Azərbaycan Respublikası adından HÖKM Laçın rayonu İş № 1(047)-18/2024 24.12.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Ağcabədi şəhərində 24 dekabr 2024-cü il tarixdə Laçın Rayon Məhkəməsinin inzibati binasında, xx.xx.1994-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işsiz, əvvəllər törətdiyi dələduzluq əməlinə görə Sumqayıt ŞPİ tərəfindən barəsində cinayət təqibi aparılmış və xx.xx.2023-cü il tarixli qərarla Azərbaycan Respublikası CPM-in 40.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, hazırda məhkumluğu olmayan, ünvan 1 ünvanında pasport qeydiyyatda olmaqla ünvan 2nda yaşayan və barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Aparılmış ibtidai istintaqla müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan psixotrop maddə olan metamfetamini xeyli miqdarda əldə etmiş, üzərində saxlamış və daşımışdır. Belə ki, o, 2024-cü ilin may ayının əvvəllərində, yaşadığı Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində piyada gəzərkən yaşadığı evin yaxınlığında yol kənarında boş ərazidən istintaqla müəyyən edilməyən yerdə və müddət ərzində kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini tapıb qanunsuz əldə etdikdən sonra həmin psixotrop maddəni satış məqsədi olmadan qəsdən üzərindəki paltarın cibinə qoymaqla daşıyıb saxlamış, növbəti gün həmin psixotrop maddədən bir dəfə cüzi miqdarda istifadə etdikdən sonra qalanını yenidən şəffaf sellofana büküb üzərində saxlayaraq daşıyarkən xx.xx.2024-cü il tarixdə Laçın RPŞ-də istintaq edilən cinayət işi üzrə barəsində “məcburi gətirilmə” haqqında qəbul edilmiş qərarın icrası ilə əlaqədar həmin polis şöbəsinin müvafiq əməkdaşları tərəfindən Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində saxlanılaraq məcburi qaydada Laçın RPŞ-nin Ağcabədi rayonu Taxtakörpü qəsəbəsi 21 ailəlik yaşayış massivi ərazisində yerləşən inzibati binasına gətirilərkən həm yolboyu, həm də polis şöbəsində olduğu müddətdə özünü həddindən artıq həyəcanlı və şübhəli aparması səbəbindən, yəni davranışlarından qanunsuz olaraq narkotik vasitələri üzərində saxlamasında və istifadə etməsində şübhəli bilinərək həmin gün 10:30-da qanunamüvafiq qaydada şübhəli şəxs qismində saxlanıb üzərinə şəxsi axtarış aparılarkən sol ayağındakı corabın içindən Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli qanununda göstərilən və xeyli miqdar sayılan miqdarda, yəni təmiz çəkisi 1.435 (bir min dörd yüz otuz beş) qram olan, qeyd olunan psixotrop maddə, yəni metamfetamin aşkar edilmiş, bu hərəkəti ilə satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Bununla da, ibtidai istintaq orqanının gəldiyi nəticəyə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhərində yaşamaqla, rəsmi olaraq heç yerdə işləmir. 2024-cü ilin may ayının təxminən 10-dan etibarən psixotrop maddə olan metamfetamindən istifadə etməyə başlamışdır. Belə ki, həmin vaxt yaşadığı Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində piyada gəzərkən yol kənarında yerdə şəffaf rəngli sellofana bükülmüş vəziyyətdə bir büküm olduğunu görüb onun nə olduğunu müəyyən etmək üçün sellofanı götürüb açarkən içərisində kristal formada psixotrop maddə olan metamfetamin olduğunu görmüş, həmin psixotrop maddəni istifadə etmək üçün götürərək özü ilə gəzdirmişdir. O, uzun müddət öncə narkotik vasitə istifadə etdiyinə görə bu sahədən məlumatlı şəxs olmuşdur. Həmin vaxt tapdığı psixotrop maddə olan metamfetaminin dəqiq çəkisini bilməmişdir. Bir-iki gün sonra həmin psixotrop maddədən cüzi miqdarda istifadə etmiş, qalanı isə cibində qalmışdır. 16 may 2024cü il tarixdə Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində küçədə olan zaman iki nəfər tanımadığı şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib xidməti vəsiqələrini göstərməklə oğurluqda şübhəli bilinməsi barədə məlumat vermiş və onu həmin xüsusat üzrə dindirilməsi üçün Laçın rayon polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt üzərində psixotrop maddə olan metamfetamin olduğundan həyəcanlanmış və ilk öncə bununla bağlı saxlandığını, hansısa oğurluq məsələsinin bir bəhanə olduğunu zənn etmiş, bu səbəbdən polis əməkdaşları ilə getmək istəməmiş, lakin polis əməkdaşları barəsində məcburi gətirmə haqqında qərarın qəbul edildiyini bildirib onu Ağcabədi rayonunun Taxta-körpü qəsəbəsində yerləşən Laçın rayon polis şöbəsinin inzibati binasına məcburi gətirmişlər. Yolda olarkən üzərindəki psixotrop maddəni atmaq istəsə də polis əməkdaşları yanında oturub yolboyu ona nəzarət etdiyindən buna macal tapmamışdır. Yolboyu, habelə Laçın rayon polis şöbəsinə gətirildikdən sonra orada olduğu müddətdə özünü həyəcanlı, şübhəli apardığına görə polis əməkdaşları onun üzərinə baxış keçirmək qərarına gəlmişlər. Polis əməkdaşları onun narkotik istifadəçisi olub olmaması, üzərində hər hansı narkotik maddə olub olmamasını soruşumuş, lakin o, soruşduqlarını inkar etmişdir. Onun hərəkətlərindən polis əməkdaşları üzərində narkotik vasitə saxlamasından şübhələnmişlər. Buna görə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilməsi zərurətinin olduğunu bildirmişlər. Budan sonra ona hüquq və vəzifələri izah edilməklə bu barədə bildiriş verilmiş, müdafiəçi siyahısı təqdim edilmiş, müdafiəçini seçdikdən sonra seçilmiş müdafiəçi şöbəyə gəlmişdir. Daha sonra müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı artıq hər hansı halın gizlədilməsinin mənasız olduğunu, onsuz da üzərindəki metanfetminin aşkar ediləcəyini başa düşüb, könüllü şəkildə üzərində, yəni sol ayağındakı corabın içərisində saxladığı sellofona bükülmüş halda kristal formada psixotrop maddə olan metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Bundan əlavə polis əməkdaşları onun üzərinə baxış keçirərkən başqa hər hansı digər narkotik vasitə aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş sellofana bükülü vəziyyətdə psixotrop maddə olan metamfetamin sellofandan çıxarıldıqdan sonra onun iştirakı ilə elektron tərəzidə ölçülmüş ümumi çəkisinin 1.50 qram olduğu müəyyən olunmüşdür. Bundan sonra psixotrop maddə kağız zərfə qablaşdırılıb möhürlənmiş, video çəkilişdə iştirak edən şəxslər tərəfindən imzalanaraq müstəntiq Şahid1 tərəfindən götürülmüşdür. Şəxsi axtarış qurtararaq video çəkiliş dayandırılıb protokol tərtib edilmiş və o, həmin protokolla tanış olaraq orada yazılanlarla razılaşıb imzalamışdır. Bundan sonra polis şöbəsinə gətirilmə səbəbi üzrə ifadə vermişdir. Polis şöbəsində Nəriman Nəcəfquliyevin ona göndərdiyi 800 (səkkiz yüz) manat məbləğində pulun Namid Həsənov adlı hərbi qulluqçuya aid kart hesabından ona göndərilməsi barədə məlumat aldıqdan sonra bu barədə bildiklərini izah etmişdir. Bütün bunlardan savayı Təqsirləndirilən şəxs ifadəsində qeyd olunan metamfetamini tapdıqdan sonra bu barədə hər hansı şəxsə məlumat vermədiyini, həmin psixotrop maddədən heç kəsə təklif etmədiyini, satmadığını və ya bağışlamadığını, qeyd olunan vaxt yanında heç kəsin olmadığını, psixotrop maddəni tapdıqdan sonra istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini, daha sonra isə X3 şikayəti üzrə Laçın RPŞ-də aparılan araşdırma üzrə plois şöbəsinə dəvət edilərkən üzərindən aşkar edildilib götürüldüyünü, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı zor tətbiq olunmadığını göstərmişdir. Bundan başqa o, əməlindən səmimi peşmançılıq çəkdiyini bildirib ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri və işin digər halları ilə kifayət qədər sübuta yetmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, o, 2016-cı il tarixdən X4, 2022-ci ildən hal-hazıradək isə Laçın RPŞ-nin İQ-nin müstəntiqi vəzifəsində işləyir. İcraatında olan ********* nömrəli cinayət işi üzrə dindirilməli olan Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs çağırışlardan boyun qaçırdığından onun barəsində 15 may 2024-cü il tarixdə məcburi gətirmə barədə qərar qəbul edib icraya yönəltmişdir. 16 may 2024-cü il tarixdə səhər saatlarında Laçın RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid3 və əməliyyat işləri üzrə rəis müavini Faiq Salahov tərəfindən Təqsirləndirilən şəxs məcburi qaydada Laçın RPŞ-nin inzibati binasına gətirilmişdir. Şahid3 Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilərkən yolda, habelə polis şöbəsinin inzibati binasında özünü şübhəli aparmasını müəyyən edib sonuncunun üzərində hər hansı qanunsuz maddə gəzdirməsi ehtimalının olması barədə raportla rayon polis şöbəsinin rəhbərliyinə müraciət etmişdir. Həmin raport törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabında qeydiyyata alınaraq icrası ona həvalə olunmuş, bundan sonra o, Laçın rayon polis şöbəsinin inzibati binasında növbətçi hissədə Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edərək hüquqlarının müdafiəsinin təmin olunması üçün vəkil təqdim etdikdən sonra videoçəkilişlə üzərində şəxsi axtarış keçiriləcəyini izah etmiş, Təqsirləndirilən şəxs isə buna etiraz etməmişdir. Şəxsi axtarış həyata keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərindəki əşyaları təqdim etməsi təklif edildikdə sonuncu könüllü olaraq sol ayağındakı corabın içindən bir ədəd polietilen kəsiyi bükümünü çıxarıb masanın üzərinə qoyub həmin bükümün içərisində narkotik maddə olan metamfetamin olduğunu bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs üzərində hər hansı başqa qanunsuz predmet olub-olmamasını soruşaraq üzərindəki digər əşyaları da təqdim etməsini təklif etmiş, sonuncu əynində olan qolsuz gödəkçəsinin sol yan cibindən bir ədəd mobil telefon, cins şalvarının sol yan cibindən iki ədəd plastik kart, şalvarın sağ yan cibindən isə iki ədəd açar çıxarıb masanın üzərinə qoyub üzərində başqa hər hansı başqa əşya olmadığını bildirmişdir. Daha sonra o, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümü qayçı ilə kəsib içərisinə baxan zaman spesifik qoxusu olan ağ rəngli toz halında kütlənin olmasını müəyyən etmiş, həmin bükümü elektron tərəzidə çəkdikdə qablaşma ilə birlikdə 1.50 qram olduğu müşahidə olunmuşdur. Bundan sonra həmin istintaq hərəkətində iştirak edən, Laçın RPŞ-nin CAB-ın əməliyyat müvəkkili polis leytenantı Şahid3 və Laçın RPŞ-nin İTB-nin sahə rəisi polis leytenantı Şahid2 Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmiş, lakin onun üzərindən hər hansı bir əşya aşkar olunmamışdır. O, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümü şəxsi axtarışda iştirak edən şəxslərin adları və imzaları qeyd edilmiş bir ədəd zərfin içərisinə qoyaraq möhürləyib qablaşdırmaqla götürmüş və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş digər əşyalar sübut əhəmiyyəti kəsb etmədiyindən onun özünə qaytarılmışdır. Daha sonra məhkəmə-kimyəvi ekspertiza təyin edilməsi barədə qərar qəbul edərək sözügedən zərfi müvafiq ekspertiza mərkəzinə göndərmişdir. Müvafiq rəy Laçın RPŞ-yə daxil olduqda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin təmiz çəkisi 1.435 qram olan psixotrop maddə metamfetamin olduğu müəyyən edildikdən sonra cinayət işinin sonrakı araşdırmasının digər müstəntiqə həvalə olunması barədə raportla RPŞ-yə müraciət etmişdir. Bundan əlavə Şahid1 ifadəsində şəxsi axtarış zamanı, həmçinin dindirilərkən Təqsirləndirilən şəxs narkotik maddə istifadəçisi olduğunu və daşıdığını səmimi şəkildə etiraf etdiyini, lakin heç bir şəxsə narkotik maddə satmadığını və bu kimi niyyətinin olmadığını, üzərindən aşkar olunan psixotrop maddəni Sumqayıt şəhərində yaşadığı ərazidə yerdən tapdığını və şəxsi istifadəsi üçün gəzdirdiyini, rayon polis şöbəsində olarkən sonuncuya qarşı hər hansı fiziki zor tətbiq edilmədiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Laçın RPŞ-də İTB-nin sahə rəisi vəzifəsində işləyən Şahid2 da Şahid1la eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları olduğu kimi bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Laçın RPŞ-də CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid3 ifadəsində göstərmişdir ki, o, 2017-ci il tarixdən X4, 2022-ci il tarixdən isə tutduğu vəzifədə işləyir. Laçın RPŞ-nin istintaq qrupunda istintaq olunan cinayət işi üzrə Təqsirləndirilən şəxs məcburi gətirməsi barədə qəbul olunmuş qərarın icrası ilə əlaqədar Laçın RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı X6 ilə birlikdə 15 may 2024-cü il tarixdə Sumqayıt şəhərinə ezam olunmuşlar. Əvvəldən əldə olunmuş məlumat əsasında 16 may 2024-cü il tarixdə Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində, küçədə Təqsirləndirilən şəxs yerini müəyyən edib saat 03:25-də sonuncuya yaxınlaşıb ilk öncə özlərini və xidməti vəsiqələrini adıkeçən şəxsə təqdim etməklə oğurluqda şübhəli bilinməsi səbəbindən onlarla Laçın rayon polis şöbəsinin inzibati binasına gəlməli olduğunu bildirib ilkin olaraq bunu həmin şəxsə təklif etmişlər. Onlar Teymura yaxınlaşan andan sonuncu özünü çox həyəcanlı və stresli aparmağa başlamış, onlarla birlikdə Laçın RPŞ-yə getməsini təklif etdikdə, Təqsirləndirilən şəxs bundan imtina etmiş və onlar Təqsirləndirilən şəxs barəsində sonuncuya məcburi gətirilmə adlı qərar qəbul edildiyini bildirməklə həmin qərarı ona göstərmişlər. Bu vaxt Teymurun həyəcanının daha da artdığını və onlarla getmək istəmədiyini görüb onun qaçmaq niyyətinə düşməsindən şübhələndikləri üçün vaxt itirmədən onun qollarını qandallayaraq məcburi formada avtomobilə əyləşdirib Laçın rayon polis şöbəsinin Ağcabədi rayon Taxta-körpü 21 saylı qəsəbə ərazisində yerləşən inzibati binasına gətirmişlər. Yolboyu Təqsirləndirilən şəxs həyəcanının getdikcə daha da artdığını, ayaqlarını durmadan silkələdiyini müşahidə etmiş, Teymur onlara əminliklə heç bir oğurluq əməli törətmədiyini dedikdən sonra o, Teymurun oğurluq barədə narahat olmadığını anlamış və buna görə də sonuncunun üzərində hansısa qanunsuz maddə olduğundan şübhələnmişdir. Elə bu səbəbdən Teymuru yolboyu nəzarətdə saxlamış və Laçın rayon polis şöbəsinin inzibati binasına gəldikdə bu şübhələri barədə Teymura məlumat vermişlər. Bu zaman Təqsirləndirilən şəxs həyəcanı daha da artmış və onlara heç bir cavab verməmiş, bu səbəbdən Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik maddə gəzdirməsi ehtimalının yoxlanılması üçün raportla rayon polis şöbəsinə müraciət etmişdir. Bundan sonra müstəntiq Şahid1 tərəfindən polis şöbəsində Təqsirləndirilən şəxs hüquqularının müdafiəsi üçün vəkil təqdim edilərək videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçiriləcəyi izah olunduqdan sonra Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindəki əşyaları təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq sol ayağındakı corabın içindən bir ədəd büküm çıxarıb masanın üzərinə qoyaraq həmin bükümün içərisində narkotik maddə olan metamfetamin olduğunu demişdir. Bundan sonra müstəntiq Şahid1 Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz predmet olub-olmamasını soruşaraq üzərindəki digər əşyaları da təqdim etməsini təklif etdiyindən Təqsirləndirilən şəxs əynində olan qolsuz gödəkcəsinin sol cibindən bir ədəd mobil telefon, cins şalvarının sol cibindən iki ədəd plastik kart, şalvarın sağ cibindən isə iki ədəd açar çıxarıb otaqda olan stolun üzərinə qoymaqla üzərində başqa hər hansı bir əşya olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd büküm müstəntiq Şahid1 tərəfindən qayçı ilə kəsilib içərisinə baxılan zaman xüsusi qoxusu olan ağ rəngli toz halında kütlənin olması müəyyən edilmiş, həmin büküm müstəntiq tərəfindən elektron tərəzidə çəkildikdə çəkisinin qablaşma ilə birlikdə 1.50 qram olması müşahidə edilmişdir. Bundan sonra o, şəxsi axtarış istintaq hərəkətində iştirak edən, Laçın RPŞ-nin İTB-nin sahə rəisi polis leytenantı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmiş, lakin sonuncunun üzərindən hər hansı bir əşya aşkar etməmişdir. Daha sonra Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd büküm müstəntiq tərəfindən şəxsi axtarışda iştirak edən şəxslərin adları və imzaları qeyd edilmiş bir ədəd zərfin içərisinə qoyularaq möhürlənib qablaşdırılmaqla götürülmüş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş digər əşyalar sübut əhəmiyyəti kəsb etmədiyindən sonuncunun özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs şifahi olaraq heç bir şəxsə narkotik maddə satmadığını, üzərindən aşkar olunan psixotrop maddəni Sumqayıt şəhərində yaşadığı ərazidə yerdən tapdığını demişdir. Bundan əlavə Şahid3 ifadəsində Təqsirləndirilən şəxs olduğu yeri müəyyən edib ona yaxınlaşdıqda sonuncunun tək olduğunu, onu rayon polis şöbəsinə gətirmək istəyərkən sonuncu ilk öncə gəlməkdən yayınmaq istədiyindən məcburi qaydada onun qoluna qandal taxıb avtomobilə əyləşdirdiklərini, lakin sonrakı müddətdə Təqsirləndirilən şəxs onlara qarşı heç bir formada etiraz etmədiyini, bu səbəbdən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki güc tətbiq olunmadığını göstərmişdir. Bundan başqa, iş materiallarına əlavə olunmuş 16 may 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması” haqqında protokol və həmin protokola əlavə edilmiş videoçəkiliş diskindən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs sol ayağındakı qara rəngli corabın içərisindən 01 ədəd şəffaf rəngli bükümdə, ümumi çəkisi 1.50 qram olan psixotrop maddə - metamfetamin olması ehtimal edilən maddə aşkar edilərək müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarına əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-18/508 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 1,435 qram olan maddə kustar üsulla hazırlanmış, psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (xx.xx.2023-cü il tarixli dəyişikliklə) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir. İş materiallarına əlavə olunmuş məhkəmə narkoloji-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 1297 saylı rəyindən görünür ki, narkoloji-tibbi müayinədən keçmiş Quluyev Teymur Rasim oğlu psixotrop maddələrdən istifadə edir, psixotrop maddə olan metamfetamindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər Narkoloji Dispanserin xx.xx.2024-cü il tarixli, 4307 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2023-cü ilin fevral ayından “psixostimulyatorların epizodik qəbulu” diaqnozu ilə Sumqayıt şəhər Narkoloji Dispanserdə qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarına əlavə olunmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs anası X5 ilə birlikdə Sumqayıt şəhəri, 13-cü mikrorayon ev 15, mənzil 41-də yaşayır. İş materiallarına əlavə olunmuş Sumqayıt Tibb Mərkəzi 4 nömrəli xəstəxananın Poliklinika şöbəsinin xx.xx.2024-cü il tarixli 421 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın poliklinika şöbəsinin psixiatrik kabinetində qeydiyyatda yoxdur. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli 330 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Psixiatriya Xəstəxanasında stasionar müalicə almır. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 49 manat 74 qəpik təşkil edir. İş materiallarına əlavə olunmuş əşyanın maddi sübut hesab edilməsi barədə xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş - təmiz çəkisi 1,435 qram olan (ekspertiza tədqiqatından sonra 1,385 qram miqdarında qalan) kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, həmçinin Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışın görüntüləri əks olunan bir ədəd disk cinayət işi üzrə maddi sübut hesab edilmiş, metamfetamin Laçın RPŞ-nin maddi sübutların saxlanması otağına saxlanca verilmiş və bir ədəd disk isə cinayət işinə əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş sübutların qiymətləndidilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməlin Azərbaycan Respublikası CM-in 177.2.3-1, 234.1ci maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamın və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin nəzərə alınması, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Namid Həsənovun bank kartından 800 manat pulun məxaric edilməsi xüsusatı üzrə cinayət hadisəsi olmadığından həmin epizod üzrə X1 və Təqsirləndirilən şəxs barəsində başlanmış cinayət təqibinə Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən xitam verilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin epizod üzrə cinayət işinin başlanmasının Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında pasport qeydiyyatında olmaqla, ünvan 4ında yaşamasının nəzərə alınması, cinayət işi üzrə təqsirləndirilən şəxsin ifadəsinin, şahid ifadələrinin, ekspert rəylərinin, istintaq hərəkəti protokollarının, maddi sübutların, həmçinin cinayət işinə əlavə edilmiş digər sənədlərin sübut növü kimi qiymətləndirilməsi, iş üzrə əhəmiyyət kəsb etdiyindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş - təmiz çəkisi 1,435 qram olan (ekspertiza tədqiqatından sonra 1,385 qram miqdarında qalan) kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminin və Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışın görüntüləri əks olunan bir ədəd diskin maddi sübut kimi tanınması, psixotrop maddənin Laçın RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanması və diskin isə cinayət işinə əlavə olunmasının nəzərə alınması, iş üzrə sübut əhəmiyyəti kəsb etmədiyindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd mobil telefonun, iki ədəd plastik kartın və iki ədəd açarın Təqsirləndirilən şəxs qaytarılmasının nəzərə alınması, cinayət işinin başlanmasının rədd edilmiş xüsusatlarla bağlı materialların ayrılaraq Laçın RPŞ-nin arxivində saxlanılması, qərar barədə maraqlı şəxslərə məlumatın verilməsi və qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. Bundan əlavə, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı “Metamfetamin” olan maddələr narkotik vasitədir, onun 0,15 qramı “xeyli miqdar”, 2 qramı isə “külli miqdar” hesab olunur ((təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri). Məhkəmə, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 25 iyun 2005-ci il tarixli Qanunun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satılması anlayışlarına verdiyi izahlar baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələblərinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10); həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8); miqdarından asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin satılması (1.0.11) hesab edilir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ilk dəfə olaraq az ağır cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və məhkumluğunun olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin, iş materiallarına əlavə olunmuş şəxsin məcburi gətirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 03:25-də Sumqayıt şəhəri 13 mikrorayon ərazisində küçədə Laçın RPŞ-nin əməkdaşları tərəfindən tutularaq saxlanılmış və həmin gün saat 08:50-də RPŞ-nin növbətçi hissəsinə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 09:55-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan şübhəli şəxs qismində tutulmuş şəxsin azad edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qərar çıxarıldığı andan saxlanıldığı Ağcabədi RPŞ-nin MSY-dən azad edilməsi qərara alınaraq həmin qərar elə həmin gün saat 22:15-də Təqsirləndirilən şəxs təqdim olunaraq o, saxlandığı Ağcabədi RPŞ-nin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət, yəni xx.xx.2024-cü il tarixdə saat 03:25-dən saat 22:15-dək olan müddət nəzərə alınaraq ona təyin olunan azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə olaraq az ağır cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunması və məhkumluğunun olmaması kimi şəxsiyyəti xarakterizə edən halları, cəza təyin edilməsində ədalət və humanizm prinsiplərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs kimi tutulduğu müddət, yəni 1 (bir) gün (xx.xx.2024-cü il tarixdə saat 03:25-dən saat 22:15-dək olan müddət) bir günə bir gün hesabı ilə ona təyin olunan azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla ona azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli isə 24 dekabr 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli, barəsində «həbs» qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməli, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan bu cəza növü cəzanın əsas məqsədini təmin edir. Bundan əlavə, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, maddi sübut kimi tanınaraq Laçın rayon Polis şöbəsində saxlanılan, qalıq çəkisi 1,385 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və eyni zamanda bir ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsini tətbiq etməklə Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmasını da qanuni və əsaslı hesab edir. Bundan başqa, Təqsirləndirilən şəxs hal-hazırda yaşadığı ərazinin narkoloji kabinetində qeydiyyatda olduğu da nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərci olan 49 manat 74 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia, maddi ziyan, üzərinə həbs qoyulmuş əmlak və xüsusi müsadirə yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 iş saatı üçün 72 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, ona 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 01 (bir) gün (xx.xx.2024-cü il tarixdə saat 03:25-dən saat 22:15-dək olan müddət) həbsdə saxlama müddətini nəzərə alaraq, bir günə bir gün hesabı ilə ona təyin olunan azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 24 dekabr 2024-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalında dərhal həbs edilsin və barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Laçın rayon polis şöbəsində saxlanılan, qalıq çəkisi 1,385 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və bir ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 49 manat 74 qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia, maddi ziyan, üzərinə həbs qoyulmuş əmlak və xüsusi müsadirə yoxdur. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 12 iş saatı üçün 72 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Laçın Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə 20 (iyirmi) gün başa çatdıqdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №1(047)-18/2024
Laçın Rayon Məhkəməsi Hökm — İş №1(047)-18/2024
24.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver