Məhkəmə qərarları › İş №1(047)-17/2024

Laçın Rayon Məhkəməsi Hökm — İş №1(047)-17/2024

20.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Laçın rayonu İş № 1(047)-17/2024 20.11.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1976-cı ildə Laçın rayonu Qarıkaha kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, "xxxx" ASC-nin Arıçılıq təsərrüfatında arıçı işləyən, əvvəllər məhkum olunmayan, Laçın rayonu Qarıkaha kəndində qeydiyyatda olmaqla Bərdə rayonu Meşəçilik qəsəbəsində yaşamış və barəsində “həbs” növündə qətimkan tədbiri seçilməklə hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı X2 saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Aparılmış ibtidai istintaq nəticəsində müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər törədərək xuliqanlıq etmiş, həmçinin xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, o, 20 iyun 2024-cü il tarixdə, saat 15 radələrində Laçın rayonunun Qarıkaha kəndi ərazisində yerləşən dükanın qarşısındakı kənd sakinləri tərəfindən pivə içilməsi üçün istifadə edilən yerə gəldikdən sonra əvvəllər dəfələrlə aralarında mübahisə olmuş, həmin dükanın sahibi, Qarıkaha kənd sakini Zərərçəkmiş şəxs onu görüb yaxınlaşaraq bir neçə ay öncə həmin dükanın qarşısında sərxoş halda nəlayiq hərəkətlər edərək heç bir səbəb olmadan ünvanına və digər Qarkaha kənd sakinlərinin ünvanına təhqiramiz söyüşlər etməsinə iradını bildirib bununla bağlı kənd sakinlərindən üzr istəməli olduğunu bildirərəkən o, Zərərçəkmiş şəxs bu iradlarına aqressiv reaksiya verərək etdiyi hərəkətlərdən peşman olmadığını, bununla bağlı heç kimdən üzr istəməyəcəyini, həmin söyüşləri söyməkdə əcəb elədiyini bildirərək mübahisə etməyə və sonuncunun ünvanına uca səslə müxtəlif söyüşlər söyməyə başlamış, bu hərəkətləri ilə kiçik söz-söhbətin ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməsinə səbəb olaraq, heç bir əsaslı səbəb olmadan uca səslə Zərərçəkmiş şəxs təkrarən uca səslə nalayiq ifadələrlə təhqir etmiş, daha sonra baş vermiş mübahisə zamanı sonuncuya zor tətbiq edərək bədəninin müxtəlif nahiyələrinə əl və ayaq zərbələri vuraraq dalaşmış, bu zaman həmin dükanda və ətrafda olan, habelə səs-küyə qonşuluqda yaşayan çox saylı şəxslər çıxıb araya girərək onların dalaşmasının qarşısını almağa çalışsa da o, sakitləşməyib bu kimi hərəkətlərinə davam edib qeyd olunan kənd ərazisində yaşayan, işləyən, habelə səs-küyə toplaşan ətrafdakı çoxsaylı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək, uca səslə təhqiramiz söyüşlər söyə-söyə Zərərçəkmiş şəxsla dalaşmağa davam etmiş, ətrafdakı şəxslərin dəfələrlə araya girib onu sakitləşdirməyə çalışmalarına baxmayaraq xuliqanlıq hərəkətlərini davam etdirib ətrafdakı şəxslərin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək məqsədi ilə habelə Zərərçəkmiş şəxs kobud zorakılıqla sarsıtmaq, onda vahimə yaratmaq və müvəqqəti də olsa, onu öz iradəsinə tabe etdirmək məqsədi ilə sonuncuya təkrar fiziki zor tətbiq edib üz nahiyəsinə möhkəm bir yumruq zərbəsi vuraraq ona alt çənənin sınığı, üzün yumşaq toxumalarının əzilməsi və baş-beyin silkələnməsi kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuş, bu hərəkətləri ilə kənd sakinlərinin, habelə dükanda və qeyd edilən pivə yerindəki şəxslərin normal birgə yaşayış və istirahətinin təxminən 30 dəqiqə pozulmasına səbəb olub ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər törədərək xuliqanlıq etmiş, həmçinin xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Bununla da ibtidai istintaq orqanının gəldiyi nəticəyə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Laçın rayonunun Qarıkaha kəndində qeydiyyatda olmaqla Bərdə rayonu Meşəçilik İnstitutunun inzibati binasında yaşayır. Lakin son dövrlər işi ilə əlaqədar olaraq çox vaxt Laçın rayonunun Qarıkaha kəndi ərazisində olmuşdur. Belə ki, 2023-cü ilin may ayından Laçın şəhərində fəaliyyət göstərən "xxxx" MMC-nin Qarıkaha kəndi ərazisində yerləşən arıçılıq təsərrüfatında arıçı kimi işləmiş və şirkətin yataq düşərgəsində yaşamışdır. Təxminən 2023-cü ilin dekabr ayında Laçın rayonu Qarıkaha kəndi ərazisində olan zaman "xxxx" MMC-nin vəzifəli şəxsi Fuad Əliyev həmin arı təsərrüfatını saxladığına görə müvəqqəti qalmaq üçün ona yeni vaqon veriləcəyini demiş, bundan sonra o, həmin vaqonun yerləşdirilməsi üçün öz vəsaiti hesabına traktor tutaraq vaqonun quraşdırlacağı yeri düzəltdirmişdir. Həmin vaxt qohumu, yəni dayısının qaynı oğlu Zərərçəkmiş şəxs yaxınlaşıb traktorla nə iş gördürdüyünü soruşmuş o, da yaşayış yeri kimi veriləcək vaqon üçün yer düzəltdirdiyini demişdir. Zərərçəkmiş şəxs həmin vaxt ona heç bir söz deməyərək çıxıb getmiş, axşam saatlarında isə sonuncunun atası Şahlar Cəfərov ona zəng edərək onunla vacib işinin olduğunu deyib görüşmələrini demiş, o, arı saxladığı yerdəki vaqonda olduğunu bildirib həmin yerə gəlməsini demişdir. Növbəti gün axşam saatlarında Şahlar Cəfərov onun qaldığı yerə gəlmiş və bir qədər ümumi söhbətlər etmişdir. Həmin vaxt o, Şahlar Cəfərovun konkret bir söz demədiyini görüb onunla nə işi olduğunu soruşsa da, sonuncu heç bir söz deməyib getmişdir. Bundan bir gün sonra dayısı oğlu X4 ona zəng edərək öz arılarının yerini dəyişdirmək istədiyini, bununla bağlı ona köməklik etməsini xahiş etmişdir. Şərif Məmmədov onun qohumu olmaqla yanaşı, həmçinin Zərərçəkmiş şəxs da qohumu olmuşdur. O, Şərif Məmmədova arının bir yerdən digər yerə köçürülmə qaydalarını izah edərək bu işi gecə saatlarında icra etmək lazım olduğunu, gündüz vaxtı etməyin yanlış olduğunu demişdir. X16 bildirmişdir ki, dayısı oğlu Zərərçəkmiş şəxs onun hazırda arı saxladığı yerə vaqon quraşdıraraq arı yeşiklərini təcili başqa yerə köçürməsini tələb etdiyindən, bu səbəbdən gündüz vaxtı arıların yerini dəyişdirmək məcburiyyətində qaldığını demişdir. Bundan sonra o, həmin gün Şərif Məmmədovun arı saxladığı yerə getmiş, həmin vaxt Zərərçəkmiş şəxs ora vaqon qoyaraq market və kafe kimi işlətdiyini görmüşdür. O, yaxınlaşıb Şərif Məmmədov və Zərərçəkmiş şəxsla salamlaşdıqdan sonra sonuncuya izah etməyə çalışmışdır ki, arı təsərrüfatının yerinin dəyişdirilməsi gündüz vaxtı deyil, gecə saatlarında icra edilməlidir. Əks halda arı təsərrüfatı zərər çəkər. Lakin Zərərçəkmiş şəxs özünün yaşamağa yeri olmadığından yeni 12 metrlik vaqon aldığını, vaqonun yerini düzləmək üçün çağırdığı traktorun indi gəldiyini, buna görə də arını qısa zamanda həmin yerdən çıxarıb başqa yerə aparmalarını tələb etmişdir. Bu mövzu ətrafında Zərərçəkmiş şəxsla arasında qısa mübahisə baş vermiş, lakin hər-hansı dava-dalaş olmamışdır. Onlar məcbur qalıb gündüz vaxtı Şərif Məmmədovun arılarının yerini dəyişdirmişlər. Həmin vaxt o, Zərərçəkmiş şəxs "xxxx" MMC-nin vəzifəli şəxsi Fuad Əliyev tərəfindən ona ayrılan vaqonu almasından şübhələnərək 12 metrlik vaqonu haradan aldığını, birdən ona aid vaqonu aldığını soruşanda, Xəyyam vaqonu Laçın rayonunun Zerti kəndi ərazisində başqa şəxsdən aldığını, onun vaqonunun olmadığını demişdir. Bundan sonra o, "xxxx" MMC tərəfindən ona verilən vaqonu gətirmək və buna görə də evakuator tutmaq üçün Laçın şəhərinə getmiş, bu zaman yolda evakuatorun üstündə bir vaqon aparıldığını, həmin evakuatorun arxasınca isə Zərərçəkmiş şəxs qardaşı Şahid4 öz avtomobili ilə getdiyini görüncə başa düşmüşdür ki, Zərərçəkmiş şəxs ona verilən vaqonu alıb özünə aparır. Bundan sonra o, "xxxx" MMC-nin əməkdaşı Fuad Əliyevə zəng edərək ona verilməli olan vaqonun niyə Zərərçəkmiş şəxs verildiyini soruşmuşdur. Söhbət zamanı Fuad Əliyev ona vaqon verəcəyi barədə kiməsə bir söz deyib-demədiyini soruşmuş, o, da bu barədə yalnız qohumu Şahlar Cəfərova məlumat verdiyini bildirmişdir. Bu zaman Fuad Əliyev nahaq yerə bu barədə Şahlar Cəfərova məlumat verdiyini, sonuncunun şirkət rəhbərliyi ilə danışaraq həmin vaqonu aldığını, belə vəziyyətdə ona başqa vaqon veriləcəyini deyib sağollaşmışdır. Bundan sonra o, Laçın şəhərindən Qarıkaha kəndinə, yəni Zərərçəkmiş şəxs olduğu yerə qayıdaraq sonuncunun, habelə atası Şahlar Cəfərovun düzgün hərəkət etmədiklərini bildirərək, xəlvətcə qabağa keçib ona verilməsi nəzərdə tutulan vaqonu nəyə görə aldıqlarını soruşmuş, bu hərəkətin nadürüst hərəkət olduğunu demişdir. Bu zaman Şahlar Cəfərov ona başqa vaqonun veriləcəyini demişdir. Bu mövzu ətrafında da yüngül mübahisə etmişlər. Daha sonra o, oradan uzaqlaşıb öz qaldığı yerə getmişdir. Bundan sonra onun Zərərçəkmiş şəxs və sonuncunun atası Şahlar Cəfərovla münasibətləri soyumuş, çalışdığı qədər həmin şəxslərin olduğu yerlərə getməmişdir. Bundan təxminən 3-4 ay sonra, dayısı oğlu X1 rayonunun Qarıkaha kəndinə gəlmiş və ona zəng edərək Zərərçəkmiş şəxs işlətdiyi kafedə olduğunu, görüşmələri üçün həmin yerə gəlməsini demişdir. O, Mahir Məmmədovun sözünü yerə salmamaq üçün məcbur qalıb Zərərçəkmiş şəxs işlətdiyi həmin kafeyə gedib sonuncu ilə görüşmüş və hal-əhval tutub söhbətləşmişdir. Mahir Məmmədov isə Şərif Məmmədovun qardaşı olmuşdur. O, həmin kafedə Mahir Məmmədovla bir qədər pivə içdikdən sonra hazırda adını xatırlamadığı həmkəndlisi ona yaxınlaşıb normalda həmin yerə gəlmədiyini, indi niyə bura gəldiyini soruşmuş, daha sonra isə oradan çıxıb getməsini tələb etmişdir. O, da həmin şəxsə “heç kim məni burdan qova bilməz” deyə cavab vermiş, daha sonra isə “bu kafeyə gələnin varyoxunu” və bu kimi digər söyüşlər söymüşdür. O, Zərərçəkmiş şəxs bütün bunları onun etdiyini deyib, ona verilməsi nəzərdə tutulan vaqonu əlindən almasına öz iradlarını bir daha bildirmiş, daha sonra isə kafedən çıxıb öz qaldığı vaqona getmişdir. Bir qədər sonra Zərərçəkmiş şəxs və sonuncunun qardaşı Şahid4 onun arxası ilə qaldığı yerə gələrək kafedə işlətdiyi nəlayiq ifadələrə görə Zərərçəkmiş şəxs da onun ünvanına söyüşlər söymüşdür. Həmin vaxt aralarında hər hansı dava-dalaş olmamış, Xəyal qardaşı Xəyyamı maşına mindirərək oradan uzaqlaşdırmışdır. Bu söhbətdən bir müddət sonra 20 iyun 2024cü il tarixdə həkəndlisi Şahid3 ona zəng edib ondan arı beçəsi almaq istədiyini bildirmiş, Qarıkaha kəndində Zərərçəkmiş şəxs işlətdiyi kafedə olduğunu, gəlib oradan onu aparmasını xahiş etmişdir. O, həmin kafeyə getmədiyini Şahid3 bildirərək həmin kafedən bir qədər kənara çıxmasını, gəlib oradan onu götürəcəyini demişdir. Az sonra o, öz nəqliyyat vasitəsi ilə sözügedən kafenin yaxınlığına gedərək Şahid3la görüşmüş və sonuncunu öz nəqliyyat vasitəsinə dəvət etmişdir. Elə bu vaxt onları görən Zərərçəkmiş şəxs ona yaxınlaşıb onunla işinin olduğunu bildirib söhbət etmək üçün kənara dəvət etmişdir. O, da maşından düşərək Zərərçəkmiş şəxsla bir neçə metr maşından aralaşmışdır. Bu zaman Zərərçəkmiş şəxs onun keçən dəfə etdiyi hərəkətə görə 3-4 aydır ki, onun gəlib üzr istəməsini gözlədiyini bildirərək nəyə görə gəlib üzr istəmədiyini soruşanda o, üzr istəməli adamın onun deyil Zərərçəkmiş şəxs olduğunu, çünki ona veriləsi vaqonu əlindən aldığını demişdir. Həmin vaxt Zərərçəkmiş şəxs onun gözləmədiyi anda başı ilə onun üz nahiyəsinə bir zərbə vurmuş, həmin zərbə onun ağız və burun nahiyələrinə dəymişdir. Daha sonra ardıcıl olaraq, yumruqla başının sol nahiyəsinə bir zərbə vurmuş, o, bu zərbənin təsirindən yerə yıxılmışdır. Yerə yıxıldıqdan sonra Zərərçəkmiş şəxs ona təpiklə zərbə vurmuş, bu zaman o, sonuncunun ayağından tutaraq qalxmaq istəyərkən Zərərçəkmiş şəxs yenidən başı ilə zərbə endirmək istədiyini görüb başını aşağı əymiş, bu zaman Xəyyamın çənəsi onun başının alın nahiyəsinə dəymişdir. Bundan sonra o, yumruqla Zərərçəkmiş şəxs baş nahiyəsinə bir zərbə vurmuş, bu zərbənin təsirindən sonuncu səndələmişdir. O, yumruqla Zərərçəkmiş şəxs vurarkən sonuncunun üzündən qan axdığını görmüş, çox güman ki, Xəyyam ikinci dəfə başı ilə onu vurmaq istəyərkən başını aşağı əyməsi nəticəsində sonuncunun çənəsi onun alın nahiyəsinə dəyməsi nəticəsində xəsarət alıb qanamışdır. Zərərçəkmiş şəxs vurduğu zərbələr nəticəsində onun baş, burun və ağız nahiyələri də qanamışdır. Dava-dalaş başlayan kimi maşında olan Şahid3, həmçinin sözügedən kafedə olan hazırda xatırlamadığı bir neçə müştəri gəlib onları aralamış və Zərərçəkmiş şəxs götürüb aparmışlar. O, da öz maşınına əyləşərək qaldığı vaqona getmiş, səhhətində hər hansı problem olmadığı üçün həkimə getməmişdir. Daha sonra polis əməkdaşları gələrək baş vermiş hadisə ilə bağlı izahat verməsi üçün onu polis şöbəsinə dəvət etmiş, o, da rayon polis şöbəsinə getmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ifadəsində qeyd olunan hadisənin xx.xx.2024-cü il tarixdə, saat 15 radələrində Laçın rayonunun Qarıkaha kəndi ərazisində Zərərçəkmiş şəxs işlətdiyi kafenin qarşısında baş verdiyini, həmin vaxt kafedə bir neçə şəxsin olduğunu və mübahisə zamanı müəyyən nəlayiq ifadələr işlətdiyini, həmçinin Zərərçəkmiş şəxs kənd sakinlərinin və onun ünvanına təhqiramiz söyüşlər işlətdiyi üçün ondan və kənd sakinlərindən üzr istəməli olduğunu ona dedikdən sonra o, isə “söyüş söymüşəm lap yaxşı etmişəm” kimi ifadələr işlətdiyini də göstərmişdir. Daha sonra o, əməlindən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını bildirərək qeyd edilən və iş üzrə digər yüngülləşdirici halları nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında yaşayır. ünvan 2n həmin dükanın yanında kiçik pivəxana da işlədir. Təqsirləndirilən şəxs həmkəndlisi olmaqla sonuncunu uzun müddət tanımışdır. Əvvəllər Təqsirləndirilən şəxs ilə onun arasında heç bir münaqişə və ya ədavət olmasa da 2024-cü il aprel ayından münasibətləri pozulmuşdur. Belə ki, həmin vaxt günorta saatlarında Musa sərxoş halda onun işlətdiyi dükana gələrək heç bir səbəb olmadan onun ünvanına nalayiq ifadələr işlədərək onunla mübahisə etməyə başlamış, həmin vaxt o, Təqsirləndirilən şəxs söyüşlə danışmaması üçün öz iradını bildirsə də, sonuncu onun iradına məhəl qoymayaraq söyüş söyməyə davam etmişdir. Həmin vaxt ətrafda olan, hazırda xatırlamadığı şəxslər Təqsirləndirilən şəxs dükandan uzaqlaşdıran zaman Musa hamının yanında “bu mağazaya gələn Qarıkaha camaatının hamısının varyoxunu” və sair bu kimi söyüşlər söymüşdür. O, da Təqsirləndirilən şəxs acıqlanaraq ağzına gələni danışmamasını, ümumi kənd camaatının ünvanına söyüş söyməməsini tələb edimiş və buna öz etirazını bildirmişdir. Ətrafdakı şəxslər Təqsirləndirilən şəxs qoluna girib oradan uzaqlaşdırmış, həmin vaxt aralarında hər hansı dava-dalaş baş verməmişdir. Bu hadisədən sonra o, Təqsirləndirilən şəxs görməmişdir. Bir müddət sonra, yəni 20 iyun 2024-cü il tarixdə təxminən saat 15-16 radələrində o, dükanda olan zaman Təqsirləndirilən şəxs öz nəqliyyat vasitəsi ilə dükanın qaşısına gəldiyini görüncə söhbət etmək üçün sonuncuya yaxınlaşmışdır. O, Təqsirləndirilən şəxs bildirmişdir ki, bir müddət öncə Qarıkaha kənd sakinlərinin ünvanına söyüş söydüyünə görə kənd sakinlərindən üzr istəməlidir. Lakin Təqsirləndirilən şəxs əsəbi və gərgin halda “söyüş söymüşəm lap yaxşı etmişəm” deyə cavab vermişdir. Bundan sonra onların arasında mübahisə yaranmış, Musa uca səslə onun ünvanına nəlayiq ifadələr işlətmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs əl-qol atıb dalaşmağa başlamış və yumruqla çənəsinə möhkəm bir zərbə vurmuşdur. Həmin zərbənin təsirindən o, çənəsində möhkəm ağrı hiss etmişdir. Həmin vaxt ətrafda olan, Şahid1, Şahid2 və hazırda xatırlamadığı digər şəxslər araya girərək Təqsirləndirilən şəxs onradan aralamışlar. Bundan sonra o, qardaşı Şahid4 zəng edərək mağazanın qarşısında Təqsirləndirilən şəxs onu yumruqla vurub çənəsini zədələdiyini bildirərək gəlib onu xəstəxanaya aparmasını demişdir. Az sonra Şahid4 öz nəqliyyat vasitəsi ilə gələrək onu xəstəxanaya aparmışdır. Müvafiq müayinədən sonra alt çənə sümüyünün sınması məlum olmuşdur. Bundan sonra o, Bakı şəhərində yerləşən 1 saylı X15 köçürülmüş, orada cərrahi əməliyyat olunmuşdur. Bundan başqa Zərərçəkmiş şəxs ifadəsində 2024-cü ilin aprel ayında Təqsirləndirilən şəxs onun işlətdiyi dükana gələrək onun və kənd camaatının ünvanına qarşı təhqiramiz söyüşlər söydüyünü, xx.xx.2024-cü il tarixdə də baş vermiş dava-dalaşa səbəbin həmin söyüşün olduğunu, yəni o, Təqsirləndirilən şəxs kənd sakinlərindən üzr istəməli olduğunu dedikdən sonra sonuncunun “söymüşəm yaxşı eləmişəm” kimi ifadələr işlətdiyini və əlavə olaraq ətrafdakı şəxslərin qarşısında uca səslə ünvanına söyüşlər söydüyünü, o, buna dair cavab qaytaranda Musa əl-qol atıb onu döyməyə başladığını, bu zaman yumruqla çənəsinə möhkəm bir zərbə vurub çənəsini zədələdiyini, həmin dava-dalaş zamanı onun Musaya qarşı heç bir fiziki zor tətbiq etmədiyini, onu əl və baş zərbələri ilə döymədiyini, sonuncunun bu barədə ifadəsində göstərdiklərinin tamamilə yalan olduğunu, əksinə Musanın onu döyüb xəsarət yetirdiyini, yalnız sonuncunun zərbələrindən qorunmaq üçün onu tutmağa çalışdığını, ola bilər ki, həmin vaxt onun əli Təqsirləndirilən şəxs hər hansı nahiyəsinə dəydiyini, lakin Təqsirləndirilən şəxs qəsdlə hər hansı zərbə vurmadığını, həmin hadisənin Qarıkaha kəndində işlətdiyi dükanın qarşısında, yəni ictimai yerdə baş verdiyini, həmin vaxt ətrafda çoxsaylı adamların olduğunu, bu hadisənin həmin şəxslərin gözü qarşısında baş verdiyini göstərmişdir. Bundan əlavə o, məhkəməyə ərizəsini təqdim edərək bildirmişdir ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmiş, o, Təqsirləndirilən şəxs ilə barışmış və onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında yaşayır. "xxxx" MMC-də mühafizəçi işləyir. 20 iyun 2024-cü il tarixdə saat 15 radələrində yaşadığı Laçın rayonu Qarıkaha kəndi ərazisində küçədə olan zaman davaya bənzər səs-küy eşidib ətrafa baxan zaman əvvəlcədən tanıdığı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs adlı şəxsin səs-küylü şəkildə münaqişə etdiklərini, bir-birləri ilə yaxalaşıb itələşdiklərini görüb adıkeçən şəxslərə yaxınlaşarkən onların dalaşdıqlarını görüb tez onların arasına girərək aralamağa çalışmışdır. Bu zaman Təqsirləndirilən şəxs yumruq zərbəsi ilə Zərərçəkmiş şəxs üz nahiyyəsinə bir zərbə vurmuşdur. Orada olan hazırda adlarını xatırlamadığı başqa şəxslər ilə birlikdə araya girib dava-dalaşın daha da böyüməsinin qarşısını almışdır. O, Zərərçəkmiş şəxs kənara çəkmişdir. Ətrafdakı şəxslərin köməkliyi ilə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs aralaşdırdıqdan sonra o, Xəyyamın ağız nahiyəsindən qan gəldiyini görmüş, həmin vaxt sonuncu dəsmalı su ilə isladıb ağız nahiyəsinə tutmuşdur. Bir müddət sonra Təqsirləndirilən şəxs oradan getmişdir. Artıq hər hansı dava-dalaş olmadığını görüb o, da həmin yerdən uzaqlaşaraq öz işlərinin arxasınca getmiş, bundan sonra baş verənlərdən heç bir məlumatı olmamışdır. Bundan başqa Şahid1 qeyd olunan hadisənin Laçın rayonunun Qarıkaha kəndində Zərərçəkmiş şəxs işlətdiyi kafenin qarşısında baş verdiyini, qeyd olunan şəxslərin hansı səbəbdən mübahisə edib dalaşdıqlarını bilmədiyini, kənardan dava-dalaş səsini eşidib köməyə gəldiyini, orada olduğu vaxt Xəyyamın Musanı vurmasını görmədiyini, qeyd olunan hadisənin 10 dəqiqədən artıq davam etdiyini, həmin vaxt ətrafda tanımadığı çoxsaylı şəxslərin olduğunu göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Mingəçevir şəhər sakini olsa da, 2022-ci ildən Laçın rayonunda fəaliyyət göstərən "xxxx" MMC-də işə qəbul olunmaqla həmin tarixdən Laçın şəhərində yaşamışdır. 20 iyun 2024-cü il tarixdə Laçın rayonun Qarıkaha kəndi ərazisində tanımadığı şəxsə məxsus vaqona təhlükəsizlik kamerası quraşdırılması işini icra edərkən saat 15 radələrində çöldən dalaşmağa xarakterik yüksək səs-küy gəldiyini eşidərək nə baş verdiyini öyrənmək üçün vaqondan çölə çıxmışdır. Bu zaman təxminən 50-60 metr aralıda, Zərərçəkmiş şəxs kafe kimi işlətdiyi vaqonun qarşısında sonuncu ilə Təqsirləndirilən şəxs dalaşdıqlarını, bir neçə şəxsin isə onların arasına girib dalaşmalarının qarşısını almağa çalışdıqlarını görmüşdür. Bundan sonra o, da qaçaraq hadisə yerinə gəlib Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasına girib dalaşmalarının qarşısını almağa çalışmışdır. Bu zaman Təqsirləndirilən şəxs əl-qol atıb Zərərçəkmiş şəxs vurmuşdur. Həmin vaxt orada Şahid1 adlı tanışı və tanımadığı bir neçə şəxs də olmuşdur. Onunla yanaşı Şahid1 da araya girib dava-dalaşın qarşısını almağa çalışmış, lakin gücləri çatmadığı üçün həmin şəxsləri aralıya bilməmiş, digər şəxslərin köməkliyi ilə zorla Musanı kənara çəkə bilmişlər. Bundan sonra o, Zərərçəkmiş şəxs qolundan tutaraq kənara aparmış, bu zaman Xəyyamın ağızından qan gəldiyini və çənəsinin zədələndiyini görmüşdür. Onlar dalaşan şəxsləri araladıqdan sonra Təqsirləndirilən şəxs hazırda xatırlamadığı nəqliyyat vasitəsinə əyləşərək idarə edib həmin yerdən uzaqlaşmışdır. Az sonra isə Zərərçəkmiş şəxs qardaşı Şahid4 hadisə yerinə gələrək qardaşını xəstəxanaya aparmışdır. Bundan sonra o, da öz işlədiyi yerə qayıtmışdır. Bundan başqa Şahid2 ifadəsində qeyd olunan hadisənin təxminən 10-15 dəqiqə ərzində davam etdiyini, ətrafda yaşayan, kafedə istirahət edən və işləyən şəxslərin bu səs-küyə hadisə yerinə toplaşdığını, lakin o, yerli sakin olmadığından toplaşan şəxsləri tanımadığını, hadisə zamanı Təqsirləndirilən şəxs Xəyyamı vurduğunu görsə də, Xəyyamın Musanı vurmasını görmədiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, "xxxx" ASC-də sürücü işləyir. 20 iyun 2024-cü il tarixdə işdə olduğu vaxt, yəni saat 15 radələrində qardaşı Zərərçəkmiş şəxs ona zəng edərək Təqsirləndirilən şəxs Qarıkaha kəndindəki kafelərinin qarşısına gəlib onunla dalaşdığını, bu zaman ünvanına söyüşlər söyüb yumruqla çənə nahiyəsinə möhkəm bir yumruq zərbəsi vurub çənəsini sındırdığını bildirib təcili gəlib onu həkimə aparmasını demişdir. Bundan sonra o, təcili olaraq hadisə yerinə getmiş, bu zaman qardaşı Zərərçəkmiş şəxs əli ilə çənəsini tutduğunu, ağzından isə qan axdığını görmüşdür. Xəyyamın çənəsi əllə tutulmadıqda aşağı sallandığını görüncə o, da sonuncunun çənəsinin sınmasına əmin olmuşdur. O, Xəyyamı dərhal öz nəqliyyat vasitəsinə əyləşdirərək ilk öncə Laçın şəhərində olan modul tipli xəstəxanaya, daha sonra isə Xankəndi şəhər xəstəxanasına aparmışdır. Müvafiq müayinələrdən sonra Xəyyamın alt çənə sümüyünün sınması təsdiq olunmuşdur. Bundan sonra Xəyyam Bakı şəhərində yerləşən 1 saylı X15 köçürülmüş, orada cərrahi əməliyyat olunmuşdur. Bundan əlavə Şahid4 ifadəsində hadisə yerinə gələn zaman qardaşı Zərərçəkmiş şəxs çənəsinin sındığını görəndə həyəcanlandığını, bu səbəbdən ətrafa toplaşan şəxslərin kim olmasına diqqət etmədiyini lakin sonradan eşitdiyinə görə tanışları Şahid1, Şahid2 və qeyriləri araya girərək dava-dalaşın daha da böyüməsinin qarşısını adıqlarını göstərmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdən ailə üzvləri ilə birlikdə ünvan 5 ünvanında yaşayır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs əvvəldən tanıyır. O, Laçın rayonu ərazisində boş-bekar olduğundan arı saxlamaq qərarına gəlmiş, bu məqsədlə arı təsərrüfatı ilə məşğul olan Təqsirləndirilən şəxs ilə əlaqə saxlayaraq arı satıbsatmadığını soruşduqda, sonuncu ona damazlıq arı sata biləcəyini deyərək arıya baxmaq üçün Qarıkaha kəndi ərazisində görüşmələrini təklif etmişdir. Bundan sonra o, 20 iyun 2024-cü il tarixdə saat 15 radələrində Laçın rayonunun Qarıkaha kəndində Zərərçəkmiş şəxs işlətdiyi kafenin yaxınlığında olan zaman Təqsirləndirilən şəxs öz nəqliyyat vasitəsi ilə yol kənarında dayandığını təsadüfən görmüş, həmin vaxt o, sonuncu ilə salamlaşıb almaq istədiyi arıya indi baxmasını təklif etmiş, Musa da onunla razılaşaraq maşına əyləşməyini demişdir. Onlar birlikdə maşına əyləşərkən Zərərçəkmiş şəxs ora gəlmiş, bu zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə söhbət edib gələcəyini, onu maşında gözləməsini deyərək maşından yerə düşmüşdür. Musa ilə Xəyyam maşından bir qədər kənarda söhbətləşmişlər. O, həmin şəxslərin nə barədə danışdıqlarını eşitməmişdir. Təxminən 10 dəqiqə maşında gözləməsinə baxmayaraq Təqsirləndirilən şəxs gəlmədiyini görüb maşından düşərək qeyd edilən şəxslərə tərəf gedəndə Zərərçəkmiş şəxs üzündə qan olduğunu, Təqsirləndirilən şəxs isə üz nahiyyəsinin qızardığını, ətrafda isə çox sayda adamın toplaşdığını görmüşdür. Vəziyyətdən belə başa düşmüdür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs dalaşmış, ətrafdakı şəxslər isə araya girib onları aralamışdır. Həmin vaxt Zərərçəkmiş şəxs çənəsi salandığından sonuncunun çənəsinin sındığını başa düşmüşdür. Yaşlı adam olduğundan eşitməsində problemlər olmuş, bu səbəbdən davadalaş zamanı yaranmış səs-küyü eşitməmişdir. O, bir ağsaqqal kimi adı keçən şəxsləri dalaşdıqları üçün tənbeh etmişdir. Hadisə zamanı ətrafda çoxsaylı insanlar olsa da, oradakı şəxslərə diqqət etməmiş, bu səbəbdən hadisə yerində kimlərin olmasını xatırlamır. Ara sakitləşdikdən sonra Təqsirləndirilən şəxs öz maşınına minərək oradan uzaqlaşmış, o isə həmin yerdə qalmışdır. Musa gedəndən sonra Zərərçəkmiş şəxs da işlətdiyi kafeyə getmişdir. Bundan başqa Şahid3 ifadəsində qeyd edilən hadisənin saat 15 radələrində Laçın rayonu Qarıkaha kəndi ərazisində Zərərçəkmiş şəxs işlətdiyi kafenin qarşısında baş verdiyini, hadisə zamanı Musanın nəqliyyat vasitəsində olduğuna görə hadisələrin necə baş verməsini görmədiyini, yalnız ətrafdakı şəxslərin Musa ilə Xəyyamı araladıqdan sonra hadisə yerinə gəldiyini və yalnız Xəyyamın çənəsinin sınmasını gördüyünü, sonradan aldığı məlumata görə həmin xəsarəti Təqsirləndirilən şəxs yetirdiyini göstərmişdir. Bundan başqa, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 397 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşağıdakı xəsarət aşkar edilmişdir. Alt çənənin sınığı, üzün yumşaq toxumalarının əzilməsi, baş-beyin silkələnməsi - küt əşyanın təsirindən törənmişdir, kənar şəxs tərəfindən yumruqla vurulma nəticəsində əmələ gələ bilərdi. Xəsarətin yetirilmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Laçın rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli, 18-1-57/2-233/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs alkoqolizmlə bağlı müalicə olunmayıb, konsultativ poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetində dispanser qeydiyyatına alınmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası QMKİ üzrə Dövlət Komitəsinin Bərdə rayonu üzrə bölməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan və şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvlərihəyat yoldaşı 1974-cü il təvəllüdlü X3, övladları-2002-ci il təvəllüdlü X6, 2005-ci il təvəllüdlü X7, 2007-ci il təvəllüdlü X11 və gəlini X8 ilə birlikdə Bərdə rayonu Meşəçilik qəsəbəsində müvəqqəti məskunlaşmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Laçın rayonundan olan məcburi köçkündür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş iş üzrə Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmiş, o, Təqsirləndirilən şəxs ilə barışmış və onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 27 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində özünümüdafiə kimi göstərdikləri xüsusatların sübut növü kimi qəbul edilməməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.1-ci maddələri ilə elan edilmiş ittihamın dəyişdirilmədən qüvvəsində saxlanılması və barəsində seçilmiş həbs qətimkan tədbirinin nəzərə alınması, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Zərərçəkmiş şəxs əməlində cinayət tərkibi olmadığından sonuncunun barəsində cinayət təqibinin başlanmasının Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, Zərərçəkmiş şəxs qismində tanınmasının nəzərə alınması, cinayət işi üzrə təqsirləndirilən şəxsin özünümüdafiə kimi qiymətləndirilməyən ifadələrinin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, ekspert rəylərinin, istintaq hərəkəti protokollarının, həmçinin cinayət işinə əlavə edilmiş digər sənədlərin sübut növü kimi qiymətləndirilməsi, cinayət işinin başlanması rədd edilmiş xüsusatlarla bağlı materialların ayrılaraq Laçın RPŞnin arxivində saxlanılması, qərar barədə maraqlı şəxslərə məlumatın verilməsi və qəbul edilmiş qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. Bundan əlavə məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlillər də araşdırılmışdır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.1-ci maddəsi üzrə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək hadisə vaxtı Zərərçəkmiş şəxs baş nahiyəsinə yumruqla vurduğunu etiraf etsə də, lakin sonuncunun çənə nahiyəsinə vurmadığını, ümumiyyətlə dava-dalaşın Zərərçəkmiş şəxs başladığını, ona baş və əl zərbələri vurub döydüyünü, bu zaman özünü müdafiə etmək üçün başını aşağı əyərkən təsadüfən başının Xəyyamın çənəsinə dəydiyini, yəni bu xəsarəti qəsdən yetirmədiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi bu xüsusatlar araşdırılmış və yuxarıda şərh olunan toplanmış sübutlar, həmçinin işin faktiki halları ilə tam təkzib edilmişdir. Çünki, iş üzrə toplanmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, dava-dalaşı Zərərçəkmiş şəxs başlamamış, Təqsirləndirilən şəxs baş və əl zərbələri vurmamış, əksinə Təqsirləndirilən şəxs uca səslə nəlayiq ifadələr işlədərək mübahisə yaratmış, daha sonra isə Zərərçəkmiş şəxs fiziki zor tətbiq edib dalaşmış, bu zaman sonuncunun çənə nahiyəsinə qəsdən bir yumruq zərbəsi vuraraq alt çənəsini sındırmış, yəni zərərçəkmişin sağlamlığına az ağır zərər vurmuşdur. Buna görə də Təqsirləndirilən şəxs bu barədə ifadəsində göstərdiyi xüsusatlar işin obyektiv hallarına uyğun gəlmədiyi üçün özünümüdafiə kimi qiymətləndirilməklə sübut növü kimi qəbul edilməməlidir. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.1-ci maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.1-ci maddələri ilə tövsif olunmalı, o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş müvafiq cəza ilə cəzalanmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə sadalanan qanunvericilik normalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlikəlilik dərəcəsini, təqsirləndirilənlərin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə xüsusi ilə vurğulayır ki, qanuni, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərir, onun, həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarşısını alır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sayəsində mühüm vasitədir. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti qismən etiraf edib əməlindən səmimi peşman olduğunu, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, həmçinin himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, məcburi köçkün olmasını və məhkumluğunun olmamasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinin tələblərinə əsasən işdə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş işdə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cinayəti qismən etiraf edib əməlindən səmimi peşman olduğunu, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, həmçinin himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, məcburi köçkün olmasını və məhkumluğunun olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almaqla onu xarakterizə edən halları tədqiq edərək, bundan başqa işin konkret hallarını, törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini də nəzərə alaraq onun islah olunması üçün təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən nisbətən az ciddi cəza növünün, yəni azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini daha məqsədəmüvafiq hesab edir. Bununla yanaşı məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinin tələblərinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, ibtidai istintaq dövründə Laçın Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilərək həbsetmənin əvvəlinin xx.xx.2024-cü il tarixdən saat 18:45-dən hesablanması qərara alınmış və Təqsirləndirilən şəxs ümumilikdə hal-hazıradək 04 (dörd) ay 25 (iyirmi beş) gün müddətinə həbsdə olmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə olduğu ümumilikdə 04 (dörd) ay 25 (iyirmi beş) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bundan əlavə məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunu tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, həmçinin kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələrinin qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Cəzanın müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrası onun yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri ləğv edilməli, o, məhkəmə iclas zalından dərhal həbsdən azad olunmalı, onun barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilməli və barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan bu cəza növləri cəzanın əsas məqsədini təmin edir. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci, maddi ziyan, üzərinə həbs qoyulmuş əmlak və xüsusi müsadirə yoxdur. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı və 381-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay, Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 02 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq və məhkəmə istintaqı dövründə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 04 (dörd) ay, 25 (iyirmi beş) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunu tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, həmçinin kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəzanın müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bərdə rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri ləğv edilsin o, məhkəmə iclas zalından dərhal həbsdən azad olunsun, onun barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci, maddi ziyan, üzərinə həbs qoyulmuş əmlak və xüsusi müsadirə yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Laçın Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) gün başa çatdıqdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar