zəng vurub məlumat vermişdir. Orada işləyən zaman bağda tikinti materiallarının olduğunu görmüş, xx.xx.2020-ci il tarixdə pulu olmadığı üçün Ehtiramın bağ sahəsində olan boruları oğurlayıb aparıb satıb pul əldə etmək qərarına gəlmiş, ona görə də, həmin gün yəni xx.xx.2020-ci il tarixdə günorta saat 14 radələrində Ehtiramın bağ sahəsinin yanına gəlib küçədə heç kimin olmadığına tam əmin olub oğurluq etmək üçün çəpərdən bağın həyətinə keçmişdir. Həyətdən 6 ədəd boruları həmin yerdən küçəyə çıxarıb qapının yanına yığıb saxladığını, bundan sonra piyada Göyçay rayon Potu kəndinin Göyçay-Ağsu avtomaqistral yoluna gedən çıxışına gedərək həmin avtomoqistral yolun kənarında olan “Yaşıl market”in yaxınlığında üstü baqajlı olan ağ rəngli Vaz 2104 markalı taksinin sürücüsünə yaxınlaşıb sürücüyə yaxınlıqda boruları metal qəbulu məntəqəsinə aparmaq lazım olduğunu, boruları küçə qapısının yanına yığdığını dediyini, həmin sürücü ilə 5 manata razılaşıb birlikdə bağ sahəsinin yanına getmiş, orada boruları avtomobilin yük yerinə yükləmiş, sonuncu borunu yük yerinin üzərinə qoyan zaman qonşuluqda yaşayan Şahid2 küçəyə çıxıb onunla salamlaşıb hal-əhval tutaraq nə iş gördüyünü maraqlanmış, Vahidin şübhələnməməsi üçün ona Ehtiramın bağ sahəsində çardaq tikdimək istədiyini və boruları da çardaq üçün qaynaqçının yanına qaynaq üçün apardığını bildirmişdir. Daha sonra həmin taksi ilə boruları “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yanında metal qəbulu ilə məşğul olan Bəxtiyarın yanına aparmış, hər biri 4 metr olan ümumilikdə 6 ədəd borunu Bəxtiyara hər metrini 2 manatdan olmaqla cəmi 48 manata satmışdır. Bəxtiyara həmin boruları satarkən özünə məxsus olduğunu və lazım olmadığı üçün satmaq istədiyini bildirmişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs göstərmişdir ki, Göyçay rayon Potu kəndində 0,12 hektar bağ sahəsi vardır. Həmin bağ sahəsində xurma ağacları əkmiş, bundan əlavə bağ sahəsində tikinti tikmək üçün orada taxta materialları və dəmir boruları yerləşdirmiş, bağ sahəsinin yanları daş hasarla və çəpərlə bağlı olmaqla, bağın giriş qapısı isə dəmir darvazadan ibarət olmuş və asma qıfılla bağlanmışdır. Hərdən bağ sahəsinə gedib həm ağaclara qulluq edib orada olan tikinti materiallarına nəzarət edir. 2020-ci ilin aprel ayının əvvəllərində bağ sahəsində olan kolluqları təmizləmək üçün həmkəndlisi Təqsirləndirilən şəxs müraciət etmiş, Famil ilə danışıb 50 manata razılaşmışdır. Familin işlədiyi dövrdə sərbəst bağa girib çıxması üçün bağın qapısının qıfılının açarını Familə vermiş və bağda təmizlik işlərini qurtardıqdan sonra açarı yaxınlıqda yaşayan tanışı Şahid2 verməsini tapşırmışdır. Familin bağ sahəsində təxminən 4 gün işlədikdən sonra, yəni xx.xx.2020-ci il tarixdə ona zəng vurub işi qurtarıdığını bildirərərk qapının açarını Şahid2 verdiyini bildirmiş, Famil açarı Şahid2 verdiyini demişdir. xx.xx.2020-ci il tarixdə səhər saat 10 radələrində növbəti dəfə həmin bağ sahəsinə baş çəkmək üçün gedərkən giriş qapısından sol tərəfdə olan tikinti materiallarının üstünü örtdüyü dəmir listin yerə aşdığını görmüş, həmin vaxtı oğurluq olmasından şübhələnib yaxınlaşıb baxdıqda Bakı şəhərindən alıb gətirdiyi 70 metr borulardan hər biri 4 metr uzunluqda olan 6 ədəd boruların oğurlandığını aşkar etmişdir. Buna görə də həmin günü bu barədə rayon polis şöbəsinə ərizə ilə müraciət etmiş, bir neçə gün sonra qonşuluqda yaşayan tanışı Şahid2la bu barədə söhbət edib maraqlananda bağ sahəsindən baş vermiş oğurluq hadisəsini həmkəndlisi Təqsirləndirilən şəxs törətdiyi məlum olmuşdur. Təqsirləndirilən şəxs 6 ədəd boruları oğurlaması nəticəsində ona 120 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam ödənilmişdir. Məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxs barəsində heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. İş üzrə şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, ifadəsində Göyçay şəhərində “Azpetrol” yanacaqdoldurma məntəqəsinin arxa tərəfində yerləşən Y.Kovalyov küçəsi 18 ünvanda metal qəbulu məntəqəsi işlədir. Həmin məntəqədə müxtəlif metalların qəbulu ilə məşğul olur. xx.xx.2020-ci il tarixdə günorta saatlarında metal qəbulu məntəqəsində olarkən, həmin vaxt ağ rəngli VAZ-2104 markalı avtomobilin məntəqəyə gəldiyini, avtomobildən Təqsirləndirilən şəxs düşüb ona yaxınlaşaraq 6 ədəd metal borular gətirdiyini və həmin boruların özünə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir. Həmin borulara baxdıqda boruların hər birinin 4 metr uzunluqda olmaqla cəmi 6 ədəd olmasının məlum olmuşdur. Bundan sonra metal kimi həmin boruların bir metrini 2 manata ala biləcəyini bildirib Famillə razılaşmış, ona cəmi 48 manat vermişdir. Sonradan polis əməkdaşları bu barədə ondan maraqlananda Familin ona satdığı 6 ədəd boruları yaşadığı Potu kəndində həmkəndlisinin bağ sahəsindən oğurlayıb ona satdığı məlum olmuşdur. Cinayət işinə əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizanın xx xxxx 2020-ci il tarixli 9/1645 saylı rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, Respublikada yerləşən bazarlarda və inşaat materiallarının satışı məntəqələrində mövcud olan qiymətlərə əsasən, ekspertiza tədqiqatına təqdim edilmiş 24 metr, diametri 72 mm, divarının qalınlığı 4 mm, istismarda olmuş nümunə qismində ekspertiza tədqiqatına təqdim edilmiş metal borunun, 2020-c ilin aprel ayına respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 120 manat müəyyən edilir. Aparılmış ekspertizanın dəyəri 75 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş Göyçay rayon Mərkəzi Xəstəxanasının poliklinikası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 3922 saylı məktubdan görünür ki, konsultativ poliklinikanın müdiri A.Burcalıyevin və həkim psixatır E.Cavadovun verdiyi xx.xx.2020-ci il tarixli 217 saylı arayışlara əsasən, Göyçay rayon Potu kənd sakini, xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs psixiatrik və narkoloji kabinetlərdə qeydiyyatda yoxdur. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talama məqsədilə xx.xx.2020-ci il tarixdə saat 14 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs məxsus Göyçay rayon Potu kəndində yerləşən, kənarları daş hasarla və çəpərlə əhatə olunmuş saxlanc yeri hesab olunan bağ sahəsinə çəpərin üzərindən keçmə yolu ilə qanunsuz daxil olaraq oradan zərərçəkmiş şəxsə məxsus 1 metri 5 manat dəyərində, hər biri 4 metr uzunluqda olan ümumilikdə 06 ədəd metal boruları gizli yolla talayaraq Zərərçəkmiş şəxs 120 manat maddi ziyan vurmaqla oğurluq edərək Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi tam sübuta yetir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olduğunu, zərərçəkmişə dəymiş ziyanı tam ödədiyini, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbinin olmadığını, himayəsində iki azyaşlı uşağın olduğunu cəzasını yüngülləşdirilən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə hüquqlarını 8 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 8 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 48 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 75 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan əlaqədar 06 ədəd dəmir borular zərərçəkmiş Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə məhkəmə xərci olan 75 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351, 353, 381, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş 08 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 48 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ013501**********2944, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 75 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Hökmün icrası Göyçay rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar