Azərbaycan Respublikası adından HÖKM Laçın rayonu İş № 1(047)-16/2024 01.10.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Ağcabədi şəhərində, 01 oktyabr 2024-cü il tarixdə, Laçın Rayon Məhkəməsinin inzibati binasında, xx.xx.1999-cu il tarixdə Ağcabədi rayonu Sarıcalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər Tərtər Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib aylıq pul təminatından dövlət nəfinə 20 faiz pul tutulmaqla 2 il müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmiş, lakin Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək 1 il 1 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, halhazırda məhkumluğu olan, Ağcabədi rayonu Sarıcalı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Aparılmış ibtidai istintaqla müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb oğurlamışdır. Belə ki, o, “Kontakt Home” elektrik malların satışı mağazasında kondisioner quraşdırılması sahəsində fəhlə kimi işləyərkən Ağcabədi rayonu Taxtakörpü qəsəbəsi, Laçın obaları yaşayış massivi Mirik obası ərazisində yaşayan X2 həmin mağazadan aldığı kondisionerin quraşdırılması badərə edilmiş sifarişin icrası ilə əlaqədar 01 iyun 2024-cü il tarxidə, Ağcabədi rayon sakini, kondisioner ustası kimi fəaliyyət göstərən, cinayətdən xəbərsiz – Şahid1 ilə birlikdə sonuncunun idarə etdiyi “VAZ-2107” markalı, ** LS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə İbrahim Hüseynovun qeyd olunan ünvanda yerləşən yaşayış sahəsinə gəlib ev sahibinin iradəsi ilə evə daxil olaraq yataq otağında kondisionerin quraşdırılması ilə bağlı müvafiq işləri icra edərkən qısa müddət ərzində həmin otaqda tək qaldığı vaxt masanın üzərində ev sahibi İbrahim Hüseynovun övladı Zərərçəkmiş şəxs məxsus pul qabının olduğunu görüb içərisində hər hansı məbləğdə pul vəsaitinin olubolmamasını müəyyən etmək üçün heç kəsin görmədiyi şəraitdə, xəlvəti açıb baxarkən orada çoxlu sayda 100 (bir yüz) manatlıq əskinaslardan ibarət çoxlu sayda pul olduğunu gördükdən sonra, həmin pul vəsaitlərini gizli yolla talayıb ələ keçirmək, yəni oğurlamaq qərarına gəlmiş, bu məqsədlə həmin pulları daha təhlükəsiz və rahat şəraitdə oğurlamaq üçün pul qabını tamah məqsədi ilə, əmlak sahibinin iradəsindən kənar, gizli götürərək cibinə qoyub evdən çıxaraq həyətyanı sahədə yerləşən tualetə girib orada rahat şəraitdə pul qabını açıb içərisindəki 2.300 manat məbləğində pul vəsaitinin hamısını götürüb cibinə qoymuş, daha sonra üzərində bu cinayəti törətməsini təsdiq edəcək hər hansı sübut saxlamamaq üçün pul qabını içərisində olan digər sənədlərlə birlikdə tualetin quyusuna tullayıb heç bir şübhə yaratmamaq üçün oradan uzaqlaşmayıb yenidən evə qayıdaraq heç nə olmamış kimi işinin icrasında davam edib bitirdikdən sonra Şahid1 idarə etdiyi nəqliyyat vasitəsi ilə oradan uzaqlaşıb yaşadığı evə getmiş, yəni taladığı əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etmiş və qeyd olunan hərəkətləri ilə Zərərçəkmiş şəxs məxsus 2.300 (iki min üç yüz) manat məbləğində pul vəsaitini gizli olaraq talayıb oğurlamışdır. Bununla da, ibtidai istintaq orqanının gəldiyi nəticəyə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşagıdakılarla tam sübuta yetirilir. Məhkəmə baxışı iclasında təqsirləndirirlən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Ağcabədi rayonu Sarıcallı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Ağcabədi şəhərində “Kontakt Home” mağazasında kondisioner ustasının yanında fəhlə işləmişdir. Həmin mağazanın müştəriləri kondisioner alarkən həmin avadanlığın quraşdırılmasını pulsuz olaraq mağaza öz üzərinə götürmüş, bu işi usta Şahid1 ilə birlikdə o, müştərilərinin evlərinə gedib icra etmişlər. 01 iyun 2024-cü il tarixdə Ağcabədi rayonu Taxtakörpü qəsəbəsi Laçın obaları yaşayış massivi Mirik obası ərazisində kondisioner sifariş olunduğu üçün həmin gün kondisioneri quraşdırmağa kömək etmək üçün Şahid1 ilə birlikdə sonuncuya məxsus ** LS *** dövlət qeydiyyat nişanlı, “VAZ-2107” markalı nəqliyyat vasitəsilə Mirik obası ərazisinə getmiş, həmin ünvana çatanda əvvəllər tanımadığı, Əlizadə Hüseynov adlı şəxs onları qarşılayıb kondisionerin quraşdırılacağı evə aparmışdır. Onlar həmin ünvana çatdıqdan sonra Əlizadə Hüseynov evin yataq otağındakı köhnə kondisioneri göstərib həmin kondisionerin sökülməsini və yerinə yeni kondisionerin quraşdırılmasını onlara bildirmişdir. Bundan sonra o, Şahid1lə birlikdə bu işin icrasına başlayıb ilk öncə köhnə kondisioneri sökməyə başlamışlar. Bu zaman usta Şahid1 köhnə kondisioneri sökmək üçün ev sahibi Əlizadə Hüseynov ilə birlikdə evdən çıxıb kondisionerin çöldə motorunun olduğu yerə, yəni evin arxa tərəfinə getmişlər. Həmin vaxt isə o, otaqda tək qalmış, bu zaman otaqdakı masanın üstündə qara rəngli pul qabının olduğunu görüb onun içərisində hər hansı məbləğdə pulun olub-olmamasını müəyyən etmək üçün pul qabını açıb baxmışdır. Pul qabın içərisində bir neçə sənəd və xeyli sayda 100 (bir yüz) manatlıq pul əskinazlarının olduğunu görmüş, lakin pulu saymadığından dəqiq məbləğini bilməmiş, kəndardan görünüşünə görə oradakı pulun miqdarının 2000 (iki min) manat civarında olmasını təxmin etmişdir. Bu zaman o, həmin pulu oğurlamaq qərarına gəlmiş və bu məqsədlə pul qabını heç kimin xəbəri olmadan gizlincə cibinə qoyub götürərək tualetə getmək bəhanəsi ilə çölə çıxıb evin həyətində olan tualetə girmişdir. Orada pul qabının içərisində olan pulu çıxarıb saymadan cibinə qoymuş, pul qabını isə içərisində olan sənədlərlə birlikdə tualetdəki deşikdən quyuya atmışdır. Tualetdən çıxıb gəldikləri nəqliyyat vasitəsinin yanına gedib orada kondisioneri quraşdırmaq üçün lazım olan avadanlıqaları yalandan qurdalamış, daha sonra isə orada siqaret çəkməyə başlamışdır. Bir qədər sonra Şahid1 və Əlizadə Hüseynov evin arxasından geri qayıtmış və o, Şahid1lə birlikdə işinə davam edib köhnə kondisioneri söküb yenisini quraşdırıb ev sahibinə təhvil verərək öz iş yerlərinə, oradan da öz evlərinə getmişlər. O, həmin evdən pul oğurlaması barədə heç kimə, o cümlədən usta Şahid1 heç nə deməmiş, öz evinə çatdıqdan sonra rahat şəraitdə sözügedən pul qabından götürmüş olduğu pulu saymış və həmin zaman oğurladığı pul məbləğinin 2.300 (iki min üç yüz) manat təşkil etdiyini müəyyən etmişdir. Növbəti gün, yəni xx.xx.2024-cü il tarixdə iş yerində olarkən Mirik obası ərazisində evinə kondisioner quraşdırdıqları Əlizadə Hüseynov yanında 2 nəfər şəxslə onlara, yəni Şahid1 və ona yaxınlaşaraq evlərindən, qardaşı Zərərçəkmiş şəxs məxsus içərisində 2300 manat pul və müəyyən sənədlər olan pul qabının oğurlandığını, həmin gün evlərinə ondan və Şahid1 başqa heç kimin daxil olmadığını, bu səbəbdən pul qabının onların oğurlamasından şübhələndiklərini demişlər. O və Şahid1 həmin şəxslərə heç nə oğurlamadıqlarını, pul qabının da oğurlanmasından məlumatlsız olduqlarını bildirmişlər. X13 və digər şəxslər onlara inanmayıb and içmələri üçün xx.xx.2024-cü il tarixdə saat 09 radəsində məscidə dəvət etmiş, onlar da həmin şəxslərlə razılaşıb həmin vaxt Şahid1 ilə birlikdə Ağcabədi şəhərində olan məscidin qarşısına getmişlər. Məscidin qarşısında təxminən 1 saatdan artıq gözləmələrinə baxmayaraq qarşı tərəfdən heç kim gəlmədiyini görüb iş yerinə qayıtmışlar. Daha sonra xx.xx.2024-cü il tarixdə o, yaşadığı evdə olan zaman Şahid1 ona zəng edərək Laçın rayon polis şöbəsindən zəng gəldiyini, həmin şəxsin barələrində şikayət etdiyini və bununla əlaqədar Laçın rayon polis şöbəsinə çağırıldıqlarnı bildirmişdir. Bundan sonra o və Şahid1 birlikdə polis şöbəsinə getmişlər. Bundan əlavə Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs məxsus pul qabını oğurlayıb içərisində olan 2.300 (iki min üç yüz) manat pulu özünə götürdüyünü, pul qabını sənədlərlə birlikdə ayaqyolunun quyusuna atdığını, bu əməli törətməsindən həmin vaxt onunla birlikdə işləyən Şahid1 məlumatsız olduğunu, oğurladığı pulun heç bir hissəsinin sonuncuya çatmadığını, 2300 manatın tam şəkildə özünə çatdığını, bu barədə Ziyafətə, ümumiyyətlə heç kimə heç bir söz demədiyini də göstərmişdir. Bundan başqa o, əməlindən səmimi peşmançılıq çəkdiyini, dəymiş ziyanı tam ödədiyini, artıq zərərçəkmiş şəxslə barışdığını, zərər çəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmadığını bildirərək və iş üzrə digər yüngülləşdirici halları nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Laçın rayonu Mirik kəndində pasport qeydiyyatında olmaqla ailə üzvləri ilə birlikdə Ağcabədi rayonu Taxtakörpü qəsəbəsi Laçın obaları yaşayış massivi Mirik obasında yaşayır. X7 Şəbəkəsi Milmasib 3510 kilovotluq Yarımstansiyasında növbətçi elektrik montyoru işləyir. xx.xx.2024-cü il tarixdə atası X1 şəhəri ərazisində olan “Kontakt Home” adlı mağazadan kondisioner almış, xx.xx.2024-cü il tarixdə həmin mağazasının iki əməkdaşı kondisioneri yaşadıqları ünvana gətirib qoyaraq ustanın gəlib quraşdıracağını demişlər. 01 iyun 2024-cü il tarixdə o, iş yerində olan zaman sözügedən kondisioneri quraşdırmaq üçün “Kontakt Home” mağazasından Şahid1 və Təqsirləndirilən şəxs adlı iki şəxs onların yaşadığı ünvana gəlmişdir. Həmin vaxt evdə olan qardaşı X3 ustaları evə buraxıb yataq otağında kondisioneri quraşdıracaqları yeri göstərmişdir. İlk öncə həmin otaqdakı köhnə kondisionerin sökülməsi zərurəti yaranmış bu işin icrası zamanı qardaşı Şahid1 ilə birlikdə köhnə kondisionerin motor hissəsinin sökülməsi üçün evin arxa tərəfinə getmiş, həmin vaxt digər usta, yəni Təqsirləndirilən şəxs həmin otaqda tək qalmışdır. Həmin vaxt özünə məxsus olan qara rəngli pul qabı da yataq otağında masanın üzərində olmuşdur. Pul qabının içərisində 2300 (iki min üç yüz) manat məbləğində pul, özünə məxsus hərbi bilet, məcburi köçkün vəsiqəsi və "xxxx" ASC tərəfindən verilmiş döş nişanına dair vəsiqəsi olmuşdur. Ustaların kondisioneri quraşdırdıqları vaxt o da evə gəlmişdir. O, evə gələn zaman qardaşı Əlizadə Hüseynov ilə usta Şahid1 evin arxası tərəfdən gəldiklərini görmüşdür. Bu zaman o, Şahid1 ilə salamlaşmış, daha sonra birlikdə yataq otağına daxil olmuşlar. O, yataq otağına daxil olarkən həmin vaxt orada heç kim olmamışdır. Bir qədər sonra Təqsirləndirilən şəxs da otağa gəlmiş və Şahid1 ilə birlikdə köhnə kondisioneri sökərək yenisini quraşdırıb evdən çıxıb getmişlər. Həmin gün o, pul qabının çatışmadığını hiss etməmişdir. 02 iyun 2024-cü il tarixdə səhər saatlarında evdə olan zaman yataq otağındakı masanın üzərinə baxanda pul qabının yerində olmaması onun diqqətini çəkmişdir. İlk öncə pul qabını bəlkə başqa yerə qoyduğunu zənn edib axtarmağa başlamış, lakin mümkün olan hər yerə baxsa da pul qabını tapa bilməmişdir. Bundan sonra o, pul qabının xx.xx.2024-cü il tarixdə kondisioner ustası kimi evinə gələn şəxslər tərəfindən oğurlanmasından şübhələnmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə səhər saatlarında pul qabını masanın üstünə qoyduqdan sonra evə həmin ustalardan başqa heç kim gəlib-getməmişdir. Elə bu səbəbdən oğurluğun həmin şəxslər tərəfindən edilməsi barədə şübhələri daha da artmış və bu barədə ərizə ilə Laçın rayon polis şöbəsinə müraciət etmişdir. Polis şöbəsində araşdırma aparıldıqdan sonra həmin pul qabını kondisioner ustası kimi evlərinə daxil olmuş Təqsirləndirilən şəxs oğurlayıb içərisindəki 2300 manat pulu götürməsi, pul qabını içərisindəki digər sənədlərlə birlikdə evinin həyətində olan ayaqyolunun quyusuna atması müəyyən olunmuşdur. Bundan başqa o, məhkəməyə ərizəsini təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ona vurduğu 2.300 (iki min üç yüz) manat maddi ziyanı tam şəkildə ödəmişdir, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, bununla bağlı Təqsirləndirilən şəxs heç bir şikayət, tələb və mülki iddiası yoxdur. Odur ki, qeyd etdiklərini nəzərə alıb Təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Laçın rayonu Mirik kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə Ağcabədi rayonu Taxtakörpü qəsəbəsi, Laçın obaları yaşayış massivi Mirik obasında yaşayır. xx.xx.2024-cü il tarixdə atası X1 şəhəri ərazisində yerləşən “Kontakt Home” elektrik avadanlıqların satışı mağazasından kondisioner almışdır. Həmin kondisioneri xx.xx.2024-cü il tarixdə mağazanın iki əməkdaşı yaşadıqları ünvana təhvil verib ən qısa zamanda ustanın gəlib quraşdıracağını demişlər. 01 iyun 2024-cü il tarixdə “Kontakt Home” mağazası kondisioneri quraşdırmaq üçün Şahid1 və Təqsirləndirilən şəxs adlı şəxs göndərmişdir. Həmin vaxt o, evdə olduğundan qeyd edilən şəxsləri qarşılayıb evə gətirmiş, yataq otağında yerləşən köhnə kondisioneri söküb yenisini onun yerinə quraşdırmaq lazım olduğunu onlara bildirmişdir. Həmin şəxslər işə başlamış, ilk öncə köhnə kondisioneri sökmək lazım olduğundan o, Şahid1lə birlikdə çölə çıxıb evin arxa hissəsində yerləşən motoru sonuncuya göstərmişdir. Həmin vaxt isə Təqsirləndirilən şəxs yataq otağında tək qalmışdır. O, həmin şəxsin hər hansı oğurluq edəcəyini ağlına gətirmədiyinə görə ona nəzarət etməmişdir. Evin arxa hissəsində köhnə kondisionerin motorunu sökdükdən sonra Şahid1lə birlikdə evə qayıtmışlar. Həmin otağa daxil olanda orada heç kimin olmadığını, yəni Təqsirləndirilən şəxs çölə çıxdığını görmüşdür. Bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs da otağa gəlmiş və Şahid1 ilə birlikdə köhnə kondisioneri sökərək yenisini quraşdırıb evdən çıxıb getmişlər. 02 iyun 2024-cü il tarixdə səhər saatlarında evdə olarkən qardaşı Zərərçəkmiş şəxs bir gün öncə yataq otağında masanın üstünə qoyduğu qara rəngli pul qabının yerində olmadığını bildirmişdir. Bundan sonra onlar həmin pul qabını hər yerdə axtarmış, lakin tapa bilməmişlər. Qardaşı Zərərçəkmiş şəxs sözügedən pul qabının içərisində 2300 manat pul, hərbi bilet, məcburi köçkün vəsiqəsi və "xxxx" ASC tərəfindən verilmiş döş nişanına dair vəsiqə olduğunu bildirmişdir. Onlar pul qabını tapa bilmədikdə bir gün öncə evə gələn kondisioner ustaları tərəfindən oğurlandığını başa düşmüşlər. Buna görə qardaşı Zərərçəkmiş şəxs ərizə ilə Laçın rayon polis şöbəsinə müraciət edərək bu barədə şikayət etmişdir. Daha sonra polis şöbəsində aparılan araşdırma zamanı Zərərçəkmiş şəxs məxsus, pul qabını “Kontakt Home” mağazasının işçisi Təqsirləndirilən şəxs oğurlayıb içərisindəki 2300 manat pulu götürüb cibinə qoyması və pul qabını digər sənədlərlə birlikdə tualetin quyusuna tullaması müəyyən olunmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə baxışı iclasında ifadəsi elan edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Ağcabədi rayonu Sarıcallı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Ağcabədi şəhərində “Kontakt Home” elektrik malların satışı mağazasında kondisioner ustası işləyir. Onun əsas vəzifəsi mağazanın satdığı kondisionerləri müştərilərin evlərinə aparıb quraşdırmaqdan ibarət olmuşdur. Həmin mağazada fəhlə işləyən Təqsirləndirilən şəxs da ona bu işdə köməklik etmişdir. 01 iyun 2024-cü il tarixdə Ağcabədi rayonu Taxta-körpü qəsəbəsi Laçın obaları yaşayış massivi Mirik obası ərazisində yaşayan müştərinin evində kondisioner quraşdırılması sifariş olunduğu üçün o, Təqsirləndirilən şəxsla birlikdə həmin gün özünə məxsus ** LS *** dövlət qeydiyyat nişanlı, “VAZ-2107” markalı nəqliyyat vasitəsilə Mirik obası ərazisinə getmiş, fərdi yaşayış evini tapa bilmədiklərinə görə Əlizadə Hüseynov adlı şəxs onları qarşılayıb evlərinə aparmışdır. Bundan sonra Əlizadə Hüseynov yataq otağındakı kohnə kondisioneri göstərib onun sökülməsini, yeni kondisionerin isə həmin yerə quraşdırılmasını bildirmişdir. Bundan sonra onlar işə başlamış, köhnə kondisioneri sökmək üçün ev sahibi Əlizadə Hüseynov ilə birlikdə o, çölə çıxıb evin arxa hissəsində quraşdırılan motoru sökməyə başlamışlar. Həmin vaxt isə fəhlə Təqsirləndirilən şəxs evin içərisində, yəni yataq otağında tək qalmış, lakin qısa müddət sonra Rabil də çölə çıxmışdır. O, evə qayıdarkən Rabilin gəldikləri nəqliyyat vasitəsinin yanında siqaret çəkdiyini görmüşdür. Daha sonra o, Təqsirləndirilən şəxs ilə birlikdə evə daxil olub işlərini davam etdirib köhnə kondisioneri sökərək yenisini quraşdırıb ev sahibinə təhvil verib çıxıb öz iş yerlərinə getmişlər. xx.xx.2024-cü il tarixdə iş yerində olarkən Mirik obası ərazisində evinə kondisioner quraşdırdığı Əlizadə Hüseynovun tanımadığı başqa 2 şəxslə ona yaxınlaşaraq evdən içərisində 2300 (iki min üç yüz) manat pul və bir neçə sənəd olan pul qabının oğurlandığını, həmin müddətdə isə evlərinə o və Təqsirləndirilən şəxs başqa heç kimin gəlib-getmədiyini bildirib pul qabının onların oğurlamasında şübhələndiklərini demişlər. O və Təqsirləndirilən şəxs heç bir oğurluq etmədiklərini, habelə pul qabının kim tərəfindən oğurlanmasından məlumatsız olduqlarını bildirmişlər. Lakin həmin şəxslər onlara inanmadıqları üçün səhəri gün məscidə gedib and içmələrini demiş, onlar da həmin şəxslərlə razılaşmışlar. O, nə baş verdiyini, nəyə görə bu oğurluqda onlardan şübhələndiklərini başa düşməmişdir. Buna baxmayaraq növbəti gün yəni, xx.xx.2024-cü il tarixdə saat 09 radəsində Təqsirləndirilən şəxsla birlikdə Ağcabədi şəhərində olan məscidin qarşısına getmişlər. Orada 1 saatdan artıq gözləsələr də qarşı tərəfin gəlmədiyini görüb iş yerlərinə qayıtmışlar. Elə həmin gün bir müddət sonra Laçın rayon polis şöbəsinin əməkdaşı ona zəng edib Təqsirləndirilən şəxsla onun barəsində şikayət olduğunu bildirib izahat verməsi üçün şöbəyə dəvət etmişdir. Polis şöbəsində aparılan araşdırma zamanı məlum olmuşdur ki, o, Əlizadə Hüseynov ilə birlikdə köhnə kondisioneri sökmək üçün evdən çölə çıxdıqdan sonra Təqsirləndirilən şəxs otaqda tək qaldığı müddətdə oradakı masanın üstündə olmuş və Əlizadə Hüseynovun qardaşı Zərərçəkmiş şəxs məxsus pul qabını içindəkilərlə birlikdə cibinə qoyaraq oğurlamışdır. Təqsirləndirilən şəxs sonradan çölə çıxıb həmin evin həyətində olan tualetə girərək orada pul qabının içindəki 2300 manat pulu götürüb cibinə qoymuş, pul qabını digər sənədlərlə birlikdə tualetin quyusuna atmışdır. Lakin onun bu hadisədən, yəni Təqsirləndirilən şəxs özgə əmlakını oğurlamasından heç bir məlumatı olmamış, həmin pulun heç bir hissəsi ona çatmamışdır. Ümumiyyətlə Rabil sonradan da bu barədə ona heç nə deməmişdir. Yəni onun bu cinayətə heç bir aiddiyəti olmamış və Rabil bu əməli təkbaşına törətmişdir. Yalnız polis şöbəsində araşdırma aparılaraq həqiqət müəyyən edildikdən sonra Təqsirləndirilən şəxs oğurluq etməsini bilmişdir. Bundan başqa, işdə olan və məhkəmə iclasında tədqiq olunan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olan tələbnamədən, hökmdən və qərardan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Tərtər Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib aylıq pul təminatından dövlət nəfinə 20 faiz pul tutulmaqla 2 il müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmiş, lakin Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək 1 il 1 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs hal-hazırda məhkumluğu olan şəxsdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Ağcabədi rayon icra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, məhkum Təqsirləndirilən şəxs təyin edilmiş cəza müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən başlayır və cəzanın sonu xx.xx.2025-ci il tarixdə başa çatır. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Ağcabədi rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli, 18-1-23/2-851/2024 nömrəli məktubundan görünür ki, Əhmədov X8 rayon mərkəzi xəstəxanasının narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyata alınmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Ağcabədi RİHB-nın Sarıcalı kənd iəd üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən və həmin tarixli arayışdan görünür ki, Əhmədov X8 rayonu Sarıcalı kəndində həyat yoldaşı X6, oğlu xx.xx.2020-ci il təvəllüdlü X10 atası, qardaşı və əmisi ilə birlikdə yaşayır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan və məhkəmə iclasında tədqiq olunan üç ədəd vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır və o, “Vətən müharibəsi iştirakçısı”, həmçinin “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi xx.xx.2024-cü il və məhkəməyə ünvanladığı xx.xx.2024-cü tarixli ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs ona vurduğu 2.300 (iki min üç yüz) manat maddi ziyanı tam şəkildə ödəmişdir, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, bununla bağlı Təqsirləndirilən şəxs heç bir şikayət, tələb və mülki iddiası yoxdur, odur ki, ərizəni nəzərə alıb Təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş edir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 04 iyun 2024-cü il tarixdə saat 20:01-də şübhəli şəxs qismində tutulmuş və o, 06 iyun 2024-cü il tarixdə saat 16:40-da MSY-dən azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə elan edilmiş ittihamın dəyişdirilmədən qüvvəsində saxlanılması və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin nəzərə alınması, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şahid1 cinayətin törədilməsinə aidiyyəti olmadığından sonuncunun barəsində başlanmış cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 39.2-ci maddəsinə əsasən xitam verilməsi, Zərərçəkmiş şəxs qismində tanınmasının nəzərə alınması, cinayət işi üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq hərəkəti protokollarının, həmçinin cinayət işinə əlavə edilmiş digər sənədlərin sübut növü kimi qiymətləndirilməsi, cinayət işinin başlanması rədd edilmiş xüsusatlarla bağlı materialların ayrılaraq Laçın RPŞ-nin arxivində saxlanılması, qəbul edilmiş qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və maraqlı tərəflərə göndərilməsi qərara alınmışdır. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif olunmalı, o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müvafiq cəza ilə cəzalanmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə sadalanan qanunvericilik normalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlikəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə xüsusi ilə vurğulayır ki, qanuni, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərir, onun, həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarşısını alır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sayəsində mühüm vasitədir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun təqsirini tam boynuna almasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, himayəsində bir azyaşlı uşağının olmasını, həmçinin müharibə veteranı olmasını, eyni zamanda “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinin tələblərinə əsasən işdə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş işdə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi üzrə təqsirləndirilən şəxsə təyin olunacaq cəzanın növünü və həddini müəyyən edərkən, işin faktiki hallarını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi şəraitini, başqa şəxslər tərəfindən eyni xarakterli yeni cinayətlərin törədilməsinin qarşısının alınmasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması baxımından ona məhz həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi daha məqsədəmüvafiqdir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinin tələblərinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qeyd edilən maddi hüquq normasının tələblərinə əsasən məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 1 il 1 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Eyni zamanda Ağcabədi rayon icra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli arayışına əsasən isə hal-hazırda Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsi 09 (doqquz) ay 18 (on səkkiz) gün təşkil edir. Odur ki, Təqsirləndirilən şəxs tərəfindən əvvəl törədilən həmin cinayət əməli az ağır, yenidən törədilən cinayət əməli isə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olduğundan məhkəmə, həmçinin belə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə təyin edilmiş cəzasının çəkilməmiş hissəsi olan 09 (doqquz) ay 18 (on səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası qismən birləşdirilməklə təqsirləndirilən şəxsə hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Bundan əlavə, məhkəmə onu da qeyd edir ki, ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs 02 (iki) gün müddətinə, yəni xx.xx.2024-cü il tarixədən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu iki gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bundan əlavə məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunu tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Cəzanın müddəti hökmün çıxarıldığı gündən, yəni 01 oktyabr 2024-cü il tarixdən hesablanmalı və hökmün icrası onun yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan bu cəza növü cəzanın əsas məqsədini təmin edir. Bundan başqa, məhkəmə qeyd edir ki, ibtidai istintaq dövründə iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın Təqsirləndirilən şəxs tərəfindən ödənilməsi həyata keçirilmişdir. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci, üzərinə həbs qoyulmuş əmlak və xüsusi müsadirə yoxdur. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı və 381-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinin tələblərinə əsasən Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində təyin edilmiş 01 (bir) il 01 (bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 09 (doqquz) ay 18 (on səkkiz) gün hissəsi yeni hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə barəsində 01 (bir) il 02 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixədən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunu tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın müddəti hökmün çıxarıldığı gündən, yəni 01 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Ağcabədi rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci, üzərinə həbs qoyulmuş əmlak və xüsusi müsadirə yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Laçın Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə 20 (iyirmi) gün başa çatdıqdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №1(047)-16/2024
Laçın Rayon Məhkəməsi Hökm — İş №1(047)-16/2024
01.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver