Azərbaycan Respublikası adından HÖKM Laçın rayonu İş № 1(047)-3/2024 06.03.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, Ağcabədi şəhərində, 06 mart 2024-cü il tarixdə, Laçın Rayon Məhkəməsinin inzibati binasında, xx.xx.1990-cı ildə Qəbələ rayonu Çarxana kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, işləməyən, məhkumluğu olmayan, Qəbələ rayonunun Çarxana kəndində qeydiyyatda olan, həmin ünvanda yaşamış və barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Aparılmış ibtidai istintaqla müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, o, Bakı şəhər sakini Zərərçəkmiş şəxs tərəfindən “Lalafo.az” internet səhifəsində yerləşdirilmiş, 90 (doxsan) baş xırdabuynuzlu heyvanın (qoyunun) satılmasına dair elanla xx.xx.2022-ci il tarixdə tanış olduqdan sonra aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək qərarına gəlmiş və bu məqsədlə həmin elanda yerləşdirilən Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsinə internet üzərindən “Whatsapp” proqramı vasitəsilə öz istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsindən elə həmin gün, yəni xx.xx.2022-ci il tarixdə zəng edərək guya özünə fermer təsərrüfatı qurmaq istəməsi barədə yalan sözlər danışıb, bununla əlaqədar satdığı heyvanların vəziyyəti və qiyməti ilə maraqlanmış, 90 baş xırdabuynuzlu heyvanın ümumilikdə 29.000 manata satılmasını öyrəndikdən sonra heyvana baxmaq istədiyini və əgər aralarında razılıq olarsa heyvanların bir qismini almaq istədiyini yalandan bildirib aldatmaqla, habelə bu mövzu ətrafında bir qədər danışaraq qarşı tərəfdə özünə qarşı real alıcı təəssüratı, yəni özünə qarşı inam və etibar yaradaraq, daha ətraflı danışmaq üçün bir neçə gün sonra, yəni xx.xx.2022-ci il tarixdə ilk öncə Zərərçəkmiş şəxslə Bakı şəhərində görüşüb bir qədər bu mövzu ətrafında danışdıqdan sonra elə həmin gün birlikdə heyvanların saxlandığı Ağcabədi rayonu Taxtakörpü qəsəbəsi, Laçın obaları yaşayş massivi Ərdəşəvi obasında yaşayan Şahid3 fermasına gedib heyvanlara baxdıqdan sonra, öz cinayətkar məqsədinə nail olmaq üçün heyvanların satış qiymətini mübahisə etmədən, yəni sonuncunun 40 baş xırdabuynuzlu heyvanın satılması üçün müəyyən etdiyi 14.000 manata almağa razı olduğunu bildirib sonuncuda özünə qarşı yaratdığı etibardan sui-istifadə etməklə, guya həmin pulu bir dəfəyə verməyə maddi imkanı olmadığını bir daha yalandan bildirərək, gələcəkdə digər sahələrdən əldə edəcəyi qazanc hesabına hər ay 1500-3500 manat aralığında stabil pul ödəməklə ən geci 6 ay ərzində, yəni 2023-cü ilin aprel ayınadək tam ödəyəcəyinə dair yalan vədlər edib bu şərtlər daxilində heyvanları əldə etməsinə nail olduqdan sonra elə həmin gün 40 baş xırdabuynuzlu heyvanı Ağcabədi rayonu Taxta-körpü qəsəbəsi, Laçın obaları yaşayş massivi Ərdəşəvi obasında Şahid3 fermasından dövlət nömrə nişanı istintaqla müəyyən edilməyən “Ford” markalı nəqliyyat vasitəsinə yükləyib yaşadığı Qəbələ rayonuna aparıb istintaqla müəyyən edilməyən tarixdə və yerdə, habelə şəxsiyyəti istintaqa məlum olmayan heyvan alqı-satqısı ilə məşğul olan şəxsə (şəxslərə) sataraq əldə etdiyi pul vəsaitini tam şəkildə şəxsi ehtiyaclarına xərcləməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus əmlakı ələ keçirib sonuncuya xeyli miqdarda - 14.000 (on dörd min) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhər sakini Zərərçəkmiş şəxs məxsus 40 baş xırdabuynuzlu heyvanı dələduzluq yolu ilə ələ keçirdikdən sonra, bu üsulla özgə əmlakının ələ keçirilməsinin mümkün olduğunu görüb, sonuncunun yerdə qalan 50 baş xırdabuynuzlu heyvanını da, özünə qarşı yaratdığı etibardan sui-istifadə etməklə, habelə aldatma yolu ilə ələ keçirmək qərarına gəlmiş və bu məqsədlə bir neçə gündən sonra, yəni xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsinə internet üzərindən “Whatsapp” proqramı vasitəsilə öz istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsindən zəng edərək qalan 50 baş heyvanı da eyni qaydada, yəni pulunu hər ay ödəmək şərti ilə almaq istədiyini bildirib, öz cinayətkar məqsədinə nail olmaq üçün heyvanların satış qiymətini mübahisə etmədən, yəni 50 baş heyvanın satılması üçün müəyyən edilmiş 15.000 manat məbləğindəki qiymətin onu qane etdiyini bildirib, bu heyvanlara görə də hər ay stabil şəkildə 1500-3500 manat aralığında pul ödəməklə tam şəkildə bağlayacağını yalandan vəd edib aldatmaqla, Zərərçəkmiş şəxs tərəfindən heyvanların bu şərtlər daxilində ona verilməsinə nail olub, aralarındakı razılığa əsasən həmin gün yəni, xx.xx.2022-ci il tarixdə heyvanların saxlandığı Ağcabədi rayonu Taxtakörpü qəsəbəsi, Laçın obaları yaşayş massivi Ərdəşəvi obasında yaşayan Şahid3 fermasına tək gedib 50 baş xırdabuynuzlu heyvanı sonuncudan təhvil alıb dövlət nömrə nişanı istintaqla müəyyən edilməyən nəqliyyat vasitəsinə yükləyib yaşadığı Qəbələ rayonuna aparıb istintaqla müəyyən edilməyən tarixdə və yerdə, habelə şəxsiyyəti istintaqa məlum olmayan heyvan alqısatqısı ilə məşğul olan şəxsə (şəxslərə) sataraq əldə etdiyi pul vəsaitini tam şəkildə şəxsi ehtiyaclarına xərcləməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus əmlakı ələ keçirib sonuncuya xeyli miqdarda 15.000 (on beş min) manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bununla da, ibtidai istintaq orqanının gəldiyi nəticəyə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri aşagıdakılarla tam sübuta yetirilir. Məhkəmə baxışı iclasında təqsirləndirirlən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Qəbələ rayonu Çarxana kəndində ailə üzvlərilə birlikdə yaşayır. 2022-ci ilin oktyabr ayının ortalarında, xatırlamadığı tarixdə “Tap.az” alqı-satqı internet səhifəsində müxtəlif elanlarla tanış olarkən 90 baş xırdabuynuzlu (qoyun) heyvanın 29.000 manata satılması barədə elan görmüşdür. Həmin elanı görüb heyvan saxlayıb gələcəkdə artırıb gəlir əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə həmin elanda yerləşdirilmiş, hazırda xatırlamadığı əlaqə telefonunu götürüb istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsindən zəng edib qoyunları almaq istədiyini deyib, heyvana harada baxa biləcəyini soruşmuşdur. Özünü Zərərçəkmiş şəxs kimi təqdim edən heyvan sahibi, qoyunların Ağcabədi rayonun Taxta-körpü qəsəbəsindəki Ərdəşəvi obasında yerləşdiyini və gedib orada baxa biləcəyini demişdir. O, heyvanların saxlandığı fermanın ünvanını öyrəndikdən sonra növbəti gün özünə məxsus **-CK-*** qeydiyyat nişanlı “VAZ 2121 Niva” markalı avtomobillə Ağcabədi rayonunun Taxta-körpü qəsəbəsinə gedib təkrarən Elçinlə əlaqə saxlamış, sonuncu Bakı şəhərində olduğunu bildirib heyvanlara baxan çoban Şahid3 ilə onun arasında əlaqə yaradıb görüşmələrini təşkil etmişdir. Şahid3 Taxta-körpü qəsəbəsinin girişindəki dairədə onunla görüşüb yaşadığı Ərdəşəvi obasına aparıb 90 baş xırdabuynuzlu heyvanı ona göstərmişdir. Heyvana baxdıqdan 1-2 gün sonra, yəni təxminən 20 oktyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxslə əlaqə saxlayıb ətraflı danışıb razılığa gəlmək üçün sonuncunun yaşadığı ünvana, yəni Bakı şəhəri, Sabunçu rayonu Pirşağı qəsəbəsinə getmişdir. Orada Zərərçəkmiş şəxs və sonuncunun anası Şahid1 ilə görüşüb bir qədər qiymət və digər məsələlər barədə danışdıqdan sonra 90 baş heyvandan 40 başını almaq istədiyini bildirmiş, Elçin də 40 baş heyvan üçün ən son rəqəm kimi 14.000 (on dörd min) manat təklif etmiş və o, bu rəqəmlə razılaşmışdır. Lakin heyvanın pulunu bir dəfəyə ödəməyə maddi cəhətdən imkanı çatmadığını bildirib hissə-hissə ödəniş etməsinə şərait yaratmasını xahiş etmişdir. Belə ki, o, heyvanı aparıb özü üçün saxlayacağını bildirib digər sahələrdən əldə edəcəyi gəlir hesabına 2022-ci ilin noyabr ayından etibarən 1500 - 3500 manat aralığında hər ay stabil ödəniş edib bir neçə ay ərzində borcunu bağlayacağını vəd etmişdir. Belə ki, birinci və ikinci aylarda, yəni 2022-ci ilin noyabr və dekabr aylarında hər ay üçün 500 manat, növbəti aylarda isə 1.500 manat olmaqla stabil ödəniş edəcəyini vəd etmişdir. Zərərçəkmiş şəxs və anası Şahid1 bir qədər götür-qoy etdikdən sonra onun bu təklifini qəbul etmişlər. Həmin vaxt o, özünə qarşı inam yaratmaq üçün öz təşəbbüsü ilə Zərərçəkmiş şəxs və Şahid1 iştirakı ilə videoçəkiliş həyata keçirib alqı-satqının bu cür həyata keçirməsini video lentə qeydə aldırmışdır. Əlavə olaraq heyvanların hər ay hissəli ödəniş etməklə alqı-satqı edilməsi barədə qeyd aparıb Elçinə vermişdir. Bundan sonra həmin şəxslər qeyd olunan şərtlər altında alqı-satqı aparılmasında rahat olmuşlar. Bundan sonra o, heyvanları götürmək üçün elə həmin gün axşam saatlarında Zərərçəkmiş şəxslə birlikdə özünə məxsus “Niva” markalı avtomobillə Ağcabədi rayonun Taxtakörpü qəsəbəsində yerləşən Laçın obaları, Ərdəşəvi obasına getmişlər. Yolda olarkən Ağcabədi rayonunda tanımadığı yük nəqliyyat vasitəsinin sürücüsü ilə danışıb 40 baş xırda buynuzlu heyvanın 180 manat müqabilində Qəbələ rayonuna aparılmasını razılaşdırmışdır. Birlikdə heyvanların saxlandığı ünvana, yəni Ərdəşəvi obasına gedib satılan heyvanlardan 40 başını seçib yük maşınına yükləmiş, Elçini taksi ilə Bakı şəhərinə yola salıb özü heyvanları Qəbələ şəhərindəki kiçik bir fermaya aparmışdır. Orada heyvanları saxlamaq üçün adını xatırlamadığı gözətçiylə aylıq 450 manat müqabilində heyvanlara baxmasını razılaşıb heyvanları həmin yerdə düşürüb öz evinə getmişdir. Bundan bir neçə gün sonra dəqiq xatırlamadığı gündə onun və ya Elçinin etdiyini xatırlamadığı telefon zəngi zamanı Elçin ona yerdə qalan 50 baş heyvan üçün də alıcı tapmasını istəmiş, o da Elçinə yerdə qalan heyvanları özünün alacağını bildirmişdir. Bundan bir neçə gün sonra o, Bakı şəhərinə gedib Elçinin evinin önündə yerləşən mağazada sonuncu ilə görüşüb yerdə qalan 50 baş heyvanın alqı-satqısını müzakirə etmişlər. Elçin bu dəfə 50 baş qoyuna görə 15.000 manat qiymət təklif etmiş, o, həmin qiyməti mübahisələndirməyək eyni şərtlərlə, yəni hər ay 1500-3500 manat məbləğində olmaqla hissəli ödəniş etməsinə şərait yaradacağı halda həmin heyvanları qeyd edilən qiymətə almağa razı olduğunu bildirmişdir. O, həmin heyvanlar üçün də noyabr və dekabr aylarında hər ay 3.500 manat, növbəti aylarda isə hər ay 1.500 manat ödəyəcəyini vəd etmiş, Elçin də bu təkliflə razılaşmışdır. O, bu dəfə də öz təşəbbüsü ilə video çəkiliş aparıb heyvanların qeyd edilən şərtlər daxilində alqı-satqı etmələrini, ümumilikdə 90 baş heyvana görə Zərərçəkmiş şəxs 29.000 manat ödəyəcəyini qeyd etmişdir. Bundan əlavə, kağız parçasında bu barədə əlyazma qeydlər aparıb Zərərçəkmiş şəxs vermişdir. Növbəti gün öz nəqliyyat vasitəsi ilə Ağcabədi rayonuna getmiş, yenə həmin ərazidə tanımadığı yük nəqliyyat vasitəsi tapıb 160 manat pul müqabilində 50 baş xırdabuynuzlu heyvanın Qəbələ şəhərinə daşınmasını razılaşdırıb birlikdə Ərdəşəvi obasına Şahid3 yaşadığı ünvana getmişdir. Talış onun heyvanları aparmaq üçün gələcəyindən məlumatlı olmuşdur. Orada Elçinə məxsus 50 baş heyvanı yük nəqliyyat vasitəsinə yığıb Qəbələ şəhərindəki həmin fermaya aparıb əvvəlki 40 baş heyvanın yanına yığmışdır. Heyvanları alandan sonra 2022-ci ilin noyabr ayından etibarən hər ay qeyd olunan məbləğlərdə ödəniş etməli olsa da, maddi imkansızlıq ucbatından bir neçə ay Zərərçəkmiş şəxs heç bir məbləğdə ödəniş edə bilməmişdir. 2022-ci il noyabr ayından etibarən Elçin dəfələrlə ona müraciət edib ödəməli olduğu pulu tələb etsə də, o, hər dəfə müxtəlif vədlər verərək gözləməsini xahiş edib vaxtı uzatmışdır. Bu müddətdə Elçin bir neçə dəfə onun yaşadığı Qəbələ rayonuna gəlib pulunu tələb etsə də, o, təkrarən ödəniş edə bilməmişdir. Bu məsələ ilə bağlı özü də bir neçə dəfə Bakı şəhərinə gedib Elçinin yaşadığı ünvanda görüşüb pulun ödənilməsi üçün əlavə vaxt verməsini xahiş etmişdir. Elçin də hər dəfə ona inanıb razılaşmışdır. Daha sonra başqa gəlirləri olmadığını, yəni heyvanın pulunu ödəyə bilmədiyini görüb heyvanları satıb ödəniş etmək qərarına gəlmişdir. 2023-cü il mart ayında 90 baş heyvanı tanımadığı Göyçay rayonundan olan heyvan alqı-satqısı ilə məşğul olan 2 şəxsə ümumilikdə 20.600 manata satmışdır. Həmin pulu hissə-hissə olmaqla ayrı-ayrı vaxtlarda almışdır. Belə ki, 2023-cü ilin mart ayında 8.600 manat, sonra 6.400 manat, daha sonra isə 5.600 manat olmaqla ümumilikdə 20.600 (iyirmi min altı yüz) manat pul almışdır. Heyvanları Elçin ona 29.000 manata satsa da, bu real qiymət olmamış, heyvanları zorla 20.600 manata sata bilmişdir. Aldığı həmin pulu heyvan sahibi Zərərçəkmiş şəxs verməli olsa da, həmin vaxt özünün pul ehtiyacı olduğundan 20.600 manat pulu başqa bir işə xərcləmiş, yəni Zərərçəkmiş şəxs heç bir ödəniş etməmişdir. Bundan sonra Zərərçəkmiş şəxs onun heyvanları satdığını, lakin heç bir ödəniş etmədiyini öyrənəndə hüquq mühafizə orqanlarına şikayət etmişdir. Daha sonra o, əməlindən səmimi peşmançılıq çəkdiyini, dəymiş ziyanı ödədiyini, artıq zərər çəkmiş şəxslə barışdığını, zərər çəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmadığını bildirərək və iş üzrə digər yüngülləşdirici halları nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsində ailəsilə birlikdə yaşayır. 2021-ci ilin noyabr ayında heyvan saxlayıb qazanc əldə etmək qərarına gəlmiş, bu məqsədlə Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsi, Laçın obaları, Ərdəşəvi obasında yaşayan tanışı Talış Zeynalıya müraciət edib heyvan alacağı təqdirdə saxlaya bilib-bilməyəcəyi ilə maraqlanmış, sonuncu onun bu təklifini müsbət qarşıladığına görə 2021-ci ilin noyabr ayında 90 baş qoyun alıb Şahid3 vermişdir. Əldə olunmuş razılığa əsasən Talışın heyvanlara baxması müqabilində gələcəkdə əldə ediləcək quzuların yarısını sonuncuya verəcəkdir. Yəni əldə ediləcək gəlir yarı-yarıya bölünəcəkdir. Bu minvalla Zeynal təxminən 1 il müddətinə onun heyvanlarına baxmış, lakin bu sahədə qazancın onun gözlədiyi kimi olmadığını, yəni qoyun saxlamağın sərf etmədiyini görüb 2022-ci il oktyabr ayında anası Şahid1 ilə məsləhətləşib həmin heyvanları satmaq qərarına gəlmişlər. Bu barədə Şahid3 məlumat verəndə sonuncu ona təklif etmişdir ki, Ağcabədi rayonuna gəlib heyvanları bazara çıxarıb satsın. Lakin o, bazarda alverçilərlə dil tapa bilməyəcəyini düşünüb bu təkliflə razılaşmamış, heyvanları internet üzərindən satmaq qərarına gəlmişdir. Bu məqsədlə həyat yoldaşı Şahid2 2022-ci ilin oktyabr ayının xatırlamadığı günündə “www.lalafo.az” saytına 90 baş xırdabuynuzlu heyvanın (qoyunun) ümumilikdə 29.000 manata satılması barədə elan yerləşdirmiş və əlaqə vasitəsi kimi onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsini qeyd etmişdir. Elan yerləşdirildikdən təxminən yarım saat sonra “Whatsapp” proqramı vasitəsilə ***-***-**-** saylı mobil nömrədən tanımadığı şəxs ona mesaj göndərərək 90 baş heyvandan 40 başını almaq istədiyini bildirərək bununla bağlı onunla görüşməyi təklif etmişdir. Daha sonra həmin nömrədən zəng edən şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim edib heyvanlarla maraqlanmışdır. Bir qədər danışıqdan sonra Səttar heyvanlara baxmaq istədiyini bildirəndə o, heyvanların Ağcabədi rayonu Taxta-körpü qəsəbəsi, Laçın obaları Ərdəşəvi obasında olduğunu, gedib orada heyvana baxa biləcəyini demişdir. Bundan sonra o, Təqsirləndirilən şəxslə heyvanları saxlayan Şahid3 əlaqələndirmiş, Səttar Ağcabədi rayonuna gedərək Talışla görüşüb heyvanlara baxmışdır. Bundan sonra, yəni 20 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ** CK *** dövlət qeydiyyat nişanlı “Niva” markalı nəqliyyat vasitəsi ilə Bakı şəhərinə - onun yaşadığı ünvana gəlmişdir. Təqsirləndirilən şəxs onun satdığı 90 baş heyvandan 40 başını almaq istədiyini bildirib bunun qiyməti ilə maraqlanmış, o, 40 baş heyvana görə 14.000 manat qiymət demişdir. Təqsirləndirilən şəxs onun dediyi qiymətlə razılaşdığını, lakin öncədən ödəniş etməyə imkanı olmadığını, əgər aylıq hissə-hissə ödəməyə şərait yaradarsa bu qiymətə heyvanları almağa razı olduğunu bildirmişdir. Səttar heyvanları satmaq üçün deyil, saxlamaq üçün aldığını, 2022-ci ilin noyabr və dekabr aylarında hər ay 3.500 manat, sonrakı aylarda isə hər ay 1500 manat olmaqla stabil pul ödəyəcəyini, ən geci 2023-cü ilin aprel ayının sonunadək 14.000 manatı ödəyib bitiriəcəyini vəd etmişdir. O, ilk öncə bu şərtlərlə heyvan satmaq istəməsə də, yəni Təqsirləndirilən şəxs gələcəkdə pul ödəyibödəməməsinə narahatlıq keçirsə də, sonradan sonuncunun inandırıcı hərəkətlərini nəzərə alıb buna razılaşmışdır. Belə ki, Səttar öz təşəbbüsü ilə kağız parçasına alqı-satqının bu şəkildə həyata keçirilməsinə dair qeydlər aparıb vermişdir. Eyni zamanda öz iştirakı ilə video çəkiliş edib heyvanların hansı şərtlə almasını, hansı müddətdə, hansı məbləğdə pul ödəyəcəyini qeyd edib həmin çəkilişi ona vermiş, əgər vədinə əməl etməsə, pulu vaxtında ödəməsə bu sübutlardan istifadə edib barəsində hüquq mühafizə orqanlarına şikayət edə biləcəyini bildirmişdir. Səttarın bu hərəkətlərindən sonuncuya inamı yaranmış, onu aldadıb pulunu verməyəcəyini ağlına gətirməmişdir. Ona görə hissəli ödənişlə heyvanların satılmasına razılaşmışdır. Bundan sonra heyvanları vermək üçün həmin gün Təqsirləndirilən şəxslə birlikdə Ağcabədi rayonu Taxta-körpü ərazisi Ərdəşəvi obasına getmişlər. Yolda olarkən Səttar tanımadığı şəxslərlə telefonla danışıb 3 fəhlə və bir ədəd “Ford” markalı yük maşını gətizdirmişdir. Lakin həmin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanına diqqət etməmişdir. Ərdəşəvi obasına gəldikdən sonra Səttar heyvanlardan 40 başını seçib həmin yük maşınına yığıb Qəbələ rayonuna aparmış, o isə taksi ilə Bakı şəhərinə qayıtmışdır. Həmin vaxt Səttar heyvanlara görə ona heç bir məbləğdə ödəniş etməmişdir. Razılaşdıqları kimi 2022-ci ilin noyabr ayında ilkin olaraq 3500 manat ödəməsini gözləmişdir. Bir neçə gündən sonra Təqsirləndirilən şəxs yenidən ona zəng edərək yerdə qalan 50 baş qoyunu da almaq istədiyini bildirmişdir. Telefon danışığı zamanı o, 50 baş heyvana görə 15.000 manat qiymət demiş, Səttar isə ilk alqı satı-satqı şərtləri ilə, yəni bir neçə ay ərzində hissə-hissə ödəmək şərti ilə almasına razılaşacağı təqdirdə həmin qiymətə almağa hazır olduğunu bildirmişdir. Belə ki, Səttar bir daha 2022-ci ilin noyabr və dekabr aylarında hər ay 3.500 manat, sonrakı aylarda isə hər ay 1500 manat olmaqla stabil pul ödəyəcəyini, ən geci 2023-cü ilin aprel ayının sonunadək 15.000 manatı ödəyib bitiriəcəyini bir daha vəd etmişdir. Satış qiyməti onu qane etdiyi üçün Səttarın hissəli ödəniş təklifini qəbul etmişdir. Həm də daha öncə aralarınada alqısatqı etdiklərinə görə sonuncuya etibarı yaranmışdır. 27 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhərinə onun yaşadığı ünvana gələrək ətraflı şəkildə danışıb pulu vaxtlı-vaxtında ödəyəcəyini bir daha vəd etmişdir. Habelə təkrarən bu barədə video çəkiliş aparmış və kağız parçasına müvafiq əlyazma qeydlər aparıb ona vermişdir. O, əlində sübut olduğunu zənn edib heyvanları Səttara arxayınlıqla vermişdir. Bundan sonra o, Şahid3 ilə əlaqə saxlayıb yerdə qalan 50 baş heyvanı da Səttara təhvil verməsini tapşırmış, növbəti gün Səttar onun iştirakı olmadan Taxtakörpü qəsəbəsi, Ərdəşəvi obasına gedib heyvanları hansısa yük maşınına yığıb Qəbələ rayonuna aparmışdır. 2022-ci ilin noyabr ayının sonunda Səttar ilk məbləği ödəməli olsa da, heç bir ödəniş etməmişdir. O, bununla bağlı Səttarla əlaqə saxlayanda sonuncu müxtəlif bəhanələr gətirərək pulun ödənilməsini dekabr ayında həyata keçirəcəyini bildirib bir ay gözləməsini xahiş etmiş, lakin Səttar yenə də heç bir ödəniş etməmişdir. Pulun ödəniləcəyinə dair onu arxayınlaşdırmaq üçün 2022-ci ilin dekabr ayının sonlarında yaşadığı ünvana gəlib istifadəsində olan “Niva” markalı nəqliyyat vasitəsini könüllü şəkildə həyətində saxlayıb getmişdir ki, pulu ödəyəndə götürəcəkdir. Lakin bir neçə gündən sonra, yəni 2023-cü ilin yanvar ayının əvvəllərində yenidən onun evinə gələrək maşını burda saxlamasına görə ailəsində problemlər yarandığını bildirib maşını aparmasına icazə verməsini xahiş etmiş, yaxın vaxtlarda pulu mütləq ödəyəcəyini bildirmişdir. O, da buna etiraz etmədiyindən Səttar maşını götürüb getmişdir. 2023-cü ilin yanvar ayında da, pul ödəmədiyini görüb Səttarla əlaqə saxlamış, sonuncu işlərinin uğurlu getmədiyini bəhanə edib bir qədər də gözləməsini xahiş etmişdir. Daha sonra isə Qəbələ rayonunda yerləşən hansısa torpaq sahəsini satışa qoyduğunu, satılan kimi pulu bir dəfəyə ödəyəcəyini vəd etmişdir. Lakin Səttar pul ödəməmiş, vaxt uzandıqca o, narahat olmağa başlamış, sonuncunun onu aldadıb heyvanları ələ keçirməsindən şübhələnmişdir. Səttar hər dəfə boş-boş bəhanələrlə vaxtı uzatdığından sonuncu ilə görüşüb qəti şəkildə danışmaq qərarına gəlmişdir. Bu məqsədlə 2023-cü il aprel ayının 11-də anası Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs Qəbələ rayonun Çarxana kəndində yerləşən evinə getmək məqsədilə həmin rayona gedib sonuncuya zəng edib Qəbələ rayonunda olduqlarını, onun evinə getmək istədiklərini bildirmişdir. Bu xəbərdən sonra Səttar həyəcanlı şəkildə evə getməmələrini bildirib onlarla Qəbələ şəhərində restoranda görüşmüşdür. O, nəyə görə evinə getməsinə etiraz etdiyini soruşanda Səttar evinə getmələrinə etiraz etmədiyini bildirib onları evinə dəvət etmişdir. Lakin yolda olarkən ailə üzvlərinin bu məsələdən xəbərləri olmadığını, bu barədə ailə üzvlərinə heç bir söz deməmələrini xahiş etmişdir. O və anası Şahid1 ya pulunu ödəməsini, ya da heyvanları geri qaytarmasını tələb etmişdir. Əgər pulu ödəməsə heyvanı aparmaq üçün gəldiklərini bildirmişdir. Bundan sonra Səttar heyvan saxlamağın ona sərf etmədiyini deyib təxminən 1 ay öncə həmin heyvanları ümumilikdə 22.500 (iyirmi iki min beş yüz) manata satdığını etiraf etmişdir. Bu anadək heyanların satılmasından onun məlumatı olmamışdır. Anası Xədicə “əgər heyvanları satmısansa bizim pulumuzu niyə verməmisən” deyə soruşanda Səttar həmin pulun 6.500 manatını hansısa kreditin bağlanmasına, 16.000 manatı isə hansısa iş üçün xərclədiyini demişdir. O, hansı iş üçün xərclədiyini soruşanda Səttar bu barədə açıqlama verməmişdir. Səttar onun əsəsbləşdiyini görüb ona yalvararaq bir qədər gözləməsini, yaxın vaxtlarda pulunu tam şəkildə ödəyəcəyini bildirib bu barədə ailə üzvlərinə heç bir söz deməməsini xahiş etmişdir. O, Səttarın evinə getsə də, sonuncunun sözlərinə inanıb yazığı gəlmiş, bu barədə ailə üzvlərinə heç bir söz deməyərək Səttarın tanışı kimi qonaq gəldiklərini bildirmişdir. Həmin vaxt evdə Səttarın adını bilmədiyi həyat yoldaşı və Almara adlı anası olmuşdur. Bir qədər ümumi mövzularda söhbətləşib geri qayıtmışlar. Səttar ən qısa zamanda pullarını verəcəyini desə də, sonradan telefon zənglərinə cavab verməmiş, bir müddət sonra isə ümumiyyətlə telefonu söndürüb əlaqədən itmişdir. Yalnız bir-iki dəfə “Whatsapp” proqramı vasitəsilə, öz istifadəsində olan ***-***-**-** mobil nömrədən “Asan Xidmət”də olan şəkillərini göndərib guya torpaq alqı-satısını rəsmiləşdirməklə məşğul olduğunu bildirmiş, pulu alan kimi ona ödəniş edəcəyini demişdir. Lakin bu dəfə də, Səttar etdiyi vədlərə əməl etmədiyindən sonuncunun onu aldatmasından tam əmin olmuş, buna görə 13 aprel 2023-cü il tarixdə anası Şahid1 və arvadı Şahid2 ilə birlikdə təkrarən Səttarın evinə getmişlər. Qapını Səttarın anası Almara açmış, bu vaxt o, gəliş səbəblərini bildirib baş verənləri Səttarın ailə üzvlərinə danışmışlar. Az sonra Səttar da evə gəlmiş, həmin vaxt onlar oturub sakit şəkildə bu məsələni həll etməyi təklif etsələr də, Səttar onlarla danışmayıb çıxıb getmişdir. Bundan sonra o və ailə üzvləri başqa çıxış yolu qalmadığını görüb hüquq mühafizə orqanlarına şikayət etmişlər. Bundan əlavə Zərərçəkmiş şəxs ifadəsində Təqsirləndirilən şəxs onun və ailə üzvlərinin barəsində göstərdiklərinin tamamilə yalan olduğunu, belə ki, anası Şahid1 70 yaşlı qohumu vasitəsilə onu girov saxlaması, hədələməsi, daha sonra isə nəqliyyat vasitəsini zorla əlindən alıb girov kimi saxlaması, habelə Təqsirləndirilən şəxs heyvanları geri qaytarmaq barədə təklif etməsi, ayrı-ayrı vaxtlarda 8.600 manat, 6.400 manat, 5.600 manat və 6000 manat, yəni ümumilikdə 26.600 (iyirmi altı min altı yüz) manat pulu ona və anası Şahid1 verməsi, cəmi 2.400 manat borcu qalması, o və ailə üzvlərinin Səttarın evinə hücum çəkib ailə üzvlərinə qarşı qanunsuzluqlar etmələri barədə göstərdiklərinin yalan olduğunu, belə bir halların heç vaxt baş vermədiyini, Səttarın onlara heç bir məbləğlərdə ödəniş etmədiyini, sonuncunun məsuliyyətdən yaxa qurtarmaq üçün bu cür yalanlar danışdığını göstərmişdir. Daha sonra Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi ziyan tam ödənildiyi üçün onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını, Təqsirləndirilən şəxs ilə barışdığını və gələcəkdə də bu işlə əlaqədar Təqsirləndirilən şəxs onun heç bir tələbinin və iddiasının olmayacağını bildirərək yolunun uzaqlığı ilə əlaqədar olaraq bundan sonrakı məhkəmə iclaslarını onun iştirakı olmadan keçirib yekun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 və ifadəsi elan edilmiş Şahid2, Zərərçəkmiş şəxslə eyni məzmunlu ifadələr verərək Zərərçəkmiş şəxs göstərdiyi xüsusatları olduğu kimi bir daha təsdiq etmişlər. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2021-ci ilin payız aylarından tanıyır və sonuncu ilə tanışlığı Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi ərazisində yaşayan qohumlarının evlərinə gedib-gəlməsi zamanı təsadüfən yaranmışdır. 2021-ci il təxminən noyabr ayında Zərərçəkmiş şəxs xırdabuynuzlu heyvan alıb saxlamaq istədiyini bildirərək alacağı heyvanları saxlaması üçün ona vermək niyyətində olduğunu bildirmiş və onlar bu barədə razılıq əldə etmişlər. Həmin razılaşmaya əsasən gələcəkdə əldə edəcəkləri gəlirin 30 faizi ona, 70 faizi isə Elçinə çatacaqdı. Bundan sonra Elçin 70 baş doğar heyvan alıb saxlaması üçün ona vermişdir. O, heyvanları yaşadığı Ağcabədi rayonu Taxta-körpü qəsəbəsi, Laçın obaları Ərdəşəvi obasındakı fermasında, öz heyvanları ilə birlikdə saxlamağa başlamışdır. Bu minvalla həmin heyvanlardan bəziləri doğmuş və heyvan sayı 90-na çatmışdır. 2022-ci il təxminən oktyabr ayında Elçin zəng edərək heyvanlarının hamısını satmaq istədiyini bildirdikdə sonuncuya özünün gəlib heyvanları bazara çıxarıb satmalarını, ya da hansısa heyvan alqı-satqısı ilə məşğul olan şəxsə satmasını təklif etmişdir. Bu zaman Elçin həmin heyvanların qiymətini soruşarkən cavabında heyvan alqı-satqısı ilə məşğul olan şəxs gəlib baxmamış dəqiq bir söz deyə bilməyəcəyini demişdir. Elçin isə bu satışı internet üzərindən həyata keçirmək istədiyini deyib heyvanların şəkillərini çəkib ona atmasını demiş, o, da sonuncunun sözünü icra edib şəkilləri çəkib göndərmişdir. Bir neçə gün sonra Elçin ona zəng edərək bir şəxsin gəlib heyvanlara baxacağını bildirib buna şərait yaratmasını demişdir. Sonradan Təqsirləndirilən şəxs adlı şəxs onunla telefon əlaqəsi saxlayıb fermasına gəlmiş, Elçinin heyvanlarına baxıb getmişdir. Təxminən bir neçə gündən sonra evdə olmadığı vaxt axşam saatlarında, Elçin yenidən ona zəng edərək yaşadığı evin qarşısında olduğunu, heyvanlardan 40 başını satmaq üçün götürmək istədiyini bildirdikdə ona heyvanlarını özünün götürə biləcəyini demişdir. Bundan sonra axşam evə gəldikdə heyvanlardan 40 başının aparıldığını, 50 başın isə həyətdə olduğunu görmüşdür. Bir neçə gün sonra Zərərçəkmiş şəxs ona zəng edib yerdə qalan heyvanları da Təqsirləndirilən şəxs aparmaq üçün gələcəyini bildirib buna şərait yaratmasını demişdir. Elə həmin gün Səttar “Qazel” markalı yük maşını ilə Elçinə məxsus 50 baş heyvanı aparmaq üçün gəlmiş, Elçin bu barədə ona tapşırıq verdiyindən Səttarın heyvanları aparmasına icazə vermişdir. O, həmin yük maşınının dövlət nömrə nişanına diqqət etməmişdir. Heyvanlar yük maşınına yüklənərkən o, Səttara yaxınlaşıb heyvanları hansı qiymətə aldığını soruşanda sonuncu onu ötüşdürərək Elçinlə razılaşdığını demiş, bundan sonra o, heç nə soruşmamışdır. Lakin Səttarın heyvanları nəğd qiymətə deyil nisyə, yəni hissə-hissə olmaqla ödəmək şərti ilə almasından məlumatı olmuşdur. Bundan sonra arada bir Elçinlə telefon əlaqəsi saxlayarkən heyvanların pulunu ala bilib-bilmədiyini soruşanda Elçin Səttarın onu aldatdığını, heyvanların pulunu ödəmədiyini demişdir. Sonradan baş verənlər barədə isə əlavə heç bir məlumatı yoxdur. Bundan əlavə Şahid3 ifadəsində Təqsirləndirilən şəxs heyvanları aparmaq üçün gələrkən yanında yük avtomobilinin sürücüsündən başqa 2-3 şəxsin də olduğunu, həmin şəxsləri tanımadığını, sözügedən 90 baş xırdabuynuzlu heyvandan 68-nin doğar heyvan, 2-nin erkək qoç, 20-nin isə erkək və dişi qarışıq olmaqla toğlu olduğunu, heyvanların hamısı xüsusi sortlu, yəni bahalı heyvanlar olduğunu, doğar heyvanların hər birinin təxmini diri çəkisinin 60-65 kiloqram, ət çıxarının isə 25-30 kiloqram, 2 erkək qoçun hər birinin təxmini diri çəkisinin 65 kiloqram, ət çıxarının isə 32-35 kiloqram, 20 baş toğlunun hər birinin isə diri çəkisinin 30-35 kiloqram, ət çıxarının isə 15-20 kiloqram aralığında olduğunu, heyvanların bazar qiymətləri barədə dəqiq məlumatı olmadığını göstərmişdir. Bundan başqa, işdə olan və məhkəmə iclasında tədqiq olunan ibtidai istintaq zamanı Şahid1 tərəfindən istintaqa təqdim olunmuş diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, CD-R diskində 04 ədəd video fayl vardır. Video fayldakı danışıqların mətni aşağıdakı kimidir. “video0001” adlı fayl 00:48 saniyə davam edir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs və Şahid1 iştirakı ilə video çəkiliş həyata keçirərək bildirir ki, “Deməli bu gün bu videonu öz razılığımla çəkirəm, Xədicə xanımgildəyəm, Pirşağı qəsəbəsində, qoyun satırlar. Bu gün 20 oktyabr 2022-ci il tarixində mən Təqsirləndirilən şəxs Xədicə xanımla oğlu Elçin müəllimə məxsus olan 40 baş qoyunu 14.000 manat dəyərində razılaşdıq. Belə razılaşdıq ki, noyabr ayında 3.500, dekabrda 3.500 və sonrakı aylarda 1.500 manat mən tərəfdən ödənilməklə razılaşdıq. Əgər aramızdakı razılaşma pozularsa və gecikmə olarsa mənim barəmdə polisə şikayət edə bilərlər və bu videonu da mən öz razılığımla çəkdim və belə bir əlyazma yazıb qol çəkdim. Yəni bu əlyazma da mənə məxsusdur, oldu sağolun”. Çəkiliş zamanı Təqsirləndirilən şəxs özünün yazdığı əlyazma barədə məlumat verdikdə stolun üzərində damalı dəftərdə əlyazma formasında yazılmış, sonunda isə 20.10.22, imza və Təqsirləndirilən şəxs qeyd olunmuş mətn görsənir. “video0002” adlı 00:14 saniyə davam edir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs və Şahid1 iştirakı ilə video çəkiliş həyata keçirərək bildirir ki, “Deməli, bu gün oktyabrın 27-si 2022-ci il Elçin müəllimin obyektindəyəm, 29.000 manat dəyərində qoyunu götürdüm, gələn həftə gəlib sənədləşdirəcəyik, yəni bu gün götürdüm hamısını oldu”. “video0003” adlı 00:21 saniyə davam edir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs və Şahid1 iştirakı ilə video çəkiliş həyata keçirərək bildirir ki, “Yanvarın 5-i 2023-cü il, yanvarın 15-i 10 gün sonra bu kişilərin pulunu verməsəm, gəlib işimə də məlumat verə bilərlər, Elçin müəllim, üstəgəl heyvanı sata bilər, yanvarın 15-i”.“video0004” adlı 02:50 saniyə davam edir. Təqsirləndirilən şəxs təkbaşına video çəkiliş həyata keçirərək bildirir ki, “Bu gün 27 noyabr 2022-ci il, mən keçən ayın əvvəli Pirşağı qəsəbə sakini Elçin müəllimdən 29.000 manat məbləğində heyvan götürmüşəm. Bu ayın ödənişindən 2 dəfə keçib. Yəni dediyim vaxtda ödəniş olmayıb, bu günə söz vermişdim və üstəgəl biz müqavilə bağlamalı idik. Bunu da mənim qohumum var, siğorta şirkətində işləyir. O, mənə söz vermişdi, dünən gecə atası mənə zəng edib bildirdi ki, oğlum özü kredit alasıdı. Dedim ki, kredit götürmür, özəl bir işdi getsin yenə də götürsün. Bir sözlə razılaşmadı. Mən də bu ayın ödənişini üzrlü səbəbdən gecikdirdim. O, da nəyə görə, yəni bu söhbət olub ananızla sizin, bir də mənim aramda üçlükdə. Deməli mən 7.300 manata fındıq satmışdım, 1.850 manata da traktor lopedi. Onu da bu şəkildə göndərmişəm sizə (heyvanları, şəkilləri). Özüm də hal-hazırda X12 Limanında-aeroportdayam. Axşam gələcəm üzü Bakıya tərəf. Çünki sabah orada mənim işim var. Gəlib sizinlə görüşəcəm sabah üzbəüz. Deməli 7.300 manata fındıq, 1.850 manata da başqa bir şey satmışdım, pul var idi. 3.500 manat da mən sizə pul verməli idim. Mənim başqa xərclərim oldu. Düzdü bunun sizə heç bir aidiyyəti yoxdur. Onu da mal alverçiləri var, simental inək almışdılar. Onu bazara çıxarıblar 5-ci gün, bizdə Bərdədə mal bazarı 5-ci gün olur. Bu simental da bir az çox yeyən heyvandır, südü də çox verəndir, amma bizim zonada yaxşı getmir. Onu da orada sata bilməyiblər, dəyişiblər cır malla, yəni yerli sort malla. Yəni bu dəqiqə əllərində həmin maldan var. Yəni yenə deyirəm qardaş, mən axırda axşam Qəbələdə yaşayan dayımı qoşdum söhbətə, həm sizin söhbəti demişəm, özü buxalterdir. Həm gəlib zamin duracaq sizinlə mənim aramda, iş yerindən arayış da götürəcək. Bir də dünən həmin oğlanın qapısına getmişdik, o da hardasa 1 həftə vaxt istədi, yəni qısaca olaraq belə”. İşdə olan və məhkəmə iclasında tədqiq olunan ibtidai istintaq zamanı Şahid1 tərəfindən istintaqa təqdim olunmuş kağız parçasına baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əlyazma formasında- “20 oktyabr 2022-ci il tarixində Şahid1 Əbdüləli qızı və oğlu Zərərçəkmiş şəxs dəyəri 14000 AZN olan 40 qoyunu mən X6 noyabr 3500, dekabr 3500 və sonrakı aylar 1500 AZN ödəməklə razılaşdıq. Ödəmədiyim və gecikdirdiyim təqdirdə məni polisə verə bilər. Bu yazını özüm yazdım və öz imzamla təsdiq edirəm.” Mətn yazmış sonunda isə “İmza” qrafasını imzalayıb adını və soyadını, “20.10.22” tarixini qeyd etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Təqsirləndirilən şəxs ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə protokolunun məzmunundan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs aldatma yolu ilə ümumilikdə ona 29.000 manat ziyan vurduğunu Təqsirləndirilən şəxs üzünə qarşı deyərək sonuncunu ifşa etmişdir. Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs dediklərinin doğru olduğunu, yəni heyvanları satsa da, sahibinə heç bir məbləğdə pul vermədiyini etiraf edərək əməlindən peşman olduğunu bildirmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Təqsirləndirilən şəxs ilə Şahid1 arasında keçirilmiş üzləşdirmə protokolunun məzmunundan görünür ki, Şahid1 Təqsirləndirilən şəxs aldatma yolu ilə ümumilikdə onlara 29.000 manat ziyan vurduğunu Təqsirləndirilən şəxs üzünə qarşı deyərək sonuncunu ifşa etmişdir. Təqsirləndirilən şəxs isə Şahid1 dedikləri ilə razılaşaraq sözügedən heyvanları 20.600 manata satdığını, lakin sahibinə heç bir ödəniş etmədiyini etiraf edərək əməlindən peşman olduğunu bildirmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/4397 nömrəli rəyindən görünür ki, 68 baş doğum qabiliyyətli dişi qoyunun, 02 baş erkək qoçun, 20 baş erkək və dişi toğlunun 2022-ci ilin oktyabr ayına orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 27920 (iyirmi yeddi min doqquz yüz iyirmi) manat müəyyən edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Qəbələ rayon polis şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və Azərbaycan Respublikası CPM-in 40.2.3-cü maddəsi əsasında barəsində başlanmış cinayət təqibinə xitam verilmişdir. Təqsirləndirilən şəxs hal-hazırda məhkumluğu olmayan şəxsdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Qəbələ rayon Mərkəzi xəstəxanasının xx.xx.2023-cü il tarixli, 6-52/2-706/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Qəbələ rayon Mərkəzi xəstəxanasının X1 və Psixiatrik kabinetlərində qeydiyyata alınmamış, həmçinin alkoqolizmlə əlaqədar müalicə almamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunan əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, iş üzrə “Şahid1 tərəfindən istintaqa təqdim edilmiş 01 ədəd CD disk və 01 ədəd kağız parçası iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan xasiyyətnamələrdən, arayışdan, nikah haqqında və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Qəbələ rayonu Çarxana kəndində qeydiyyatda olmaqla həmin ünvanda həyat yoldaşı X5, oğlu xx.xx.2018-ci il təvəllüdlü X7 və qızı xx.xx.2022-ci il təvəllüdlü X4 ilə birlikdə yaşayır və o, yaşayış və iş yerləri üzrə müsbət xarakterizə olunur. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına hər hansı nəqliyyat vasitəsi qeydə alınmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanan və notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi ziyan tam ödənildiyi üçün onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur, o, Təqsirləndirilən şəxs ilə barışmışdır və gələcəkdə də bu işlə əlaqədar Təqsirləndirilən şəxs onun heç bir tələbi və iddiası olmayacaqdır. Odur ki, yolunun uzaqlığı ilə əlaqədar olaraq bundan sonrakı məhkəmə iclaslarını onun iştirakı olmadan keçirib yekun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, təqsirləndirilən şəxsə ittiham elan edilməsi üçün Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Laçın RPŞ-nin əməkdaşları tərəfindən Qəbələ rayonu Çarxana kəndi ərazisində saxlanılaraq həmin tarixdə Laçın rayon PŞ-nin İQ-na təhvil verilmiş və onun barəsində saat 23:35-də başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilərək bir gün müddətində tutulmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Laçın Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 1 (bir) ay 15 (on beş) gün müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən saat 12:25-dən hesablanmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunan xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ifadələrində özünümüdafiə kimi göstərdikləri xüsusatların sübut növü kimi qəbul edilməməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamın dəyişdirilmədən qüvvəsində saxlanılması və barəsində seçilmiş həbs qətimkan tədbirinin nəzərə alınması, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şahid1, Zərərçəkmiş şəxs, Şahid2 və X2 əməllərində cinayət tərkibi olmadığından barələrində cinayət təqibinin başlamasının Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, Zərərçəkmiş şəxs qismində tanınmasının nəzərə alınması, cinayət işi üzrə təqsirləndirilən şəxsin özünümüdafiə xarakteri daşımayan, zərər çəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq hərəkəti protokollarının, həmçinin cinayət işinə əlavə edilmiş digər sənədlərin sübut növü kimi qiymətləndirilməsi, iş üzrə Şahid1 tərəfindən istintaqa təqdim edilmiş 01 ədəd CD diskin və 01 ədəd kağız parçasının xx.xx.2023-cü il tarixli qərarla maddi sübut kimi tanınaraq cinayət işinə əlavə olunmasının nəzərə alınması, cinayət işinin başlanması rədd edilmiş xüsusatlarla bağlı materialların ayrılaraq Laçın RPŞ-nin arxivində saxlanılması, qərar barədə maraqlı şəxslərə məlumatın verilməsi və qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif olunmalı, o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müvafiq cəza ilə cəzalanmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə sadalanan qanunvericilik normalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlikəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə xüsusi ilə vurğulayır ki, qanuni, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərir, onun, həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarşısını alır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sayəsində mühüm vasitədir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun təqsirini boynuna almasını, yaşayış və iş yerləri üzrə müsbət xarakterizə olunmasını, əməlindən səmimi peşman olmasını, zərər çəkmiş şəxsə vurulmuş ziyanı ödəməsini, himayəsində iki azyaşlı uşağının olmasını, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayətinin və tələbinin olmamasını, həmçinin zərər çəkmiş şəxslə barışmasını və məhkumluğunun olmamasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinin tələblərinə əsasən işdə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş işdə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri üzrə təqsirləndirilən şəxsə təyin olunacaq cəzanın növünü və həddini müəyyən edərkən, işin faktiki hallarını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi şəraitini, başqa şəxslər tərəfindən eyni xarakterli yeni cinayətlərin törədilməsinin qarşısının alınmasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxsə cərimə və azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi ümumiyyətlə məqsədəmüvafiq deyil və onun islah olunması baxımından ona məhz həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi daha məqsədəmüvafiqdir. Məhkəmə onu da qeyd edir ki, ibtidai istintaq dövründə təqsirləndirilən şəxsə ittiham elan edilməsi üçün Təqsirləndirilən şəxs 1(bir) gün müddətinə, yəni xx.xx.2023-cü il tarixədə tutulmuş, həmçinin Laçın Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində 1 (bir) ay 15 (on beş) gün müddətinə həbs qətimkan tədbiri seçilərək həbsetmənin əvvəlinin xx.xx.2023-cü il tarixdən saat 12:25-dən hesablanması qərara alınmış və Təqsirləndirilən şəxs ümumilikdə hal-hazıradək 06 (altı) ay 08 (səkkiz) gün müddətinə həbsdə olmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə olduğu ümumilikdə 06 (altı) ay 08 (səkkiz) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Cəzanın müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri ləğv edilməli, o, məhkəmə iclas zalından dərhal həbsdən azad olunmalı, onun barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilməli və barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan bu cəza növü cəzanın əsas məqsədini təmin edir. Cinayət işinin materiallarına əlavə edilmiş iş üzrə maddi sübutlar-Şahid1 tərəfindən istintaqa təqdim edilmiş 01 ədəd CD disk və 01 ədəd kağız parçası cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, məhkəmə istintaqı dövründə iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın Təqsirləndirilən şəxs tərəfindən ödənilməsi həyata keçirilmişdir. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və xüsusi müsadirə yoxdur. Hökmün icrası Qəbələ rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı və 381-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq dövründə təqsirləndirilən şəxsə ittiham elan edilməsi üçün Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixədə tutulduğu bir gün müddət, eyni zamanda xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 06 (altı) ay, 07 (yeddi) gün müddət, ümumilikdə həbsdə olduğu 06 (altı) ay 08 (səkkiz) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 05 (beş) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayonunu tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Qəbələ rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri ləğv edilsin o, məhkəmə iclas zalından dərhal həbsdən azad olunsun, onun barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işinin materiallarına əlavə edilmiş iş üzrə maddi sübutlar-Şahid1 tərəfindən istintaqa təqdim edilmiş 01 ədəd CD disk və 01 ədəd kağız parçası cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və xüsusi müsadirə yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Laçın Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə 20 (iyirmi) gün başa çatdıqdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №1(047)-3/2024
Laçın Rayon Məhkəməsi Hökm — İş №1(047)-3/2024
06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver