Məhkəmə qərarları › İş №1(047)-1/2025

Laçın Rayon Məhkəməsi Hökm — İş №1(047)-1/2025

19.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Laçın rayonu İş № 1(047)-1/2025 19.02.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Ağcabədi şəhərində, 19 fevral 2025-ci il tarixdə, Laçın Rayon Məhkəməsinin inzibati binasında, xx.xx.1994-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər Gəncə Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 9.1-ci bəndinə əsasən xitam verilərək cinayət məsuliyyətindən azad edilmiş, hazırda məhkumluğu olmayan, ünvan 1 ünvanında pasport qeydiyyatında olan və Sumqayıt şəhər “Yeni yaşayış massivi” 8-ci məhəllə üzrə 1 saylı məhəllədə 29 nömrəli evdə yaşayan və barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Aparılmış ibtidai istintaq nəticəsində müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə edilən əşyadan istifadə etməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması, habelə belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət olunan qərəzli hərəkətlər törədərək xuliqanlıq etmiş, həmçinin xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, o, 2024-cü ilin yanvar ayının 2-dən 3-nə keçən gecə, saat 01 radələrində sərxoş halda “Həkəri” otelin 53 nömrəli kotecinə gedib orada digər iş yoldaşları ilə “nərd” oynayan, eyni zamandə sərxoş halda olan Zərərçəkmiş şəxs2 yaxınlaşıb taksi nömrəsi istəyərkən sonuncunun kobud şəkildə cavabından sonra aralarında yaranmış mübahisə zamanı əvvəldən sonuncu barəsində olan narazılıqla bağlı haqq-hesab çəkmək qərarına gəlmiş, bu zaman həmin kotecdə olan iş yoldaşları Şahid1 və Şahid2 onların mübahisə etmələrinin qarşısını almağa çalışarkən hər ikisi mübahisəyə müdaxilə edənin ünvanına söyüş edib bu mübahisəni təklikdə həll edəcəklərini bildirib koteci tərk etmələrini tələb edərək həmin şəxsləri çölə çıxardıqdan sonra kənardan eşidiləcək şəkildə uca səslə bir-biri ilə mübahisə etmiş, bu zaman heç bir əsaslı səbəb olmadan guya bu mübahisəyə aydınlıq gətirmək bəhanəsi ilə həmin vaxt otaqda yatan Zərərçəkmiş şəxs2 qohumu Zərərçəkmiş şəxs1 kobud şəkildə yuxudan oyatmağa yönəlmiş hərəkətlər etməyə başlamış, həmin vaxt çöldə olan Şahid1 və Şahid2 səs-küyə yenidən otağa daxil olub onu sakitləşdirməyə çalışmalarına baxmayaraq o, sakitləşməyib Zərərçəkmiş şəxs1 yuxudan ayılmamasına qəzəblənib ilk öncə başına su tökməklə, daha sonra isə fiziki zor tətbiq edib əlləri ilə yaxasından tutub yerindən qaldırıb divara çırpmaqla, Zərərçəkmiş şəxs1 yarı yuxulu vəziyyətdə onun bu hərəkətlərinə təhqiramiz sözlə irad bildirdikdə isə aqressiv hərəkətlərini davam etdirib əli ilə sonuncunun üz nahiyəsinə bir sillə zərbəsi vurub yerə yıxmaqla kiçik söz-söhbətin daha da qızışaraq dava-dalaşa çevrilməsinə səbəb olmuş, bu zaman Zərərçəkmiş şəxs2 dalaşmağa müdaxilə edərək, yəni ona zor tətbiq edərək masanın üzərində olan şüşə araq butulkasını götürüb onun burun nahiyyəsinə bir zərbə, sonra ardıcıl şəkildə bir neçə yumruq zərbəsi, daha sonra isə otaqda olan bel sapı ilə bir neçə zərbə vurduqdan sonra Zərərçəkmiş şəxs1 buraxıb Zərərçəkmiş şəxs2 ilə dalaşmağa başlamış, qarşılıqlı bir-birinə əl və ayaq zərbələri vurarkən otaqda olan Şahid1 və Şahid2 araya girib onları araladıqdan qısa müddət sonra Zərərçəkmiş şəxs2 yerdə olan bel sapını götürüb onun ünvanına söyüş söyə-söyə çölə çıxaraq dalaşmaq üçün onu çölə çağırdığını eşidib həmin şəxslə dalaşmaq məqsədi ilə otaqda olan şüşə araq butulkasını götrüb sonuncunun arxasınca çölə, yəni otelin həyətinə qaçmış, həmin vaxt Zərərçəkmiş şəxs2 oteldə qeydiyyatçı-menecer vəzifəsində işləyən Şahid4 yaşadığı 1 nömrəli kotecə gedib gizləndiyindən sonuncunu tapa bilməyib bir neçə dəqiqə otelin həyətində uca səslə Ü.Cabbarılının ünvanına söyüşlər söyüb çölə çıxmasını tələb etmiş, yaranmış səs-küy nəticəsində oteldə işləyən və istirahət edən bir neçə şəxs çölə çıxıb ətrafa toplaşmış, bununla da şəxsi münasibətlər zəminində, qapalı məkanda, yəni otaqda başlamış mübahisə və dalaşma kimi hərəkətlərin sonradan ictimai qaydanın, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməsinə səbəb olaraq, bu səs-küy əsnasında ətrafa toplaşmış şəxslərin dalaşmanın qarşısını almağa, yəni onu sakitləşdirməyə yönəlik hərəkətlərinə heç bir məhəl qoymayıb bu kimi hərəkətlərini davam etdirərək qeyd olunan oteldə işləyən və müştəri qismində yaşayan, habelə səs-küyə toplaşan ətrafdakı çoxsaylı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, birgə yaşayış, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərərək, uca səslə təhqiramiz söyüşlər söyməyə davam etmiş, daha sonra Zərərçəkmiş şəxs1 ilə dalaşmaq, yəni kobud zorakılıqla sarsıtmaq, onda vahimə yaratmaq və müvəqqəti də olsa, onu öz iradələrinə tabe etdirmək məqsədi ilə yenidən 53 nömrəli kotecə qayıdıb orada olan şəxslərin gözü qarşısında otaqdakı masanın üzərində olan 3 kq-lıq şüşə bankanı götürüb, yəni silah qismində istifadə olunan əşyadan istifadə etməklə divanda sakit şəkildə oturmuş, yəni ona qarşı heç bir zorakılıq etməyən Zərərçəkmiş şəxs1 heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə təkrarən zor tətbiq edib baş nahiyəsinə bir dəfə zərbə endirib həmin bankanı sonuncunun başında sındırmaqla ona alının orta hissəsində, sağ gicgah nahiyəsində, sağ üst göz qapağında kəsilmiş yaralar, sağ gözdə görmə itiliyinin azalması (görmə itiliyi 0,3 olmuşdur), sifətin sağ yarısında hissiyat pozğunluğu ilə müşayiət olunan sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmuş, daha sonra isə xuliqanlıq hərəkətlərini davam etdirib ətrafdakı şəxslərin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək məqsədi ilə yenidən çölə çıxıb uca səslə qışqırıb Zərərçəkmiş şəxs2 çağırıb gizlənməməsini, ortalığa çıxmasını tələb etmiş, sonuncunun otelin qeydiyyatçısı Şahid4 yaşadığı 1 nömrəli kotecdə gizləndiyini öyrəndikdən sonra isə həmin kotecə hücum çəkib içəri daxil olmağa yönəlik çoxsaylı cəhdlər etmiş, Şahid4 və ətrafa toplaşan digər şəxslər onun qarşısına keçib buna mane olunduqlarından kotecin qarşısında uca səslə qarşılıqlı bir-birinə təhqiramiz söyüşlər söymüş, ətrafdakı şəxslərin dəfələrlə araya girib onu sakitləşdirməyə çalışmalarına baxmayaraq Zərərçəkmiş şəxs2 kobud zorakılıqla sarsıtmaq, onda vahimə yaratmaq və müvəqqəti də olsa, onu öz iradələrinə tabe etdirmək məqsədi ilə araya girib onu tutmağa çalışan şəxslərin əlindən çıxıb sonuncunun gizləndiyi 1 nömrəli kotecə zorla daxil olub qarşılıqlı olaraq bir-birinə zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlərini davam etdirib əl zərbələri ilə Zərərçəkmiş şəxs2, sonuncu isə əlindəki bel sapı ilə, yəni silah qismində istifadə olunan əşyadan istifadə etməklə onu vurmağa çalışmış, lakin ətrafdakı şəxslərin yenidən cəld şəkildə araya girməsi səbəbindən bir-birini vura bilməmiş, bu hərəkətləri ilə qeyd edilən otelin normal iş fəaliyyətinin və həmin oteldə müştəri qismində yaşayan şəxslərin istirahət hüquqlarının təxminən 30 dəqiqə pozulmasına səbəb olub ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə şəxs üzərində zor tətbiq edilməsi, habelə belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq törətmiş, həmçinin xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Bununla da ibtidai istintaq orqanının gəldiyi nəticəyə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə tam təqsirli bilərək, lakin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə isə təqsirli bilməyərək məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhəri 76-cı məhəllədəki fərdi yaşayış evində yaşayır. 07 noyabr 2023-cü il tarixdə işləmək üçün Laçın şəhərinə getmiş, orada “Tree House” adlı restoranda ofisiant kimi işə başlamışdır. Orada işlədiyi müddətdə qayınatası Aftandilin Laçın şəhərində yerləşən evində yaşamışdır. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onun iş yoldaşları, yəni “Tree House” restoranın işçiləri olmuşlar. 02 yanvar 2024-cü il tarixdə saat 23 radələrində işdən çıxıb restoranın yaxınlığında yerləşən “Həkəri” otelə gedərək orada dostları tərəfindən təşkil olunmuş yeyib-içmək məclisində iştirak etmiş, bu zaman bir qədər alkaqollu içki də qəbul etmişdir. Təxminən 2 saat həmin məclisdə olmuş, gecə saat 01 radələrində dostlarından ayrılıb evə getmək üçün taksi axtarmışdır. Həmin oteldə qalan digər iş yoldaşı Zərərçəkmiş şəxs2 taksi fəaliyyəti ilə məşğul olan tanışı olduğunu bildiyinə görə sonuncudan taksi sürücüsünün nömrəsini soruşmaq üçün Ülfətin qaldığı 53 nömrəli kotecə getmişdir. Həmin vaxt o, Zərərçəkmiş şəxs2 da sərxoş halda olduğunu və digər iş yoldaşı Şahid1la nərd oynadığını görmüş, kotecdə sonunculardan əlavə Ülfətin bibisi oğlu Zərərçəkmiş şəxs1 və digər iş yoldaşı Şahid2 də olmuşdur. Zərərçəkmiş şəxs1 divanda yatılı vəziyyətdə olmuşdur. O, içəri daxil olub Zərərçəkmiş şəxs2 taksi sürücüsünün nömrəsini istəmiş, bu zaman sonuncu həmin taksi sürücüsünə qarşı təhqiramiz ifadələr işlətmişdir. O, Zərərçəkmiş şəxs2 taksi sürücüsünün arxasınca bu cür danışmasının düzgün olmadığını, bundan əlavə onun arxasınca da xoşagəlməz sözlər danışması barədə məlumatlı olduğunu bildirərək bunun düzgün hərəkət olmadığını demişdir. Bu zaman Zərərçəkmiş şəxs2 öz payına təhqiramiz söyüşlər işlədib “sənin dalınca danışanın var-yoxu belə-belə olsun” deyib onun barəsində artıq-əskik heç nə danışmadığını bildirmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs2 bunu sübut etmək üçün sonuncunun qohumu Zərərçəkmiş şəxs1 yuxudan oyatmaq qərarına gəlmiş və Şahid2 ilə Şahid1 şəxsi söhbətlərinin olduğunu bildirib kotecdən çölə çıxmalarını demişdir. Şahid1la Şahid2 çölə çıxdıqdan sonra o, Zərərçəkmiş şəxs1 yatmış olduğu yerdən oyatmaq üçün onu uca səslə çağırsa da, sonuncu oyanmamışdır. Zərərçəkmiş şəxs2 bildirmişdir ki, Zərərçəkmiş şəxs1 alkoqollu içki qəbul etdiyindən sərxoşdur və ağır yatmışdır, bu səbəbdən oyanmayacaqdır. Lakin o, əl çəkməyərək Zərərçəkmiş şəxs1 oyandırmaq üçün orada olan su butulkasını götürüb sonuncunun üzünə tökmüş, bundan sonra Tural yarıyuxulu vəziyyətdə oyanıb etdiyi bu hərəkətə görə onun ünvanına təhqiramiz söyüş söymüşdür. Həmin vaxt o, Zərərçəkmiş şəxs1 yaxasından iki əllə tutub özünə tərəf çəkib silkələmiş, lakin Zərərçəkmiş şəxs1 tam oyanmayıb qeyri-ixtiyari olaraq onun ünvanına söyüş söyməyə davam etmiş, oturmuş vəziyyətdə əl-qol atmağa başlamışdır. Bundan sonra o, iki əli ilə Zərərçəkmiş şəxs1 sinəsindən itələmiş, nəticədə sonuncunun bel nahiyəsi kotecin divarına dəymiş, lakin Zərərçəkmiş şəxs1 başqa hər hansı zərbə vurmamışdır. Bu zaman onun yanında dayanan Zərərçəkmiş şəxs2 qəfildən şüşə araq butulkasını götürüb onun burun nahiyyəsinə bir zərbə vurmuşdur. Zərbənin təsirindən o, büdrəsə də, özünü toparlayıb Zərərçəkmiş şəxs2 vurmaq niyyəti ilə sonuncunun üzərinə hücum etmək istəyərkən Zərərçəkmiş şəxs1 hər iki əli ilə arxa tərəfdən onun ayaqlarından tutub üzü üstə yerə yıxmışdır. Yerə yıxılan zaman sağ qaş nahiyyəsi divanın küncünə dəyib partlamışdır. Zərərçəkmiş şəxs2 hardansa bel sapı götürüb onu vurmaq istəsə də, onun yerə yıxıldığını görüb bel sapını kənara atıb yerdə ona hücum edib əlləri ilə onun başından sıxmağa başlamış, həmin ərəfədə isə Zərərçəkmiş şəxs1 ayaqlarından tutmuş vəziyyətdə 2 dəfə onun belindən dişləmişdir. Səs-küyə həmin vaxt Şahid1la Şahid2 kotecə daxil olub onları aralamağa çalışmışlar. Bu zaman Zərərçəkmiş şəxs2 onları aralayana söyüş söymüş, lakin həmin şəxslər söyüşə məhəl qoymayıb onları aralamışlar. Belə ki, Şahid2 və Şahid1 Zərərçəkmiş şəxs2 tutub ondan aralamışlar. Bundan sonra, Zərərçəkmiş şəxs2 kotecdən çıxıb getmiş, o, isə əl-üzünü yumaq üçün həmin kotecin sanitar qovşağına daxil olmuşdur. Bu zaman güzgüdə üz-gözünün qan içində olduğunu görüncə hiddətlənmiş, yenidən dalaşmaq üçün kotecin salonuna qayıtmış, həmin vaxt Zərərçəkmiş şəxs1 heçnə olmamış kimi divanda sakit oturduğunu görüncə daha da hirslənmiş, orada masanın üstündə olan 3 kiloqramlıq şüşə bankanı götürüb Zərərçəkmiş şəxs1 baş nahiyəsinə vurmuşdur. Zərbənin təsidindən şüşə banka Turalın başında sınmışdır. Daha sonra isə Zərərçəkmiş şəxs2 döymək istəmiş, lakin sonuncunun kotecdə olmadığını görüb onu axtarmaq üçün çölə çıxmış, orada da Ülfəti tapa bilməyincə otelin adminstratorunun otağı olan 1 nömrəli kotecə tərəf getmişdir. Bu zaman həmin səs-küyə otelin adminstratoru Şahid4 və hazırda xatılamadığı bir neçə otel müştərisinin qaldıqları koteclərdən çölə çıxıb ətrafa toplaşdığını görmüşdür. O, həmin şəxslərə nəzər salaraq Zərərçəkmiş şəxs2 orada olub-olmadığına diqqət etmiş, sonuncunu orada görməyincə Şahid4 Ülfətin harada olduğunu soruşmuşdur. Ətrafdakı şəxslər Zərərçəkmiş şəxs2 1 nömrəli kotecə getdiyini bildirincə o, sonuncu ilə dalaşmaq üçün həmin kotecə tərəf getmək istəmiş, lakin Şahid4 və ətrafdakı bir neçə şəxs onu tutub sakitləşdirməyə, dava-dalaşın qarşısını almağa çalışmışlar. Lakin o, həmin şəxslərə məhəl qoymayıb 1 nömrəli kotecə daxil olub Zərərçəkmiş şəxs2 üzərinə hücum çəkib dalaşmaq istəyən zaman Şahid4 və qeyriləri bir daha araya girib onu tutub Ülfəti vurmasına mane olmuş, müxtəlif sözlərlə onu sakitləşdirməyə çalışmışlar. Lakin o, üzgözünün qan içində olmasından əsəbiləşdiyi üçün sakitləşməyib Zərərçəkmiş şəxs2 vura bilməsə də, həmin şəxslərin yanında ünvanına təhqiramiz söyüşlər söyməyə başlamışdır. Həmin vaxt Ülfətə dalaşmaq üçün kotecdən çölə çıxmasını tələb etmiş, lakin sonuncu çölə çıxmamışdır. Bundan sonra Şahid4 və qeyriləri onu kənara çəkərək sakitləşdirmiş, habelə Ülfətin oradan uzaqlaşmasına şərait yaratmışlar. Bundan əlavə Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs2 bir müddət öncə onun arxasınca xoşagəlməz sözlər danışdığına görə ona qarşı əsəbi olduğnu, belə ki, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və digər iş yoldaşlarından ibarət təşkil olunan yeyib-içmək məclislərin birində kotecdə yatan zaman iş yoldaşlarından birinin Zərərçəkmiş şəxs2 o, yatdığına görə səs salmamasını deyərkən sonuncunun “onu heç kim buraya xahiş-minnətlə gətirmir, gəlmək istəmir gəlməsin, burda yatmağa məcbur deyil” deyə cavab verdiyini, hazırda xatırlamadığı iş yoldaşının bu sözləri sonradan ona çatdırdığını, Zərərçəkmiş şəxs2 bu barədə heç nə deməsə də, bu sözün ona xoş təsir etmədiyini, hadisənin də bu söz-söhbətin üstündə yarandığını, dava-dalaş zamanı Zərərçəkmiş şəxs1 baş nahiyəsinə şüşə banka ilə zərbə vurarkən özündə olmadığından həmin vaxt yanlarında hər hansı şəxsin olub-olmadığını xatırlamadığını, 1 nömrəli kotecin qarşısında, habelə içərisində Zərərçəkmiş şəxs2 ilə dalaşıb sonuncunu vurmaq istəsə də, ətrafdakı şəxslər araya girib buna imkan vermədiyini, bu zaman əlində şüşə araq butulkasının olub-olmamasını xatırlamadığını, lakin həmin kotecin qarşısında olarkən Ülfətin çölə çıxması üçün ətrafdakı şəxslərin yanında yüksək səslə söyüşlər söydüyünü, bu hadisənin təxminən 15-20 dəqiqə davam etdiyini, səs-küyə otelin bir neçə müştərisinin çölə çıxıb ətrafa toplaşdığını göstərmişdir. Daha sonra o, bildirmişdir ki, onun törətdiyi cinayət əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin tərkib əlamətləri mövcud deyildir. Odur ki, əməlindən səmimi peşmançılıq çəkdiyini, dəymiş ziyanı tamamilə ödədiyini, artıq zərərçəkmiş şəxslərlə barışdığını, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələblərinin olmadığını qeyd edərək və iş üzrə digər yüngülləşdirici halları nəzərə alıb Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə ona yüngül cəza verilməsini, lakin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə isə cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Səbail rayonunda yaşasa da 2023-cü il avqust ayının sonlarından etibarən Laçın şəhərində “Tree House” adlı restoranda barmen kimi işə başlamışdır. Onun Laçın şəhərində yaşamağa yeri olmadığından şirkət tərəfindən Laçın şəhərində fəaliyyət göstərən “Həkəri” otelində ona kotec ayrılmış və o, həmin yerdə qalmışdır. Həmin otel və işlədiyi restoranın hər ikisi "xxxx" ASC-nin tabeliyində olmuşdur. Onunla birlikdə dayısı oğlu Zərərçəkmiş şəxs2 da Həkəri oteldə ofisiant kimi işləmiş və onlar birlikdə həmin oteldə bir kotecdə yaşamışlar. 02 yanvar 2024-cü il tarixdə qohumu Zərərçəkmiş şəxs2 ilə birlikdə səhər növbəsində işləyib günorta saat 15 radələrində işdən çıxmışlar. Boş vaxtları olduğundan Ülfətin Laçın şəhərində yaşayan dayısı X1 evinə qonaq getmiş, axşam saatlarında orada birlikdə yemək yeyib alkaqollu içki (araq) qəbul etmişlər. Həmin gün saat 23 radələrində Zərərçəkmiş şəxs2 ilə birlikdə Elçinin evindən çıxıb yaşadıqları otelin 53 nömrəli kotecinə qayıtmışlar. O, yorğun və sərxoş olduğundan, habelə səhər tezdən işə getməli olduğundan kotecə girən kimi öz yerinə keçib yatmışdır. O, yatarkən Zərərçəkmiş şəxs2 isə oyaq olmuşdur. Bir müddət sonra, yəni gecə saat 01 radələrində iş yoldaşı Təqsirləndirilən şəxs onun qaldığı kotecə gəlib heç bir səbəb olmadan onun yaxasından tutub silkələyib oyatmağa çalışmışdır. O, ağır yatdığından bu ana qədər baş verənlərdən xəbəri olmamış, Asimanın ona qarşı nəyə görə bu cür hərəkət etməsini başa düşməmişdir. Yuxudan oyananda iş yoldaşları Təqsirləndirilən şəxs ilə Şahid1 həmin kotecdə olduqlarını görüb Təqsirləndirilən şəxs nə baş verdiyini, nəyə görə aqressiv hərəkət etdiyini soruşmuş, sonuncu ona Zərərçəkmiş şəxs2 etdiyi hərəkətlərin arxasında dayana bilmiyəcəyini demişdir. Sonradan ona məlum olmuşdur ki, o, yatan vaxt Asiman onların yaşadığı kotecə gələrək Zərərçəkmiş şəxs2 ilə mübahisə etmişdir. O, həmin vaxt Şahid1 səslənərək Ülfətin harada olmasını soruşmuş, sonuncu da Zərərçəkmiş şəxs2 qorxudan qaçıb getdiyini bildirmişdir. Həmin müddətdə isə Təqsirləndirilən şəxs sərxoş halda çox aqressiv hərəkətlər etmişdir. O, Şahid1 tərəf dönüb nə baş verdiyini aydınlaşdırmağa çalışan zaman Təqsirləndirilən şəxs heç bir səbəb olmadan qəfildən yerdə olan 3 kiloqramlıq şüşə bankanı götürüb onun başının sağ nahiyəsinə bir dəfə möhkəm çırpmışdır. Bu zərbənin təsirindən şüşə balon onun başında sınmış və nəticədə şüşə başını kəsdiyindən həmin nahiyədən qan axmağa başlamışdır. Təqsirləndirilən şəxs onu vurduqdan sonra Şahid1 “neynədin sən?” deyib cəld şəkildə araya girib Asimanı kənara itələmiş və ona kömək etməyə başlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs yüksək səslə nalaiq söyüşlər söyə-söyə kotecdən çıxıb getmişdir. Səs-küyə oteldə qalan tanımadığı bir neçə şəxs gəlib ona kömək etməyə başlamışlar. Şahid1 əl-üz dəsmalını onun yarasına sıxıb axan qanını saxlamağa çalışmışdır. Bir müddət sonra, təcili tibbi yardım əməkdaşları gəlib ona ilkin tibbi yardım göstərərək xəstəxanaya aparmış, başındakı çapığa 6 sayda tikiş qoyulmuşdur. O, hadisələrin hansı səbəbdən yarandığını başa düşməsə də, sonradan ona bəlli olmuşdur ki, Təqsirləndirilən şəxs bir neçə gün öncə Zərərçəkmiş şəxs2 onun barəsində dediyi sözə görə dalaşmışdır. Belə ki, o, Laçın şəhərində işlədiyi müddətdə ara-sıra iş yoldaşları ilə işdən sonra onun yaşadığı otelin 53 nömrəli kotecinə yığışıb yeyib-içmək məclisi təşkil etmişlər. Digər iş yoldaşları kimi Təqsirləndirilən şəxs də həmin məclislərdə iştirak etmiş, lakin sonradan Asiman “dostlarla yığışanda çox səs-küy olur yoruluram, mən bir də həmin kotecə gəlməyəcəyəm” deyə bildirmişdir. Asimanın bu sözlərini kimsə Zərərçəkmiş şəxs2 çatdırmış, sonuncu da “gəlmirgəlməsin, onu bura məcburi çağıran yoxdu, nə minnət edir ki?” deyə bildirmişdir. Ülfətin bu sözlərini də, kimsə Təqsirləndirilən şəxs çatdırarakən sonuncu heç bir əsaslı səbəb olmadan Ülfətin onun barəsində xoşagəlməz formada danışdığını düşünüb Ülfətdən incikli qalmış və bir neçə gündən sonra yəni yanvar ayının 2-dən 3-nə keçən gecə, saat 01 radələrində bunun haqq hesabını çəkmək üçün sərxoş halda qaldıqları otelə gəlib Ülfətlə mübahisə edib dalaşmışdır. Bundan əlavə Zərərçəkmiş şəxs1 ifadəsində qeyd olunan hadisənin “Həkəri” otelin 53 nömrəli kotecində baş verdiyini və daha sonra otelin həyətində davam etdiyini, həmin vaxt Təqsirləndirilən şəxs bərk sərxoş halda olduğunu, sonuncunun heç bir səbəb olmadan, adi bir sözə görə gecə saat 01 radələrində onların yaşadığı kotecə gəlib yüksək səslə Zərərçəkmiş şəxs2 ilə mübahisə edib dalaşdığını, daha sonra isə onu yatdığı yerdən kobud şəkildə oyadıb başına şüşə banka ilə zərbə endirib xəsarət yetirdiyini, yüksək səslə nalayiq söyüşlər etdiyini, səs-küyə oteldə qalan bir neçə şəxsin yığışdığını, həmin şəxslərin araya girməsindən sonra Asimanın həmin yeri tərk etdiyini, əvvəllər Təqsirləndirilən şəxs ilə onun arasında hər hansı narazılıq olmadığını, bir iş yoldaşı kimi aralarında normal münasibətlər olduğunu, sonuncunun məhkəməyə verdiyi ifadəsində onu yuxudan oyadarkən Asimana qarşı əl zərbələri vurması, ayağından tutub yerə yıxması kürək nahiyyəsindən iki dəfə dişləməsi barədə göstərdiklərinin tamamilə yalan olduğunu, belə bir hadisənin baş vermədiyini göstərmişdir. Həmçinin o, məhkəməyə ərizəsini təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı tam şəkildə ödəmişdir, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, bununla bağlı Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Odur ki, qeyd etdiklərini nəzərə alıb Təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Səbail rayonu ərazisində yaşasa da, 2023-cü ilin avqust ayında işləmək üçün Laçın şəhərinə getmişdir. Orada “Tree House” restoranında ofisiant kimi işə başlamışdır. Onun Laçın şəhərində yaşamağa yeri olmadığından şirkət tərəfindən Laçın şəhərində fəaliyyət göstərən “Həkəri” oteldə ona kotec ayrılmış və o, həmin yerdə qeyd olunan restoranda barmen kimi işləyən bibisi oğlu Zərərçəkmiş şəxs1 Elburus oğlu ilə birlikdə yaşamışdır. 02 yanvar 2024-cü il tarixdə Zərərçəkmiş şəxs1 ilə birlikdə səhər növbəsində işləyib saat 15 radələrində işdən çıxmışlar. Boş vaxtları olduğundan Zərərçəkmiş şəxs1 ilə birlikdə Laçın şəhərində yaşayan qohumu X1 evinə qonaq getmiş, axşam yeməyini birlikdə yeyib spirtli içki (araq) qəbul etmişlər. Saat 23 radələrində Zərərçəkmiş şəxs1 ilə birlikdə oradan çıxıb qaldıqları otelin 53 nömrəli kotecinə qayıtmışlar. Zərərçəkmiş şəxs1 yorğun və sərxoş olduğundan kotecə gedən kimi yerinə girib yatmışdır. O, isə iş yoldaşı Şahid1la nərd oynamağa başlamışdır. Bir qədər sonra digər iş yoldaşı Təqsirləndirilən şəxs sərxoş halda onların kotecinə gələrək ondan tanıdığı taksi sürücüsünün nömrəsini istəmiş, o, isə həmin taksi sürücüsünün nömrəsini telefonuna yazmadığını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs onunla yüksək səslə aqressiv şəkildə danışaraq “siz niyə mənim arxamca pis danışmısız?” deyə soruşmuşdur. O, da bunu qəti şəkildə rədd edərək onun arxasınca hər hansı pis söz danışmadıqlarını bildirmişdir. Lakin Təqsirləndirilən şəxs onun bu izahı ilə razılaşmayıb onunla şəxsi söhbətinin olduğunu deyərək həmin vaxt otaqda olan Şahid1 və Şahid2 xahiş etmişdir ki, otaqdan çölə çıxsın. Kənan və Şiraslan da Asimanın sözü ilə kotecdən çölə çıxmışlar. Bu zaman Təqsirləndirilən şəxs sizin hər ikinizlə söhbətim var deyib həmin vaxt yatan Zərərçəkmiş şəxs1 oyatmaq üçün uca səslə çağırmış, lakin sonuncunun oyanmadığını görüb ilk öncə əli ilə silkələmiş, daha sonra su butulkasını götürüb başına su tökmüş, bununla da kifayətlənməyib hər iki əliylə Turalın yaxasından tutaraq sonuncunu kotecin divarına çırpmışdır. Bu vaxt Zərərçəkmiş şəxs1 yarı yuxulu vəziyyətdə Təqsirləndirilən şəxs nalayiq ifadə işlədib onu yuxudan oyatmasına iradını bildirmişdir. Bundan sonra Asiman heç bir əsaslı səbəb olmadan Turalın üz nahiyəsinə bir sillə zərbəsi vurmuş, zərbənin təsirindən sonuncu divanın üstünə yıxılmışdır. O, Turalı qorumaq üçün dərhal Təqsirləndirilən şəxs üzərinə hücum çəkib sonuncunun üz nahiyəsinə bir neçə dəfə yumruq zərbələri vurmuş, daha sonra isə əvvəldən kotecə qoyduğu bel sapını yerdən götürüb onunla Təqsirləndirilən şəxs kürək nahiyəsinə 1-2 zərbə vurmuşdur. Həmin zərbələrin təsirindən Asiman yerə yıxılmış, bundan sonra o, Təqsirləndirilən şəxs ayağa qalxıb onu vurmasının qarşısını almaq üçün hər iki qolunu boğaz nahiyəsinə keçirərək yarıoturmuş vəziyyətdə tutub saxlamışdır. Bu zaman səs-küyə çöldə olan iş yoldaşları Şahid1la Şahid2 kotecə daxil olub onları aralamağa çalışmışlar. O, Kənanla Şiraslandan xahiş etmişdir ki, Təqsirləndirilən şəxs tutub saxlasın, özü isə gedib otelin qeydiyyatçısını çağıracağını bildirmişdir. Bundan sonra, o, otelin qeydiyyatçısını çağırmaq üçün kotecdən çıxıb 1 nömrəli kotecə getmiş, bu zaman hər ehtimala qarşı bel sapını da özü ilə götürmüş, Şahid4 adlı otel qeydiyyatçıya yaxınlaşıb baş vermiş hadisə barədə məlumat vermişdir. X9 İsmayılzadəni tutub sakitləşdirməyə çalışmalarına baxmayaraq sonuncu etdiyi hərəkətlərlə kifayətlənməyib əlində araq butulkası ilə onun arxasınca həmin kotecə gəlib Şahid4 yanında üzərinə hücum çəkərək vurmaq istəyərkən Şahid4 və səs-küyə ətrafa toplaşan, tanımadığı otel sakinləri araya girib Asimanı tutmağa çalışmışlar. Lakin Təqsirləndirilən şəxs həmin şəxslərin əlindən çıxıb ona zərbələr vurmaq istəmiş, lakin o, həmin zərbələrdən yayınmışdır. Həmin vaxt ara qarşımış, qarşılıqlı bir-birini vurmağa çalışmışlar. Təqsirləndirilən şəxs onu həmin vaxt vura bilməsə də, o, Asimanı arxa ərəfdən qucaqlamış, sonuncunu vurmağa macal tapmadığından əsəbindən kürək nahiyəsindən 2 dəfə dişləmişdir. Daha sonra Şahid4 və səs-küyə toplaşan tanımadığı şəxslər onları aralamış, həmin vaxt onun əlində bel sapı da olmuşdur. Bu zaman Asiman və o, qarşılıqlı olaraq birbirinin ünvanına uca səslə nalayiq söyüşlər də söymüşlər. Bir müddət sonra Asiman çıxıb getmiş, o, da öz qaldığı kotecə qayıtmışdır. Qayıdarkən kotecin qarşısında hazırda xatırlamadığı bir neçə şəxsin olduğunu, kotecin salonunun isə qana bulaşmış vəziyyətdə olduğunu, lakin kotecin içərisində heç kimin olmadığını görmüşdür. O, nə baş verdiyini soruşanda hazırda xatırlamadığı şəxslər Təqsirləndirilən şəxs şüşə banka ilə Zərərçəkmiş şəxs1 baş nahiyəsinə vurduğunu, zərbənin təsirindən sonuncunun başının yarıldığını, buna görə Tuarala tibbi yardım göstərilməsi üçün xəstəxanaya aparıldığnı bildirmişlər. Həmin vaxt o, 1 nömrəli kotecdə olduğundan Asimanın Turalı necə vurmasını görməmişdir. Qeyd olunan hadisə zamanı Təqsirləndirilən şəxs onunla dalaşıb vurmağa cəhdlər etsə də, onu vura bilməmiş, buna görə heç bir xəsarət almamışdır. Bundan başqa, Zərərçəkmiş şəxs2 hadisə vaxtı Asimanın üz nahiyyəsinə şüşə araq butulkası ilə vumasını xatırlamadığını Asimanın məhkəməyə verdiyi ifadəsində kotecdə onunla dalaşan vaxt Zərərçəkmiş şəxs1 onun ayağından tutub yerə yıxması və kürək nahiyəsindən iki dəfə dişləməsi barədə göstərdiklərinin tamamilə yalan olduğunu, belə bir hadisənin baş vermədiyini, Turalın həmin vaxt bərk sərxoş və yuxulu olması səbəbindən Asimanla dalaşacaq halda olmadığını, sonuncunun kürəyindən Turalın deyil, özünün iki dəfə dişlədiyini, qaldıqları kotecdən çıxıb qeydiyyatçı Şahid4 kotecində dalaşdıqları vaxt Asimanın əlində şüşə araq butulkasının olduğunu göstərmişdir. Həmçinin o, məhkəməyə ərizəsini təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı tam şəkildə ödəmişdir, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, bununla bağlı Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Odur ki, qeyd etdiklərini nəzərə alıb Təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdən Laçın rayon ərazisində fəaliyyət göstərən “Tree House” restoranında süfrəçi kimi işləyir. Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs onun iş yoldaşları olmuş və Laçın şəhərində işlədiyi vaxtdan onları tanımışdır. Sözügedən restoranda iş iki növbədə təşkil olunmuşdur. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 birinci növbə olmaqla səhər saat 8-dən günorta saat 16:00-a qədər, onunla Təqsirləndirilən şəxs isə 2-ci növbə olmaqla günorta saat 16:00-dan gecə saat 00:00-a qədər işləmişlər. xx.xx.2024-cü il tarixdə saat 21:00 radələrində Təqsirləndirilən şəxs işdən çıxıb harasa getmişdir. Həmin gün axşam saatlarında “Tree house” restoranında olarkən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 sərxoş halda restorana gəlmiş, bir qədər söhbətləşdikdən sonra iş vaxtı bitdiyindən Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Şiraslan Babaveridiyev ilə birlikdə qaldıqları “Həkəri” otelə getmişlər. Şahid2 ilə o, 54 nömrəli kotecdə, Zərərçəkmiş şəxs2 ilə Zərərçəkmiş şəxs1 isə 53 nömrəli kotecdə qaldığından hərə öz otağına getmişdir. Daha sonra o və Şahid2 53 nömrəli kotecə getmiş, Şiraslan ilə Ülfət nərd oynamağa başlamış, o, isə Zərərçəkmiş şəxs1 ilə söhbət etmişdir. Zərərçəkmiş şəxs1 alkoqollu içkinin təsirindən sərxoş olduğundan divanda oturduğu yerdə yuxuya getmişdir. Saat 00:30 radələrində o və Şahid2 öz kotecinə getmək istəyən vaxt iş yoldaşları Təqsirləndirilən şəxs sərxoş halda həmin kotecə daxil olmuş və onlarla salamlaşaraq evə getmək üçün Zərərçəkmiş şəxs2 taksi nömrəsi istəmişdir. Zərərçəkmiş şəxs2 da Təqsirləndirilən şəxs istədiyi taksinin sürücüsünün nömrəsinin onda olmadığını kobud şəkildə bildirmiş, buna görə aralarında mübahisə baş vermişdir. O və Şahid2 bu mübahisəyə müdaxilə edib hər iki şəxsi sakitləşdirmək istəyərkən həm Asiman, həm də Ülfət onların mübahisəyə qarışmamalarını deyərək onu və Şahid2 çölə çıxarmışlar. Buna görə onlar məcbur qalıb çölə çıxıb qaldıqları 54 nömrəli kotecin yanına getmişlər. 3-5 dəqiqə keçdikdən sonra həmin kotecdən dalaşmağa xarakterik səs-küy gəldiyini, Asimanla Ülfətin yüksək səslə bir-birinin ünvanına nalaiq söyüşlər işlətdiklərini eşidib cəld şəkildə yenidən 53 nömrəli kotecə yaxınlaşıb qapını açıb içəri daxil olmuşlar. Bu zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 yaxasından tutub sirkələyərək yuxudan oyatmağa çalışıdığını görmüşlər. O, Asimandan niyə belə etdiyini Turalı nə üçün oyatmağa çalışdığını soruşanda Asiman bildirmişdir ki, Turalla işi vardır, sonuncunun oyanması lazımdır. Həmin vaxt Zərərçəkmiş şəxs2 isə divanda oturaqlı vəziyyətdə olmuşdur. Asiman Turalın ayılmadığını görüb masanın üstündə olan su butulkasını götürüb suyu sonuncunun üzünə tökmüşdür. Bu an Zərərçəkmiş şəxs1 oyanaraq əsəbi şəkildə “gijdıllaqsan, başıma niyə su töküb məni oyadırsan” kimi ifadələr işlətmişdir. Bu zaman Təqsirləndirilən şəxs Turalın yaxasından təkrarən tutub sonuncunu kotecin divarına çırpmışdır. Zərərçəkmiş şəxs1 bərk sərxoş olduğundan Asimana cavab verə bilməmiş, eləcə qeyri-ixtiyari olaraq əl-qol atıb vurmağa çalışmışdır. Bu zaman Təqsirləndirilən şəxs əlinin içi ilə Zərərçəkmiş şəxs1 baş nahiyəsinə bir sillə zərbəsi vuraraq sonuncu ilə dalaşmağa başlamışdır. Bu vaxt Zərərçəkmiş şəxs2 da, yerindən durub Asimana hücum etməklə dava-dalaşa qoşulmuş, sonuncunu döyməyə başlamışdır. Həmin vaxt Zərərçəkmiş şəxs2 yerdən 0.5 litr həcmli şüşə butulka götürüb Təqsirləndirilən şəxs burun nahiyəsinə bir zərbə, daha sonra isə yerdən bel sapı götürərək onunla Asimanın bel nahiyəsinə 1-2 zərbə endirmiş, həmin zərbələrin təsirindən sonuncu öz müvazinətini itirmiş və burnundan xəsarət almışdır. Daha sonra Ülfət təkrarən Asimanın üstünə cumub baş nahiyəsindən tutaraq sıxmağa başlamışdır. Zərərçəkmiş şəxs2 dava-dalaşa qoşulana və onları aralayana var-yox söyüşü söysə də, onlar bu söyüşlərə məhəl qoymayıb Ülfətlə Asimanı aralamağa çalışmışdır. Daha sonra Zərərçəkmiş şəxs2 Şahid2 bu dava-dalaşa çəlb etməyə çalışaraq Təqsirləndirilən şəxs vurmasını desə də, Şiraslan heç nə etməmiş, əksinə araya girib dava-dalaşın qarşısını almağa çalışmışlar. O və X8 aralayıb dava-dalaşı sakitləşdirdikdən sonra Zərərçəkmiş şəxs2 yenidən qızışıb yerdə olan uzun bel sapını əlinə götürərərk bu dava-dalaşın haqq-hesab edilməsi üçün Təqsirləndirilən şəxs çölə çıxmasını tələb edərək əlində bel sapı ilə kotecdən çölə çıxmışdır. Bundan sonra Təqsirləndirilən şəxs də yerindən duraraq Ülfətin dalınca çölə çıxmışdır. Şiraslan da onların dalınca getmiş, o, isə bir neçə dəqiqə həmin kotecdə qalmışdır. 3-4 dəqiqə sonra o, çölə çıxmaq istəyən zaman Təqsirləndirilən şəxs əsəbi şəkildə geri qayıtmış və qəfildən yerdə olan 3 kiloqramlıq şüşə bankanı əlinə götürərək divanda sakit formada oturan Zərərçəkmiş şəxs1 başının sağ nahiyəsinə bir dəfə zərbə endirib yenidən çölə çıxıb getmişdir. Zərbənin təsirindən şüşə banka Tural Xəlizadənin başında sınmış və sonuncunun başı yarılaraq qanamışdır. Bu zərbədən sonra Tural huşunu itirərək sağ yanı üstə yerə yıxılmışdır. O, dərhal əski parçası götürüb Turalın başına, yara nahiyyəsinə sıxıb qanın axmasının qarşısını almağa çalışmışdır. Bir müddət sonra həmin otelin, eyni zamanda işlədikləri restoranın meneceri Şahid5 həmin yerə gəlmiş, Zərərçəkmiş şəxs1 başından xəsarət aldığını görüb sonuncunu öz nəqliyyat vasitəsinə mindirib tibbi yardım göstərilməsi üçün onunla birlikdə Laçın şəhərində yerləşən modul tipli xəstaxanaya aparmışlar. Bundan əlavə Şahid1 ifadəsində bu hadisənin təxminən 30-40 dəqiqə davam etdiyini, dava-dalaş zamanı yaranmış səs-küyə oteldə işləyən, habelə digər koteclərdə yaşayan çoxsaylı şəxslərin çölə çıxıb hadisə yerinə toplaşdığını, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 ətrafdakı şəxslərin araya girib onları aralamaqla bağlı cəhdlərinə məhəl qoymayıb həmin şəxslərin əlindən çıxıb bir-birini vurmağa cəhd etdiklərini, uca səslə qarşılıqlı təhqiramiz söyüşlər söydüklərini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdən “Three House” restoranında süfrəçi kimi işləyir. Laçın şəhərində yaşamağa yeri olmadığından şirkət tərəfindən “Həkəri” oteldə 54 nömrəli kotecdə yerləşdirilmiş, hər gün həmin oteldə qalmışdır. O, iş yoldaşı Şahid1la birlikdə bir kotecdə qalmışdır. İş yoldaşları Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs daha öncə tanımamış, yalnız Laçın şəhərində işlədiyi vaxtdan tanımışdır. Zərərçəkmiş şəxs1 ilə Zərərçəkmiş şəxs2 da həmin otelin 53 nömrəli kotecində, Təqsirləndirilən şəxs isə Laçın şəhərində ayrıca evdə yaşamışdır. xx.xx.2024-cü il tarixdə onun səhhətində probləmlər olduğundan işə çıxmamış, axşam saatlarında yatdıqdan bir qədər sonra, yəni saat 00:00 radələrində onun kotecinə gələn Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Şahid1 səslərinə oyanmış, bu zaman Tural ilə Ülfətin bərk sərxoş vəziyyətdə olduqlarını görmüşdür. Zərərçəkmiş şəxs2 onu nərd oynamaq üçün öz qaldığı 53 nömrəli kotecə dəvət etmiş, o, da sonuncunun sözünü yerə salmayıb birlikdə həmin kotecə getmişlər. Zərərçəkmiş şəxs2 ilə Şahid1 nərd oynamağa başlamış, Zərərçəkmiş şəxs1 isə yorğun olduğunu bildirib divanda uzanıb yatmışdır. Bir neçə dəqiqədən sonra o, çölə çıxmış, çöldə olduğu vaxt Təqsirləndirilən şəxs gəlmiş və o, sonuncu ilə birlikdə 53 nömrəli kotecə daxil olmuşdur. Təqsirləndirilən şəxs öz qaldığı evə getmək üçün taksiyə ehtiyacı olduğunu bildirib Zərərçəkmiş şəxs2 taksi nömrəsi istəmiş, həmin vaxt onlar arasında mübahisə başlamışdır. O, tam olaraq mübahisənin hansı səbəbdən baş verdiyini bilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs mübahisəni öz aralarında həll edəcəklərini, bu söhbətə heç kimin qarışmamasını deyərək Şahid1la onun kotecdən çıxmalarını tələb etmişlər. Bu zaman o və Şahid1 həmin kotecdən çıxaraq qonşuluqda yerləşən öz qaldıqları kotecin qarşısına getmişlər. 3-5 dəqiqə sonra Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 uca səslə qarşılıqlı bir-birinin ünvanına nalayiq ifadələr işlətdiyini eşitmişdir. Elə həmin vaxt dalaşmağa xarakterik səs-küy gəldiyini eşidib Şahid1la birlikdə yenidən 53 nömrəli kotecə getmişlər. İçəri daxil olarkən Təqsirləndirilən şəxs divanda yatan Zərərçəkmiş şəxs1 uca səslə çağırıb, habelə əli ilə sirkələyib oyatmağa çalışdığını, Zərərçəkmiş şəxs2 isə ondan bir qədər aralıda olduğunu görmüşdür. Turalın ağır yatıb ayılmadığını görüncə Asiman stolun üzərində olan su butulkasını götürüb içindəki suyu sonuncunun üzünə tökmüş, bu zaman Zərərçəkmiş şəxs1 alayarımçıq oyanaraq “gijdıllaqsan, başıma niyə su tökürsən” deyə iradını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs Turalın yaxasından tutub kotecin divarına çırpmış, daha sonra Zərərçəkmiş şəxs1 də Asimana əl-qol atmış, lakin bərk sərxoş olduğundan Asimanı vura bilməmişdir. Bu zaman Asiman əlinin içi ilə Zərərçəkmiş şəxs1 baş nahiyəsinə bir sillə zərbəsi vurmuşdur. Zərərçəkmiş şəxs2 ilkin olaraq Təqsirləndirilən şəxs “dava lazım deyil” deyərək sonuncuya yaxınlaşsa da, qəfildən yerdən 0,5 litrlik şüşə araq butulkasını götürüb Təqsirləndirilən şəxs burun nahiyəsinə bir zərbə, daha sonra isə yerdən bel sapı götürərək onunla Asimanın bel nahiəsindən 1-2 zərbə endirmiş, həmin zərbələrin təsirindən Asiman müvazinətini itirsə də, yerə yıxılmamışdır. Bu zərbələrdən Asimanın burnundan qan axmışdır. Daha sonra Ülfət Asimanın üstünə hücum edib başını tutub sıxmağa balamışdır. Həmin vaxt o və Şahid1 araya girib onları aralamaq istəsələr də, Zərərçəkmiş şəxs2 dava-dalaşa qarışıb aralayanı təhqiramiz söyüşlə söymüşdür. Bundan sonra Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs döyməyə köməklik etmək üçün onu çağırmış, lakin o, buna məhəl qoymaraq heç nə etməmişdir. Əksinə edilən söyüşə məhəl qoymayıb Şahid1la birlikdə araya girib onları arlaşmış və sakitləşdirmişlər. Bir qədər sonra Zərərçəkmiş şəxs2 yerdə olan uzun bel sapını əlinə götürüb Təqsirləndirilən şəxs çölə çıxmasını tələb edərək əlində bel sapı ilə kotecdən çölə çıxmışdır. Ülfət çöldə olarkən Təqsirləndirilən şəxs ünvanına uca səslə söyüşlər söyüb çölə çağırmışdır. Buna görə Təqsirləndirilən şəxs də Ülfətin arxasıycan çölə çıxmışdır. Lakin Ülfət harasa getdiyindən Asiman çöldə onu uca səslə çağırsa da Ülfəti tapmayıb yenidən həmin kotecə geri qayıtmış və bu zaman masanın üstündə olan 3 kiloqramlıq şüşə bankanı götürüb divanda oturan Zərərçəkmiş şəxs1 baş nahiyəsinə çırpmışdır. Zərbənin təsirindən banka Turalın başında sınmış və sonuncu huşunu itirərək yerə yıxılmış, habelə Turalın başı yarılaraq qanamağa başlamışdır. Bundan sonra Asiman yerdə olan 0.7 litrlik şüşə araq butulkasını götürərək çölə çıxıb Zərərçəkmiş şəxs2 ilə dalaşmaq üçün sonuncunu axtarmağa başlamışdır. O, hadisələrin daha da böyüməməsi üçün, yəni həmin şəxslərin dalaşmalarına mane olmaq üçün Asimanın ardınca çölə çıxmış, lakin səs-küyə kotecin ətrafında çoxlu sayda adam toplaşdığını görüb həmin şəxslərin davadalaşa mane olacağını fikirləşib Zərərçəkmiş şəxs1 kömək etmək niyyəti ilə yenidən kotecə qayıtmışdır. Kotecin ətrafına toplaşan çox saylı şəxslərin arasında bir neçə iş yoldaşından başqa digər şəxsləri tanımamış, həmin şəxslər oteldə qalan müştərilər olmuşdur. Kotecə qayıdarkən Şahid1 əlində ağ parça ilə Zərərçəkmiş şəxs1 başındakı yaranı sıxıb qanaxmanın qarşısını almağa çalışdığını görmüşdür. Bir qədər sonra həmin otelin, eyni zamanda işlədikləri restoranın meneceri Şahid5 hadisə yerinə gəlmiş və Zərərçəkmiş şəxs1 başından xəsarət aldığını görüb sonuncunu öz nəqliyyat vasitəsinə mindirib tibbi yardım göstərilməsi üçün onunla birlikdə Laçın şəhərində yerləşən modul tipli xəstaxanaya aparmışlar. Bundan əlavə Şahid2 ifadəsində bu hadisənin təxminən 30-40 dəqiqə davam etdiyini, dava-dalaş zamanı yaranmış səs-küyə oteldə işləyən, habelə digər koteclərdə yaşayan çoxsaylı şəxslərin çölə çıxıb hadisə yerinə toplaşdığını göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 2023-cü il sentyabr ayından “Tree House” restoranında menecer vəzifəsində işləyir. Laçın şəhərində yaşamağa yeri olmadığından şirkət tərəfindən “Həkəri” oteldə yerləşdirilmiş və orada 14 nömrəli kotecdə qalmışdır. 2024-cü ilin yanvar ayının 2-dən 3-nə keçən gecə saat 01 radələrində öz otağında yatan zaman çöldən dalaşmağa xarakterik gələn səs-küyə oyanmış, az sonra kiminsə kotecin qapsını döydüyünü görüb qapını açmışdır. Çölə çıxanda hazırda xatırlamadığı şirkət işçiləri ona Təqsirləndirilən şəxs banka ilə Zərərçəkmiş şəxs1 başına zərbə vurub xəsarət yetirdiyini, sonuncunun vəziyyətinin yaxşı olmadığını bildirmişlər. Bu vaxt o, həmin yoldaşlar ilə birlikdə gedəndə otelin 1 nömrəli koteci tərəfdən dalaşmağa xarakterik səs-küy gəldiyini, iki şəxsin qarşılıqlı şəkildə bir-birinə uca səslə təhqiramiz söyüşlər etdiyini eşitmişdir. O, həmin istiqamətdə getmək istəsə də, Turalın vəziyyətinin pis olduğunu öyrəndiyi üçün sonuncunun yaşadığı 53 nömrəli kotecə tərəf getmişdir. Ora çatanda Zərərçəkmiş şəxs1 başından çoxlu miqdarda qan axdığını, Şahid1 adlı iş yoldaşlarının isə Turala yardım edib qan axmanın qarşısını almağa çalışdığını görmüşdür. Zərərçəkmiş şəxs1 halı yaxşı olmadığı üçün o, bu barədə dərhal şirkətin meneceri Şahid5 zəng edərək məlumat vermiş və təcili olaraq hadisə yerinə gəlməsini xahiş etmişdir. 6-7 dəqiqə sonra Şahid5 həmin yerə gəlmiş və Şahid1la birlikdə Zərərçəkmiş şəxs1 öz nəqliyyat vasitəsinə əyləşdirib xəstəxanaya aparmışlar. Həmin ərəfədə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 əsəbi halda bir-birinə qarşı yüksəs səslə nalayiq ifadələr işlətməkdə davam etmişlər. Baş verən hadisə ilə əlaqədar səs-küyə ətrafda təxminən 10-15 adam toplaşmışdır. Daha sonra Şahid4 və ətrafa toplaşan digər şəxslər Asimanı sakitləşdirib oradan uzaqlaşdırmışlar. Zərərçəkmiş şəxs2 isə əlində bel sapı ilə yüksək səslə öz hərəkətlərini davam etdirərək Təqsirləndirilən şəxs harda tutsa öldürəcəyini demişdir. Həmin vaxt o və ətrafdakı digər şəxslər Zərərçəkmiş şəxs2 sakitləşdirməyə çalışsalar da, sonuncu sakitləşməyib özünü çox aqressiv apararaq cəmiyyətdə qəbul olunmuş birgə yaşayış qaydalarına zidd hərəkətlər etmişdir. Bundan başqa Şahid3 ifadəsində sözügedən hadisənin otelin koteclərinin olduğu yerdə küçədə baş verdiyini, hadisə zamanı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 küçədə bir-birilərinə qarşı hamının eşidə biləcəyi şəkildə, yəni uca səslə söyüşlər söyüb bir-birini vurmaq üçün hücum çəkdiklərini, həmin vaxt Zərərçəkmiş şəxs2 əlində bel sapı olduğunu, qeyd edilən bel sapı ilə Təqsirləndirilən şəxs üzərinə gedib sonuncunu vuracağı ilə hədələdiyini, lakin ətrafdakı şəxslərin araya girib onların dalaşmalarına imkan verməməsi səbəbindən bir-birilərini vura bilmədiklərini, bu vaxt hər hansı şəxsin digərinə xəsarət yetirib-yetirmədini görmədiyini, bu hadisənin təxminən 15-20 dəqiqə davam etdiyini və oteldə qalan demək olar ki, bütün şəxslərin istirahətinə mane olduğunu göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 2023-cü il sentyabr ayından Laçın şəhərində fəaliyyət göstərən koteclərdən ibarət olan “Həkəri” oteldə qeydiyyatçı-menecer kimi işləyir. Laçın şəhərində yaşamağa yeri olmadığından xidməti iş otağında, yəni otelin 1 nömrəli kotecində yaşamışdır. Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs "xxxx" ASC-nin tabeliyində olan “Tree House” adlı restoranın işçisi kimi tanımışdır. Şirkət Zərərçəkmiş şəxs1 ilə Zərərçəkmiş şəxs2 otelin 53 nömrəli kotecində yerləşdirmiş, həmin şəxslər bir yerdə həmin kotecdə yaşamışlar. 2024-cü ilin yanvar ayının 2-dən 3-nə keçən gecə saat 01 radələrində işlərini yekunlaşdıraraq yatmağa hazırlaşdığı vaxt çöldən dalaşmağa xarakterik səs-küy gəldiyini eşidib bir qədər həmin səs-küyə diqqət yetirmiş, elə bu vaxt kiminsə çöldən onu çağırdığını eşidib nə baş verdiyini öyrənmək üçün çölə çıxmışdır. Bu zaman onu çağıran şəxsin Zərərçəkmiş şəxs2 olduğunu və sonuncunun sərxoş halda və əlində bel sapı olduğunu görüb nə baş verdiyini soruşmuşdur. Zərərçəkmiş şəxs2 heç nə demədən tələsik onun qaldığı kotecə daxil olaraq qapını içəridən kilidləmiş, sonuncudan nə baş verdiyini təkrarən soruşduqda Ülfət bildirmişdir ki, iş yoldaşı Təqsirləndirilən şəxs ilə dalaşmışlar, buna görə sonuncu onu axtarır, əgər dalınca bura gələrsə qapını açmasın. Bu mövzu ətrafında bir-iki sual verib nə baş veridiyini dəqiqləşdirmək istəyərkən Təqsirləndirilən şəxs qapını döyərək yüksək səslə qışqırıb qapının açılmasını tələb etmişdir. O, qapını açaraq çölə çıxmış, bu zaman Təqsirləndirilən şəxs əlində şüşə araq butulkası ilə kotecə daxil olmaq istəsə də, o, buna mane olaraq sonuncunun kotecə daxil olmasına imkan verməmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs əlindəki şüşə araq butulkasını onun əlindən alıb kənara atmış və daha sonra isə səs-küyə oteldə qalan bir neçə şəxs çölə çıxıb ətrafa toplaşmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs sifət nahiyəsindən qan axdığını görüb kotecin qarşısında onunla danışıb sakitləşdirməyə çalışmış, lakin Təqsirləndirilən şəxs onun sözlərinə məhəl qoymayıb sakitləşməmiş, yüksək səslə Zərərçəkmiş şəxs2 ünvanına təhqiramiz söyüşlər söyə-söyə çağırıb çölə çıxmasını tələb etmişdir. Vəziyyətdən belə başa düşmüşdür ki, Asimanla Ülfət hardasa dalaşmış, sonuncu qaçıb gəlib onun kotecində gizlənmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs2 da kotecin içərisində sakit durmayaraq çöldə olan Təqsirləndirilən şəxs ünvanına uca səslə təhqiarmiz söyüşlər söymüşdür. Elə bu vaxt qeyd olunan restoranın işçiləri Şahid2, Şahid3 və hazırda tam dəqiq xatırlamadığı digər şəxslər, həmçinin sözügedən oteldə qalan bir neçə müştəri yaxınlaşıb onunla birlikdə Asimanı sakitləşdirməyə çalışmışlar. Şahid2 ona yaxınlaşaraq Zərərçəkmiş şəxs1 vəziyyətinin yaxşı olmadığını dedikdə o, işçilərə Təqsirləndirilən şəxs tutmalarını tapşıraraq özü 53 nömrəli kotecə doğru gedərkən, sonuncunun həmin şəxslərin əlindən çıxaraq Ülfətin gizləndiyi 1 nömrəli kotecə daxil olduğunu görüb hər hansı ağır nəticələrin baş verməsinin qarşısını almaq məqsədi ilə cəld geri qayıdaraq digər yoldaşlarla birlikdə Asimanın arxasınca kotecə daxil olmuşlar. Kotecə daxil olarkən Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 kotecin içərisində bir-birinin yaxasından tutub dartışdıqlarını görmüş və tez bir zamanda müdaxilə edərək adıkeçən şəxslərin bir-birini vurmalarına mane olmuş və onları aralamışlar. O, digər şəxslərin köməyi ilə Təqsirləndirilən şəxs kotecdən çölə çıxarmışdır. Lakin Zərərçəkmiş şəxs2 isə əlində bel sapı ilə yüksək səslə öz hərəkətlərini davam etdirərək Təqsirləndirilən şəxs harda tutsa öldürəcəyini demişdir. Həmin vaxt o və ətrafdakı digər şəxslər Zərərçəkmiş şəxs2 sakitləşdirməyə çalışsalar da, sonuncu sakitləşməyib özünü çox aqressiv apararaq cəmiyyətdə qəbul olunmuş birgə yaşayış qaydalarına zidd hərəkətlər etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs də bir neçə dəfə Zərərçəkmiş şəxs2 vurmağa cəhd göstərsə də onlar tərəfindən bunun qarşısı alınmışdır. Tədricən ətrafdakı şəxslərin köməkliyi ilə sakitlik yaradılmışdır. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs 53 nömrəli kotecdə Zərərçəkmiş şəxs2 ilə mübahisə edib dalaşarkən Zərərçəkmiş şəxs1 ilə də sözləri düz gəlməmiş, bu zaman Asiman 3 kiloqramlıq şüşə balon ilə Turalın baş nahiyəsinə zərbə vurub xəsarət yetirmişdir. Lakin o, həmin vaxt öz otağında olmuş, bu hadisənin konkret olaraq necə baş verməsini görməmişdir. Bundan əlavə Şahid4 ifadəsində hadisə zamanı Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs hər ikisinin bir-birinin ünvanına uca səslə təhqiramiz söyüşlər söydüklərini, habelə ilk öncə qaldıqları 53 nömrəli kotecdə, daha sonra isə onun qaldığı 1 nömrəli kotecdə dalaşaraq səs-küy saldıqlarını, bu hərəkətləri ilə kiçik bir ərazidə, bir-birinə yaxın koteclərdən ibarət təşkil olunmuş otelin müştərilərinin istirahət hüquqlarını pozduqlarını, həmin müştərilər narahat olduqları üçün yatdıqları yerdən durub çölə çıxdıqlarını, otelin nüfuzuna xələl gəlməməsi və müştərilərin məmnuniyyətini təmin etmək məqsədi ilə o və digər işçilər bu hadisəyə tez müdaxilə edib mümkün qədər qısa zaman ərzində sakitlik yaratmağa çalışdığını, lakin həm Asiman, həm də Ülfət bərk sərxoş olduqlarına görə onun sözlərinə məhəl qoymayıb ətrafdakı şəxslərin gözü qarşısında bu kimi hərəkətlərini davam etdirdiklərini, otelin normal fəaliyyətinə və müştərilərin istirahətinə mane olan bu hadisənin təxminən 20 dəqiqə davam etdiyini, otelin nüfuzdan düşməməsi üçün səsküyə çölə çıxan müştərilərinə dalaşan həmin şəxslərin öz işçiləri olmasını gizlədib otelin digər müştəriləri olmalarını barədə yalan danışmaq məcburiyyətində qaldığını göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Laçın şəhərində yaşayır. 09 may 2023-cü il tarixdə o, "xxxx" MMC-nin tabeliyində olan “Həkəri” oteli və “Tree House” restoranında menecer vəzifəsində işlə qəbul olunmuş, həmin tarixdən hər iki qurumun idarə edilməsi ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs ilə arasında bir iş yoldaşı kimi normal münasibətlər olmuşdur. Tural ilə Ülfətin Laçın şəhərində yaşamağa yeri olmadığından şirkət tərəfindən onlara “Həkəri” oteldə kotec ayrılmış, hər ikisi bir otaqda qalmışlar. 2024-cü ilin yanvar ayının 2-dən 3-nə keçən gecə saat 01 radələrində o, öz evində olan zaman sözügedən restoranda adminstrator vəzifəsində işləyən Şahid3 və ofisiant işləyən Şahid1 ayrı-ayrı vaxtlarda ona zəng edərək “Həkəri” oteldə dava-dalaş olması barədə məlumat verərək hadisə yerinə getməsinin lazım olduğunu bildirmişlər. O, dərhal öz avtomobili ilə “Həkəri” otelə getdikdə xeyli sayda insanın 53 nömrəli kotecin qarşısına toplaşdığını görmüşdür. Nə baş verdiyini öyrənmək üçün həmin kotecə daxil olduğu zaman Zərərçəkmiş şəxs1 başının qan içində olduğunu görmüşdür. Bundan sonra o, Şahid1la birlikdə Turalı öz avtomobilinə mindirib Laçın şəhərində yerləşən xəstəxanaya aparmışdır. Daha sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 sərxoş halda bir-biri ilə sözlü mübahisə etmiş, bu mübahisə sonradan dava-dalaşa çevrilmiş, həmin dava-dalaş vaxtı Təqsirləndirilən şəxs kotecdə olan 3 kiloqramlıq şüşə bankanı götürüb Zərərçəkmiş şəxs1 başına çırpıb sonuncuya xəsarət yetirmişdir. Baş vermiş hadisə ilə əlaqədar Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs hər ikisini işdən azad etmişdir. Bundan başqa, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində dava-dalaş zamanı Zərərçəkmiş şəxs2 şüşə araq butulkası ilə onun burun nahiyəsinə bir dəfə zərbə endirib xəsarət yetirdiyini, həmin davadalaş zamanı ya Ülfət, ya da ki, Turalın onun kürəyindən dişlədiyini, lakin bunu konkret olaraq kimin etməsini xatırlamadığını göstərmişdir. Zərərçəkmiş şəxs2 isə ifadəsində hadisə zamanı sərxoş halda olduğundan Təqsirləndirilən şəxs araq butulkası ilə vurmasını xatırlamadığını, lakin dava-dalaş zamanı sonuncuya yumruqla və bel sapı ilə bir neçə zərbə vurmasını xatırladığını, Təqsirləndirilən şəxs bel nahiyəsindən Turalın deyil, onun dişlədiyini göstərmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 17 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşağıdakı xəsarət aşkar edilmişdir. Sağ tərəfli almacıq gicgah nahiyəsinin, alının və burunun əzilmiş cırılmış yaraları - küt əşyanın (əşyaların) təsirindən törənmişdir, şüşə materialdan olan 3 kiloqramlıq banka ilə vurulma nəticəsində əmələ gələ bilərdi. Xəsarətin yetirilmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş əlavə məhkəmə tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 158 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşağıdakı xəsarət aşkar edilmişdir. Alının orta nahiyəsində, sağ gicgah nahiyəsində, sağ üst göz qapağında kəsilmiş yaralar, sağ gözdə görmə itiliyinin azalması (görmə itiliyi 0,3 olmuşdur) sifətin sağ yarısında hissiyyat pozğunluğu – iti kənarlı əşyanın təsirindən törənmişdir, şüşə materialdan olan 3 kiloqramlıq banka ilə vurulma nəticəsində əmələ gələ bilərdi. Xəsarətin yetirilmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olan xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Gəncə Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 9.1-ci bəndinə əsasən xitam verilərək o, cinayət məsuliyyətindən azad edilmişdir. Təqsirləndirilən şəxs hal-hazırda məhkumluğu olmayan şəxsdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli, 2713 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs disapanserə müraciət etməmiş və qeydiyyata alınmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi Sumqayıt Tibb Mərkəzi PHŞ 3 nömrəli Xəstəxananın xx.xx.2024-cü il tarixli, 138 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın poliklinika şöbəsində psixiatrik kabinetində ambulator və dispanser qeydiyyatda yoxdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsi yeni yaşayış massivinin 8-ci məhəllə üzrə 1 saylı məhəllə komitəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri-həyat yoldaşı 1996-cı il təvəllüdlü X2, övladları-2022-ci il təvəllüdlü X4 və 2023-cü il təvəllüdlü X3 ilə birlikdə Sumqayıt şəhəri yeni yaşayış massivinin 8-ci məhəllə üzrə 1 saylı məhəllədə 29 saylı evdə yaşayır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iş üçün əhəmiyyət kəsb etdiyindən hadisə yerindən götürülmüş, şüşə qırıntıları (3 kq-lı bankanın hissələri), şüşə araq butulkası və taxta materialdan ibarət olan bir ədəd bel sapı maddi sübut kimi tanınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli protokoldan və təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 18:30-da tutularaq Ağcabədi RPŞ-nin MSY-nə qəbul edilməsi üçün Laçın RPŞ-nin İQ-na təhvil verilmiş və o, Ağcabədi RPŞ-nin MSY-dən xx.xx.2024-cü il tarixdə saat 17:15-də azad edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı tam şəkildə ödəmişdir, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, bununla bağlı Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Odur ki, qeyd etdiklərini nəzərə alıb Təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı tam şəkildə ödəmişdir, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, bununla bağlı Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Odur ki, qeyd etdiklərini nəzərə alıb Təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 17 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.3-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılması və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin nəzərə alınması, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla Sumqayıt şəhəri “Yeni yaşayış massivi” 8-ci məhəllə üzrə 1 saylı məhəllədə 29 nömrəli evdə yaşamasının nəzərə alınması, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmalarının nəzərə alınması, iş üçün əhəmiyyət kəsb etdiyindən hadisə yerindən götürülmüş şüşə qırıntılarının (3 kq-lı bankanın hissələri), şüşə araq butulkasının və taxta materialdan ibarət olan bir ədəd bel sapının xx.xx.2024-cü il tarixli qərarla maddi sübut kimi tanınmasının nəzərə alınması, cinayət işi üzrə təqsirləndirilən şəxsin ifadələrinin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin, ekspert rəylərinin, istintaq hərəkəti protokollarının, həmçinin cinayət işinə əlavə edilmiş digər sənədlərin sübut növü kimi qiymətləndirilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Zərərçəkmiş şəxs2 əməlində xuliqanlıq cinayətinin tərkib əlamətləri olduğundan həmin faktla bağlı Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərarın qəbul edilməsi, qərar barədə maraqlı şəxslərə məlumatın verilməsi və qəbul edilmiş qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. Beləliklə də Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda qismən təqsirli bilməklə yanaşı, eyni zamanda zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, habelə işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə də Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələrində müəyyən olunmuş cinayətlərin törədilməsində Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.3-cü maddələri ilə tövsif olunmalı, o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş müvafiq cəza ilə cəzalanmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə sadalanan qanunvericilik normalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlikəlilik dərəcəsini, təqsirləndirilənlərin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə xüsusi ilə vurğulayır ki, qanuni, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərir, onun, həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarşısını alır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sayəsində mühüm vasitədir. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti qismən etiraf edib səmimi peşman olduğunu, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslərlə barışmasını və onlara dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını, həmçinin himayəsində iki azyaşlı uşağının olmasını və məhkumluğunun olmamasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinin tələblərinə əsasən işdə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş işdə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cinayəti qismən etiraf edib səmimi peşman olduğunu, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslərlə barışmasını və onlara dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını, həmçinin himayəsində iki azyaşlı uşağının olmasını və məhkumluğunun olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almaqla onu xarakterizə edən halları tədqiq edərək, bundan başqa işin konkret hallarını, törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini də nəzərə alaraq onun islah olunması üçün təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı hədlərdə təyin edilməsini daha məqsədəmüvafiq hesab edir. Bununla yanaşı məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinin tələblərinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 18:30-da tutularaq Ağcabədi RPŞ-nin MSY-nə qəbul edilməsi üçün Laçın RPŞ-nin İQ-na təhvil verilmiş və o, Ağcabədi RPŞ-nin MSY-dən xx.xx.2024-cü il tarixdə saat 17:15-də azad edilmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə olduğu 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Bundan başqa, təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” növündə qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalından dərhal həbsə alınmalı, cəzasının əvvəli hazırkı hökmün çıxarıldığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azadlıqdan məhrum etmə növündə cəzanın Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edildiyindən Təqsirləndirilən şəxs təyin olunacaq cəza da ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan bu cəza növləri cəzanın əsas məqsədini təmin edir. İş üzrə maddi sübutlar-Laçın RPŞ-nin maddi sübut otağında saxlanılan şüşə qırıntıları (3 kq-lı bankanın hissələri), məhv edilməli, şüşə araq butulkasının və taxta materialdan ibarət olan bir ədəd bel sapının isə 1(047)-01/2025 nömrəli cinayət işi üzrə məhv edilməsinin hökm edilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərci, üzərinə həbs qoyulmuş əmlak və xüsusi müsadirə yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 iş saatı üçün 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı və 381-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 01 (bir) il, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunacaq azadlığın məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 19 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalında dərhal həbs edilsin və barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar-Laçın RPŞ-nin maddi sübut otağında saxlanılan şüşə qırıntıları (3 kq-lı bankanın hissələri) məhv edilsin. İş üzrə mülki iddia, məhkəmə xərci, üzərinə həbs qoyulmuş əmlak və xüsusi müsadirə yoxdur. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 20 iş saatı üçün 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Laçın Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) gün başa çatdıqdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar