Məhkəmə qərarları › İş №1(047)-2/2025

Laçın Rayon Məhkəməsi Hökm — İş №1(047)-2/2025

19.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Laçın rayonu İş № 1(047)-2/2025 19.02.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Ağcabədi şəhərində, 19 fevral 2025-ci il tarixdə, Laçın Rayon Məhkəməsinin inzibati binasında, xx.xx.1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla faktiki ünvan 2 ünvanında yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Aparılmış ibtidai istintaqla müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə edilən əşyadan istifadə etməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması, habelə belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət olunan qərəzli hərəkətlər törədərək xuliqanlıq etmişdir. Belə ki, o, 2024-cü ilin yanvar ayının 2-dən 3-nə keçən gecə, saat 01 radələrində yaşadığı “Həkəri” otelin 53 nömrəli kotecində sərxoş halda iş yoldaşları Şahid2 və Şahid3lə nərd oynayan zaman digər iş yoldaşı Zərərçəkmiş şəxs da sərxoş halda həmin kotecə gələrək ondan taksi nömrəsi istəyərkən belə bir nömrənin onda olmamasına dair kobud cavabından sonra aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs əvvəldən onun barəsində olan narazılıqla bağlı haqq-hesab etməyə başlayarkən həmin vaxt kotecdə olan iş yoldaşları Şahid2 və Şahid3 onların mübahisə etmələrinin qarşısını almağa çalışmış, lakin hər ikisi mübahisəyə müdaxilə edənin ünvanına söyüş edib bu mübahisəni təklikdə həll edəcəklərini bildirib koteci tərk etmələrini tələb edərək həmin şəxsləri çölə çıxardıqdan sonra, kənardan eşidiləcək şəkildə uca səslə bir-biri ilə mübahisə etmiş, bu zaman Zərərçəkmiş şəxs heç bir əsaslı səbəb olmadan, guya bu mübahisəyə aydınlıq gətirmək bəhanəsi ilə həmin vaxt otaqda yatan qohumu Şahid1 kobud şəkildə yuxudan oyatmağa yönəlmiş hərəkətlər etməyə başlamış, həmin vaxt çöldə olan Şahid2 və Şahid3 səs-küyə yenidən otağa daxil olub Zərərçəkmiş şəxs sakitləşdirməyə çalışmalarına baxmayaraq sonuncu sakitləşməyib Şahid1 yuxudan oyatmaq üçün ilk öncə başına su tökməsi, daha sonra isə fiziki zor tətbiq edib əlləri ilə yaxasından tutub yerindən qaldırıb divara çırpması və sonuncunun üz nahiyyəsinə bir yumruq zərbəsi vurub yerə yıxmasından qəzəblənib, Zərərçəkmiş şəxs döyüb bu kimi hərəkətlərinə son qoymaq qərarına gəlmiş və bu məqsədlə masanın üzərində olan şüşə araq butulkasını götürüb sonuncunun burun nahiyyəsinə möhkəm bir zərbə, daha sonra isə ardıcıl şəkildə bədəninin müxtəlif nahiyələrinə bir neçə yumruq zərbəsi vuraraq sonuncuya qarşı zor tətbiq etmiş, bununla da kiçik söz-söhbətin daha da qızışaraq dalaşmaq həddinə gəlib çıxmasına səbəb olmuş, bu zaman Zərərçəkmiş şəxs Şahid1 buraxıb onunla dalaşmaq istəyərkən otaqda olan taxta materialdan ibarət bel sapını götürüb Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə bir neçə zərbə vurub yerə yıxmış, daha sonra sonuncunun ayağa qalxıb onu vurmasının qarşısını almaq məqsədi ilə əlləri ilə başından tutub özünə doğru sıxıb saxlamış, həmin vaxt Şahid2 və Şahid3 araya girib onları araladıqdan qısa müddət sonra xuliqanlıq hərəkətlərini davam etdirib ətrafdakı şəxslərin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək məqsədi ilə yenidən həmin bel sapını götürüb, yəni silah qismində istifadə olunan əşyadan istifadə etməklə Asimanın ünvanına söyüş söyə-söyə çölə çıxaraq dalaşmaq üçün çölə çağırdığından sonuncu da otaqda olan şüşə araq butulkasını götürüb onun arxasınca çölə, yəni otelin həyətinə qaçaraq onu tapıb dalaşmaq istəyərkən həmin müddətdə oteldə qeydiyyatçı-menecer vəzifəsində işləyən Şahid5 yaşadığı 1 nömrəli kotecə getdiyindən Zərərçəkmiş şəxs onu tapa bilməyib bir neçə dəqiqə otelin həyətində uca səslə onun ünvanına söyüşlər söyüb çölə çıxmasını tələb etdiyindən o da qarşılıqlı şəkildə Asimanın ünvanına uca səslə nalayiq söyüşlər etmiş, yaranmış səs-küyə oteldə işləyən və istirahət edən bir neçə şəxs çölə çıxıb ətrafa toplaşmış, bununla da şəxsi münasibətlər zəminində, qapalı məkanda, yəni otaqda başlamış mübahisə və dalaşma kimi hərəkətlərin sonradan ictimai qaydanın, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarının kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməsinə səbəb olaraq, bu səs-küy əsnasında ətrafa toplaşmış şəxslərin dalaşmanın qarşısını almağa, yəni onu sakitləşdirməyə yönəlik hərəkətlərinə heç bir məhəl qoymayıb bu kimi hərəkətlərini davam etdirərək qeyd olunan oteldə işləyən və müştəri qismində yaşayan, habelə səs-küyə toplaşan ətrafdakı çoxsaylı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, birgə yaşayış, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərərək, uca səslə təhqiramiz söyüşlər söyməyə davam etmiş, daha sonra Şahid5 yaşadığı 1 nömrəli kotecdə olduğu müddətdə ətrafdakı şəxslərin dəfələrlə araya girib onu sakitləşdirməyə çalışmalarına baxmayaraq Zərərçəkmiş şəxs kobud zorakılıqla sarsıtmaq, onda vahimə yaratmaq və müvəqqəti də olsa, onu öz iradələrinə tabe etdirmək məqsədi ilə araya girib onu tutmağa çalışan şəxslərin əlindən çıxıb zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlərini davam etdirib əlindəki bel sapı ilə, yəni silah qismində istifadə olunan əşyadan istifadə etməklə Zərərçəkmiş şəxs vurmağa çalışmış, lakin ətrafdakı şəxslərin yenidən cəld şəkildə araya girməsi səbəbindən sonuncunu vura bilməmiş, bu hərəkətləri ilə Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətdə pozulmasına səbəb olan burun sümüklərində tam yerdəyişməmiş sınığı kimi qəsdən sağlamlığına yüngül zərər vurmuş, habelə sağ qaş üzərində və burun tini üzərində səthi əzilmiş yaralar, döş qəfəsinin sol yarısında və sağ kürəkaltı nahiyədə qançırlar kimi sağlamlığa zərər vurmayan xəsarətlər yetirmiş, həmçinin qeyd edilən otelin normal iş fəaliyyətinin və həmin oteldə müştəri qismində yaşayan şəxslərin istirahət hüquqlarının təxminən 30 dəqiqə pozulmasına səbəb olub-ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə şəxs üzərində zor tətbiq edilməsi, habelə belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq törətmişdir. Bununla da, ibtidai istintaq orqanının gəldiyi nəticəyə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşagıdakılarla tam sübuta yetirilir. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Səbail rayonu ərazisində yaşasa da, 2023-cü ilin avqust ayında işləmək üçün Laçın şəhərinə getmiş və orada “Tree House” restoranında ofisiant kimi işə başlamışdır. Onun Laçın şəhərində yaşamağa yeri olmadığından şirkət tərəfindən Laçın şəhərində fəaliyyət göstərən “Həkəri” oteldə ona kotec ayrılmış və o, həmin yerdə qeyd olunan restoranda barmen kimi işləyən bibisi oğlu Şahid1 Elburus oğlu ilə birlikdə yaşamışdır. 02 yanvar 2024-cü il tarixdə Şahid1 ilə birlikdə səhər növbəsində işləyib saat 15 radələrində işdən çıxmışlar. Boş vaxtları olduğundan Şahid1 ilə birlikdə Laçın şəhərində yaşayan qohumu X1 evinə qonaq getmiş, axşam yeməyini birlikdə yeyib spirtli içki (araq) qəbul etmişlər. Saat 23 radələrində Şahid1 ilə birlikdə oradan çıxıb qaldıqları otelin 53 nömrəli kotecinə qayıtmışlar. Şahid1 yorğun və sərxoş olduğundan kotecə gedən kimi yerinə girib yatmışdır. O, isə iş yoldaşı Şahid2 və Şahid3lə nərd oynamağa başlamışdır. Bir qədər sonra digər iş yoldaşı Zərərçəkmiş şəxs sərxoş halda onların kotecinə gələrək ondan tanıdığı taksi sürücüsünün nömrəsini istəmiş, o, isə həmin taksi sürücüsünün nömrəsini telefonuna yazmadığını bildirmişdir. Bundan sonra, Zərərçəkmiş şəxs onunla yüksək səslə aqressiv şəkildə danışaraq “siz niyə mənim arxamca pis danışmısız?” deyə soruşmuşdur. O, da bunu qəti şəkildə rədd edərək onun arxasınca hər hansı pis söz danışmadıqlarını bildirmişdir. Lakin Zərərçəkmiş şəxs onun bu izahı ilə razılaşmayıb onunla təklikdə, şəxsi söhbətinin olduğunu deyərək həmin vaxt otaqda olan Şahid2 və Şahid3 xahiş etmişdir ki, otaqdan çölə çıxsınlar. Kənan və Şiraslan da Asimanın sözü ilə kotecdən çölə çıxmışlar. Bu zaman Zərərçəkmiş şəxs sizin hər ikinizlə söhbətim var deyib həmin vaxt yatan Şahid1 oyatmaq üçün uca səslə çağırmış, lakin sonuncunun oyanmadığını görüb ilk öncə əli ilə silkələmiş, daha sonra su butulkasını götürüb başına su tökmüş, bununla da kifayətlənməyib hər iki əliylə Turalın yaxasından tutaraq sonuncunu kotecin divarına çırpmışdır. Bu vaxt Şahid1 yarı yuxulu vəziyyətdə Zərərçəkmiş şəxs nalayiq ifadə işlədib onu kobud şəkildə yuxudan oyatmasına iradını bildirmişdir. Bundan sonra Asiman heç bir əsaslı səbəb olmadan Turalın üz nahiyəsinə bir yumruq zərbəsi vurmuş və zərbənin təsirindən sonuncu divanın üstünə yıxılmışdır. Zərərçəkmiş şəxs bu hərəkətləri onu əsəbləşdirdiyinən, o, Turalı qorumaq üçün dərhal Asimanın üzərinə hücum çəkib stolun üzərində olan şüşə butulkanı götürüb həmin bütülka ilə sonuncunun burun nahiyəsinə bir zərbə, sonra isə ardıcıl olaraq yumruqla üz nahiyəsinə bir neçə zərbələr vurmuşdur. Bu dalaşmağın gedişində əvvəlcədən kotecdə olan taxta materialdan olan bel sapını yerdən götürüb onunla Zərərçəkmiş şəxs kürək nahiyəsinə 1-2 zərbə vurmuşdur. Onun ard-arda vurduğu bu zərbələrin təsirindən Zərərçəkmiş şəxs yerə yıxılmışdır. Bundan sonra Zərərçəkmiş şəxs onu vurmaq üçün ayağa qalxmaq istəyərkən o, bunun qarşısını almaq üçün hər iki qolunu boğaz nahiyəsinə keçirərək yarıoturmuş vəziyyətdə tutub Asimanı saxlamışdır. Həmin dava-dalaş zamanı səs-küyə çöldə olan iş yoldaşları Şahid2la Şahid3 də kotecə daxil olub onların dalaşdığını görüb araya girərək onları aralamağa çalışmışlar. O, Kənanla Şiraslandan xahiş etmişdir ki, Zərərçəkmiş şəxs tutub saxlasın, özü isə gedib otelin qeydiyyatçısını çağıracağını bildirmişdir. Bundan sonra, o, otelin qeydiyyatçısını çağırmaq üçün kotecdən çıxıb 1 nömrəli kotecə getmiş, bu zaman hər ehtimala qarşı bel sapını da özü ilə götürmüş, Şahid5 adlı otel qeydiyyatçıya yaxınlaşıb baş vermiş hadisə barədə məlumat vermişdir. X4 İsmayılzadəni tutub sakitləşdirməyə çalışmalarına baxmayaraq sonuncu etdiyi hərəkətlərlə kifayətlənməyib əlində araq butulkası ilə çölə çıxıb onun arxasınca həmin kotecə gəlib Şahid5 yanında üzərinə hücum çəkərək vurmaq istəyərkən Şahid5 və səs-küyə ətrafa toplaşan, tanımadığı otel sakinləri araya girib Asimanı tutmağa çalışmışlar. Lakin Zərərçəkmiş şəxs həmin şəxslərin əlindən çıxıb ona zərbələr vurmaq istəmiş, lakin o, həmin zərbələrdən yayınmışdır. Həmin vaxt ara qarışımış, qarşılıqlı bir-birini vurmağa çalışmışlar. Zərərçəkmiş şəxs onu həmin vaxt vura bilməsə də, o, Asimanı arxa tərəfdən qucaqlamış, sonuncunu vurmağa macal tapmadığından əsəbindən kürək nahiyəsindən 2 dəfə dişləmişdir. Daha sonra Şahid5 və səsküyə toplaşan tanımadığı şəxslər onları aralamış, həmin vaxt onun əlində bel sapı da olmuşdur. Bu zaman Asiman və o, qarşılıqlı olaraq bir-birinin ünvanına uca səslə nalayiq söyüşlər də söymüşlər. Bir müddət sonra Asiman çıxıb getmiş, o, da öz qaldığı kotecə qayıtmışdır. Qayıdarkən kotecin qarşısında hazırda xatırlamadığı bir neçə şəxsin olduğunu, kotecin salonunun isə qana bulaşmış vəziyyətdə olduğunu, lakin kotecin içərisində heç kimin olmadığını görmüşdür. O, nə baş verdiyini soruşanda hazırda xatırlamadığı şəxslər Zərərçəkmiş şəxs şüşə banka ilə Şahid1 baş nahiyəsinə vurduğunu, zərbənin təsirindən sonuncunun başının yarıldığını, buna görə Turala tibbi yardım göstərilməsi üçün xəstəxanaya aparıldığnı bildirmişlər. Həmin vaxt o, 1 nömrəli kotecdə olduğundan Asimanın Turalı necə vurmasını görməmişdir. Qeyd olunan hadisə zamanı Zərərçəkmiş şəxs onunla dalaşıb vurmağa cəhdlər etsə də, onu vura bilməmiş, buna görə heç bir xəsarət almamışdır. Bundan başqa Təqsirləndirilən şəxs Asimanın istintaqa verdiyi ifadəsində kotecdə onunla dalaşan vaxt Şahid1 onun ayağından tutub yerə yıxması və kürək nahiyyəsindən iki dəfə dişləməsi barədə göstərdiklərinin tamamilə yalan olduğunu, belə bir hadisənin baş vermədiyini, Turalın həmin vaxt bərk sərxoş və yuxulu olması səbəbindən Asimanla dalaşacaq halda olmadığını, sonuncunun kürəyindən Turalın deyil, özünün iki dəfə dişlədiyini, qaldıqları kotecdən çıxıb qeydiyyatçı Şahid5 kotecində dalaşdıqları vaxt öz əlində bel sapı olduğunu, Asimanın əlində isə şüşə araq butulkasının olduğunu, sözügedən hadisə vaxtı heç bir xəsarət almadığını göstərmişdir. Daha sonra o, əməlindən səmimi peşmançılıq çəkərək bildirmişdir ki, onun tərəfindən törədilən əməldə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin tərkib əlamətləri deyil, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin tərkib əlamətləri mövcud olmuşdur. Lakin o, artıq zərərçəkmiş şəxslə barışdığından onun törətdiyi cinayət əməlini Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə tövsif edərək barəsində başlanılmış cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhəri “Yeni yaşayış massivi” 8-ci məhəllə üzrə 1 saylı məhəllədə 29 nömrəli evdə yaşayır. 07 noyabr 2023-cü il tarixdə işləmək üçün Laçın şəhərinə getmiş, orada “Tree House” adlı restoranda ofisiant kimi işə başlamışdır. Orada işlədiyi müddətdə qayınatası Aftandilin Laçın şəhərində yerləşən evində yaşamışdır. Şahid1 və Təqsirləndirilən şəxs onun iş yoldaşları, yəni “Tree House” restoranın işçiləri olmuşlar. 02 yanvar 2024-cü il tarixdə saat 23 radələrində işdən çıxıb restoranın yaxınlığında yerləşən “Həkəri” otelə gedərək orada dostları tərəfindən təşkil olunmuş yeyib-içmək məclisində iştirak etmiş, bu zaman bir qədər alkoqollu içki də qəbul etmişdir. Təxminən 2 saat həmin məclisdə olmuş, gecə saat 01 radələrində dostlarından ayrılıb evə getmək üçün taksi axtarmışdır. Həmin oteldə qalan digər iş yoldaşı Təqsirləndirilən şəxs taksi fəaliyyəti ilə məşğul olan tanışı olduğunu bildiyi üçün sonuncudan taksi sürücüsünün nömrəsini soruşmaq üçün Ülfətin qaldığı 53 nömrəli kotecə getmişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxs da sərxoş halda olduğunu və digər iş yoldaşı Şahid2la nərd oynadığını görmüş, kotecdə sonunculardan əlavə Ülfətin bibisi oğlu Şahid1 və digər iş yoldaşı Şahid3 də olmuşdur. Şahid1 divanda yatılı vəziyyətdə olmuşdur. O, içəri daxil olub Təqsirləndirilən şəxs taksi sürücüsünün nömrəsini istəmiş, bu zaman sonuncu həmin taksi sürücüsünə qarşı təhqiramiz ifadələr işlətmişdir. O, Təqsirləndirilən şəxs taksi sürücüsünün arxasınca bu cür danışmasının düzgün olmadığını, bundan əlavə onun arxasınca da, xoşagəlməz sözlər danışması barədə məlumatlı olduğunu bildirərək bunun düzgün hərəkət olmadığını demişdir. Bu zaman Təqsirləndirilən şəxs öz payına təhqiramiz söyüşlər işlədib “sənin dalınca danışanın var-yoxu belə-belə olsun” deyib onun barəsində artıq-əskik heç nə danışmadığını bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs bunu sübut etmək üçün sonuncunun qohumu Şahid1 yuxudan oyatmaq qərarına gəlmiş və Şahid3 ilə Şahid2 şəxsi söhbətlərinin olduğunu bildirib kotecdən çölə çıxmalarını demişdir. Şahid2la Şahid3 çölə çıxdıqdan sonra o, Şahid1 yatmış olduğu yerdən oyatmaq üçün onu uca səslə çağırsa da, sonuncu oyanmamışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, Şahid1 alkoqollu içki qəbul etdiyindən sərxoşdur və ağır yatmışdır, bu səbəbdən oyanmayacaqdır. Lakin o, əl çəkməyərək Şahid1 oyatmaq üçün orada olan su butulkasını götürüb sonuncunun üzünə tökmüş, bundan sonra Tural yarıyuxulu vəziyyətdə oyanıb etdiyi bu hərəkətə görə onun ünvanına təhqiramiz söyüş söymüşdür. Həmin vaxt o, Şahid1 yaxasından iki əllə tutub özünə tərəf çəkib silkələmiş, lakin Şahid1 tam oyanmayıb qeyri-ixtiyari olaraq onun ünvanına söyüş söyməyə davam etmiş, oturmuş vəziyyətdə əl-qol atmağa başlamışdır. Bundan sonra o, iki əli ilə Şahid1 sinəsindən itələmiş, nəticədə sonuncunun bel nahiyəsi kotecin divarına dəymiş, lakin Şahid1 başqa hər hansı zərbə vurmamışdır. Bu zaman onun yanında dayanan Təqsirləndirilən şəxs qəfildən şüşə araq butulkasını götürüb onun burun nahiyyəsinə bir zərbə vurmuşdur. Zərbənin təsirindən o, büdrəsə də, özünü toparlayıb Təqsirləndirilən şəxs vurmaq niyyəti ilə sonuncunun üzərinə hücum etmək istəyərkən Şahid1 hər iki əli ilə arxa tərəfdən onun ayaqlarından tutub üzü üstə yerə yıxmışdır. Yerə yıxılan zaman sağ qaş nahiyyəsi divanın küncünə dəyib partlamışdır. Təqsirləndirilən şəxs hardansa bel sapı götürüb onu vurmaq istəsə də, onun yerə yıxıldığını görüb bel sapını kənara atıb yerdə ona hücum edib əlləri ilə onun başından sıxmağa başlamış, həmin ərəfədə isə Şahid1 ayaqlarından tutmuş vəziyyətdə 2 dəfə onun belindən dişləmişdir. Səs-küyə həmin vaxt Şahid2la Şahid3 kotecə daxil olub onları aralamağa çalışmışlar. Bu zaman Təqsirləndirilən şəxs onları aralayana söyüş söymüş, lakin həmin şəxslər söyüşə məhəl qoymayıb onları aralamışlar. Belə ki, Şahid3 və Şahid2 Təqsirləndirilən şəxs tutub ondan aralamışlar. Bundan sonra, Təqsirləndirilən şəxs kotecdən çıxıb getmiş, o, isə əl-üzünü yumaq üçün həmin kotecin sanitar qovşağına daxil olmuşdur. Bu zaman güzgüdə üz-gözünün qan içində olduğunu görüncə hiddətlənmiş, yenidən dalaşmaq üçün kotecin salonuna qayıtmış, həmin vaxt Şahid1 heçnə olmamış kimi divanda sakit oturduğunu görüncə daha da hirslənmiş, orada masanın üstündə olan 3 kiloqramlıq şüşə bankanı götürüb Şahid1 baş nahiyəsinə vurmuşdur. Zərbənin təsidindən şüşə banka Turalın başında sınmışdır. Daha sonra isə Təqsirləndirilən şəxs döymək istəmiş, lakin sonuncunun kotecdə olmadığını görüb onu axtarmaq üçün çölə çıxmış, orada da Ülfəti tapa bilməyincə otelin adminstratorunun otağı olan 1 nömrəli kotecə tərəf getmişdir. Bu zaman həmin səs-küyə otelin adminstratoru Şahid5 və hazırda xatılamadığı bir neçə otel müştərisinin qaldıqları koteclərdən çölə çıxıb ətrafa toplaşdığını görmüşdür. O, həmin şəxslərə nəzər salaraq Təqsirləndirilən şəxs orada olub-olmadığına diqqət etmiş, sonuncunu orada görməyincə Şahid5 Ülfətin harada olduğunu soruşmuşdur. Ətrafdakı şəxslər Təqsirləndirilən şəxs 1 nömrəli kotecə getdiyini bildirincə o, sonuncu ilə dalaşmaq üçün həmin kotecə tərəf getmək istəmiş, lakin Şahid5 və ətrafdakı bir neçə şəxs onu tutub sakitləşdirməyə, dava-dalaşın qarşısını almağa çalışmışlar. Lakin o, həmin şəxslərə məhəl qoymayıb 1 nömrəli kotecə daxil olub Təqsirləndirilən şəxs üzərinə hücum çəkib dalaşmaq istəyən zaman Şahid5 və qeyriləri bir daha araya girib onu tutub Ülfəti vurmasına mane olmuş, müxtəlif sözlərlə onu sakitləşdirməyə çalışmışlar. Lakin o, üz-gözünün qan içində olmasından əsəbləşdiyi üçün sakitləşməyib Təqsirləndirilən şəxs vura bilməsə də, həmin şəxslərin yanında ünvanına təhqiramiz söyüşlər söyməyə başlamışdır. Həmin vaxt Ülfətə dalaşmaq üçün kotecdən çölə çıxmasını tələb etmiş, lakin sonuncu çölə çıxmamışdır. Bundan sonra Şahid5 və qeyriləri onu kənara çəkərək sakitləşdirmiş, habelə Ülfətin oradan uzaqlaşmasına şərait yaratmışlar. Bundan əlavə Zərərçəkmiş şəxs ifadəsində Təqsirləndirilən şəxs bir müddət öncə onun arxasınca xoşagəlməz sözlər danışdığına görə ona qarşı əsəbi olduğunu, belə ki, Təqsirləndirilən şəxs, Şahid1 və digər iş yoldaşlarından ibarət təşkil olunan yeyib-içmək məclislərin birində kotecdə yatan zaman iş yoldaşlarından birinin Təqsirləndirilən şəxs o, yatdığına görə səs salmamasını deyərkən sonuncunun “onu heç kim buraya xahiş-minnətlə gətirmir, gəlmək istəmir gəlməsin, burda yatmağa məcbur deyil” deyə cavab verdiyini, hazırda xatırlamadığı iş yoldaşının bu sözləri sonradan ona çatdırdığını, Təqsirləndirilən şəxs bu barədə heç nə deməsə də, bu sözün ona xoş təsir etmədiyini, hadisənin də bu söz-söhbətin üstündə yarandığını, dava-dalaş zamanı Şahid1 baş nahiyəsinə şüşə banka ilə zərbə vurarkən özündə olmadığından həmin vaxt yanlarında hər hansı şəxsin olub-olmadığını xatırlamadığını, 1 nömrəli kotecin qarşısında, habelə içərisində Təqsirləndirilən şəxs ilə dalaşıb sonuncunu vurmaq istəsə də, ətrafdakı şəxslər araya girib buna imkan vermədiyini, bu zaman əlində şüşə araq butulkasının olub-olmamasını xatırlamadığını, lakin həmin kotecin qarşısında olarkən Ülfətin çölə çıxması üçün ətrafdakı şəxslərin yanında yüksək səslə söyüşlər söydüyünü, bu hadisənin təxminən 15-20 dəqiqə davam etdiyini, səs-küyə otelin bir neçə müştərisinin çölə çıxıb ətrafa toplaşdığını göstərmişdir. Həmçinin o, məhkəməyə ərizəsini təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı tam şəkildə ödəmişdir, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, bununla bağlı Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Odur ki, qeyd etdiklərini nəzərə alıb Təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Səbail rayonunda yaşasa da 2023-cü il avqust ayının sonlarından etibarən Laçın şəhərində “Tree House” adlı restoranda barmen kimi işə başlamışdır. Onun Laçın şəhərində yaşamağa yeri olmadığından şirkət tərəfindən Laçın şəhərində fəaliyyət göstərən “Həkəri” otelində ona kotec ayrılmış və o, həmin yerdə qalmışdır. Həmin otel və işlədiyi restoranın hər ikisi "xxxx" ASC-nin tabeliyində olmuşdur. Onunla birlikdə dayısı oğlu Təqsirləndirilən şəxs da “Həkəri” oteldə ofisiant kimi işləmiş və onlar birlikdə həmin oteldə bir kotecdə yaşamışlar. 02 yanvar 2024-cü il tarixdə qohumu Təqsirləndirilən şəxs ilə birlikdə səhər növbəsində işləyib günorta saat 15 radələrində işdən çıxmışlar. Boş vaxtları olduğundan Ülfətin Laçın şəhərində yaşayan dayısı X1 evinə qonaq getmiş, axşam saatlarında orada birlikdə yemək yeyib alkaqollu içki (araq) qəbul etmişlər. Həmin gün saat 23 radələrində Təqsirləndirilən şəxs ilə birlikdə Elçinin evindən çıxıb yaşadıqları otelin 53 nömrəli kotecinə qayıtmışlar. O, yorğun və sərxoş olduğundan, habelə səhər tezdən işə getməli olduğundan kotecə girən kimi öz yerinə keçib yatmışdır. O, yatarkən Təqsirləndirilən şəxs isə oyaq olmuşdur. Bir müddət sonra, yəni gecə saat 01 radələrində iş yoldaşı Zərərçəkmiş şəxs onun qaldığı kotecə gəlib heç bir səbəb olmadan onun yaxasından tutub sirkələyib oyatmağa çalışmışdır. O, ağır yatdığından bu ana qədər baş verənlərdən xəbəri olmamış, Asimanın ona qarşı nəyə görə bu cür hərəkət etməsini başa düşməmişdir. Yuxudan oyananda iş yoldaşları Zərərçəkmiş şəxs ilə Şahid2 həmin kotecdə olduqlarını görüb Zərərçəkmiş şəxs nə baş verdiyini, nəyə görə aqressiv hərəkət etdiyini soruşmuş, sonuncu ona Təqsirləndirilən şəxs etdiyi hərəkətlərin arxasında dayana bilmiyəcəyini demişdir. Sonradan ona məlum olmuşdur ki, o, yatan vaxt Asiman onların yaşadığı kotecə gələrək Təqsirləndirilən şəxs ilə mübahisə etmişdir. O, həmin vaxt Şahid2 səslənərək Ülfətin harada olmasını soruşmuş, sonuncu da Təqsirləndirilən şəxs qorxudan qaçıb getdiyini bildirmişdir. Həmin müddətdə isə Zərərçəkmiş şəxs sərxoş halda çox aqressiv hərəkətlər etmişdir. O, Şahid2 tərəf dönüb nə baş verdiyini aydınlaşdırmağa çalışan zaman Zərərçəkmiş şəxs heç bir səbəb olmadan qəfildən yerdə olan 3 kiloqramlıq şüşə bankanı götürüb onun başının sağ nahiyəsinə bir dəfə möhkəm çırpmışdır. Bu zərbənin təsirindən şüşə balon onun başında sınmış və nəticədə şüşə başını kəsdiyindən həmin nahiyədən qan axmağa başlamışdır. Zərərçəkmiş şəxs onu vurduqdan sonra Şahid2 “neynədin sən?” deyib cəld şəkildə araya girib Asimanı kənara itələmiş və ona kömək etməyə başlamışdır. Bundan sonra Zərərçəkmiş şəxs yüksək səslə nalaiq söyüşlər söyə-söyə kotecdən çıxıb getmişdir. Səs-küyə oteldə qalan tanımadığı bir neçə şəxs gəlib ona kömək etməyə başlamışlar. Şahid2 əl-üz dəsmalını onun yarasına sıxıb axan qanını saxlamağa çalışmışdır. Bir müddət sonra, təcili tibbi yardım əməkdaşları gəlib ona ilkin tibbi yardım göstərərək xəstəxanaya aparmış, başındakı çapığa 6 sayda tikiş qoyulmuşdur. O, hadisələrin hansı səbəbdən yarandığını başa düşməsə də, sonradan ona bəlli olmuşdur ki, Zərərçəkmiş şəxs bir neçə gün öncə Təqsirləndirilən şəxs onun barəsində dediyi sözə görə dalaşmışdır. Belə ki, o, Laçın şəhərində işlədiyi müddətdə ara-sıra iş yoldaşları ilə işdən sonra onun yaşadığı otelin 53 nömrəli kotecinə yığışıb yeyib-içmək məclisi təşkil etmişlər. Digər iş yoldaşları kimi Zərərçəkmiş şəxs də həmin məclislərdə iştirak etmiş, lakin sonradan Asiman “dostlarla yığışanda çox səs-küy olur yoruluram, mən bir də həmin kotecə gəlməyəcəyəm” deyə bildirmişdir. Asimanın bu sözlərini kimsə Təqsirləndirilən şəxs çatdırmış, sonuncu da “gəlmir-gəlməsin, onu bura məcburi çağıran yoxdu, nə minnət edir ki?” deyə bildirmişdir. Ülfətin bu sözlərini də, kimsə Zərərçəkmiş şəxs çatdırarakən sonuncu heç bir əsaslı səbəb olmadan Ülfətin onun barəsində xoşagəlməz formada danışdığını düşünüb Ülfətdən incikli qalmış və bir neçə gündən sonra yəni yanvar ayının 2-dən 3-nə keçən gecə, saat 01 radələrində bunun haqq hesabını çəkmək üçün sərxoş halda qaldıqları otelə gəlib Ülfətlə mübahisə edib dalaşmışdır. Bundan əlavə Şahid1 ifadəsində qeyd olunan hadisənin “Həkəri” otelin 53 nömrəli kotecində baş verdiyini və daha sonra otelin həyətində davam etdiyini, həmin vaxt Zərərçəkmiş şəxs bərk sərxoş halda olduğunu, sonuncunun heç bir səbəb olmadan, adi bir sözə görə gecə saat 01 radələrində onların yaşadığı kotecə gəlib yüksək səslə Təqsirləndirilən şəxs ilə mübahisə edib dalaşdığını, daha sonra isə onu yatdığı yerdən kobud şəkildə oyadıb başına şüşə banka ilə zərbə endirib xəsarət yetirdiyini, yüksək səslə nalaiq söyüşlər etdiyini, səs-küyə oteldə qalan bir neçə şəxsin yığışdığını, həmin şəxslərin araya girməsindən sonra Asimanın həmin yeri tərk etdiyini, əvvəllər Zərərçəkmiş şəxs ilə onun arasında hər hansı narazılıq olmadığını, bir iş yoldaşı kimi aralarında normal münasibətlər olduğunu, sonuncunun istintaqa verdiyi ifadəsində onu yuxudan oyadarkən Asimana qarşı əl zərbələri vurması, ayağından tutub yerə yıxması kürək nahiyyəsindən iki dəfə dişləməsi barədə göstərdiklərinin tamamilə yalan olduğunu, belə bir hadisənin baş vermədiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdən Laçın rayon ərazisində fəaliyyət göstərən “Tree House” restoranında süfrəçi kimi işləyir. Şahid1, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun iş yoldaşları olmuş və Laçın şəhərində işlədiyi vaxtdan onları tanımışdır. Sözügedən restoranda iş iki növbədə təşkil olunmuşdur. Şahid1 və Təqsirləndirilən şəxs birinci növbə olmaqla səhər saat 8-dən günorta saat 16:00-a qədər, onunla Zərərçəkmiş şəxs isə 2-ci növbə olmaqla günorta saat 16:00-dan gecə saat 00:00-a qədər işləmişlər. xx.xx.2024-cü il tarixdə saat 21:00 radələrində Zərərçəkmiş şəxs işdən çıxıb harasa getmişdir. Həmin gün axşam saatlarında “Tree house” restoranında olarkən Şahid1 və Təqsirləndirilən şəxs sərxoş halda restorana gəlmiş, bir qədər söhbətləşdikdən sonra iş vaxtı bitdiyindən Şahid1, Təqsirləndirilən şəxs və Şiraslan Babaveridiyev ilə birlikdə qaldıqları “Həkəri” otelə getmişlər. Şahid3 ilə o, 54 nömrəli kotecdə, Təqsirləndirilən şəxs ilə Şahid1 isə 53 nömrəli kotecdə qaldığından hərə öz otağına getmişdir. Daha sonra o və Şahid3 53 nömrəli kotecə getmiş, Şiraslan ilə Ülfət nərd oynamağa başlamış, o, isə Şahid1 ilə söhbət etmişdir. Şahid1 alkoqollu içkinin təsirindən sərxoş olduğundan divanda oturduğu yerdə yuxuya getmişdir. Saat 00:30 radələrində o və Şahid3 öz kotecinə getmək istəyən vaxt iş yoldaşları Zərərçəkmiş şəxs sərxoş halda həmin kotecə daxil olmuş və onlarla salamlaşaraq evə getmək üçün Təqsirləndirilən şəxs taksi nömrəsi istəmişdir. Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxs istədiyi taksinin sürücüsünün nömrəsinin onda olmadığını kobud şəkildə bildirmiş, buna görə aralarında mübahisə baş vermişdir. O və Şahid3 bu mübahisəyə müdaxilə edib hər iki şəxsi sakitləşdirmək istəyərkən həm Asiman, həm də Ülfət onların mübahisəyə qarışmamalarını deyərək onu və Şahid3 çölə çıxarmışlar. Buna görə onlar məcbur qalıb çölə çıxıb qaldıqları 54 nömrəli kotecin yanına getmişlər. 3-5 dəqiqə keçdikdən sonra həmin kotecdən dalaşmağa xarakterik səs-küy gəldiyini, Asimanla Ülfətin yüksək səslə bir-birinin ünvanına nalaiq söyüşlər işlətdiklərini eşidib cəld şəkildə yenidən 53 nömrəli kotecə yaxınlaşıb qapını açıb içəri daxil olmuşlar. Bu zaman Zərərçəkmiş şəxs Şahid1 yaxasından tutub sirkələyərək yuxudan oyatmağa çalışıdığını görmüşlər. O, Asimandan niyə belə etdiyini Turalı nə üçün oyatmağa çalışdığını soruşanda Asiman bildirmişdir ki, Turalla işi vardır, sonuncunun oyanması lazımdır. Həmin vaxt Təqsirləndirilən şəxs isə divanda oturaqlı vəziyyətdə olmuşdur. Asiman Turalın ayılmadığını görüb masanın üstündə olan su butulkasını götürüb suyu sonuncunun üzünə tökmüşdür. Bu an Şahid1 oyanaraq əsəbi şəkildə “gijdıllaqsan, başıma niyə su töküb məni oyadırsan” kimi ifadələr işlətmişdir. Bu zaman Zərərçəkmiş şəxs Turalın yaxasından təkrarən tutub sonuncunu kotecin divarına çırpmışdır. Şahid1 bərk sərxoş olduğundan Asimana cavab verə bilməmiş, eləcə qeyri-ixtiyari olaraq əl-qol atıb vurmağa çalışmışdır. Bu zaman Zərərçəkmiş şəxs əlinin içi ilə Şahid1 baş nahiyəsinə bir sillə zərbəsi vuraraq sonuncu ilə dalaşmağa başlamışdır. Bu vaxt Təqsirləndirilən şəxs da, yerindən durub Asimana hücum etməklə dava-dalaşa qoşulmuş, sonuncunu döyməyə başlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs yerdən 0.5 litr həcmli şüşə butulka götürüb Zərərçəkmiş şəxs burun nahiyəsinə bir zərbə, daha sonra isə yerdən bel sapı götürərək onunla Asimanın bel nahiyəsinə 1-2 zərbə endirmiş, həmin zərbələrin təsirindən sonuncu öz müvazinətini itirmiş və burnundan xəsarət almışdır. Daha sonra Ülfət təkrarən Asimanın üstünə cumub baş nahiyəsindən tutaraq sıxmağa başlamışdır. Təqsirləndirilən şəxs dava-dalaşa qoşulana və onları aralayana var-yox söyüşü söysə də, onlar bu söyüşlərə məhəl qoymayıb Ülfətlə Asimanı aralamağa çalışmışdır. Daha sonra Təqsirləndirilən şəxs Şahid3 bu dava-dalaşa çəlb etməyə çalışaraq Zərərçəkmiş şəxs vurmasını desə də, Şiraslan heç nə etməmiş, əksinə araya girib dava-dalaşın qarşısını almağa çalışmışlar. O və X3 aralayıb dava-dalaşı sakitləşdirdikdən sonra Təqsirləndirilən şəxs yenidən qızışıb yerdə olan uzun bel sapını əlinə götürərərk bu dava-dalaşın haqq-hesab edilməsi üçün Zərərçəkmiş şəxs çölə çıxmasını tələb edərək əlində bel sapı ilə kotecdən çölə çıxmışdır. Bundan sonra Zərərçəkmiş şəxs də yerindən duraraq Ülfətin dalınca çölə çıxmışdır. Şiraslan da onların dalınca getmiş, o, isə bir neçə dəqiqə həmin kotecdə qalmışdır. 3-4 dəqiqə sonra o, çölə çıxmaq istəyən zaman Zərərçəkmiş şəxs əsəbi şəkildə geri qayıtmış və qəfildən yerdə olan 3 kiloqramlıq şüşə bankanı əlinə götürərək divanda sakit formada oturan Şahid1 başının sağ nahiyəsinə bir dəfə zərbə endirib yenidən çölə çıxıb getmişdir. Zərbənin təsirindən şüşə banka Tural Xəlizadənin başında sınmış və sonuncunun başı yarılaraq qanamışdır. Bu zərbədən sonra Tural huşunu itirərək sağ yanı üstə yerə yıxılmışdır. O, dərhal əski parçası götürüb Turalın başına, yara nahiyyəsinə sıxıb qanın axmasının qarşısını almağa çalışmışdır. Bir müddət sonra həmin otelin, eyni zamanda işlədikləri restoranın meneceri Şahid6 həmin yerə gəlmiş, Şahid1 başından xəsarət aldığını görüb sonuncunu öz nəqliyyat vasitəsinə mindirib tibbi yardım göstərilməsi üçün onunla birlikdə Laçın şəhərində yerləşən modul tipli xəstaxanaya aparmışlar. Bundan əlavə Şahid2 ifadəsində bu hadisənin təxminən 30-40 dəqiqə davam etdiyini, dava-dalaş zamanı yaranmış səs-küyə oteldə işləyən, habelə digər koteclərdə yaşayan çoxsaylı şəxslərin çölə çıxıb hadisə yerinə toplaşdığını, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ətrafdakı şəxslərin araya girib onları aralamaqla bağlı cəhdlərinə məhəl qoymayıb həmin şəxslərin əlindən çıxıb bir-birini vurmağa cəhd etdiklərini, uca səslə qarşılıqlı təhqiramiz söyüşlər söydüklərini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdən “Three House” restoranında süfrəçi kimi işləyir. Laçın şəhərində yaşamağa yeri olmadığından şirkət tərəfindən “Həkəri” oteldə 54 nömrəli kotecdə yerləşdirilmiş, hər gün həmin oteldə qalmışdır. O, iş yoldaşı Şahid2la birlikdə bir kotecdə qalmışdır. İş yoldaşları Şahid1, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs daha öncə tanımamış, yalnız Laçın şəhərində işlədiyi vaxtdan tanımışdır. Şahid1 ilə Təqsirləndirilən şəxs da həmin otelin 53 nömrəli kotecində, Zərərçəkmiş şəxs isə Laçın şəhərində ayrıca evdə yaşamışdır. xx.xx.2024-cü il tarixdə onun səhhətində probləmlər olduğundan işə çıxmamış, axşam saatlarında yatdıqdan bir qədər sonra, yəni saat 00:00 radələrində onun kotecinə gələn Şahid1, Təqsirləndirilən şəxs və Şahid2 səslərinə oyanmış, bu zaman Tural ilə Ülfətin bərk sərxoş vəziyyətdə olduqlarını görmüşdür. Təqsirləndirilən şəxs onu nərd oynamaq üçün öz qaldığı 53 nömrəli kotecə dəvət etmiş, o, da sonuncunun sözünü yerə salmayıb birlikdə həmin kotecə getmişlər. Təqsirləndirilən şəxs ilə Şahid2 nərd oynamağa başlamış, Şahid1 isə yorğun olduğunu bildirib divanda uzanıb yatmışdır. Bir neçə dəqiqədən sonra o, çölə çıxmış, çöldə olduğu vaxt Zərərçəkmiş şəxs gəlmiş və o, sonuncu ilə birlikdə 53 nömrəli kotecə daxil olmuşdur. Zərərçəkmiş şəxs öz qaldığı evə getmək üçün taksiyə ehtiyacı olduğunu bildirib Təqsirləndirilən şəxs taksi nömrəsi istəmiş, həmin vaxt onlar arasında mübahisə başlamışdır. O, tam olaraq mübahisənin hansı səbəbdən baş verdiyini bilməmişdir. Daha sonra Zərərçəkmiş şəxs mübahisəni öz aralarında həll edəcəklərini, bu söhbətə heç kimin qarışmamasını deyərək Şahid2la onun kotecdən çıxmalarını tələb etmişlər. Bu zaman o və Şahid2 həmin kotecdən çıxaraq qonşuluqda yerləşən öz qaldıqları kotecin qarşısına getmişlər. 3-5 dəqiqə sonra Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs uca səslə qarşılıqlı birbirinin ünvanına nalayiq ifadələr işlətdiyini eşitmişdir. Elə həmin vaxt dalaşmağa xarakterik səs-küy gəldiyini eşidib Şahid2la birlikdə yenidən 53 nömrəli kotecə getmişlər. İçəri daxil olarkən Zərərçəkmiş şəxs divanda yatan Şahid1 uca səslə çağırıb, habelə əli ilə sirkələyib oyatmağa çalışdığını, Təqsirləndirilən şəxs isə ondan bir qədər aralıda olduğunu görmüşdür. Turalın ağır yatıb ayılmadığını görüncə Asiman stolun üzərində olan su butulkasını götürüb içindəki suyu sonuncunun üzünə tökmüş, bu zaman Şahid1 alayarımçıq oyanaraq “gijdıllaqsan, başıma niyə su tökürsən” deyə iradını bildirmişdir. Bundan sonra, Zərərçəkmiş şəxs Turalın yaxasından tutub kotecin divarına çırpmış, daha sonra Şahid1 də Asimana əl-qol atmış, lakin bərk sərxoş olduğundan Asimanı vura bilməmişdir. Bu zaman Asiman əlinin içi ilə Şahid1 baş nahiyəsinə bir sillə zərbəsi vurmuşdur. Təqsirləndirilən şəxs ilkin olaraq Zərərçəkmiş şəxs “dava lazım deyil” deyərək sonuncuya yaxınlaşsa da, qəfildən yerdən 0,5 litrlik şüşə araq butulkasını götürüb Zərərçəkmiş şəxs burun nahiyəsinə bir zərbə, daha sonra isə yerdən bel sapı götürərək onunla Asimanın bel nahiəsindən 1-2 zərbə endirmiş, həmin zərbələrin təsirindən Asiman müvazinətini itirsə də, yerə yıxılmamışdır. Bu zərbələrdən Asimanın burnundan qan axmışdır. Daha sonra Ülfət Asimanın üstünə hücum edib başını tutub sıxmağa balamışdır. Həmin vaxt o və Şahid2 araya girib onları aralamaq istəsələr də, Təqsirləndirilən şəxs dava-dalaşa qarışıb aralayanı təhqiramiz söyüşlə söymüşdür. Bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döyməyə köməklik etmək üçün onu çağırmış, lakin o, buna məhəl qoymaraq heç nə etməmişdir. Əksinə edilən söyüşə məhəl qoymayıb Şahid2la birlikdə araya girib onları arlaşmış və sakitləşdirmişlər. Bir qədər sonra Təqsirləndirilən şəxs yerdə olan uzun bel sapını əlinə götürüb Zərərçəkmiş şəxs çölə çıxmasını tələb edərək əlində bel sapı ilə kotecdən çölə çıxmışdır. Ülfət çöldə olarkən Zərərçəkmiş şəxs ünvanına uca səslə söyüşlər söyüb çölə çağırmışdır. Buna görə Zərərçəkmiş şəxs də Ülfətin arxasıycan çölə çıxmışdır. Lakin Ülfət harasa getdiyindən Asiman çöldə onu uca səslə çağırsa da Ülfəti tapmayıb yenidən həmin kotecə geri qayıtmış və bu zaman masanın üstündə olan 3 kiloqramlıq şüşə bankanı götürüb divanda oturan Şahid1 baş nahiyəsinə çırpmışdır. Zərbənin təsirindən banka Turalın başında sınmış və sonuncu huşunu itirərək yerə yıxılmış, habelə Turalın başı yarılaraq qanamağa başlamışdır. Bundan sonra Asiman yerdə olan 0.7 litrlik şüşə araq butulkasını götürərək çölə çıxıb Təqsirləndirilən şəxs ilə dalaşmaq üçün sonuncunu axtarmağa başlamışdır. O, hadisələrin daha da böyüməməsi üçün, yəni həmin şəxslərin dalaşmalarına mane olmaq üçün Asimanın ardınca çölə çıxmış, lakin səs-küyə kotecin ətrafında çoxlu sayda adam toplaşdığını görüb həmin şəxslərin davadalaşa mane olacağını fikirləşib Şahid1 kömək etmək niyyəti ilə yenidən kotecə qayıtmışdır. Kotecin ətrafına toplaşan çox saylı şəxslərin arasında bir neçə iş yoldaşından başqa digər şəxsləri tanımamış, həmin şəxslər oteldə qalan müştərilər olmuşdur. Kotecə qayıdarkən Şahid2 əlində ağ parça ilə Şahid1 başındakı yaranı sıxıb qanaxmanın qarşısını almağa çalışdığını görmüşdür. Bir qədər sonra həmin otelin, eyni zamanda işlədikləri restoranın meneceri Şahid6 hadisə yerinə gəlmiş və Şahid1 başından xəsarət aldığını görüb sonuncunu öz nəqliyyat vasitəsinə mindirib tibbi yardım göstərilməsi üçün onunla birlikdə Laçın şəhərində yerləşən modul tipli xəstaxanaya aparmışlar. Bundan əlavə Şahid3 ifadəsində bu hadisənin təxminən 30-40 dəqiqə davam etdiyini, dava-dalaş zamanı yaranmış səs-küyə oteldə işləyən, habelə digər koteclərdə yaşayan çoxsaylı şəxslərin çölə çıxıb hadisə yerinə toplaşdığını göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 2023-cü il sentyabr ayından “Tree House” restoranında menecer vəzifəsində işləyir. Laçın şəhərində yaşamağa yeri olmadığından şirkət tərəfindən “Həkəri” oteldə yerləşdirilmiş və orada 14 nömrəli kotecdə qalmışdır. 2024-cü ilin yanvar ayının 2-dən 3-nə keçən gecə saat 01 radələrində öz otağında yatan zaman çöldən dalaşmağa xarakterik gələn səs-küyə oyanmış, az sonra kiminsə kotecin qapsını döydüyünü görüb qapını açmışdır. Çölə çıxanda hazırda xatırlamadığı şirkət işçiləri ona Zərərçəkmiş şəxs banka ilə Şahid1 başına zərbə vurub xəsarət yetirdiyini, sonuncunun vəziyyətinin yaxşı olmadığını bildirmişlər. Bu vaxt o, həmin yoldaşlar ilə birlikdə gedəndə otelin 1 nömrəli koteci tərəfdən dalaşmağa xarakterik səs-küy gəldiyini, iki şəxsin qarşılıqlı şəkildə bir-birinə uca səslə təhqiramiz söyüşlər etdiyini eşitmişdir. O, həmin istiqamətdə getmək istəsə də, Turalın vəziyyətinin pis olduğunu öyrəndiyi üçün sonuncunun yaşadığı 53 nömrəli kotecə tərəf getmişdir. Ora çatanda Şahid1 başından çoxlu miqdarda qan axdığını, Şahid2 adlı iş yoldaşlarının isə Turala yardım edib qan axmanın qarşısını almağa çalışdığını görmüşdür. Şahid1 halı yaxşı olmadığı üçün o, bu barədə dərhal şirkətin meneceri Şahid6 zəng edərək məlumat vermiş və təcili olaraq hadisə yerinə gəlməsini xahiş etmişdir. 6-7 dəqiqə sonra Şahid6 həmin yerə gəlmiş və Şahid2la birlikdə Şahid1 öz nəqliyyat vasitəsinə əyləşdirib xəstəxanaya aparmışlar. Həmin ərəfədə Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs əsəbi halda bir-birinə qarşı yüksək səslə nalayiq ifadələr işlətməkdə davam etmişlər. Baş verən hadisə ilə əlaqədar səs-küyə ətrafda təxminən 10-15 adam toplaşmışdır. Daha sonra Şahid5 və ətrafa toplaşan digər şəxslər Asimanı sakitləşdirib oradan uzaqlaşdırmışlar. Təqsirləndirilən şəxs isə əlində bel sapı ilə yüksək səslə öz hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs harda tutsa öldürəcəyini demişdir. Həmin vaxt o və ətrafdakı digər şəxslər Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışsalar da, sonuncu sakitləşməyib özünü çox aqressiv apararaq cəmiyyətdə qəbul olunmuş birgə yaşayış qaydalarına zidd hərəkətlər etmişdir. Bundan başqa Şahid4 ifadəsində sözügedən hadisənin otelin koteclərinin olduğu yerdə küçədə baş verdiyini, hadisə zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs küçədə bir-birilərinə qarşı hamının eşidə biləcəyi şəkildə, yəni uca səslə söyüşlər söyüb bir-birini vurmaq üçün hücum çəkdiklərini, həmin vaxt Təqsirləndirilən şəxs əlində bel sapı olduğunu, qeyd edilən bel sapı ilə Zərərçəkmiş şəxs üzərinə gedib sonuncunu vuracağı ilə hədələdiyini, lakin ətrafdakı şəxslərin araya girib onların dalaşmalarına imkan verməməsi səbəbindən bir-birilərini vura bilmədiklərini, bu vaxt hər hansı şəxsin digərinə xəsarət yetirib-yetirmədini görmədiyini, bu hadisənin təxminən 15-20 dəqiqə davam etdiyini və oteldə qalan demək olar ki, bütün şəxslərin istirahətinə mane olduğunu göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, 2023-cü il sentyabr ayından Laçın şəhərində fəaliyyət göstərən koteclərdən ibarət olan “Həkəri” oteldə qeydiyyatçı-menecer kimi işləyir. Laçın şəhərində yaşamağa yeri olmadığından xidməti iş otağında, yəni otelin 1 nömrəli kotecində yaşamışdır. Şahid1, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs "xxxx" ASC-nin tabeliyində olan “Tree House” adlı restoranın işçisi kimi tanımışdır. Şirkət Şahid1 ilə Təqsirləndirilən şəxs otelin 53 nömrəli kotecində yerləşdirmiş, həmin şəxslər bir yerdə həmin kotecdə yaşamışlar. 2024-cü ilin yanvar ayının 2-dən 3-nə keçən gecə saat 01 radələrində işlərini yekunlaşdıraraq yatmağa hazırlaşdığı vaxt çöldən dalaşmağa xarakterik səs-küy gəldiyini eşidib bir qədər həmin səsküyə diqqət yetirmiş, elə bu vaxt kiminsə çöldən onu çağırdığını eşidib nə baş verdiyini öyrənmək üçün çölə çıxmışdır. Bu zaman onu çağıran şəxsin Təqsirləndirilən şəxs olduğunu və sonuncunun sərxoş halda və əlində bel sapı olduğunu görüb nə baş verdiyini soruşmuşdur. Təqsirləndirilən şəxs heç nə demədən tələsik onun qaldığı kotecə daxil olaraq qapını içəridən kilidləmiş, sonuncudan nə baş verdiyini təkrarən soruşduqda Ülfət bildirmişdir ki, iş yoldaşı Zərərçəkmiş şəxs ilə dalaşmışlar, buna görə sonuncu onu axtarır, əgər dalınca bura gələrsə qapını açmasın. Bu mövzu ətrafında bir-iki sual verib nə baş veridiyini dəqiqləşdirmək istəyərkən Zərərçəkmiş şəxs qapını döyərək yüksək səslə qışqırıb qapının açılmasını tələb etmişdir. O, qapını açaraq çölə çıxmış, bu zaman Zərərçəkmiş şəxs əlində şüşə araq butulkası ilə kotecə daxil olmaq istəsə də, o, buna mane olaraq sonuncunun kotecə daxil olmasına imkan verməmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs əlindəki şüşə araq butulkasını onun əlindən alıb kənara atmış və daha sonra isə səs-küyə oteldə qalan bir neçə şəxs çölə çıxıb ətrafa toplaşmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs sifət nahiyəsindən qan axdığını görüb kotecin qarşısında onunla danışıb sakitləşdirməyə çalışmış, lakin Zərərçəkmiş şəxs onun sözlərinə məhəl qoymayıb sakitləşməmiş, yüksək səslə Təqsirləndirilən şəxs ünvanına təhqiramiz söyüşlər söyə-söyə çağırıb çölə çıxmasını tələb etmişdir. Vəziyyətdən belə başa düşmüşdür ki, Asimanla Ülfət hardasa dalaşmış, sonuncu qaçıb gəlib onun kotecində gizlənmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs da kotecin içərisində sakit durmayaraq çöldə olan Zərərçəkmiş şəxs ünvanına uca səslə təhqiarmiz söyüşlər söymüşdür. Elə bu vaxt qeyd olunan restoranın işçiləri Şahid3, Şahid4 və hazırda tam dəqiq xatırlamadığı digər şəxslər, həmçinin sözügedən oteldə qalan bir neçə müştəri yaxınlaşıb onunla birlikdə Asimanı sakitləşdirməyə çalışmışlar. Şahid3 ona yaxınlaşaraq Şahid1 vəziyyətinin yaxşı olmadığını dedikdə o, işçilərə Zərərçəkmiş şəxs tutmalarını tapşıraraq özü 53 nömrəli kotecə doğru gedərkən, sonuncunun həmin şəxslərin əlindən çıxaraq Ülfətin gizləndiyi 1 nömrəli kotecə daxil olduğunu görüb hər hansı ağır nəticələrin baş verməsinin qarşısını almaq məqsədi ilə cəld geri qayıdaraq digər yoldaşlarla birlikdə Asimanın arxasınca kotecə daxil olmuşlar. Kotecə daxil olarkən Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs kotecin içərisində bir-birinin yaxasından tutub dartışdıqlarını görmüş və tez bir zamanda müdaxilə edərək adıkeçən şəxslərin bir-birini vurmalarına mane olmuş və onları aralamışlar. O, digər şəxslərin köməyi ilə Zərərçəkmiş şəxs kotecdən çölə çıxarmışdır. Lakin Təqsirləndirilən şəxs isə əlində bel sapı ilə yüksək səslə öz hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs harda tutsa öldürəcəyini demişdir. Həmin vaxt o və ətrafdakı digər şəxslər Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışsalar da, sonuncu sakitləşməyib özünü çox aqressiv apararaq cəmiyyətdə qəbul olunmuş birgə yaşayış qaydalarına zidd hərəkətlər etmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs də bir neçə dəfə Təqsirləndirilən şəxs vurmağa cəhd göstərsə də onlar tərəfindən bunun qarşısı alınmışdır. Tədricən ətrafdakı şəxslərin köməkliyi ilə sakitlik yaradılmışdır. Sonradan ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs 53 nömrəli kotecdə Təqsirləndirilən şəxs ilə mübahisə edib dalaşarkən Şahid1 ilə də sözləri düz gəlməmiş, bu zaman Asiman 3 kiloqramlıq şüşə balon ilə Turalın baş nahiyəsinə zərbə vurub xəsarət yetirmişdir. Lakin o, həmin vaxt öz otağında olmuş, bu hadisənin konkret olaraq necə baş verməsini görməmişdir. Bundan əlavə Şahid5 ifadəsində hadisə zamanı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs hər ikisinin bir-birinin ünvanına uca səslə təhqiramiz söyüşlər söydüklərini, habelə ilk öncə qaldıqları 53 nömrəli kotecdə, daha sonra isə onun qaldığı 1 nömrəli kotecdə dalaşaraq səs-küy saldıqlarını, bu hərəkətləri ilə kiçik bir ərazidə, bir-birinə yaxın koteclərdən ibarət təşkil olunmuş otelin müştərilərinin istirahət hüquqlarını pozduqlarını, həmin müştərilər narahat olduqları üçün yatdıqları yerdən durub çölə çıxdıqlarını, otelin nüfuzuna xələl gəlməməsi və müştərilərin məmnuniyyətini təmin etmək məqsədi ilə o və digər işçilər bu hadisəyə tez müdaxilə edib mümkün qədər qısa zaman ərzində sakitlik yaratmağa çalışdığını, lakin həm Asiman, həm də Ülfət bərk sərxoş olduqlarına görə onun sözlərinə məhəl qoymayıb ətrafdakı şəxslərin gözü qarşısında bu kimi hərəkətlərini davam etdirdiklərini, otelin normal fəaliyyətinə və müştərilərin istirahətinə mane olan bu hadisənin təxminən 20 dəqiqə davam etdiyini, otelin nüfuzdan düşməməsi üçün səs-küyə çölə çıxan müştərilərinə dalaşan həmin şəxslərin öz işçiləri olmasını gizlədib otelin digər müştəriləri olmalarını barədə yalan danışmaq məcburiyyətində qaldığını göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Laçın şəhərində yaşayır. 09 may 2023-cü il tarixdə o, "xxxx" MMC-nin tabeliyində olan “Həkəri” oteli və “Tree House” restoranında menecer vəzifəsində işlə qəbul olunmuş, həmin tarixdən hər iki qurumun idarə edilməsi ilə məşğul olmuşdur. Şahid1, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ilə arasında bir iş yoldaşı kimi normal münasibətlər olmuşdur. Tural ilə Ülfətin Laçın şəhərində yaşamağa yeri olmadığından şirkət tərəfindən onlara “Həkəri” oteldə kotec ayrılmış, hər ikisi bir otaqda qalmışlar. 2024-cü ilin yanvar ayının 2-dən 3-nə keçən gecə saat 01 radələrində o, öz evində olan zaman sözügedən restoranda adminstrator vəzifəsində işləyən Şahid4 və ofisiant işləyən Şahid2 ayrı-ayrı vaxtlarda ona zəng edərək “Həkəri” oteldə dava-dalaş olması barədə məlumat verərək hadisə yerinə getməsinin lazım olduğunu bildirmişlər. O, dərhal öz avtomobili ilə “Həkəri” otelə getdikdə xeyli sayda insanın 53 nömrəli kotecin qarşısına toplaşdığını görmüşdür. Nə baş verdiyini öyrənmək üçün həmin kotecə daxil olduğu zaman Şahid1 başının qan içində olduğunu görmüşdür. Bundan sonra o, Şahid2la birlikdə Turalı öz avtomobilinə mindirib Laçın şəhərində yerləşən xəstəxanaya aparmışdır. Daha sonra ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs sərxoş halda bir-biri ilə sözlü mübahisə etmiş, bu mübahisə sonradan dava-dalaşa çevrilmiş, həmin davadalaş vaxtı Zərərçəkmiş şəxs kotecdə olan 3 kiloqramlıq şüşə bankanı götürüb Şahid1 başına çırpıb sonuncuya xəsarət yetirmişdir. Baş vermiş hadisə ilə əlaqədar Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs hər ikisini işdən azad etmişdir. Bundan başqa, işdə olan və məhkəmə iclasında tədqiq olunan ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində dava-dalaş zamanı Təqsirləndirilən şəxs şüşə araq butulkası ilə onun burun nahiyəsinə bir dəfə zərbə endirib xəsarət yetirdiyini, həmin davadalaş zamanı ya Ülfətin, ya da ki, Turalın onun kürəyindən dişlədiyini, lakin bunu konkret olaraq kimin etməsini xatırlamadığını göstərmişdir. Təqsirləndirilən şəxs isə ifadəsində hadisə zamanı sərxoş halda olduğundan Zərərçəkmiş şəxs araq butulkası ilə vurmasını xatırlamadığını, lakin dava-dalaş zamanı sonuncuya yumruqla və bel sapı ilə bir neçə zərbə vurmasını xatırladığını, Zərərçəkmiş şəxs bel nahiyəsindən Turalın deyil, onun dişlədiyini göstərmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan məhkəmə tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 09 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşağıdakı xəsarət aşkar edilmişdir. Burun sümüklərində tam yerdəyişməmiş sınıq, sağ qaş üzərində və burun tini üzərində səthi əzilmiş yaralar, döş qəfəsinin sol yarısında və sağ kürəkaltı nahiyədə qançırlar - küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə əmələ gələ bilərdi. Xəsarətin yetirilmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə burun sümüyünün yerdəyişməyən sınığı - sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, digər səthi əzilmiş yaralar və döş qəfəsində olan qançırlar isə sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlərə aiddirlər. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olan xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı şəhər Narkoloji Mərkəzi” X5 xx.xx.2024-cü il tarixli, 2861 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Narkoloji Mərkəzdə qeydiyyata yoxdur. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X6 “Bakı Baş Səhiyyə Mərkəzi” X6 33 nömrəli Şəhər Poliklinikasının xx.xx.2024-cü il tarixli, 18-1-1-28/2-192/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 33 nömrəli Şəhər Poliklinikasında psixiatrik kabinetində xəstələrin siyahısında qeydiyyatda yoxdur. İşdə olan və məhkəmə iclasında tədqiq olunan əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iş üçün əhəmiyyət kəsb etdiyindən hadisə yerindən götürülmüş şüşə araq butulkası, taxta materialdan ibarət olan bir ədəd bel sapı maddi sübut qismində tanınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Səbail rayon MKTB-nin 149 saylı MKİS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan və vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs, atası, anası və qardaşı ilə birlikdə Bakı şəhəri Səbail rayonu E. Əzizov küçəsi ev 12b-də yaşayırlar və o, Laçın rayonundan olan məcburi köçkündür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı tam şəkildə ödəmişdir, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, bununla bağlı Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Odur ki, qeyd etdiklərini nəzərə alıb Təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə elan edilmiş ittihamın dəyişdirilmədən qüvvəsində saxlanılması və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin nəzərə alınması, Zərərçəkmiş şəxs qismində tanınmasının nəzərə alınması, iş üçün əhəmiyyət kəsb etdiyindən hadisə yerindən götürülmüş şüşə araq butulkası və taxta materialdan ibarət olan bir ədəd bel sapının xx.xx.2024-cü il tarixli qərarla maddi sübut kimi tanınmasının nəzərə alınması, cinayət işi üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, ekspert rəylərinin, istintaq hərəkəti protokollarının, həmçinin cinayət işinə əlavə edilmiş digər sənədlərin sübut növü kimi qiymətləndirilməsi, qərar barədə maraqlı şəxslərə məlumat verilməsi və qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. Beləliklə də Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda qismən təqsirli bilməklə yanaşı, eyni zamanda zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə də Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində müəyyən olunmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunmalı, o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müvafiq cəza ilə cəzalanmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə sadalanan qanunvericilik normalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlikəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə xüsusi ilə vurğulayır ki, qanuni, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərir, onun, həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarşısını alır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sayəsində mühüm vasitədir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun təqsirini qismən boynuna almasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəməsini, məcburi köçkün olmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, həmçinin zərər çəkmiş şəxslə barışmasını və məhkumluğunun olmamasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinin tələblərinə əsasən işdə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş işdə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi üzrə təqsirləndirilən şəxsə təyin olunacaq cəzanın növünü və həddini müəyyən edərkən, işin faktiki hallarını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi şəraitini, başqa şəxslər tərəfindən eyni xarakterli yeni cinayətlərin törədilməsinin qarşısının alınmasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması baxımından ona məhz həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi daha məqsədəmüvafiqdir. Bundan başqa, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli isə tutulduğu vaxtdan, yəni 19 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri dəyişdirilməli, barəsində «həbs» qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməli, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan bu cəza növü cəzanın əsas məqsədini təmin edir. Cinayət işinin materiallarına əlavə edilmiş iş üzrə maddi sübutlar-Laçın RPŞ-nin maddi sübutlar otağında saxlanılan bir ədəd şüşə araq butulkası və taxta materialdan ibarət olan bir ədəd bel sapı məhv edilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci, üzərinə həbs qoyulmuş əmlak və xüsusi müsadirə yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 iş saatı üçün 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı və 381-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 19 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalında dərhal həbs edilsin və barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işinin materiallarına əlavə edilmiş iş üzrə maddi sübutlar-Laçın RPŞ-nin maddi sübutlar otağında saxlanılan bir ədəd şüşə araq butulkası və taxta materialdan ibarət olan bir ədəd bel sapı məhv edilsin. İş üzrə mülki iddia, məhkəmə xərci, üzərinə həbs qoyulmuş əmlak və xüsusi müsadirə yoxdur. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 20 iş saatı üçün 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Laçın Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə 20 (iyirmi) gün başa çatdıqdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar