Azərbaycan Respublikası adından QƏRAR Laçın rayonu İş № 1(047)-16/2025 19.01.2026 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, Xüsusi ittiham qaydasında şikayət verən şəxs X1 şikayəti əsasında xüsusi ittiham qaydasında şikayət verilən şəxs X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi barədə işə məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyənetdi: Xüsusi ittiham qaydasında şikayət verən şəxs X5 xüsusi ittiham qaydasında şikayət verilən şəxs X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi barədə şikayətlə Laçın rayon Məhkəməsininə müraciət etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 nümayəndəsi və eyni zamanda vəkili Müdafiəçi1 xx.xx.2026-cı il tarixdə məhkəməyə yazılı ərizə göndərərək ərizəsində qeyd etmişdir ki, xüsusi ittiham qaydasında şikayət verən şəxs X5 barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X6 ilə barışdığı üçün xüsusi ittiham qaydasında şikayətin baxılmadan geri qaytarılmasını məhkəmədən xahiş edir. İş üzrə xüsusi ittiham qaydasında şikayət verən şəxs X3, onun nümayəndəsi və eyni zamanda vəkili Müdafiəçi1, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X4 və onun vəkili Müdafiəçi3 məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə məlumat verilsə də, onlar heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər, məhkəməyə gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər və onların iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini xahiş etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 299-cu maddəsini rəhbər tutaraq xüsusi ittiham qaydasında şikayət verən şəxs X1, onun nümayəndəsi və eyni zamanda vəkili Müdafiəçi1, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X2 və onun vəkili Müdafiəçi3 iştirakları olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti və xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 nümayəndəsi və eyni zamanda vəkili Müdafiəçi1 ərizəsini nəzərdən keçirib hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməli və xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 41.7-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərər çəkmiş şəxsin iradəsindən asılıdır. Bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 300.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası CPM-nin 302.1.8-ci maddəsinin tələbinə görə şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası CPM-nin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2— 302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə məhkəmə qeyd edilən normaları nəzərdən keçirib belə nəticəyə gəlir ki, hazırki şikayət üzrə icraat xüsusi ittiham qaydasında şikayət verən şəxs, yəni zərər çəkmiş şəxsin iradəsindən asılı olduğundan və xüsusi ittiham qaydasında şikayət verən şəxsin öz ərizəsi əsasında şikayətindən imtina etdiyini nəzərə alaraq hazırki xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina barədə qərar qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 299-300, 302, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Xüsusi ittiham qaydasında şikayət verən şəxs X1 xüsusi ittiham qaydasında şikayət verilən şəxs X2 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi barədə şikayətinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Laçın Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №1(047)-16/2025
Laçın Rayon Məhkəməsi Qərar — İş №1(047)-16/2025
19.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver