Azərbaycan Respublikası adından HÖKM Laçın rayonu İş № 1(047)-20/2024 24.12.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs, Müdafiəçi Ağcabədi rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Ağcabədi şəhərində, 24 dekabr 2024-cü il tarixdə, Laçın Rayon Məhkəməsinin inzibati binasında, xx.xx.1986-cı il tarixdə Laçın rayonu Qarıqışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Laçın rayonu Taxtakörpü qəsəbə tam orta məktəbində kitabxanaçı işləyən, əvvəllər məhkum olunmamış, Laçın rayon Qarıqışlaq kəndində pasport qeydiyyatında olmaqla Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsi, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 156.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Aparılmış ibtidai istintaqla müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs şəxsi həyatın sirri olan məlumatları, belə məlumatları əks etdirən foto çəkilişi materiallarını yaymaqla şəxsi həyatın toxunulmazlığını pozmuşdur. Belə ki, o, "xxxx" ASC-nin Qarabağ RETSİ-nin Laçın EŞ-də baş mexannik vəzifədə işləyən X1 əvvəllər istifadəsində olmuş və həmin qurumda anbardar vəzifəsində işləyən əri X34 tərəfindən sonradan satın alınmış “Samsung Galaxy12” markalı mobil telefonun yaddaşından silinmiş məlumatlar sonuncu tərəfindən arvadının xəyanət edib-etmədiyini müəyyən etmək niyyəti ilə bərpa etdirildikdən bir müddət sonra Z.Əsədovun telefonuna baxarkən həmin telefonun yaddaşında bacısı Zərərçəkmiş şəxs1 ilə həmkəndlisi X1 şəxsi həyatlarının sirri olan məlumatları özündə əks etdirən şəkilləri, yəni “whatsapp” proqramı vasitəsi ilə video görüntülü danışıq zamanı Zərərçəkmiş şəxs1 əynindəki paltarı açıb bədənin ayrı-ayrı nahiyyələrini (intim yerləri) Şaban Tarıverdiyevə nümayiş etdirməsi əks olunan telefonun ekran görüntüsündən çəkilmiş şəkilləri gördükdən sonra, bacısı Zərərçəkmiş şəxs1 başqa şəxslə ailəli ola-ola Şaban Tarıverdiyevlə sevgi münasibətində olmasını başa düşmüş və həmin şəkilləri gələcəkdə istifadə etmək niyyəti ilə cinayətə aidiyyəti olmayan əri Zəfər Əsədovun qeyd edilən mobil telefonundan “whatsapp” proqramı vasitəsi ilə öz istifadəsində olan mobil telefonuna göndərib bir müddət özündə saxlamış, bir neçə ay sonra, yəni 2023-cü ilin sonlarında bacısı Zərərçəkmiş şəxs1 ilə münasibətləri pozularkən sonuncudan qisas almaq və qohum-tanışlar arasında rüsvay etmək, bununla da yaşadığı qəsəbədə barəsində yüngül həyat tərzi keçirməsinə dair yayılmış söz-söhbətlərə son qoymaq, əslində özünün deyil, Zərərçəkmiş şəxs1 bu cür həyat tərzi yaşamasını sübut etmək məqsədi ilə əlində olan, pornoqrafik xarakterli hesab edilməyən, sonuncunun yarıçılpaq vəziyyətdə başqa kişi ilə danışmasını əks etdirən foto çəkiliş materiallarını qohum və tanışlara göndərməklə yaymaq qərarına gəlmiş və bu məqsədini reallaşdırmaq üçün 2023-cü ilin dekabr və 2024-cü ilin yanvar ayları ərzində Zərərçəkmiş şəxs1 və Şaban Tarıverdiyevin məlumatı və razılığı olmadan həmin şəkilləri, yəni şəxsi həyatının sirri olan məlumatları, belə məlumatları əks etdirən foto çəkilişi materiallarını internet üzərindən “whatsapp” proqramı vasitəsi ilə dayısı Siyavuş Əsədov, qardaşı Amil Eyvazov, qohumları Şahid1, Şahid3, Habil Əzimov və şəxsiyyətləri istintaqla müəyyən edilməyən digər şəxslərin istifadələrində olan müvafiq nömrələrə göndərməklə yaymış, nəticədə həmin şəkillərin qısa müddət ərzində geniş kütlə, yəni bütün qohum və tanışlar arasında yayılmasına səbəb olmuş – bu hərəkətləri ilə Zərərçəkmiş şəxs1 və X1 şəxsi həyatlarının toxunulmazlığını pozmuşdur. Bununla da, ibtidai istintaq orqanının gəldiyi nəticəyə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 156.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Ağcabədi rayonu Taxtakörpü qəsəbəsi, ünvan 2 ünvanında yaşayır. 2003-cü ilin sentyabr ayında X34 ilə ailə həyatı qurmuş və bu nikahdan iki övladı vardır. 2021-ci ilin dekabr ayında əri Zəfər Əsədov "xxxx" ASC-nin X30 Təchizatı və Satışı İdarəsinin Laçın Elektrik Şəbəkəsində anbardar kimi işə qəbul olunmuş və 2023-cü ilin noyabr ayınadək həmin vəzifədə işləmişdir. Laçın rayonunda işlədiyi vaxt Zəfərin istifadəsində olan mobil telefonun şəbəkəyə qoşulmasında promblemlər yarandığından sonuncu özünə yeni telefon almaq istəmiş, həmin vaxt Zəfərin rəhbəri, Laçın rayon elektrik şəbəkəsində Azərişıq ASC-nin Laçın RETSİ-nin baş mexaniki vəzifəsində işləyən Şaban Tarıverdiyev ehtiyacı olmadığı əlavə telefonunun olduğunu bildirib, həmin telefonu 200 manat pul müqabilində sata biləcəyini təklif etmişdir. Zəfər də 200 manat pul verib Şabanın istifadəsində olmuş “SAMSUNG GALAXY 12” markalı mobil telefonu almışdır. Laçın rayonunda işçilərin yaşamağa evləri olmadığından işçilər üçün vaqonlardan ibarət yataq düşərgəsi yaradılmış, bu zaman Zəfər Əsədov və bir neçə digər işçi Şaban Tarıverdiyevlə eyni vaqonda yaşamışdır. Zəfər telefonu aldıqdan bir neçə gün sonra sonuncunun baldızı, yəni onun bacısı Zərərçəkmiş şəxs1 gecə saatlarında bir-neçə dəfə Şaban Tarıverdiyevə zəng edərək mobil telefonu Zəfərə satmasından narahat qaldığını, telefonun yaddaşında olan məlumatları silib-silmədiyini durmadan soruşmuş, Şaban da narahat olmamasını, bütün məlumatları telefondan sildiyini demişdir. Bu telefon danışığı Zəfər Əsədovun yanında olduğundan sonuncu bu danışığı eşitmiş və Səriyyənin tez-tez Şabana zənglər etməsindən şübhələnmişdir. Zəfər ilk öncə onunla Şaban Tarıverdiyev arasında nəsə sevgi münasibətlərinin olmasından şübhələnmiş, buna görə həqiqəti bilmək üçün Şabandan aldığı həmin telefonun yaddaşından silinmiş məlumatları bərpa etdirmək qərarında gəlmişdir. Bir neçə gündən sonra Zəfər Əsədov telefonun yaddaşının bərpa olunması üçün telefona xüsusi proqram yazdıraraq silinmiş bütün məlumatları bərpa etmişdir. Digər fayllarla yanaşı telefonun yaddaşından silinmiş müəyyən şəkillər də bərpa edilmişdir. Bərpa olunmuş şəkillərə Zəfər Əsədov nəzər yetirərkən orada baldızı, yəni onun bacısı Zərərçəkmiş şəxs1 yarıçılpaq fotoşəkillərinin olduğunu görmüşdür. Belə ki, Şaban Tarıverdiyev həmin telefonla “whatsapp” proqramı vasitəsi ilə Zərərçəkmiş şəxs1 ilə video görüntülü danışarkən Səriyyə əynindəki paltarları açıb intim yerlərini Şabana nümayiş etdirmiş, bu zaman Şaban öz telefonunda həmin anların ekran görüntülərini çəkmişdir. Bu görüntülərdə Zərərçəkmiş şəxs1 yarıçılpaq vəziyyətdə olsa da, Şaban Tarıverdiyevin yalnız üz nahiyyəsi əks olunmuşdur. Şəkilləri gördükdən sonra Zəfər Əsədov baldızı Zərərçəkmiş şəxs1 ilə Şaban Tarıverdiyev arasında sevgi münasibətlərinin olmasını anlamış, bununla bağlı onun barəsində yaranmış şübhələri isə itmişdir. Yəni Zəfər əmin olmuşdur ki, onunla Şabanın arasında heç bir münasibətlər olmamışdır. Zəfər telefonda bərpa etdiyi bu şəkillər barədə həmin vaxt heç kimə, hətta ona heç bir məlumat verməmiş, bununla bağlı Şaban Tarıverdiyevlə söhbət etmək qərarına gəlmişdir. Bir neçə gündən sonra Zəfər Şabana müraciət edərək baldızı Zərərçəkmiş şəxs1 ilə sevgi münasibətlərinin olmasından məlumatlı olduğunu, bunun yaxşı hal olmadığını, onun və digər ailə üzvlərinin qohumlar və rayon əhalisi arasında nüfuzuna ləkə olduğunu bildirərək Səriyyə ilə münasibətlərinə son qoymasını demişdir. Şaban ilk öncə belə bir halın olmasını inkar etsə də, sonradan Zəfərin telefonun yaddaşını bərpa etdirib onlara aid şəkilləri əldə etdiyini bilincə etiraf etmişdir. Zəfər həmin şəkillərin yayılmaması məqsədilə heç kimə göstərməyəcəyini də demişdir. Söhbət zamanı Şaban bu münasibətlərə son qoymaq istədiyini, lakin Zərərçəkmiş şəxs1 bununla razı olmadığını bildirmişdir. Bu məsələdən bir neçə ay keçsə də Zəfər bunu özündə sirr kimi saxlamışdır. Sonrakı müddətdə Şaban Tarıverdiyev etdiyi bəzi qanunsuz hərəkətlərdə əri Zəfər Əsədovdan istifadə etmişdir. Belə ki, Şaban Ağcabədi rayonundan ona məlum olmayan mənbələrdən alkaqollu içkilər (araq) alıb Laçın rayonunda müxtəlif ünvanlarda pərakəndə şəkildə satmaqla məşğul olmuş, bu işi işçisi Zəfər Əsədov vasitəsi ilə icra etmişdir. Belə ki, Şaban dəfələrlə gətirdiyi alkaqollu içkiləri (araqları) Zəfər Əsədova verərək satıb pulunu toplayıb gətirməsini tapşırmış, sonuncu da, rəhbəri Şabanın bu tapşırığına uyğun olaraq araqları Laçın rayonunda yerləşən hərbi hissələrin hərbi qulluqçularına və digər şəxslərə satıb pulunu Şaban Tarıverdiyevə təhvil vermişdir. Satılan araqların əksəriyyəti aksız markalı olsa da, bəzən belə bir markası olmayan araqlar da satılmışdır. 2022-ci ilin payız aylarında Zəfər Əsədov ümumilikdə 400 manat dəyərində nisyə satdığı bir neçə arağın pulunu toplayıb Şabana verə bilmədiyinə görə sonuncu buna iradını bildirmiş və buna görə Zəfərlə Şabanın münasibətləri pozulmuşdur. Bir müddət sonra Şabanın digər işçisi, eyni zamanda bacısı Səriyyənin həyat yoldaşı Tural Həsənov ona zəng edərək Zəfərin nisyə satıb pulunu toplaya bilmədiyi araqlara görə Şaban Tarıverdiyevə 400 manat məbləğdə pul ödəməli olduğunu demişdir. Bundan sonra o, Zəfər Əsədova zəng edərək Şaban üçün araq satmaqla özünə problem yaratmasına öz narazılığını bildirmişdir. Şaban həmin pulu tələb etdiyindən Zəfər Əsədov məcbur qalıb aylıq əmək haqqından 200 manat ayırıb Vəli adlı şəxs vasitəsi ilə Şabana göndərmişdir. Həmin vaxt X27 Əsədova bildirmişdir ki, əslində həmin 400 manat pul ona ehtiyac deyildir, bu pulun alınmasını Şahid2 və Zərərçəkmiş şəxs1 təkid edirlər. Buna görə qalan 200 manat pulun ödənilməsinə zərurət yoxdur. Bu məsələdən sonra Zəfərlə Şabanın münasibətləri pozulmuş, sonuncu durmadan Zəfər Əsədovun işində nöqsan axtarıb hər xırda məsələyə görə tənbeh etməklə bezdirmişdir. 2023-cü ilin təxminən aprel-may aylarında əri X40 rayonunun Taxtakörpü qəsəbəsindəki evlərində olduğu zaman o, ərindən Şaban Tarıverdiyevlə münasibətlərinin hansı səbəbdən pozulduğunu soruşanda Zəfər Əsədov telefonda aşkar etdiyi Şabanla Səriyyəyə aid həmin fotoşəkilləri ona göstərərək həmin şəxslərin arasında sevgi münasibətlərinin olmasından məlumatlı olduğunu və buna görə də Şabanla münasibətlərinin pozulduğunu demişdir. Budan bir müddət sonra, yəni 2023-cü ilin avqust ayının əvvəlində ailə üzvləi ilə birlikdə Göygöl rayonunun Toğanalı kəndində istirahət edərkən qohumu Habil Əzimov ona zəng edərək Zəfər Əsədovun istifadəsində olan mobil telefonun yaddaşında olan Şabana aid şəkilləri silməsini xahiş etmişdir. Telefon danışığı zamanı Habil Əzimov onunla bir qədər səmimi danışıq aparmış, bu zaman “öpürəm, sağol” ifadəsini işlətmişdir. Həmin telefon danışığı hansısa şəkildə yazılaraq bacısı Zərərçəkmiş şəxs1 və Şaban Tarıverdiyev tərəfindən məqsədli şəkildə qohumlar arasında guya onunla Həbil Əzimov arasında sevgi münasibətlərinin olmasına dair şayələr yaymışlar. Həmin səs yazısı yayıldıqdan sonra qohumlar arasında onun əxlaqsız həyat tərzi sürməsi barədə söz-söhbətlər danışılmış, buna görə o, əsəbləşərək qisas almaq məqsədi ilə Zəfər Əsədovun istifadəsində olan mobil telefonun yaddaşında olan Zərərçəkmiş şəxs1 və Şaban Tarıvardiyevə aid həmin şəkilləri internet üzərindən “whatsapp” proqramı vasitəsi ilə öz telefonuna göndərmiş, bundan sonra isə həmin görüntüləri barəsində artıq-əskik danışan dayısı Siyavuş Əsədova, daha sonra isə Habil Əzimova, Şahid3, Şahid1 və xatırlamadığı bir neçə digər şəxslərə göndəmişdir. Yaranmış vəziyyətdə işləyə bilməyəcəyini və Şabanla münasibətlərinin çox gərgin olmasını nəzərə alaraq Zəfər Əsədov 2023-cü ilin noyabr ayında ərizə yazıb işdən çıxmışdır. Bundan sonra həmin ilin dekabr ayında o, dayısı Novruz Eyvazovun yas mərasimində olarkən onunla Habil Əzimov arasında baş vermiş telefon danışığına dair mübahisələr yaranmış, bu zaman qardaşı Amil Eyvazov qohumlarına və ona müraciət edərək ondan və ailəsindən uzaq durmasını demişdir. O, qardaşının bu sözlərindən sonra sarsıntı keçirmiş və həqiqətdə onun deyil, Zərərçəkmiş şəxs1 evli ola-ola başqa kişi ilə görüşüb əxlaqsız həyat tərzi yaşadığını sübut etmək və qohumlar arasında adının haqsız yerə ləkələnməsindən qisas almaq məqsədi ilə Zərərçəkmiş şəxs1 yarıçılpaq vəziyyətdə Şaban Tarıverdiyevlə olan şəkillərini qardaşı Amil Eyvazovun istifadəsində olan nömrəsinə internet üzərindən “whatsapp” proqramı vasitəsi ilə göndərmiş və daha sonra səsli mesaj göndərərək başqa şəxslərin sözlərinə inanmamasını demişdir. O, Zərərçəkmiş şəxs1 yarıçılpaq şəkillərini qeyd olunan şəxslərə göndərdikdən qısa müddət sonra həmin şəkillər yaşadıqları qəsəbə sakinləri və digər tanışları arasında yayılmışdır. Baş vermiş hadisələrdən sonra anası Şahid2 və atası Bayram Eyvazov onun yaşadığı evə hücum çəkərək bacısı Zərərçəkmiş şəxs1 el-oba arasında rüsvay etməsinə görə ona qarşı zor tətbiq edib öldürməklə hədələmişlər. Anası Şahid2 və atası Bayram Eyvazovun bu hərəkətləri ilə bağlı Laçın rayon polis şöbəsinə şikayət etmiş, nəticədə Şahid2 cinayət məsuliyyətinə cəlb edilmişdir. Bundan əlavə o, bacısı Zərərçəkmiş şəxs1 onu bu əmələ sövq etdiyini, həmçinin bacısı ilə barışmaq niyyətində olmadığını, eyni zamanda əməlindən səmimi peşmançılıq çəkmədiyini də bildirərək iş üzrə yüngülləşdirici halları nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 2015-ci il tarixdə X28 ilə ailə həyatı qurmuş və bu nikahdan iki uşağı olmuşdur. X53 2021-ci il iyun ayında "xxxx" ASC-nin X30 Təchizatı və Satışı İdarəsinin Laçın rayon Elektrik Şəbəkəsinə “elektrik” kimi işə qəbul olunmuşdur. İşlədiyi müddət ərzində əri Turalın həmin qurumun baş mexaniki Şaban Tarıverdiyevlə yaxşı münasibətləri olmuşdur. Bir neçə aydan sonra, yəni 2021-ci ilin dekabr ayında bacısı Təqsirləndirilən şəxs əri X34 da "xxxx" ASC-nin Qarabağ RETSİ-nin Laçın EŞ-nə anbardar kimi işə qəbul olunmuşdur. Bir müddət sonra Zəfər Əsədovun istifadəsində olan mobil telefon xarab olmuş, bu səbəbdən sonuncu özünə yeni telefon almaq istəyərkən Şaban Tarıverdiyev öz istifadəsində olmuş “Samsung galaxy 12” markalı mobil telefonu müəyyən pul müqabilində Zəfər Əsədova satmışdır. Şaban Tarıverdiyevin istifadəsində bir-neçə mobil telefon olduğundan sonuncu ehtiyacı olmayan həmin telefonun yaddaşında olan məlumatları silərək Zəfər Əsədova satmışdır. Həmin vaxt onun Şaban Tarıverdiyevlə gizli şəkildə sevgi münasibətləri olmuşdur. Yəni onun Şabanla sevgi münasibətində olmasını heç kim bilməmişdir. Şabanla tez-tez telefonla əlaqə saxlamış, habelə internet üzərindən “whatsapp” proqramı vasitəsi ilə video görüntülü danışmışdır. Onlar bu danışıqları Şabanın Zəfərə satdığı mobil telefon vasitəsi ilə apardıqlarından Şabanın həmin telefonu Zəfərə satmasını eşidərkən özünə dair məlumatların telefonun yaddaşında qalıb-qalmamasından narahat olmuşdur. Buna görə Şabana zəng edərək telefonu Zəfər Əsədova satarkən telefonun yaddaşında olan məlumatları silibsilmədiyini soruşmuşdur. Şaban Tarıverdiyev narahat olmamasını, telefonun yaddaşına olan bütün məlumatları sildiyini, Zəfərin heç nə əldə edə bilməyəcəyini demişdir. Bundan sonra təxminən 8-9 ay müddətində X51 EŞ-də işləmiş və həmin müddət ərzində Zəfər və arvadı X3 yaxşı münasibəti olmuşlar. Şaban tez-tez müxtəlif məbləğlərdə Zəfər Əsədova borca pul verirmişdir. Buna səbəb Zəfərin əmək haqqı kartını arvadı Təqsirləndirilən şəxs verməsi, sonuncunun isə həmin puldan Zəfərə heç nə verməməsi olmuşdur. Bir müddət sonra Zəfərin Şabana olan borcu artaraq təxminən 900 manata çatmış, bundan sonra Şaban Nuriyyəyə müraciət edərək ona olan borcun Zəfərin əmək haqqından ödənilməsini demişdir. Bu mövzu ətrafında danışarkən Şabanla Nuriyyənin arasında mübahisə yaranmış və münasibətləri pozulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs Şabandan qisas almaq qərarına gəlmiş, bu məqsədlə X31 alıb istifadə etdiyi “samsung” markalı mobil telefonun yaddaşından silinən məlumatların bərpa olunması üçün mütəxəssisə aparmasını demişdir. Təqsirləndirilən şəxs bu məlumatları bərpa etdirməkdə məqsədi Şaban Tarıverdiyevi və onu el-obada rüsvay etmək olmuşdur. Belə ki, onunla Şaban Tarıverdiyevin sevgi münasibətində olmasından Təqsirləndirilən şəxs məlumatlı olmuş və əmin olmuşdur ki, sözügedən mobil telefonun yaddaşını bərpa etdirəndə onların bu münasibətini təsdiq edə biləcək məlumatlar əldə edəcəkdir. Bu səbəbdən X32 tapşırığı ilə Ağcabədi şəhərində tanımadığı mütəxəssisə müraciət edib telefonun yaddaşından silinmiş məlumatları bərpa etdirmişdir. Bu zaman Zəfər Əsədov bərpa olunan fayllara baxanda orada onun yarıçılpaq şəkildə Şaban Tarıverdiyevlə video görüntülü danışığını əks etdirən telefonun ekran görüntülərini aşkar etmişdir. Belə ki, bir müddət öncə o, internet üzərindən “whatsapp” proqramı vasitəsi ilə Şaban Tarıverdiyevlə video görüntülü danışarkən sonuncunun xahişi ilə əynindəki paltarın bəzi hissələrini açıb bədəninin müxtəlif yerlərini Şabana nümayiş etdirmiş, sonuncu da öz telefonunda bu kadrların ekran görüntüsünü çəkmişdir. Şaban bu şəkilləri gizli çəkməmiş, sonuncunun telefonunda belə şəkillərin olmasından onun məlumatı olmuşdur. Zəfərin telefonunda belə bir şəkillərin olmasını aşkar edən Təqsirləndirilən şəxs şəkilləri özünə məxsus olan mobil telefona göndərərək telefonun yaddaşında toplamışdır. Bundan sonra Nuriyyə həm ondan, həm də Şabandan qisas almaq və onları dost-tanış, qohumlar arasında rüsvay etmək məqsədi ilə onun yarıçılpaq vəziyyətdə olan həmin şəkillərini internet üzərindən “whatsapp” proqramı vasitəsi ilə müxtəlif şəxslərə onun razılığı olmadan göndərərək yaymışdır. Nuriyyə həmin görüntüləri əri X21, dayısı X14, qohumu Şahid1, xalası qızı X15 və əmisi oğlu X22 göndərmişdir. Bundan sonra həmin şəkillər qısa müddət ərzində demək olar ki, bütün qohum və tanışları arasında yayılmışdır. Nuriyyədən sonra həmin şəkilləri yayan şəxslərdən biri də Şahid1 olmuşdur. Belə ki, Şahid1 əvvəllər ona sevgi münasibətləri (intim münasibətləri) təklif etmiş, lakin o, Farisin bu təklifinə rədd cavabı verdiyindən sonuncu həmin vaxt ondan acıqlı qalmış, bu səbəbdən də əlinə belə bir şəkil düşdükdə həmin görüntüləri X39, X35, X26, X16, Şahid3 və digər tanışlarına internet üzərindən “whatsapp” proqramı vasitəsi ilə göndərmişdir. Bundan başqa Şahid1 həmin şəkilləri öz mobil telefonunda tanışı X5 da göstərmişdir. Bundan bir müddət sonra əmisi X12 qəsəbəsində keçirilən yas mərasimi zamanı bacısı Təqsirləndirilən şəxs öz telefonunda saxladığı onun yarıçılpaq şəkillərini əmisi qızı X2, X10, X11 da göstərməklə onu bir daha rüsvay eləmişdir. Təqsirləndirilən şəxs onun bu şəkillərini yaymaqla onun əxlaqsız həyat tərzi sürməsini sübut etməyə, bununla da özünün etdiyi əxlaqsız hərəkətlərinin üstünü ört-basdır etməyə çalışmışdır. O, rüsvayçılıqdan utanıb yas mərasimində otura bilməmiş, həmin məclisi yarımçıq tərk etmişdir. Həmin şəkillər qısa müddət ərzində çox adamın əlinə keçdiyindən onların yayılmasının qarşısını almaq mümkün olmamış, şəkilləri əldə edən istənilən şəxs onları öz tanışlarına göndərməklə yaymağa davam etmişlər. Həmin şəkillər ümumilikdə onun tanıdığı və tanımadığı 50-dən çox şəxsə yayılmışdır. Təqsirləndirilən şəxs və Şahid1 onun bu yarıçılpaq şəkillərini qohumları və digər tanışlarına yaymaqla onu el-obada əxlaqsız bir qadın kimi təqdim edib rüsvay etmişlər. Bundan başqa, Zərərçəkmiş şəxs1 ifadəsində Şaban Tarıverdiyevlə sevgi münasibətində olduğu zamanlarda bir neçə dəfə sonuncu ilə “whatsapp” proqramı vasitəsilə video görüntülü danışdığını, bu danışıqlar zamanı aralarında səmimi münasibətlər olduğundan Şabanın xahişi ilə əynindəki paltarları qismən açıb bədənini sonuncuya nümayiş etdirdiyini, bu zaman hər hansı pis niyyəti olmadan görüntüləri özündə saxlamaq məqsədi ilə öz telefonunda həmin anların ekran görüntüsünün şəklini çəkdiyini, Şabanın həmin şəkilləri heç kimə göstərmədiyini, habelə göndərmədiyini, aralarındakı bu sevgi münasibətlərindən heç kimin məlumatı olmadığını, hər ikisi ailəli olduqlarından bu münasibəti sirr olaraq saxladıqlarını, yalnız Şaban öz telefonunu Zəfərə verərdikdən sonra bu sirrin hamıya yayıldığını, belə ki, Şaban telefonu Zəfərə verərkən digər məlumatlarla birlikdə həmin şəkilləri də telefonun yaddaşından silsə də, Zəfər Əsədov telefonu əldə etdikdən sonra ona məlum olmayan səbəbdən telefonun yaddaşından silinmiş məlumatları bərpa etdirdiyini, bu zaman həmin şəkillərin onun və Təqsirləndirilən şəxs əlinə keçdiyini, dəfələrlə bacısı Nuriyyədən həmin şəkilləri silməsini xahiş etsə də sonuncunun bunu etmədiyini, Nuriyyə ilə münasibətləri pozulandan sonra sonuncu qisas almaq məqsədi ilə bu şəkilləri ayrı-ayrı qohum və tanışlarına göndərib yaydığını, bununla da onun Şabanla sevgi münasibətində olmasından bütün qohum və tanışlarının məlumat aldığını, yəni şəxsi həyat sirrini təşkil edən məlumatların Təqsirləndirilən şəxs tərəfindən yayıldığını göstərmişdir. Əlavə olaraq bildirir ki, o, Təqsirləndirilən şəxs ilə barışmamışdır və ona görə də Təqsirləndirilən şəxs şikayətçidir. Odur ki, qeyd etdiklərini nəzərə alıb Təqsirləndirilən şəxs ən ağır cəza verilməsini məhkəmədən xahiş edir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan edilmiş X6 ifadəsində göstərmişdir ki, o, 2018-ci il tarixdən "xxxx" ASC-nin Qarabağ RETSİ-nin Laçın EŞ-də baş mexanik vəzifəsində işləyir. 2021-ci ildə ayrı-ayrı vaxtlarda həmkəndliləri X34 və X28 ona müraciət edərək maddi durumlarının pis olmasını bildirib işə qəbul olunmalarına köməklik göstərməsini xahiş etmişlər. Həmin vaxt o, Laçın EŞ-də müəyyən ştat vahidlərinin boş olmasını nəzərə alıb sonunculara rəsmi olaraq "xxxx" ASC-yə müraciət etmələrini tövsiyyə etmiş və onları aidiyyəti üzrə yönəltmişdir. Bir müddət sonra "xxxx" ASC-nin rəhbərinin müvafiqə əmrləri ilə X48 EŞ-nə elektrik, Zəfər Əsədov isə anbardar kimi işə qəbul olunmuşlar. Həmin şəxslər onun həmkəndliləri olduqlarına görə aralarında yaxşı münasibət olmuş, tez-tez ailəvi görüşmüşlər. Onunla Zərərçəkmiş şəxs1 arasında səmimi münasibətlər yaranmış, tədricən bu münasibətlər sevgi münasibətlərinə dönmüşdür. O, ara-sıra Zərərçəkmiş şəxs1 ilə telefonla danışmış, habelə video görüntülü əlaqə saxlamışdır. X51 rayonunda işə başlayan vaxt istifadəsində olan mobil telefonda hansısa problemlər olmuş, bu səbəbdən sonuncu özünə yeni telefon almaq istəmişdir. Həmin ərəfələrdə o, özünə yeni mobil telefon aldığından istifadəsində olmuş köhnə telefona ehtiyacı qalmamışdır. Elə həmin vaxt Zəfər Əsədov ona müraciət edərək istifadə etmədiyi “Samsung galaxy12” markalı mobil telefonu ona verməsini xahiş etmiş, həmin telefona ehtiyacı olmadığından o, da telefonu Zəfər Əsədova hədiyyə etmişdir. Telefonu Zəfərə verməzdən öncə telefonu “format etmək” yolu ilə yaddaşında olan bütün məlumatları silmişdir. Bundan sonra həmin telefonu Zəfər Əsədova təqdim etmiş və sonuncu həmin telefonu istifadə etməyə başlamışdır. Bir neçə ay sonra Zəfər Əsədov könüllü şəkildə ərizə verərək işdən azad olunmaq istədiyini bildirmişdir. O, nə səbəbdən işdən azad olunmaq istədiyini Zəfərdən soruşanda, sonuncu əmək haqqı kartının arvadı Təqsirləndirilən şəxs götürüb ona heç bir məbləğdə pul vermədiyini, buna görə işləmək istəmədiyini bildirmişdir. Bundan sonra o, Z.Əsədovun ərizəsini qəbul edib sonuncunu işdən azad etmişdir. İşdən çıxdıqdan təxminən 1- 2 ay sonra Zəfər Əsədov ona zəng edərək ondan aldığı telefonun yaddaşından silinmiş məlumatları bərpa etdiyini və bu zaman Zərərçəkmiş şəxs1 yarıçılpaq şəkildə onunla birlikdə olan şəkillərinin əlinə keçdiyini deyərək, həmin görüntüləri qohum və tanışlara göndərməklə, habelə “tiktok” və digər sosial şəbəkələrdə yerləşdirməklə yayacağı barədə hədələmişdir. Zəfərin onu hədələməkdə məqsədi Laçın EŞ-də işləyən qaynı Elgün Eyvazovun və bacanağı Tural Həsənovun tərəfindən işdən çıxarılmasına nail olmaq olmuşdur. Bu telefon danışığı zamanı Zəfərin arvadı Təqsirləndirilən şəxs da onunla danışıb şəkilləri yaymaqla hədələləmişdir. O, bu hədələrə məhəl qoymayıb “nə istəyirsiz gedin eləyin” deyə cavab vermişdir. Bundan bir neçə gün sonra, yəni 2023-cü ilin yaz aylarında tanışı Cəmşid İbrahimov ona yaxınlaşaq həmkəndliləri Şahid1 ona və Zərərçəkmiş şəxs1 aid şəkillərin olduğunu demişdir. O, Zəfər Əsədova müraciət edərək ona və Zərərçəkmiş şəxs1 aid şəkillərin nə səbəbdən və kim tərəfindən yayılmasını soruşanda sonuncu bu barədə heç bir məlumatı olmadığını bildirmişdir. Daha sonra Habil Əzimov adlı tanışı Səriyyə ilə onun yayılan şəkilərini “whatsapp” proqramı vasitəsi ilə ona göndərərək həmin şəkilləri Təqsirləndirilən şəxs göndərdiyini demişdir. Bundan sonra ona məlum olmuşdur ki, qeyd olunan şəkilləri Təqsirləndirilən şəxs ailədaxili münasibətlərin pozulması nəticəsində bacısı Zərərçəkmiş şəxs1 qisas almaq və sonuncunu qohum-tanışlar arasında rüsvay etmək üçün ayrı-ayrı tanışlarına göndərək yayımışdır. Bundan başqa, Şaban Tarıverdiyev ifadəsində Təqsirləndirilən şəxs və sonuncunun əri Zəfər Əsədovun istintaqa verdikləri ifadələrində onun barəsində göstərdikləri xüsusatların, yəni Zəfər Əsədovun işə qəbul olunması zamanı həmin şəxslərdən 3000 manat rüşvət alması, qanunsuz alkaqollu içkilərin satışı ilə məşğul olması, bu işə Z.Əsədovu cəlb etməsi, guya nisyə satılmış araqların pulunu toplaya bilmədiyinə görə Zəfərlə münasibətlərinin pisləşməsi, bu səbəbdən sonuncunu işdən azad etməsi barədə göstərdikləri xüsusatların hamısının tamamilə yalan olduğunu, belə bir halların heç vaxt baş vermədiyini, Z.Əsədovu təmənnasız, bir həmkəndli kimi işə qəbul olunasına kömək etdiyini, bu zaman Nuriyyə və Zəfərdən heç bir məbləğdə pul almadığını, alkaqollu içki satışı ilə məşğul olmadığını, Zərərçəkmiş şəxs1 ilə sevgi münasibətində olduğu zamanlarda bir neçə dəfə sonuncu ilə “whatsapp” proqramı vasitəsilə video görüntülü danışdığını, bu danışıqlar zamanı aralarında səmimi münasibətlər olduğundan Səriyyədən paltarını açıb bədənini ona göstərməsini xahiş etdiyini, sonuncunun da onun sözünü yerə salmayıb əynindəki paltarları qismən açıb bədənini ona nümayiş etdirdiyini, bu görüntüləri özündə saxlamaq məqsədi ilə öz telefonunda həmin anların ekran görüntüsünün şəklini çəkib özündə saxladığını, bunu gizlin etmədiyini, belə bir şəklin onda olmasından Səriyyənin məlumatlı olduğunu, özü həmin şəkilləri heç kimə göndərmədiyini, yalnız öz telefonunda saxladığını, sonradan telefonunu Zəfərə verərkən həmin şəkilləri saxlamağa ehtiyac bilməyib digər məlumatlarla birlikdə telefonun yaddaşından sildiyini, Zəfər Əsədov telefonu əldə etdikdən sonra ona məlum olmayan səbəbdən telefondan silinmiş məlumatları bərpa etdirdiyini, bu zaman digər məlumatlarla yanaşı həmin şəkillərin də əlinə düşdüyünü, daha sonra Səriyyə ilə Nuriyyənin münasibətləri pozulunca Təqsirləndirilən şəxs bu şəkilləri Zəfərin telefonundan götürüb qisas almaq məqsədi ilə ayrı-ayrı qohum və tanışlarına göndərməklə yaydığını, bununla da Səriyyənin ailəli ola-ola gizlincə onunla sevgi münasibətində olmasını bütün el-obanın bildiyini, yəni şəxsi həyat sirrini təşkil edən məlumatların yayıldığını göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 onun doğma övladlarıdır. Hər iki qızı ayrı-ayrı vaxtlarda ailə həyatı qurmaqla öz ailə üzvləri ilə birlikdə yaşayırlar. Həm Nuriyyənin əri Zəfər Əsədov, həm də Səriyyənin X53 "xxxx" ASC-nin Qarabağ RETSİ-nin Laçın EŞ-də işləmişlər. Həmin vaxt onların rəhbəri Şaban Tarıverdiyev olmuşdur. X51 rayonunda işlədiyi vaxt istifadəsində olan mobil telefonu xarab olduğundan özünə yeni telefon almaq istəmiş, bu zaman Şaban Tarıverdiyev əvvəllər işlətdiyi mobil telefonunu 200 manat pul müqabilində Zəfər Əsədova satmışdır. Zəfər Əsədov bu telefonu aldıqdan sonra Zərərçəkmiş şəxs1 bir neçə dəfə Şaban Tarıverdiyevə zəng edərək Zəfərə satdığı “samsung” markalı telefonun yaddaşında olan məlumatları silib-silmədiyini soruşmasının şahidi olmuş, buna görə ilk öncə həyat yoldaşı Təqsirləndirilən şəxs Şabanla sevgi münasibətlərində olmasından, Səriyyənin də bu sözləri bacısı Nuriyyəyə görə Şabandan soruşmasından şübhələnmişdir. Buna görə bu sahədə mütəxəssisə müraciət edib həmin telefonun yaddaşından silinmiş məlumatları, eyni zamanda şəkilləri bərpa etmişdir. Bu zaman mobil telefonda bərpa olunan şəkillər arasında arvadı Nuriyyəyə aid bir məlumat tapmasa da, baldızı Zərərçəkmiş şəxs1 yarıçılpaq fotoşəkillərinin olduğunu görmüşdür. Belə ki, Şaban Tanırverdiyev həmin telefonla “whatsapp” proqramı vasitəsi ilə Zərərçəkmiş şəxs1 ilə video görüntülü danışarkən öz telefonunda ekran görüntülərinin şəklini çəkmişdir. Həmin şəkillərdə Zərərçəkmiş şəxs1 əyindəki paltarlatı açıb bədəninin ayrı-ayrı nahiyələrini Şabana nümayiş etdirməsi, yarı çılpaq vəziyyətdə olması əks olunmuşdur. Həmin vaxt Zəfər Əsədov bu şəkilləri arvadı Təqsirləndirilən şəxs göstərmiş, sonuncu da həmin şəkilləri öz telefonuna ötürüb saxlamışdır. Lakin həmin vaxt bu barədə heç kimə heç nə deməmişlər. Bu söhbətdən təxminən 1 il sonra X13 Əsədovun münasibətləri bununla bağlı deyil digər səbəbdən pisləşmiş, bu səbəbdən sonuncu öz ərizəsi ilə işdən çıxmışdır. Zəfər Əsədov işdən çıxdıqdan sonra Təqsirləndirilən şəxs ilə birlikdə Şaban Tarıverdiyev haqqında əsassız şikayətlər etməyə başlamışlar. Lakin etdikləri şikayətlərin heç bir nəticə vermədiyini görüb, Təqsirləndirilən şəxs bir müddət öncə Şabanın telefonundan əldə etdikləri Zərərçəkmiş şəxs1 yarıçılpaq şəkillərini yaymağa başlamışdır. Belə ki, Təqsirləndirilən şəxs həmin şəkilləri qohumları Siyavuş Əsədov və Şahid1, qardaşı Amil Eyvazova, habelə bir neçə digər qohumlarına internet üzərindən “whatsapp” proqramı vasitəsi ilə göndərməklə yaymışdır. Nuriyyə bu hərəkətlə həm Şabandan, həm də Səriyyədən qisas almışdır. Bundan sonra övladları Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs münasibətləri daha da pisləşmişdir. Belə ki, Təqsirləndirilən şəxs bu hərəkətləri nəticəsində Zərərçəkmiş şəxs1 yarıçılpaq şəkilləri, həmçinin sonuncunun Şabanla gizli sevgi münasibətində olması qısa müddət ərzində bütün kənd əhalisi arasında yayılmış, nəticədə Səriyyə və onun digər ailə üzvləri el arasında rüsvay olmuşlar. Bununla bağlı Səriyyə dəfələrlə Nuriyyə ilə mübahisə edib dalaşmışdır. Ailə üzvləri və digər yaxın qohumları arasında münasibətlər tamamilə korlanmışdır. O, bu ana qədər qızı Səriyyənin ailəli ola-ola Şaban Tarıverdiyevlə eşq münasibətlərində olmasından xəbərsiz olmuşdur. İlk dəfə bu şəkillər yayıldıqda bu barədə xəbər tutmuşdur. Sonradan ona məlum olmuşdur ki, Səriyyə Şabanla sevgi münasibətində olduğu dövrlərdə həmin şəxslər arasında mütamadi olaraq telefon danışığı, “whatsapp” proqramı vasitəsi ilə video görüntülü zənglər və səsli mesajlaşmalar olmuşdur. Bir valideyin kimi o, dəfələrlə Təqsirləndirilən şəxs müraciət edib bacısı Səriyyənin yarıçılpaq şəkillərini yaymasına son qoymasını tələb etsə də, Nuriyyə onun bu tələblərinə məhəl qoymayıb Səriyyənin şəkillərini yaymağa davam etmişdir. O, qızı Təqsirləndirilən şəxs hər dəfə bacısı Səriyyəyə aid yarıçılpaq fotoşəkilləri yaymaqda səhv etdiyini, el-obada biabırçılıq olduğunu, bacısı haqqında bunları etməli olmadığını, bu məsələnin axırda daha ciddi problemlərə səbəb olacağını demiş, lakin Təqsirləndirilən şəxs onun bütün məsləhətlərinə qulaq asmayıb öz bildiyini edəcəyini demişdir. Həmin ərəfələrdə eşitdiyinə görə qardaşı oğlu Şahid1 da Təqsirləndirilən şəxs qoşularaq Səriyyənin həmin şəkillərini birlikdə yaymışlar. Belə ki, Səriyyə ilə Farisin arasında soyuq münasibətlər olduğundan Faris bu vəziyyətdən istifadə edib Nuriyyəni həmin şəkilləri yaymağa təhrik etmişdir. Vəziyyət o, həddə gəlib çatmışdır ki, həmin şəkillər oğlu Amil Eyvazovun da əlinə gedib düşmüşdür. Belə ki, 07 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs sözügedən şəkilləri öz qardaşı Amil Eyvazovun istifadəsində olan mobil telefona internet üzərindən “whatsapp” proqramı vasitəsi ilə göndərmişdir. O, yaranmış vəziyyətdə oğlu Amil Eyvazovun hər hansı cinayət hadisəsi törətməsindən ehtiyat etmiş və buna görə bu məsələyə bir valideyin kimi son qoymaq qərarına gəlmişdir. O, Təqsirləndirilən şəxs ilə qəti şəkildə danışıb və sərt şəkildə rəftar edib bu hərəkətlərindən çəkinməyə məcbur etmək məqsədi ilə əri Bayram Eyvazovla birlikdə Təqsirləndirilən şəxs evinə getmişdir. Həmin vaxt evdən çıxarkən özü ilə mətbəx bıçağı da götürmüşdür. Bıçağı götürməkdə məqsədi Təqsirləndirilən şəxs ilə danışarkən sonuncunu bu hərəkətlərinə son qoymayacağı təqdirdə öldürməklə hədələmək, yəni bıçağı göstərib bu fikrində nə qədər ciddi olduğunu nümayiş etdirmək olmuşdur. O, əri Bayram Eyvazovla birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə gedib sərt şəkildə danışıb bacısı Səriyyənin şəkillərini yayması nəticəsində el-obada biabır olduqlarını, qardaşı Amil Eyvazov və bacısı Zərərçəkmiş şəxs1 özünə qəsd etmək həddində olduqlarını bildirib bu hərəkətlərinə son qoymasını qəti olaraq tələb etmişdir. Lakin Təqsirləndirilən şəxs baş verənlərin onun vecinə olmadığını, hər şeyi gözə aldığını, etdiyi hərəkətləri əcəb elədiyini demişdir. O, Təqsirləndirilən şəxs etdiyi hərəkətlərə son qoymaq niyətinin olmadığını görüb, sonuncunu bu yoldan çəkinməyə məcbur etmək üçün özü ilə evdən gətirdiyi mətbəx bıçağını cibindən çıxarıb Nuriyyəyə nümayiş etdirərək “bacın Səriyyənin şəkillərini camaata yaymağı dayandır, bütün el-obada bizi rüsvay etmisən, əgər bu hərəkətlərini dayandırmasan səni bu bıçaqla doğrayıb öldürəcəm” deyə hədələmişdir. Bu mövzu ətrafında bir qədər mübahisə edib dalaşmış, az sonra Laçın RPŞ-nin əməkdaşları gəlib onu və əri X19 evindən uzaqlaşdırmışlar. Törətdiyi bu əmələ görə o, Laçın Rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 134-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2021-ci ildən etibarən onun bibisi qızı Zərərçəkmiş şəxs1 Şaban Tarıverdiyev adlı şəxslə gizli sevgi münasibətləri olmuşdur. Həmin münasibətlərin gizli saxlanılmasına səbəb Zərərçəkmiş şəxs1 Tural Həsənovla rəsmi nikahda olması olmuşdur. Belə ki, 2021-ci il tarixdə Ş.Tarıverdiyev "xxxx" ASC-nin Laçın EŞ-nin rəhbəri olduğu zaman Tural Həsənovun öz yanına elektrik kimi işə qəbul olunmasına köməklik etmişdir. Bundan sonra X20 Hüseynovun arvadı Zərərçəkmiş şəxs1 arasında gizli şəkildə sevgi münasibətləri yaranmışdır. Həmin münasibətlərin mövcudluğu barədə rayon əhalisi arasında ümumi söhbətlər gəzsə də, lakin bu barədə heç kim konkret bir şey bilməmişdir. Həmin dövrdə onun digər bibisi qızı Təqsirləndirilən şəxs da əri X7 Tarıverdiyevin köməkliyi ilə Laçın EŞ-nə işə qəbul olunmuşdur. Zəfər Laçın rayonunda işləyərkən telefonu xarab olmuş, bu səbəbdən Zəfərin yeni telefona ehtiyacı yaranış, həmin vaxt Şaban Tarıverdiyevin istifadəsində olmuş mobil telefonu 200 manat müqabilində sonuncudan satın almışdır. Zəfər həmin mobil telefonu alandan sonra Zərərçəkmiş şəxs1 bir neçə dəfə Şabana zənglər edib telefonu Zəfərə satmazdan öncə telefonun yaddaşından şəkilləri, video görüntüləri, səs yazıları və mesajları silib-silmədiyini soruşmuş, bu zamanı Zəfər Şabanın yanında olduğundan bu telefon danışıqlarını eşitmişdir. Zəfər nə baş verdiyini aydınlaşdırmaq üçün Şaban Tarıverdiyevdən aldığı həmin “samsung” markalı mobil telefonu Ağcabədi rayonu ərazisində mütəxəssisə təqdim edərək telefonun yaddaşından silinmiş bütün məlumatları bərpa etdirmişdir. Bu zaman Zəfər Əsədov telefonda Zərərçəkmiş şəxs1 ilə Şaban Tarıverdiyevə aid bir neçə şəkil olduğunu görmüş, bundan sonra Zərərçəkmiş şəxs1 Şabanla sevgili olmasını və nəyə görə narahat olmasının səbəbini başa düşmüşdür. Zəfər Əsədov şəkilləri əldə etsə də, bu barədə heç kimə heç nə deməmiş, şəkilləri özündə saxlamışdır. Həmin hadisədən təxminən 1 il keçdikdən sonra Zəfər ilə Şabanın arasında münasibətlər pozulmuş, bu zaman Zəfər Şabana müraciət edərək Səriyyə ilə sevgi münasibətində olmasından məlumatlı olmasını və bunu təsdiq edən şəkilləri telefonun yaddaşından bərpa etməsini demişdir. Şabanla münasibətlər korlandıqdan sonra 2023-cü ilin dekabr ayında Zəfər məcbur qalıb öz ərizəsi ilə tutduğu vəzifədən ayrılmışdır. Bir müddət sonra Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 münasibətləri pozulmuş, bundan sonra Nuriyyə qisas almaq məqsədilə bir müddət öncə Zəfər Əsədovun mobil telefonunda aşkar etdiyi X9 Həsənovanın əks olunduğu şəkilləri qardaşı Amil Eyvazova, dayısı Siyavuş Əsədova, habelə ona göndərmişdir. O, həmin şəkillərə baxarkən X9 Həsənova arasında olmuş video görüntülü danışıq zamanı Səriyyənin əynindəki paltarları qismən açıb bədəninin müxtəlif nahiyələrini Şabana nümayiş etdirməsi, yəni yarıçılpar vəziyyətdə olmasına dair telefon ekran görüntülərinin çəkilmiş şəkilləri olduğunu görmüşdür. O, həmin şəkilləri heç kimə göndərməmiş, habelə telefonun yaddaşında da saxlamamışdır. Şəkillərə baxdıqdan sonra saxlamağa ehtiyac bilməyib telefonun yaddaşından silmiş, bu səbəbdən həmin şəkillər onda qalmamışdır. Nuriyyə bu şəkilləri yaydıqdan sonra sonuncu ilə anası Şahid2 və bacısı Zərərçəkmiş şəxs1 arasında ciddi mübahisələr başlamış, bir-birləri barəsində qarşılıqlı surətdə hüquq mühafizə orqanlarına şikayətlər etmişlər. Bundan başqa, Şahid1 ifadəsində Zərərçəkmiş şəxs1 istintaqa verdiyi ifadəsində barəsində göstərdiyi xüsusatların, yəni əvvəllər guya sonuncuya sevgi münasibəti təklif etməsi, Səriyyənin isə onun bu təklifinə rədd cavabı verdiyinə görə acıqlı qalıb Təqsirləndirilən şəxs qoşularaq onun yarıçılpaq şəkillərini birlikdə qohum və tanışlara göndərməklə yayması barədə göstərdiklərinin tamamilə yalan olduğunu, heç vaxt belə bir hərəkət etmədiyini, Səriyyənin həmin şəkillərini ona Nuriyyənin göndərdiyini, baxdıqdan sonra telefonun yaddaşından sildiyini və bu şəkilləri heç kimə göndərmədiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, onun Təqsirləndirilən şəxs ilə qohumluq əlaqələri olmaqla sonuncu ilə ailəvi olaraq daimi ünsiyyətləri olmuşdur. Onun övladı Davud Ağalarov məktəbə hazırlıq kurslarına getdiyi üçün 2 ay müddətində yəni, 2023-cü ilin oktyabr və noyabr aylarında daimi olaraq Ağcabədi rayonu Taxtakörpü qəsəbəsində yerləşən Təqsirləndirilən şəxs evində yaşamışdır. Bu səbəbdən o, Təqsirləndirilən şəxs ilə hər axşam telefon vasitəsi ilə əlaqə yaradıb övladının dərslərində olan davamiyyəti və ümumi vəziyyəti ilə maraqlanmışdır. 2023-cü ilin noyabr ayında Təqsirləndirilən şəxs zəng edəndə sonuncu çox əsəbi və həyəcanlı şəkildə ailə daxili problemlər yaşadığını, həmin problemlər səbəbindən bacısı Zərərçəkmiş şəxs1, Anası Şahid2 və atası X17 ilə mübahisə etdiyini, sonuncuların Nuriyyənin evinə gələrək onu döydüklərini, buna səbəb Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 aid şəkilləri Amil Eyvazova göndərməsi olduğunu ona demişdir. Bundan başqa Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 əxlaqsız həyat tərzi sürdüyünü və bunu təsdiq edən şəkilləri ona göndərəcəyini demişdir. O, telefon danışığı zamanı Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışmış, bir qədər danışdıqdan sonra sağollaşmışlar. Bundan dərhal sonra Təqsirləndirilən şəxs “whatsapp” proqramı vasitəsi ilə onun nömrəsinə 4 ədəd şəkil göndərmişdir. Həmin şəkillərə baxanda videogörüntülü danışıq zamanı çəkilmiş ekran görüntüləri olduğunu, şəkillərdə X1 üz görüntüləri və Zərərçəkmiş şəxs1 yarımçılpaq vəziyyətdə üzünün və bədəninin müxtəlif nahiyələrinin görüntüləri olduğunu görmüşdür. Şəkilləri gördükdə o, Zərərçəkmiş şəxs1 aid bu tipli şəkillərinin mövcud olduğuna çox təəcüblənmişdir. Şəkillərə baxdıqdan sonra saxlamağa ehtiyac bilməyib şəkilləri telefonunun yaddaşından silmişdir. Həmin gün Təqsirləndirilən şəxs evində dava-dalaş olduğundan onun övladı Şahid1 evində qalmış və daha sonra yaşadıqları evə gəlmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə münasibətləri normaldır, aralarında heç bir ədavət və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs sözügedən şəkilləri ona göndərməkdə niyyəti sonuncunun Şahid2 tərəfindən döyüldükdən sonra Zərərçəkmiş şəxs1 yaşadığı həyat tərzini ictimailəşdirib sonuncudan qisas almaq olmuşdur. Bundan başqa, işdə olan və məhkəmə iclasında tədqiq olunan ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə Şahid3 arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, Şahid3 ona Səriyyə və Şabana aid hər hansı şəkilin ona göndərilmədiyini, belə bir görüntüləri görmədiyini bildirsə də, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini təsdiq edərək Səriyyə ilə Şabanın sevgi münasibətdə olmasını əks etdirən 4 ədəd şəkili “whatsapp” proqramı vasitəsi ilə Şahid3 göndərdiyini sonuncunun üzünə qarşı deyərək özünü ifşa etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan məhkəmə - sənətşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 11/524 nömrəli rəyindən görünür ki, təqdim olunan 04 (dörd) ədəd fotoşəkillər pornoqrafik xarakterli deyildir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Baş Prokurorluğundan verilmiş tələbnamədən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs hal-hazırda məhkumluğu olmayan şəxsdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs və X23 istifadəsində olan “Xiaomi” və “Samsung J1” markalı mobil telefonlara baxış keçirilməsi barədə protokoldan görünür ki, ötən müddət ərzində zəruri məlumatlar telefonların yaddaşından silindiyindən Zərərçəkmiş şəxs1 aid hər hansı şəkil aşkar edilməmiş, habelə “whatsapp” proqramı vasitəsi ilə şəkillərin konkret olaraq kimlərə göndərilməsini müəyyən etmək mümkün olmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Laçın rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli, 18-1-57/3-363/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Laçın Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin konsultativ poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyata alınmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Laçın RİHB-nın Mişni kənd iəd üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən, arayışdan və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Əsədova X8 rayon ərazisi Laçın rayon Taxtakörpü 552 saylı qəsəbə ev 363-də yaşayır, o yaşayış yeri üzrə müsbət xarakterizə olunur və onun himayəsində xx.xx.2009-cu il təvəllüdlü X29 adlı bir yetkinlik yaşına çatmayan övladı vardır. İşdə olan və məhkəmə iclasında tədqiq olunan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iş üzrə əhəmiyyət kəsb etdiyindən Zərərçəkmiş şəxs1 ilə X1 əks olunduğu 4 ədəd şəkil maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Laçın rayonundan olan məcburi köçkündür. İşdə olan və məhkəmə iclasında tədqiq olunan X1 məhkəməyə ünvanladığı notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərərçəkmiş şəxsdir. Bununla əlaqədar olaraq bildirir ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Əlavə olaraq bildirir ki, təqsirləndirilən şəxslə barışmamışdır və Təqsirləndirilən şəxs şikayətçidir. Həmçinin yolunun uzaqlığı və işi ilə əlaqədar məhkəmə iclaslarına gəlib-gedə bilmir. Ona görə də bütün məhkəmə iclaslarını onun iştirakı olmadan keçirərək təqsirləndirilən şəxsə qanunauyğun cəza verilməsini məhkəmədən xahiş edir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 156.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulan ittihamın elan edilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 242-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi olmadığından həmin xüsusat üzrə barəsində başlanmış cinayət təqibinə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən xitam verilməsi, X34 barəsində cinayət təqibinin başlanmasının Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, Şahid1 barəsində cinayət təqibinin başlanmasının Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən rədd edilməsi, X6 barəsində cinayət təqibinin başlanmasının Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən rədd edilməsi, Təqsirləndirilən şəxs ilə Habil Əzimov arasında olan telefon danışığının yayılmasında hər hansı cinayət hadisəsi olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanmasının Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən rədd edilməsi, iş üzrə Təqsirləndirilən şəxs və X1 zərərçəkmiş şəxs qismində tanınmalarının nəzərə alınması, cinayət işi üzrə zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin, ekspert rəyinin, digər istintaq hərəkəti protokollarının, həmçinin cinayət işinə əlavə edilmiş sənədlərin sübut növü kimi qiymətləndirilməsi, iş üzrə əhəmiyyət kəsb etdiyindən Zərərçəkmiş şəxs1 ilə X1 əks olunduğu 4 ədəd şəklin maddi sübut qismində tanınmasının və cinayət işinə əlavə edilməsinin nəzərə alınması, cinayət işinin başlanması rədd edilmiş xüsusatlarla bağlı materialların ayrılaraq rayon prokurorluğunun arxivində saxlanılması, qəbul edilmiş qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və maraqlı tərəflərə göndərilməsi qərara alınmışdır. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 156.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsi ilə tövsif olunmalı, o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müvafiq cəza ilə cəzalanmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə sadalanan qanunvericilik normalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlikəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə xüsusi ilə vurğulayır ki, qanuni, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərir, onun, həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarşısını alır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sayəsində mühüm vasitədir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə olaraq belə bir cinayət əməlinə yol verməsini, məcburi köçkün olmasını, himayəsində bir yetkinlik yaşına çatmayan övladının olmasını, məhkumluğunun olmamasını, eyni zamanda qeyd edilən cinayətin ailə münaqişəsi zəminində törədilməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinin tələblərinə əsasən işdə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş işdə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 156.1-ci maddəsi üzrə təqsirləndirilən şəxsə təyin olunacaq cəzanın növünü və həddini müəyyən edərkən, işin faktiki hallarını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi şəraitini, başqa şəxslər tərəfindən eyni xarakterli yeni cinayətlərin törədilməsinin qarşısının alınmasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxsə onun islah olunması baxımından həmin maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən, məhz islah işləri növündə cəza təyin edilməsi daha məqsədəmüvafiqdir. Bundan başqa məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun qazancından tutulmaların aparıldığı vaxtdan başlayaraq hesablanmalı və hökmün icrası isə onun yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan bu cəza növü cəzanın əsas məqsədini təmin edir. Cinayət işinin materiallarına əlavə edilmiş iş üzrə maddi sübut-Zərərçəkmiş şəxs1 ilə X1 əks olunduğu 4 ədəd şəkil cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri-80 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi ziyan, üzərinə həbs qoyulmuş əmlak və xüsusi müsadirə yoxdur. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı və 381-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 156.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib aylıq qazancından 15 (on beş) faiz pul dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin əvvəli onun qazancından tutulmaların aparıldığı vaxtdan başlayaraq hesablansın. Hökmün icrası Ağcabədi rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işinin materiallarına əlavə edilmiş iş üzrə maddi sübut-Zərərçəkmiş şəxs1 ilə X1 əks olunduğu 4 ədəd şəkil cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri-80 (səksən) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. İş üzrə mülki iddia, maddi ziyan, üzərinə həbs qoyulmuş əmlak və xüsusi müsadirə yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Laçın Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə 20 (iyirmi) gün başa çatdıqdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №1(047)-20/2024
Laçın Rayon Məhkəməsi Hökm — İş №1(047)-20/2024
24.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver