Məhkəmə qərarları › İş №1(047)-3/2025

Laçın Rayon Məhkəməsi Hökm — İş №1(047)-3/2025

12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Laçın rayonu İş № 1(047)-3/2025 12.02.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Ağcabədi şəhərində 12 fevral 2025-ci il tarixdə Laçın Rayon Məhkəməsinin inzibati binasında, xx.xx.2000-ci ildə Ağcabədi rayonu Taxtakörpü qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Qubadlı rayon Muradxanlı kəndində yerləşən N saylı hərbi hissədə texniki işçi kimi işləmiş, Laçın rayon Vağazin kəndində pasport qeydiyyatında olmaqla, Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsi Canavarlı obasında yaşamış və barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Aparılmış ibtidai istintaqla müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmiş, saxlamış, hazırlamış, daşımış, göndərmiş və qanunsuz olaraq narkotik vasitələri satmış, habelə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmişdir (əkmiş, yetişdirmiş və onların hissələrini toplamışdır). Belə ki, o, istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əkilibbecərilməsi qadağan olunmuş, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin bir neçə ədəd toxumunu qanunsuz olaraq əldə etdikdən sonra 2024-cü ilin yay aylarında Ağcabədi rayonun Taxtakörpü qəsəbəsi, Arduşlu obası yaxınlığında yerləşən meşəlik sahədə torpağı qazıb qanunsuz olaraq tərkibində narkotik maddələr olan həmin çətənə (kannabis) bitkisinin toxumlarından 11 (on bir) ədədini əkmiş, qanunsuz olaraq onların boy atıb inkişaf etmələri üçün aqrotexniki qulluq göstərib sulayaraq yetişdirmiş, bir müddət sonra isə həmin bitkilərin hissələrini toplayaraq xeyli miqdarda kultivasiya etmiş, daha sonra satış məqsədi ilə çətənə (kannabis) bitkisinin hissələrini yığıb qurutmaq yolu ilə hazırladığı, narkotik vasitə hesab edilən marixuananı təmiz çəkisi 1,88 qram və 1,22 qram miqdarlarına iki ədəd kibrit qutularında, habelə 15,78 qram miqdarında bir ədəd sellofan bükümdə olmaqla ümumilikdə 18.88 qram qurudulmuş marixuananı, habelə narkotik vasitələrə aid olmayan çətənə (kannabis) bitkisinin toxumlarını 0.32 qram miqdarında bir ədəd kibrit qutusunda qablaşdırdıqdan sonra qanunsuz olaraq əldə etdiyi həmin narkotik vasitəni satış məqsədi ilə Ağcabədi rayonu Taxtakörpü qəsəbəsi, Canavarlı obasında yaşadığı evin həyətyanı sahəsindəki istifadəyə yararsız vəziyyətdə olan “Qaz 53” markalı, üzərində dövlət qeydiyyat nişanı olmayan nəqliyyat vasitəsinin kabin hissəsində gizlətməklə daşımış və saxlamış, bir müddət sonra, yəni 24 sentyabr 2024-cü il tarixdə satış məqsədi olmadan (şəxsi istifadə üçün) qanunsuz olaraq narkotik vasitəni əldə etmək məqsədi ilə tanışı Şahid4 Yusif oğlu vasitəsi ilə, eyni vaxtda müraciət etmiş Laçın rayonun Ərdəşəvi kənd sakini Şahid2 və Fingə kənd sakini Şahid1 ilə telefon danışığı zamanı həmin narkotik vasitədən, iki kibrit qutusunu vahid niyyətlə, 50 manat pul müqabilində satmağı, pulun isə verdiyi bank kart hesabına göndərilməsini razılaşdırıb qonşusu, cinayətdən xəbərsiz Şahid3 həyətyanı sahələrindəki istifadəyə yararsız nəqliyyat vasitəsinin kabinində olan bir neçə kibrit qutusundan ikisini götürüb qeyd edilən şəxslərə çatdırmasını xahiş etməklə, yəni daşıdığı predmetin narkotik vasitə olması haqqında məlumatı olmayan Şahid3 vasitəsilə həmin narkotik vasitənin təyinat yerinə aparılmasına nail olmaqla göndərmiş, lakin Şahid2 və Şahid1 yolda olarkən polis əməkdaşları tərəfindən yaxalanmaları səbəbindən sonuncular tərəfindən 50 manat pulun bank kart hesabına göndərilməsinə nail olmamış, bu hərəkətləri ilə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmiş, saxlamış, hazırlamış, daşımış, göndərmiş və qanunsuz olaraq narkotik vasitələri satmış, habelə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmişdir (əkmiş, yetişdirmiş və onların hissələrini toplamışdır). Bununla da, ibtidai istintaq orqanının gəldiyi nəticəyə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 237.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Laçın rayonun Vağazin kəndində pasport qeydiyyatda olsa da, faktiki Ağcabədi rayonu Taxta-körpü qəsəbəsi, Canavarlı obasında ailə üzvləri ilə birlikdə yaşayır. 2022-ci ilin təxminən yay aylarında yaşadığı qəsəbədə onun guya narkotik istifadəçisi olması barədə heç bir əsası olmayan söz-söhbətlər gəzməyə başlamış, o, ətrafdakı insanların hansı səbəbdən bu fikrə düşdükləri ilə maraqlanarkən heç kim ona konkret bir söz deməmişdir. Belə söz-söhbətin yayılması ilk başda ona pis təsir etsə də, sonradan narkotikin dadı və təsiri ona maraqlı gəlməyə başlamış və bu səbəbdən narkotik maddənin dadına baxmaq qərarına gəlmişdir. Bundan sonra bir neçə dəfə xatırlamadığı şəxslərdən narkotik tərkibli marixuana əldə edib istifadə etmişdir. 2024-cü ilin yay aylarında maddi cəhətdən sıxıntıları olduğundan bu narkotik vasitəni almağa pulu olmamış, buna görə öz istifadəsi üçün müəyyən qədər çətənə bitkisi (marixuana) əkib, daha sonra qurudaraq istifadə etmək fikrinə düşmüşdür. Bu məqsədlə yaşadığı ərazinin yaxınlığında Arduşlu obasının otlaq ərazisində sahibsiz-kimsəsiz bir yer seçib orada 11 (on bir) ədəd narkotik tərkibli bitki, yəni çətənə bitkisi əkməyə başlamışdır. Bir müddət həmin bitkilərə aqrotexniki qulluq da etmişdir. 2024-cü lin sentyabr ayının əvvəllərində həmin ərazidə əkdiyi 11 ədəd çətənə bitkisindən bir qədər toplayıb özü istifadə etmiş, yerdə qalan miqdarını xatırlamadığı hissəsini isə qurudub gələcəkdə istifadə etmək üçün sellofana büküb, habelə bir qədərini isə üç ədəd kibrit qutusuna yığıb gizlincə yaşadığı evin həyətində olan istifadəyə yararsız, köhnə “Qaz 53” markalı nəqliyyat vasitəsinin kabininin orta hissəsində və sağ oturacaq tərəfində olan ehtiyat hissələrinin arasına qoyub gizlətmişdir. O, narkotik vasitə istifadə etməsini hamıdan gizli saxlasa da, bir-iki tanışının bu barədə məlumatı olmuşdur. 17 sentyabr 2024-cü il tarixdə gəzmək üçün Laçın rayonuna gedib bir neçə gün orada qalmışdır. 23 sentyabr 2024-cü il tarixdə tanışı Laçın rayon Vağazin kənd sakini Şahid4 ona zəng edərək tanışı Şahid2 adlı şəxsin qurudulmuş çətənə bitkisi (marixuana) çəkmək istədiyini deyib sonuncuya belə bir narkotik vasitə tapıb verməsini xahiş etmişdir. Xəzərlə yaxın münasibətləri olduğundan sonuncuya etibar edərək həmin şəxslərə narkotik vasitəni pul müqabilində verib qazanc əldə etmək qərarına gəlmiş və bu məqsədlə telefon danışığı zamanı onda belə bir məhsulun olmasını etiraf etmişdir. Bundan sonra Xəzərə yaşadığı evin həyətindəki köhnə “Qaz 53” markalı nəqliyyat vasitəsinin kabinində marixuana olduğunu bildirərək oradan bir-iki kibrit qutusu həmin narkotik vasitədən götürüb həmin şəxsə verə biləcəyini demişdir. Lakin Xəzər bu işə qarışmaq istəmədiyini, buna görə problem yaşamaqdan qorxduğunu bildirib qeyd edilən yerdən marixuananı götürüb həmin şəxslərə verməkdən imtina edərək özlərinin bir-biri ilə dil tapıb anlaşmalarını məsləhət görmüşdür. Daha sonra Səfa və Muğanla telefonda danışdıqda sonuncu şəxslərdən hansısa biri ona bu narkotik vasitəyə görə pulu kimə verməsini soruşmuşdur. O, da özünə məxsus bank kart hesab nömrəsini həmin şəxsə verərək iki kibrit qutusundakı narkotik vasitəyə görə 50 manat pul göndərməsini demişdir. Həmin şəxs bu məbləğlə razılaşmışdır. O, Xəzərin evin həyətinə keçib marixuananı götürüb qeyd edilən şəxslərə verməkdən imtina etdiyini görüncə bu işi digər qonşusu Şahid3 vasitəsi ilə həll etmək qərarına gəlmiş və bu məqsədlə sonuncuya zəng edərək evlərinin həyətinə keçib orada olan köhnə “Qaz 53” markalı nəqliyyat vasitəsinin kabinində olan 2-3 ədəd kibrit qutusundan iki ədədini götürüb evin yaxınlığında gözləyən Şahid4 adlı şəxsin yanında olan iki nəfərə verməsini xahiş etmişdir. Lakin kibrit qutusunun içərisində nə olması barədə Şahid3 heç bir məlumat verməmiş, yəni sonuncu götürüb başqa şəxsə verdiyi şeyin narkotik vasitə olmasından məlumatsız olmuşdur. Bir qədər sonra Kənan onun sözünü icra edib qeyd olunan nəqliyat vasitəsinin kabinindən 2 ədəd kibrit qutusu götürüb evin yaxınlığında gözləyən Muğan adlı şəxsə verib getmişdir. Laçın rayonunda başı qarışdığından pulun kartına göndərilibgöndərilməməsinə diqqət etməmiş, habelə həmin şəxslərlə təkrarən telefon danışığı aparmamışdır. Növbəti gün səhər saatlarında Laçın rayonunda dağlıq ərazidə olan zaman Laçın RPŞ-nin əməkdaşlarının Səfayla Muğanı ondan aldıqları narkotik vasitə ilə yaxaladıqlarını eşitmişdir. Daha sonra polis əməkdaşları onu axtardığından 27 sentyabr 2024cü il tarixdə Laçın rayon polis şöbəsinin Ağcabədi rayonun Taxtakörpü qəsəbəsində yerləşən inzibati binasına gedərək bununla bağlı müvafiq izahat vermiş, bu zaman Səfa ilə Muğanın üzərlərindən aşkar edilən narkotik vasitə hesab edilən qurudulmuş çətənə bitkisini (marixuananı) ondan almaları barədə etirafedici izahatlar vermələri barədə məlumat aldıqdan sonra törətdiyi əməlləri gizlətməyin mənasız olduğunu anlayıb həmin narkotik vasitəni özünün satdığını etiraf etmişdir. Həmin narkotik vasitəni haradan əldə etməsi soruşulduqda isə o, bu narkotik tərkibli bitkini özünün əkdiyini etiraf etmiş və könüllü şəkildə həmin əkib-qulluq etdiyi ərazini polis əməkdaşlarına göstərməyi təklif etmişdir. Bundan sonra polis əməkdaşları hal şahidləri və aqronom dəvət edərək birlikdə Ağcabədi rayonu Taxta-körpü qəsəbəsi, Arduşlu obası yaxınlığındakı sahibsiz əraziyə gedərək əkib-qulluq etdiyi narkotik tərkibli çətənə bitkilərini polis əməkdaşlarına göstərmişdir. Video çəkilişlə həmin əraziyə baxış keçirilərkən oradan onun tərəfindən əkilmiş 11 (on bir) ədəd çətənə bitkisi (kolu) aşkar olunub polis əməkdaşları tərəfindən götürülmüşdür. Həmin narkotik tərkibli bitkilər yuxarıda qeyd etdiyi kimi bir müddət öncə onun tərəfindən əkilib lazımi qulluq edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs ifadəsində qeyd olunan narkotik vasitəni satması ilə əlaqədar Şahid3 və ya Şahid4 hər hansı məbləğdə pul və ya digər əşya vədi vermədiyini, ümumiyyətlə Şahid3 onun əməllərindən, verdiyi kibrit qutusunun içərisində nə olmasından məlumatsız olduğunu, onun çətənə bitkisi əkib qulluq etməsindən daha sonra isə yığıb qurudaraq evlərinin həyətindəki köhnə nəqliyyat vasitəsinin kabinəsində saxlamasından heç kimin məlumatı və iştirakı olmadığını, bu qanunsuz əməlləri gizlincə təkbaşına etdiyini, Şahid2 və ya Şahid1 satdığı narkotik vasitə qarşılığında ona 50 (əlli) manat pulu göndərməli olsalar da, hansısa səbəbdən bu pulu ona göndərmədiklərini, qeyd edilən şəxslərdən başqa heç kimə narkotik maddə satmadığını, habelə təmənnasız vermədiyini (bağışlamadığını), hadisə ilə əlaqədar polis əməkdaşları tərəfindən ona hər hansı fiziki zor tətbiq olunmadığını göstərmişdir. Bundan başqa o, əməlindən səmimi peşmançılıq çəkdiyini və bir daha belə əməllərə yol verməyəcəyini bildirib, həmçinin iş üzrə digər yüngülləşdirici halları nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri və işin digər halları ilə kifayət qədər sübuta yetmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, o, uzun illər öncə bir-iki dəfə narkotik vasitə istifadə etmiş, yəni qurudulmuş marixuana çəkib dadına baxmışdır. Həmin vaxt narkotik vasitəni Bakı şəhərində yerdən tapıb istifadə etmişdir. Daha sonra ötən illər ərzində heç vaxt belə bir şey etməmişdir. 23 sentyabr 2024-cü il tarixdə tanışı Laçın rayonun Ərdəşəvi kənd sakini Şahid2 ilə Ərdəşəvi obasında birlikdə olarkən söhbət əsnasında marixuana çəkməkdən söhbət düşmüş, bir-birlərinə belə bir narkotik vasitə olsaydı çəkib dadına baxmaq istəmələrini demişlər. Həmin vaxt ona məlum olmuşdur ki, Şahid2 da əvvəllər marixuana çəkib dadına baxmışdır. Bir qədər söhbətdən sonra bu narkotik vasitəni ciddi şəkildə əldə etmək qərarına gəlmiş və onu haradan əldə edə biləcəklərini düşünmüşlər. Həmin vaxt Şahid2 narkotik vasitəni Laçın rayonun Vağazin kənd sakini Təqsirləndirilən şəxs adlı şəxsdən tapa biləcəklərini demişdir. Belə ki, Səfa Elnurda marixuana olması barədə məlumatlı olduğunu dedikdən sonra onlar sonuncudan bir-iki istifadəlik marixuana alıb istifadə etmək qərarına gəlmişlər. Onlar hər ikisi Elnuru tanısalar da, sonuncu ilə yaxın münasibətdə olmadıqlarına görə Elnurun birbaşa onlara marixuana satmayacağını bilib bu işdə onlara köməklik edə biləcək sonuncunun həmkəndlisi Şahid4 zəng edib Elnurla danışıb onlara narkotik verməyə razı salmasını xahiş etmişlər. Bir qədər sonra Şahid4 ona zəng edərək Ağcabədi rayonu Taxtakörpü qəsəbəsi Canavarlı obasına getmələrini demişdir. Avtomobilləri olmadığından o, tanışı Laçın rayon Ərdəşəvi kənd sakini Şahid11 zəng edərək sonuncunun avtomobilinə yanacaq pulunu verəcəklərini deyib onları Canavarlı obasına aparmasını xahiş etmiş, Eynulla da onun xahişini yerə salmayıb özünə məxsus ** BE *** dövlət nömrə nişanlı, “Qazel” markalı nəqliyyat vasitəsi ilə onları aparmışdır. Lakin onlar Eynullaya Canavarlı obasına nəyə görə getmələri barədə heç nə deməmiş, sonuncu onların qanunsuz əməllərindən məlumatsız olmuşdur. Sentyabr ayının 23-dən 24-ə keçən gecə saat 01 radələrində Canavarlı obasına çatıb Xəzərlə görüşmüş, bundan sonra sonuncu Təqsirləndirilən şəxs zəng edərək onların narkotik vasitə axtardıqlarını deyib əgər özündə belə bir məhsul varsa onlara verməsini xahiş etmişdir. Elnur Xəzərə haradansa marixuananı götürüb onlara verməsini deyəndə Xəzər bu işə qarışmaq istəmədiyini, məsuliyyətə cəlb olunmasından qorxduğunu deyib Elnurun bu sözünü icra etməkdən imtina etmişdir. Xəzərin tanışlıq yaratmasından sonra o, Xəzərin telefonu ilə Elnurla danışa-danışa bir qədər kənara çəkilmiş, bu danışıq zamanı Elnur 50 manat pul müqabilində 2 kibrit qutusu marixuana verəcəyini, həmin pulu bank kartına göndərməsini demiş və müvafiq bank hesab nömrəsini ona vermişdir. Onlar nə qədər Xəzərə qorxmaması, gedib narkotik vasitəni gətirməsini desələr də, Xəzər buna getməyib imtina etmişdir. Bundan sonra Elnur Xəzərə bildirmişdir ki, Şahid3 adlı qonşusundan xahiş edib, sonuncu içərisində narkotik vasitə olan 2 ədəd kibrit qutusunu gətirib onlara verəcəkdir. Əlavə olaraq Elnur Şahid3 gətirəcəyi kibrit qutularının içərisində nə olmasını demədiyini bildirərək ondan və Xəzərdən xahiş etmişdir ki, bu barədə onlar da Kənana heç bir söz deməsinlər. Onlar Elnurun evinin yaxınlığında olan transformatorun yanına getdikdən təxminən 5-10 dəqiqə sonra Şahid3 adlı şəxs onlara yaxınlaşaraq adlarını soruşmuş və iki ədəd bağlı kibrit qutusunu ona vermiş, habelə söhbət zamanı bunun nə olduğunu soruşmuşdur. Onlar isə araya söz salıb söhbəti dəyişmiş, bu barədə Kənana heç nə deməmişlər. Elə həmin vaxt Xəzər işinin olduğunu deyib çıxıb getmiş, bundan sonra həmin kibrit qutusunun birini o, digərini isə Şahid2 cibinə qoyaraq orada istifadə etməmiş, Ərdəşəvi obasına qayıtmaq üçün gəldikləri “Qazel” markalı nəqliyyat vasitəsinə minib bir qədər hərəkət etdikdən sonra “Chevrolet Niva” markalı nəqliyyat vasitəsi qabaqlarına keçib onları saxlatmış, oradan polis əməkdaşları videoçəkilişlə onlara yaxınlaşaraq nəqliyyat vasitəsindən enmələrini tələb etmişlər. Onlar polis əməkdaşlarını görüb nəqliyyat vasitəsindən enmiş, polis əməkdaşları özlərini təqdim edərək üzərlərində olan əşyaları təqdim etmələrini tələb etmişlər. Onlar üzərlərində olan digər əşyalarla yanaşı ciblərində olan həmin kibrit qutularını da çıxarıb təqdim etdikdən sonra kibrit qutuları polis əməkdaşları tərəfindən açılıb baxılarkən içərisində narkotik vasitə olan qurudulmuş marixuana olması müəyyən edilmişdir. Həmin vaxt kibrit qutusunun birini o, digərini isə Səfa cibindən çıxarıb təqdim etmişdir. Onun üzərindən çıxan kibrit qutusunda qurudulmuş marixuana olsa da, Şahid2 üzərindən çıxan kibrit qutusunun içərisindən isə marixuana toxumu çıxmışdır. Hər bir qutuda olan narkotik vasitə ayrı-ayrılıqda ölçülmüş, onun üzərindən çıxan qurudulmuş marixuananın miqdarının 5.22 qram, Səfanın üzərindən çıxan qutudakı marixuana toxumunun miqdarının isə 4.25 qram təşkil etməsi müəyyən edilmişdir. Bundan sonra həmin fakt sənədləşdirilmiş və onlar Laçın RPŞ-nə aparılmışlar. Orada izahat verərkən həmin narkotik vasitəni şəxsi istifadə üçün Vağazin kənd sakini Təqsirləndirilən şəxs aldıqlarını etiraf etmişlər. Canavarlı obasında hər hansı ödəniş terminalı olmadığından Elnura ödəməli olduqları 50 manat pulu səhəri gün hər hansı marketdəki terminal vasitəsi ilə göndərmək qərarına gəlmiş, lakin yolda olarkən polis əməkdaşları tərəfindən saxlandıqları üçün narkotik vasitəyə görə həmin pulu Elnurun bank kart hesabına göndərə bilməmişlər. Bundan əlavə Şahid1 ifadəsində Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuanadan istifadə etməsi, habelə qanunsuz əkməsi ilə məşğul olmasını eşitsə də, bu barədə ətraflı məlumatı olmadığını, sonuncunun çətənə bitkisini nə vaxt və harada əkməsini, habelə belə maddədən istifadə etməsini heç vaxt görmədiyini, Elnurun onlardan başqa hər hansı şəxsə narkotik vasitə satıb-satmamasından məlumatı olmadığını, iki kibrit qutusu miqdarında marixuananı 50 manat pul müqabilində satmasını Elnurla telefon danışığı zamanı razılaşdırdığını, bu xüsusda, yəni Elnura pul verəcəkləri barədə Xəzərin məlumatlı olmadığını, Şahid3 isə ümumiyyətlə narkotik vasitə almaları ilə bağlı ora gəlmələrindən və gətirib onlara verdiyi qutuların içərisində marixuana olmasından heç bir məlumatı olmadığını, həmin narkotik vasitəni özlərinin şəxsi istifadəsi üçün aldıqlarını, onu satmaq niyyəti ilə əldə etmədiklərini, habelə əvvəllər də heç vaxt narkotik vasitə satmadığını, habelə bu növ bitkilərin əkini ilə məşğul olmadığını, yalnız uzun illər öncə Bakı şəhərində olarkən bir-iki dəfə marixuana çəkib dadına baxdığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid11 Şahid1lə eyni məzmunlu ifadələr verərək sonuncunun göstərdiyi xüsusatları olduğu kimi bir daha təsdiq etmişlər. Məhkəmə iclasında qanuni nümayəndəsi X1 iştirakı ilə şahid qismində dindirilən Şahid4 ifadəsində göstərmişdir ki, o, 23 sentyabr 2024-cü il tarixdə axşam saatlarında evdə olduğu vaxt yaxın münasibətdə olduğu tanışı Laçın rayonun Ərdəşəvi kənd sakini Şahid2 ona zəng edərək marixuana çəkmək istədiyini, onu kimdən əldə edə biləcəyini soruşmuşdur. O, bu barədə bir söz deyə bilməyəcəyini deyəndə, X11 kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitə olmasını eşitdiyini, lakin sonuncu ilə yaxın münasibəti olmadığını, buna görə bir başa özünə müraciət edəcəyi təqdirdə ona imtina cavabı verəcəyindən ehtiyat etdiyini bildirib onun Elnurla yaxın münasibəsi olduğundan etibarlı şəxs kimi onun üçün sonuncuya müraciət edib bir-iki istifadəlik marixuana verməsinə razı salmasını xahiş etmişdir. O, Şahid2 ilk öncə kömək etmək istəməsə də, sonradan aralarındakı münasibəti nəzərə alıb razılaşmış, Elnurun yaşadığı evin yaxınlığına gəlmələrini onlara demişdir. O, Səfa və Muğanla görüşdükdən sonra Elnura zəng edib Səfa və Muğan adlı tanışının narkotik çəkmək istədiyini deyib sonunculara belə bir məhsul tapmaqda köməklik etməsini xahiş etmişdir. Elnurla onun arasında səmimi münasibət olduğundan Elnur ona etibar edib bir neçə kibrit qutusuna qurudulmuş marixuana yığıb yaşadığı evin həyətindəki köhnə “Qaz-53” markalı nəqliyyat vasitəsinin kabinində saxladığını, Laçın rayonunda olduğuna görə özünün verə bilməyəcəyini bildirib oradan götürüb Səfaya verməsini demişdir. Lakin o, əvvəllər heç vaxt belə işlərə qarışmadığından qorxmuş, onu bu işə qarışdırmamasını, həmin narkotiki götürüb verməkdən ehtiyat etdiyini Elnura deyib necəsə başqa yolla verməsini demişdir. Bu zaman Səfa və Muğan onun telefonu ilə bir qədər kənarda Elnurla nəsə danışmışlar. Belə olan vəziyyətdə Elnur digər qonşusu Şahid3 zəng edərək həyətlərində olan köhnə maşının kabinində 2 kibrit qutusu olduğunu, onları götürüb evin yaxınlığında gözləyən Səfa adlı şəxsə verməsini demişdir. Bir qədər sonra Elnur ona zəng edib Səfa ilə Muğanla birlikdə onun və Kənanın evinin yaxınlığında olan transformatorun yanına getməsini, digər qonşusu Şahid3 içərisində narkotik vasitə olan iki ədəd bağlı kibrit qutusunu gətirəcəyini, lakin Kənana bu barədə heç nə demədiyini, yəni sonuncunun narkotik vasitə gətirməsindən xəbərsiz olduğunu bildirərək onların da Kənana heç nə bildirməmələrini xahiş etmişdir. Az sonra Səfa və Muğanla birlikdə Elnurun bildirdiyi yerə tərəf getmiş və Kənan ilə zəngləşib görüşmüşlər. Kənan qeyd olunan maşının kabinasından götürdüyü bağlı kibrit qutularını Səfayla Muğana vermişdir. Bundan sonra o, bu işdən uzaq qalmaq üçün həmin yerdən uzaqlaşmış və öz evinə qayıtmışdır. O, vəziyyətdən belə başa düşmüşdür ki, Kənan kibrit qutusunun içərisində nə olmasından həqiqətən də xəbərsiz olmuşdur. Belə ki, Şahid3 kibrit qutularını verəndə onlardan qutunun içərisində nə olduğunu soruşmuş, lakin onlar araya başqa söz qatıb bu suala cavab verməmiş və Şahid3 bu barədə heç bir söz deməmişlər. Səhəri gün isə Səfa ilə Muğanın evə qayıdarkən polis əməkdaşları tərəfindən saxlanıldığını və üzərilərinə baxış keçirilərkən həmin narkotik vasitələrin aşkar edildiyini eşitmişdir. Bundan əlavə Şahid4 ifadəsində Təqsirləndirilən şəxs narkotik vasitə olan çətənə bitkisini əkib yetişdirməsi, habelə bundan istifadə etməsini eşitsə də, belə bir halın şahidi olmadığını, habelə Elnurun əvvəllər başqa şəxsə narkotik vasitə satmasını eşitmədiyini və görmədiyini, Elnurun qeyd olunan narkotik vasitəni Səfa ilə Muğana pul qarşılığında verməsindən də məlumatsız olduğunu, bunu əvəzsiz olaraq verməsini zənn etdiyini, 50 manat pul müqabilində verməsini sonradan eşitdiyini, o, bu məsələyə Səfaya görə, sonuncunun xahişi ilə qarışdığını, özünün heç vaxt narkotik maddə istifadə etmədiyini və əkilib becərilməsində, habelə satılmasında qətiyyən iştirak etmədiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, o, 23 sentyabr 2024-cü il tarixdə axşam saatlarında evdə olduğu vaxt qonşusu, Vağazin kənd sakini Təqsirləndirilən şəxs ona zəng edərək tanışlarına bir əşya verməli olduğunu, lakin evdə olmadığına görə özünün bunu edə bilmədiyini bildirərək həyətlərinə keçib orada olan köhnə “Qaz 53” markalı maşının kabinasındakı 2-3 ədəd kibrit qutusundan ikisini götürüb tanışı Şahid4 yanında olan şəxslərə çatdırmasını xahiş etmişdir. Danışıq zamanı Elnurdan avtomobildə olan kibrit qutusunun içərisində nə olduğunu soruşanda sonuncu “başqa şeydir, narahat olma, zəhmət olmasa götür ver” deyib ona konkret cavab verməmişdir. O, da bir qonşu kimi Elnurla aralarında yaxın münasibətlərin olmasını nəzərə alıb heç bir söz demədən sonuncunun xahişini icra etməyə razılaşmışdır. Bundan sonra Elnurun yaşadığı evin həyətyanı sahəsinə gedərək illərdir orada istifadəsiz qalmış, köhnə “Qaz-53” markalı maşının kabininə baxmış, bu zaman kabinin orta hissəsində dəmirlərin arasında 2 ədəd bağlı halda kibrit qutusu olduğunu görmüş və həmin kibrit qutularını götürüb Vağazin kənd sakini Şahid4lə əlaqə saxlayıb evlərinin yaxınlığındakı transformatorun yanında görüşmüşlər. Kibrit qutuları bağlı olduğundan açıb içərisinə baxmamışdır. Xəzərin yanında əvvəllər tanımadığı, sonradan adının Səfa və Muğan olduğunu öyrəndiyi 2 şəxsin olduğunu görmüşdür. O, yaxınlaşıb Xəzərlə və digər şəxslərlə görüşəndə Xəzər həmin kibrit qutularını Səfa ilə Muğana verməsini demiş, o, da kibrit qutularını qeyd edilən şəxslərə vermişdir. Ona maraqlı gəldiyindən söhbət zamanı Xəzər, Səfa və Muğandan kibrit qutusunun içərisində nə olduğunu soruşanda həmin şəxslər ona heç bir cavab verməyib ötüşdürmüşlər. Qeyd olunan şəxslərin işlərinə qarışmamaq üçün təkrar heç bir sual verməmiş və yaşadığı evə qayıtmışdır. Baş verənlər barədə bundan başqa heç bir məlumatı olmamışdır. Bundan savayı Şahid3 ifadəsində Təqsirləndirilən şəxs narkotik maddə satışı və əkini ilə məşğul olması barədə ötəri söz-söhbət eşitsə də, bu barədə konkret məlumatı olmadığını, xasiyyətcə heç kəsin işinə qarışan adam olmadığından Elnurun belə bir işlə məşğul olub-olmaması ilə maraqlanmadığını, Təqsirləndirilən şəxs qeyd olunan kibrit qutularını götürüb Şahid2 və Şahid1 çatdırmasını xahiş edərkən onların içərisində nə olması barədə ona heç bir söz demədiyini, ümumiyyətlə həmin kibrit qutularının içərisində narkotik vasitə olmasından xəbərsiz olduğunu, kibrit qutularını açıb içinə baxmadığını, ətraf zülmət qaranlıq olduğundan baxacağı təqdirdə belə kibrit qutularının içərisində nə olduğunu anlamayacağını, götürüb təhvil verdiyi əşyanın narkotik vasitə olmasını biləcəyi təqdirdə heç vaxt belə bir işə qarışmayacağını, özünün heç vaxt narkotik vəsitə istifadə etmədiyini, satışı və ya əkini ilə məşğul olmadığını, ümumiyyətlə narkotik maddənin necə bir şey olması barədə heç bir anlayışı olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 ifadəsində göstərmişdir ki, o, 2017-ci ildən daxili işlər orqanlarında, 2024-cü ildən isə Laçın RPŞ-də CAB-ın baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 23 sentyabr 2024-cü il tarixdə axşam saatlarında Laçın rayonun Fingə kənd sakini Şahid1 və Laçın rayon Ərdəşəvi kənd sakini Şahid2 narkotik vasitə əldə edərək gəzmələri barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu məlumat əsasında sentyabr ayının 23-dən 24-nə keçən gecə Laçın RPŞ-nin X2 rəisi, polis baş leytenantı Şahid6, RPŞ-nin İTBnin sahə rəisi, polis leytenantı Şahid7 və RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid10 və ondan ibarət əməliyyat qrupu yaradılaraq birlikdə videoçəkilişlə Ağcabədi rayonun Taxtakörpü qəsəbəsi, Laçın obaları yaşayış massivində, el arasında Şeylanlı kənd qəbirstanlığı kimi tanınan ərazidən Ərdəşəvi obası istiqamətində hərəkət edən ** BE *** qeydiyyat nişanlı, “Qazel” markalı nəqliyyat vasitəsini saxlayıb özlərini təqdim etmişlər. Həmin vaxt nəqliyyat vasitəsindən 1 sürücü və 2 sərnişin olmaqla 3 nəfər yerə enmiş, onların şəxsiyyəti müəyyən olunarkən sürücünün Şahid11, sərnişinlərin isə Şahid1 və Şahid2 olması müəyyən edilmişdir. Qeyd olunan şəxslərin üzərilərində narkotik vasitə saxlamalarına dair əməliyyat məlumatı olduğundan videoçəkilişlə onların üzərinə baxış keçirilmişdir. Baxış zamanı sürücü Şahid11 üzərindən dövriyyəsi qadağan edilmiş heç bir əşya aşkar edilməmişdir. Lakin sərnişinlər Şahid2 əynində olan boz rəngli şalvarın sağ yan cibindən içərisində narkotik vasitə olan marixuana toxumuna bənzər kütlə yığılmış bir ədəd kibrit qutusu, Şahid1 isə əynində olan tünd-göy rəngli cins şalvarın sol yan cibindən içərisində narkotik vasitə olan marixuanaya bənzər kütlə yığılmış bir ədəd kibrit qutusu aşkar olunaraq götürülmüşdür. Hər bir qutuda olan narkotik vasitə ayrı-ayrılıqda ölçülmüş, Muğanın üzərindən çıxan qurudulmuş marixuananın qablaşdırılması ilə birlikdə miqdarının 5.22 qram, Səfanın üzərindən çıxan qutudakı marixuana toxumunun miqdarının isə qablaşdırılması ilə birlikdə 4.25 qram təşkil etməsi müəyyən edilmişdir. Daha sonra həmin şəxslər Laçın rayon polis şöbəsinə aparılaraq izahatları alınmış, Şahid1 və Şahid2 üzərlərindən aşkar olunan narkotik vasitələri Laçın rayonun Vağazin kənd sakini Təqsirləndirilən şəxs öz şəxsi istifadələri üçün aldıqlarını bildirmişlər. Araşdırma zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətində yerləşən istifadəyə yararsız “Qaz 53” markalı nəqliyyat vasitəsinin kabinində narkotik vasitə saxlamasına əsaslı şübhələr müəyyən olunduğundan bununla bağlı Təhqiqat qrupunun baş təhqiqatçısı Habil Şirinovla birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Orada Təqsirləndirilən şəxs atası Tahir Süleymanov onları qarşılamış, sonuncunun icazəsi ilə, videoçəkilişlə həmin nəqliyyat vasitəsinə baxış keçirilmiş, bu zaman nəqliyyat vasitəsinin kabin hissəsindən sellofanda və kibrit qutuda narkotik vasitə olan marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edilmiş, bir neçə gün sonra sonuncu polis şöbəsinə gələrək verdiyi izahatında həmin narkotik vasitələri özünün əkib becərdiyini etiraf etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitəni əkib, qulluq etdiyi yeri göstərmiş, sonuncunun göstərdiyi yerə, yəni Ağcabədi rayonu Taxtakörpü qəsəbəsi, Arduşlu obası yaxınlığındakı meşəlik sahəyə baxış keçirilərkən həmin yerdən 11 ədəd narkotik tərkibli bitki olan çətənəyə bənzər kollar aşkar olunaraq götürülmüşdür. Keçirilmiş tədbir zamanı şəxslərin üzərinə və nəqliyyat vasitəsinə baxış keçirilərkən videoçəkiliş aparılmış, qeyd olunan şəxslər törətdikləri qanunsuz əməlləri səmimi şəkildə etiraf etmiş, hər hansı şəxsə qarşı heç bir formada zor və ya digər qanunsuzluq olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Laçın RPŞ-nin İTB-nin rəisi Şahid6, İTB-nin sahə rəisi Şahid7 və PPXB-nin polis nəfəri Şahid10 da Şahid5lə eyni məzmunlu ifadələr verərək sonuncunun göstərdiyi xüsusatları bir daha olduğu kimi təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid8 ifadəsində göstərmişdir ki, o, 2019-cu ildən daxili işlər orqanlarında, 2024-cü ildən isə Laçın RPŞ-də Cinayət Axtarış Bölməsinin axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 24 sentyabr 2024-cü il tarixdə Laçın rayon polis şöbəsinin inzibati binasında olarkən Laçın rayon Vağazin kənd sakini Təqsirləndirilən şəxs yaşadığı, Ağcabədi rayonun Taxtakörpü qəsəbəsi, Canavarlı obasında yerləşən evin həyətindəki istifadəyə yararsız, köhnə “Qaz 53” markalı nəqliyyat vasitəsində narkotik maddə saxlanılmasına şübhələr olması barədə RPŞ-nin Təhqiqat qrupunun baş təhqiqatçısı Habil Şirinov tərəfindən məlumat verildikdən sonra sonuncu, habelə CAB-ın baş əməliyyat müvəkkili Şahid5, İTB-nin rəisi Şahid6 və PPXB-nin polis nəfəri Şahid9lə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişdir. Onları həmin ünvanda Təqsirləndirilən şəxs atası Tahir Süleymanov qarşılamış, sonuncunun icazəsi ilə həmin nəqliyyat vasitəsinə baxış keçirmişlər. Baxış zamanı o, nəqliyyat vasitəsinin kabin hissəsindən sellofana bükülmüş vəziyyətdə narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar etmişdir. Baxış zamanı polis nəfəri Şahid9 eyni kabinin içərisindən sağ ayaqaltı tərəfdən bir ədəd kibrit qutusunda narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar etmişdir. Baxış zamanı aşkar edilmiş narkotik vasitəyə bənzər kütlələr götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Laçın RPŞ-də PPXB-nin polis nəfəri Şahid9 da Şahid8lə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları bir daha olduğu kimi təsdiq etmişdir. Bundan başqa, iş materiallarına əlavə olunmuş 24 sentyabr 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması” haqqında protokol və həmin protokola əlavə edilmiş videoçəkiliş diskindən görünür ki, sutkanın qaranlıq vaxtı yolda hərəkətdə olan ** BE *** dövlət qeydiyyat nişanlı “Qazel” markalı nəqliyyat vasitəsi saxlanılmış, həmin nəqliyyat vasitəsinin sərnişinləri Şahid2 əynində olan açıq boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunda narkotik vasitə olan marixuananın toxumu, Şahid1 isə əynində olan tünd-göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq müvafiq qaydada götürülmüşdür. İş materiallarına əlavə olunmuş 24 sentyabr 2024-cü il tarixli “baxış keçirilməsi” haqqında protokol və həmin protokola əlavə edilmiş videoçəkiliş diskindən görünür ki, sutkanın qaranlıq vaxtı Təqsirləndirilən şəxs atası X3 iştirakı ilə sonuncunun yaşadığı evin həyətində olan “Qaz- 53” markalı, üzərində qeydiyyat nişanı olmayan nəqliyyat vasitəsinin kabinindən 01 ədəd kibrit qutusunda və 01 ədəd salafan bükümdə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana bitkisi aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə olunmuş 27 sentyabr 2024-cü il tarixli “baxış keçirilməsi” haqqında protokol və həmin protokola əlavə edilmiş videoçəkiliş diskindən görünür ki, Ağcabədi rayonu Taxta-körpü qəsəbəsi, Arduşlu obasında Təqsirləndirilən şəxs tərəfindən təqdim edilən əraziyə baxış zamanı 11 ədəd aqrotexniki qaydada qulluq göstərilmiş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək müvafiq qaydada götürülmüşdür. İş materiallarına əlavə olunmuş məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 18/819 №li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “Şahid2 üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 01 ədəd kibrit qutusunun içərisində salfet kəsiyi bükümündə ümumi çəkisi-0,32 qram (ekspertiza tədqiqatından sonra 0,30 qram miqdarında qalan) olan bitki toxumları, narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır, narkotik vasitələrə aid deyildir və bu səbəbdən də marixuanalar ilə eynilik tədqiqatı aparılmır. Toxumlar bitki üzərində yetişib toplanılır, hər hansı bir üsulla hazırlanmır. İş materiallarına əlavə olunmuş məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 18/820 №li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “X4 məxsus.. nəqliyyat vasitəsindən..” sözləri və imzalar olan kağız paketdə 01 ədəd kibrit qutusunda təmiz çəkisi - 1,22 qram, 01 ədəd bükümdə təmiz çəkisi - 15,78 qram, ümumi çəkisi - 17,0 qram (ekspertiza tədqiqatından sonra 16,96 qram miqdarında qalan) olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarına əlavə olunmuş məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 18/821 №li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “Şahid1 üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 01 ədəd kibrit qutusunun içərisində salfet kəsiyi bükümündə təmiz çəkisi-1,88 qram (ekspertiza tədqiqatından sonra 1,86 qram miqdarında qalan) olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində: “Şahid1 üzərindən..." sözləri yazılmış və imzalar olan kağız paketdəki marixuana ilə üzərində: “...X4 məxsus...” sözləri yazılmış və imzalar olan kağız paketdəki marixuanalar orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eynidir. Tədqiqata təqdim olunmuş üzərində: “Şahid2 üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki tədqiqat obyekti narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır, narkotik vasitələrə aid deyildir və bu səbəbdən də marixuanalar ilə eynilik tədqiqatı aparılmır. Marixuana (kannabis) 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı). İş materiallarına əlavə olunmuş məhkəmə-bioloji ekspertizasının 27 sentyabr 2024-cü il tarixli 18/833 №li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs...narkotik tərkibli bitkiyə bənzər...” sözləri və imzalar olan sintetik torbada ümumi sayı 11 (on bir) ədəd, yaş vəziyyətdə, ümumi çəkisi-500,0 qram (ekspertiza tədqiqatından sonra 498,90 qram miqdarında qalan) olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun rəyinə əsasən təqdim olunmuş 11 (on bir) ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim edilmiş 11 ədəd çətənə bitkiləri və Təqsirləndirilən şəxs yaşadığı həyətdə yerləşən “Qaz-53” markalı nəqliyyat vasitəsindən aşkar edilmiş, ekspertiza tədqiqinə ümumi çəkisi- 16,96 qram olmaqla təqdim edilmiş (ekspertiza tədqiqatından sonra 16,76 qram miqdarında qalan) narkotik vasitə olan marixuanalarla orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkiblidirlər. İş materiallarına əlavə olunmuş məhkəmə narkoloji-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 1821 saylı rəyindən görünür ki, narkoloji-tibbi müayinədən keçmiş Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 844 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən ANLAQLİ vəziyyətdə olmuşdur. Onun əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonra öz əməlinin faktiki xaraketirini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək qabiliyyətində olmuşdur və hal-hazırda da malikdir. Onda hər hansı xroniki-psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik əlamətləri müşahidə olunmur. Onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən adi psixi-emosional vəziyyətdə olmuşdur. İş materiallarına əlavə olunmuş Laçın rayon X7 hüquqi şəxsdən daxil olmuş xx.xx.2024-cü il tarixli 18-1-57/2-300/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın konsultativ poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetində dispanser qeydiyyatına alınmamış və alkoqolizm ilə əlaqədar müalicə edilməmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş arayışdan və vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Laçın rayonundan olan məcburi köçkündür və o, atası, anası və qardaşları ilə birlikdə Ağcabədi rayonu Taxtakörpü ərazisi Vağazin obasında yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 163 manat 38 qəpik təşkil edir. İş materiallarına əlavə olunmuş əşyanın maddi sübut hesab edilməsi barədə xx.xx.2024cü il tarixli qərardan görünür ki, iş üzrə əhəmiyyət kəsb etdiyindən Şahid1 üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 1,88 qram (ekspertiza tədqiqatından sonra 1,86 qram miqdarında qalan) olan qurudulmuş marixuana, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindəki “Qaz-53” markalı nəqliyyat vasitəsinə baxış keçirilərkən aşkar edilərək götürülmüş təmiz çəkisi 1,22 qram və 15,78 qram olmaqla ümumilikdə 17,0 qram (ekspertiza tədqiqatından sonra 16,76 qram miqdarında qalan) olan qurudulmuş marixuana, habelə Təqsirləndirilən şəxs tərəfindən əkin yeri kimi təqdim edilmiş Ağcabədi rayonu Taxtakörpü qəsəbəsi, Arduşlu obası ərazisinə baxış keçirilərkən aşkar edilərək götürülmüş ümumi sayı 11 ədəd, yaş vəziyyətdə, ümumi çəkisi - 500,0 qram (ekspertiza tədqiqatından sonra 498,90 qram miqdarında qalan) olan, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri, həmçinin qeyd olunan istintaq hərəkətləri zamanı aparılmış video çəkilişə dair 6 ədəd DVD disk maddi sübut qismində tanınmışdır. İş materiallarında olan Laçın Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay 29 gün müddətinə, yəni 28 dekabr 2024-cü il tarixədək həbs qətimkan tədbirinin seçilməsi və həbsetmənin əvvəlinin isə 29 sentyabr 2024cü il tarixdən saat 18:30 dəqiqədən hesablanması qərara alınmışdır. İş materiallarına əlavə olunmuş sübutların qiymətləndidilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2 və 237.1-ci maddələri ilə yenidən ittihamın elan edilməsi və barəsində seçilmiş “həbs” qətimkan tədbirinin nəzərə alınması, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şahid2 satdığı 0,32 qram miqdarında narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarının narkotik vasitələrə aid olmadığından həmin xüsusat üzrə Təqsirləndirilən şəxs ittihamın irəli sürülməməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şahid2, Şahid1 və Şahid11 əməllərində cinayət tərkibi olmadığından barələrində başlanmış cinayət təqibinə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən xitam verilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şahid4 Yusif oğlunun əməlində cinayət tərkibi olmadığından barəsində başlanmış cinayət təqibinə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən xitam verilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şahid3 əməlində cinayət tərkibi olmadığından barəsində başlanmış cinayət təqibinə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən xitam verilməsi, Şahid1 və Şahid2 satış məqsədi olmadan şəxsi istifadə üçün az miqdarda narkotik vasitə əldə etmələri, saxlamaları və daşımaları əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkib əlamətləri olduğundan onlara həmin maddə üzrə inzibati xəta haqqında iş üzrə icraatın açılması məsələsinə baxılması üçün qəbul edilmiş qərarın surətinin Laçın RPŞ-nin İTB-yə göndərilməsi, cinayət işi üzrə təqsirləndirilən şəxsin ifadəsinin, şahid ifadələrinin, ekspert rəylərinin, istintaq hərəkəti protokollarının, həmçinin cinayət işinə əlavə edilmiş digər sənədlərin sübut növü kimi qiymətləndirilməsi, iş üzrə əhəmiyyət kəsb etdiyindən Şahid2 üzərindən aşkar edilərək götürülmüş 0,32 qram (ekspertiza tədqiqatından sonra 0,30 qram miqdarında qalan) olan narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarının, Şahid1 üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 1,88 qram (ekspertiza tədqiqatından sonra 1,86 qram miqdarında qalan) olan qurudulmuş marixuananın, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindəki “Qaz-53” markalı nəqliyyat vasitəsinə baxış keçirilərkən aşkar edilərək götürülmüş təmiz çəkisi 1,22 qram və 15,78 qram olmaqla ümumilikdə 17,0 qram (ekspertiza tədqiqatından sonra 16,76 qram miqdarında qalan) olan qurudulmuş marixuananın, habelə Təqsirləndirilən şəxs tərəfindən əkin yeri kimi təqdim edilmiş Ağcabədi rayonu Taxtakörpü qəsəbəsi, Arduşlu obası ərazisinə baxış keçirilərkən aşkar edilərək götürülmüş ümumi sayı 11 ədəd, yaş vəziyyətdə, ümumi çəkisi - 500,0 qram (ekspertiza tədqiqatından sonra 498,90 qram miqdarında qalan) olan, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin, həmçinin qeyd olunan istintaq hərəkətləri zamanı aparılmış video çəkilişə dair 6 ədəd DVD diskin 27 noyabr 2024-cü il tarixli qərarla maddi sübut kimi tanınmasının, narkotik vasitələrin Laçın RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanmasının, disklərin isə cinayət işinə əlavə olunmasının nəzərə alınması, iş üzrə əhəmiyyət kəsb etmədiyindən, Şahid2 üzərindən aşkar edilərək götürülmüş 0,32 qram (ekspertiza tədqiqatından sonra 0,30 qram miqdarında qalan) olan narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarının narkotik vasitələrə aid olmadığı üçün məhv edilməsi, cinayət işinin başlanması rədd edilmiş xüsusatlarla bağlı materialların ayrılaraq Laçın RPŞ-nin arxivində saxlanılması, qərar barədə maraqlı şəxslərə məlumatın verilməsi və qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. Bundan əlavə, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı “Marixuna (kannabis)” olan maddələr narkotik vasitədir, onun qurudulmuş 5 qramı “xeyli miqdar”, 500 qramı isə “külli miqdar” hesab olunur ((təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri)). Məhkəmə, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 25 iyun 2005-ci il tarixli Qanunun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satılması anlayışlarına verdiyi izahlar baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələblərinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10); həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8); miqdarından asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin satılması (1.0.11) hesab edilir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 237.1-ci maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə sadalanan qanunvericilik normalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlikəlilik dərəcəsini, təqsirləndirilənlərin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə xüsusi ilə vurğulayır ki, qanuni, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərir, onun, həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarşısını alır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sayəsində mühüm vasitədir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ilk dəfə olaraq az ağır cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, məcburi köçkün olmasını və məhkumluğunun olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, məcburi köçkün olmasını və məhkumluğunun olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almaqla onu xarakterizə edən halları tədqiq edərək, bundan başqa işin konkret hallarını, törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini də nəzərə alaraq onun islah olunması üçün təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.2 və 237.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı hədlərdə təyin edilməsini daha məqsədəmüvafiq hesab edir. Bununla yanaşı məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinin tələblərinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli isə 29 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan bu cəza növü cəzanın əsas məqsədini təmin edir. Bundan əlavə, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, maddi sübut kimi tanınaraq Laçın rayon Polis şöbəsində saxlanılan Şahid1 üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 1,86 qram olan qurudulmuş marixuana, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindəki “Qaz-53” markalı nəqliyyat vasitəsinə baxış keçirilərkən aşkar edilərək götürülmüş ümumilikdə qalıq çəkisi 16,76 qram olan qurudulmuş marixuana, habelə Təqsirləndirilən şəxs tərəfindən əkin yeri kimi təqdim edilmiş Ağcabədi rayonu Taxtakörpü qəsəbəsi, Arduşlu obası ərazisinə baxış keçirilərkən aşkar edilərək götürülmüş ümumi sayı 11 ədəd, yaş vəziyyətdə, qalıq çəkisi 498,90 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və eyni zamanda 6 ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsini tətbiq etməklə Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmasını da qanuni və əsaslı hesab edir. Bundan başqa, məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji kabinetində profilaktiki qeydiyyata da alınmalıdır. İş üzrə məhkəmə xərci olan 163 manat 38 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia, maddi ziyan, üzərinə həbs qoyulmuş əmlak və xüsusi müsadirə yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 iş saatı üçün 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 237.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 03 (üç) il, Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 03 (üç) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 29 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs Laçın rayon X7 X8 şöbəsinin narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Laçın rayon polis şöbəsində saxlanılan, Şahid1 üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 1,86 qram olan qurudulmuş marixuana, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindəki “Qaz-53” markalı nəqliyyat vasitəsinə baxış keçirilərkən aşkar edilərək götürülmüş ümumilikdə qalıq çəkisi 16,76 qram olan qurudulmuş marixuana, habelə Təqsirləndirilən şəxs tərəfindən əkin yeri kimi təqdim edilmiş Ağcabədi rayonu Taxtakörpü qəsəbəsi, Arduşlu obası ərazisinə baxış keçirilərkən aşkar edilərək götürülmüş ümumi sayı 11 ədəd, yaş vəziyyətdə, qalıq çəkisi 498,90 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və eyni zamanda 6 ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 163 manat 38 qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia, maddi ziyan, üzərinə həbs qoyulmuş əmlak və xüsusi müsadirə yoxdur. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 20 iş saatı üçün 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Laçın Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə 20 (iyirmi) gün başa çatdıqdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar