Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-98/2022 30.11.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi2 və təqsirləndirilən şəxs X3 iştirakı ilə, xx.xx.1971-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respulikasının vətəndaşı, orta təhsilli, işsiz, məhkumluğu olmayan, evli, himayəsində bir yetkinlik yaşına çatmayan və bir azyaşlı övladı olan, ünvan 1 ünvanda yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş X3 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs X5 istintaqa məlum olmayan müddətdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 0,367 qram çəkidə narkotik vasitə olan heroin və 0,06 qram çəkidə narkotik vasitə olan metadon əldə edib şəxsi istifadəsi üçün heroini bir ədəd göy rəngli sellofan bükümdə metadonla birlikdə bənövşəyi rəngli sellofan torbada qablaşdırıb əynində olan boz rəngli şalvarın arxa cibində saxlamış və daşımış, 04 iyun 2022-ci il tarixdə, saat 15:30-da Göyçay RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən həmin bənövşəyi rəngli sellofan torbanın içərisində olan göy rəngli sellofan bükümdə qablaşdırılmış təmiz çəkisi 0,367 qram narkotik vasitə olan heroin və 0,06 qram narkotik vasitə olan metadon aşkar edilərək götürülmüşdür. Bununla da X5 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş X5 elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2022-ci ilin may ayının sonlarında o Mingəçevir şəhərində mərkəzi bazarda olarkən yerdə bir ədəd bənövşəyi rəngli sellofan görmüşdür. Həmin sellofan diqqətini cəlb etdiyi üçün o yaxınlaşıb həmin sellofanı götürmüş və içərisinə baxdıqda narkotik vasitə heroin və bir neçə həb olduğunu görmüşdür. 04 iyun saat 15 radələrində yaşadığı evdə olarkən polis əməkdaşları yaşadığı ünvana gələrək onu çağırmışlar, özlərini təqdim edib, narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu bildirib, üzərinə şəxsi axtarış keçirəcəklərini, buna görə də rayon polis şöbəsinə getməli olduğunu bildirmişlər. Etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə rayon polis şöbəsinə gəlmişlər. Bundan sonra ona Müdafiəçi1 təqdim edilərək, şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra polis əməkdaşları videoçəkilişlə üzərində şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış zamanı əynindəki boz rəngli şalvarın arxa cibində saxladığı bir ədəd bənövşəyi rəngli sellofan torbanın içərisində olan 1 ədəd fenazepan həbi, 1 ədəd bütöv və 2/1 ədəd metadon həbi, 1 ədəd tramadol həbi və göy rəngli sellofan bükümün içərisində olan narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Həmin heroin narkotik vasitəsi sellofan büküm ilə birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəki 0,44 qram müəyyən edilmişdir. Həmin sellofan torba içərisindəki kütlə və həblərlə birlikdə zərfə qoyulmuş, zərfin ağzı kleylənərək üzəri möhürlənmiş və imzalanmışdır. Bundan sonra üzərinə şəxsi axtarış keçirilməsinə dair protokol tərtib edilmiş, ucadan oxunmuş və imzalanmışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, Göyçay RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması və qanunsuz olaraq üzərində narkotik vasitə daşıması və saxlaması barədə Göyçay RPŞ-nin əməliyyat aparatına daxil olmuşməlumat əsasında 04 iyun 2022ci il tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə başlanılmışdır. Həmin əməliyyat-axtarış tədbirində Göyçay RPŞnin bir neçə nəfər polis əməkdaşı ilə birlikdə iştirak etmişdir. Həmin gün saat 15 radələrində Göyçay RPŞ-nin bir neçə nəfər əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşadığı evə gəlmişlər. Təqsirləndirilən şəxs evdən çağırıb, özlərini təqdim edib, üzərində narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğuna görə onlarla birlikdə Göyçay rayon polis şöbəsinə getməli olduğunu bildirmişlər. Bu zaman Təqsirləndirilən şəxs heç bir etiraz etməmiş və birlikdə Göyçay rayon polis şöbəsinə gəlmişlər. Polis şöbəsində olarkən təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Həmin vaxt şöbənin Növbətçi Hissəsində videokamera vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın arxa cibində saxladığı bir ədəd bənövşəyi rəngli sellofan torbanın içərisində olan 1 ədəd fenazepan həbi, 1 ədəd bütöv və 2/1 ədəd metadon həbi, 1 ədəd tramadol həbi və göy rəngli sellofan bükümün içərisində olan narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Həmin heroin narkotik vasitəsi sellofan büküm ilə birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəki 0,44 qram müəyyən edilmişdir. Həmin sellofan torba içərisindəki kütlə və həblərlə birlikdə zərfə qoyulmuş, zərfin ağzı kleylənərək üzəri möhürlənmiş və imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə dair protokol tərtib edilmiş, ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 17/456 №-li rəyindən görünür ki, ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr.” sözləri və imzalar yazılmış 01 ədəd zərfin içərisindəki 01 (bir) ədəd göy rəngli sellofan bükümdə, təmiz çəkisi – 0,367 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Həmin zərfin içərisindəki 01 (bir) ədəd göy-ağ rəngli kapsul formalı, 01 (bir) ədəd ağ rəngli dairəvi formalı 01 (bir) ədəd və ½ ədəd üzərlərində “M40” yazısı olan qəhvəyi rəngli dairəvi formalı həblərin tədqiqatını müvafiq laboratoriya cihazı olmadığından aparmaq mümkün olmadı. Qeyd: Heroinin ümumi təmiz çəkisi 0.367 qram, tədqiqata sərf edildi – 0.050 qram, qalıq 0.0317 qram. Aparılmış ekspertizanın dəyəri 69.10 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/5217 №-li rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 TƏDQİQAT OBYEKTİ № 3” “Ekspert rəyi 17/456......” yazı və imzalar olan paketdə 2 ədəd üzərində “Methadone 40” yazılan konvalyut kəsiyində üzərində “F/M40” yazılan 1 ədəd bütöv və ½ ədəd qəhvəyi rəngli, dairəvi formalı həblər sintetik narkotik vasitə metadon olub, təsiredici maddənin ümumi miqdarı 0,06 qramdır. 1 ədəd ağ-göy rəngli kapsula güclü təsir edən maddə tramadol olub, tərkibində tramadol təsiredici maddəsinin miqdarı 0,05 qramdır. 1 ədəd konvalyut kəsiyində 1 ədəd ağ rəngli dairəvi formalı həb psixotrop maddə fenazepam olub, 1 ədəd həbin tərkibində fenazepam təsiredici maddəsinin miqdarı 0,001 qramdır. Qeyd: 1 ədəd bütöv və ½ ədəd metadon həbinin hər birinin yarısı tədqiqata sərf edildi. 1 ədəd tramadol kapsulunun yarısı tədqiqata sərf edildi. 1 ədəd fenazepan həbinin yarısı tədqiqata sərf edildi. Aparılmış ekspertizanın dəyəri 88 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Göyçay rayon Məhkəməsinin xx.xx.2014cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinə əsasən 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. X3 məhkumluğu yoxdur. Cinayət işinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutma haqqında protokoldan görünür ki, X5 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X5 xx.xx.2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək Göyçay RPŞ-nin MSY-dən azad edilmişdir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X1 məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, 0,367 qram çəkidə narkotik vasitə olan heroin və 0,06 qram çəkidə narkotik vasitə olan metadonu əldə edib öz şəxsi istifadəsi üçün qanunsuz saxlayaraq xx.xx.2022-ci il tarixdə, saat 15 radələrində yaşadığı Göyçay şəhərində yerləşən fərdi yaşayış evinin yaxınlığında üzərində saxlamaqla, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, təqsirləndirilən şəxs X3 törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmamış uşağın olduğunu cəzasını yüngülləşdirilən hallar kimi nəzərə alır. X3 cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, təqsirləndirilən şəxs X4 cəza təyin edərkən cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. X3 həbsdə saxlanıldığı iki gün nəzərə alınmalı, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. X4 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Göyçay RPŞ-nin MSSK-da saxlanılan ekspert tədqiqatından sonra qalan ½ və 1/4 ədəd metadon, 0.317 qram narkotik vasitə olan heroin məhv edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X3 məhkəmə icraat dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqsirləndirilən şəxs X3 məhkəmə baxışı dövründə hüquqlarını 08 saat müddətində müdafiə etmişdir. Odur ki, X4 göstərilmiş 08 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi2 48 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. X2 iş üzrə məhkəmə xərci olan 157.10 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347.2, 349, 351- 353,356, 358.2-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: X5 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. X3 məhkəmə baxışınadək həbsdə saxlandığı iki gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cazasından çıxılaraq, üzərində qəti olaraq 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X3 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs X3 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X5 Azərbaycan Respublikası CM-nin 93.1.2-cü maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Göyçay RPŞ-nin MSSK-da saxlanılan ekspert tədqiqatından sonra qalan ½ və 1/4 ədəd metadon, 0.317 qram narkotik vasitə olan heroin məhv edilməlidir. X2 iş üzrə məhkəmə xərci olan 157.10 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. X4 göstərilmiş 08 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi2 48 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ013501**********2944, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Hökmün icrası Göyçay rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov.
Məhkəmə qərarları › İş №1(046)-98/2022
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-98/2022
30.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver