Məhkəmə qərarları › İş №1(047)-13/2024

Laçın Rayon Məhkəməsi Qərar — İş №1(047)-13/2024

18.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Laçın rayonu İş № 1(047)-13/2024 18.12.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxs və eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə1, Təqsirləndirilən şəxs və eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi Ağcabədi Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Ağcabədi şəhərində, 18 dekabr 2024-cü il tarixdə, Laçın Rayon Məhkəməsinin inzibati binasında, xx.xx.1985-ci il tarixdə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Nərimanov rayonu X29 küçəsi ev 54 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Aparılmış ibtidai istintaqla müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə edərək dövlətin qanunla qorunan mənafeyinə vahid niyyətlə qeyrisinin təhriki ilə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən suiistifadə etmiş, vəzifəli şəxs qismində vahid şəxsi niyyətlə qeyrisinin təhriki ilə rəsmi sənədlərə və informasiya resurslarına bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, Azərbaycan Respublikası Laçın Rayonu İcra Hakimiyyəti başçısının 25 aprel 2017-ci il tarixli, 66 nömrəli əmrinə əsasən Laçın Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində işləməklə xəstəxana üzrə həkim məsləhət komissiyasının sədri funksiyasını yerinə yetirən zaman 30 noyabr 2004-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 3099 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 22 noyabr 2004-cü il tarixli, 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Səhiyyə sahəsinə aid qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid X9”na, Azərbaycan Respublikası Səhiyyə nazirinin 19 sentyabr 2012-ci il tarixli, 70 nömrəli əmri ilə təsdiq edilmiş Tibb Müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatlarının İ bölməsində göstərilən “Tibb müəssisəsinin rəhbərinin nümunəvi (baş direktor, direktor, baş həkim, rəis) vəzifə təlimatı”na və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 19 iyun 2017-ci il tarixli, 8 nömrəli qərarı ilə təsdiq edilmiş “Səhiyyə sahəsinə aid qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid X9”na əsasən müəssisənin fəaliyyətinə rəhbərliyi həyata keçirmək, əhaliyə keyfiyyətli müvafiq sahə üzrə tibbi xidmət göstərilməsini, inzibati-təsərrüfat və maliyyə fəaliyyətini təşkil etmək, müəssisənin fəaliyyətinin təhlilini həyata keçirmək və onun əsasında işin forma və metodlarının yaxşılaşdırılması üzrə zəruri tədbirlər görmək, müvafiq sahə üzrə müasir diaqnostika, müalicə və profilaktika metodlarının tətbiqini təmin etmək, digər müalicə-profilaktika müəssisələri arasında əhalinin müayinə və müalicəsində ardıcıl və əlaqəli iş prinsipinin tətbiq edilməsini təmin etmək, müəssisənin struktur bölmələri üzrə planlı və növbədən kənar yoxlamaları, müəssisənin fəaliyyəti ilə bağlı məsələlərin müzakirəsini aparmaq, tibbi yardımın təşkilində aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün tədbirləri həyata keçirmək, müəssisənin illik hesabatını və illik mühasibatlıq balansını təsdiq etmək, kollektiv müqavilə üzrə işəgötürənə aid öhdəliklərin yerinə yetirilməsini təmin etmək, müəssisənin təşkilati-idarəetmə strukturunu, fəaliyyətin planlaşdırılmasını, işinin forma və metodlarını təkmilləşdirmək, kadrların seçilməsi, onların ixtisaslarına uyğun yerləşdirilməsi və istifadəsini həyata keçirmək, onların peşə ixtisaslarının artırılması üçün şərait yaratmaq, işçilərin öz vəzifə öhdəliklərini yerinə yetirməsinin təmin olunması üzrə tədbirlər görmək, qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi istiqamət üzrə təkmilləşdirmə kurslarında iştirak etmək, daxili intizam, əməyin mühafizəsi üzrə, cihaz, avadanlıq, alətlər və mexanizmlərin istismarı qaydalarının tələblərinin yerinə yetirilməsinə nəzarət etmək, müəssisənin fəaliyyətini digər səhiyyə qurumları ilə əlaqələndirmək, habelə “Tibb müəssisələrində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi barədə” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 11 mart 2011-ci il tarixli, 30 nömrəli əmri ilə təsdiq edilmiş “Həkim məsləhət komissiyası haqqında Əsasnamə” yə əsasən, əlillik dərəcəsi olan şəxslərin vaxtından əvvəl təkrar əlilliyin qiymətləndirilməsi (əlillik qrupundan çıxarılması, əlillik dərəcəsinin artırılması), əlilliyin səbəbinin dəyişdirilməsi məqsədilə Tibbi Sosial Ekspert Komissiyalarına göndərişin verilməsi, xəstəyə müəyyən olunmuş diaqnozun, aparılmış müayinələrin və müalicənin düzgünlüyünə nəzarət edilməsi, ehtiyac olduqda xəstələrin ixtisaslaşdırılmış müalicə müəssisələrinə məsləhətə göndərilməsi və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək, yəni özü və qeyrilərinin şəxsi niyyəti, üçüncü şəxslərin əsassız olaraq əmək pensiyası (sosial müavinət) təyin olunmasına nail olmaq məqsədi ilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək xx.xx.1967-ci il təvəllüdlü, Bakı şəhəri ünvan 2 ünvanında yaşayan Şahid4 1-ci qrup üzrə əlillik dərəcəsinin təyin edilməsində köməklik göstərilməsi üçün 2017-ci ilin avqust ayında yaxın münasibətdə olduğu 21 nömrəli Birləşmiş şəhər Xəstəxanasının baş həkimi Şahid9 özünə müraciəti ilə əlaqədar, sonuncu ilə razılaşmaqla sövdələşib, Şahid9 qarşısında özünü nüfuzlu tibb işçisi, xəstəxana rəhbəri, komissiya sədri və etibarlı şəxs kimi göstərməkdən ibarət şəxsi niyyəti və sonuncunun təhriki ilə Şahid4 1-ci qrup üzrə əlilliyin təyin olunmasına əsas verəcək hər hansı bir xəstəlik olmadığı və obyektiv, laborator və instrumental müayinələr aparılmadığı halda Şahid9 və qeyriləri tərəfindən əvvəlcədən saxlatalaşdırılmaqla təqdim olunan və saxta olmasını bildiyi, Şahid4 guya “İ.201 UİX. Stabil gərginlik stenokardiyası İİİ f.s, İ 25.2 infarktdan sonrakı kardioskleroz, hipertoniya xəstəliyi İİİ dərəcə, xroniki bronxit, xroniki böyrək çatışmazlığı V mərhələ, proqramlı hemodializ və s.” kimi xəstəlikdən stasionar müalicə alaraq evə yazılmasına dair Səhiyyə Nazirliyinin X1 və Bakı Baş Səhiyyə İdarəsinin X40 adından xəstəlik tarixindən çıxarış əsasında tabeliyində olan cinayətdən xəbərsiz ayrı-ayrı işçilərə göstəriş verərək Şahid4 adına tərtib edilən ambulator xəstənin tibbi kartasına bilə-bilə yalan məlumatların qeyd edilməsini təmin etməklə 26 avqust 2017ci il tarixdə Ağcabədi rayonu Taxta körpü qəsəbəsində yerləşməklə rəhbərlik etdiyi Laçın rayon Mərkəzi Xəstəxanasının inzibati binasında “Xroniki böyrək xəstəliyi V mərhələ, XBÇ terminal V mərhələ, proqramlı hemodializ” və sair kimi həqiqətə uyğun olmayan əsas diaqnozlarla yanaşı ağırlaşması və yanaşı xəstəliklərə dair bilə-bilə yalan məlumatları öz və qəbul otağında quraşdırılmış kompüter vasitəsi ilə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Forma AZS 088 proqram modulu” elektron informasiya sisteminə tabeliyində olan cinayətdən xəbərsiz ayrı-ayrı işçilər vasitəsi ilə Şahid4 mövcud olmayan xəstəlik əlamətlərinə dair məlumatları təhrif edilmiş formada informasiya resursu sayılan 26 avqust 2017-ci il tarixli, 0280003AADST nömrəli elektron göndərişə daxil edib özünə məxsus və özündə saxladığı cinayətdən xəbərsiz Həkim Məsləhət Komissiyasının üzvləri X10 və X6 elektron imzalarından istifadə etməklə məlumatların doğruluğunu təsdiq edərək Şahid9 təhriki ilə şəxsi niyyətlə informasiya resursuna bilə-bilə yalan məlumatları daxil edib həmin göndərişi cinayətdən xəbərsiz X10 və X16 vasitəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərməklə, Şahid4 1-ci qrup üzrə əlillik dərəcəsinin təyin edilməsinə və xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətdə ümumilikdə 7.059,5 manat (yeddi min əlli doqquz manat əlli qəpik) məbləğində sosial müavinətin və qulluğa görə ödənişin "xxxx" ASC-də sonuncunun və X12 adına açılmış kart hesablarına köçürülməsinə və həmin pul vəsaitinin Şahid4 və Sənubər Quliyeva tərəfindən "xxxx" ASCnin Bakı şəhəri ərazisində yerləşən müxtəlif bankomatları vasitəsilə şəxsən və digər yaxın qohumları vasitəsilə nağdlaşdırılmaqla çıxarılıb şəxsi ehtiyaclarına sərf edilməsinə nail olaraq, dövlətin insanların sosial tələbatlarının ən optimal şəraitdə ödənilməsi, müavinətlərin verilməsində obyektivlik və şəffaflığın təmin edilməsi, bu məqsədlə ayrılmış vəsaitlərin sosial ədalət gözlənilməklə bölgüsünün həyata keçirilməsi, əhalinin həyat standartlarının yüksəldilməsi, sosial rifahın əldə edilməsi kimi perspektivləri nəzərdə tutan sosial-təminat siyasətinə və bu sahədə aparılan səmərəli fəaliyyətə kölgə salaraq qeyd olunan siyasəti həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiəsi Fondunun qanunla qorunan mənafelərinə vahid niyyətlə Şahid9 təhriki ilə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində vahid şəxsi niyyətilə Şahid9 təhriki ilə rəsmi sənədə və informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, təkrarən həmin vəzifədə işləyərkən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək, yəni özü və qeyrilərinin şəxsi niyyəti, üçüncü şəxslərin əsassız olaraq əmək pensiyası (sosial müavinət) təyin olunmasına nail olmaq məqsədi ilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək xx.xx.1971-ci il təvəllüdlü, Biləsuvar rayonu Yeni ünvan 3 ünvanında yaşayan Şahid6 əlillik dərəcəsinin təyin edilməsində köməklik göstərilməsi üçün 2017-ci ilin avqust ayında yaxın münasibətdə olduğu 21 nömrəli Birləşmiş şəhər Xəstəxanasının baş həkimi Şahid9 özünə müraciəti ilə əlaqədar, sonuncu ilə razılaşmaqla sövdələşib, Şahid9 qarşısında özünü nüfuzlu tibb işçisi, xəstəxana rəhbəri, komissiya sədri və etibarlı şəxs kimi göstərməkdən ibarət şəxsi niyyəti və sonuncunun təhriki ilə Şahid6 əlilliyin təyin olunmasına əsas verəcək hər hansı bir xəstəlik olmadığı və obyektiv, laborator və instrumental müayinələr aparılmadığı Şahid9 və qeyriləri tərəfindən əvvəlcədən saxlatalaşdırılmaqla təqdim olunan və saxta olmasını bildiyi, Şahid6 guya “Süd vəzinin xərçəngi” kimi xəstəlikdən stasionar müalicə alaraq evə yazılmasına dair xəstəlik tarixindən çıxarış əsasında tabeliyində olan cinayətdən xəbərsiz ayrı-ayrı işçilərə göstəriş verərək Şahid6 adına tərtib edilən ambulator xəstənin tibbi kartasına bilə-bilə yalan məlumatların qeyd edilməsini təmin etməklə 30 avqust 2017-ci il tarixdə Ağcabədi rayonu Taxta körpü qəsəbəsində yerləşməklə rəhbərlik etdiyi Laçın rayon Mərkəzi Xəstəxanasının inzibati binasında “Süd vəzinin yuxarı bayır kvadratının, sol süd vəzin Cr boyun-döş fəqərə cismlərinə çoxsaylı metastazlar, Th1, Th3, Th8 fəqərə cismlərində pataloji sınıqlar” və sair kimi həqiqətə uyğun olmayan əsas diaqnozlarla yanaşı ağırlaşması və yanaşı xəstəliklərə dair bilə-bilə yalan məlumatları öz və qəbul otağında quraşdırılmış kompüter vasitəsi ilə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Forma AZS 088 proqram modulu” elektron informasiya sisteminə tabeliyində olan cinayətdən xəbərsiz ayrı-ayrı işçilər vasitəsi ilə Şahid6 mövcud olmayan xəstəlik əlamətlərinə dair məlumatları təhrif edilmiş formada informasiya resursu sayılan 30 avqust 2017-ci il tarixli, 0280003AADS4 nömrəli elektron göndərişə daxil edib özünə məxsus və özündə saxladığı cinayətdən xəbərsiz Həkim Məsləhət Komissiyasının üzvləri X10 və X6 elektron imzalarından istifadə etməklə məlumatların doğruluğunu təsdiq edərək Şahid9 təhriki ilə şəxsi niyyətlə informasiya resursuna təkrarən bilə-bilə yalan məlumatları daxil edib həmin göndərişi cinayətdən xəbərsiz X10 və X16 vasitəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilməsinə nail olaraq, dövlətin insanların sosial tələbatlarının ən optimal şəraitdə ödənilməsi, müavinətlərin verilməsində obyektivlik və şəffaflığın təmin edilməsi, bu məqsədlə ayrılmış vəsaitlərin sosial ədalət gözlənilməklə bölgüsünün həyata keçirilməsi, əhalinin həyat standartlarının yüksəldilməsi, sosial rifahın əldə edilməsi kimi perspektivləri nəzərdə tutan sosial-təminat siyasətinə və bu sahədə aparılan səmərəli fəaliyyətə kölgə salaraq qeyd olunan siyasəti həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiəsi Fondunun qanunla qorunan mənafelərinə vahid niyyətlə Şahid9 təhriki ilə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində vahid şəxsi niyyətilə Şahid9 təhriki ilə rəsmi sənədə və informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, təkrarən həmin vəzifədə işləyərkən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək, yəni özü və qeyrilərinin şəxsi niyyəti, üçüncü şəxslərin əsassız olaraq əmək pensiyası (sosial müavinət) təyin olunmasına nail olmaq məqsədi ilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək xx.xx.1992-ci il təvəllüdlü, Biləsuvar rayonu Yeni ünvan 4 ünvanında yaşayan Şahid8 1-ci qrup üzrə əlillik dərəcəsinin təyin edilməsində köməklik göstərilməsi üçün 2017-ci ilin sentyabr ayında yaxın münasibətdə olduğu 21 nömrəli Birləşmiş şəhər Xəstəxanasının baş həkimi Şahid9 özünə müraciəti ilə əlaqədar, sonuncu ilə razılaşmaqla sövdələşib, Şahid9 qarşısında özünü nüfuzlu tibb işçisi, xəstəxana rəhbəri, komissiya sədri və etibarlı şəxs kimi göstərməkdən ibarət şəxsi niyyəti və sonuncunun təhriki ilə Şahid8 1-ci qrup üzrə əlilliyin təyin olunmasına əsas verəcək hər hansı bir xəstəlik olmadığı və obyektiv, laborator və instrumental müayinələr aparılmadığı halda Şahid9 və qeyriləri tərəfindən əvvəlcədən saxlatalaşdırılmaqla təqdim olunan və saxta olmasını bildiyi, Şahid8 guya “Yumşaq damağın Cr T4 M2 N2, sərt damağa, boyun limfa düyünlərinə, yumşaq toxumalara və dəriyə yayılmış, dağılma mərhələsində olan xora törəmə və s.” kimi xəstəlikdən stasionar müalicə alaraq evə yazılmasına dair Səhiyyə Nazirliyinin 3 nömrəli şəhər Klinik Xəstəxanası adından xəstəlik tarixindən çıxarış əsasında tabeliyində olan cinayətdən xəbərsiz ayrı-ayrı işçilərə göstəriş verərək Şahid8 adına tərtib edilən ambulator xəstənin tibbi kartasına bilə-bilə yalan məlumatların qeyd edilməsini təmin etməklə 04 sentyabr 2017-ci il tarixdə Ağcabədi rayonu Taxta körpü qəsəbəsində yerləşməklə rəhbərlik etdiyi Laçın rayon Mərkəzi Xəstəxanasının inzibati binasında “Yumşaq damağın bədxassəli yenitörəməsi, yumşaq damağın Cr T4 M2 N2, sərt damağa, boyun limfa düyünlərinə, yumşaq toxumalara və dəriyə yayılmış, dağılma mərhələsində olan xora törəmə” və sair kimi həqiqətə uyğun olmayan əsas diaqnozlarla yanaşı ağırlaşması və yanaşı xəstəliklərə dair bilə-bilə yalan məlumatları öz və qəbul otağında quraşdırılmış kompüter vasitəsi ilə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Forma AZS 088 proqram modulu” elektron informasiya sisteminə tabeliyində olan cinayətdən xəbərsiz ayrı-ayrı işçilər vasitəsi ilə Şahid8 mövcud olmayan xəstəlik əlamətlərinə dair məlumatları təhrif edilmiş formada informasiya resursu sayılan 04 sentyabr 2017-ci il tarixli, 0280003AADS8 nömrəli elektron göndərişə daxil edib özünə məxsus və özündə saxladığı cinayətdən xəbərsiz Həkim Məsləhət Komissiyasının üzvləri X10 və X6 elektron imzalarından istifadə etməklə məlumatların doğruluğunu təsdiq edərək Şahid9 təhriki ilə şəxsi niyyətlə informasiya resursuna təkrarən bilə-bilə yalan məlumatları daxil edib həmin göndərişi cinayətdən xəbərsiz X10 və X16 vasitəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərməklə, Şahid8 1-ci qrup üzrə əlillik dərəcəsinin təyin edilməsinə və xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə ümumilikdə 23.847 manat (iyirmi üç min səkkiz yüz qırx yeddi manat) məbləğində sosial müavinət və qulluğa görə ödənişin "xxxx" ASC-də sonuncunun və X5 adına açılmış kart hesablarına köçürülməsinə və həmin pul vəsaitinin Şahid8 və Ofelya Quliyeva tərəfindən "xxxx" ASCnin Biləsuvar rayonu ərazisində yerləşən müxtəlif bankomatları vasitəsilə şəxsən və digər yaxın qohumları vasitəsilə nağdlaşdırılmaqla çıxarılıb şəxsi ehtiyaclarına sərf edilməsinə nail olaraq, dövlətin insanların sosial tələbatlarının ən optimal şəraitdə ödənilməsi, müavinətlərin verilməsində obyektivlik və şəffaflığın təmin edilməsi, bu məqsədlə ayrılmış vəsaitlərin sosial ədalət gözlənilməklə bölgüsünün həyata keçirilməsi, əhalinin həyat standartlarının yüksəldilməsi, sosial rifahın əldə edilməsi kimi perspektivləri nəzərdə tutan sosial-təminat siyasətinə və bu sahədə aparılan səmərəli fəaliyyətə kölgə salaraq qeyd olunan siyasəti həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiəsi Fondunun qanunla qorunan mənafelərinə vahid niyyətlə Şahid9 təhriki ilə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində vahid şəxsi niyyətilə Şahid9 təhriki ilə rəsmi sənədə və informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, təkrarən həmin vəzifədə işləyərkən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək, yəni özü və qeyrilərinin şəxsi niyyəti, üçüncü şəxslərin əsassız olaraq əmək pensiyası (sosial müavinət) təyin olunmasına nail olmaq məqsədi ilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək xx.xx.1966-cı il təvəllüdlü, Abşeron rayonu Masazır qəsəbəsi M.S.ünvan 5 ünvanında yaşayan Şahid3 əlillik dərəcəsinin təyin edilməsində köməklik göstərilməsi üçün 2017-ci ilin sentyabr ayında yaxın münasibətdə olduğu 21 nömrəli Birləşmiş şəhər Xəstəxanasının baş həkimi Şahid9 özünə müraciəti ilə əlaqədar, sonuncu ilə razılaşmaqla sövdələşib, Şahid9 qarşısında özünü nüfuzlu tibb işçisi, xəstəxana rəhbəri, komissiya sədri və etibarlı şəxs kimi göstərməkdən ibarət şəxsi niyyəti və sonuncunun təhriki ilə Şahid3 əlilliyin təyin olunmasına əsas verəcək hər hansı bir xəstəlik olmadığı və obyektiv, laborator və instrumental müayinələr aparılmadığı halda Şahid9 və qeyriləri tərəfindən əvvəlcədən saxlatalaşdırılmaqla təqdim olunan və saxta olmasını bildiyi, Şahid3 guya “Qeyri-Hoçkin limfoması, mərhələ İVA, PKT-dən sonrakı vəziyyət, bədxassəli kaxeksiya, ikincili toksiki anemiya və s.” kimi xəstəlikdən stasionar müalicə alaraq evə yazılmasına dair Səhiyyə Nazirliyinin 3 saylı şəhər Kliniki Xəstəxanası adından xəstəlik tarixindən çıxarış əsasında tabeliyində olan cinayətdən xəbərsiz ayrı-ayrı işçilərə göstəriş verərək Şahid3 adına tərtib edilən ambulator xəstənin tibbi kartasına bilə-bilə yalan məlumatların qeyd edilməsini təmin etməklə 04 sentyabr 2017-ci il tarixdə Ağcabədi rayonu Taxta körpü qəsəbəsində yerləşməklə rəhbərlik etdiyi Laçın rayon Mərkəzi Xəstəxanasının inzibati binasında “Dəqiqləşdirilməmiş qeyri-follikulyar diffuz limfoma, qeyri-Hoçkin limfoması, mərhələ İVA, PKT-dən sonrakı vəziyyət” və sair kimi həqiqətə uyğun olmayan əsas diaqnozlarla yanaşı ağırlaşması və yanaşı xəstəliklərə dair bilə-bilə yalan məlumatları öz və qəbul otağında quraşdırılmış kompüter vasitəsi ilə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Forma AZS 088 proqram modulu” elektron informasiya sisteminə tabeliyində olan cinayətdən xəbərsiz ayrı-ayrı işçilər vasitəsi ilə Şahid3 mövcud olmayan xəstəlik əlamətlərinə dair məlumatları təhrif edilmiş formada informasiya resursu sayılan 04 sentyabr 2017-ci il tarixli, 0280003AADS9 nömrəli elektron göndərişə daxil edib özünə məxsus və özündə saxladığı cinayətdən xəbərsiz Həkim Məsləhət Komissiyasının üzvləri X10 və X6 elektron imzalarından istifadə etməklə məlumatların doğruluğunu təsdiq edərək Şahid9 təhriki ilə şəxsi niyyətlə informasiya resursuna təkrarən bilə-bilə yalan məlumatları daxil edib həmin göndərişi cinayətdən xəbərsiz X10 və X16 vasitəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilməsinə nail olaraq, dövlətin insanların sosial tələbatlarının ən optimal şəraitdə ödənilməsi, müavinətlərin verilməsində obyektivlik və şəffaflığın təmin edilməsi, bu məqsədlə ayrılmış vəsaitlərin sosial ədalət gözlənilməklə bölgüsünün həyata keçirilməsi, əhalinin həyat standartlarının yüksəldilməsi, sosial rifahın əldə edilməsi kimi perspektivləri nəzərdə tutan sosial-təminat siyasətinə və bu sahədə aparılan səmərəli fəaliyyətə kölgə salaraq qeyd olunan siyasəti həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiəsi Fondunun qanunla qorunan mənafelərinə vahid niyyətlə Şahid9 təhriki ilə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində vahid şəxsi niyyətilə Şahid9 təhriki ilə rəsmi sənədə və informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, təkrarən həmin vəzifədə işləyərkən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək, yəni özü və qeyrilərinin şəxsi niyyəti, üçüncü şəxslərin əsassız olaraq əmək pensiyası (sosial müavinət) təyin olunmasına nail olmaq məqsədi ilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək xx.xx.1967-ci il təvəllüdlü, ünvan 6 ünvanında yaşayan Şahid5 1-ci qrup üzrə əlillik dərəcəsinin təyin edilməsində köməklik göstərilməsi üçün 2017-ci ilin sentyabr ayında yaxın münasibətdə olduğu 21 nömrəli Birləşmiş şəhər Xəstəxanasının baş həkimi Şahid9 özünə müraciəti ilə əlaqədar, sonuncu ilə razılaşmaqla sövdələşib, Şahid9 qarşısında özünü nüfuzlu tibb işçisi, xəstəxana rəhbəri, komissiya sədri və etibarlı şəxs kimi göstərməkdən ibarət şəxsi niyyəti və sonuncunun təhriki ilə Şahid5 1-ci qrup üzrə əlilliyin təyin olunmasına əsas verəcək hər hansı bir xəstəlik olmadığı və obyektiv, laborator və instrumental müayinələr aparılmadığı halda Şahid9 və qeyriləri tərəfindən əvvəlcədən saxlatalaşdırılmaqla təqdim olunan və saxta olmasını bildiyi, Şahid5 guya “Yumşaq damağın bədxassəli yenitörəməsi Cr. T4 M2 N2, sərt damağa boyun limfa düyünlərinə, yumşaq toxumlara və dəriyə yayılmış, dağılma mərhələsində olan xora törəmə və s.” kimi xəstəlikdən stasionar müalicə alaraq evə yazılmasına dair Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi və 3 saylı şəhər Kliniki Xəstəxanası adından xəstəlik tarixindən çıxarış əsasında tabeliyində olan cinayətdən xəbərsiz ayrı-ayrı işçilərə göstəriş verərək Şahid5 adına tərtib edilən ambulator xəstənin tibbi kartasına bilə-bilə yalan məlumatların qeyd edilməsini təmin etməklə 12 sentyabr 2017-ci il tarixdə Ağcabədi rayonu Taxta körpü qəsəbəsində yerləşməklə rəhbərlik etdiyi Laçın rayon Mərkəzi Xəstəxanasının inzibati binasında “Yumşaq damağın bədxassəli yenitörəməsi, yumşaq damağın Cr T4 M2 N2, sərt damağa, boyun limfa düyünlərinə, yumşaq toxumalara və dəriyə yayılmış, dağılma mərhələsində olan xora törəmə” və sair kimi həqiqətə uyğun olmayan əsas diaqnozlarla yanaşı ağırlaşması və yanaşı xəstəliklərə dair bilə-bilə yalan məlumatları öz və qəbul otağında quraşdırılmış kompüter vasitəsi ilə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Forma AZS 088 proqram modulu” elektron informasiya sisteminə tabeliyində olan cinayətdən xəbərsiz ayrı-ayrı işçilər vasitəsi ilə Şahid5 mövcud olmayan xəstəlik əlamətlərinə dair məlumatları təhrif edilmiş formada informasiya resursu sayılan 12 sentyabr 2017-ci il tarixli, 0280003AADTJ nömrəli elektron göndərişə daxil edib özünə məxsus və özündə saxladığı cinayətdən xəbərsiz Həkim Məsləhət Komissiyasının üzvləri X10 və X6 elektron imzalarından istifadə etməklə məlumatların doğruluğunu təsdiq edərək Şahid9 təhriki ilə şəxsi niyyətlə informasiya resursuna təkrarən bilə-bilə yalan məlumatları daxil edib həmin göndərişi cinayətdən xəbərsiz X10 və X16 vasitəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərməklə, Şahid5 1-ci qrup üzrə əlillik dərəcəsinin təyin edilməsinə və xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətdə ümumilikdə 7.200 manat (yeddi min iki yüz manat) məbləğində sosial müavinətin və qulluğa görə ödənişin "xxxx" ASC-də sonuncunun və X13 adına açılmış kart hesablarına köçürülməsinə və həmin pul vəsaitinin Şahid5 və Ayşən Cəbiyeva tərəfindən "xxxx" ASC-nin Sumqayıt şəhəri ərazisində yerləşən müxtəlif bankomatları vasitəsilə şəxsən və digər yaxın qohumları vasitəsilə nağdlaşdırılmaqla çıxarılıb şəxsi ehtiyaclarına sərf edilməsinə nail olaraq, dövlətin insanların sosial tələbatlarının ən optimal şəraitdə ödənilməsi, müavinətlərin verilməsində obyektivlik və şəffaflığın təmin edilməsi, bu məqsədlə ayrılmış vəsaitlərin sosial ədalət gözlənilməklə bölgüsünün həyata keçirilməsi, əhalinin həyat standartlarının yüksəldilməsi, sosial rifahın əldə edilməsi kimi perspektivləri nəzərdə tutan sosial-təminat siyasətinə və bu sahədə aparılan səmərəli fəaliyyətə kölgə salaraq qeyd olunan siyasəti həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiəsi Fondunun qanunla qorunan mənafelərinə vahid niyyətlə Şahid9 təhriki ilə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində vahid şəxsi niyyətilə Şahid9 təhriki ilə rəsmi sənədə və informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, təkrarən həmin vəzifədə işləyərkən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək, yəni özü və qeyrilərinin şəxsi niyyəti, üçüncü şəxslərin əsassız olaraq əmək pensiyası (sosial müavinət) təyin olunmasına nail olmaq məqsədi ilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək xx.xx.1976-cı il təvəllüdlü, ünvan 7 ünvanında yaşayan Şahid2 əlillik dərəcəsinin təyin edilməsində köməklik göstərilməsi üçün 2017-ci ilin sentyabr ayında yaxın münasibətdə olduğu 21 nömrəli Birləşmiş şəhər Xəstəxanasının baş həkimi Şahid9 özünə müraciəti ilə əlaqədar, sonuncu ilə razılaşmaqla sövdələşib, Şahid9 qarşısında özünü nüfuzlu tibb işçisi, xəstəxana rəhbəri, komissiya sədri və etibarlı şəxs kimi göstərməkdən ibarət şəxsi niyyəti və sonuncunun təhriki ilə Şahid2 əlilliyin təyin olunmasına əsas verəcək hər hansı bir xəstəlik olmadığı və obyektiv, laborator və instrumental müayinələr aparılmadığı halda Şahid9 və qeyriləri tərəfindən əvvəlcədən saxlatalaşdırılmaqla təqdim olunan və saxta olmasını bildiyi, Şahid2 guya “Bədxassəli yenitörəmələr” kimi xəstəlikdən stasionar müalicə alaraq evə yazılmasına dair xəstəlik tarixindən çıxarış əsasında tabeliyində olan cinayətdən xəbərsiz ayrı-ayrı işçilərə göstəriş verərək Şahid2 adına tərtib edilən ambulator xəstənin tibbi kartasına bilə-bilə yalan məlumatların qeyd edilməsini təmin etməklə 21 sentyabr 2017-ci il tarixdə Ağcabədi rayonu Taxta körpü qəsəbəsində yerləşməklə rəhbərlik etdiyi Laçın rayon Mərkəzi Xəstəxanasının inzibati binasında “Süd vəzinin bədxassəli yenitörəməsi, sağ süd vəzinin Cr-ə görə sağ tərəfli mastektomiyadan sonrakı vəziyyət, PKT-dən s/v, qaraciyər və limfa düyünlərinə MTS” və sair kimi həqiqətə uyğun olmayan əsas diaqnozlarla yanaşı ağırlaşması və yanaşı xəstəliklərə dair bilə-bilə yalan məlumatları öz və qəbul otağında quraşdırılmış kompüter vasitəsi ilə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Forma AZS 088 proqram modulu” elektron informasiya sisteminə tabeliyində olan cinayətdən xəbərsiz ayrı-ayrı işçilər vasitəsi ilə Şahid2 mövcud olmayan xəstəlik əlamətlərinə dair məlumatları təhrif edilmiş formada informasiya resursu sayılan 21 sentyabr 2017-ci il tarixli, 0280003AADT6 nömrəli elektron göndərişə daxil edib özünə məxsus və özündə saxladığı cinayətdən xəbərsiz Həkim Məsləhət Komissiyasının üzvləri X10 və X6 elektron imzalarından istifadə etməklə məlumatların doğruluğunu təsdiq edərək Şahid9 təhriki ilə şəxsi niyyətlə informasiya resursuna təkrarən bilə-bilə yalan məlumatları daxil edib həmin göndərişi cinayətdən xəbərsiz X10 və X16 vasitəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilməsinə nail olaraq, dövlətin insanların sosial tələbatlarının ən optimal şəraitdə ödənilməsi, müavinətlərin verilməsində obyektivlik və şəffaflığın təmin edilməsi, bu məqsədlə ayrılmış vəsaitlərin sosial ədalət gözlənilməklə bölgüsünün həyata keçirilməsi, əhalinin həyat standartlarının yüksəldilməsi, sosial rifahın əldə edilməsi kimi perspektivləri nəzərdə tutan sosial-təminat siyasətinə və bu sahədə aparılan səmərəli fəaliyyətə kölgə salaraq qeyd olunan siyasəti həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiəsi Fondunun qanunla qorunan mənafelərinə vahid niyyətlə Şahid9 təhriki ilə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində vahid şəxsi niyyətilə Şahid9 təhriki ilə rəsmi sənədə və informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, təkrarən həmin vəzifədə işləyərkən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək, yəni özü və qeyrilərinin şəxsi niyyəti, üçüncü şəxslərin əsassız olaraq əmək pensiyası (sosial müavinət) təyin olunmasına nail olmaq məqsədi ilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək xx.xx.1980-cı il təvəllüdlü, ünvan 8 ünvanında yaşayan X17 1-ci qrup üzrə əlillik dərəcəsinin təyin edilməsində köməklik göstərilməsi üçün 2017-ci ilin sentyabr ayında yaxın münasibətdə olduğu 21 nömrəli Birləşmiş şəhər Xəstəxanasının baş həkimi Şahid9 özünə müraciəti ilə əlaqədar, sonuncu ilə razılaşmaqla sövdələşib, Şahid9 qarşısında özünü nüfuzlu tibb işçisi, xəstəxana rəhbəri, komissiya sədri və etibarlı şəxs kimi göstərməkdən ibarət şəxsi niyyəti və sonuncunun təhriki ilə Leyla Qasımovaya 1-ci qrup üzrə əlilliyin təyin olunmasına əsas verəcək hər hansı bir xəstəlik olmadığı və obyektiv, laborator və instrumental müayinələr aparılmadığı halda Şahid9 və qeyriləri tərəfindən əvvəlcədən saxlatalaşdırılmaqla təqdim olunan və saxta olmasını bildiyi, Leyla Qasımovanın guya “Sol süd vəzinin xərçəngi, boyun və döş fəqərə cisimlərində çoxsaylı metastazlar, cərrahi əməliyyatdan s/v, pT2N1M1, İİİA mərhələ və s.” kimi xəstəlikdən stasionar müalicə alaraq evə yazılmasına dair Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi və Respublika Kliniki Xəstəxanası adından xəstəlik tarixindən çıxarış əsasında tabeliyində olan cinayətdən xəbərsiz ayrı-ayrı işçilərə göstəriş verərək Leyla Qasımovanın adına tərtib edilən ambulator xəstənin tibbi kartasına bilə-bilə yalan məlumatların qeyd edilməsini təmin etməklə 21 sentyabr 2017-ci il tarixdə Ağcabədi rayonu Taxta körpü qəsəbəsində yerləşməklə rəhbərlik etdiyi Laçın rayon Mərkəzi Xəstəxanasının inzibati binasında “Süd vəzinin yuxarı bayır kvadratının, sol süd vəzin Cr boyun-döş fəqərə cismlərinə çoxsaylı metastazlar, Th1, Th3, Th8 fəqərə cismlərində pataloji sınıqlar” və sair kimi həqiqətə uyğun olmayan əsas diaqnozlarla yanaşı ağırlaşması və yanaşı xəstəliklərə dair bilə-bilə yalan məlumatları öz və qəbul otağında quraşdırılmış kompüter vasitəsi ilə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Forma AZS 088 proqram modulu” elektron informasiya sisteminə tabeliyində olan cinayətdən xəbərsiz ayrı-ayrı işçilər vasitəsi ilə Leyla Qasımovada mövcud olmayan xəstəlik əlamətlərinə dair məlumatları təhrif edilmiş formada informasiya resursu sayılan 21 sentyabr 2017-ci il tarixli, 0280003AADT7 nömrəli elektron göndərişə daxil edib özünə məxsus və özündə saxladığı cinayətdən xəbərsiz Həkim Məsləhət Komissiyasının üzvləri X10 və X6 elektron imzalarından istifadə etməklə məlumatların doğruluğunu təsdiq edərək Şahid9 təhriki ilə şəxsi niyyətlə informasiya resursuna təkrarən bilə-bilə yalan məlumatları daxil edib həmin göndərişi cinayətdən xəbərsiz X10 və X16 vasitəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərməklə, Leyla Qasımovaya 1-ci qrup üzrə əlillik dərəcəsinin təyin edilməsinə və xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətdə ümumilikdə 9.211,45 manat (doqquz min iki yüz on bir manat qırx beş qəpik) məbləğində əmək pensiyası və sosial müavinətin, habelə qulluğa görə ödənişin "xxxx" ASC-də sonuncunun və X14 adına açılmış kart hesablarına köçürülməsinə və həmin pul vəsaitinin Leyla Qasımova və Sevda Bədəlova tərəfindən "xxxx" ASC-nin Bakı şəhəri ərazisində yerləşən müxtəlif bankomatları vasitəsilə şəxsən və digər yaxın qohumları vasitəsilə nağdlaşdırılmaqla çıxarılıb şəxsi ehtiyaclarına sərf edilməsinə nail olaraq, dövlətin insanların sosial tələbatlarının ən optimal şəraitdə ödənilməsi, müavinətlərin verilməsində obyektivlik və şəffaflığın təmin edilməsi, bu məqsədlə ayrılmış vəsaitlərin sosial ədalət gözlənilməklə bölgüsünün həyata keçirilməsi, əhalinin həyat standartlarının yüksəldilməsi, sosial rifahın əldə edilməsi kimi perspektivləri nəzərdə tutan sosial-təminat siyasətinə və bu sahədə aparılan səmərəli fəaliyyətə kölgə salaraq qeyd olunan siyasəti həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiəsi Fondunun qanunla qorunan mənafelərinə vahid niyyətlə Şahid9 təhriki ilə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində vahid şəxsi niyyətilə Şahid9 təhriki ilə rəsmi sənədə və informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, təkrarən həmin vəzifədə işləyərkən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək, yəni özü və qeyrilərinin şəxsi niyyəti, üçüncü şəxslərin əsassız olaraq əmək pensiyası (sosial müavinət) təyin olunmasına nail olmaq məqsədi ilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək xx.xx.1982-ci il təvəllüdlü, Biləsuvar rayonu Yeni Cəbrayıl yaşayış massivi 6-cı qəsəbədə yaşayan Şahid7 əlillik dərəcəsinin təyin edilməsində köməklik göstərilməsi üçün 2017-ci ilin sentyabr ayında yaxın münasibətdə olduğu 21 nömrəli Birləşmiş şəhər Xəstəxanasının baş həkimi Şahid9 özünə müraciəti ilə əlaqədar, sonuncu ilə razılaşmaqla sövdələşib, Şahid9 qarşısında özünü nüfuzlu tibb işçisi, xəstəxana rəhbəri, komissiya sədri və etibarlı şəxs kimi göstərməkdən ibarət şəxsi niyyəti və sonuncunun təhriki ilə Şahid7 əlilliyin təyin olunmasına əsas verəcək hər hansı bir xəstəlik olmadığı və obyektiv, laborator və instrumental müayinələr aparılmadığı halda Şahid9 və qeyriləri tərəfindən əvvəlcədən saxlatalaşdırılmaqla təqdim olunan və saxta olmasını bildiyi, Şahid7 guya “Enən çənbər bağırsağın bədxassəli yenitörəməsi və s.” kimi xəstəlikdən stasionar müalicə alaraq evə yazılmasına dair Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi adından xəstəlik tarixindən çıxarış əsasında tabeliyində olan cinayətdən xəbərsiz ayrı-ayrı işçilərə göstəriş verərək Şahid7 adına tərtib edilən ambulator xəstənin tibbi kartasına bilə-bilə yalan məlumatların qeyd edilməsini təmin etməklə 21 sentyabr 2017-ci il tarixdə Ağcabədi rayonu Taxta körpü qəsəbəsində yerləşməklə rəhbərlik etdiyi Laçın rayon Mərkəzi Xəstəxanasının inzibati binasında “Enən çənbər bağırsağın bədxassəli yenitörəməsi, enən çənbər bağırsağın xərçəngi pT4, N2bMO İİİb mərhələ, PKT-dən sonrakı vəziyyət” və sair kimi həqiqətə uyğun olmayan əsas diaqnozlarla yanaşı ağırlaşması və yanaşı xəstəliklərə dair bilə-bilə yalan məlumatları öz və qəbul otağında quraşdırılmış kompüter vasitəsi ilə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Forma AZS 088 proqram modulu” elektron informasiya sisteminə tabeliyində olan cinayətdən xəbərsiz ayrı-ayrı işçilər vasitəsi ilə Şahid7 mövcud olmayan xəstəlik əlamətlərinə dair məlumatları təhrif edilmiş formada informasiya resursu sayılan 21 sentyabr 2017-ci il tarixli, 0280003AADT8 nömrəli elektron göndərişə daxil edib özünə məxsus və özündə saxladığı cinayətdən xəbərsiz Həkim Məsləhət Komissiyasının üzvləri X10 və X6 elektron imzalarından istifadə etməklə məlumatların doğruluğunu təsdiq edərək Şahid9 təhriki ilə şəxsi niyyətlə informasiya resursuna təkrarən bilə-bilə yalan məlumatları daxil edib həmin göndərişi cinayətdən xəbərsiz X10 və X16 vasitəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilməsinə nail olaraq, dövlətin insanların sosial tələbatlarının ən optimal şəraitdə ödənilməsi, müavinətlərin verilməsində obyektivlik və şəffaflığın təmin edilməsi, bu məqsədlə ayrılmış vəsaitlərin sosial ədalət gözlənilməklə bölgüsünün həyata keçirilməsi, əhalinin həyat standartlarının yüksəldilməsi, sosial rifahın əldə edilməsi kimi perspektivləri nəzərdə tutan sosial-təminat siyasətinə və bu sahədə aparılan səmərəli fəaliyyətə kölgə salaraq qeyd olunan siyasəti həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiəsi Fondunun qanunla qorunan mənafelərinə vahid niyyətlə Şahid9 təhriki ilə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində vahid şəxsi niyyətilə Şahid9 təhriki ilə rəsmi sənədə və informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, təkrarən həmin vəzifədə işləyərkən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək, yəni özü və qeyrilərinin şəxsi niyyəti, üçüncü şəxslərin əsassız olaraq əmək pensiyası (sosial müavinət) təyin olunmasına nail olmaq məqsədi ilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək xx.xx.1960-cı il təvəllüdlü, ünvan 9 ünvanında yaşayan Şahid1 əlillik dərəcəsinin təyin edilməsində köməklik göstərilməsi üçün 2017-ci ilin noyabr ayında yaxın münasibətdə olduğu 21 nömrəli Birləşmiş şəhər Xəstəxanasının baş həkimi Şahid9 özünə müraciəti ilə əlaqədar, sonuncu ilə razılaşmaqla sövdələşib, Şahid9 qarşısında özünü nüfuzlu tibb işçisi, xəstəxana rəhbəri, komissiya sədri və etibarlı şəxs kimi göstərməkdən ibarət şəxsi niyyəti və sonuncunun təhriki ilə Şahid1 əlilliyin təyin olunmasına əsas verəcək hər hansı bir xəstəlik olmadığı və obyektiv, laborator və instrumental müayinələr aparılmadığı halda Şahid9 və qeyriləri tərəfindən əvvəlcədən saxlatalaşdırılmaqla təqdim olunan və saxta olmasını bildiyi, Şahid1 guya “Beyin infarktı, sol orta beyin arteriyası hövzəsində keçirilmiş işemik insultun davamlı qalıq əlamətləri, yerişin kəskin formada pozulması, disfaziya, afaziya, essensial hipertenziya və s.” kimi xəstəlikdən stasionar müalicə alaraq evə yazılmasına dair Səhiyyə Nazirliyinin Bakı Baş Səhiyyə İdarəsinin X40 adından xəstəlik tarixindən çıxarış əsasında tabeliyində olan cinayətdən xəbərsiz ayrı-ayrı işçilərə göstəriş verərək Şahid1 adına tərtib edilən ambulator xəstənin tibbi kartasına bilə-bilə yalan məlumatların qeyd edilməsini təmin etməklə 17 noyabr 2017-ci il tarixdə Ağcabədi rayonu Taxta körpü qəsəbəsində yerləşməklə rəhbərlik etdiyi Laçın rayon Mərkəzi Xəstəxanasının inzibati binasında “Beyin infarktı, sol beyin arteriyası hövzəsində keçirilmiş işemik insultun davamlı qalıq əlamətləri” və sair kimi həqiqətə uyğun olmayan əsas diaqnozlarla yanaşı ağırlaşması və yanaşı xəstəliklərə dair bilə-bilə yalan məlumatları öz və qəbul otağında quraşdırılmış kompüter vasitəsi ilə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Forma AZS 088 proqram modulu” elektron informasiya sisteminə tabeliyində olan cinayətdən xəbərsiz ayrı-ayrı işçilər vasitəsi ilə Şahid1 mövcud olmayan xəstəlik əlamətlərinə dair məlumatları təhrif edilmiş formada informasiya resursu sayılan 17 noyabr 2017-ci il tarixli, 0280003AADX3 nömrəli elektron göndərişə daxil edib özünə məxsus və özündə saxladığı cinayətdən xəbərsiz Həkim Məsləhət Komissiyasının üzvləri X31 və X27 elektron imzalarından istifadə etməklə məlumatların doğruluğunu təsdiq edərək Şahid9 təhriki ilə şəxsi niyyətlə informasiya resursuna təkrarən bilə-bilə yalan məlumatları daxil edib həmin göndərişi cinayətdən xəbərsiz X31 və X39 vasitəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilməsinə nail olaraq, dövlətin insanların sosial tələbatlarının ən optimal şəraitdə ödənilməsi, müavinətlərin verilməsində obyektivlik və şəffaflığın təmin edilməsi, bu məqsədlə ayrılmış vəsaitlərin sosial ədalət gözlənilməklə bölgüsünün həyata keçirilməsi, əhalinin həyat standartlarının yüksəldilməsi, sosial rifahın əldə edilməsi kimi perspektivləri nəzərdə tutan sosial-təminat siyasətinə və bu sahədə aparılan səmərəli fəaliyyətə kölgə salaraq qeyd olunan siyasəti həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiəsi Fondunun qanunla qorunan mənafelərinə vahid niyyətlə Şahid9 təhriki ilə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində vahid şəxsi niyyətilə Şahid9 təhriki ilə rəsmi sənədə və informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bununla da ibtidai istintaq orqanının gəldiyi nəticəyə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 308.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs və eyni zamanda mülki cavabdeh qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 və 313-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2017-ci ilin aprel ayında Şahid9 21 nömrəli Birləşmiş şəhər Xəstəxanasının baş həkimi vəzifəsinə təyin edildikdən sonra sonuncunun əvəzinə, yəni Laçın rayon Mərkəzi Xəstəxanasının baş həkimi kimi fəaliyyət göstərməyə başlamış, 2020ci ildən isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeliyində olmaqla Ağcabədi rayonunda yerləşən həmin Xəstəxananın direktoru kimi işini davam etdirmiş, həmin ilin avqust ayınadək Həkim Məsləhət Komissiyasının sədri özü olmuş, xx.xx.2023-cü il tarixdən Əmək qabliyyətini itirmiş xəstələrə əlilik dərəcələrinin təyin edilməsi elektron qaydada həyata keçirildiyindən xəstəliyi olanlar şəxsən xəstəxanaya müraciət etdikdən sonra adlarına tibbi karta açılaraq xəstəliklərinə uyğun aidiyyəti həkimin yanına göndərilmişlər, həmin həkim xəstələri qəbul edib dispanser nəzarətində saxlayaraq 6 ay müddətində zəruri müayinələrdən keçirdikdən sonra xəstəliyin gedişində ağırlaşmalar olduqda Həkim Məsləhət Komissiyasına göndərmiş, adı çəkilən komissiyanın qərarı əsasında “Forma 88” arayışları operatorlar tərəfindən tərtib edilərək kompüter vasitəsi ilə sistemə daxil edildikdən sonra komissiya üzvləri tərəfindən təsdiq edilib Tibbi-Sosial Ekspert Komissiyasına göndərilmiş və HMK-nin üzvlərinin elektron imzaları baş həkim kimi özündə olmuşdur. Həmin dövrdə “Forma 88” arayışlarının sistemə yüklənməsi və elektron imza ilə təsdiqi tapşırığı əsasında xəstəxanada operator vəzifəsində çalışan Gülbəz Cəbrayılova və Xəyalə Əmirova tərəfindən icra edilmişdir. Təxminən 2017-ci ilin ortalarında Şahid9la danışıq zamanı sonuncu əsasən məcburi köçkün rayonlarından olan tanışlarının olmasını, həmin şəxsləri Laçın RMX-da baş həkim olduğu müddətdə özünün müayinədən keçirməsini, lakin işlərinin çoxluğu ilə əlaqədar barələrində “Forma 88” arayışlarının tərtib olunaraq online sistemə yüklənməsinin gecikdirilməsini bildirməklə bu məsələdə köməklik etməsini xahiş etmişdir. Şahid9 tərəfindən X21, Şahid4, X28, Şahid5 Gəray qızı, Şahid8, Şahid2, Şahid6, Şahid7 və Şahid1 barəsində tərtib edilmiş tibbi kartaların ona hansı formada təqdim edilməsini xatırlamamış, lakin həmin tibbi kartalarda olan epikrizlər əsasında xəstəxananın həkimlərindən tibbi kartaların doldurulmasını xahiş etmiş, daha sonra tapşırığı ilə Həkim Məsləhət Komissiyasının qərarı yazılmış və sözügedən şəxslər barəsində “Forma 88” arayışları tərtib etdirib TSEK-yə göndərilmiş, onlara əlillik dərəcələri almaqda köməklik etməsi üçün Şahid9 pul, qiymətli əşya və sair maddi nemət almamış, sonuncunun bu işlərdə nə kimi marağının olmasından xəbəri olmamış, Şahid9 əsasən məcburi köçkün olan şəxslərin şəxsiyyət vəsiqələrini və müxtəlif xəstəxanlar üzrə epikrizlərini ona təqdim etməklə həmin sənəd əsasında sənədləşməni aparmasını ondan xahiş etmiş, tibbi kartaların onun göstərişi ilə olsa belə, hansı həkimlər tərəfindən doldurulması yadında olmamışdır. Şahid9 kimlərəsə saxta əlillik dərəcələri almaqda köməklik etməsindən və bunun müqabilində gəlir əldə edib-etməsindən xəbəri olmamışdır. Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, Şahid12 (Aygün Miriyeva) yalnız bir dəfə Şahid9 yeni vəzifəyə təyin edilməsi ilə əlaqədar olaraq təbrik etmək üçün onun otağında olarkən görmüş, lakin Şahid12 və Şahid9 birgə fəaliyyəti, saxta əlillik dərəcələrinin təyin edilməsi məsələləri ilə məşğul olmalarını, kimdənsə pul almaları və ya kiməsə pul vermələri haqqında onun dəqiq məlumatı olmamışdır. Şahid9 barələrində müraciət etdiyi şəxslərin adına olan epikrizlərin saxta olmasını deməmiş, epikrizlərlə tanış olub xəstəliyin həqiqətən də əlilliyə düşməsini görüb sonuncunun xahişini icra etmiş, lakin arayışların təsdiqlənməsi elektron qaydada seçmə üsulu ilə həyata keçirildiyindən qabaqcadan hansı Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən yoxlanılacağını müəyyən etmək mümkün olmamışdır. Həkim Məsləhət Komissiyasının sədri özü olduğu dövrdə Ağcabədi rayonu üzrə komissiya üzvləri cərrahonkoloq X39 və həkim-kardioloq X32, habelə Bakı şəhəri üzrə terapevt X10 və X16 fəaliyyət göstərmişlər. Laçın rayonundan məcburi köçkünlər bir neçə rayon və Bakı şəhəri ərazisində yaşadıqlarından onların asan şəkildə komissiyadan keçirilməsi üçün 4 nömrəli şəhər poliklinikasında rəhbəri olduğu xəstəxananın işçiləri üçün iki ayrıca otaq verilmiş, sonradan bu hal ləğv edilmişdir. Laçın rayon Mərkəzi Xəstəxanasında elektron imzalayıcı yalnız onun xidməti otağına girişdə olan katib otağındakı xidməti kompüterdə olduğundan adları çəkilən şəxslərin elektron imzaları onda və ya kompüter mütəxəssisi X2 olmuş, “Forma 88”-lər elektron sistemə yükləndikdən sonra təsdiqlənməsi üçün sonuncuya tapşırıq vermiş, lakin şəxsi elektron imzasını isə özündə saxlamışdır. Bundan əlavə bildirir ki, “Forma 88”-lər elektron portalda tibbi kartalara əsasən tərtib etdikdən sonra G.Ə.Cəbrayılova bu barədə ona məlumat verirmiş, daha sonra isə onun tapşırığı əsasında komissiya üzvlərinin elektron imzaları ilə həmin “Forma 88”-ləri təsdiq etdikdən sonra özü elektron arayışları bir daha nəzərdən keçirib şəxsi elektron imzası ilə təsdiq etmişdir. Bundan başqa o, bildirmişdir ki, yaşayış yeri üzrə müvəqqəti və daimi qeydiyyatda olan şəxslər tibb müəssisinə müraciət etdikdə ilk olaraq adlarına ambulator kart açılaraq daha sonra tibbi sənədləri ixtisas həkimlərinə təqdim edilirmiş və ya sənədləri olmadıqda xəstəliyi üzrə ilkin müayinəsi aparılırmış, diaqnozu təyin edilirmiş və zərurət yarandıqda nəzarət altında saxlanılırmış, bundan sonra ixtisaslı həkim tərəfindən müvafiq sənədlər həkim məsləhət komissiyasına təqdim edilirmiş, xəstə yerində və ya xəstəxanada komissiya üzvləri tərəfindən sənədləri (xəstəlikləri) üzrə sorğu-sual edilirmiş, müsbət rəy verildikdən sonra qeydiyyatçılar tərəfindən komissiyanın protokolu əsasında “Forma 88” arayışı tərtib edilirmiş, daha sonra isə artıq həmin arayış həkim məsləhət komissiyasının üzvlərinin elektron imzaları ilə təsdiq edilib elektron qaydada sistemə yüklənmişdir. Şahid12 istintaqa təqdim etdiyi 141 adda şəxsdən ibarət olan siyahıdan yalnız 9 şəxsə görə “Forma 88” arayışı Laçın Rayon Mərkəzi Xəstəxanası tərəfindən təsdiq edilmiş, həmin şəxslərin hər hansı birini görməmiş və epikrizlər əsasında rəhbəri olduğu xəstəxananın həkimlərindən tibbi kartaların daxilini doldurmağı xahiş etmiş, eyni qaydada tapşırığı ilə həkim məsləhət komissiyasının qərarı yazılmış və adları çəkilən şəxslərin barələrində “Forma 88” arayışlarını tərtib etdirib elektron imzalarla təsdiq etdikdən sonra təsdiqlənməsi üçün Tibbi- Sosial Ekspert Komissiyasına göndərilməsini təmin etmiş, lakin maraqlanmadığından onlara əlillik dərəcəsinin təyin edilib-edilmədiyini bilməmişdir. “Forma 88” arayışlarının kimin tərəfindən elektron sistemə daxil edilməsini müəyyən etmək mümkün deyilmiş, çünki, bu hərəkət icraçısının rəsmi qeydiyyatı aparılmamışdır. Bu məsələdə özü və digər xəstəxana işçilərinin heç bir marağı olmamış, sonuncular onun tapşırıqlarını icra etmişlər, özü isə Şahid9 qanunsuz əlillik dərəcəsi təyin edilməsi barədə əməllərindən xəbərsiz olmuş və bu əməllərdən sonradan məlumatlı olmuşdur. Həmçinin o, Şahid9 inandığını bildirərək və buna görə də həmin vətəndaşların həqiqətən də xəstə olmalarını və sonuncu tərəfindən müayinə edilmələrini düşünərək onları görmədən və iştirakları olmadan razılıq verib əlillik dərəcəsinin təyin edilməsi üçün adlarına “Forma 88” arayışlarının tərtib edilərək təsdiq edilməsini həyata keçirmişdir. Bundan başqa o, zərərçəkmiş hüquqi şəxs və eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs ona qarşı qaldırdığı mülki iddianı qəbul etmədiyini də bildirmişdir. Belə ki, hesab edir ki, qeyd edilən mülki iddia üzrə onun təqsiri yoxdur. Çünki, zərərçəkmiş hüquqi şəxs və eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxsna dəymiş ziyan üzrə bilavasitə təqsirləndirilən şəxs, məhz Şahid9dur ki, ona qarşı da bütünlüklə dəymiş ziyanla bağlı zərərçəkmiş hüquqi şəxs və eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən Bakı Ağır Cinayətlər məhkəməsində müvafiq qaydada mülki iddia qaldırılmışdır. Bundan əlavə, o, məhkəməyə rəsmi ərizəsini təqdim edərək Azərbaycan Respublikası CMnin 308.2 və 313-cü maddələri ilə törətdiyi cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyi üçün həmin cinayətlərə görə onun cinayət məsuliyyətindən azad olunması, cinayət işi üzrə icraata xitam verilməsi, həmçinin barəsində irəli sürülmüş mülki iddia üzrə onun təqsiri olmadığından qeyd edilən mülki iddianın da rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs və eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs nümayəndəsi qismində dindirilmiş Nümayəndə1 Azərbaycan Respublikası CM-nin 308.2 və 313-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində yekun məhkəmə qərarının qəbul edilməsini məhkəmənin səlahiyyətinə buraxdıqlarını bildirib tərəflərindən irəli sürülmüş mülki iddianın isə təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş 21 nömrəli Birləşmiş şəhər X24 şəxsin sabiq kompüter üzrə operatoru vəzifəsində işləmiş Şahid12 ifadəsində göstərmişdir ki, o, 2017-ci ilin yanvar ayından 2017-ci ilin oktyabr ayına qədər olan müddət ərzində 21 nömrəli Birləşmiş şəhər Xəstəxanasında operator vəzifəsində işləmiş, Təqsirləndirilən şəxs bir dəfə Şahid9 otağında görmüş və bundan başqa bir neçə dəfə Şahid9 otağında olarkən Şahid9 Təqsirləndirilən şəxs ilə telefon danışıqlarının şahidi olmuşdur. 2017-ci ilin aprel ayında həmin xəstəxanaya baş həkim kimi Şahid9 təyin edilmiş, bir neçə gün keçdikdən sonra sonuncu onu yanına çağıraraq əlillik dərəcələrinin verilməsi ilə bağlı müraciət edən şəxslər olduqda məlumat verməsini, köməklik edə biləcəyini, bu sahədə əlaqələrinin geniş olduğunu bildirmiş və o, bu təklifdən sonra ona əlillik dərəcələrinin verilməsi ilə bağlı müraciət edən şəxslər barədə Şahid9 məlumat vermiş, sonuncu İ qrup əlillik dərəcəsinin verilməsi üçün 3500-4000 manat, İİ və İİİ qrup əlillik dərəcəsinin verilməsi üçün 2500-3000 manat pul tələb etmiş, habelə əlillik dərəcəsi rəsmi qaydada təyin edildikdən sonra ona da hər bir şəxsə görə müxtəlif məbləğlərdə pul verəcəyini, müraciət edən şəxslərə verilən əlillik dərəcələri üzrə gələcəkdə yoxlama və araşdırma olsa belə, problem yaranmayacağını, tibbi kartalarının düzgün tərtib olunacağını və əlillik dərəcələrinin kəsilməyəcəyini söylədiyindən razılıq vermişdir. Bundan sonra əlillik dərəcələrinin təyin edilməsi üçün müraciət edən şəxslərə dair təqdim edilən müxtəlif məbləğlərdə pulları alaraq Şahid9 vermiş, lakin sözügedən şəxslərin xəstəxanada nə kimi müayinələrdən keçdiklərini, sənədləşmə işlərinin dəqiq olaraq kimin tərəfindən aparılmasını bilməmiş, 2017-ci ilin aprel ayından 2018-ci ilin aprel ayınadək olan müddət ərzində əlillik dərəcəsi düzəlməsi ilə bağlı müraciət edən şəxslərdən ümumilikdə külli miqdarda pul vəsaiti alaraq sonuncuya vermiş və bu barədə siyahını da istintaqa təqdim etmişdir. Şahid12 əlavə olaraq bildirmişdir ki, müxtəlif şəxslərə əlillik dərəcəsinin verilməsi ilə bağlı şəxsən özü heç bir sənəd tərtib etməmiş, “Forma 88” arayışlarının tərtib olunması qaydasını bilməmiş, vətəndaşlar müxtəlif maklerlər vasitəsi ilə ona müraciət etmiş, onlardan Şahid11 və rəhmətlik Malik Mehdiyevi xatırlamış, sonunculardan pul və müraciət edən şəxslərin şəxsiyyət vəsiqələrinin surətini alıb Şahid9 təqdim etmiş və Şahid9 isə bütün sənədləşmə işlərini icra etmişdir. Şahid9 pulları təqdim etdikdən sonra sonuncu 31 nömrəli Birləşmiş şəhər Xəstəxanasının baş həkimi Abbasqulu Bağırov, Laçın rayon Mərkəzi Xəstəxanasının baş həkimi Təqsirləndirilən şəxs və digər Xəstəxanaların baş həkimləri ilə danışıq aparaq onun vasitəsi ilə müraciət edən şəxslərin “Forma 88” arayışlarını hazırlamalarını xahiş etmiş, həmin arayışlar Tibbi-Sosial Ekspert Komissiyasına göndərildikdən sonra sözügedən Komissiyanın Nərimanov rayon şöbəsinin rəisi Şahin Verdiyev və digər eyni vəzifədə olan şəxslərə bu məsələnin həllini tapşırmışdır. Təqdim etdiyi siyahıda göstərilən şəxslərdən hər bir halda pulu şəxsən, mərhum Malik Mehdiyev və Şahid11 vasitəsi ilə almış, sonuncuların bu məsələdən nə qədər gəlir əldə etmələrini bilməmiş, çünki vətəndaşlarla birbaşa danışığı onlar aparmış, ilkin alınan məbləğdən xəbəri olmamış, yalnız M.Mehdiyev və Şahid11 ona təqdim etdikləri pulların miqdarını bilmiş, həmin pul vəsaitlərini tam şəkildə Şahid9 əsasən xidməti otağında təklikdə təqdim etmiş və iş yerinə getmədiyindən sonuncunun ona problem yaratmaması üçün bu məsələ ilə məşğul olmuşdur. Siyahı üzrə göstərilən 141 adda şəxsdən konkret olaraq özü, Malik Mehdiyev və Şahid11 kimlərdən pul qəbul etməsini xatırlamamış, M.Mehdiyevə əsasən Cəbrayıl rayon məcburi köçkünləri və Biləsuvar rayonu yaxınlığında yaşayan vətəndaşlar, Şahid11 isə Qubadlı rayon məcburi köçkünləri və Sumqayıt şəhəri yaxınlığında yaşayan şəxslər pul təqdim etmişlər. Bundan başqa o, bildirmişdir ki, 2017-ci ilin oktyabr ayında 21 nömrəli Birləşmiş şəhər Xəstəxanasından işdən azad edilsə də, vətəndaşlara aid pul vəsaitini Şahid9 təqdim etməsi üçün dəfələrlə həmin Xəstəxanaya getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, onun Şahid12 ilə 2017-ci ilin ortalarından ümumi tanışlıq münasibəti yaranmış, Şahid9 ilə tanışlığı olmamış, sadəcə adını eşitmiş və 21 nömrəli Birləşmiş şəhər Xəstəxanasının baş həkimi kimi çalışmasını bilmişdir. 2017-ci ilin əvvəllərində Şahid12 ilə Sabunçu rayon İcra Hakimiyyəti yaxınlığında görüşmüşlər, həmin vaxt sonuncu vəzifəli tanışları vasitəsi ilə 1-ci qrup əlillik dərəcəsinin verilməsi üçün 3500-4000 manat, 2 və 3-cü qrup üçün isə 2500- 3000 manat məbləğində pul vəsaitinin qarşılığında hər bir şəxsə asanlıqla əlillik dərəcələrinin təyin edilməsini təmin edə biləcəyini qeyd etmiş, həmçinin müraciət edən şəxslərə verilən əlillik dərəcələri gələcəkdə yoxlama və araşdırma olarsa belə, problem olmayacağını, tibbi kartalarının qanuni tərtib olunacağını və əlillik dərəcələrinin kəsilməyəcəyini əlavə etmişdir. Bununla da, müəyyən miqdarda maddi gəlir əldə etmək üçün əsasən Sumqayıt şəhəri ərazisində yaşayan və ümumi tanışlıq münasibəti olan bir neçə şəxsə bu haqda məlumat vermiş, “şirinlik” qismində onlardan 50-100 manat pul alacağını söyləmiş, razılıq əsasında ilk olaraq iki-üç nəfərin şəxsiyyət vəsiqəsinin surəti və dərəcəyə uyğun olaraq pulları qəbul edib Şahid12 təqdim etmiş, sonuncu bu işləri qısa müddətə həll etdiyindən eyni istiqamət üzrə davamlı olaraq çalışmağa başlamış, yəni təxminən 2017-ci ilin aprel ayından 2018-ci ilin aprel ayınadək olan müddətə “müştəri” taparaq pul və vəsiqələrinin surətini aldıqdan sonra Şahid12 vermiş, vətəndaşlar heç bir müayinədən və yoxlamadan keçmədən, hər hansı bir tibb müəsissəsinə getmədən onlara əlillik dərəcələri təyin edilmiş və onlar müvafiq qaydada aylıq ödənişlər almışlar. Lakin Şahid12 kimin vasitəsi ilə və necə bu işləri həll etməsini bilməmişdir. Şahid11 əlavə olaraq bildirmişdir ki, baş vermiş hadisələr 2017-2018-ci illəri əhatə etdiyindən əlillik dərəcəsinin təyin edilməsi ilə əlaqədar pullarını alaraq Şahid12 təqdim etdiyi şəxslərin hər birini deyil, yalnız bir neçəsini xatırlamış, sonuncu vəzifəli tanışları vasitəsi ilə müəyyən pul vəsaitinin qarşılığında hər bir şəxsə asanlıqla əlillik dərəcələrinin təyin edilməsini təmin edə biləcəyini dediyindən, dost-tanış və ümumi tanışlıq münasibətində olduğu şəxslərə öz adından bu işləri asanlıqla görə biləcəyini, heç bir problem yaranmayacağını və qanuni qaydada pensiya alacaqlarını demiş, kiminsə adını hallandırmamış, çünki Şahid12 başqa digər şəxsləri tanımamış, sonuncu isə kəskin şəkildə bu məsələlərdə adının hallanmasının istəmədiyini əvvəlcədən xəbərdar etmiş, sonuncuya inanmış və özü də gəlir əldə etmək niyyətində olmuşdur. Bir neçə vətəndaşdan birbaşa, bir çoxundan isə qohum və tanışları vasitəsi ilə əsasən Sumqayıt şəhəri ərazisində pul vəsaitlərini qəbul edərək almış, sadəcə say çoxluğundan bəzilərini dəqiq olaraq xatırlamaqda çətinlik çəkmişdir. Təqdim olunmuş 141 şəxsdən ibarət siyahı üzrə Şahid5, Şahid3, X28 və Şahid2 adları ona tanış gəlmiş, həmin vətəndaşlar və ya qohumlarından müəyyən dost-tanışı vasitəsi ilə pul alıb Şahid12 təqdim etməsini ehtimal etmişdir. Şahid12 hər bir halda ondan və Malik Mehdiyevdən vətəndaşların pullarını almış, başqa birbaşa kiminləsə iş görməmiş, müəyyən şəxslər fərqli adlar çəksələr belə, yekun olaraq pul vəsaiti onlar vasitəsi ilə Şahid12 çatdırılmışdır. Vəfat etmiş X15 tanımış, sonuncudan 3000 manat miqdarında pul alaraq təxminən 150-200 manatı götürüb qalan hissəsini Şahid12 təqdim etmiş, həmin iş düzəlmiş, yəni Şahid2 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. Malik Mehdiyevə əsasən Cəbrayıl rayon məcburi köçkünləri və Biləsuvar rayonu yaxınlığında yaşayan vətəndaşlar, özünə isə Qubadlı rayon məcburi köçkünləri və Sumqayıt şəhəri yaxınlığında yaşayan şəxslər pul təqdim etdikdən sonra onlar həmin pulları Şahid12 təqdim etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, onun heç bir ciddi xəstəliyi yoxdur və o, heç bir stasionar müalicədə olmamışdır. 2017-cı ilin əvvəllərində Biləsuvar rayonu Cəbrayıl qəsəbəsində X7 ilə aralarında aparılan danışıq zamanı sonuncu vəzifəli tanışları vasitəsi ilə adına əlliliyə görə pensiya təyin edilməsində köməklik edə biləcəyini, lakin qarşılığında 4500 manat pul verilməsinin tələb olunmasını və özünə həmin puldan yalnız “şirinlik” kimi 400-500 manat pulun çatmasını demiş, razılıq verib həmin ilin may ayında qeyd edilən qəsəbədə sözügedən miqdarda pul vəsaiti və vəsiqəsinin surətini Malik Mehdiyevə təqdim etmişdir. Bununla da, bir müddət sonra ona əlillik dərəcəsinin təyin olunmasından imtina barədə ismarıc gəlsə də, M.Mehdiyev bu məsələni həll edəcəyini deyib onu sakitləşdirmiş, həmin ilin ortalarında isə ona artıq 1-ci qrup əlilliyin təyin olunması ilə bağlı ismarıc gəlmiş, "xxxx" ASC-nin Cəbrayıl rayon filialından plastik kartı almış, həmin vaxtdan da müəyyən məbləğlərdə müavinət almışdır. Şahid8 əlavə olaraq bildirmişdir ki, Laçın rayon Mərkəzi Xəstəxanasında heç vaxt olmamış, adına tibbi kartanın necə açılmasını bilməmiş, ona əlillik dərəcəsi almaqda köməkliyi mərhum Malik Mehdiyev göstərmiş, bu işləri necə və kimin vasitəsi ilə həll etdiyini bilməmiş, adına tərtib edilmiş “Forma 88” arayışında göstərilən tibb müəssisələrində stasionar müalicədə və orada qeyd olunan xəstəliklərin hər hansı biri onda mövcud olmamış, Şahid9, Təqsirləndirilən şəxs və Şahid12 (Miriyeva (Dostəliyeva) Aygün) Elman qızını tanımamış, Malik Mehdiyevə istintaq materiallarına əlavə edilmiş siyahıda göstərilmiş məbləğdə deyil, daha artıq pul vəsaiti təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Gəray qızı ifadəsində göstərmişdir ki, 2017-ci ilədək onun bel nahiyyəsində kista olmuş, bununla əlaqədar Nəsrəddin Tusi adına klinikada və Dövlət Təhlükəsizliyi Xidmətinin hospitalında müayinələrdə olmuş, ev şəraitində müalicə almış, stasionar qaydada müşahidə altında saxlanılmamışdır. 2017-ci ildə yay aylarında səhətində olan ümumi narahatçılıqlar kəskinləşdiyindən əlillik dərəcəsinin təyin olunması üçün sənədlərini Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər İdarəsinə təqdim etmiş, xatırladığına görə sentyabr ayında ona 1-ci qrup əlilliyin təyin olunması ilə bağlı ismarıc gəlmiş, bundan sonra "xxxx" ASC-nin Sumqayıt şəhər filialına gedib kartı götürmüş, 2020-ci ilin yay aylarınadək müavinət almış, daha sonra pensiya ödənişləri dayandırıldığından etibarsız hesab olunmasını bilmişdir. Şahid5 əlavə olaraq bildirmişdir ki, Laçın rayon Mərkəzi Xəstəxanasında heç vaxt olmamış, adına tibbi kartanın necə açılmasını bilməmiş, adına tərtib edilmiş “Forma 88” arayışında göstərilən tibb müəssisələrində stasionar müalicədə olmamış və orada qeyd olunan xəstəliklər onda mövcud olmamış, Şahid9, Təqsirləndirilən şəxs, Şahid11 oğu, X7 və Şahid12 (Miriyeva (Dostəliyeva) Aygün) Elman qızını tanımamış, istintaq materiallarına əlavə edilmiş siyahıda göstərilmiş və ya digər məbləğdə pul vəsaitini özü kiməsə təqdim etməmiş və ümumiyyətlə məsələnin qanunsuz olmasını bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, onun heç bir ciddi xəstəliyi yoxdur və o, stasionar müalicədə olmamışdır. 2017-cı ilin ortalarında Biləsuvar rayonu Cəbrayıl qəsəbəsində X7 ilə aralarında aparılan danışıq zamanı sonuncu vəzifəli tanışları vasitəsi ilə onun adına əlliliyə görə pensiya təyin edilməsində köməklik edə biləcəyini demiş və o da razılıq verib vəsiqəsinin surətini Malik Mehdiyevə təqdim etmişdir. Bununla da, həmin ilin sonlarında M.Mehdiyevdən ona 2-ci qrup əlilliyin təyin olunmasını öyrənmiş, "xxxx" ASC-nin Cəbrayıl rayon filialından plastik kartı almış, 5 il ərzində tam olaraq pensiya müavinəti almış, 2022-ci ilin dekabr ayında müddət bitdiyindən artıq karta pul yüklənməmişdir. Şahid7 əlavə olaraq bildirmişdir ki, Laçın rayon Mərkəzi Xəstəxanasında heç vaxt olmamış, adına tibbi kartanın necə açılmasını bilməmiş, ona əlillik dərəcəsi almaqda köməkliyi mərhum Malik Mehdiyev göstərmiş, bu işləri necə və kimin köməkliyi ilə həll etdiyini bilməmiş, Şahid9, Təqsirləndirilən şəxs və Şahid12 (Miriyeva (Dostəliyeva) Aygün) Elman qızını tanımamış, istintaq materiallarına əlavə edilmiş siyahıda göstərilmiş və ya digər məbləğdə pul vəsaitini M.Mehdiyev və ya digər şəxsə təqdim etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, 2016cı ildən etibarən süd vəzində olan onkoloji xəstəlikdən və zəif görmədən əziyyət çəkmiş, Bakı şəhərində yerləşən özəl klinikalarda müayinə olunmuş, lakin stasionar müalicədə saxlanılmamışdır. 2017-ci ilin ortalarında qayınatası İsmayıl İbrahimov onun xəstəliyinə dair əlillik dərəcəsinin düşüb-düşməməsi ilə bağlı kəndçiləri Malik Mehdiyevlə danışmasını, sonuncunun bu işi həll edəcəyinə dair vəd verməsini bildirmiş, habelə şəxsiyyət vəsiqəsinin surəti və xəstəlik sənədlərini istəyərək almışdır. Həmin ilin sonlarında İsmayıl İbrahimov ona 1-ci əlillik dərəcəsi üzrə pensiya təyin edilməsini demiş və tələbi ilə "xxxx" ASC-nin Cəbrayıl rayon filialına gedib pensiyaya dair plastik kartı götürmüş, bu şəkildə hər ay bankomatdan müxtəlif məbləğlərdə pulları tam şəkildə çıxarıb şəxsi məqsədləri üçün istifadə etmişdir. Məsələnin təfərrüatları barədə heç bir məlumatı olmamış, qayınatası 2021-ci ildə vəfat etmişdir. Şahid6 əlavə olaraq bildirmişdir ki, Laçın rayon Mərkəzi Xəstəxanasında heç vaxt olmamış, adına tibbi kartanın necə açılmasını bilməmiş, ona əlillik dərəcəsi almaqda köməkliyi qaynatası İsmayıl İbrahimov mərhum Malik Mehdiyev vasitəsi ilə göstərmiş, Şahid9, Təqsirləndirilən şəxs və Şahid12 (Miriyeva (Dostəliyeva) Aygün) Elman qızını tanımamış, özü Malik Mehdiyevə pul verməsə də, fikrincə qaynatası İsmayıl İbrahimov istintaq materiallarına əlavə edilmiş siyahıda göstərilmiş və ya digər məbləğdə pul vəsaitini sonuncuya təqdim etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş 21 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının sabiq baş həkimi Şahid9 ifadələrində göstərmişdir ki, o, 21 nömrəli Birləşmiş şəhər Xəstəxanasının baş həkimi vəzifəsində işlədiyi müddətdə operator vəzifəsində işləyən Şahid12 etibar etdiyindən sonuncunun müraciəti və xahişi ilə tanışları və müvafiq epikrizlər əsasında həqiqətdə xəstə olmaları kimi təqdim etdiyi məcburi köçkünlərə köməklik etmək niyyətində olmuş, yəni rəhbərlik etdiyi xəstəxana üzrə tabeliyində olan işçilərdən, habelə 31 nömrəli Birləşmiş şəhər Xəstəxanası və Laçın rayon Mərkəzi Xəstəxanası üzrə baş həkimlərdən həmin şəxslərə əlillik dərəcələrinin təyin olunması üçün müvafiq sənədləşməni aparmalarını xahiş etmiş, Şahid12 tərəfindən təqdim edilən epikrizlərin saxta olmasını əvvəlcədən bilməmiş, səhlənkarlıq edərək bu məsələləri nəzarət altında saxlamamış, sonradan öyrəndiyinə görə, sonuncu saxta epikrizləri sürücüsü Samir Yusifov vasitəsi ilə ona məlum olmayan şəraitdə Bakı şəhəri ərazisində hazırlatmışdır. Şahid9 ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, xx.xx.2017-ci il tarixdən 21 nömrəli Birləşmiş şəhər Xəstəxananın baş həkimi vəzifəsində çalışmış, elə həmin vaxtdan Şahid12 tanımış, lakin sonuncunun adı Aygün, soyadı isə Miriyeva olmaqla Xəstəxanada qeydiyyatçı-operator vəzifəsində çalışmış və vəzifəsi xəstəliyi olan şəxslər barədə “Forma 88” arayışının elektron qaydada sistemə işləməkdən ibarət olmuşdur. X22 Şahid12 sürücüsü işləyən şəxs kimi 2017-ci ilin iyul ayından tanımış, Samir Yusifov bir neçə dəfə rəsmi sənədləri saxtalaşdırdığına görə məhkum edilmiş, sonuncu Şahid12 sifarişi ilə əlillik dərəcəsi almaq istəyən şəxslərə Bakı şəhəri Bakıxanov qəsəbəsi ərazisində işlətdiyi kompüter salonunda saxta epikrizlər hazırlamış və əlbir olmaqla iş görmüşdür. Şahid12 dəfələrlə məcburi köçkün rayonlarından olan şəxslərin sənədlərini ona gətirib həqiqətən də xəstə olduqlarını, həmin şəxslərə əlillik dərəcəsi almaqda kömək etmək lazım olduğunu demiş, inandığından qeyd olunan tanımadığı şəxslərə xəstəxanada tibbi kartaların açılmasına, adlarına “Forma 88” arayışlarının tərtib olunaraq əlillik dərəcələri almalarından ötrü sistemə yerləşdirilməsinə razılıq vermiş, bu işləri təmənnasız görmüşdür. Şahid12 Cəbrayıl və Laçın rayonları, habelə digər məcbur köçkün rayonlarından olmaqla Şüvəlan qəsəbəsi və başqa ərazilərdə yaşayan tanışlarına da köməklik etməsi ilə bağlı müraciət etdiyindən, 31 nömrəli Birləşmiş şəhər Xəstəxanası və Laçın rayon Mərkəzi Xəstəxanası üzrə qeydiyyata alınmaları məqsədi ilə sözügedən xəstəxanaların baş həkimləri müvafiq olaraq Abbasqulu Bağırov və Təqsirləndirilən şəxs müəyyən vətəndaşların adlarına tibbi karta açılması və “Forma 88” arayışlarının tərtib edilməsində köməklik göstərmələrini xahiş etmişdir. Şahid11 və mərhum Malik Mehdiyevi tanımamış, “Forma 88” arayışlarının elektron sistemə daxil edilməsi zamanı bu hərəkəti icra edən şəxsin kimliyinin rəsmiləşdirilməsi halı olmamışdır. 2017-2018-ci illər ərzində yalnız 050 ***-**-** saylı mobil nömrədən istifadə etmişdir. Şahid12 işdən çıxardıqdan bir-iki ay sonra artıq “Forma 88” arayışlarının tərtib edilməsi və qeydiyyata alınmasında çətinlik çəkdiyindən sonuncu ilə danışıq aparıb yenidən xəstəxanaya dəvət etmiş, işçisi olmasa da qeyri-rəsmi bu işlərdə köməklik etməsini xahiş etmiş və sonuncu eyni qaydada fəaliyyətini davam etdirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, onun 2018-ci ilədək yüksək təzyiqi, mədə ağrıları, əl və ayaqlarında keyimələri olduğundan M.A.Qasımov adına Respublika Klinik Xəstəxanası, Ak. C.M.Abdullayev adına X1 və 5 nömrəli şəhər Klinik Xəstəxanasında müayinələrdə olmuş, lakin stasionar qaydada müalicədə olmamışdır. 2017-ci ilin sonlarında yoldaşı Şahid10 onu Cəbrayıl rayon Xəstəxanasına müayinələrə aparmış, pensiya təyin edilməsi məsələsini həll etməyə çalışacağını demiş, həmin ilin dekabr ayında sonuncu ona 2-ci qrup əlilliyin təyin olunması haqda məlumat vermiş, daha sonra ya "xxxx", ya da "xxxx" ASC-dən plastik kartı götürmüşlər, həmin kartdan Şahid10 istifadə etdiyindən dəqiq olaraq hansı miqdarda müavinət almağı barədə məlumatı olmamışdır. Bundan başqa, 2020-ci ilin yay aylarında artıq pensiya ödənişləri dayandırılmış və bunun etibarsız hesab olunmasını eşitmiş, Şahid10 bir neçə dövlət qurumuna bununla bağlı müraciət etsə də, pensiyası bərpa edilməmişdir. Şahid1 ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Laçın rayon Mərkəzi Xəstəxanasında heç vaxt olmamış və həmin xəstəxanada adına tibbi kartanın necə açılmasını bilməmişdir. Şahid9, Təqsirləndirilən şəxs, Şahid11 oğu, X7 və Şahid12 (Miriyeva (Dostəliyeva) Aygün) Elman qızını tanımamış, istintaq materiallarına əlavə edilmiş siyahıda göstərilmiş və ya digər məbləğdə pul vəsaitini özü kiməsə təqdim etməmiş, yoldaşı Şahid10 bu işlə məşğul olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 Şahid1 ifadəsinə uyğun analoji məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiyi halları özünə aid hissədə təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, heç bir ciddi xəstəliyi və stasionar müalicədə olmamış, 2017-ci ilin sonlarında yoldaşı Şahid13 tanışları olan İlqar Məhərrəmovla danışıq zamanı xəstəliyinə dair məlumat verdikdə sonuncu bir nəfər “Məhərrəm” adlı tanışının olmasını, həmin şəxsə 3000 manat miqdarında pulun verilməsi qarşılığında bu məsələni həll edə biləcəyini qeyd etmiş, növbəti günlərdə Şahid13 yaşayış ərazilərinin yaxınlığında İlqar Məhərrəmovla görüşüb 3000 manat miqdarında pul vəsaitini və onun şəxsiyyət vəsiqəsinin surətini Şahid11 verilməsi üçün İlqar Məhərrəmova təqdim etmiş, həmin ilin dekabr ayında ona 2-ci qrup əlillik dərəcəsi təyin edilmiş, "xxxx" ASC-nin Qubadlı rayon filialından pensiyaya dair plastik kartı götürmüş, 5 il ərzində tam olaraq pensiya müavinəti almış, 2023-cü ilin yanvar ayında müddət bitdiyindən artıq karta pul yüklənməmişdir. Şahid2 ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Laçın rayon Mərkəzi Xəstəxanasında heç vaxt olmamış, adına tibbi kartanın necə açılmasını bilməmiş, ona əlillik dərəcəsi almaqda köməkliyi Şahid11 vəd etmiş, bu işləri necə və kimin vasitəsi ilə həll etdiyini bilməmiş, adına tərtib edilmiş “Forma 88” arayışında göstərilən tibb müəssisələrində stasionar müalicədə olmamış və orada qeyd olunan xəstəliklərin hər hansı biri onda mövcud olmamış, Şahid9, Təqsirləndirilən şəxs və Şahid12 (Miriyeva (Dostəliyeva) Aygün) Elman qızını tanımamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 Şahid2 ifadəsinə uyğun analoji məzmunlu ifadə verərək Şahid2 yuxarıda göstərdiyi halları özünə aid hissədə təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, onun 2011-ci ildən şəkərli diabet, yüksək təzyiq, böyrəklərin uzanması və tez-tez ürək doyüntüləri kimi narahatçılıqları olmuş, 2017-ci ilin əvvəllərində qohumlarının Gəncə şəhərində yerləşən evinə qonaq getdikdə təzyiqi qalxdığından huşunu itirmiş və Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasına aparılmış, orada onu “Kamil” adlı həkim müayinə etmiş, həmin vaxt sonuncu ümumi xəstəliklərini bilib ona əlillik dərəcəsi düşməsini deyərək bu məsələni həll edə biləcək tanışlarının olmasını və köməklik edəcəyini demiş, lakin yadında qaldığına görə imtina etdiyindən bundan sonra baş verənlərdən xəbəri olmamışdır. Şahid3 ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Laçın rayon Mərkəzi Xəstəxanasında heç vaxt olmamış, həmin xəstəxanada adına tibbi kartanın necə açılmasını bilməmiş, adına tərtib edilmiş “Forma 88” arayışında göstərilən tibb müəssisələrində stasionar müalicədə olmamış və orada qeyd edilən, o cümlədən onkoloji xəstəliyi olmamışdır. Şahid9, Təqsirləndirilən şəxs, Şahid11 oğu, X7 və Şahid12 (Miriyeva (Dostəliyeva) Aygün) Elman qızını tanımamış, istintaq materiallarına əlavə edilmiş siyahıda göstərilmiş və ya digər məbləğdə pul vəsaitini özü kiməsə təqdim etməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid4 ifadəsində göstərmişdir ki, heç bir ciddi xəstəliyi və stasionar müalicədə olmamış, 2017-cı ilin əvvəllərində Bakı şəhərində qohumları tərəfindən keçirilən məclisdə təsadüfən yerlisi X7 ilə görüşdükdə aralarında aparılan danışıq zamanı sonuncu vəzifəli tanışları vasitəsi ilə adına əlliliyə görə pensiya təyin edilməsində köməklik edə biləcəyini, lakin qarşılığında 3000 manat pul verilməsinin tələb olunmasını demiş, razılıq verib həmin ilin iyun-iyul ayında qeyd edilən Bakı şəhəri ərazisində sözügedən miqdarda pul vəsaiti və vəsiqəsinin surətini Malik Mehdiyevə təqdim etmişdir. Bununla da, həmin ilin avqustsentyabr aylarında ona 1-ci qrup əlilliyin təyin olunmasını öyrənmiş, "xxxx" ASC-nin Cəbrayıl rayon filialından plastik kartı almış, təxminən bir il müddətinə müavinət alsa da, sonradan dayandırılmış, bu haqda M.Mehdiyevə məlumat verdikdə sonuncu qısa müddətə işi düzəldəcəyini desə də, sözünə əməl etməmiş və pulunu geri qaytarmamışdır. Şahid4 əlavə olaraq bildirmişdir ki, Laçın rayon Mərkəzi Xəstəxanasında heç vaxt olmamış, adına tibbi kartanın necə açılmasını bilməmiş, ona əlillik dərəcəsi almaqda köməkliyi mərhum Malik Mehdiyev göstərmiş, bu işləri necə və kimin vasitəsi ilə həll etdiyini bilməmiş, adına tərtib edilmiş “Forma 88” arayışında göstərilən tibb müəssisələrində stasionar müalicədə olmamış və orada qeyd olunan xəstəliklərin hər hansı biri onda mövcud olmamış, Şahid9, Təqsirləndirilən şəxs və Şahid12 (Miriyeva (Dostəliyeva) Aygün) Elman qızını tanımamış, Malik Mehdiyevə istintaq materiallarına əlavə edilmiş siyahıdakı məbləğdə deyil, daha artıq pul vəsaiti təqdim etmişdir. Bundan başqa, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş 30 noyabr 2004-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 3099 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 22 noyabr 2004-cü il tarixli, 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Səhiyyə sahəsinə aid qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid X9”na, Azərbaycan Respublikası Səhiyyə nazirinin 19 sentyabr 2012-ci il tarixli, 70 nömrəli əmri ilə təsdiq edilmiş Tibb Müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatlarının İ bölməsində göstərilən “Tibb müəssisəsinin rəhbərinin nümunəvi (baş direktor, direktor, baş həkim, rəis) vəzifə təlimatı”na və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 19 iyun 2017-ci il tarixli, 8 nömrəli qərarı ilə təsdiq edilmiş “Səhiyyə sahəsinə aid qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid X9”ndan görünür ki, Təqsirləndirilən şəxs müəssisənin fəaliyyətinə rəhbərliyi həyata keçirmək, əhaliyə keyfiyyətli müvafiq sahə üzrə tibbi xidmət göstərilməsini, inzibati-təsərrüfat və maliyyə fəaliyyətini təşkil etmək, müəssisənin fəaliyyətinin təhlilini həyata keçirmək və onun əsasında işin forma və metodlarının yaxşılaşdırılması üzrə zəruri tədbirlər görmək, müvafiq sahə üzrə müasir diaqnostika, müalicə və profilaktika metodlarının tətbiqini təmin etmək, digər müalicə-profilaktika müəssisələri arasında əhalinin müayinə və müalicəsində ardıcıl və əlaqəli iş prinsipinin tətbiq edilməsini təmin etmək, müəssisənin struktur bölmələri üzrə planlı və növbədən kənar yoxlamaları, müəssisənin fəaliyyəti ilə bağlı məsələlərin müzakirəsini aparmaq, tibbi yardımın təşkilində aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün tədbirləri həyata keçirmək, müəssisənin illik hesabatını və illik mühasibatlıq balansını təsdiq etmək, kollektiv müqavilə üzrə işəgötürənə aid öhdəliklərin yerinə yetirilməsini təmin etmək, müəssisənin təşkilati-idarəetmə strukturunu, fəaliyyətin planlaşdırılmasını, işinin forma və metodlarını təkmilləşdirmək, kadrların seçilməsi, onların ixtisaslarına uyğun yerləşdirilməsi və istifadəsini həyata keçirmək, onların peşə ixtisaslarının artırılması üçün şərait yaratmaq, işçilərin öz vəzifə öhdəliklərini yerinə yetirməsinin təmin olunması üzrə tədbirlər görmək, qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi istiqamət üzrə təkmilləşdirmə kurslarında iştirak etmək, daxili intizam, əməyin mühafizəsi üzrə, cihaz, avadanlıq, alətlər və mexanizmlərin istismarı qaydalarının tələblərinin yerinə yetirilməsinə nəzarət etmək, müəssisənin fəaliyyətini digər səhiyyə qurumları ilə əlaqələndirmək, habelə “Tibb müəssisələrində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi barədə” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 11 mart 2011-ci il tarixli, 30 nömrəli əmri ilə təsdiq edilmiş “Həkim məsləhət komissiyası haqqında Əsasnamə” yə əsasən, əlillik dərəcəsi olan şəxslərin vaxtından əvvəl təkrar əlilliyin qiymətləndirilməsi (əlillik qrupundan çıxarılması, əlillik dərəcəsinin artırılması), əlilliyin səbəbinin dəyişdirilməsi məqsədilə Tibbi Sosial Ekspert Komissiyalarına göndərişin verilməsi, xəstəyə müəyyən olunmuş diaqnozun, aparılmış müayinələrin və müalicənin düzgünlüyünə nəzarət edilməsi, ehtiyac olduqda xəstələrin ixtisaslaşdırılmış müalicə müəssisələrinə məsləhətə göndərilməsi və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi vəzifələri müəyyən edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan xx.xx.2018-ci il tarixli, **********8 nömrəli Əmək və Əhalinin Sosial Müdafiəsi nazir müavininin məktubundan görünür ki, Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 4.1-ci bəndinə uyğun olaraq şəxslərin dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində yaradılmış Tibbi-Sosial Ekspertiza və X26 (TSERAS) üzərindən qiymətləndirilir, göndərişin rəsmiləşdirilməsi barədə məlumat Səhiyyə Nazirliyinin “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə real vaxt rejimində daxil edildikdən dərhal sonra TSERAS-a ötürülür, göndərişlər həmin sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır, adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-yə göndərilir, yəni əlillik yalnız şəxsin xəstəlik vəziyyəti barədə göndərişlərdə səhiyyə müəssisələri tərəfindən qeyd olunmuş məlumatlar əsasında qiymətləndirilir və əlillik təyin olunub-olunmamasına dair qərarlar TSERAS vasitəsilə tam avtomatlaşdırılmış şəkildə qəbul edilir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Laçın rayon prokurorunun xx.xx.2023cü il tarixli, 87xid-23 nömrəli məktubundan görünür ki, 6 şəxsin, yəni Şahid1, Şahid2, X21, Şahid4, X28 və Şahid8 barəsində tibbi kartalar Sabunçu rayon prokurorluğuna göndərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan "xxxx" MMC-dən daxil olmuş CD diskə “baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, 050 338-29-25 saylı nömrə (Şahid9) ilə 050 227-27-41 saylı nömrə (Təqsirləndirilən şəxs) arasında xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddətə qarşılıqlı çoxsaylı zənglər olmaqla müəyyən danışıqlar aparılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunan "xxxx" ASC-dən daxil olmuş CD diskə “baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, "xxxx" ASC tərəfindən təqdim edilən diskdəki “2023-13075 KQMBİ cixarislar” adlı qovluğa daxil olduqda içərisində sorğu edilmiş şəxslərə dair ödəniş kartı üzrə çıxarışların olması görünür, çıxarışlarda isə həmin şəxslərin hesablarına xx.xx.2015-ci il tarixdən xx.xx.2023-cü il tarixədək aylıq olaraq köçürülən pul vəsaiti, nağdlaşdırılma miqdarı, yeri və sair əməliyyatlar əks olunur. İşdə olan və məhkəmə iclasında tədqiq olunan “diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” Publik Hüquqi şəxsin təqdim etdiyi bir ədəd diskin daxilində 11 ədəd “X37” proqramına aid faylların olması müəyyən edildi. Həmin fayllara daxil olduqda içərisində “Bakı Baş Səhiyyə Mərkəzi” və “X43” Publik Hüquqi şəxslərin, habelə Abşeron, Saatlı, İmişli, Göygöl, Şəmkir, Kəlbəcər, Cəbrayıl və Qubadlı rayon Mərkəzi Xəstəxanalarının həkim məsləhət komissiyası üzvləri, əmrlər, əmək müqavilələri və sair əks olunur. İşdə olan və məhkəmə iclasında tədqiq olunan "xxxx" ASC-dən daxil olmuş CD diskə “baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" ASC tərəfindən təqdim edilən diskdəki “PENSİYA CİXARİSH” və “Azericard Out” adlı qovluqlara daxil olduqda içərisində sorğu edilmiş şəxslərə dair hesablarından çıxarışların olması görünür, çıxarışlarda isə həmin şəxslərin hesablarına aylıq olaraq köçürülən pul vəsaiti, nağdlaşdırılma miqdarı, yeri və sair əməliyyatlar əks olunur. İşdə olan və məhkəmə iclasında tədqiq olunan "xxxx" ASC-dən daxil olmuş CD diskə “baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, "xxxx" ASC-si tərəfindən təqdim edilən disklərdəki “2023-13075” adlı qovluğa daxil olduqda içərisində sorğu edilmiş şəxslərə dair ödəniş kartı üzrə çıxarışların olmasını görünür, çıxarışlarda isə həmin şəxslərin hesablarına aylıq olaraq köçürülən pul vəsaiti, nağdlaşdırılma miqdarı, yeri və sair əməliyyatlar əks olunur. İşdə olan və məhkəmə iclasında tədqiq olunan “baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, axtarış aparılması qərar və protokollar əsasında götürülmüş, habelə təqdim olunmaqla iş materiallarına əlavə edilmiş ambulator xəstənin tibbi kartalarına baxış keçirdikdə həmin kartaların 6 ədədi Mərkəzi Xəstəxanası, 32 ədədi 31 nömrəli Birləşmiş şəhər Xəstəxanası və 41 ədədi 21 nömrəli Birləşmiş şəhər Xəstəxanası adından tərtib edilməklə onlar açıq qəhvəyimtil-sarımtıl rənglidirlər, üzərlərində ambulator xəstənin tibbi kitabçası № AZS-025 yazısı, bu yazıdan aşağı hissədə müalicə müəssisəsinin adı, şəxsiyyət vəsiqəsi və seriyası, soyad, ad, ata adı, doğum tarixi, rayon, şəhər, qəsəbə və sair yazılar həkk edilmiş, qarşılarında doldurulması üçün boş xanalar ayrılmış, həmin xanaların bir çoxunda əlyazma ilə xəstənin anket məlumatları, diaqnozu və sair qeydiyyat aparılmış, Mərkəzi Xəstəxanasında tibbi kartaların üzlükləri ağ vərəqlə örtülməklə xəstənin məlumatları əlyazma ilə vərəq üzərində qeyd edilmişdir. Tibbi kartalar açıldıqda daxilində olan “siqnal qeydləri, tibbi kartadan köçürülmüş diaqnoz, əsas diaqnostik müayinələrin nəticəsi, hospitalizasiya haqqında məlumat” və sair adlı qrafaların içərisi əlyazma ilə doldurulmuş, tibbi kartaların əksəriyyətinin daxilində müxtəlif tibb müəssisələrinə aid xəstəlik tarixindən çıxarışın (epikriz) surəti və Tibbi-Sosial Ekspert Komissiyasında müayinəyə dair məlumatlar əlavə edilməklə əsasən sözügedən epikrizlərdə olan diaqnozlar tibbi kartaya köçürülmüş və ya eyni xəstəliyin diaqnozu ağırlaşdırılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Laçın rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 66 nömrəli sərəncamından görünür ki, Təqsirləndirilən şəxs baş həkimi vəzifəsinə təyin edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Laçın rayon Mərkəzi Xəstəxanasının baş həkiminin xx.xx.2017-ci il tarixli, 9 nömrəli əmrindən görünür ki, sədr – Təqsirləndirilən şəxs (baş həkim), komissiya üzvləri – (həkim-cərrah), (həkim-kardioloq), (həkimendokrinoloq) və digərlərindən ibarət tərkibdə Həkim Məsləhət Komissiyası yaradılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Səhiyyə Nazirliyinin “X40” Publik Hüquqi şəxsin baş həkiminin xx.xx.2023-cü il tarixli, PHŞ-6-2/2-1487/2023 nömrəli məktubundan görünür ki, sorğuda göstərilən şəxslər 2014-2019-cu illərdə Mərkəzdə qeydiyyatda olmamışlar. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Səhiyyə Nazirliyinin Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin baş həkiminin xx.xx.2023-cü il tarixli, 310 nömrəli məktubundan görünür ki, sorğuda göstərilən şəxslərin Mərkəzə müraciəti qeydiyyata alınmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunan xx.xx.2023-cü il tarixli, 3-17-4/2- 21882/2023 nömrəli və xx.xx.2023-cü il tarixli, 3-17-4/2-22944/2023 nömrəli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədrinin məktubları, onlara əlavə edilmiş cədvəllər, “Forma 88” məlumatarı və Tibbi-Sosial Ekspert Komissiyası qərarlarından görünür ki, Şahid1, Şahid2, Şahid3, Şahid4, X28, Şahid8, Şahid5 Gəray qızı, Şahid6 və Şahid7 olmaqla 9 şəxsin barəsində hansı xəstəxana və ya digər tibb müəssisəsi tərəfindən hansı tarixli və nömrəli elektron göndərişin (Forma 88 arayışı) tərtib edilməsi, həmin göndərişə onların hansı xəstəlikdən əziyyət çəkmələrinə dair məlumatın daxil edilməsi, hansı tarixdə və hansı Tibbi- Sosial Ekspert Komissiyaları tərəfindən yoxlanılması, təsdiq edilib-edilməməsi, əlillik dərəcəsinin təyin olunub-olunmaması, olunduğu halda neçənci dərəcəli əlilliyin təyin edilməsi və digər məlumatlar öz əksini tapmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X44 sədrinin xx.xx.2023-cü il tarixli, 3-17-1/2- 236122/2023 nömrəli məktubundan və ona əlavə edilmiş cədvəllərdən görünür ki, Şahid1, Şahid2, Şahid3, Şahid4, X28, Şahid8, Şahid5 Gəray qızı, Şahid6 və Şahid7 olmaqla 9 şəxsə əlillik dərəcəsinin təyin olunub-olunmaması, müsbət halda neçənci dərəcəli əlilliyin təyin edilməsi, hansı müddətə və məbləğdə pensiya təminatı, sosial müavinət və qulluğa görə ödəniş qismində pul vəsaitinin öz və ya tanışları vasitəsi ilə almaları, habelə digər məlumatlar öz əksini tapmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X20” Publik Hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 4912 və 4914 nömrəli məktublarından və onlara əlavə edilmiş məhkəmə-tibbi ekspertin (canlı şəxsin məhkəmətibbi ekspertizası) xx.xx.2023-cü il tarixli 417.20/KEŞ, 417.12/KEŞ, 417.4/KEŞ, 417.47/KEŞ və 417/KEŞ nömrəli rəylərindən görünür ki, Şahid8, Şahid6, Şahid2, Şahid1 və Şahid5 Gəray qızına əlilliyin təyinatı üçün əsas verən xəstəlik aşkar edilməmiş, sağlamlıq durumları ilə əlaqədar məcburi müalicə üçün tibbi göstəriş qeyd edilməmiş, onlara aid göndərişlərdə göstərilən xəstəliklər əyani müayinələr zamanı müəyyən edilmədiyindən bu həkim məsləhət komissiyası üzvləri tərəfindən Səhiyyə sistemində mövcud olan 70 saylı əmrin pozulması kimi qiymətləndirilir, kliniki, laborator və instrumental müayinələr aparılmadan diaqnoz təyin oluna bilməz, göndərişdə qeyd edilən patalogiyaların sonrakı müalicəsi nəticəsində şəxsin sağalması və ya adekvat müalicələr aparılmadığı halda xəstəliklərin öz-özünə sağalması tibbi praktika mövcud deyildir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsin baş direktorunun xx.xx.2023-cü il tarixli, 4442 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi şəxsin baş direktorunun xx.xx.2023-cü il tarixli, xx/xx- 4292 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin mərkəzdə müalicə və qeydiyyatda olmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Laçın rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 1(047)-8/2023 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 179.2.3 və 179.2.4-cü maddələri Təqsirləndirilən şəxs həmin Məcəllənin 73-1.2-ci maddəsinin tələblərinə əsasən cinayət məsuliyyətindən azad olunmuş və iş üzrə icraata xitam verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat, Statistika və İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan maddi sübut kimi tanınma haqqında 20 iyun 2024-cü il tarixli qərardan görünür ki, "xxxx" və "xxxx" ASC-lərinin bankomat görüntüləri əks olunan və çıxarışlar olan ümumilikdə 6 ədəd CD diskləri, "xxxx" MMC-nin telefon danışıqları ilə bağlı olan 1 ədəd CD diski, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən təqdim edilmiş cədvəllər, “Forma 88” məlumatarı və Tibbi- Sosial Ekspert Komissiyasının qərarları, 6 ədədi Laçın rayon Mərkəzi Xəstəxanası, 32 ədədi 31 nömrəli Birləşmiş şəhər Xəstəxanası və 41 ədədi 21 nömrəli Birləşmiş şəhər Xəstəxanası adından tərtib edilməklə ümumilikdə 79 ədəd tibbi kitabça və daxilində olan epikrizlərin ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmaları, habelə həmin tibbi karta və epikrizlərdən başqa digərlərinin iş materiallarında saxlanılmaları nəzərə alınmış, ümumilikdə 79 ədəd tibbi kitabça və daxilində olan epikrizlər isə iş materiallarından ayrılmış digər cinayət işinə əlavə edilmişlər. İşdə olan və məhkəmə iclasında tədqiq olunan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq olunan yaşayış yeri üzrə arayışdan və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il təvəllüdlü X45, xx.xx.2015-ci il təvəllüdlü X51, xx.xx.2020-ci il təvəllüdlü X46 adlı üç azyaşlı uşaqları və həyat yoldaşı ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu X29 küçəsi ev 54 ünvanında yaşayırlar. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizənin məzmunundan görünür ki, o, Azərbaycan Respublikası CM-nin 308.2 və 313-cü maddələri ilə özünü təqsirli bilir, lakin Azərbaycan Respublikası CM-nin 308.2 və 313-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən o, həmin maddələr ilə cinayət məsuliyyətindən azad edilməsi, cinayət işi üzrə icraata xitam verilməsi, həmçinin barəsində irəli sürülmüş mülki iddia üzrə onun təqsiri olmadığından qeyd edilən mülki iddianın da rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan 20 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Şahid9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2, 308.2, 32.4,308.2, 311.3.2, 311.3.3, 312-1.1, 313, 32.4,313 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair istintaqı tamamlanaraq məhkəməyə göndərilmiş ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunan 24 iyun 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Şahid12, Şahid11, X3 və X18 Şahid9la iştirakçılıqla ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə, təkrarən külli miqdarda rüşvət alma, vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) və vəzifə saxtakarlığı cinayət əməlləri törətmələri faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,308.2, 32.5,311.3.2, 32.5,311.3.3, 32.5,312-1.1 və 32.5,313-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunan ********* nömrəli cinayət işinin arayışından görünür ki, qeyd edilən cinayət işi üzrə dəymiş ziyanın ümumulikdə məbləği 1.646.337,52 (bir milyon altı yüz qırx altı min üç yüz otuz yeddi manat əlli iki qəpik) manat təşkil etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan mülki iddianın surətindən görünür ki, zərərçəkmiş hüquqi şəxs və eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2, 308.2, 32.4,308.2, 311.3.2, 311.3.3, 312-1.1, 313, 32.4,313 və 320.1-ci maddələri ilə təqsirləndirilən şəxs Şahid9 qarşı Bakı Ağır Cinayətlər Məhkəməsində 1.646.337,52 (bir milyon altı yüz qırx altı min üç yüz otuz yeddi manat əlli iki qəpik) manat məbləğində mülki iddia qaldırmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunan 20 iyun 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 və 313-cü maddələrinin tərkib əlamətləri mövcud olduğundan o, təqsirləndirilən şəxs qismində cəlb edilməklə həmin maddələrlə ona ittihamın elan olunması, Təqsirləndirilən şəxs barəsində rüşvət alma və Şahid9la birgə iştirakçılıqla cinayət əməlləri törətməsi, Laçın Rayon Mərkəzi Xəstəxanasının digər işçilərinin əlillik dərəcəsinin təyin olunması məqsədilə həyata keçirilən qanunsuz əməllər barədə əvvəlcədən məlumatlı olmaları, bu məsələlərdə maddi və sair maraqlarının olması xüsusatı üzrə aparılan cinayət təqibinə 17 noyabr 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərarla (3-cü bənd) xitam verilməsinin istintaqın gedişi zamanı nəzərə alınması, Şahid12, Şahid11, X3 və X18 Şahid9la iştirakçılıqla ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə, təkrarən külli miqdarda rüşvət alma, vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) və vəzifə saxtakarlığı cinayət əməlləri törətmələri faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,308.2, 32.5,311.3.2, 32.5,311.3.3, 32.5,312-1.1 və 32.5,313-cü maddələri ilə başqa cinayət işinin ayrıca icraata ayrılması haqqında qərarın qəbul edilməsi, ********* nömrəli cinayət işinin materiallarından ayrılacaq işdə Mehparə Kazımova, Şahin Verdiyev, Əfsanə Məmmədova, Ədilə Hüseynova, Nicat Hümbətov, Rövşən Rəşidov, Eldəniz Cahangirov və qeyrilərinin barələrində Şahid12 ifadələrində (ərizə, şikayət) qeyd olunan xüsusatlar üzrə onların, o cümlədən iş üzrə vasitəçi qismində adları hallanan və rüşvət qismində pul təqdim etmələri haqda könüllü məlumat verən şəxslər, 21 nömrəli Birləşmiş şəhər Xəstəxanasının sabiq baş həkimi Pərvanə Bəndad, habelə sözügedən xəstəxanadan əlavə müəyyən edilmiş başqa tibb müəssisələrinin vəzifəli şəxsləri və həmin şəxslərlə əlaqəli olan qeyrilərinin əməllərinə hüquqi qiymət verilməsinin təmin olunması, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi, yəni Laçın Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində işlədiyi müddətdə hər hansı bir şəxsə qanunsuz əlillik dərəcəsi təyin etmək niyyətində olmaması, 21 nömrəli Birləşmiş şəhər Xəstəxanasının sabiq baş həkimi Şahid9 etibar etdiyindən sonuncunun xahişi ilə tanışları və müvafiq epikrizlər əsasında həqiqətən də xəstə olmaları kimi təqdim etdiyi məcburi köçkünlərə köməklik etmək fikrində olması, sözügedən epikrizlərin saxta olmasını əvvəlcədən bilməməsi, səhlənkarlıq edərək bu məsələləri yoxlamaması və nəzarət altında saxlamaması kimi xüsusatlar özünü müdafiə xarakterli qiymətləndirilməklə rədd edilməsi və istintaqın gedişi zamanı nəzərə alınması, ********* nömrəli cinayət işi üzrə qəbul edilmiş 17 noyabr 2023-cü il tarixli qərarın preyudisial əhəmiyyətə malik olması, həmin qərarın 6, 8, 9, 13, 21 və 31-33 bəndlərində qeyd olunan xüsusatlara hüquqi qiymət verilməsinin istintaqın gedişi zamanı nəzərə alınması, 17 noyabr 2023-cü il tarixli qərara əsasən maddi sübut kimi tanınmış "xxxx" və "xxxx" ASC-nin bankomat görüntüləri əks olunan və çıxarışlar olan ümumilikdə 6 ədəd CD disk, "xxxx" MMC-nin telefon danışıqları ilə bağlı olan 1 ədəd CD disk, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən təqdim edilmiş cədvəllər, “Forma 88” məlumatarı və Tibbi-Sosial Ekspert Komissiyası qərarlarının ********* nömrəli cinayət işinin materiallarında saxlanılmasının istintaqın gedişi zamanı nəzərə alınması, 6 ədədi Mərkəzi Xəstəxanası, 32 ədədi 31 nömrəli Birləşmiş şəhər Xəstəxanası və 41 ədədi 21 nömrəli Birləşmiş şəhər Xəstəxanası adından tərtib edilməklə ümumilikdə 79 ədəd tibbi kitabça və daxilində olan epikrizlərin ********* nömrəli cinayət işinin materiallarından ayrılmış digər cinayət işinə əlavə edilməsi, hazırki qərarın 2-ci bəndində qeyd olunan xüsusatlarla bağlı zəruri materialların cinayət işinin materiallarından ayrılaraq müvafiq qaydada qeydiyyata alınmaqla arxivdə saxlanılması üçün Baş İdarənin İstintaq idarəsinin dəftərxanasına təhvil verilməsi və qəbul edilmiş qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 308.2 və 313-cü maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsiri tam sübuta yetirilir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 75.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətdiyi gündən aşağıda müəyyən edilən müddətlər keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz: böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə; az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə; ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə; xüsusilə ağır cinayətin törədildiyi gündən iyirmi il keçdikdə. Həmin maddənin 2-ci bəndinin tələblərinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Həmçinin, Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinin tələblərinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərinə əsasən məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs vəzifə səlahiyyətlərindən suiistifadə və vəzifə saxtakarlığı cinayətini 2017-ci ilin avqust ayından, həmin ilin noyabr ayının 17-dək Laçın Rayon X19 Hüquqi şəxsin baş həkimi (direktoru) vəzifəsində işləyərkən törətmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 308.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi, həmin cinayət əməlləri böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər kateqoriyasına aid olduğundan, həmçinin qeyd edilən əməllərin edildiyi gündən yeddi ildən artıq müddət keçdiyindən, bundan başqa Təqsirləndirilən şəxs da ərizə ilə məhkəməyə müraciət edərək qeyd edilən maddələr üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən onun həmin maddələr ilə cinayət məsuliyyətindən azad olunmasını məhkəmədən xahiş etdiyindən məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 308.2 və 313-cü maddələri ilə təqsirli bilinsə də cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi ilə bağlı o, bu maddələr ilə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Göstərilənlərə əsasən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 və 313-cü maddələri ilə tövsif olunmalı, lakin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 və 313-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, həmin maddələr üzrə cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinin tələbinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. 181.1-ci maddəsinə əsasən əmlaklara vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. 181.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia fiziki və ya hüquqi şəxsin adından onun nümayəndəsi tərəfindən verilə bilər. 188-ci maddəsinə əsasən cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə sənədlər və sübutlar buna imkan verirsə, müstəsna hallarda məhkəmə baxışı zamanı şəxs verilmiş mülki iddianı şəxsən müdafiə etmək imkanından məhrum olduqda məhkəmə öz təşəbbüsü ilə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyanın ödənilməsi barədə qərar qəbul etməyə haqlıdır. Məhkəmə zərərçəkmiş hüquqi şəxsin və eyni zamanda mülki iddiaçının nümayəndəsi Nümayəndə1 tərəfindən məhkəməyə təqdim edilmiş mülki iddia tələbi ilə bağlı qeyd edir ki, bu iddia tələbi Təqsirləndirilən şəxs münasibətdə təmin edilməməlidir. Belə ki, zərərçəkmiş hüquqi şəxsin və eyni zamanda mülki iddiaçının nümayəndəsi Nümayəndə1 tərəfindən məhkəməyə təqdim edilmiş mülki iddia ərizəsində 47317,95 manat məbləğində maddi ziyan qismində pul vəsaitini tələb etsə də, lakin qeyd edilən cinayət işinin məhkəmə araşdırmaları zamanı həmin maddi ziyan məbləğinin X8 Azərbaycan Respublikası CM-nin 178.3.2; 179.3.2; 308.2; 32.4, 308.2; 311.3.2; 311.3.3; 312-1.1; 313; 32.4, 313 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işində nəzərə alındığı müəyyən edilmişdir. Belə olan halda isə məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində işə baxılaraq müvafiq qərarın qəbul edilməsində səlahiyyətli hesab edilməlidir. Bundan başqa məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, zərərçəkmiş hüquqi şəxs və eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2, 308.2, 32.4,308.2, 311.3.2, 311.3.3, 312-1.1, 313, 32.4,313 və 320.1-ci maddələri ilə təqsirləndirilən şəxs Şahid9 qarşı da Bakı Ağır Cinayətlər Məhkəməsində 1.646.337,52 (bir milyon altı yüz qırx altı min üç yüz otuz yeddi manat əlli iki qəpik) manat məbləğində mülki iddia da qaldırmışdır. Göründüyü kimi zərərçəkmiş hüquqi şəxs və eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən həm Şahid9, həm də ki, Təqsirləndirilən şəxs qarşı mülki iddialar qaldırılmış, lakin Təqsirləndirilən şəxs qarşı irəli sürülən mülki iddianın məbləği, eyni zamanda Şahid9 qarşı irəli sürülən mülki iddianın məbləğinə aid edilmişdir. Göstərilənlərə əsasən də məhkəmə bildirir ki, zərərçəkmiş hüquqi şəxs və eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən qaldırılan mülki iddiaya Şahid9 qarşı qaldırılmış 1.646.337,52 (bir milyon altı yüz qırx altı min üç yüz otuz yeddi manat əlli iki qəpik) manat məbləğində mülki iddia çərçivəsində hüquqi qiymət verilməli olunduğundan, həmçinin Təqsirləndirilən şəxs qarşı irəli sürülən 47317,95 manat məbləğində mülki iddia üzrə Təqsirləndirilən şəxs bilavasitə təqsirliliyi sübuta yetirilmədiyindən, yəni Zərərçəkmiş şəxsna vurulan 47317,95 manat məbləğində maddi ziyan üzrə Təqsirləndirilən şəxs birbaşa təqsiri olmadığından, eyni zamanda ibtidai istintaq orqanı tərəfindən ümumilikdə dəymiş 1.646.337,52 (bir milyon altı yüz qırx altı min üç yüz otuz yeddi manat əlli iki qəpik) manat məbləğində maddi ziyan məbləği Şahid9 Azərbaycan Respublikası CM-nin 178.3.2; 179.3.2; 308.2; 32.4, 308.2; 311.3.2; 311.3.3; 312-1.1; 313; 32.4, 313 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə Şahid9 aid edildiyindən məhkəmə belə qənaətə gəlir ki, zərərçəkmiş hüquqi şəxs və eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülən 47317,95 manat məbləğində maddi ziyan tələbi Təqsirləndirilən şəxs münasibətdə rədd edilməlidir. Bundan əlavə, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qəti imkan tədbiri ləğv edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübutlar-"xxxx" və "xxxx" ASC-lərinin bankomat görüntüləri əks olunan və çıxarışlar olan ümumilikdə 6 ədəd CD diskləri, "xxxx" MMC-nin telefon danışıqları ilə bağlı olan 1 ədəd CD diski, Zərərçəkmiş şəxs və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən təqdim edilmiş cədvəllər, “Forma 88” məlumatarı və Tibbi- Sosial Ekspert Komissiyasının qərarları cinayət işinin materiallarında saxlanılmalı, lakin 6 ədədi Mərkəzi Xəstəxanası, 32 ədədi 31 nömrəli Birləşmiş şəhər Xəstəxanası və 41 ədədi isə 21 nömrəli Birləşmiş şəhər Xəstəxanası adından tərtib edilməklə ümumilikdə 79 ədəd tibbi kitabçanın və daxilində olan epikrizlərin isə ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınması, həmçinin iş materiallarından ayrılmış digər cinayət işlərinə əlavə edilmələri nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərci, üzərinə həbs qoyulmuş əmlak və xüsusi müsadirə yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 43, 175, 321, 344-347, 354, 356 və 384-cü maddələrini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin və o, həmin maddələr üzrə cinayət məsuliyyətindən azad edilsin. Mülki iddia Təqsirləndirilən şəxs münasibətdə təmin edilməsin. Zərərçəkmiş hüquqi şəxs və eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs və eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı 47317,95 (qırx yeddi min üç yüz on yeddi manat doxsan beş qəpik) manat məbləğində maddi ziyan tələbi Təqsirləndirilən şəxs münasibətdə rədd edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qəti imkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübutlar-"xxxx" və "xxxx" ASC-lərinin bankomat görüntüləri əks olunan və çıxarışlar olan ümumilikdə 6 ədəd CD diskləri, "xxxx" MMC-nin telefon danışıqları ilə bağlı olan 1 ədəd CD diski, Zərərçəkmiş şəxs və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən təqdim edilmiş cədvəllər, “Forma 88” məlumatarı və Tibbi- Sosial Ekspert Komissiyasının qərarları cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci, üzərinə həbs qoyulmuş əmlak və xüsusi müsadirə yoxdur. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Laçın Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya protesti və ya apellyasiya şikayəti verilə bilər. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə qanuni qüvvəsini alır. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar