Azərbaycan Respublikası adından HÖKM Laçın rayonu İş № 1(047)-1/2024 03.04.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X11 və X5, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 nümayəndəsi və eyni zamanda digər zərər çəkmiş şəxslər X11 və X5 vəkili Müdafiəçi5, X1 və X9, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs4, onun müdafiəçisi Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1995-ci ildə Qusar rayonu Əniğ kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Qusar rayonu Əniğ kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə, xx.xx.1991-ci ildə Laçın rayonu Leninkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Laçın rayonu Qarakeçdi kəndində qeydiyyatda olmaqla Ağcabədi rayonu Taxtakörpü qəsəbəsi, ünvan 2 ünvanında yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə, xx.xx.1998-ci ildə Qusar rayonu Əniğ kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Qusar rayonu Əniğ kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə, xx.xx.1988-ci ildə Laçın rayonu Leninkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Laçın rayonu Qarakeçdi kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni yaşayış massivində yerləşən fərdi evdə yaşamış, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş, lakin Laçın Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli hökmü ilə 1 (bir) il, 02 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Aparılmış ibtidai istintaq nəticəsində müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 bir qrup şəxs qismində, ictimai qaydanın pozulmasının qarşısını alamağa çalışan şəxsə müqavimət göstərməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə, habelə özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər törədərək xuliqanlıq etmişdir. Belə ki, o, "xxxx" MMC-də işə qəbul olunub işğaldan azad edilmiş Laçın şəhərində fəhlə kimi işləyərkən həmin şirkətin digər fəhlələri-həmkəndlisi Təqsirləndirilən şəxs2, Laçın rayonu Qarakeçdi kənd sakinləri Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə birlikdə xx.xx.2023-cü il tarixdə, saat 12:30 radələrində Laçın şəhərində, “Dərəlik” adlanan ərazidə nahar yeməyi zamanı alkaqollu içki qəbul etdikdən sonra sərxoş halda istirahət etmək məqsədi ilə saat 14 radələrində qeyd olunan şəxslərlə birlikdə yaşadıqları "xxxx" MMC tərəfindən Laçın şəhərində salınan xidməti ofis və yaşayış düşərgəsinin yerləşdiyi əraziyə gələrək aralarında bir-biri ilə uca səslə təhqiramiz ifadələrlə danışaraq səs-küy salıb özlərini cəmiyyətdə qəbul olunmuş birgə yaşayış qaydalarına zidd şəkildə apararkən, səs-küyə çölə çıxan "xxxx" MMC-də layihə rəhbəri vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 düşərgədə bir çox işçilərin olduğunu, bu kimi təhqiramiz söyüşlərin işlədilməsinin cəmiyyətdə normal qəbul edilmədiyini, onların bu hərəkətinin normal iş prosesinə mane olduğunu və şirkətin cəmiyyətdə nüfuzuna xələl gətirdiyini deyərək etdikləri hərəkətlərə öz iradlarını bildirdib söyüş söyülməsinə son qoymalarını, normal etik qaydalara riayət etmələrini, səs-küy salmadan yataq vaqonlarına gedib normal qaydada istirahət etmələrini tələb edərkən, sonuncunun haqlı iradlarını qəbul etməyib ətrafdakı şəxslərin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək məqsədi ilə qeyd olunan şəxslərdən ibarət bir qrup şəxs halında Zərərçəkmiş şəxs1la mübahisə edib sonuncunun bu söhbətdə haqsız olduğunu sübut etməyə çalışaraq ünvanına təhqiramiz söyüşlər işlədib heç kimin ona hər hansı irad bildirməyə haqqı çatmadığını deyib daha aqressiv hərəkətlər etməyə başlamış, bu zaman baş verənləri kənardan görən "xxxx" MMC-də memar vəzifəsində işləyən X10 və "xxxx" MMC-də xəritə mühəndisi vəzifəsində işləyən X19 yaxınlaşıb onları sakitləşdirməyə çalışarkən bu kimi hərəkətlərini davam etdirərək ictimai qaydanın pozulmasının qarşısını almağa çalışan sonunculara müqavimət göstərməklə heç bir əsaslı səbəb olmadan uca səslə nalayiq ifadələrlə təhqir edərək dalaşmağa başlamış, nəticədə kiçik mübahisənin ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməsinə səbəb olaraq qeyd olunan şirkətdə çalışan və istirahət edən, habelə səs-küyə toplaşan ətarfdakı çoxsaylı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək, bir qrup şəxs halında Zərərçəkmiş şəxs1, Ufuk Develi və Ali Uşana qarşı əl-qol ataraq zor tətbiq etmiş, qeyd olunan şəxslərin müxtəlif nahiyələrinə qəsdən bir neçə əl və ayaq zərbələri vurub dalaşmış, ətrafdakı şəxslərin araya girib onu sakitləşdirməyə çalışmalarına baxmayaraq xuliqanlıq hərəkətlərini davam etdirib Zərərçəkmiş şəxs1 və digərlərini kobud zorakılıqla sarsıtmaq məqsədi ilə başı ilə Zərərçəkmiş şəxs1 sağ qaş nahiyəsinə qəsdən bir zərbə, habelə əl və ayaq zərbələri ilə sonuncuların bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurmaqla Zərərçəkmiş şəxs1 sağ qaş üzərində əzilmiş yara ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmuş, habelə sağ gözün alt qapağında qançır, sol bazuda qançır, sol kürək və sol bel nahiyəsində sıyrıqlar ilə müşayiət olunan dərəcəsi təyin edilməyən xəsarətlər, Ali Uşana başında şişkinlik, boynunda, sağ bazunun ön səthində və döş qəfəsinin sağ yan səthində qançırlar ilə müşayiət olunan dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, ətrafdakı şəxslərin araya girib onu sakitləşdirmək məqsədi ilə yaşadığı vaqona apardıqdan sonra hirsi soyumayıb yenidən mübahisə etmək məqsədi ilə təkbaşına şirkətin xidməti ofisinə getmiş, orada "xxxx" MMC-də xəritə mühəndisi vəzifəsində işləyən Şahid4 görüb sonuncunun üzərinə hücum çəkərək ona doğru yumruq atmış, lakin Şahid4 həmin zərbədən yayınaraq ofisdən çölə çıxdıqdan sonra masanın üzərindəki əşyaları dağıtmış, nəticədə Ufuk Develi və Ali Uşanın istifadəsində olan sonunculara məxsus ümumi dəyəri 1.020 (bir min iyirmi) manat təşkil edən müxtəlif əşyaları, yəni dəyəri 280 (iki yüz səksən) manat olan “hp 27es” markalı monitor, dəyəri 450 (dörd yüz əlli) manat olan “hp elitte book 9470m” markalı noutbuk, dəyəri 10 (on) manat olan “fantech hunterpro K511” markalı klaviatura və dəyəri 280 (iki yüz səksən) manat olan “canon i-sensys mf211” markalı printeri aşırdıb yerə tökməklə zədələmiş, bu hərəkətləri ilə qeyd olunan şirkətlərin normal iş fəaliyyətinin və düşərgədəki şəxslərin istirahətinin təxminən 30 dəqiqə pozulmasına səbəb olub bir qrup şəxs halında, ictimai qaydanın pozulmasının qarşısını alamağa çalışan şəxsə müqavimət göstərməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə, habelə özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 bir qrup şəxs qismində, ictimai qaydanın pozulmasının qarşısını alamağa çalışan şəxsə müqavimət göstərməklə, habelə silah qismində istifadə edilən əşyadan istifadə etməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər törədərək xuliqanlıq etmişdir. Belə ki, o, "xxxx" MMC-də işə qəbul olunub işğaldan azad edilmiş Laçın şəhərində fəhlə kimi işləyərkən həmin şirkətin digər fəhlələri-həmkəndlisi Təqsirləndirilən şəxs1, Laçın rayonu Qarakeçdi kənd sakinləri Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə birlikdə xx.xx.2023-cü il tarixdə, saat 12:30 radələrində Laçın şəhərində, “Dərəlik” adlanan ərazidə nahar yeməyi zamanı alkaqollu içki qəbul edib sərxoş olduqdan sonra istirahət etmək məqsədi ilə qeyd olunan şəxslərlə birlikdə saat 14 radələrində yaşadıqları "xxxx" MMC tərəfindən Laçın şəhərində salınan xidməti ofis və yaşayış düşərgəsinin yerləşdiyi əraziyə gələrək aralarında bir-biri ilə uca səslə təhqiramiz ifadələrlə danışaraq səs-küy salıb özlərini cəmiyyətdə qəbul olunmuş birgə yaşayış qaydalarına zidd şəkildə apararkən səs-küyə çölə çıxan "xxxx" MMC-də layihə rəhbəri vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 düşərgədə bir çox işçilərin olduğunu, bu kimi təhqiramiz söyüşlərin işlədilməsinin cəmiyyətdə normal qəbul edilmədiyini, onların bu hərəkətinin normal iş prosesinə mane olduğunu və şirkətin cəmiyyətdə nüfuzuna xələl gətirdiyini deyərək etdikləri hərəkətlərə öz iradlarını bildirdib söyüş söyülməsinə son qoymalarını, normal etik qaydalara riayət etmələrini, səs-küy salmadan yataq vaqonlarına gedib normal qaydada istirahət etmələrini tələb edərkən, sonuncunun haqlı iradlarını qəbul etməyib ətrafdakı şəxslərin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək məqsədi ilə qeyd olunan şəxslərdən ibarət bir qrup şəxs halında Zərərçəkmiş şəxs1la mübahisə edib sonuncunun bu söhbətdə haqsız olduğunu sübut etməyə çalışaraq ünvanına təhqiramiz söyüşlər işlədib heç kimin ona hər hansı irad bildirməyə haqqı çatmadığını deyib daha aqressiv hərəkətlər etməyə başlamış, bu zaman baş verənləri kənardan görən "xxxx" MMC-də memar vəzifəsində işləyən X10 və "xxxx" MMC-də xəritə mühəndisi vəzifəsində işləyən X19 yaxınlaşıb onları sakitləşdirməyə çalışarkən bu kimi hərəkətlərini davam etdirərək heç bir əsaslı səbəb olmadan ictimai qaydanın pozulmasının qarşısını alamağa çalışan sonunculara müqavimət göstərməklə uca səslə nalayiq ifadələrlə təhqir edərək dalaşmağa başlamış, nəticədə kiçik mübahisənin ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməsinə səbəb olaraq qeyd olunan şirkətdə çalışan və istirahət edən, habelə səs-küyə toplaşan ətarfdakı çoxsaylı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək, bir qrup şəxs halında Zərərçəkmiş şəxs1, Ufuk Develi və Ali Uşana qarşı əl-qol ataraq zor tətbiq etmiş, qeyd olunan şəxslərin müxtəlif nahiyələrinə qəsdən bir neçə əl və ayaq zərbələri vurub dalaşmış, ətrafdakı şəxslərin araya girib onu sakitləşdirməyə çalışmalarına baxmayaraq xuliqanlıq hərəkətlərini davam etdirib Zərərçəkmiş şəxs1 və digərlərini kobud zorakılıqla sarsıtmaq, onlarda vahimə yaratmaq və müvəqqəti də olsa onları öz iradəsinə tabe etdirmək məqsədi ilə Təqsirləndirilən şəxs3 və özü yerdən əl ovucu ölçüsündə daş parçaları götürüb silah qismində istifadə edərək ətrafdakı şəxslərin gözü qarşısında Təqsirləndirilən şəxs3 tərəfindən X6 zor tətbiq edib qarın nahiyəsinə daşla qəsdən bir zərbə, özü isə Zərərçəkmiş şəxs1 zor tətbiq edərək sağ qaş nahiyəsinə daşla qəsdən bir zərbə, habelə əl və ayaq zərbələri ilə bədənin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurmaqla ona sağ qaş üzərində əzilmiş yara ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmuş, habelə sağ gözün alt qapağında qançır, sol bazuda qançır, sol kürək və sol bel nahiyəsində sıyrıqlar ilə müşayiət olunan dərəcəsi təyin edilməyən xəsarətlər, Ali Uşana başında şişkinlik, boynunda, sağ bazunun ön səthində və döş qəfəsinin sağ yan səthində qançırlar ilə müşayiət olunan dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, bu hərəkətləri ilə qeyd olunan şirkətlərin normal iş fəaliyyətinin və düşərgədəki şəxslərin istirahətinin təxminən 30 dəqiqə pozulmasına səbəb olub-bir qrup şəxs halında, ictimai qaydanın pozulmasının qarşısını almağa çalışan şəxsə müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs3 bir qrup şəxs qismində, ictimai qaydanın pozulmasının qarşısını alamağa çalışan şəxsə müqavimət göstərməklə, habelə silah qismində istifadə edilən əşyadan istifadə etməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər törədərək xuliqanlıq etmişdir. Belə ki, o, "xxxx" MMC-də işə qəbul olunub işğaldan azad edilmiş Laçın şəhərində fəhlə kimi işləyərkən həmin şirkətin digər fəhlələri-həmkəndlisi Təqsirləndirilən şəxs4, Qusar rayonu Əniğ kənd sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə xx.xx.2023-cü il tarixdə, saat 12:30 radələrində Laçın şəhərində, “Dərəlik” adlanan ərazidə nahar yeməyi zamanı alkaqollu içki qəbul edib sərxoş olduqdan sonra istirahət etmək məqsədi ilə qeyd olunan şəxslərlə birlikdə, saat 14 radələrində yaşadıqları "xxxx" MMC tərəfindən Laçın şəhərində salınan xidməti ofis və yaşayış düşərgəsinin yerləşdiyi əraziyə gələrək aralarında bir-biri ilə uca səslə təhqiramiz ifadələrlə danışaraq səs-küy salıb özlərini cəmiyyətdə qəbul olunmuş birgə yaşayış qaydalarına zidd şəkildə apararkən, səsküyə çölə çıxan "xxxx" MMC-də layihə rəhbəri vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 düşərgədə bir çox işçilərin olduğunu, bu kimi təhqiramiz söyüşlərin işlədilməsinin cəmiyyətdə normal qəbul edilmədiyini, onların bu hərəkətinin normal iş prosesinə mane olduğunu və şirkətin cəmiyyətdə nüfuzuna xələl gətirdiyini deyərək etdikləri hərəkətlərə öz iradlarını bildirdib söyüş söyülməsinə son qoymalarını, normal etik qaydalara riayət etmələrini, səs-küy salmadan yataq vaqonlarına gedib normal qaydada istirahət etmələrini tələb edərkən sonuncunun haqlı iradlarını qəbul etməyib ətrafdakı şəxslərin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək məqsədi ilə qeyd olunan şəxslərdən ibarət bir qrup şəxs halında Zərərçəkmiş şəxs1la mübahisə edib sonuncunun bu söhbətdə haqsız olduğunu sübut etməyə çalışaraq ünvanına təhqiramiz söyüşlər işlədib heç kimin ona hər hansı irad bildirməyə haqqı çatmadığını deyib daha aqressiv hərəkətlər etməyə başlamış, bu zaman baş verənləri kənardan görən "xxxx" MMC-də memar vəzifəsində işləyən X10 və "xxxx" MMC-də xəritə mühəndisi vəzifəsində işləyən X19 yaxınlaşıb onları sakitləşdirməyə çalışarkən bu kimi hərəkətlərini davam etdirərək ictimai qaydanın pozulmasının qarşısını alamağa çalışan sonunculara müqavimət göstərməklə heç bir əsaslı səbəb olmadan uca səslə nalayiq ifadələrlə təhqir edərək dalaşmağa başlamış, nəticədə kiçik mübahisənin ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməsinə səbəb olaraq qeyd olunan şirkətdə çalışan və istirahət edən, habelə səs-küyə toplaşan ətarfdakı çoxsaylı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək, bir qrup şəxs halında Zərərçəkmiş şəxs1, Ufuk Develi və Ali Uşana qarşı əl-qol ataraq zor tətbiq etmiş, qeyd olunan şəxslərin müxtəlif nahiyələrinə qəsdən bir neçə əl və ayaq zərbələri vurub dalaşmış, ətrafdakı şəxslərin araya girib onu sakitləşdirməyə çalışmalarına baxmayaraq xuliqanlıq hərəkətlərini davam etdirib Zərərçəkmiş şəxs1 və digərlərini kobud zorakılıqla sarsıtmaq, onlarda vahimə yaratmaq və müvəqqəti də olsa onları öz iradəsinə tabe etdirmək məqsədi ilə özü və Təqsirləndirilən şəxs2 yerdən əl ovucu ölçüsündə daş parçaları götürüb silah qismində istifadə edərək ətrafdakı şəxslərin gözü qarşısında özü X6 zor tətbiq edib qarın nahiyəsinə daşla qəsdən bir zərbə, daha sonra isə əlinin içi ilə sonuncunun başının arxa nahiyəsinə qəsdən bir şillə, həmçinin yumruqla X11 başının arxa nahiyəsinə qəsdən bir zərbə, eyni vaxtda Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs1 zor tətbiq edərək sağ qaş nahiyəsinə daşla qəsdən bir zərbə, əl və ayaq zərbələri ilə sonuncuların bədənin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurmaqla Zərərçəkmiş şəxs1 sağ gözün alt qapağında qançır, sol bazuda qançır, sol kürək və sol bel nahiyəsində sıyrıqlar ilə müşayiət olunan dərəcəsi təyin edilməyən xəsarətlər, Ali Uşana başında şişkinlik, boynunda, sağ bazunun ön səthində və döş qəfəsinin sağ yan səthində qançırlar ilə müşayiət olunan dərəcəsi təyin edilməyən xəsarətlər, Ufuk Develiyə qarının ön divarında bir ədəd qançır ilə müşayiət olunan dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, bu hərəkətləri ilə qeyd olunan şirkətlərin normal iş fəaliyyətinin və düşərgədəki şəxslərin istirahətinin təxminən 30 dəqiqə pozulmasına səbəb olub-bir qrup şəxs halında, ictimai qaydanın pozulmasının qarşısını alamağa çalışan şəxsə müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs4 bir qrup şəxs qismində, ictimai qaydanın pozulmasının qarşısını alamağa çalışan şəxsə müqavimət göstərməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər törədərək xuliqanlıq etmişdir. Belə ki, o, "xxxx" MMC-də işə qəbul olunub işğaldan azad edilmiş Laçın şəhərində fəhlə kimi işləyərkən həmin şirkətin digər fəhlələri-həmkəndlisi Təqsirləndirilən şəxs3, Qusar rayonu Əniğ kənd sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə xx.xx.2023-cü il tarixdə, saat 12:30 radələrində Laçın şəhərində, “Dərəlik” adlanan ərazidə nahar yeməyi zamanı alkaqollu içki qəbul etdikdən sonra sərxoş halda istirahət etmək məqsədi ilə saat 14 radələrində qeyd olunan şəxslərlə birlikdə yaşadıqları "xxxx" MMC tərəfindən Laçın şəhərində salınan xidməti ofis və yaşayış düşərgəsinin yerləşdiyi əraziyə gələrək aralarında bir-biri ilə uca səslə təhqiramiz ifadələrlə danışaraq səs-küy salıb özlərini cəmiyyətdə qəbul olunmuş birgə yaşayış qaydalarına zidd şəkildə apararkən səsküyə çölə çıxan "xxxx" MMC-də layihə rəhbəri vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 düşərgədə bir çox işçilərin olduğunu, bu kimi təhqiramiz söyüşlərin işlədilməsinin cəmiyyətdə normal qəbul edilmədiyini, onların bu hərəkətinin normal iş prosesinə mane olduğunu və şirkətin cəmiyyətdə nüfuzuna xələl gətirdiyini deyərək etdikləri hərəkətlərə öz iradlarını bildirdib söyüş söyülməsinə son qoymalarını, normal etik qaydalara riayət etmələrini, səs-küy salmadan yataq vaqonlarına gedib normal qaydada istirahət etmələrini tələb edərkən sonuncunun haqlı iradlarını qəbul etməyib ətrafdakı şəxslərin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək məqsədi ilə qeyd olunan şəxslərdən ibarət bir qrup şəxs halında Zərərçəkmiş şəxs1la mübahisə edib sonuncunun bu söhbətdə haqsız olduğunu sübut etməyə çalışaraq ünvanına təhqiramiz söyüşlər işlədib heç kimin ona hər hansı irad bildirməyə haqqı çatmadığını deyib daha aqressiv hərəkətlər etməyə başlamış, bu zaman baş verənləri kənardan görən "xxxx" MMC-də memar vəzifəsində işləyən X10 və "xxxx" MMC-də xəritə mühəndisi vəzifəsində işləyən X19 yaxınlaşıb onları sakitləşdirməyə çalışarkən bu kimi hərəkətlərini davam etdirərək ictimai qaydanın pozulmasının qarşısını alamağa çalışan sonunculara müqavimət göstərməklə heç bir əsaslı səbəb olmadan uca səslə nalayiq ifadələrlə təhqir edərək dalaşmağa başlamış, nəticədə kiçik mübahisənin ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməsinə səbəb olaraq qeyd olunan şirkətdə çalışan və istirahət edən, habelə səs-küyə toplaşan ətarfdakı çoxsaylı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək, ilk öncə yumruqla Zərərçəkmiş şəxs1 sinə nahiyəsinə qəsdən bir zərbə vurmuş, bundan əlavə bir qrup şəxs halında Zərərçəkmiş şəxs1, Ufuk Develi və Ali Uşana qarşı əl-qol ataraq zor tətbiq etmiş, qeyd olunan şəxslərin bədənlərinin müxtəlif nahiyələrinə qəsdən bir neçə əl və ayaq zərbələri vurmaqla Zərərçəkmiş şəxs1 sağ gözün alt qapağında qançır, sol bazuda qançır, sol kürək və sol bel nahiyəsində sıyrıqlar ilə müşayiət olunan dərəcəsi təyin edilməyən xəsarətlər, Ali Uşana başında şişkinlik, boynunda, sağ bazunun ön səthində və döş qəfəsinin sağ yan səthində qançırlar ilə müşayiət olunan dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, bu hərəkətləri ilə qeyd olunan şirkətlərin normal iş fəaliyyətinin və düşərgədəki şəxslərin istirahətinin təxminən 30 dəqiqə pozulmasına səbəb olub-bir qrup şəxs halında, ictimai qaydanın pozulmasının qarşısını alamağa çalışan şəxsə müqavimət göstərməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq törətmişdir. Bununla da ibtidai istintaq orqanının gəldiyi nəticəyə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 221.2.1 və 221.2.2, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası CM-in 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 25 yanvar 2023-cü il tarixdə Laçın şəhərində tikinti işləri ilə məşğul olan AVES” MMC-də fəhlə kimi işə qəbul olunmuş elə həmin tarixdən 11 aprel 2023-cü il tarixədək sözügedən şirkətdə işləmişdir. 11 aprel 2023-cü il tarixdə şirkətdə xəritə mühəndisi vəzifəsində işləyən X20 ona işindən çıxarılması barədə məlumat verərək icra etdiyi işə uyğun 955 manat məbləğində əmək haqqı ödənişi etmiş və onun şirkətdən alacaq pulu qalmamışdır. Onunla bərabər fəhlə kimi işləyən Təqsirləndirilən şəxs2 adlı həmkəndlisi də işdən çıxarılmışdır. İşdən çıxarılmaları ilə əlaqədar nə onun, nə də Təqsirləndirilən şəxs2 şirkətin hər hansı rəhbər əməkdaşı ilə narazılıq və söz-söhbətləri olmamışdır. Həmin gün şirkətin düşərgəsində qalmış, səhəri gün, yəni 12 aprel 2023-cü il tarixdə isə yaşadığı Qusar rayonuna qayıtmaq qərarına gəlmişdir. Getməzdən öncə bir neçə yaxın yoldaşları ilə yeyib-içmək qərarına gəlmiş, bu məqsədlə Təqsirləndirilən şəxs2la birlikdə bir qədər qida məhsulları və alkoqollu içkilər alıb qonaqlıq süfrəsi açmışlar. O və Təqsirləndirilən şəxs2 həmin şirkətdə işləyən Şahid2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Şahid1la birlikdə günorta saatlarında Laçın şəhərində “Dərəlik” adlanan ərazidə kabab bişirərək yeyib-içməyə başlamış, bu zaman birlikdə alkoqollu içkilər qəbul etmişlər. Həmin vaxt o, arağı pivəylə qarışdırmış və digər yoldaşlara nisbətən daha çox içki qəbul etdiyindən sərxoş olub özünü idarə edə bilməmişdir. Ondan başqa digər yoldaşlar da sərxoş halda olmuşlar. Az sonra Təqsirləndirilən şəxs4 yatıb istirahət etmək məqsədi ilə onunla birlikdə qaldıqları yataq düşərgəsinə tərəf getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs4 də alkaqollu içkinin təsirindən sərxoş halda olmuşdur. Düşərgənin həyətində olarkən o və Təqsirləndirilən şəxs4 bir-biri ilə yüksək səslə danışıb zarafatlaşmış, bu vaxt "xxxx" MMC-nin layihə rəhbəri vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 şirkətin yeməkxana istiqamətindən onlara doğru gəlib “bu nə haldı, niyə içmisən” deyə soruşanda o, spirtli içkini iş vaxtı içmədiyini, artıq şirkətdə işləmədiyini, yəni işdən azad edildiyini, buna görə içki qəbul etməsinin ona heç bir dəxli olmadığını bildirib bununla bağlı ona irad bildirməsinin yersiz olduğunu demişdir. Onun bu sözlərindən sonra Zərərçəkmiş şəxs1 onun ünvanına təhqiramiz ifadələr işlətmiş, buna görə o, da qarşılıqlı olaraq Zərərçəkmiş şəxs1 təhqir etmişdir. Bundan sonra aralarında mübahisə yaranmış, həmin vaxt orada olan Təqsirləndirilən şəxs4 onu və Zərərçəkmiş şəxs1 sakitləşdirməyə çalışırmışdır. Az sonra səs-küyə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Şahid2 və Şahid1 da onların yanına gəlmişdir. Mübahisə böyüdükcə Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Şahid2 həmin mübahisəyə qoşularaq səs-küy salmışlar. Lakin Şahid1 sonadək mübahisəyə qoşulmamış, hər iki tərəfi aralayıb sakitləşdirməyə çalışmışdır. Daha sonra səs-küyə şirkətin digər əməkdaşları Ali Uşan və Ufuk Develi də həmin yerə gəlib araya girib onları sakitləşdirməyə çalımışlar. Hadisələr çox surətli cərəyan etmiş, hərə bir tərəfdən mübahisə etdiyindən qarışıqlıq düşmüş, həmin vaxt o, Zərərçəkmiş şəxs1 əl-qol atıb dalaşmış, başı ilə sonuncunun üz nahiyəsinə qəsdən bir zərbə vurmuş, nəticədə Sahibin qaş nahiyəsi qanamışdır. Bu zaman Zərərçəkmiş şəxs1 da onu vurmuş, lakin sonuncunun onu necə və hansı nahiyəsindən vurması yadında qalmamışdır. Dava-dalaş düşəndən sonra onunla yeyib-içən şəxslər də davaya qoşulmuş, lakin konkret olaraq həmin şəxslərdən kimin kimi vurmasını xatırlamır. Ondan başqa hər hansı şəxsin Zərərçəkmiş şəxs1 vurmasını və ya sonuncuya daşla zərbə endirməsini görməmişdir. Həmin vaxt ondan başqa kimin Zərərçəkmiş şəxs1 döyməsini bilmir. Hadisə zamanı qarışıqlıq düşdüyündən Ali Uşanla onun arasında dartışma baş vermiş, o, sonuncunun yaxasından tutub bir qədər irəli dartıb geri itələmişdir. Lakin sonuncunu döyməmişdir. Bir qədər sonra səs-küyə gələn şəxslər araya girib onları aralamış, bundan sonra Zərərçəkmiş şəxs1 və Ali Uşan həmin yerdən çıxıb getmişlər. Elə həmin vaxt qarşısına "xxxx" şirkətinin memarı Ufuk Develi çıxmış, o, səbəbsiz yerə həmin şəxslə mübahisə edərkən sonuncu qaçıb oradan uzaqlaşmaq istəmiş, lakin o, Ufuk Develinin arxasınca qaçıb onu tutmağa və vurmağa çalışmış, lakin tuta bilməmişdir. Bu səbəbdən Ufuk Develiyə heç bir zərbə vura bilməmişdir. Bundan sonra həmin yerdə yerləşən qeyd olunan şirkətin xidməti ofisinə daxil olub Ufuk Develi və Ali Uşanın iş otağına girmiş, bu zaman şirkətin digər əməkdaşı Şahid4lə qarşılaşanda səbəbsiz yerə sonuncunun üzərinə gedib mübahisə etmiş, sonuncu ilə aqressiv danışmış, lakin Seymur onun sərxoş olduğunu görüb ona baş qoşmayıb çıxıb getmişdir. Şahid4 ofisdən çıxdıqdan sonra o, ofisdəki sənəd və əşyaları dağıdıb yerə tökmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs4 onu arxadan tutaraq qaldıqları vaqona aparmış, bundan sonra o, bir qədər həmin vaqonda yatmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 ifadəsində əvvəllər Ali Uşan, Zərərçəkmiş şəxs1 və Ufuk Develi ilə aralarında heç bir ədavət olmadığını, sözügedən mübahisə gedişində ara qızışdığından özündən asılı olmayaraq dalaşdığını, həmin vaxt Zərərçəkmiş şəxs1 və xatırlamadığı şəxsə bir neçə yumruq zərbəsi vurduğunu, normal halda belə bir hərəkət etməyəcəyini, alkaqollu içkinin təsirindən sərxoş olduğunu, nəticədə özünü idarə edə və baş verənləri düzgün qiymətləndirə bilmədiyindən qeyd olunan hadisələri törətdiyini, qarışıqlıq olduğundan Ali Uşanı ondan başqa kimlərinsə vurmasını görmədiyini, Ufuk Develininin dalınca qaçıb tutmaq istəyərkən ondan başqa Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 da sonuncun dalınca qaçıb tutmağa çalışdığını, bu zaman Ufuk Develini kimin vurmasını, daş atmasını görmədiyini, həmin hadisə nəticəsində ona heç kimin xəsarət yetirmədiyini, alın nahiyəsindəki kiçik xəsarət onun Zərərçəkmiş şəxs1 başı ilə zərbə endirərkən yarandığını, yəni öz təqsiri səbəbindən xəsarət aldığını bildirmişdir. Daha sonra o, əməlindən səmimi peşmançılıq çəkdiyini, zərər çəkmiş şəxslərdən üzr istədiyini və onlara vurulmuş ziyanı ödədiyini, zərər çəkmiş şəxslərlə barışmağa cəhd etdiyini bildirərək qeyd edilən və iş üzrə digər yüngülləşdirici halları nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Laçın rayonu Qarakeçdi kəndində qeydiyyatda olmaqla Ağcabədi rayonu, Taxta-körpü qəsəbəsi ünvan 2-də yaşayır. 24 mart 2023-cü il tarixdən Laçın şəhərində fəaliyyət göstərən "xxxx" MMC şirkətində fəhlə kimi işə qəbul olunaraq 12 aprel 2023-cü il tarixədək sözügedən şirkətdə işləmişdir. 12 aprel 2023-cü il tarixdə günorta saatlarında digər iş yoldaşı Təqsirləndirilən şəxs1 nahar yeməyinə onu dəvət etmişdir. O, Təqsirləndirilən şəxs1 dəvətini qəbul edib şirkətin yataq düşərgəsinin yaxınlığında yerləşən “Dərəlik” adlanan ərazidə keçirilən yeyib-içmək məclisinə getmiş, ora çatanda digər iş yoldaşları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Şahid2 də orada olduğunu görmüşdür. Onlar birlikdə kabab bişirib yeməyə başlamış, habelə birlikdə alkaqollu içkilər də qəbul etmişlər. Az sonra digər iş yoldaşları Şahid1 da gəlib onlara qoşulmuşdur. Nahar zamanı Təqsirləndirilən şəxs1 digər yoldaşlara nisbətən daha çox spirtli içki qəbul etdiyindən sonuncu sərxoş olmuş, buna görə o, sonuncunun yatıb istirahət etməsi üçün onun qoluna girib yataq düşərgəsinə aparmışdır. Yolboyu və düşərgənin həyətində olarkən o və Təqsirləndirilən şəxs1 yüksək səslə deyib-gülmüş, bir-birilə zarafatlaşmışlar. Səs-küyə "xxxx" MMC-nin layihə rəhbəri vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 çölə çıxıb Təqsirləndirilən şəxs1 ünvanına “nə qışqır-bağır salmısan” deyib sakit olmalarını tələb etmiş, bundan sonra Salik də “yaxşı edirəm” deyə cavab vermişdir. Salik bir gün öncə işdən azad edildiyindən, yəni Zərərçəkmiş şəxs1 artıq onun rəhbəri olmadığından sonuncunun iradlarını qəbul etməyib cavab qaytarmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs1 arasında mübahisə yaranmış, bu vaxt, o, Zərərçəkmiş şəxs1 əli ilə işarə edərək Təqsirləndirilən şəxs1 içkili olduğunu bildirmiş, lakin Zərərçəkmiş şəxs1 başa düşməmiş, düşərgənin həyətində Sahiblə Salik bir-birlərinin ünvanına yüksək səslə təhqiramiz ifadələr işlətməyə başlamışlar. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 üzərinə doğru gələn zaman, sonuncu da Zərərçəkmiş şəxs1 doğru getmiş, ara qızışdığından o, araya girib onları arlamağa çalışmış, həmin vaxt ətrafda şirkətin hazırda xatırlamadığı digər işçiləri də onları sakitləşdirməyə gəlmişlər. Elə həmin vaxt Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Şahid1 da həmin yerə gəlmişlər. Ətrafdakı şəxslər araya girib Zərərçəkmiş şəxs1 qaldığı vaqonun qarşısına aparmış, lakin Təqsirləndirilən şəxs1 yenidən Zərərçəkmiş şəxs1 tərəf gedib mübahisəni davam etdirmiş, bu zaman bir daha qarşılıqlı bir-birinin ünvanına təhqiramiz ifadələr işlədilmişdir. Səs-küyə ətrafa toplaşanların sayı daha da artmışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs1 başı ilə Zərərçəkmiş şəxs1 üz nahiyəsinə bir zərbə vurmuş, bundan sonra onlar bir-birinə əl-qol atıb dalaşmışlar. Bu zaman o, Zərərçəkmiş şəxs1 qaş nahiyəsindən qan axdığını görmüşdür. Bundan sonra ətrafdakı şəxslər araya girib onları aralamış, bir qədər sakitlik yarandıqdan sonra Şahid2 əlində səs ucaldan aparatla musiqiyə qulaq asa-asa ora gəlmiş, Zərərçəkmiş şəxs1 onun bu hərəkətinə də iradını bildirdikdə mübahisə yenidən qızışmışdır. O, hadisə vaxtı ilk öncə Təqsirləndirilən şəxs1la Zərərçəkmiş şəxs1 aralamağa çalışdığını xatırlasa da, dava-dalaşın sonrakı gedişində nələrin baş verməsini, özünün hansı hərəkətlər etdiyini xatırlamamışdır. Belə ki, alkaqollu içkinin təsirindən sərxoş halda olduğundan baş verən hadisələri xatırlaya bilmir. Yalnız dava-dalaş bitdikdən sonra yataq düşərgəsində qaldığı vaqondan siqaret götürüb çəkməsi yadında qalmış, arada baş verən proseslər yadında qalmamışdır. Daha sonra o, əməlindən səmimi peşmançılıq çəkdiyini, zərər çəkmiş şəxslərdən üzr istədiyini və onlara vurulmuş ziyanı ödədiyini, zərər çəkmiş şəxslərlə barışmağa cəhd etdiyini bildirərək qeyd edilən və iş üzrə digər yüngülləşdirici halları nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Qusar rayonu Əniğ kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. O, 04 noyabr 2022-ci il tarixdə Laçın şəhərində tikinti işləri ilə məşğul olan "xxxx" MMC-nin nəzdində fəaliyyət göstərən "xxxx" MMC-də fəhlə işləmək üçün Laçın şəhərinə getmiş, həmin tarixdən 11 aprel 2023-cü il tarixədək qeyd olunan şirkətdə fəhlə kimi işləmişdir. 11 aprel 2023-cü il tarixdə axşam saatlarında "xxxx" MMC-də xəritə mühəndisi vəzifəsində işləyən X20 onun işdən çıxarılması barədə məlumat vermiş və bununla əlaqədar Ali Uşan 915 (doqquz yüz on beş) manat məbləğində almalı olduğu əmək haqqını ödəmiş və onun həmin şirkətdən alacaq pulu qalmamışdır. Ondan başqa Təqsirləndirilən şəxs1 adlı həmkəndlisi də işdən çıxarılmış və sonuncuya da 955 manat əmək haqqı ödənilmiş, şirkətin sonuncuya heç bir borcu qalmamışdır. İşdən çıxarılmaları ilə əlaqədar Ali Uşanla onun və Təqsirləndirilən şəxs1 arasında heç bir narazılıq və söz-söhbət olmamışdır. İşdən çıxarılmalarına baxmayaraq bir gün müvəqəti olaraq həmin şirkətin yataq düşərgəsində qalmışdır. İşsiz olduğundan yaşadığı Qusar rayonuna qayıtmaq qərarına gəlmiş, lakin getməzdən öncə iş yoldaşları ilə yeyib-içmək məclisi təşkil etmək qərarına gəlmişdir. Növbəti gün, yəni 12 aprel 2023-cü il tarixdə o və Təqsirləndirilən şəxs1 "xxxx" MMC-də fəhlə işləyən Şahid2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Şahid1la birlikdə yeyib-içmək məqsədi ilə ərzaq mağazasından qida məhsulları, pivə və araq kimi 3-4 litr alkaqollu içkilər alıb Laçın şəhərində “Dərəlik” adlanan əraziyə gedib, orada kabab bişirib süfrə açmışlar. Yemək zamanı digər yoldaşlarla birlikdə həmin alkaqollu içkiləri içmişlər. Həmin vaxt o, arağı pivə ilə qarışdırmış buna görə tez sərxoş olmuşdur. Eyni zamanda Təqsirləndirilən şəxs1 digər yoldaşlara nisbətən daha çox spirtli içki qəbul etdiyindən sonuncu da sərxoş olmuş və tədricən özünü idarə edə bilməmişdir. Buna görə Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs1 istirahət edib özünə gəlməsi üçün qaldıqları yataq düşərgəsinə aparmışdır. Həmin vaxt hamı süfrədən qalxıb birlikdə onların arxasınca yataq düşərgəsinə getmişdir. Şahid1 bir qədər öndə, sonuncunun ardınca o və Təqsirləndirilən şəxs3, ən sonda isə Şahid2 düşərgəyə tərəf getmişlər. Yataq düşərgəsinə çatanda ətrafa çoxsaylı insanların toplaşdığını, orada nəsə mübahisə olduğunu görmüşlər. O, Təqsirləndirilən şəxs3la birlikdə həmin yerə çatanda Təqsirləndirilən şəxs1 "xxxx" MMC-də layihə rəhbəri vəzifəsində işləyən Zərərçəkmiş şəxs1la mübahisə etdiyini, Təqsirləndirilən şəxs1 isə alın nahiyəsindən qan axdığını görmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs1 hər hansı xəsarəti olub-olmamasına isə diqqət etməmişdir. O, nə baş verdiyini başa düşməmiş, qəbul etdiyi alkaqollu içkinin təsirindən sərxoş olduğundan hadisələri düzgün qiymətləndirməmiş, hər hansı səbəb olmadan münaqişəyə qoşularaq ətrafdakı şəxslərə yumruq atmağa başlamış, lakin həmin vaxt konkret olaraq kimi vurmaq niyyətində olduğunu xatırlamamışdır. Ola bilər ki, həmin yumruqlardan bir neçəsi Zərərçəkmiş şəxs1 qaş nahiyəsinə dəymişdir. Səs-küyə şirkətin əməlkdaşları Ali Uşan və Ufuk Develi gəlib araya girərək onları aralaşdırıb davadalaşı sakitləşdirməyə çalışmış, lakin o, heç bir səbəb olmadan Ali Uşan və X18 Nəcəfovu müdafiə etdiyini zənn edib sonuncularla da mübahisə edib dalaşmış, Ali Uşanın yaxasından tutub kənara itələmiş, bu zaman sonuncunun köynəyi cırılaraq onun əlində qalmış, Ali Uşan isə yerə yıxılmışdır. Bundan sonra Ali Uşan ilə aralarında dartışma olmuş, ola bilər ki, əl və ya ayaq zərbələri atarkən sonuncuya hansısa xəsarət yetirmişdir. Lakin o, Ali Uşana qəsdlə hər hansı zərbə vurmamışdır. Bundan sonra, Ali Uşan paltarı cırılmış vəziyyətdə oradan uzaqlaşmışdır. Dava-dalaş vaxtı Ufuk Develiyə hər hansı zərbə vurubvurmadığını xatırlamamışdır. Bir qədər sonra ara sakitləşmiş, lakin sonradan Təqsirləndirilən şəxs1 sözügedən şirkətin ofisinə girmiş, orada masanın üzərindəki sənədləri və əşyaları dağıdıb yerə tökmüş, o, Salikin arxasınca ofisə daxil olaraq Saliki arxadan qucaqlayıb ofisdən çıxarmışdır. Bundan sonra birlikdə yatdıqları vaqona gedib orada istirahət etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs2 ifadəsində əvvəllər Ali Uşan, Zərərçəkmiş şəxs1 və Ufuk Develi ilə aralarında heç bir ədavət olmadığını, sözügedən mübahisə gedişində ara qızışdığından özündən asılı olmayaraq dava-dalaşa qoşulub ətrafadakı şəxslərə yumruq atmağa başladığını, həmin vaxt Zərərçəkmiş şəxs1 bir neçə yumruq zərbəsi vurduğunu, normal halda belə bir hərəkət etməyəcəyini, alkaqollu içkinin təsirindən sərxoş olduğunu, nəticədə özünü idarə edə və baş verənləri düzgün qiymətləndirə bilmədiyindən qeyd olunan şəxslərlə mübahisə edib dalaşdığını, lakin heç kəsin ünvanına təhqiramiz ifadələr işlətmədiyini, Ali Uşanı vurmadığını, yalnız yaxasından tutub itələdiyini və bir qədər dartışdırdığını, bu səbəbdən sonuncunun müvazinətini saxlaya bilməyib yerə yıxıldığını, dava-dalaş vaxtı Zərərçəkmiş şəxs1 daşla vurmadığını, Ufuk Develinin başının arxa nahiyəsinə kimin vurmasını, sonuncuya kimin daş atdığını xatırlamadığını, həmin hadisə nəticəsində özünün heç bir xəsarət almadığını bildirmişdir. Daha sonra o, əməlindən səmimi peşmançılıq çəkdiyini, zərər çəkmiş şəxslərdən üzr istədiyini və onlara vurulmuş ziyanı ödədiyini, zərər çəkmiş şəxslərlə barışmağa cəhd etdiyini bildirərək qeyd edilən və iş üzrə digər yüngülləşdirici halları nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 25 mart 2023-cü il tarixdə "xxxx" MMC-nin nəzdində fəaliyyət göstərən "xxxx" MMC-də fəhlə kimi işə qəbul olunmuş, elə həmin tarixdən Laçın şəhərində işləmişdir. Bir müddət həmin şirkətdə işləsə də, əmək haqlarının vaxtlı-vaxtında verilmədiyini görüb xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-nin rəhbər əməkdaşı Kərimə müəraciət edərək işləmək istəmədiyini bildirib işdən çıxarılması və əmək haqqının hesablanıb ödənilməsini tələb etmişdir. Kərim bununla bağlı müvafiq rəsmiləşdirmələrin edilərək əmək haqqının ödəniləcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə o, işdən çıxarılsa da, əmək haqqı həmin gün ödənilməmiş, X20 əmək haqqının növbəti gün, yəni xx.xx.2023-cü il tarixdə veriləcəyini bildimişdir. xx.xx.2023-cü il tarixdə onun əmək haqqı tam şəkildə verilmiş, bundan sonra o, həmin gün əşyaları toplayarkən saat 12 radələrində şirkətin adını xatırlamadığı fəhləsinin harasa stol apardığını görüb bununla maraqlanmış, həmin şəxs bir neçə yoldaşın yığışıb yeyib-içmək məclisi təşkil etdiyini deyib onu da süfrəyə dəvət etmişdir. O, yataq düşərgəsindən təxminən 100 metr aralıda təşkil olunan məclisə gedəndə həmin şirkətdə fəhlə kimi işləyən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Şahid2 də orada olduğunu görmüşdür. Təqsirləndirilən şəxs2 bazarlıq edib qida məhsulları və alkaqollu içkilər almışdır. Az sonra onlar həmin yerdə kabab bişirib yeməyə başlamış və qeyd olunan şəxslərlə, yəni Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Şahid2lə birlikdə alkaqollu içkilər olan pivə və araq qəbul etmişlər. Bir müddət sonra, sözügedən şirkətdə fəhlə işləyən Şahid1 gəlmiş, sonuncu da onlara qoşularaq yemək yeyib spirtli içki qəbul etmişdir. Həmin vaxt o, arağı pivə ilə qarışdırdığından, habelə çox içdiyindən sərxoş olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs1 da digər yoldaşlara nisbətən daha çox alkaqollu içki qəbul etdiyindən sonuncu da sərxoş olmuşdur. Günorta vaxtı dəqiq xatırlamadığı saatda Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs1 yatıb istirahət etməsi üçün sonuncunu şirkətin yataq düşərgəsinə aparmış, az sonra Şahid1, daha sonra isə onunla Təqsirləndirilən şəxs2 və Şahid2 də süfrədən qalxıb qeyd olunan ardıcıllıqla düşərgəyə tərəf getmişlər. Yolda olarkən düşərgə ətrafında çoxsaylı adamların toplaşdığını, nəsə mübahisə olduğunu görmüşdür. O, nə baş verdiyini öyrənmək üçün Təqsirləndirilən şəxs2la birlikdə həmin yerə gedəndə Təqsirləndirilən şəxs1 şirkətdə layihə rəhbəri vəzifəsində işləyən Zərərçəkmiş şəxs1la mübahisə edib dalaşdığını, Təqsirləndirilən şəxs1 alın nahiyəsindən, Zərərçəkmiş şəxs1 isə qaş nahiyəsindən qan axdığını görmüşdür. O, hansı səbəbdən dava-dalaşın baş verməsini başa düşməsə də, yoldaşlarını müdafiə etmək məqsədi ilə həmin davaya qoşulub ətrafdakılara əl-qol atmağa başlamış, lakin sərxoş olduğundan ayaq üstə dayana bilməyib yerə yıxılmışdır. Bu zaman yerdən bir neçə daş parçası götürüb ayağa qalxaraq onlarla mübahisə edən qarşı tərəfdəki şəxslərə atmağa başlamış, lakin həmin daş parçalarını kimə tərəf atdığını, habelə kiməsə dəyib-dəymədiyini xatırlamır. Həmin vaxt sərxoş olduğundan hadisələri düzgün qiymətləndirə bilməmiş, bu səbəbdən heç bir səbəb olmadan şirkət əməkdaşları ilə mübahisə edib dalaşmışdır. Dava-dalaş zamanı yaranmış səs-küyə "xxxx" MMC-nin digər əməkdaşları Ali Uşan və Ufuk Develi hadisə yerinə gəlib araya girərək onları sakitləşdirməyə, hadisələrin qarşısını almağa çalışmışlar. O, yerdən götürüb atdığı daşların kiməsə dəyib xəsarət yetirəcəyini həmin vaxt dərk etməmiş, bunu şüurlu sürətdə etməmiş, yəni sərxoş halda olduğundan hərəkətlərinin nəticəsini fikirləşməmişdir. Bir qədər sonra Zərərçəkmiş şəxs1 avtomobilə əyləşərək oradan uzaqlaşmışdır. O, Ufuk Develinin yaxasından tutub itələyərək onun da oradan çıxıb getməsini demiş, bu zaman qarşılıqlı dartışarkən əli Ufuk Develinin başının arxa nahiyəsinə dəymiş, lakin bu zərbəni qəsdlə vurmamış, təsadüfən belə alınmış, bundan sonra Ufuk Develi də çıxıb getmişdir. Hadisələr bir qədər səngidikdən sonra o, şirkətin ofisinə girmiş, lakin ora nə məqsədlə getdiyini xarlamamış, ofisdə olarkən hər hansı əşyanı dağıtmamışdır. Bir qədər sonra polis əməkdaşları gəlib onu, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Şahid2 və Şahid1 polis şöbəsinə aparmışlar. Bundan başqa, Təqsirləndirilən şəxs3 ifadəsində əvvəllər Ali Uşan, Zərərçəkmiş şəxs1 və Ufuk Develi ilə aralarında heç bir ədavət olmadığını, sözügedən münaqişə zamanı ara qızışdığından özündən asılı olmayaraq dava-dalaşa qoşulduğunu, hadisə zamanı Zərərçəkmiş şəxs1 və Ufuk Develiyə əl-qol atsa da, Ali Uşana qarşı heç bir zorakılıq hərəkətləri etmədiyini, münaqişənin gedişində ətrafdakı şəxslərə daş atmasını xatırlasa da, bu zərbələrdən Ufuk Develiyə və ya başqa birinə dəydiyini görmədiyini, dava-dalaş zamanı Ufuk Develini tutmaq üçün arxasınca qaçmasını xatırlamadığını, sonuncunun yaxasından tutub itələşərkən əlinin Ufuk Develinin başının arxa nahiyəsinə dəydiyini, bu zərbəni qəsdən vurmadığını, ehtiyatsızlıqdan bu cür alındığını, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 vurmasını görməsə də, Zərərçəkmiş şəxs1 üz nahiyəsinin qanadığını gördüyünü, hadisə zamanı heç kimi təhqir etmədiyini, dava-dalaş zamanı heç bir xəsarət almadığını bildirmişdir. Daha sonra o, əməlindən səmimi peşmançılıq çəkdiyini, zərər çəkmiş şəxslərdən üzr istədiyini və onlara vurulmuş ziyanı ödədiyini, zərər çəkmiş şəxslərlə barışmağa cəhd etdiyini bildirərək qeyd edilən və iş üzrə digər yüngülləşdirici halları nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin dekabr ayında "xxxx" MMC-də layihə rəhbəri vəzifəsinə işə qəbul edilmiş və həmin tarixdən qeyd olunan vəzifədə işləmişdir. "xxxx" MMC tikinti sahəsində fəaliyyət göstərən şirkət olmaqla Laçın şəhərində aparılan yenidənqurma və barpa işlərinə cəlb edilmiş, bu səbəbdən işə qəbul olunduğu vaxtdan Laçın şəhərində yaşamışdır. Layihə rəhbəri kimi onun əsas vəzifəsi şirkət tərəfindən icra edilən tikinti işlərinin müvafiq tələblərə və layihəyə uyğun icra edilib-edilməməsinə nəzarət etməkdən ibarət olmuşdur. Şirkətdə müxtəlif vəzifələr üzrə ümumilikdə təxminən 120-dək işçi çalışmışdır. Laçın şəhərində işçilərin yerləşdirilməsi üçün yaşayış evləri olmadığından digər şirkətlər kimi "xxxx" MMC də işçilərin fəaliyyət göstərməsi, yaşaması və qidalanması üçün öz hesabına müvafiq şərait yaradılmaqla Laçın şəhərində yaşayış və xidməti düşərgə salınmışdır. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 "xxxx" MMC-nin nəzdində fəaliyyət göstərən "xxxx" MMC-də fəhlə kimi işləmişlər. Qeyd olunan şəxslər bir neçə ay ərzində işləmiş və gördüyü işə uyğun əmək haqlarını vaxtlı-vaxtında almışlar. Qeyd olunan şəxslərdən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 11 aprel 2023-cü il tarixdə işdən çıxarılmışlar. Lakin buna baxmayaraq onlar yaşadıqları evlərə geri qayıdanadək şirkətin yaşayış düşərgəsində qalmalarına müvəqqəti şərait yaradılmışdır. xx.xx.2023-cü il tarixdə təxminən saat 14 radələrində şirkətin düşərgəsinin həyətində olarkən yaxınlıqda kimlərinsə yüksək səslə nalayiq formada bir-biri ilə zarafatlaşıb səs-küy saldıqlarını eşitmiş, nə baş verdiyini öyrənmək üçün həmin istiqamətə baxanda nalayiq ifadələr işlədən şəxsin "xxxx" MMC-də fəhlə işləyən Təqsirləndirilən şəxs1 olduğunu görmüşdür. Həmin vaxt Salikin yanında şirkətdə fəhlə işləmiş Təqsirləndirilən şəxs4 də olmuşdur. O, həmin şəxslərin hərəkətlərindən onların kəskin sərxoş olduqlarını müəyyən etmişdir. O, bu yersiz hərəkətlərin qarşısını almaq üçün Təqsirləndirilən şəxs1 yaxınlaşıb nalayiq ifadələr işlətməməsini, onun bu hərəkətlərinin ofisdə işləyənlərin fəaliyyətinə, yataq yerində olan şəxslərin isə istirahətinə mane olduğunu bildirib bu kimi hərəkətlərə son qoymasını tələb edərək etdiyi hərəkətlərə öz iradını bildirmişdir. O, Təqsirləndirilən şəxs1 sakit şəkildə yataq vaqonuna keçib normal qaydada istirahət etməsini demişdir. Onun bu iradı Təqsirləndirilən şəxs1 xoşuna gəlməmiş, həmin vaxt sonuncu onun üzrərinə doğru gələrək ona qarşı nalayiq ifadələr işlədərək ona irad bildirməyə heç bir ixtiyarı olmadığını bildirmişdir. Həmin vaxt orada olan Təqsirləndirilən şəxs4 ilk öncə Təqsirləndirilən şəxs1 sakitləşdirib hərəkətlərinin qarşısını almağa çalışmış, lakin Salik sakitləşməyərək uca səslə onun ünvanına nalayiq ifadələr işlətməyə davam etmişdir. Salik sərxoş olduğuna görə o, sonuncuya baş qoşmamağa çalışmışdır. Təqsirləndirilən şəxs4, həmçinin səs-küyə çölə çıxan şirkətin Şahid3 adlı işçisi və digərləri Təqsirləndirilən şəxs1 odan aralayıb yataq vaqonuna tərəf aparmışlar. Lakin Təqsirləndirilən şəxs1 sakitləşməyərək heç bir səbəb olmadan yenidən ona tərəf gəlib mübahisə etməyə başlamışdır. Həmin ərəfədə şirkətin digər işçiləri Şahid1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 daha sonra isə Şahid2 onların yanına gəlmişlər. O, qeyd edilən şəxslərin də sərxoş halda olduğunu görmüşdür. Sonradan ona məlum olmuşdur ki, qeyd edilən şəxslər nahar yeməyi vaxtı Təqsirləndirilən şəxs1la birlikdə yeyib-içmiş, bu zaman alkaqollu içkilər də qəbul etmişlər. Bu səbəbdən hamısı sərxoş halda olmuşdur. Təqsirləndirilən şəxs1 gələn həmin yoldaşlarını görüb daha da qızışmış və uca səslə təkrarən onun ünvanına nalayiq ifadələr işlətmişdir. Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Şahid2 də Təqsirləndirilən şəxs1 qoşulub heç bir səbəb olmadan onunla nalayiq tərzdə danışıb mübahisə yaratmışlar. Mübahisə zamanı həmin şəxslərdən biri əmək haqlarının gecikməsini, digəri isə iş prosesində hansısa çatışmamazlıqların olmasını bəhanə edib birlikdə onun ünvanına təhqiramiz söyüşlər etməyə başlamışlar. O, həmin şəxslərin hərəkətlərinin qarşısını almağa çalışanda qəfildən Təqsirləndirilən şəxs3 yerdən daş parçası götürüb ona tərəf atıb vurmağa çalışmış, o, həmin zərbədən yayına bilsə də, daş parçası şirkətin memarı Ufuk Develinin qarın nahiyəsinə dəymişdir. Bununla da mübahisə dava-dalaşa çevrilmiş və bir anda hadisələr sürətlə cərəyan etmiş, lakin o, özünü müdafiə edib döyülməkdən yayınmağa çalışmışdır. Təqsirləndirilən şəxs3 ona yaxınlaşıb əlləri ilə üz nahiyəsinə yumruq zərbələri atmış, lakin o, başını cəld şəkildə çəkdiyinə görə həmin zərbələr ona dəyməmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ona əl-qol atıb hərəsi bir tərəfə dartışdıran zaman Təqsirləndirilən şəxs3 ona arxadan yaxınlaşıb boğazını qolunun arasına salıb sıxaraq yerə yıxmaq istəmiş, eyni anda Təqsirləndirilən şəxs4 yumruq və təpiklə döş qəfəsinə və digər nahiyələrinə bir neçə zərbə vurmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs2 yerdən daş parçası götürüb qəsdən bərk şəkildə onun sağ qaş nahiyəsinə bir zərbə vurmuşdur. Bunun ardınca Təqsirləndirilən şəxs1 başı ilə Təqsirləndirilən şəxs2 daş parçası ilə vurduğu yerdən, yəni sağ qaş nahiyəsindən bir zərbə vurmuş, həmin zərbələr nəticəsində onun sağ qaş nahiyəsi açılaraq qanamağa başlamışdır. O, həmin şəxslərin öhdəsindən gələ bilmədiyini görüb onu döyməmələrinə dair çağırışlar etsə də həmin şəxslər buna məhəl qoymamışlar. Davadalaş vaxtı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 əl və ayaq zərbələri ilə ona çox saylı zərbələr vurmuşlar. Səs-küyə ətrafa toplaşan Şahid3, şirkətin mühəndisi Ali Uşan, Ufuk Develi və digər əməkdaşlar araya girib onu həmin şəxslərin əlindən alıb avtomobilə mindirib hadisə yerindən uzaqlaşmasına şərait yaratmışlar. O, avtomobili özü idarə edərək düşərgənin arxa tərəfinə sürüb bir qədər aralaşmış, bu zaman Ali Uşanın paltarı cırılmış vəziyyətdə ona tərəf qaçıb avtomobilə minib maşını təcili sürməsini demişdir. O, avtomobili bir qədər də irəli sürərkən arxasınca Ufuk Develinin də qaçaraq ona tərəf gəldiyini görüb maşını saxlamış, sonuncunun da maşına minməsinə şərait yaratmışdır. Vəziyyətdən belə başa düşmüşdür ki, onu hadisə yerindən kənarlaşdırdıqlarına görə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 acıqlarını X31 Develinin üzərinə töküb onları döyməyə başlamışlar. Ufuk Develi maşına mindikdən sonra o, sürüb hadisə yerindən uzaqlaşmışdır. Bundan sonra o, polisə zəng edib baş verənlər barədə şikayət etmişdir. Habelə Laçın RPŞ-nə gedərək yazılı şəkildə ərizə ilə müraciət etmişdir. Daha sonra isə Bakı şəhərinə gedib aldığı xəsarətlərdən müalicə olunması üçün “Ege Hospital”a müraciət etmişdir. Bundan başqa Zərərçəkmiş şəxs1 ifadəsində şirkətin fəhlələri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Şahid2 və Şahid1la birgə işlədikləri vaxt münasibətlərinin daim qaydasında olduğunu, aralarında hər hansı ədavət olmadığını, hadisə vaxtı qeyd edilən şəxslərin hamsının sərxoş halda olduqlarını, bu səbəbdən ilk öncə Təqsirləndirilən şəxs1 heç bir səbəb olmadan onunla mübahisə edib uca səslə təhqir edib dalaşdığını, daha sonra isə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 da bu dava-dalaşa qoşulub onun ünvanına təhqiramiz söyüşlər söyüb dalaşdığını, birlikdə əl və ayaq zərbələri ilə onun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirdiklərini, Təqsirləndirilən şəxs1 başı ilə onun sağ qaş nahiyəsinə möhkəm bir zərbə, Təqsirləndirilən şəxs2 isə əl ovucu boyda daş parçası ilə həmin nahiyəyə bir zərbə vurduğunu, səs-küyə ofisdən çölə çıxan Ali Uşan, Ufuk Develi və digər şəxslərin araya girib onu həmin şəxslərin əllərindən almağa çalışarkən qeyd olunan şəxslər Ali Uşan və Ufuk Develini də əl və ayaq zərbələri ilə döyüdüklərini, Ali Uşanın paltarını dartıb cırdıqlarını, Təqsirləndirilən şəxs3 yerdən daş parçası götürüb Ufuk Develinin qarın nahiyəsinə vurduğunu, bundan sonra zorla qaçıb öz istifadəsində olan nəqliyyat vasitəsinə minib Ali Uşan və Ufuk Develi ilə birlikdə hadisə yerindən uzaqladıqlarını, sonradan Təqsirləndirilən şəxs1 əsəbləri soyumayıb şirkətin xidməti ofisinə daxil olub oradakı sənədləri və müəyyən əşyaları dağıdıb yerə tökməklə yararsız hala saldığını, hadisə vaxtı Şahid2 onun ünvanına təhqiramiz ifadələr işlətsə də, hadisələr dava-dalaş mərhələsinə keçəndə sonuncunun bu davaya qoşulmadığını, ona və digər şəxslərə qarşı heç bir zorakı hərəkətlər etmədiyini, Şahid1 isə ümumiyyətlə qeyd olunan şəxslərə qarışmadığını, əksinə araya girib onu döymələrinə mane olduğunu bildirmişdir. Daha sonra o, təqsirləndirilən şəxsləri bağışlamadığını, təqsirləndirilən şəxslər tərəfindən dəymiş ziyanın ödənilməsinə və ondan üzr istənilməsinə, həmçinin onunla barışmağa cəhd edilməsinə baxmayaraq onlardan şikayətçi olduğunu bildirərək təqsirləndirilən şəxslərə ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş X19 ifadəsində göstərmişdir ki, o, 12 dekabr 2022-ci il tarixdə "xxxx" MMC-də xəritə mühəndisi vəzifəsində işə qəbul olunmaqla hal-hazıradək həmin vəzifədə işləyir. "xxxx" MMC Laçın şəhərində aparılan tikinti işlərində fəaliyyət göstərdiyindən o da işə qəbul olunduğu andan Laçın şəhərinə gedib orada işləmişdir. Xəritə mühəndisi kimi onun əsas vəzifəsi şirkət tərəfindən icra edilən tikinti işlərinin müvafiq tələblərə və layihəyə uyğun icra edilib-edilməməsinə nəzarət etməkdən ibarət olmuşdur. Şirkətdə müxtəlif vəzfələr üzrə ümumilikdə 120-dək işçi çalışmışdır. Laçın şəhərində işçilərin yerləşdirilməsi üçün yaşayış evləri olmadığından digər şirkətlər kimi "xxxx" MMC-də işçilərin fəaliyyət göstərməsi, yaşaması və qidalanması üçün öz hesablarına müvafiq şərait yaratmalı olmuş, bu məqsədlə Laçın şəhərində yaşayış və xidməti düşərgə salınmışdır. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 "xxxx" MMC-də fəhlə kimi işləmişlər. Qeyd olunan şəxslər bir neçə ay ərzində işləmiş və gördüyü işə uyğun əmək haqlarını vaxtlıvaxtında almışlar. Qeyd olunan şəxslərdən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 11 aprel 2023-cü il tarixdə işdən çıxarılmışlar. Lakin buna baxmayaraq onlar yaşadıqları evlərə geri qayıdanadək şirkədin yaşayış düşərgəsində qalmalarına müvəqqəti şərait yaradılmışdır. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində şirkətin düşərgəsində onun üçün ayrılan iş otağında işləyən zaman çöldə dava-dalaşa oxşar səs-küy yarandığını eşidib nə baş verdiyini bilmək üçün çölə çıxmışdır. Bu zaman şirkətdə fəhlə işləmiş Təqsirləndirilən şəxs1 "xxxx" MMC-nin layihə rəhbəri Zərərçəkmiş şəxs1 ünvanına nalayiq ifadələr işlədib mübahisə etdiyini görmüşdür. Lakin bunun hansı səbəbdən baş verdiyini başa düşməmişdir. Az sonra o, Təqsirləndirilən şəxs1 sərxoş olduğunu və ona görə də danışığını bilmədiyini müəyyən etmişdir. Şirkətin digər fəhləsi Təqsirləndirilən şəxs4 də Salikin yanında olmuşdur. Yelmar da sərxoş halda olsa da ilk öncə mübahisəyə qoşulmamış və Saliki aralayıb sakitləşdirməyə çalışmışdır. O, vəziyyətin dava-dalaşa aparıb çıxaracağını görüb ətrafa toplaşan digər şəxslərlə birlikdə Təqsirləndirilən şəxs1la Zərərçəkmiş şəxs1 arasına girib onları sakitləşdirməyə çalışmışdır. Az sonra şirkətdə işləyən digər fəhlələr Təqsirləndirilən şəxs3, ardınca isə Təqsirləndirilən şəxs2 da hadisə yerinə gəlmişlər. Təqsirləndirilən şəxs1 sakitləşmək bilməyərək yenidən Zərərçəkmiş şəxs1 ünvanına nalayiq ifadələr işlətmiş, bundan sonra Zərərçəkmiş şəxs1 da sonuncuya nalayiq ifadələrlə cavab vermiş və bununla da mübahisə daha da qızışmışdır. O, təkrar araya girib onları sakitləşdirməyə çalışarkən Təqsirləndirilən şəxs1 qəfildən başı ilə Zərərçəkmiş şəxs1 üz nahiyəsinə bir zərbə vurmuşdur. Bu vaxt Sahibin qaş nahiyəsi qanamışdır. Dava-dalaş başlayan kimi Təqsirləndirilən şəxs3 da bu davaya qoşulub yerdən daş parçaları götürərək Zərərçəkmiş şəxs1, habelə ona atmağa başlamışdır. O, dalaşanları aralamağa çalışsa da Saliklə Əsgər onu Sahiblə birgə hərəkət edən şəxs kimi zənn edib onunla da dalaşmağa başlamışlar. Təqsirləndirilən şəxs2 da Salik və Əsgərə qoşularaq onlarla dalaşmış, yerdən əl ovucu ölçüsündə daş parçası götürüb Zərərçəkmiş şəxs1 qaş nahiyəsindən bir zərbə vurmuşdur. Bu zərbədən sonra Sahibin qaş nahiyəsi açılaraq daha da qanamışdır. Eyni zamanda səs-küyə çölə çıxan şirkətin əməkdaşı Ufuk Develi də araya girib dava-dalaşın qarşısını almağa çalışmış, lakin onlar sonuncuya qarşı da əl-qol atıb zorakılıq etmişlər. Beləcə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 onun, Zərərçəkmiş şəxs1 və Ufuk Develinin üzərinə hücum çəkərək düşərgədə yerləşən vaqonların arasına sıxışdırıb əl və ayaq zərbələri ilə vurmağa başlamışlar. O, qeyd olunan şəxslərin əllərindən çıxıb qaçmış, lakin Təqsirləndirilən şəxs1 onun arxasınca qaçaraq yenidən tutub döyməyə çalışmışdır. Elə həmin vaxt ətrafdakı çox saylı şəxslər araya girib Zərərçəkmiş şəxs1 onların əlindən alıb qaçmasına şərait yaratmışlar. Zərərçəkmiş şəxs1 istifadəsində olan nəqliyyat vasitəsinə minib oradan uzaqlaşmağa başlamışdır. O, da Sahibin maşına mindiyini görüb qaçaraq həmin maşına minmişdir. Elə həmin vaxt Ufuk Develi də qaçaraq gəlib maışna minmişdir. Sahib həmin nəqliyyat vasitəsini sürüb hadisə yerindən onları uzaqlaşdırmışdır. Bundan sonra birlikdə Laçın rayon polis şöbəsinə gedib Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 onları döymələri barədə şikayət etmişlər. Ara sakitləşdikdən sonra şirkətin düşərgəsinə qayıdarkən onun və Ufuk Dəvəlinin iş otaqlarındakı əşyaların dağıdılaraq yerə töküldüyünü görmüşdür. Bu zaman iş otağında olan kompyuter monitoru və klaviaturası, noutbuk, Ufuk Develinin iş otağında isə printer aparatının sındırılaraq yararsız hala salındığını görmüşdür. Bundan əlavə Ali Uşan ifadəsində bu hadisəyə qədər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə bir iş yoldaşı kimi normal münasibətləri olduğunu, aralarında hər hansı narazılıq olmadığını, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 11 aprel 2023-cü il tarixdə işdən çıxarılmaları ilə bağlı rəsmiləşdirmələri onun etdiyini, qeyd olunan tarixə olan əmək haqlarının şirkət tərəfindən tam şəkildə ödənildiyini, habelə xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs3 və Şahid2 də könüllü şəkildə müraciət edərək işdən çıxmaq istədiklərini bildirib bununla bağlı müvafiq rəsmiləşdirmələrin edilib əmək haqlarının ödənilməsini xahiş etdiyindən onların da işdən azad edilməsi rəsmiləşdirilib əmək haqlarının tam şəkildə ödənildiyini, bununla bağlı qeyd olunan şəxslərlə şirkət arasında hər hansı narazılığın olmadığını, hadisə zamanı qeyd edilən şəxslərin hamsının sərxoş halda olduqlarını, buna görə heç bir səbəb olmadan münaqişə yaratdıqlarını, ilk öncə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 uca səslə təhqir etdib dalaşdığını, daha sonra Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 da bu davaya qoşulduğunu, hadisə zamanı heç kimə qarşı nalayiq söz işlətmədiyini, heç kiminlə dalaşmadığını, heç kimə hər hansı xəsarət yetirmədiyini, sədəcə araya girib Zərərçəkmiş şəxs1 döyülməsinin qarşısını almağa çalışdığını, qarşı tərəfin səbəbsiz yerə onunla dalaşdığını, hadisə zamanı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 çox saylı əl və ayaq zərbələri ilə onu döydüklərini, nəticədə baş, boyun və bel nahiyələrindən xəsarətlər aldığını, hadisə vaxtı kiminsə yaxasından tutub dartarkən əynində olan yaşıl rəngli, uzunqol köynəyinin cırıldığını, lakin həmin vaxt hadisələr surətli cərəyan etdiyindən və qarışıqlıq olduğundan köynəyini konkret olaraq kimin cırmasını görmədiyini, Təqsirləndirilən şəxs3 yerdən daş parçası götürüb Ufuk Develinin qarın nahiyəsinə vurduğunu, hadisə vaxtı Şahid2 onun ünvanına təhqiramiz ifadələr işlətsə də hadisələr dava-dalaş mərhələsinə keçəndə sonuncunun bu davaya qoşulmadığını, ona və digər şəxslərə qarşı heç bir zorakı hərəkətlər etmədiyini, Şahid1 isə ümumiyyətlə qeyd olunan şəxslərə qarışmadığını, heç bir təhqiramiz ifadələr işlətmədiyini və ya fiziki zorakılıqlar etmədiyini, əksinə araya girib onları döymələrinə mane olduğunu bildirmişdir. Daha sonra o, təqsirləndirilən şəxsləri bağışlamadığını, təqsirləndirilən şəxslər tərəfindən dəymiş ziyanın ödənilməsinə və ondan üzr istənilməsinə, həmçinin onunla barışmağa cəhd edilməsinə baxmayaraq onlardan şikayətçi olduğunu bildirərək təqsirləndirilən şəxslərə qanunamüvafiq cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdən "xxxx" MMC-də işə qəbul olunmaqla həmin tarixdən Laçın şəhərində memar vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində o, şirkətin düşərgəsindəki iş otağında olan zaman çöldə dava-dalaşa oxşar səs-küy eşitmiş, nə baş verdiyini öyrənmək üçün çölə çıxanda şirkətdə fəhlə işləyən Təqsirləndirilən şəxs1 layihə rəhbəri Zərərçəkmiş şəxs1 ünvanına nalayiq ifadələr işlədib mübahisə etdiyini görmüşdür. Zərərçəkmiş şəxs1 da Təqsirləndirilən şəxs1 cavab verdikdən sonra mübahisə daha da qızışmış, Salik əl qol atıb Zərərçəkmiş şəxs1 vurmaq istəyəndə o, habelə səs-küyə ətrafara toplaşan çoxsaylı şəxslər araya girib buna imkan verməmişlər. Bir neçə dəqiqə ara sakitləşsə də sonradan Təqsirləndirilən şəxs1 yenidən səbəbsiz olaraq Zərərçəkmiş şəxs1 ünvanına təhqiramiz ifadələr işlətmişdir. Bundan sonra Sahib də Təqsirləndirilən şəxs1 ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin vaxt şirkətin digər fəhləsi Təqsirləndirilən şəxs4 də Təqsirləndirilən şəxs1 qoşularaq birlikdə Zərərçəkmiş şəxs1 təhqir edib sonuncunu döyməyə başlamışlar. Təqsirləndirilən şəxs1 başı ilə Zərərçəkmiş şəxs1 üz nahiyəsinə bir zərbə vurmuşdur. Elə həmin vaxt şirkətin digər fəhləsi Təqsirləndirilən şəxs2 da gəlib həmyerlisi Təqsirləndirilən şəxs1 qoşulmuşdur. Bu zaman Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 sakit olmasını, dalaşmaq üçün heç bir səbəb olmadığını bildirib sonuncunun həmin dava-dalaşa qarışmamasını demiş, lakin Təqsirləndirilən şəxs2 heç nədən məlumatı olmaya-olmaya Zərərçəkmiş şəxs1 yaxasından tutub itələmiş, əl və ayaq zərbələri ilə vurmağa başlamışdır. O, araya girib Təqsirləndirilən şəxs1 sakitləşdirməyə çalışarkən qəfildən kimsə onun qarın nahiyəsinə əl ovucu ölçüsündə daş parçası ilə möhkəm zərbə vurmuşdur. O, bu zərbənin təsirindən sancı keçirmiş, özünü pis hiss etdiyinə görə dayana bilməyib iş otağına getmişdir. Həmin vaxt qeyd olunan şəxslər dalaşmış, lakin ətrafdakı digər şəxslər isə onları aralamağa çalışmışdır. Həmin vaxt kimin daşla onu vurduğunu görməsə də, sonradan ona məlum olmuşdur ki, daşı vuran Təqsirləndirilən şəxs3 olmuşdur. Özünə gəlməsi üçün bir neçə dəqiqə iş otağında otursa da, çöldə dava-dalaşın daha da artığını görüb yenidən çölə çıxmış, bu zaman Zərərçəkmiş şəxs1 və şirkətdə xəritə mühəndisi vəzifəsində işləyən Ali Uşanın qeyd olunan şəxslərin əlindən yaxa qurtarmağa, qaçaraq maşına minib hadisə yerindən uzaqlaşmağa çalışdıqlarını görmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs1 və Ali Uşanın köynəkləri çırılmış vəziyyətdə olmuşdur. O, çölə çıxan kimi Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və bir neçə xatırlamadığı şəxslər onun Sahiblə tərəfmüqabili olduğunu zənn edib üzərinə hücum etmişlər. O, həmin şəxslərə sakit olmalarını, onu döyməmələrini desə də, Təqsirləndirilən şəxs3 onun arxa tərəfinə keçib yumruqla başının arxa nahiyəsindən möhkəm bir zərbə vurmuşdur. Bundan sonra o qaçmağa başlamış, arxadan kimsə onun ardınca daş parçası atmış, lakin həmin daş parçası ona dəyməmiş, arxaya baxan zaman Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 onun arxası ilə qaçıb tutmağa, əl və ayaq zəbələri ilə onu vurmağa çalışdığını görmüşdür. O, Sahib Səfərovun idarə etdiyi maşına tərəf qaçıb onu da götürməsinə dair işarə vermiş, Sahib maşını saxlayanda o, cəld şəkildə həmin maşına minmiş, bundan sonra sonuncu maşını sürərək birlikdə hadisə yerindən uzaqlamışlar. Daha sonra birlikdə Laçın RPŞ-yə gedib baş verən hadisə ilə əlaqədar şikayət etmişlər. Ara sakitləşəndən sonra iş yerlərinə qayıtmış, bu zaman onun və Ali Uşanın iş otaqlarında olan sənəd və əşyaların dağılaraq yerə töküldüyünü görmüşdür. Onun iş otağında olan printer aparatı, Ali Uşanın iş otağında olan kompyuter monitoru, klaviatura və noutbukun sındırılaraq yararsız hala salındığını görmüşlər. O, bu hadisəni kimin törətdiyini görməsə də, sonradan əldə etdiyi məlumata görə bunu Təqsirləndirilən şəxs3 törətmişdir. Bundan əlavə Ufuk Develi ifadəsində bu hadisəyə qədər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Şahid2 və Şahid1 ilə bir iş yoldaşı kimi normal münasibətləri olduğunu, aralarında hər hansı narazılıq olmadığını, hadisə zamanı qeyd edilən şəxslərin hamısının sərxoş halda olduqlarını, buna görə heç bir səbəb olmadan münaqişə yaratdıqlarını, ilk öncə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 uca səslə təhqir etdib dalaşdığını, daha sonra Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 da bu davaya qoşulduğunu, hadisə zamanı heç kimə qarşı nalayiq söz işlətmədiyini, heç kiminlə dalaşmadığını, heç kimə hər hansı xəsarət yetirmədiyini, sədəcə araya girib Zərərçəkmiş şəxs1 döyülməsinin qarşısını almağa çalışdığını, qarşı tərəfin səbəbsiz yerə onunla dalaşdığını, hadisə zamanı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 çox saylı əl və ayaq zərbələri ilə onu döydüklərini, əlavə olaraq Təqsirləndirilən şəxs3 daşla onun qarın, yumruqla isə boynunun arxa nahiyəsinə zərbə vurduğunu, nəticədə baş və qarın nahiyələrindən xəsarətlər aldığını, hadisə vaxtı qeyd edilən şəxslərlə birgə olan Şahid2 Zərərçəkmiş şəxs1 ünvanına təhqiramiz ifadələr işlətsə də, sonradan hadisələr dava-dalaş mərhələsinə keçəndə sonuncunun bu davaya qoşulmadığını, ona və digər şəxslərə qarşı heç bir zorakı hərəkətlər etmədiyini, Şahid1 isə ümumiyyətlə qeyd olunan şəxslərə qoşulmadığını, heç kimə qarşı heç bir təhqiramiz ifadələr işlətmədiyini və ya fiziki zorakılıqlar etmədiyini, əksinə araya girib onları aralamağa çalışdığını bildirmişdir. Daha sonra o, təqsirləndirilən şəxsləri bağışlamadığını, təqsirləndirilən şəxslər tərəfindən dəymiş ziyanın ödənilməsinə və ondan üzr istənilməsinə, həmçinin onunla barışmağa cəhd edilməsinə baxmayaraq onlardan şikayətçi olduğunu bildirərək təqsirləndirilən şəxslərə qanunamüvafiq cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Qusar rayonu Xurel kənd sakini olsa da, 18 yanvar 2023-cü il tarixdə "xxxx" MMC-də fəhlə ikimi işə qəbul olunmuş və həmin tarixdən şirkətin Laçın şəhərində icra etdiyi işlərdə işləmişdir. 12 aprel 2023-cü il tarixdə işdə olduğu zaman Təqsirləndirilən şəxs1 yeyib-içmək üçün onu nahar yeməyinə çağırmış, o, sonuncunun dəvətini qəbul edib şirkətin düşərgəsi yaxınlığındakı “Dərəlik” adlanan əraziyə getmişdir. Həmin yerə çatanda Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Şahid2 birlikdə kabab bişirib yediklərini görmüşdür. Süfrədə alkaqollu içki olduğundan həmin şəxslər ona qədər müəyyən qədər içiki də içmişlər. O, həmin şəxslərə qoşulub bir qədər yemək yemiş və 2-3 rumka araq və 1 stəkan pivə içmişdir. Təqsirləndirilən şəxs1 digər yoldaşlara nisbətən spirtli içkini çox qəbul etdiyindən sərxoş halda olmuş, Təqsirləndirilən şəxs4 sonuncunu yatızdırmaq üçün şirkətin düşərgəsinə aparmış, o, Təqsirləndirilən şəxs2, Şahid2 və Təqsirləndirilən şəxs3 isə həmin yerdə qalmışlar. Az sonra düşərgənin həyətindən davadalaşa oxşar səs-küy gəlmiş, nə baş verdiyini öyrənmək üçün ilk öncə o, daha sonra isə Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs3, daha sonra isə Şahid2 həmin yerə getmişlər. O, şirkətin düşərgəsinə çatanda Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 ünvanına yüksək səslə nalayiq ifadələr işlətdiyini, Təqsirləndirilən şəxs4 isə Təqsirləndirilən şəxs1 sakitləşdirməyə çalışdığını görmüşdür. Səs-küyə ətrafa çoxsaylı şəxslər toplaşmışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs1 qarşısına keçib sonuncunu sakitləşdirib qaldığı vaqona tərəf aparmağa çalışmışdır. Elə həmin an Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs3, az sonra isə Şahid2 də həmin yerə gəlmişlər. Bu zaman Təqsirləndirilən şəxs1 qəfil onun əlindən çıxaraq Zərərçəkmiş şəxs1 üzərinə hücum çəkib başı ilə sonuncunun sifətinə bir zərbə vurmuş, bundan sonra qarışıqlıq və qarşılıqlı dartışma düşmüşdür. Bu vaxt Təqsirləndirilən şəxs4 də Təqsirləndirilən şəxs1 qoşularaq Zərərçəkmiş şəxs1 ünvanına nalayiq ifadələr işlədib dalaşmağa başlamış, daha sonra isə Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs3 da dava-dalaşa qoşulub Zərərçəkmiş şəxs1, daha sonra isə Ufuk Develi ilə Ali Uşana qarşı yumruq zərbələri atmışlar. Təqsirləndirilən şəxs3 yerdən daş parçaları götürüb ətrafa atmağa başlamış, lakin sonuncunun atdığı daş parçalarının kiməsə dəyib-dəymədiyini görməmişdir. O, sakitlik yaratmaq və Zərərçəkmiş şəxs1 qorumaq məqsədi ilə araya girib dalaşan şəxsləri aralamağa çalışmışdır. Münaqişə vaxtı ortalıqda çox adam olduğundan qarışıqlıq düşmüş, həmin vaxt o heç kimi sakitləşdirə bilməmişdir. Hadisələr çox sürətlə cərəyan etmişdir. Daha sonra Zərərçəkmiş şəxs1 üz nahiyəsindən qan axdığını görmüşdür. Bir neçə dəqiqə sonra o, ətrafdakı şəxslərin köməkliyi ilə Zərərçəkmiş şəxs1 kənara çıxardıb maşına mindirib hadisə yerindən qaçmasına şərait yaratmışdır. Elə həmin vaxt Təqsirləndirilən şəxs2 işdən çıxarılmasına görə Ali Uşanı təqsirkar bilib vaqonların arasında dartışdırıb yüksək səslə nalayiq ifadələrlə təhqir etdiyini, həmçinin yumruqla vurmağa çalışdığını görmüş, lakin sonradan X27 yumruqla vurub-vurmadığını görməmişdir. O, cəld şəkildə araya girib Təqsirləndirilən şəxs2 sakitləşdirməyə çalışmış, bu zaman Ali Uşan da qaçıb Sahib Nəcəfoun maşınına minmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 maşının arxası ilə qaçıb çatmağa çalışmış, buna görə o, təkrarən Təqsirləndirilən şəxs1 tutaraq buna imkan verməmişdir. Eyni anda Təqsirləndirilən şəxs3 da "xxxx" MMC-də memar vəzifəsində işləyən Ufuk Develinin başının arxa nahiyəsindən şillə ilə vurmuş, Ufuk Təqsirləndirilən şəxs3 əlindən çıxaraq qaçmağa başlamış, bu zaman Təqsirləndirilən şəxs4lə Təqsirləndirilən şəxs1 da Ufuk Develininin dalınca qaçıb tutmağa çalışmış, sonuncu daha sürətli qaçıb Sahibin maşınına minmiş və onlar birlikdə hadisə yerindən uzaqlaşmışlar. Daha sonra, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əsəbləri soyumamış, həmin şəxslər şirkətin xidməti ofisinə girmiş, bu zaman ofisdə olan şirkətin nümayəndəsi Şahid4 çölə çıxıb qaçıb uzaqlaşmış, lakin o, sonuncunu kiminsə vurubvurmadığını görməmişdir. Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs3 ofisin hər iki otağını dağıtmağa başlamış, o, ofisə girərək Təqsirləndirilən şəxs3 tutub çölə çıxartmış, lakin Təqsirləndirilən şəxs1 ofisdən çıxara bilməmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs2 gedib Təqsirləndirilən şəxs1 ofisdən çıxarıb yataq düşərgəsindəki qaldıqları vaqona aparıb yatızdırmışdır. Hadisə zamanı heç kiminlə dalaşmadığına görə heç bir xəsarət almamışdır. Ara sakitləşdikdən sonra xidməti əraziyə getmiş, daha sonra isə polis işçiləri onu Laçın RPŞ-yə dəvət etmişlər. O, izahat verərkən baş vermiş hadisəyə qarışmadığını, heç kiminlə mübahisə etmədiyini və dalaşmadığını, sadəcə araya girib dalaşanları sakitləşdirməyə çalışdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 25 mart 2023-cü il tarixdə Laçın şəhərində tikinti işləri ilə məşğul olan "xxxx" MMC-də fəhlə kimi işə qəbul edilmiş və həmin tarixdən xx.xx.2023-cü il tarixədək həmin şirkətdə işləmişdir. xx.xx.2023-cü il tarixdə şirkətin digər işçisi Təqsirləndirilən şəxs3la birlikdə işdən çıxmaq qərarına gəlmiş, bununla bağlı birlikdə "xxxx" MMC-nin xəritə mühəndisi X16 müraciət edərək işləmək istəmədiklərini bildirib əmək haqlarının hesablanıb verilməsini xahiş etmişlər. Ali Uşan bununla bağlı növbəti gün, yəni xx.xx.2023-cü il tarixdə yaxınlaşmalarını, əmək haqlarının hesablanıb tam şəkildə veriləcəyini bildirmişdir. O və işdən çıxan bir neçə şəxs 12 aprel 2023-cü il tarixdə digər iş yoldaşları ilə sağollaşmaq niyyətilə yığışıb yeyib-içmək məclisi təşkil etmək fikrinə düşmüşlər. Bu məqsədlə, həmin gün saat 11 radələrində şirkətdə fəhlə işləyən Təqsirləndirilən şəxs2la birlikdə mağazaya gedib qida məhsulları və alkaqollu içkilərdən ibarət bazarlıq edib Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə birlikdə şirkətin yataq düşərgəsinin yaxınlığında kabab bişirib süfrə açmışlar. Nahar vaxtı yemək yeyib aldıqları alkaqollu içkiləri birlikdə içmişlər. Bir müddət sonra Şahid1 adlı işçi də gəlib onlara qoşulmuş, yemək yeyib az miqdarda spirtli içki qəbul etmişdir. Onlar alkaqollu içki qəbul etdiklərindən hamısı sərxoş olmuş, Təqsirləndirilən şəxs1 digər şəxslərə nisbətən daha çox alkaqollu içki qəbul etdiyindən sonuncunun vəziyyəti pis olmuş, buna görə Təqsirləndirilən şəxs4 sonuncunu yatıb istirahət etməsi üçün şirkətin düşərgəsinə aparmışdır. Az sonra Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Şahid1 həmin düşərgəyə doğru getmişlər. O, isə kabab çəkdikləri yerdə, ocağın kənarında tək oturaraq bir neçə dəqiqə mobil telefonla danışıb sonra həmin şəxslərin ardınca getmişdir. Düşərgəyə çatanda dalaşmağa xarakterik səs-küy qopduğunu eşitmiş, nə baş verdiyini öyrənmək üçün həmin yerə getmişdir. Ora çatanda Təqsirləndirilən şəxs1 yüksək səslə Zərərçəkmiş şəxs1 ünvanına söyüş söydüyünü, həmin vaxt Şahid3 və digər şəxslərin Təqsirləndirilən şəxs1 üzündən axan qanı sildiklərini görmüşdür. O, nə baş verdiyini görməsə də, vəziyyətdən belə başa düşmüşdür ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1la dalaşmışdır. O, hadisə yerinə gec gəldiyindən baş verən dava-dalaşı görməmişdir. Bundan başqa Şahid2 ifadəsində onunla Ali Uşan, Ufuk Develi və Zərərçəkmiş şəxs1 arasında əvvəllər heç bir problem olmadığını, Təqsirləndirilən şəxs1 və digərlərinin iştirakı ilə baş verən dava-dalaşa qarışmadığını, heç kəsi vurmadığını, heç kəsin ünvanına təhqiramiz ifadələr işlətmədiyini, hadisə yerinə gələrkən dava-dalaşın bitmək üzrə olduğunu, tədricən sakitlik yarandığını və heç kimlə dalaşmadığına görə heç bir xəsarəti olmadığını da bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 2023-cü ilin mart ayından "xxxx" MMC şirkətində iş icraçısı vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə sözügedən şirkətdə ona ayrılmış otaqda olarkən çöldə səs-küy olduğunu eşidib nə baş verdiyini öyrənmək üçün çölə çıxmış, bu zaman Təqsirləndirilən şəxs1 şirkətin layihə rəhbəri vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 ünvanına uca səslə nalayiq ifadələr işlətdiyini, nəticədə onlar arasında söz-söhbət olduğunu görmüşdür. O və ətrafa toplaşan digər işçilər söz-söhbətin davadalaşa çevrilməməsi üçün araya girib onları sakitləşdirmişlər. Bir qədər keçdikdən sonra Təqsirləndirilən şəxs1 heç bir səbəb olmadan yenidən Zərərçəkmiş şəxs1 üzərinə gedərək sonuncuya bir daha nalayiq ifadələr işlətmiş və bundan sonra onlar əlbəyaxa olmuşlar. Həmin vaxt Təqsirləndirilən şəxs1 başqa "xxxx" MMC-də işləyən digər fəhlələr, yəni Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 də bu davaya qoşulub Zərərçəkmiş şəxs1la, habelə onları aralamağa çalışan şirkətin xəritə mühəndisi Ali Uşan və memar vəzifəsində işləyən Ufuk Develi ilə də dalaşmışlar. Hadisə vaxtı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 alkaqollu içkinin təsirindən sərxoş halda olmaları kənardan açıq-aşkar hiss olunmuşdur. O və ətrafdakı digər işçilər araya girib dava-dalaşın qarşısını almağa çalışmışlar. Həmin vaxt Zərərçəkmiş şəxs1 üz nahiyəsindən qan axdığını görmüş və bu vaxt qarışıqlıq olduğundan konkret olaraq hansı səbəbdən sonuncunun üzünün qanadığını görməsə də, kiminsə vurub xəsarət yetirdiyini başa düşmüşdür. Ətrafdakı şəxslərin köməkliyi ilə ilk öncə Zərərçəkmiş şəxs1, daha sonra X31 Develini qeyd olunan şəxslərin əlindən alıb maşına mindirib hadisə yerindən uzaqlaşmalarına şərait yaratmışlar. Bundan sonra sakitlik yaranmışdır. Həmin hadisə şirkətin normal iş fəaliyyətinin 30-40 dəqiqə ərzində pozulmasına səbəb olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdən "xxxx" MMC-də xəritə mühəndisi vəzifəsində işləyir. xx.xx.2023cü il tarixdə günorta saatlarında sözügedən şirkətin xidməti ofisinin qarşısında olarkən düşərgənin həyətində kiminsə səs-küy saldığını eşitmişdir. Həmin vaxt layihə rəhbəri vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 səs-küyə çölə çıxıb bir qrup şəxsə niyə səs-küy salmalarını soruşanda şirkətdə fəhlə kimi işləyən Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 nalayiq ifadələrlə cavab qaytararaq yaxşı elədiyini bildirmişdir. O, vəziyyətdən həmin şəxslərin sərxoş halda olduqlarını başa düşmüşdür. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 yaxınlaşıb səs-küy salıb şirkətin normal fəaliyyətinə mane olmamasını, gedib öz vaqonunda sakitcə istirahət etməsini demiş, bu zaman Təqsirləndirilən şəxs1 qəfildən, Zərərçəkmiş şəxs1 yaxasından tutub əl-qol atmışdır. Səs-küyə çölə çıxan digər işçilər araya girib mübahisənin böyüməsinin qarşısını almışlar. Lakin Təqsirləndirilən şəxs1 sakitləşməyib yenidən Zərərçəkmiş şəxs1 yaxınlaşaraq nalayiq ifadələr işlətməyə başlamış, bu səbəbdən sonuncular arasında münaqişə başlamışdır. Həmin münaqişə daha da qızışaraq dava-dalaşa çevrilmiş, dava-dalaş əsnasında Təqsirləndirilən şəxs4 daha sonra hadisə yerinə gələn digər şəxslər, yəni Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 da həmin dava-dalaşa qoşularaq birlikdə Zərərçəkmiş şəxs1la, habelə münaqişəni sakitləşdirməyə çalışan "xxxx" MMC şirkətində xəritə mühəndisi vəzifəsində işləyən Ali Uşan və "xxxx" MMC şirkətində memar vəzifəsində işləyən Ufuk Develi ilə də dalaşmağa başlamışlar. O və ətrafa toplaşan bir çox şəxslər araya girib onları aralamağa dava-dalaşın davam etməsinin qarşısını almağa çalışmışlar. Onlar dava-dalaşı sakitləşdirdikdən sonra Zərərçəkmiş şəxs1 üz nahiyəsindən qan axdığını görmüş, bundan sonra ilk öncə Zərərçəkmiş şəxs1, sonra Ali Uşanı və daha sonra isə Ufuk Develini maşına qoyaraq həmin şirkətdən getmələri üçün yola salmışlar. Bundan sonra, o, ofisə qayıdanda Təqsirləndirilən şəxs1 da ofisə gələrək işdən çıxarılmasında digər şəxslərlə yanaşı onu da günahkar bilib üzərinə qışqıranda o, qorxub cəld şəkildə ofisdən çıxaraq oradan uzaqlaşmışdır. Axşam saatlarında xidməti iş otağına qayıdanda ofisin iki otağndakı əşyaların dağdılmış, bir neçə əşyanın isə sındırılmış vəziyyətdə olduğunu görmüşdür. Bu hadisənin necə baş verməsi ilə bağlı digər iş yoldaşlarından maraqlananda əşyaları Təqsirləndirilən şəxs1 dağıtdığını öyrənmişdir. Qeyd olunan hadisə ilə bağlı heç bir əlaqəsi olmamış, heç kiminlə dalaşmamış, əksinə baş verən dava-dalaşın qarşısını almaq üçün həmin şəxsləri aralamışdır. Bu zaman heç bir xəsarət almamış, heç kimdən hər hansı şikayəti də yoxdur. Bundan başqa, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 arasında keçirilmiş üzləşdirmə protokollarının məzmunundan görünür ki, S. Nəcəfov təqsirləndirilən şəxslərin birlikdə heç bir səbəb olmadan şirkətin düşərgəsində digər işçilərin gözü qarşısında uca səslə onun ünvanına təhqiramiz ifadələr işlətdiyini, daha sonra isə çox saylı əl və ayaq zərbələri ilə döyüb bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirdiyini, əlavə olaraq Təqsirləndirilən şəxs1 başı ilə sağ qaş nahiyəsinə bir zərbə vurub xəsarət yetirdiyini, bütün hadisələrin Təqsirləndirilən şəxs1 sərxoş halqa özünü cəmiyyətdə qəbul olunan birgə yaşayış qaydalarına açıq-aşkar zidd aparması nəticəsində baş verdiyini, həmçinin Təqsirləndirilən şəxs2 əl ovucu ölçüsündə daş parçası ilə sağ qaş nahiyəsinə bir zərbə vurub xəsarət yetirdiyini, eyni zamanda Təqsirləndirilən şəxs3 yerdən əl ovucu ölçüsündə daş parçası götürüb onun başına vurmaq istəyən zaman orada olan Şahid1 müdaxilə etməsi nəticəsində daşın ona deyil, X5 qarın nahiyəsinə dəydiyini, bundan başqa Təqsirləndirilən şəxs4 də həmin vaxt ona bir neçə yumruq zəbələri vurub xəsarət yetirdiyini ətrafa toplaşan şəxslərin köməkliyi ilə həmin şəxslərin əlindən zorla çıxıb qaçdığını təqsirləndirilən şəxslərin üzünə qarşı deyərək onları ifşa etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə zərər çəkmiş şəxs X19 arasında keçirilmiş üzləşdirmə protokollarının məzmunundan görünür ki, Ali Uşan təqsirləndirilən şəxslərin birlikdə heç bir səbəb olmadan şirkətin düşərgəsində digər işçilərin gözü qarşısında Zərərçəkmiş şəxs1 ünvanına uca səslə təhqiramiz ifadələr işlədib mübahisə etdiyini, o, araya girib təqsirləndirilən şəxsləri sakitləşdirməyə çalışarkən Təqsirləndirilən şəxs1 heç bir səbəb olmadan Zərərçəkmiş şəxs1 başqa onun da ünvanına təhqiramiz ifadələr işlətdiyini, daha sonra dava-dalaş düşərkən Salik və digərlərinin yumruqla bədəninin müxtəlif nahiyələrinə bir neçə zərbə vurub xəsarət yetirdiklərini, Salikin başı ilə Sahibin sifətinə bir zərbə vurub xəsarət yetirdiyini, həmçinin Təqsirləndirilən şəxs2 heç bir səbəb olmadan onun da ünvanına təhqiramiz ifadələr işlətdiyini, daha sonra dava-dalaş düşərkən Edikin yumruqla bədənin müxtəlif nahiyələrinə bir neçə zərbə vurub xəsarət yetirdiyini, eyni zamanda Təqsirləndirilən şəxs3 heç bir səbəb olmadan onun da ünvanına təhqiramiz ifadələr işlətdiyini, daha sonra dava-dalaş düşərkən yumruqla başının arxa nahiyəsinə möhkəm bir zərbə vurub xəsarət yetirdiyini, bundan əlavə Təqsirləndirilən şəxs4 də heç bir səbəb olmadan Zərərçəkmiş şəxs1 başqa onun da ünvanına təhqiramiz ifadələr işlətdiyini, daha sonra dava-dalaş düşərkən Yelmar və digərlərinin təpik-yumruqla bədəninin müxtəlif nahiyələrinə bir neçə zərbələr vurub xəsarətlər yetirdiklərini, işçilərin köməkliyi ilə həmin şəxslərin əlindən zorla çıxıb qaçdığını təqsirləndirilən şəxslərin üzünə qarşı deyərək onları ifşa etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə zərər çəkmiş şəxs X10 arasında keçirilmiş üzləşdirmə protokollarının məzmunundan görünür ki, Ufuk Develi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4lə birlikdə heç bir səbəb olmadan şirkətin düşərgəsində Zərərçəkmiş şəxs1 ünvanına uca səslə təhqiramiz ifadələr işlədib mübahisə etdiyini, o, araya girib təqsirləndirilən şəxsləri və digərlərini sakitləşdirməyə çalışarkən təqsirləndirilən şəxslərin heç bir səbəb olmadan onun da ünvanına təhqiramiz ifadələr işlətdiyini, daha sonra dava-dalaş düşərkən əl və ayaq zərbələri ilə bədəninin müxtəlif nahiyələrinə bir neçə zərbə vurduqlarını, bundan əlavə Təqsirləndirilən şəxs3 onun başının arxa nahiyəsinə möhkəm bir sillə zərbəsi vurduğunu, həmin şəxslərin əlindən zorla çıxıb qaçdığını təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 üzünə qarşı deyərək onları ifşa etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs3 ilə Şahid1 arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, X25 Məmmədovun heç bir səbəb olmadan şirkətin düşərgəsində Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4la birlikdə Zərərçəkmiş şəxs1 ünvanına uca səslə təhqiramiz ifadələr işlədib mübahisə etdiyini, daha sonra isə dalaşıb əl və ayaq zərbələri ilə döydüklərini, X10 araya girib Təqsirləndirilən şəxs3 və digərlərini sakitləşdirməyə çalışarkən Təqsirləndirilən şəxs3 sonuncunun boyun nahiyəsinə bir sillə zərbəsi vurduğunu Təqsirləndirilən şəxs3 üzünə qarşı deyərək onu ifşa etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 224 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşağıdakı xəsarət aşkar edilmişdir. Sağ qaş üzərində əzilmiş yara, sağ gözün alt qapağında qançır, sol bazuda qançır, sol kürək və sol bel nahiyəsində sıyrıqlar - küt əşyanın (əşyaların) təsirindən törənmişdir, kənar şəxs(lər) tərəfindən əllə, təpiklə və daşla vurulma nəticəsində əmələ gələ bilərdi. Xəsarətin yetirilmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağ qaş üzərində əzilmiş yara - dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, digər qançır və sıyrıqlar isə sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlərə aiddirlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 219 nömrəli rəyindən görünür ki, X11 bədənində aşağıdakı xəsarət aşkar edilmişdir. Başında şişkinlik, boynunda, sağ bazunun ön səthində və döş qəfəsinin sağ yan səthində qançırlar - küt əşyanın təsirindən törənmişdir, kənar şəxs(lər) tərəfindən əllə vurulma nəticəsində əmələ gələ bilərdi. Xəsarətin yetirilmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlərə aiddirlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 220 nömrəli rəyindən görünür ki, X5 bədənində aşağıdakı xəsarət aşkar edilmişdir. Qarının ön divarında bir ədəd qançır - küt əşyanın təsirindən törənmişdir, kənar şəxs(lər) tərəfindən daş ataraq vurulma nəticəsində əmələ gələ bilərdi. Xəsarətin yetirilmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlərə aiddirlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə əmtəəşünaslıq-ekspertizasının xx.xx.2023-cü il tarixli 9/3075 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş əşyaların - 01 ədəd “HP 27es” markalı kompüter monitor – 280 (iki yüz səksən) manat; 01 ədəd “HP Elite Book 9470m” markalı noutbuk – 450 (dörd yüz əlli) manat; 01 ədəd “X26 K511” markalı klaviatura – 10 (on) manat; 01 ədəd “Canon i-SENSYS MF211” markalı printer-280 (iki yüz səksən) manat olmaqla, zədələnməmişdən əvvəl istifadədə olmuş normal vəziyyətdə 2023-cü ilin aprel ayına orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1020,0 manat müəyyən olunur. Təqdim edilmiş əşyaların hansı səbəbdən zədəli (istifadə üçün yararsız) vəziyyətdə olması müəyyən olmadığından dəymiş ziyanı müəyyən etmək mümkün olmadı. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə əmtəəşünaslıq-ekspertizasının xx.xx.2023-cü il tarixli 9/3873 nömrəli rəyindən görünür ki, “X21” tərəfindən tərtib edilmiş qüsur aktından istifadə etməklə “X22 10+” markalı mobil telefona dəymiş ziyan ümumilikdə 500,0 manat müəyyən olunur. O cümlədən, LCD (ekran) 450,0 manat, arxa qapaq 50,0 manat. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olan tələbnamələrdən, hökmlərin və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər Qusar rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 85.2-ci maddəsi tətbiq edilərək 500 manat məbləğində cərimə cəzasına, Qusar rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib həmin Məcəllənin 69.4-cü maddəsi tətbiq edilməklə ilk öncə 1.500 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, daha sonra isə həmin məhkəmənin xx.xx.2017-ci il tarixli qərarı ilə xx.xx.2016-cı il tarixli hökm 2 il müddətinə islah işləri cəzası ilə əvəzlənmişdir. Təqsirləndirilən şəxs1 əvvəllər Qusar rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilərək cinayət məsuliyyətindən azad edilmişdir. Təqsirləndirilən şəxs3 əvvəllər Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilərək 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs3 Laçın rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 02 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs4 isə əvvəllər məhkum olunmamışdır. Qeyd edilənlərə əsasən də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkumluğu olmayan şəxslərdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Qusar rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli, PHŞ-6-54/2-300/2023 nömrəli və xx.xx.2023-cü il tarixli, PHŞ-6- 54/2-307/2023 nömrəli məktublarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Qusar rayon Mərkəzi xəstəxanasının narkoloji və psixiatrik kabinetlərində qeydiyyata alınmamışlar. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Laçın rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli, 117 və 118 nömrəli məktublarından görünür ki, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 Laçın rayon Mərkəzi xəstəxanasının narkoloji və psixiatrik kabinetlərində qeydiyyata alınmamışlar. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Qusar rayon İHB-nın Əniq kənd İƏDsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs2-anası, yetkinlik yaşına çatmayan qardaşı və bacısı ilə birlikdə Qusar rayonu Əniq kəndində yaşayır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Qusar rayon İHB-nın Əniq kənd İƏDsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs1-anası, atası və iki qardaşı ilə birlikdə Qusar rayonu Əniq kəndində yaşayır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Laçın rayon İHB-nın Qarakeçdi kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs4-həyat yoldaşı, anası və iki nəfər yetkinlik yaşına çatmayan oğlu ilə birlikdə Laçın rayonu Qarakeçdi obası 245 saylı qəsəbə ev 103-də yaşayır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Laçın rayon İHB-nın Qarakeçdi kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 Laçın rayonu Qarakeçdi kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni yaşayış massivində yerləşən fərdi evdə yaşayır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş dörd ədəd xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yaşayış yerləri üzrə müsbət xarakterizə olunurlar. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş qəbzdən görünür ki, o, dəymiş ziyan qismində 1500 (bir min beş yüz) manat pulu təqsirləndirilən şəxslərdən qəbul etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, iş üzrə 1 ədəd “HP 27es” markalı kompyuter monitoru, 1 ədəd “HP Elite Book 9470m” markalı noutbuk, 1 ədəd “X26 K511” markalı klaviatura və 1 ədəd “Canon i-SENSYS MF211” markalı printer maddi sübut qismində tanınaraq Laçın RPŞ-nin maddi sübut otağında saxlanılır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 nümayəndəsi və eyni zamanda digər zərər çəkmiş şəxslər X11 və X5 vəkili Müdafiəçi5 tərəfindən məhkəməyə ünvanlanan ərizədən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən işlədikləri şirkətin avadanlıqlarına və Zərərçəkmiş şəxs1 mobil telefonuna vurulmuş ziyan ödənilsə də, lakin təqsirləndirilən şəxslərin adı çəkilən qanunazidd əməllərinə görə zərər çəkmiş şəxslərə çox böyük mənəvi ziyan dəymiş, həmçinin şirkətə məxsus kompyuterlərin sınması nəticəsində proqram, layihə və məlumatların itməsi ilə müşayiət olunan digər ziyanlar da olmuşdur. Odur ki, göstərilənləri nəzərə alaraq təqsirləndirilən şəxslərə ittihamda qeyd edilən maddələrin sanksiyası həddində ağır cəza verilməsini məhkəmədən xahiş edirlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 27 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməlin Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.3-cü maddələrindən həmin Məcəllənin 221.2.1, 221.2.2 və 221.3-cü maddələrinə tövsif edilməsi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ifadələrində özünümüdafiə kimi göstərdikləri xüsusatların sübut növü kimi qəbul edilməməsi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 221.2.1 və 221.2.2, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası CM-in 221.3-cü maddələri ilə yenidən ittihamın elan edilməsi və barələrində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin nəzərə alınması, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şahid2 əməlində cinayət tərkibi olmadığından sonuncunun Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərarın ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən prokuror tərəfindən ləğv edilməsinin nəzərə alınması və Şahid2 barəsində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması məsələsinə baxılması üçün cinayət işindən həmin xüsusatla bağlı materialın ayrılaraq Laçın RPŞ-nin X3 göndərilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şahid1 əməlində cinayət tərkibi olmadığından sonuncunun barəsində başlanmış cinayət təqibinə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən xitam verilməsi, Zərərçəkmiş şəxs1, X12 və X5 zərər çəkmiş şəxs qismində tanınmalarının nəzərə alınması, cinayət işi üzrə təqsirləndirilən şəxslərin özünümüdafiə kimi qiymətləndirilməyən ifadələrinin, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələrinin, ekspert rəylərinin, istintaq hərəkəti protokollarının, həmçinin cinayət işinə əlavə edilmiş digər sənədlərin sübut növü kimi qiymətləndirilməsi, iş üzrə 1 ədəd “HP 27es” markalı monitorun, 1 ədəd “HP Elite Book 9470m” markalı noutbukun, 1 ədəd “X26 K511” markalı klaviaturanın və 1 ədəd “Canon i-SENSYS MF211” markalı printerin maddi sübut qismində tanınaraq Laçın RPŞnin maddi sübut otağında saxlanılmasının nəzərə alınması, cinayət işinin başlanması rədd edilmiş xüsusatlarla bağlı materialların ayrılaraq Laçın RPŞ-nin arxivində saxlanılması, qərar barədə maraqlı şəxslərə məlumatın verilməsi və qəbul edilmiş qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs4 Laçın rayonundan olan məcburi köçkündür. Bundan əlavə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 öz müdafiələri üçün gətirdiyi dəlillər də araşdırılmışdır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 221.2.1 və 221.2.2-ci maddələri üzrə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək özünün müdafiəsi üçün heç bir dəlil gətirməmiş, törətdiyi əməli tam etiraf etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 da ifadəsində ona Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi üzrə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək hadisə vaxtı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 yumruqla vurduğunu etiraf etsə də, lakin heç kəsi daşla vurmadığını bildirmişdir. Lakin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi bu xüsusat araşdırılmış və yuxarıda şərh olunan toplanmış sübutlar, həmçinin işin faktiki halları ilə tam təkzib edilmişdir. Belə ki, iş üzrə toplanmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 baş vermiş hadisə vaxtı uca səslə nalayiq ifadələr işlədərək mübahisə yaratmış, sonradan baş verən dava-dalaş zamanı yerdən əl ovucu ölçüsündə daş parçası götürüb Zərərçəkmiş şəxs1 sağ qaş nahiyəsinə qəsdən bir zərbə vurmaqla zərər çəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 bu barədə ifadəsində göstərdiyi xüsusatlar işin obyektiv hallarına uyğun gəlmədiyi üçün özünümüdafiə kimi qiymətləndirilməklə sübut növü kimi qəbul edilməmişdir. Bundan başqa, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 da ifadəsində ona Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi üzrə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək hadisə vaxtı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 yumruqla vurduğunu, ətrafdakı şəxslərə əl-ayaq zərbələri atdığını etiraf etsə də, Ufuk Develini daşla vurmadığını, habelə başqa zərbə vurmadığını bildirmişdir. Lakin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 da ifadəsində göstərdiyi bu xüsusatlar da araşdırılmış və yuxarıda şərh olunan toplanmış sübutlar, həmçinin işin faktiki halları ilə tam təkzib edilmişdir. Belə ki, iş üzrə toplanmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 baş vermiş hadisə vaxtı uca səslə nalayiq ifadələr işlədərək mübahisə yaradıb əl ovucu ölçüsündə daş parçasını atıb Ufuk Develinin qarın nahiyəsinə qəsdən bir zərbə, başının arxa nahiyəsinə qəsdən bir sillə, həmçinin Ali Uşanın başının arxa nahiyəsindən qəsdən bir yumruq zərbəsi vurmaqla qeyd olunan şəxslərin sağlamlığına dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Qeyd edilənlərə əsasən də Təqsirləndirilən şəxs3 bu barədə ifadəsində göstərdiyi xüsusatlar işin obyektiv hallarına uyğun gəlmədiyi üçün özünümüdafiə kimi qiymətləndirilməklə sübut növü kimi qəbul edilməmişdir. Həmçinin, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs4 da ifadəsində ona Azərbaycan Respublikası CM-in 221.2.1 və 221.2.2-ci maddələri üzrə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək baş vermiş mübahisənin başlanğıcında Təqsirləndirilən şəxs1 sakitləşdirməyə çalışdığını xatırladığını, həmin vaxt sərxoş olduğundan sonrakı hadisələri, yəni kiminsə ünvanına nalayiq ifadələr işlətməsini, habelə dalaşıb-dalaşmadığını xatırlamadığını bildirmişdir. Lakin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs4 da ifadəsində göstərdiyi bu xüsusatlar araşdırılmış və yuxarıda şərh olunan toplanmış sübutlar, həmçinin işin faktiki halları ilə tam təkzib edilmişdir. Belə ki, iş üzrə toplanmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs4 həmkəndlisi Təqsirləndirilən şəxs1 tərəfindən mübahisə yaradıb şirkətin rəhbər əməkdaşları ilə dalaşarkən o, da sonuncuya qoşulub Zərərçəkmiş şəxs1, Ufufk Develi və Ali Uşana qarşı təhqiramiz söyüşlər işlətmiş, daha sonra dava-dalaş başlayanda o, da əl və ayaq zərbələri ilə Zərərçəkmiş şəxs1, U.Develi və A.Uşana çox saylı zərbələr vurub zor tətbiq etmiş, Zərərçəkmiş şəxs1 sağ gözün alt qapağında qançır, sol bazuda qançır, sol kürək və sol bel nahiyəsində sıyrıqlar, Ali Uşana başında şişkinlik, boynunda, sağ bazunun ön səthində və döş qəfəsinin sağ yan səthində qançırlar ilə müşayiət olunan dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Göstərilənlərə əsasən də Təqsirləndirilən şəxs4 da bu barədə ifadəsində göstərdiyi xüsusatlar işin obyektiv hallarına uyğun gəlmədiyi üçün özünümüdafiə kimi qiymətləndirilməklə sübut növü kimi qəbul edilməmişdir. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 221.2.1 və 221.2.2-ci, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsirləri tam sübuta yetirilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası CM-in 221.2.1 və 221.2.2-ci, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməlləri isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddələri ilə tövsif olunmalı, onlar həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş müvafiq cəza ilə cəzalanmalıdırlar. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə sadalanan qanunvericilik normalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlikəlilik dərəcəsini, təqsirləndirilənlərin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə xüsusi ilə vurğulayır ki, qanuni, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərir, onun, həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarşısını alır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sayəsində mühüm vasitədir. Məhkəmə Təqsirləndirilən şəxs1 cinayəti etiraf edib səmimi peşman olduğunu, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərər çəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini, onlarla barışmağa cəhd etməsini, zərər çəkmiş şəxslərdən üzr istəməsini və məhkumluğunun olmamasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinin tələblərinə əsasən işdə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş işdə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cinayəti etiraf edib səmimi peşman olduğunu, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərər çəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini, onlarla barışmağa cəhd etməsini, zərər çəkmiş şəxslərdən üzr istəməsini və məhkumluğunun olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almaqla onu xarakterizə edən halları tədqiq edərək, bundan başqa işin konkret hallarını, törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini də nəzərə alaraq onun islah olunması üçün təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlıqdan məhrum etmə cəzasının aşağı həddə təyin edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza növü ilə cəzanın məqsədini təmin etmək mümkündür. Bundan əlavə, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalından dərhal həbsə alınmalı, cəzasının əvvəli hazırkı hökmün çıxarıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs4 cinayəti qismən etiraf edib səmimi peşman olduğunu, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərər çəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini, onlarla barışmağa cəhd etməsini, zərər çəkmiş şəxslərdən üzr istəməsini, məcburi köçkün olmasını, himayəsində iki azyaşlı uşağının olmasını və məhkumluğunun olmamasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinin tələblərinə əsasən işdə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş işdə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs4 cinayəti qismən etiraf edib səmimi peşman olduğunu, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərər çəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini, onlarla barışmağa cəhd etməsini, zərər çəkmiş şəxslərdən üzr istəməsini, məcburi köçkün olmasını, himayəsində iki azyaşlı uşağının olmasını və məhkumluğunun olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almaqla, onu xarakterizə edən halları tədqiq edərək, bundan başqa işin konkret hallarını, törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini də nəzərə alaraq onun islah olunması üçün təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlıqdan məhrum etmə cəzasının aşağı həddə təyin edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza növü ilə cəzanın məqsədini təmin etmək mümkündür. Bundan əlavə, Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalından dərhal həbsə alınmalı, cəzasının əvvəli hazırkı hökmün çıxarıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 cinayəti qismən etiraf edib səmimi peşman olduğunu, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərər çəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini, onlarla barışmağa cəhd etməsini, zərər çəkmiş şəxslərdən üzr istəməsini və məhkumluğunun olmamasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinin tələblərinə əsasən işdə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş işdə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cinayəti qismən etiraf edib səmimi peşman olduğunu, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərər çəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini, onlarla barışmağa cəhd etməsini, zərər çəkmiş şəxslərdən üzr istəməsini və məhkumluğunun olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almaqla, onu xarakterizə edən halları tədqiq edərək, bundan başqa işin konkret hallarını, törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini də nəzərə alaraq onun islah olunması üçün təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddə təyin edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza növü ilə cəzanın məqsədini təmin etmək mümkündür. Bundan əlavə, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalından dərhal həbsə alınmalı, cəzasının əvvəli hazırkı hökmün çıxarıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs3 cinayəti qismən etiraf edib səmimi peşman olduğunu, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərər çəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini, onlarla barışmağa cəhd etməsini, zərər çəkmiş şəxslərdən üzr istəməsini, məcburi köçkün olmasını və məhkumluğunun olmamasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinin tələblərinə əsasən işdə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş işdə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs3 cinayəti qismən etiraf edib səmimi peşman olduğunu, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərər çəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini, onlarla barışmağa cəhd etməsini, zərər çəkmiş şəxslərdən üzr istəməsini, məcburi köçkün olmasını və məhkumluğunun olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almaqla, onu xarakterizə edən halları tədqiq edərək, bundan başqa işin konkret hallarını, törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini də nəzərə alaraq onun islah olunması üçün təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddə təyin edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza növü ilə cəzanın məqsədini təmin etmək mümkündür. Bundan əlavə, Laçın rayon məhkəməsinin 06 fevral 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci və 66.5-ci maddələrinə əsasən hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəza ilə qismən toplanılmaqla onun üzərində qəti cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 06 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin, Laçın rayon məhkəməsinin 06 fevral 2024-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs3 cəza çəkdiyi nəzərə alınaraq onun barəsində hazırki iş üzrə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin edilməsi nəzərdə tutulan bu cəza növləri cəzanın əsas məqsədini təmin edir. Cinayət işinin materiallarına əlavə edilmiş iş üzrə maddi sübutlar-1 ədəd “HP 27es” markalı kompyuter monitoru, 1 ədəd “HP Elite Book 9470m” markalı noutbuk, 1 ədəd “X26 K511” markalı klaviatura və 1 ədəd “Canon i-SENSYS MF211” markalı printer "xxxx" MMCnə qaytarılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri-100 (bir yüz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutulub X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, məhkəmə istintaqı dövründə iş üzrə zərər çəkmiş şəxslərə dəymiş maddi ziyanın təqsirləndirilən şəxslər tərəfindən ödənilməsi həyata keçirilmişdir. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və xüsusi müsadirə yoxdur. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı və 381-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 03 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalında dərhal həbs edilsin və barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 03 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalında dərhal həbs edilsin və barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 03 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalında dərhal həbs edilsin və barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Laçın rayon məhkəməsinin 06 fevral 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs3 təyin edilmiş 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrumetmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci və 66.5-ci maddələrinə əsasən hazırki hökmlə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə qismən toplanılsın və üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə növündə cəza saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 06 fevral 2024-cü il tarixdən hesablansın. Laçın rayon məhkəməsinin 06 fevral 2024-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs3 cəza çəkdiyi nəzərə alınaraq barəsində hazırki iş üzrə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilsin. Cinayət işinin materiallarına əlavə edilmiş iş üzrə maddi sübutlar-1 ədəd “HP 27es” markalı kompyuter monitoru, 1 ədəd “HP Elite Book 9470m” markalı noutbuk, 1 ədəd “X26 K511” markalı klaviatura və 1 ədəd “Canon i-SENSYS MF211” markalı printer "xxxx" MMCnə qaytarılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri-100 (bir yüz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutulub X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və xüsusi müsadirə yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Laçın Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) gün başa çatdıqdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №1(047)-1/2024
Laçın Rayon Məhkəməsi Hökm — İş №1(047)-1/2024
03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver