Məhkəmə qərarları › İş №1(047)-15/2024

Laçın Rayon Məhkəməsi Hökm — İş №1(047)-15/2024

08.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Laçın rayonu İş № 1(047)-15/2024 08.10.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi2 iştirakları ilə, Ağcabədi şəhərində, 08 oktyabr 2024-cü il tarixdə, Laçın Rayon Məhkəməsinin inzibati binasında, xx.xx.1966-cı il ildə Laçın rayonu Qarıqışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Laçın rayon Qarıqışlaq kəndində qeydiyyatda olmaqla Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsi, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 134-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Aparılmış ibtidai istintaqla müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs hədənin icra ediləcəyi üçün real əsaslar olmaqla Zərərçəkmiş şəxs öldürməklə, habelə sağlamlığa ağır zərər vurmaqla hədələmişdir. Belə ki, o, övladı Zərərçəkmiş şəxs bir müddət öncə digər övladı, yəni sonuncunun öz bacısı X2 şəxsi həyatının sirri olan məlumatları özündə əks etdirən şəkilləri (başqa şəxslə video görüntülü danışıq zamanı intim yerlərini həmin şəxsə nümayiş etdirməsi əks olunan şəkilləri) ayrı-ayrı qohum və tanışlarına internet üzərindən “whatsapp” proqramı vasitəsi ilə göndərib yaydığına görə özünü və digər ailə üzvlərini qohum-tanış arasında rüsvay olmuş hesab edib bu kimi halların qarısını almaq məqsədi ilə dəfələrlə Zərərçəkmiş şəxs müraciət edib S.Həsənovaya aid yarıçılpaq şəkilləri yaymamasını, bu hərəkətləri ilə ailə üzvlərini elobada biyabır etməməsini tələb etməsinə baxmayaraq, Zərərçəkmiş şəxs bu hərəkətlərini davam edib sonuncu dəfə xx.xx.2024-cü il tarixdə oğlu, yəni sonuncunun qardaşı Amil Eyvazovun istifadəsində olan mobil telefona internet üzərindən “whatsapp” proqramı vasitəsi ilə göndərib bacısının əxlaqsızlıqla məşğul olduğunu sübut etməyə çalışmasına qəzəblənərək, habelə oğlu Amil Eyvazovun belə bir vəziyyətdə özünə və ya bacılarına qəsd edəcəyindən ehtiyatlanaraq Zərərçəkmiş şəxs ilə qəti şəkildə danışıb bu məsələni bir dəfəlik həll etmək, yəni sonuncunu qorxudub möhkəm sarsıtmaqla gələcəkdə bir daha Səriyyə Həsənovanın şəkillərini yaymamasına nail olmaq üçün Zərərçəkmiş şəxs öldürməklə hədələmək qərarına gəlmiş, bu məqsədlə 07 yanvar 2024-cü il tarixdə saat 13 radələrində yaşadığı evdən bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağını götürüb cibinə qoyaraq Zərərçəkmiş şəxs yaşadığı Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsi, ünvan 2 ünvanındakı evinə gedib Səriyyə Həsənovanın şəkillərini yaymaqla bağlı etdiyi hərəkətlərə görə sərt şəkildə qınayıb danlamış və bu kimi hallara bir daha yol verməməsini qəti şəkildə tələb etmiş, həmin söz-söhbət zamanı, əvvəlcədən özü ilə gətirdiyi mətbəx bıçağını cibindən çıxardıb Zərərçəkmiş şəxs nümayiş etdirərək bir daha həmin şəkilləri yayacağı təqdirdə onu həmin bıçaqla doğrayıb öldürəcəyini dəfələrlə deyib bu rüsvayçılığa son qoyacağına dair vəd etməsini tələb edərkən Zərərçəkmiş şəxs anasının ona bıçaqla zərbə endirməyə hazırlaşdığını zənn edib qorxmuş, bu zaman əlində olan “poltaxtası” ilə onu geriyə itələyib cəld hərəkət edərək tutub əlindəki bıçağı almış, lakin onun sakit durmayıb başqa yolla xətər yetirəcəyindən qorxub canını qurtarmaq üçün qaçaraq yataq otağına girib qapını kilidləyərək orada gizlənməsinə baxmayaraq o, sakitləşməyib bu kimi qanunsuz əməllərini davab etdirib həmin otağın qapısına fiziki təzyiq edib açmağa, yenidən sonuncuya hücum etməyə çalışmış, həmin müddətdə dəfələrlə Nuriyyəni öldürəcəyini deyərək hədələmiş, yalnız hadisə yerinə rayon polis şöbəsinin əməkdaşları gəldikdən sonra oradan kənarlaşmış – bu hərəkətləri ilə hədənin icra ediləcəyi üçün real əsaslar olmaqla Zərərçəkmiş şəxs öldürməklə, habelə sağlamlığa ağır zərər vurmaqla hədələmişdir. Bununla da, ibtidai istintaq orqanının gəldiyi nəticəyə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşagıdakılarla tam sübuta yetirilir. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Laçın rayon Qarıqışlaq kəndində qeydiyyatda olmaqla Ağcabədi rayonu Taxta-körpü qəsəbəsi, ünvan 3 ünvanında yaşayır. Zərərçəkmiş şəxs onun doğma qızıdır. Nuriyə Əsədova 2003-cü il tarixdə ailə həyatı qurmuş və ailə üzvləri ilə birlikdə onun yaşadığı evdən bir qədər aralıda, yəni Taxta-körpü qəsəbəsi, ünvan 4 ünvanında yaşayır. Nuriyyənin həyat yoldaşı Zəfər Əsədov əvvəllər "xxxx" ASC-nin “X12 Şəbəkəsi” MMC-nin Laçın rayon elektrik şəbəkəsində elektrik montyoru vəzifəsində işlədiyindən işi ilə əlaqədar Laçın rayonunda yaşamışdır. X26 rayonunda olan vaxt istifadəsində olan mobil telefonu xarab olduğundan bir müddət molbil telefonsuz qalmış, həmin vaxt Zəfərin rəhbəri, yəni Laçın rayon elektrik şəbəkəsində müdir vəzifəsində işləyən Şaban Tanrıverdiyev əlavə mobil telefonu olduğunu, həmin telefona ehtiyacı olmadığını bildirib həmin mobil telefonu işlətməsi üçün Zəfər Əsədova vermişdir. Zəfər Əsədov da Şaban Tanrıverdiyevin bu yaxşılğını qəbul edib mobil telefonu sonuncudan almışdır. Zəfər Əsədov telefonu Şaban Tanrıverdiyevdən aldıqdan sonra telefona şəkil bərpa etmə proqramı yazıb həmin mobil telefonun yaddaşından silinmiş şəkilləri bərpa etmişdir. Bu zaman mobil telefonda onun digər qızı Səriyyə Həsənovanın yarıçılpaq fotoşəkilləri də bərpa olunmuşdur. Belə ki, Şaban Tanırverdiyev həmin telefonla “whatsapp” proqramı vasitəsi ilə Səriyyə Həsənova ilə video görüntülü danışarkən öz telefonunda ekran görüntülərinin şəklini çəkmişdir. Həmin şəkillərdə Səriyyə Həsənovanın əynindəki paltarlatı açıb intim yerlərini Şabana nümayiş etdirməsi əks olunmuşdur. Bu söhbətdən təxminən 1 il sonra X9 Əsədovun münasibətləri bununla bağlı deyil digər səbəbdən pisləşmiş, bu səbəbdən sonuncu öz ərizəsi ilə işdən çıxmışdır. Zəfər Əsədov işdən çıxdıqdan sonra Zərərçəkmiş şəxs ilə birlikdə Şaban Tanrıverdiyev haqqında əsassız şikayətlər etməyə başlamışlar. Lakin etdikləri şikayətlərin heç bir nəticə vermədiyini görüb Zəfər Əsədov bir müddət öncə Şabanın telefonundan əldə etdikləri Səriyyə Həsənovanın yarıçılpaq şəkildə Şabanla birlikdə olan şəkillərini yaymağa başlamışlar. Belə ki, Zəfər ilk öncə həmin şəkilləri arvadı Zərərçəkmiş şəxs daha sonra isə bir neçə digər qohumlarına internet üzərindən “whatsapp” proqramı vasitəsi ilə göndərməklə yaymışdır. Nuriyyə ilə bacısı Səriyyə arasında münasibətlər pis olduğundan eyni zamanda Zərərçəkmiş şəxs da həmin yarıçılpaq şəkilləri bir neçə qohumlarına “whatsapp” proqramı vasitəsi ilə göndərməklə yaymışdır. Onlar bu hərəkətlə həm Şabandan, həm də Səriyyədən qisas almışlar. Bundan sonra övladları Səriyyə Həsənova ilə Zərərçəkmiş şəxs münasibətləri daha da pisləşmişdir. Belə ki, Zərərçəkmiş şəxs ilə sonuncunun əri Zəfər Əsədovun bu hərəkətləri nəticəsində Səriyyə Həsənovanın yarıçılpaq şəkilləri, həmçinin sonuncunun Şabanla gizli eşq münasibətlərində olması qısa müddət ərzində bütün kənd əhalisi arasında yayılmış, nəticədə Səriyyə və onun digər ailə üzvləri el arasında rüsvay olmuşlar. Bununla bağlı Səriyyə dəfələrlə Nuriyyə ilə mübahisə edib dalaşmışdır. Ailə üzvləri və digər yaxın qohumları arasında münasibətlər tamamilə korlanmışdır. Bir valideyin kimi o, dəfələrlə Zərərçəkmiş şəxs müraciət edib bacısı Səriyyənin yarıçılpaq şəkillərini yaymasına son qoymasını tələb etsə də, Nuriyyə onun bu tələblərinə məhəl qoymayıb Səriyyənin şəkillərini yaymağa davam etmişdir. O, qızı Zərərçəkmiş şəxs hər dəfə bacısı Səriyyəyə aid yarıçılpaq fotoşəkilləri yaymaqda səhv etdiyini, el-obada biabırçılıq olduğunu, bacısı haqqında bunları etməli olmadığını, bu məsələnin axırda daha ciddi problemlərə səbəb olacağını demiş, lakin Zərərçəkmiş şəxs onun bütün məsləhətlərinə qulaq asmayıb öz bildiyini edəcəyini demişdir. O, bu söhbətlərdən qardaşı Amil Eyvazovun xəbəri olacağı təqdirdə çox ciddi problem yaranacağını deyib dəfələrlə bu hərəkətlərinə son qoymasını tələb etmişdir. Bir müddət Nuriyyə ona bacısı Səriyyəyə aid yarıçılpaq fotoşəkilləri öz qohumlarına göndərməyəcəyinə dair vədlər versə də, lakin sonradan yenə öz əməlindən əl çəkməyib Səriyyə Həsənovaya aid yarıçılpaq fotoşəkilləri qohumlarına göndərməyə davam etmişdir. Həmin ərəfələrdə eşitdiyinə görə qardaşı oğlu Faris Əsədov da Zərərçəkmiş şəxs qoşularaq Səriyyənin həmin şəkillərini birlikdə yaymışlar. Belə ki, Farislə Səriyyə arasında soyuq münasibətlər olduğundan Faris bu vəziyyətdən istifadə edib Nuriyyəni həmin şəkilləri yaymağa təhrik etmişdir. Vəziyyət o, həddə gəlib çatmışdır ki, həmin şəkillər oğlu Amil Eyvazovun da əlinə gedib düşmüşdür. Belə ki, 07 yanvar 2024-cü il tarixdə Zərərçəkmiş şəxs sözügedən şəkilləri öz qardaşı, yəni onun oğlu Amil Eyvazovun istifadəsində olan mobil telefona internet üzərindən “whatsapp” proqramı vasitəsi ilə də göndərmişdir. Bundan sonra oğlu Amil Eyvazov ona zəng edib bu biabırçılıqla yaşamaq istəmədiyini, ya özünü, ya da bacılarını öldürəcəyini demişdir. O, Amil Eyvazovla danışaraq sonuncunu sakitləşdirmiş, bu məsələni tez bir zamanda həll edəcəyini demişdir. O, yaranmış vəziyyətdə oğlu Amil Eyvazovun hər hansı cinayət hadisəsi törətməsindən ehtiyat etmişdir. Sonuncu dəfə şəkilləri Amilə göndərməsi səbəbindən Nuriyyəyə qarşı çox əsəbləşib sonuncunun bu hərəkətlərinə son qoymaq üçün bir valideyin kimi qərara gəlmişdir ki, Zərərçəkmiş şəxs ilə qəti şəkildə danışsın və sərt şəkildə rəftar edib bu hərəkətlərindən çəkinməyə məcbur etsin. Bu məqsədlə həmin gün, yəni xx.xx.2024-cü il tarixdə əri Şahid1 demişdir ki, Zərərçəkmiş şəxs ilə danışıb bu hərəkətlərinə son qoymaq üçün onunla birlikdə Nuriyyənin evinə getsin. Həmin vaxt evdən çıxarkən özü ilə məxbəx bıçağı da götürmüşdür. Bıçağı götürməkdə məqsədi Zərərçəkmiş şəxs ilə danışarkən sonuncunu bu hərəkətlərinə son qoymayacağı təqdirdə öldürməklə hədələmək, yəni bıçağı göstərib bu fikrində nə qədər ciddi olduğunu nümayiş etdirmək olmuşdur. Yolda olan vaxt əsəbi halda olduğundan Zərərçəkmiş şəxs evində münaqişə yaşanacağını bildiyi üçün bu barədə DİN-nin “102” xidmətinə zəng edərək məlumat vermişdir. O, əri Şahid1la birlikdə Zərərçəkmiş şəxs yaşadığı evə getmiş və həyətin qapısının açıq olmasını görüb həyətə daxil olmuşlar. Bundan sonra, o, evin qapısını açıb içəri daxil olmuş, həmin vaxt Zərərçəkmiş şəxs evin giriş hissəsində əlində poltaxtası ilə iş gördüyünü görmüşdür. O, Zərərçəkmiş şəxs ilə sərt şəkildə danışıb bacısı Səriyyənin şəkillərini yayması nəticəsində el-obada biabır olduqlarını, qardaşı Amil Eyvazov və X19nın özünə qəsd etmək həddində olduqlarını bildirib bu hərəkətlərinə son qoymasını qəti olaraq tələb etmişdir. Lakin Zərərçəkmiş şəxs baş verənlərin onun vecinə olmadığını, hər şeyi gözə aldığını, etdiyi hərəkətləri əcəb elədiyini demişdir. O, Zərərçəkmiş şəxs etdiyi hərəkətlərə son qoymaq niyətinin olmadığını görüb, sonuncunu bu yoldan çəkinməyə məcbur etmək üçün özü ilə evdən gətirdiyi mətbəx bıçağını cibindən çıxarıb Nuriyyəyə nümayiş etdirərək “bacın Səriyyənin şəkillərini camaata yaymağı dayandır, bütün el-obada bizi rüsvay etmisən, əgər bu hərəkətlərini dayandırmasan səni bu bıçaqla doğrayıb öldürəcəm” deyə hədələmişdir. Bu zaman Zərərçəkmiş şəxs onun sonuncunu bıçaqla vuracağını düşünüb qorxmuş, müdafiə olunmaq üçün əlində olan poltaxtası ilə onu vurmaq istəmiş, lakin o, Nuriyyədən cəld davranıb poltaxtasından tutmuş, yəni Nuriyyə onu vura bilməmişdir. Elə həmin zaman Nuriyyə də cəld şəkildə onun üzərinə hücum edib qolundan tutub bıçağı əlindən almışdır. Zərərçəkmiş şəxs onun əsəbi şəkildə gəldiyini və fikrində qəti olduğunu görüb onu döyəcəyini bilib yanından qaçıb otaqların birinə girib qapını arxadan kilidləmişdir. Bu zaman Nuriyyənin oğlu Şahid3 da ora gəlib nə baş verdiyini soruşmuş, o, da anası Nuriyyənin etdiklərini danışıb sonuncunun bu əməllərindən çəkindirmək üçün sonuncu ilə dalaşdığını bildirmişdir. Şahid3 bu mübahisəyə görə polis çağırdığını demiş, o, da heç bir problem olmadığını, məmnuniyyətlə polislərin gəlməsini gözləyəcəyini demişdir. Az sonra Laçın RPŞ-nin əməkdaşları gəlib nə baş verdiyini soruşanda o, qızı Nuriyyənin etdiyi hərəkətlər barədə şikayətlənmişdir. Eyni zamanda Nuriyyə də onun barəsində şikayətçi olmuşdur. Polis əməkdaşlarının tələbi ilə o, əri Şahid1la birlikdə Nuriyyənin evini tərk edib getmişdir. Sonradan ona məlum olmuşdur ki, mübahisə zamanı Zərərçəkmiş şəxs otaqda gizlənərkən sol bilək nahiyəsinə bıçaqla xəsarət yetirərək guya özünü öldürməyə cəhd etmişdir. Lakin həmin vaxt onun bu barədə məlumatı olmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs yaşadığı evə gedərkən Nuriyyəni hədələyib etdiyi yoldan çəkindirmək, gözünü qorxutmaq niyyəti ilə öncədən üzərində mətbəx bıçağı götürdüyünü və mübahisə zamanı Nuriyyəyə göstərib onu öldürməklə hədələdiyini, Nuriyyənin onun doğma övladı olduğunu, sonuncunun ona və digər ailə üzvlərinə qarşı nə qədər pisliklər etsə də, Nuriyyəni öldürmək kimi bir niyyəti olmadığını, sadəcə etdiyi əməllərindən çəkindirmək üçün bu hərəkəti etdiyini, başqa heç bir niyyətinin olmadığını, habelə Zərərçəkmiş şəxs öldürmək üçün heç bir hərəkət etmədiyini, buna cəhd göstərmədiyini, Laçın rayon polis şöbəsində ilkin araşdırma zamanı, yəni hadisə günü izahat verərkən Zərərçəkmiş şəxs qarşı çox əsəbi olduğundan sonuncunu öldürmək niyyəti ilə öncədən üzərində bıçaq aparmasını qeyd etdiyini, lakin əsl həqiqətdə yuxarıda qeyd etdiyi kimi belə bir niyyətinin olmadığını, həmin vaxt polis şöbəsində izahat verərkən Zərərçəkmiş şəxs da orada olduğundan və hansı izahatı verməsini eşitdiyindən sonuncunu qorxutmaq üçün qəsdən belə izahat verdiyini, yəni bu Nuriyyəni əməllərindən çəkindirməklə bu rüsvayçılığa bir dəfəlik son qoymaq üçün belə bir izahat verdiyini, Nuriyyə otaqda gizlənərkən ondan aldığı bıçaqla öz qoluna xəsarət yetirib guya özünü öldürməyə cəhd etməsi görüntüsü yaratdığını, yəni həmin xəsarətin onun tərəfindən yetirilmədiyini, ümumiyyətlə mübahisə zamanı Zərərçəkmiş şəxs qarşı heç bir fiziki zor tətbiq etmədiyini, Nuriyyə otaqda gizləndikdən sonra bir daha sonuncunu görmədiyini, Nuriyyə otaqda gizlənərkən həmin otağın qapısını açmaq üçün balta və digər alətlərdən istifadə etməsi barədə sonuncunun ifadəsində qeyd etdiklərinin tamamilə yalan olduğunu, belə bir halın baş vermədiyini, hadisə zamanı onunla birlikdə gedən əri Şahid1 bu mübahisəyə qoşulmadığını, Nuriyyəyə qarşı heç bir qanunsuzluq etmədiyini, sadəcə onun yanında durduğunu, Zərərçəkmiş şəxs özünü öldürməyə cəhd etməsinin səbəbi etdiyi biyabırçılıqların üstünü ört-basdır etmək olduğunu, sonuncunun öz X19nın yarıçılpaq şəkillərini qohumları Faris Əsədovun təhriki ilə etdiyini, belə ki, Faris Əsədov əvvəllər ailəli olan Səriyyə Həsənovaya qarşı sevgi etirafı edib bu məzmunda mesajlar yazdığını, sonuncunun ailəsində problem yarandığını və bu sevgini rədd etdiyini, bununla da X10rşı acıqlı qaldığını və bununla əlaqədar qisas aldığını bildirmişdir. Bundan başqa o, əməlindən səmimi peşmançılıq çəkdiyini bildirərək və iş üzrə digər yüngülləşdirici halları nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Laçın rayonu Mişni kəndində pasport qeydiyyatında olmaqla Ağcabədi rayonu Taxta-körpü qəsəbəsi, ünvan 5 ünvanında yaşayır. X21 ilə 2003-cü il tarixdə ailə həyatı qurmuş və bu nikahdan iki övladı vardır. Zəfər Əsədov "xxxx" ASC-nin “X12 Şəbəkəsi” MMC-nin Laçın rayon elektrik şəbəkəsində elektrik montyoru vəzifəsində işləmiş, təxminən 1 il bundan əvvəl Zəfər Laçın rayonunda olarkən istifadəsində olan mobil telefonu xarab olduğundan sonuncu bir müddət telefonsuz qalmışdır. Zəfərin rəhbəri Laçın rayon elektrik şəbəkəsinin müdiri Şaban Tanrıverdiyev ehtiyacı olmadığı əlavə telefonunun olduğunu bildirib əgər istəyirsə həmin telefonu 200 manat pul müqabilində sata biləcəyini təklif etmiş, Zəfər Əsədov da 200 manat pul verib həmin telefonu almışdır. Bundan sonra, X28 Tanrıverdiyevin yanında olan vaxtlarda onun doğma bacısı X7 bir neçə dəfə Şaban Tanrıverdiyevə zəng edib Zəfərə satdığı telefonun yaddaşından hansısa məlumatları silib-silmədiyini soruşmasının şahidi olmuşdur. Səriyyənin Şabana zəng etməsi Zəfər Əsədovu narahat etmiş və sonuncu elə şübhələnmişdir ki, onun Şaban Tanrıverdiyevlə hansısa əlaqələri vardır və X19 vasitəsilə Şabana zəng edib telefonun yaddaşını silibsilməməsini soruşmuşdur. Bundan sonra Zəfər Əsədov arvadı kimi onun Şabanla hər hansı əlaqəsinin olub-olmamasını müəyyən etmək üçün Şabandan aldığı mobil telefona xüsusi proqram yazdırıb telefonun yaddaşından silinmiş məlumatları, habelə fotoşəkilləri bərpa etdirmişdir. Bu zaman Zəfər Əsədov telefonun şəkillər bölməsində ona aid heç bir məlumat tapmasa da, X4 Həsənovanın birlikdə olan şəkillərini görmüşdür. Lakin həmin vaxt bu barədə heç kimə, habelə ona heç nə deməmişdir. Bu söhbətdən təxminən 1 il sonra X9 Əsədovun münasibətləri başqa məsələ ilə əlaqədar pisləşmiş, sonuncu ilə Şaban Tanrıverdiyev mübahisə edən vaxt X28 Tanrıverdiyevə əlində şəkillərinin olduğunu, nə işlər çevirdiyi barədə məlumatlı olduğunu demişdir. Bu sözdən sonra Şabanla Zəfərin münasibətləri daha da pisləşmiş, 2023-cü ilin dekabr ayında Zəfər məcbur qalıb öz ərizəsi əsasında işindən çıxıb Taxtakörpü qəsəbəsindəki evlərinə qayıtmışdır. Həmin vaxt Zəfər Əsədov ona bacısı X13 Tanrıverdiyevlə sevgi əlaqəsinin olması barədə məlumat verib bunu təsdiq edən şəkillərini ona göstərmişdir. O, həmin şəkillərə baxanda Şaban Tanrıverdiyevlə X19nın “WhatsApp” proqramı vasitəsilə video görüntülü danışan vaxt paltarını açıb intim yerlərini Şabana nümayiş etdirməsini görmüşdür. Video görüntülü danışıq zamanı Şaban həmin görüntülərin ekran şəklini çəkib telefonunda saxlamışdır. O, bir müddət əri ilə birlikdə bu barədə heç kimə heç nə deməmək qərarına gəlmişlər. Daha sonra isə X19 məlumat almışdır ki, onların əlində belə bir şəkillər vardır. X19 ilə uzun müddət münasibətləri yaxşı olmadığına görə sonuncu şəkillərin silinməsi ilə bağlı bir başa ona müraciət etməmişdir. Səriyyə onu əlindəki şəkilləri silməyə məcbur etmək üçün guya onun Habil Əzimov adlı şəxslə sevgi münasibətlərinin olması barədə söz-söhbət yaymışdır. Elə həmin ərəfələrdə o, əri Zəfər Əsədovun onun dayısı Siyavuş Əsədovla münasibətlərinin korlandığını öyrənmiş və nə baş verdiyini öyrənmək üçün internet üzərindən “whatsapp” proqramı vasitəsi ilə Siyavuşa səsli mesaj göndərərək əri ilə aralarında nəyə görə söz-söhbət yarandığını soruşmuşdur. Lakin dayısı Siyavuş Əsədov ona heç bir cavab vermədən bir-başa əri Zəfər Əsədova zəng edib arvadı kimi onunla Habil Əzimov arasında hansısa əlaqələrin olmasını bildirmiş və onunla Habil arasında olan telefon danışığına dair səs yazısını Zəfər Əsədova göndərmişdir. Həmin səs-yazıda Habilin telefon danışığı zamanı ona “öpürəm sağ ol” deyib sağollaşması əks olunmuşdur. Zəfər ilk öncə ona müraciət edib bunun nə demək olduğunu soruşmuş, o, da Zəfərə izah vermişdir ki, bir neçə gün öncə X23 xahişi ilə ona zəng edib əlində olan Şabanla Səriyyənin şəkillərini silməsini xahiş etmiş və bu mövzu ətrafında danışmışlar. X22 hər hansı pis niyyətlə zəng etməmişdir. Bu mövzu ətrafında danışığın sonunda sağollaşarkən Habil “öpürəm səni, sağ ol” sözlərini işlətmişdir. Bu telefon danışığı zamanı Şaban Habilin yanında olmuşdur və həmin vaxt telefonla Səriyyə ilə danışmışdır. Səriyyə telefon danışığı zamanı Habilin onunla danışdığını eşidib telefon danışığını yazmış və Habilin ona dediyi “öpürəm səni, sağ ol” sözlərini dayısı Siyavuş Əsədova göndərib onun əxlaqsızlıqla məşğul olduğunu iddia etmişdir. Zəfər onun bu izahlarına inanmayıb Habil Əzimova zəng edərək səs yazısındakı danışığın nə demək olduğunu soruşmuşdur. Habil də eyni məzmunlu izah verib X6 şəklini silmək üçün zəng etdiyini təsdiq etdikdən sonra Zəfər onların arasında hər hansı əlaqənin olmadığına inanmışdır. Habil bu səs yazısından özünün xəbəri olmadığını və bunu Səriyyə Həsənovanın gizli şəkildə etdiyini bildirmişdir. Bundan sonra o, Səriyyənin onun adını Habil Əzimovla hallandırmasından əsəbləşərək barəsində yayılan şaiələrin qarşısını almaq, həmçinin əxlaqsızlıqla onun deyil, Səriyyə Həsənovanın özünün məşğul olduğunu sübut etmək üçün əri X5 olan yarıçılpaq şəkillərini ona internet üzərindən “whatsapp” proqramı vasitəsi ilə göndərməsini və eyni zamanda həmin şəkilləri eyni qaydada dayısı Siyavuş Əsədova da göndərəcəyini demişdir. Bu məqsədlə Zəfər Əsədov özündə olan Səriyyə Həsənovanın yarıçılpaq şəkillərini ona göndərmiş, o, da öz növbəsində həmin şəkilləri dayısı Siyavuş Əsədova göndərərək əxlaqsızlıqla onun deyil, Səriyyənin məşğul olduğunu bildirmişdir. Bundan sonra X19 ilə münasibətləri daha da pisləşmiş, qarşılıqlı olaraq bir-biri barəsində polis şöbəsinə şikayətlər etmişlər. Lakin hər ikisinin müraciəti üzrə cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2024-cü il tarixdə o, Ağcabədi rayonu Taxtakörpü qəsəbəsi Laçın obaları yaşayış massivi Qarıqışlaq obasında əmisinin yas mərasimində olan vaxt qohumları ona yaxınlaşaraq həmin hüzr mərasinində olan qardaşı Amil Eyvazovun onun barəsində “burdan çıxıb getməsə onun başını kəsəcəm, mən olan yerdə onu görməyim” dediyini bildirmişlər. O, da qardaşı ilə aralarında mübahisə yaranmasın deyə həmin məclisi tərk etmişdir. Həmin gün axşam saatlarında öz evində olan vaxt qohumları ona zəng edib qardaşı Amil Eyvazovun ona qarşı aqressiv olduğunu, bu gecə başını kəsəcəyini demişlər. Bundan sonra o, qardaşı Amil Eyvazova internet üzərindən “whatsApp” proqramı vasitəsilə ilə səsli mesaj göndərib nəyə görə onun başını kəsəcəyini soruşmuş, onun heç bir əxlaqsız hərəkəti olmadığını, əksinə Səriyyə Həsənovanın ailəli ola-ola Şaban Tanrıverdiyevlə sevgi münasibətinin olduğunu bildirib, bununla bağlı ondan haqq-hesab etmək əvəzində Səriyyə Həsənova ilə məsələni haqq-hesab etməsini demiş və qardaşını bu məsələyə inandırmaq üçün Səriyyə Həsənovanın onda olan yarıçılpaq fotoşəkillərini Amil Eyvazova göndərmişdir. xx.xx.2024-cü il tarixdə günorta saatlarında oğlu Şahid3la birlikdə yaşadığı Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsi, ünvan 6 ünvanındakı evində olmuşdur. Evə 1-2 ərzaq lazım olduğundan oğlu Səxavəti yaxınlıqdakı marketə göndərmiş, özü isə təmizlik işləri ilə məşğul olmuşdur. Market yaxınlıqda olduğundan Səvaxətin az sonra geri qayıdacağını nəzərə alıb həmin vaxt nə evin, nə də həyətin qapısını kilitləməmişdir. Bundan bir müddət sonra, yəni saat 13 radələrində evin giriş qapısı qəfildən açılmış və anası Təqsirləndirilən şəxs onun ünvanına nəlayiq ifadələr işlədəişlədə içəri daxil olmuşdur. Həmin vaxt anası Ruqiyyənin sağ əlində sapı qızılı rəngdə olan mətbəx bıçağının olduğunu görmüşdür. Ruqiyyə həmin bıçağı əlində sağa-sola silkələyib bacısı Səriyyənin şəkillərini yaydığına görə onu öldürəcəyini demiş və qəfildən bıçaqla onu vurmaq istəmiş, lakin o, cəld davranıb anasının əlindən tutub ona bıçaq zərbəsi vurmasının qarşısını almışdır. Daha sonra isə anası Ruqiyyənin əlini sıxıb bıçağı əlindən alıb sol əlində arxa tərəfində gizlətmişdir. Həmin vaxt Ruqiyyə çox aqressiv davranıb onu öldürəcəyini demiş, daha sonra isə əl-qol atıb onun bədənin müxtəlif nahiyyələrinə bir neçə zərbə vurmuşdur. Mübahisənin bu hissəsində qəfildən atası Şahid1 da əlində ağac parçası ilə içəri daxil olmuş və anası Ruqiyyə ilə birlikdə onu döyməyə başlamışlar. Həmin vaxt anası onun ünvanına təhqiramiz söyüşlər edə-edə onu öldürəcəyini dəfələrlə demiş, o, da anasının davranışlarından həqiqətən də onu öldürəcəyinə inanıb bıçağı onlardan gizlətməyə davam etmiş, bir neçə dəqiqə özünü qorumaq üçün müdafiə olunmuş, lakin həmin şəxslərin öhdəsindən gələ bilmədiyini görüb cəld şəkildə qaçıb yataq otağına girib qapını içərdən kilidlə bağlamışdır. Bundan sonra Ruqiyyənin əsəbi soyumayaraq qapıya fiziki güc göstərib qapını açmağa çalışmış, lakin buna nail ola bilməmişdir. Həmin vaxt atası Şahid1 anası Ruqiyyəni oradan aparmaq istəsə də, sonuncu onu öldürməmiş heç yerə getməyəcəyini demiş və bu zaman o, anasının həqiqətən də onu öldürmək niyyətində olduğunu görmüşdür. Ruqiyyə dəfələrlə qapını açmağa cəhd etsə də, qapını aça bilməmiş, əri Bayrama “sən necə kişisən?! bu qapını aça bilmirsən” deyə acıqlanmışdır. Daha sonra Ruqiyyə hansısa alətdən istifadə edib qapını açmağa cəhdlər etmişdir. Qapıya vurulan zərbələrdən və atası ilə anasının arasında olan danışıqlardan belə başa düşmüdür ki, anası onun evində ümumi istifadədə olan balta, dəhrə, lom və bir neçə başqa alətləri gətirib qapını sındırmağa çalışmışdır. Qapını aça bilmədiyini görüb evdən çıxıb birlikdə çöl tərəfindən onun olduğu otağın pəncərəsinin qarşısına gəlmişlər. Həmin otağın pəncərəsində dəmir barmaqlıq olduğundan Ruqiyyə oradan da içəri girə bilməyəcəyini başa düşüb gətirdiyi alətlərlə dəmir barmaqlığa bir neçə zərbə vurmuşlar, lakin heç nə edə bilməmişlər. Bir müddət çöldə dayandıqdan sonra yenidən evə daxil olub qapını açmağa çalışmış, qapıya balta ilə bir neçə zərbə endirdikdən sonra baltanın dəmirinin qapının arasından bir az içəri daxil olduğunu görüncə onların qapını açmağa nail olacaqlarından qorxmuş və nə edəcəyini bilməyərək özünü öldürmək qərarına gəlmişdir. Bu zaman anası Ruqiyyənin əlindən götürdüyü bıçaqla sol qolunun bilək nahiyəsini bir dəfə kəsərək özünə xəsarət yetirmiş, bundan sonra səhhəti pisləşdiyindən huşunu itirib yerə yıxılmışdır. Daha sonra baş verənlərdən xəbəri olmamış, bir müddət sonra özünə gəldikdə isə oğlu Şahid3, qızı Nuray Əsədova, təcili tibbi yardım şöbəsinin həkimləri və Laçın rayon polis şöbəsinin əməkdaşlarının yanında olduqlarını görmüşdür. Həkimlər ona ilkin tibbi yardım göstərərək biləyini sarıyıb qan axmasının qarşısını almışlar. Oğlu Şahid3 anası Ruqiyyə və atası Bayramın harada olmasını soruşanda Səxavət marketdən qayıdarkən onların bu hərəkətlərini görüb DİN-in “102” xidmətinə zəng edib şikayət etdiyini, polislər gəldikdən sonra Ruqiyyə ilə Bayramın çıxıb getdiyini demişdir. Ruqiyyə ilə Bayram getdkdən sonra oğlu Səxavət onun olduğu otağın qapısını sındırıb içəri daxil olmuş və onun sol qolundan qan gəlməsini görüncə dərhal təcili tibbi yardım çağırmışdır. Onun özünü öldürməyə cəhd etməsinə səbəb anası ilə atasının ona qarşı etdiyi hərəkətlər, yəni onu öldürmək istəmələri olmuşdur. Bundan başqa Zərərçəkmiş şəxs ifadəsində həmin hadisə zamanı əri X20 rayonunda, qızı Nuray Əsədovanın qonşuluqda, oğlu Şahid3 isə marketdə olduğundan evdə tək olduğunu, hadisələrin necə baş verməsini heç kimin görmədiyini, Təqsirləndirilən şəxs onu öldürməklə hədələdiyi zaman nümayiş etdirdiyi bıçağı özü ilə yaşadığı evdən gətirdiyini, Ruqiyyənin deməsinə görə həmin bıçağı onu öldürmək niyyəti ilə gətirdiyini, lakin mübahisə zamanı o, bıçağı ansının əlindən aldığına görə sonuncunun ona heç bir xəsarət yetirə bilmədiyini də bildirmişdir. Əlavə olaraq bildirir ki, o, Təqsirləndirilən şəxs ilə barışmamışdır və ona görə də Təqsirləndirilən şəxs şikayətçidir. Odur ki, qeyd etdiklərini nəzərə alıb Təqsirləndirilən şəxs qanunauyğun cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Laçın rayon Qarıqışlaq kəndində pasport qeydiyyatında olmaqla ailə üzvləri ilə birlikdə Ağcabədi rayonu Taxta-körpü qəsəbəsi ünvan 7 ünvanında yaşayır. Zərərçəkmiş şəxs və Səriyyə Həsənova onun doğma övladlarıdırlar. Hər ikisi ailə həyatı qurub ailə üzvləri ilə birlikdə öz evlərində yaşyırlar. Zərərçəkmiş şəxs Taxta-körpü ərazisi ünvan 8 ünvanında yaşayır. Nuriyyənin əri X26 rayon elektrik şəbəkəsində işləyərkən müdiri Şaban Tanrıverdiyevin əvvəllər istifadə etdiyi mobil telefonu 200 manat pul müqabilində sonuncudan satın aldıqdan sonra ona məlum olmayan səbəbdən həmin telefona xüsusi proqram yazdırıb telefonun yaddaşından silinmiş məlumatları, habelə foto və video faylları bərpa etdirmişdir. Bu zaman bərpa olunan fayllar arasında qızı Səriyyə Həsənovanın yarıçılpaq fotoşəkillərinin olduğunu görmüşdür. Bu söhbətdən 1 il keçsə də, Zəfər bu barədə heç kimə heç bir məlumat verməmişdir. Daha sonra Zəfərlə müdiri Şaban Tanrıverdiyevin münasibətləri ona məlum olmayan səbəbdən pozulmuş və Zəfər öz ərizəsi əsasında işdən çıxmaq məcburiyyətində qalmışdır. İşdən çıxdıqdan sonra Zəfər Əsədov arvadı Zərərçəkmiş şəxs ilə birlikdə Şaban Tanrıverdiyev haqqında əsassız şikayətlər etməyə başlamışlar. Onların etdiyi şikayətlərin bir nəticə vermədiyini görüncə X24 telefonundan əldə etdiyi Səriyyə Həsənovanın yarıçılpaq şəkillərini yayıb həmin şəxslərin sevgi münasibətində olması barədə el-obada söz-söhbət yaymağa başlamışlar. Bundan sonra övladları Səriyyə ilə Nuriyyənin əvvəlcədən yaxşı olmayan münasibətləri daha da pisləşmişdir. Arvadı Təqsirləndirilən şəxs dəfələrlə həm Səriyyə Həsənova ilə, həm də Zərərçəkmiş şəxs ilə danışıb iki bacı arasında belə hərəkətlərin onları el-obada rüsvay etdiyini bildirib hərəkətlərinə son qoymalarını tələb etmişdir. Səriyyə Həsənova sözə qulaq assa da, Zərərçəkmiş şəxs özünü idarə edilməz apararaq heç kimin sözünü dinləməmiş, bacısı Səriyyənin yarıçılpaq şəkillərini ayrı-ayrı qohumlarına göndərməklə yaymışdır. Qısa müddət ərzində həmin şəkillər bütün tanış və qohumların əlinə keçmiş və nəticədə ailəsi hamının yanında rüsvay olmuşdur. Arvadı Ruqiyyə dəflərlə qızı Nuriyyə ilə danışıb şəkilləri yaymasına son qoymasını, bu məsələnin axırda ciddi problemə səbəb olacağını, ailə daixili qan düşəcəyini deməsinə baxmayaraq Nuriyyə onları saymayıb öz bildiyini edəcəyini bildirmişdir. Hətta eşitdiyinə görə qaynı oğlu Faris Əsədov bu müddətdə Zərərçəkmiş şəxs qızışdırıb həmin şəkilləri yaymaqa sövq etmiş və özü də kimlərəsə göndərmişdir. Bütün bu baş verənlərdən sonra bir valideyin kimi nə o, nə də arvadı Ruqiyyə qızları Nuriyyənin qarşısını ala bilməmişlər. Sonuncu dəfə Nuriyyə xx.xx.2024-cü il tarixdə Səriyyənin yarıçılpaq şəkillərini internet üzərindən “whatsapp” proqramı vasitəsi ilə öz qardaşı, yəni onun oğlu Amil Eyvazova göndərmişdir. Amil Eyvazov anası Ruqiyyəyə zəng edib bu biabırçılqla yaşamaq istəmədiyini, ya özünü, ya da Nuriyyəni öldürəcəyini demişdir. Ruqiyyə oğlu Amili sakitləşdirib heç nə etməməsini, özünün bu məsələni qısa müddət ərzində həll edəcəyini demişdir. Nuriyyənin həmin şəkilləri Amilə göndərməsi onu və arvadı Ruqiyyəni çox əsəbləşdirmişdir. Buna görə arvadı Ruqiyyə ilə birlikdə belə qərara gəlmişlər ki, Zərərçəkmiş şəxs evinə gedib sonuncu ilə sərt şəkildə danışıb bu şəkillərin yayılmamasını qəti olaraq tələb etsinlər və bu biabırçılığa bir dəfəlik son qoysunlar. Həmin gün, yəni xx.xx.2024-cü il tarixdə arvadı Ruqiyyə ilə birlikdə evdən çıxıb Zərərçəkmiş şəxs yaşadığı evin istiqamətində gedən zaman onun ağrıları olduğundan bir qədər yavaş hərəkət edirmiş, arvadı isə cəld hərəkət edib ondan bir qədər irəlidə getmiş, yəni ondan bir neçə dəqiqə tez Nuriyyənin evinə çatmışdır. O, Nuriyyənin evinə çatanda evin qapısının açıq olduğunu görüb içəri daxil olmuşdur. Həmin vaxt arvadı Təqsirləndirilən şəxs əlində mətbəx bıçağını tutub qızı Zərərçəkmiş şəxs bacısı Səriyyənin şəkillərini yaymağa son qoymayacağı təqdirdə onu öldürəcəyini deyib bu kimi hərəkətlərinə bir dəfəlik son qoymasını tələb etmişdir. Həmin vaxt Nuriyyə də etdiyi hərəkətlərdən peşman olmadığını, yaxşı elədiyini deyib mübahisə etmişdir. Ruqiyyə də Nuriyyənin üstünə acıqlanaraq şəkilləri qardaşı Amilə göndərdiyinə görə sonuncunun bu biabırçılığa dözməyib özünü öldürmək istədiyini, ailəsini el-obada biabır etdiyini bildirib bu kimi hərəkətlərə son qoymasını tələb etmiş, əks halda onu ölüdürəcəyi ilə hədələmişdir. Bu zaman Ruqiyyə əlindəki poltaxtası ilə anası Ruqiyyəni kənara itələyib cəld şəkildə əlindən tutub bıçağı Ruqiyyənin əlindən alıb qaçıb hansısa otağa girib qapını içərdən kilidlə bağlamışdır. Elə həmin vaxt Ruqiyyənin oğlu Şahid3 evə gəlmiş, baş verənlərlə əlaqədar polisləri çağırdığını demişdir. Az sonra həmin yerə polis əməkdaşları gəlmiş, gəlib nə baş verdiyini soruşanda Ruqiyyə baş verənləri polis əməkdaşlarına danışmışdır. Az sonra onlar birlikdə çıxıb öz evlərinə getmişlər. Sonradan ona məlum olmuşdur ki, mübahisə zamanı Zərərçəkmiş şəxs otaqda gizlənərkən sol bilək nahiyəsinə bıçaqla xəsarət yetirərək guya özünü öldürməyə cəhd etmişdir. Lakin həmin vaxt onun bu barədə məlumatı olmamışdır. Bundan başqa, Şahid1 ifadəsində Ruqiyyənin evdən çıxarkən üzərində mətbəx bıçağı götürməsini görmədiyini, bu barədə məlumatsız olduğunu, yalnız Nuriyyənin evinə çatanda Ruqiyyənin əlində bıçaq olduğunu gördüyünü, sonuncunun evdən çıxarkən özü ilə bıçaq götürməsinin ona sonradan məlum olduğunu, Ruqiyyənin öz doğma qızı Zərərçəkmiş şəxs öldürmək niyyətinin olmadığını, bu barədə onunla olan danışıqlarına əsasən Ruqiyyənin öldürməklə hədələməsində niyyəti Zərərçəkmiş şəxs qorxudub sonuncunun etdiyi əməllərdən, yəni X19nın yarıçılpaq şəkillərini yaymasının qarşısını almaqdan ibarət olduğunu, yəni Nuriyyənin gözünü qorxutmaq niyyəti ilə öncədən üzərində mətbəx bıçağı götürdüyünü və mübahisə zamanı Nuriyyəyə göstərib onu öldürməklə hədələdiyini, Nuriyyənin onların doğma övladı olduğunu, sonuncunun ona və digər ailə üzvlərinə qarşı nə qədər pisliklər etsə də, Ruqiyyənin Nuriyyəni öldürmək kimi bir niyyəti olmadığını, sadəcə etdiyi əməllərindən çəkindirmək üçün bu hərəkəti etdiyini, başqa heç bir niyyətinin olmadığını, habelə Zərərçəkmiş şəxs öldürmək üçün heç bir hərəkət etmədiyini, buna cəhd göstərmədiyini, Laçın rayon polis şöbəsində ilkin araşdırma zamanı, yəni hadisə günü arvadı Ruqiyyə izahat verərkən Zərərçəkmiş şəxs qarşı çox əsəbi olduğundan sonuncunu öldürmək niyyəti ilə öncədən üzərində bıçaq aparmasını qeyd etdiyini, lakin əsl həqiqətdə yuxarıda qeyd etdiyi kimi Ruqiyyənin belə bir niyyətinin olmadığını, əks halda o, heş vaxt Ruqiyyənin qızı Nuriyyənin evinə getməsinə imkan verməyəcəyini, həmin vaxt polis şöbəsində izahat verərkən Zərərçəkmiş şəxs da orada olduğundan və Ruqiyyənin hansı izahatı verməsini eşitdiyindən onu qorxutmaq üçün qəsdən belə izahat verdiyini, yəni bu Nuriyyəni əməllərindən çəkindirməklə bu rüsvayçılığa bir dəfəlik son qoymaq üçün belə bir izahat verdiyini, Nuriyyə otaqda gizləndikdən sonra bir daha sonuncunu görmədiyini, Nuriyyə otaqda gizlənərkən həmin otağın qapsını açmaq üçün balta və digər alətlərdən istifadə etməklə qapını sındırmağa cəhd etmələri, habelə onun arvadı Ruqiyyəyə qoşulub əl və ayaq zərbələri ilə və ağac parçası ilə döymələri barədə sonuncunun ifadəsində qeyd etdiklərinin tamamilə yalan olduğunu, belə bir halın baş vermədiyini, hadisə zamanı orada olsa da, ümumiyyətlə bu mübahisəyə qoşulmadığını, Nuriyyəyə qarşı heç bir qanunsuzluq etmədiyini, sadəcə arvadı Ruqiyyənin yanında durduğunu, Zərərçəkmiş şəxs özünü öldürməyə cəhd etməsinin səbəbi etdiyi biabırçılıqların üstünü ört-basdır etmək olduğunu, sonuncunun öz X19nın yarıçılpaq şəkillərini qohumları Faris Əsədovun təhriki ilə etdiyini, belə ki, Faris Əsədov əvvəllər ailəli olan Səriyyə Həsənovaya qarşı sevgi etirafı edib bu məzmunda mesajlar yazdığını, sonuncunun ailəsində problem yarandığını və bu sevgini rədd etdiyini, bununla da X10rşı acıqlı qaldığını və bununla əlaqədar qisas aldığını da bildirmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Laçın rayon Mişni kəndində pasport qeydiyyatında olmaqla ailə üzvləri ilə birlikdə Ağcabədi rayonu Taxta-körpü ərazisi, ünvan 8 ünvanında yaşayır. Təhsili ilə əlaqədar çox vaxt Gəncə şəhərində yaşamış, 05 yanvar 2024-cü il tarixdə 8-9 günlük valideyinləri Nuriyyə və Zəfər Əsədovların yanına Təxtakörpü qəsəbəsinə gəlmişdir. Təqsirləndirilən şəxs nənəsi, Şahid1 isə babasıdır. 07 yanvar 2024-cü il tarixdə anası Zərərçəkmiş şəxs və bacısı Nuray Əsədova ilə birlikdə Taxtakörpü qəsəbəsində evlərində olmuş və günorta saatlarında anası bir neçə qida məhsulu almaq üçün onu marketə göndərmişdir. X29 Qarabağ regionunda aparılan tikinti işlərində işlədiyindən həmin vaxt evdə olmamışdır. Marketə gedib 10-15 dəqiqədən sonra geri qayıtmışdır. Evin həyətinə çatanda babası Şahid1 evlərinin həyətində dayanaraq siqaret çəkdiyini, əlində isə uzun ağac parçasının olduğunu, bacısı Nuray Əsədovanın isə evin həyətində ayaq üstə durub ağladığını görmüşdür. Həmin vaxt evin içərisindən nənəsi Təqsirləndirilən şəxs və anası Zərərçəkmiş şəxs dalaşmağa xarakterik qışqırıq səsləri gəldiyini eşidib, nə baş verdiyini öyrənmək üçün tez evə daxil olmuşdur. Həmin vaxt nənəsi Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs aqressiv tərzdə sonuncunu öldürəcəyini dediyini eşitmiş, habelə əlində balta ilə yataq otağının qapısını qırmağa çalışdığını görmüşdür. O, nə etdiklərini, niyə evə hücum çəkdiklərini soruşanda nənəsi Nuriyyəni öldürəcəyini demişdir. Bu zaman anası Nuriyyənin yataq otağından nənəsinə cavab verdiyini eşidib sonuncunun həmin otaqda olduğunu başa düşmüdür. Həmin vaxt o, Azərbaycan Respublikası DİN-in “102” xidmətinə zəng edərək baş verənlər barədə məlumat verib polis çağırmışdır. O, həyətdə olarkən nənəsi də çölə çıxmışdır. Bir neçə dəqiqə sonra Laçın RPŞ-nin əməkaşları evə yaxınlaşmış və nənəsi Ruqiyyəni oradan uzaqlaşdırmışlar. Bundan sonra o, evə daxil olub anası Nuriyyəni səsləmiş, anasının cavab vermədiyini görüb başına nəsə iş gəldiyini təxmin etmiş və buna görə həmin otağın qapısını qırıb içəri daxil olmuşdur. Bu zaman anası Nuriyyənin yerdə huşsuz vəziyyətdə uzandığını, sağ əlində bıçaq olduğunu digər əlin bilək nahiyyəsindən isə qan axdığını görüb dərhal təcili tibbi yardım çağırmışdır. Təcili yardım gəlib anasına ilkin tibbi yardım göstərdikdən sonra anası özünə gəlmişdir. Daha sonra isə izahat vermək üçün anası ilə birlikdə Laçın rayon polis şöbəsinə getmişlər. Bundan başqa Şahid3 ifadəsində əvvəllər anası Zərərçəkmiş şəxs ilə nənəsi Təqsirləndirilən şəxs və babası Şahid1 dava-dalaşını, söz-söhbətini görmədiyini, sözügedən hadisənin hansı səbəbdən baş verməsi barədə hadisə vaxtı heç bir məlumatı olmasa da, lakin sonradan xalası Səriyyə Həsənova ilə anası Nuriyyə arasında söz-söhbət olduğundan nənəsi Ruqiyyə ilə babası Bayramın əsəbiləşərək anasının üstünə hücum çəkdiklərinin ona məlum olduğunu, hadisə zamanı ona qarşı heç bir qanunsuzluq edilmədiyini və heç bir xəsarət almadığını da bildirmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Laçın RPŞ-nin İTB-də sahə polis nəfəri vəzifəsində işləyən Şahid2 ifadəsində bildirmişdir ki, o, 2015-ci il tarixdən daxili işlər orqanlarında, 2022-ci il tarixdən isə tutduğu vəzifədə işləyir. 07 yanvar 2024-cü il tarixdə Laçın rayon polis X1 Bölməsinin xidmət üzrə baş inspektoru Xanlar Kamranzadə ilə birlikdə Ağcabədi rayonu Taxta-körpü ərazisində olarkən saat təxminən 12:50 radələrində 552 saylı qəsəbə ərazisində münaqişə baş verməsi barədə DİN-in 102 xidmətinə müraciət olunması barədə məlumat almış, bu səbəbdən də dərhal hadisə yerinə yaxınlaşmışlar. Hadisə 552 saylı qəsəbədə yerləşən 363 nömrəli evdə baş vermişdir. Evə yaxınlaşdıqda sonradan adının Şahid3 olduğunu öyrəndiyi cavan oğlanla rastlaşmışlar. O, içəridə nənəsi ilə anasının münaqişə etdiklərini və anasının içəri otağa girib qapını kilidlədiyini onlara bildirmişdir. Onlar isə içəri daxil olduqda orada sonradan adlarının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi yaşlı bir qadın və Şahid1 olduğunu öyrəndiyi yaşlı bir kişi var idi. Əsasən qadının əsəbi olduğunu görüb nə baş verdiyini soruşmuşlar. Qadın qızı Səriyyə Həsənovanın qeyri-etik şəkillərini qohum-əqrəbə arasında yaydığı üçün Zərərçəkmiş şəxs adlı digər qızı ilə mübahisə etdiklərini və mübahisə zamanı Nuriyyənin içəri otağa girib qapını kilidlədiyini bildirdi. Bu zaman onlar Ruqiyyə və Bayramın həmin yerdə qalmalarının mübahisənin qızışmasına səbəb olacağını düşünüb onlardan evi tərk etmələrini xahiş etmiş və onlar da həmin evdən çıxıb getmişlər. Bundan sonra evdəki yataq otağının qapısının kilidli olduğunu və Nuriyyəni səsləsələr də cavab vermədiyini görmüşlər. Bu zaman Nuriyyənin oğlu Səxavət hardansa balta gətirmiş və baltayla qapıya bir neçə dəfə zərbə vurub kilidi qırıb qapını açmışdır. Qapı açıldıqda Nuriyyənin yerdə uzanmış vəziyyətdə olduğunu, yanında isə bıçaq olduğunu görmüş və bu barədə dərhal polis şöbəsinə və təcili tibbi yardıma məlumat vermişlər. Daha sonra təcili tibbi yardım əməkdaşları gəlib Nuriyyəyə ilkin yardım göstərib xəstəxanaya aparmışlar. Bundan başqa, işdə olan və məhkəmə iclasında tədqiq olunan məhkəmə tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 25 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində sağ və sol bazuda, eləcə də sağ sağrıda olan qançırlar-küt əşyanın təsirindən törənmişdir, kənar şəxs(lər) tərəfindən ağacla yetirilə bilərdi, sol əl barmaqlarında olan sıyrıqlar və sol-bilək oynağının ön səthində olan səthi kəsilmiş yara-iti kənarlı əşyanın təsirindən törənmişdir, bıçaqla yetirilə bilərdi (sol mil-bilək oynağnda olan səthi kəsilmiş yara şəxsin özü tərəfindən yetirilmə üçün xarakterikdir), xəsarətin yetirilmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmadığından dərəcəsi təyin edilməyən xəsarətlərə aiddirlər. İşdə olan və məhkəmə iclasında tədqiq olunan məhkəmə ballistik ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-3/235 nömrəli rəyindən görünür ki, təqdim edilmiş bir ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfatməişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs hal-hazırda məhkumluğu olmayan şəxsdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Laçın rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli, 18-1-57/2-125/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Laçın rayon Mərkəzi xəstəxanasının narkoloji və psixiatrik kabinetlərində qeydiyyata alınmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Laçın RİHB-nın Qarıqışlaq kənd iəd üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən və arayışdan görünür ki, Eyvazova X8 rayon ərazisi Laçın rayon Taxtakörpü 552 saylı qəsəbədə həyat yoldaşı Şahid1, gəlini və oğlu ilə birlikdə yaşayır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan və məhkəmə iclasında tədqiq olunan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iş üzrə 1 ədəd kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı maddi sübut qismində tanınaraq Laçın RPŞ-nin maddi sübut otağında saxlanılır. İşdə olan və məhkəmə iclasında tədqiq olunan vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Laçın rayonundan olan məcburi köçkündür. İşdə olan və məhkəmə iclasında tədqiq olunan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 134-cü maddəsi ilə elan edilmiş ittihamın dəyişdirilmədən qüvvəsində saxlanılması və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin nəzərə alınması, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Zərərçəkmiş şəxs ifadəsində anası Təqsirləndirilən şəxs ilə atası Şahid1 birlikdə onu öldürməyə cəhd etmələri barədə göstərdiyi xüsusatların öz təsdiqini tapmadığından Təqsirləndirilən şəxs və Şahid1 barələrində həmin xüsusat üzrə başlanmış cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində, yəni öldürməklə və sağlamlığa ağır zərər vurmaqla hədələmə cinayətində Şahid1 iştirakı müəyyən edilmədiyindən Şahid1 barəsində başlanmış cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Zərərçəkmiş şəxs ifadəsində qardaşı X11 onu öldürməklə hədələməsi barədə göstərdiyi xüsusat öz təsdiqini tapmadığından X17 barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət təqibinin başlanmasının rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Zərərçəkmiş şəxs sol-bilək oynağının ön səthini bıçaqla kəsməsi ilə bağlı Laçın rayon prokurorluğunda araşdırma aparılaraq cinayət işinin başlanmasının rədd edilməsi haqqında ləğv edilməmiş qərarının olmasının nəzərə alınması, Zərərçəkmiş şəxs qismində tanınmasının nəzərə alınması, cinayət işi üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, ekspert rəylərinin, istintaq hərəkəti protokollarının, həmçinin cinayət işinə əlavə edilmiş digər sənədlərin sübut növü kimi qiymətləndirilməsi, iş üzrə əhəmiyyət kəsb etdiyindən 01 ədəd mətbəx bıçağının xx.xx.2024-cü il tarixli qərarla maddi sübut qismində tanınaraq Laçın RPŞ-nin maddi sübut otağında saxlanılmasının nəzərə alınması, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X2 şəxsi həyatının sirri olan məlumatları özündə əks etdirən şəkillərin sonuncunun razılığı olmadan yayılması faktı üzrə cinayət işindən Azərbaycan Respublikası CM-in 156-cı maddəsi ilə cinayət işinin ayrıca icraata ayrılması və iş üzrə istintaqın davam etdirilməsi üçün rayon prokurorluğuna göndərilməsi, cinayət işinin başlanması rədd edilmiş xüsusatlarla bağlı materialların ayrılaraq Laçın RPŞ-nin arxivində saxlanılması və qəbul edilmiş qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və maraqlı tərəflərə göndərilməsi qərara alınmışdır. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 134-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə tövsif olunmalı, o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müvafiq cəza ilə cəzalanmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə sadalanan qanunvericilik normalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlikəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə xüsusi ilə vurğulayır ki, qanuni, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərir, onun, həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarşısını alır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sayəsində mühüm vasitədir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun təqsirini boynuna almasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən səmimi peşman olmasını, ilk dəfə olaraq belə bir cinayət əməlinə yol verməsini, məcburi köçkün olmasını və məhkumluğunun olmamasını, eyni zamanda qeyd edilən cinayətin ailə münaqişəsi zəminində törədilməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinin tələblərinə əsasən işdə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş işdə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 134-cü maddəsi üzrə təqsirləndirilən şəxsə təyin olunacaq cəzanın növünü və həddini müəyyən edərkən, işin faktiki hallarını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi şəraitini, başqa şəxslər tərəfindən eyni xarakterli yeni cinayətlərin törədilməsinin qarşısının alınmasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxsə onun islah olunması baxımından həmin maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən, məhz islah işləri növündə cəza təyin edilməsi daha məqsədəmüvafiqdir. Bundan başqa məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun qazancından tutulmaların aparıldığı vaxtdan başlayaraq hesablanmalı və hökmün icrası isə onun yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan bu cəza növü cəzanın əsas məqsədini təmin edir. Cinayət işinin materiallarına əlavə edilmiş iş üzrə maddi sübut-Laçın RPŞ-nin maddi sübut otağında saxlanılan 1 ədəd kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri-64 (altmış dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi ziyan, üzərinə həbs qoyulmuş əmlak və xüsusi müsadirə yoxdur. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı və 381-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 134-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib aylıq qazancından 15 (on beş) faiz pul dövlət nəfinə tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin əvvəli onun qazancından tutulmaların aparıldığı vaxtdan başlayaraq hesablansın. Hökmün icrası Ağcabədi rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işinin materiallarına əlavə edilmiş iş üzrə maddi sübut-Laçın RPŞ-nin maddi sübut otağında saxlanılan 1 ədəd kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri-64 (altmış dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. İş üzrə mülki iddia, maddi ziyan, üzərinə həbs qoyulmuş əmlak və xüsusi müsadirə yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Laçın Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə 20 (iyirmi) gün başa çatdıqdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar