Azərbaycan Respublikası adından HÖKM Laçın rayonu İş № 1(047)-5/2024 14.05.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə, Ağcabədi şəhərində 14 may 2024-cü il tarixdə Laçın Rayon Məhkəməsinin inzibati binasında, rayonun Şişpapaxlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Laçın rayonu Oğuldərə kəndində qeydiyyatda olmaqla Bərdə rayonu Mollalı kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 12.1 və 234.1-ci (köhnə redaksiyada) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan həşiş yağını xeyli miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, xx.xx.2019-cu il tarixdə Rusiya Federasiyasının X7 Obluçensk rayonunda olarkən Xabarovsk diyarının Verxnebureinsk rayonu Çeqdomın qəsəbəsinə yaşayan qohumlarının evinə qonaq getmək üçün saat 22 radələrində İzvestkovaya dəmiryolu stansiyasına gedərkən yol kənarında ağaclıq ərazidən Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli qanunda göstərilən və külli miqdar sayılan, lakin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan tarixdə olan qüvvəsinə görə şəxsi istehlak miqdarından artıq miqdar (xeyli miqdar) hesab edilən miqdarda yəni, ümumilikdə təmiz çəkisi 910 (doqquz yüz on) qram olan, istintaqla müəyyən edilməyən yerdə və müddət ərzində kustar üsulla hazırlanmış narkotik vasitə olan həşiş yağının (kannabis yağının) doldurulduğu, hər biri 0.5l həcmə malik olan iki şüşə butulkanı tapıb qanunsuz əldə etdikdən sonra həmin narkotik vasitəni satış məqsədi olmadan qəsdən əl çantasına qoymaqla daşıyıb saxlamış, daha sonra isə Xabarovsk diyarının Verxnebureinsk rayonu Çeqdomın qəsəbəsinə kimi daşınması məqsədi ilə xx.xx.2019-cu il tarixdə, saat 22:05-də İzvestkovaya dəmiryolu stansiyasında olarkən narkotik vasitənin qanunsuz daşınmasına yönəlmiş cinayətkar hərəkətlərini ört-basdır etmək məqsədilə əl çantasını Xabarovsk diyarının Xabarovsk-1 stansiyası - Xabarovsk diyarı Verxnebureinsk rayonu Çeqdomın stansiyası reysi ilə hərəkət edən 663э №-li sərnişin qatarının 09684903 №-li yük vaqonunun yük fəhlələri Şahid2 və V.S.Smirnova öz cinayətkar hərəkətləri haqqında məlumat vermədən onlara saxlanca verərək özü isə həmin qatarın 3 №li vaqonuna əyləşib, növbəti gün, yəni xx.xx.2019-cu il tarixdə saat 08:23-də Çeqdomın qəsəbəsinə çatmış, bununla da dəmiryolu nəqliyyatından istifadə edərək qeyd olunan narkotik vasitəni satış məqsədi olmadan X7 Obluçensk rayonu İzvestkovaya dəmiryolu stansiyasından Xabarovsk diyarı Verxneburensk rayonu Çeqdomın qəsəbəsinədək qanunsuz saxlamış və daşımış, bundan sonra həmin tarixdə saat 08:23-dən saat 10:10-a kimi satış məqsədi olmadan şəxsi istifadəsi üçün narkotik vasitənin qanunsuz saxlanmasına yönəlmiş cinayətkar niyyətinə davam edərək həmin qəsəbənin Vokzalnaya küçəsi 1 ünvanında yerləşən dəmiryolu vağzalının binasının yaxınlığında yerləşən, cinayətdən xəbərsiz X1 idarə etdiyi qara rəngli “Toyota Sprinter” markalı, B514OM27 dövlət qeydiyyat nişanlı taksiyə əyləşib sürücüdən içərisində narkotik vasitənin olduğu yol çantasını götürmək üçün yük vaqonuna sürməsini xahiş etmiş, sonuncu onu öz sərnişini hesab etdiyindən xahişini icra edərək sözügedən nəqliyyat vasitəsini 663э №-li sərnişin qatarının 09684903 №-li yük vaqonun yanına sürmüş, orada yük fəhlələri Şahid2 və V.S.Smirnova özünü avtomobildə əyləşdiyini göstərib yol çantasını həmin çantanın içərisində narkotik vasitənin olduğundan xəbərsiz olan Teyyub Əliyev vasitəsilə qeyd olunan avtomobilin salonuna ötürülməsinə nail olmuş və həmin çantanı xx.xx.2019-cu il saat 10:10-a kimi özündə saxlamış, daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşları Çeqdomın qəsəbəsi Vokzalnaya 1 küçəsi ünvanında yerləşən dəmiryolu vağzalının binasının yaxınlığındakı ərazidə onu saxlayaraq hadisə yerinə baxış keçirərkən qeyd olunan narkotik vasitə çantanın içərisindən aşkar edilmiş, bu hərəkəti ilə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Bununla da ibtidai istintaq orqanının gəldiyi nəticəyə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 12.1 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2010-cu ildə işləmək məqsədilə Rusiya Federasiyasının Xabarovsk vilayətinə getmiş, həmin tarixdən xx.xx.2019-cu il tarixinədək qeyd olunan vilayətdə yaşamış və bu müddət ərzində müxtəlif şirkətlərdə sürücü kimi işləmişdir. 13 aprel 2019-cu il tarixdə axşam saatlarında Xabarovsk diyarı Yəhudi Muxtar vilayəti Obluçensk rayonu İzvestkova qəsəbəsində işdən çıxdıqdan sonra həftə sonu Xabarovsk diyarı Verxnebureinsk rayonu Çeqdomın qəsəbəsində yaşayan uzaq qohumlarının yanına qonaq gedib istirahət etmək qərarına gəlmişdir. Bu məqsədlə həmin gün dəmiryol stansiyasına gedərkən yol kənarında ağaclıq ərazidə iki ədəd şüşə qab görmüş, həmin şüşə qablara baxanda 2 ədəd 0.5 litrlik şüşə qabın içərisində maye formasında nəsə olduğunu görmüşdür. Diqqətlə baxanda və iylədikdən sonra onun narkotik vasitə olduğunu başa düşmüşdür. O, içərisində narkotik vasitə olan həmin şüşə qabları götürüb üzərində olan əl çantasına qoymuşdur. Əl çantasında həmin əşyalardan başqa özünə məxsus olan paltar və məişət əşyaları da olmuşdur. Həmin narkotik vasitələri çantasındakı paltarlarının arasına büküb yerləşdirmişdir. Bundan sonra dəmiryol stansiyasına gedərək qatara bilet aldıqdan sonra çantanı özü ilə sərnişin vaqonuna aparmağa ehtiyat edib, çantasını yük vaqonuna vermək qərarına gəlmiş, bu məqsədlə həmin vaqona gedib tanımadığı işçiyə çantanı təhvil verib özü isə sərnişin vaqonuna əyləşmişdir. Həmin vaxt təxminən saat 22 radələri olmuşdur. Qatarla təxminən 9 saat yol getmiş, növbəti gün, yəni xx.xx.2019-cu il tarixdə səhər saatlarında Çeqdomın qəsəbəsinə çatmış, qatardan düşərkən vağzal ərazisində müştəri axtaran, taksi fəaliyyəti ilə məşğul olan azərbaycanlı kimi tanıdığı Rusiya Federasiyası vətəndaşı Teyyub Əliyevlə təsadüfən qarşılaşmışdır. Teyyub Çeqdomın qəsəbəsi ərazisində özünə məxsus “Toyota Sprinter” markalı, nömrəsini xatırlamadığı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. O, Teyyubun maşınına müştəri kimi əyləşdikdən sonra maşını yük vaqonunun yerləşdiyi əraziyə sürməsini, orada olan yük çantasını götürdükdən sonra onu qohumlarının evinə aparmasını xahiş etmişdir. Teyyub maşını sürüb yük vaqonuna yaxınlaşanda o, özü maşından düşməyərək Teyyubdan xahiş etmişdir ki, onun çantasını yük vaqonun fəhləsindən təhvil alıb gətirsin. Teyyub da onun xahişini icra edib yük vaqonuna yaxınlaşıb ona məxsus çantanı verməsini xahiş etmiş, fəhlə onu kənardan görüncə çantasını Teyyuba təhvil vermişdir. O, həmin fəhləni əvvəllər tanımamış, aralarına heç bir münasibət olmamışdır. Teyyub çantanı maşına gətirib hərəkətə başladıqdan təxminən 200-300 metr sonra, yəni dəmir yol vağzalın ərazisindən çıxan kimi Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları avtomobili saxlatmış, ondan və Teyyubdan maşından düşmələrini tələb etmişlər. Onlar nəqliyyat vasitəsindən düşdükdən sonra Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları çantanın kimə məxsus olduğunu soruşmuş, o, qorxusundan çantanın ona məxsus olmadığını bildirmişdir. FTX əməkdaşları çantanı açıb əşyaları yerə boşaltmasını tələb etdikdə isə o, bundan imtina etmişdir. Bundan sonra həmin əməkdaşlar Teyyubdan tələb etmişlər ki, çantanı açıb əşyaları boşaltsın. Buna görə Teyyub çantanı açıb bütün əşyaları yerə boşaltmışdır. Elə həmin vaxt iki hal şahidi dəvət edilmiş və onların iştirakı ilə bütün əşyalara baxış keçirilmişdir. Bu zaman məişət əşyaların arasından içərisində narkotik vasitə, yəni həşiş yağı olan həmin şüşə qablar da aşkar edilmişdir. Şüşə qablara baxıldıqda isə içərisindəki məhsulun narkotik vasitə olduğu müəyyən edilmişdir. Bir daha çantanın kimə məxsus olması soruşulduqda Teyyub çantanın ona məxsus olmasını bildirmişdir. Bundan sonra həmin narkotik vasitə və onun digər əşyaları müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Daha sonra barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228-ci maddəsi ilə cinayət işi başlanmış və o, şübhəli şəxs kimi tutulmuşdur. Növbəti gün məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, bundan sonra isə qeyd edilən maddə ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. Özünü müdafiə etmək məqsədi ilə ibtidai istintaq müddətində ifadə verməkdən imtina etmişdir. xx.xx.2019-cu il tarixdə cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə araşdırması zamanı da heç bir ifadə verməmişdir. İbtidai istintaq və məhkəmə araşdırması dövründə ümumilikdə 3 ay 16 gün həbsdə qalmışdır. xx.xx.2019-cu il tarixdə Verxnebureinsk rayon məhkəməsinin hökmü ilə o, Rusiya Federasiyası CM-nin 228.2-ci maddəsi ilə təqsirli bilinərək 4 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin cəza şərti tətbiq edilərək 2 il sınaq müddəti ilə məhkəmə zalından həbsdən azad edilmişdir. Bundan sonra o, yaşayış yeri üzrə nəzarətə götürülmüş, vaxtlı-vaxtında çağırışlara gedib müvafiq sənədləri imzalamışdır. Prokurorluq məhkəmənin həmin hökmü ilə razılaşmayıb hökmdən apellyasiya protesti vermiş, hökmün dəyişdirilərək daha ağır cəza təyin edilməsini xahiş etmişdir. O, apellyasiya məhkəməsi zamanı proseslərdə iştirak etmiş, lakin sonradan onun rus dilində müəyyən sözləri başa düşməməsinə görə iş üzrə tərcüməçi təyin edilməməsi qanun pozuntusu kimi qiymətləndirmiş, o, birinci instansiya məhkəməsinin hökmündən razı olsa da, apellyasiya məhkəməsi həmin hökmü ləğv edib cinayət işini yenidən ibtidai istintaqa qaytarmışdır. Bundan sonra o, müəyyən şəxslərdən eşitmişdir ki, ona daha ağır cəza, yəni 7 il azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ehtimalı vardır. O, azadlıqdan məhrum ediləcəyindən qorxduğu üçün qaçıb gizlənmək, mümkün olarsa Azərbaycan Respublikasına qayıtmaq qərarına gəlmişdir. Bu məqsədlə 2019cu ilin noyabr ayında təyyarə ilə ilk öncə Moskva şəhərinə, oradan isə Dağıstana getmiş, xx.xx.2019-cu il tarixdə Rusiya-Azərbaycan dövlət sərhədini Xaçmaz rayonunda yerləşən Yalama sərhəd keçid məntəqəsindən keçib Azərbaycan Respublikasına daxil olmuşdur. Uzun müddət Rusiya Federasiyasında yaşadığından Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsinin vaxtı bitmiş, bu sənbəbdən xx.xx.2019-cu il tarixdə özünə yeni şəxsiyyət vəsiqəsi almışdır. Həmin vaxtdan Bərdə rayonunda yaşamaqla müxtəlif yerlərdə sürücü kimi işləmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs ifadəsində Azərbaycan Respublikasının vətəndaşı olduğunu, əvvəllər bir müddət Rusiya Federasiyasında yaşasa da, həmin ölkənin vətəndaşlığını qəbul etmədiyini, orada yaşadığı müddətdə Azərbaycan dilini unutmadığını, ana dilinin Azərbaycan dili olduğunu və bu dildə səlis yazıb, oxuya və danışa bildiyini, habelə tam şəkildə başa düşdüyünü, heç bir tərcüməçinin xidmətinə ehtiyac duymadığını göstərmişdir. Bundan savayı Təqsirləndirilən şəxs ifadəsində əvvəllər heç vaxt narkotik vasitə istifadə etmədiyini, habelə heç kimə satmadığını, lakin uzun müddət narkotik vasitələrin əlamətləri barədə çox sözlər eşitdiyi üçün həmin tapdığı şüşə qabların içərisində olan maddənin konkret olaraq hansı nov narkotik vasitə olduğunu bilməsə də, ümumilikdə narkotik vasitə olduğunu anladığını, həmin əşyanı narkotik vasitə olduğunu bildiyi üçün götürdüyünü, belə ki, gələcəkdə şəxsi istifadə etməsinə ehtiyac bilərsə özünün istifadə etmək niyyəti ilə götürüb öz çantasına qoyub apardığını, yolda Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılarkən həmin narkotik vasitənin yük çantasından aşkar edildiyini, törətdiyi bu əməldən peşman olduğunu, bir daha belə bir əməl törətməyəcəyini göstərmişdir. Bundan başqa o, ifadəsində törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, məcburi köçkün olmasını, məhkumluğunun olmamasını və iş üzrə digər yüngülləşdirici halları nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1 və 234.1-ci (köhnə redaksiyada) maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri və işin digər halları ilə kifayət qədər sübuta yetmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, "X4” ASC-də Xabarovsk stansiyası - Çeqdomın stansiyası reysi ilə hərəkət edən mal vaqonunda yük fəhləsi işləyir. xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə keçən gün 09684903 №li baqaj vaqonunda işdə olmuşdur. xx.xx.2019cu il tarixdə axşam saatlarında iş yoldaşı Smirnov Viktor, X7 İzvestkovaya stansiyasında qafqaz milliyyətli tanımadığı bir kişinin ona kamuflyaj rəngli balaca bir çanta verərək çantanı Çeqdomın stansiyasında tanışı olan yerlisinə verməsini xahiş etdiyini ona bildirmişdir. Həmin çanta yük vaqonunun girişində olmuşdur. xx.xx.2019-cu il tarixdə, saat təqribən 09:00-da onların olduğu vaqon yük dalanında saxlanılmış və həmin vaxt tünd rəngli, dövlət nömrə nişanını xatırlamadığı "Toyota Sprinter" markalı avtomobil vaqona yaxınlaşmışdır. Sükan arxasında əvvəldən tanıdığı, qafqaz milliyyətli, Çeqdomın qəsəbəsində fərdi daşıma ilə məşğul olduğunu bildiyi Timur (Teymur) adlı bir adam olmuş, sonuncu avtomobildən düşüb "İzvestkovaya" stansiyasında verilən həmin çantanı istəmişdir. Sözügedən avtomobilin arxa oturacağında isə İzvestkovaya stansiyasında ona həmin çantanı verən Qafqaz milliyyətli kişinin əyləşdiyini görmüş, sonuncu avtomobilin qapısını və pəncərəsini açaraq çantanın onun İzvestkovaya stansiyasında verdiyi çanta olduğunu təsdiqləmişdir. Smirnov Viktor çantanı taksi sürücüsünə verdikdən sonra sözügedən şəxslər çıxıb getmişlər. Eyni zamanda o, İzvestkovaya stansiyasında çantanı verən şəxsi görsə tanıyacağını əlavə etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan edilmiş X3 ifadəsində göstərmişdir ki, o, Rusiya Federasiyası Çeqdomın qəsəbəsində yaşayır və özünə məxsus “Toyota-Sprinter” markalı nəqliyyat vasitəsi ilə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2019-cu il saat təqribən 08 radələrində Xabarovsk-Çeqdomın qatarı ilə gələn sərnişinlərdən müştəri tutmaq üçün özünə məxsus avtomobili ilə Çeqdomın qəsəbəsi dəmiryolu vağzalına getmişdir. Qatar gəldikdən sonra o, ayrı-ayrı şəxslərə taksi xidmətini təklif edərkən əvvəllər tanımadığı bir nəfər kişi cinsli şəxs, yəni sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxs ona yaxınlaşaraq onu Çeqdomın qəsəbəsinə aparmasını xahiş edərək arxa oturacağa əyləşmişdir. Həmin şəxs onun da Azərbaycanlı olduğunu öyrəndikdən sonra onunla Azərbaycan dilində danışıb yük vaqonunda olan çantanın arxasınca getmək lazım olduğunu deyib maşını həmin yerə sürməsini xahiş etmişdir. Buna görə o, avtomobili yük vaqonunun girişinə doğru sürmüş, həmin yerdə qapıda tanımadığı bələdçinin dayandığını görmüş, daha sonra qapıya Slava adlı daha bir bələdçi yaxınlaşmış, bu zaman o, maşından enmişdir. Bələdçilərdən biri onu görüb çantanı vaqondan çıxarmış, həmin an taksidə sərnişin qismində əyləşmiş Təqsirləndirilən şəxs avtomobilin arxa qapısını açıb həmin çantanı ona verməsini demişdir. O, çantanı bələdçidən alıb Təqsirləndirilən şəxs vermiş, sonuncu isə çantanı alıb öz yanına arxa oturacağa qoymuşdur. Bundan sonra o, avtomobilə əyləşmiş və onlar yuxarı Çeqdomın tərəfə gedən zaman Vağzalın yanından keçərkən naməlum avtomobil siqnal verib saxlamasına dair işarə etdiyindən o, avtomobili yolun kənarına çəkib saxlamışdır. Bundan sonra özlərini Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları kimi təqdim edən şəxslər avtomobilə yaxınlaşıb sərnişin Təqsirləndirilən şəxs yük vaqonundan götürülmüş çantanın ona maxsus olub-olmadığını soruşmuşlar. Həmin vaxt FTX əməkdaşlarının yanında dəvət edilmiş 2 hal şahidi də olmuşdur. Təqsirləndirilən şəxs cavabında çantanın ona maxsus olmadığnı bildirmişdir. Ötən müddət ərzində çanta sərnişin Təqsirləndirilən şəxs yanında olmuş və sonuncu avtomobildən həmin çanta ilə birlikdə enmişdir. FTX əməkdaşları Təqsirləndirilən şəxs həmin çantanı açmasını və içərisində olanları göstərməsini xahiş etsələr də, sonuncu bunu etməkdən imtina etmişdir. Bundan sonra həmin əməkdaşlar ondan həmin çantanı açmasını və içərisində olanları göstərməsini xahiş etmişlər. O, çantadanın bütün zəncirbəndlərini açaraq çantanın içərisində olan hər şeyi yerə boşaltmış, bu zaman çantada müxtəlif şəxsi istifadə əşyalarından başqa iki ədəd kiçik ölçülü, silindr formalı, hər biri ayrılıqda qəzetə və şəffaf bağlamaya bükülmüş əşya olduğunu görmüşdür. FTX əməkdaşları əşyaların kimə məxsus olduğunu soruşanda o, çantanın avtomobilə əyləşən sərnişinə, yəni Təqsirləndirilən şəxs məxsus olduğunu bildirmişdir. Lakin Təqsirləndirilən şəxs həmin çanta və əşyaların ona aid olmadığını və içərisində nə olduğunu bilmədiyini demişdir. Həmin vaxt gələn müstəntiq hal şahidlərinin və onun iştirakı ilə qeyd olunan silindrik formalı əşyaları açdıqdan sonra həmin qablarda tünd rəngli, spesifik qoxulu maddənin olduğunu qeyd edilmişdir. Müvafiq sənədləşmədən sonra həmin əşyalar götürülmüşdür. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, FTX əməkdaşıdır. Əməliyyat məlumatının işlənməsi gedişində xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs içərisində narkotik vasitə olan, kamuflyaj rəngli çanta ilə İzvestkovaya stansiyasından Xabarovsk-Çeqdomın reysi ilə hərəkət edən qatara əyləşməsi barədə ona məlumat daxil olmuşdur. xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs Çeqdomın qəsəbəsinə çatmış, bu zaman sonuncunun içərisində narkotik vasitə olan çantası yük vaqonunda olmuşdur. Təqsirləndirilən şəxs İzvestkovaya stansiyasında olarkən çantanı yük vaqonuna vermiş, Çeqdomın stansiyasına çatdıqda içərisində narkotik vasitə olan həmin çantanı alıb avtomobilə əyləşərək Çeqdomın qəsəbəsinə yollanmışdır. xx.xx.2019-cu il tarixdə saat təqribən 09 radələrində o və digər FTX əməkdaşlarından ibarət qrup tərəfindən həmin avtomobil dayandırılmış, avtomobildə olan Təqsirləndirilən şəxs və sürücü Teymur Əliyevdən avtomobildən yerə düşmələri xahiş edilmişdir. Bundan sonra hal şahidlari Şahid3 və L.V.Xaritonovanın iştirakı ilə o, Təqsirləndirilən şəxs və Teymur Əliyevdən çantanın kimə məxsus olduğunu soruşmuş, cavabında sonuncuların hər ikisi çantanın kimə məxsus olduğunu və içərisində nə olduğunu bilmədiklərini demişlər. İlk öncə o, Təqsirləndirilən şəxs çantanı açıb içərisində olanları göstərməsini xahiş etsə də, sonuncu bundan imtina etdiyindən Teymur Əliyevdən çantanı açıb içərisində olanları göstərməsini xahiş etmiş, sonuncu çantanı açıb içərisində olanları yerə tökmüşdür. Çantadan qəzetə və şəffaf bağlamaya bükülmüş silindr formalı əşya düşmüş, bundan başqa paltara, yəni sviterə də ona bənzər əşya bükülmüşdür. Yoxlamadan sonra o, Təqsirləndirilən şəxs və Teymur Əliyevdən bu əşyaların kimə məxsus olduğunu və içərisində nə olduğunu soruşduqda, adı keçən şəxslər cavabında bu əşyaların kimə məxsus olduğunu və içərisində nə olduğu bilmədiklərini demişlər. Sonra polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirərkən müstəntiq əşyalar arasında qəzetə və şəffaf bağlamaya bükülmüş silindr formalı iki ədəd şübhəli əşyanın olduğuna diqqət yetirmişdir. Müstəntiq onların yanında növbə ilə həmin əşyaların hər birini açmış, bükülülərin içərisində həcmi 0,5 litr olan iki şüşə banka, bankaların içərisində isə tünd rəngli, özünəməxsus iyi olan maddə olması müəyyən edilmişdir. Müstəntiq baxışda iştirak edən Təqsirləndirilən şəxs və Teymur Əliyevdən bu bankaların kimə məxsus olduğunu soruşduqda sonuncular cavabında bankaların kimə məxsus olduğunu və içərisində nə olduğu bilmədiklərini demişlər. Bundan sonra müstəntiq həmin bankaları qara polietilen bağlamaya qablaşdırmış, hər birinə ağ rəngli kağız birka yapışdıraraq birkaların üzərinə izahedici yazı yazmış, iştirak edən şəxslər isə müvafiq yerləri imzalamışlar. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, xx.xx.2019-cu il tarixdə saat 09 radələrində Xabarovsk diyarı üzrə Rusiya FTX əməkdaşlarının xahişi ilə Larisa Xaritonova ilə birlikdə hal şahidi qismində iştirak etmişlər. Vağzalın yaxınlığında yolda “Toyota” markalı avtomobil olmuşdur. Avtomobilin yanında tanımadığı iki nəfər kişi dayanmış, onlardan biri-göy cins şalvar və nazik, göy rəngli gödəkcə geyinmiş şəxs təxminən 30 yaşlarında, tünd saçlı, orta boylu, orta bədən quruluşlu olmaqla yanında kamuflyaj rəngli çanta olmuşdur. Qısa boylu, dolu bədən quruluşlu olmaqla ikinci şəxsin isə əynində tünd rəngli şalvar və nazik gödəkcə olmuşdur. Əməkdaşlar onların yanında həmin şəxslərdən özlərini təqdim etmələrini istədikdə boyu uzun, çanta ilə olan şəxs özünü Təqsirləndirilən şəxs, boyu balaca olan isə özünü Teymur Əliyəv kimi təqdim etmişdir. Bundan sonra əməkdaş əvvəlcə Təqsirləndirilən şəxs çantanın kimin olduğunu və içərisində nə olduğunu soruşanda Təqsirləndirilən şəxs çantanın ona aid olmadığını və içərisində nə olduğunu bilmədiyini demişdir. Bundan sonra əməkdaş eyni sualı Teymur Əliyevə verdikdə, sonuncu çantanın ona məxsus olmadığını bildirmişdir. FTX əməkdaşları Təqsirləndirilən şəxs çantanı açıb içindəkiləri göstərməyi xahiş etdikdə sonuncu bundan imtina etmiş, bundan sonra onlar bunu Teymur Əliyevdən etməsini xahiş etmiş və sonuncu bununla razılaşaraq çantanı açıb içərisində olanları yerə tökmüşdür. Bu zaman çantadan qəzetə və şəffaf bağlamaya bükülmüş əşya düşmüş, bundan əlavə, əməkdaşlar paltarda daha bir oxşar əşyanı görmüşlər. Əməkdaşlar çantanın içərisində olanları yoxladıqdan sonra onlar Təqsirləndirilən şəxs və Teymur Əliyevdən həmin əşyaların kimə məxsus olduğunu və içərisində nə olduğunu soruşduqda adıkeçən şəxslərin hər ikisi bu əşyaların həmin çantaya necə düşdüklərini və onların içərisində nə olduğunu bilmədiklərini qeyd etmişlər. O, Larisa Xaritonova ilə birlikdə hadisə yerinə baxışda hal şahidləri qismində iştirak etmiş, asfalt yolda olan əşyalar arasında qəzetə və şəffaf bağlamaya bükülü iki ədəd şübhəli silindr formalı əşya olduğunu görmüşlər. Onların iştirakı ilə müstəntiq həmin bağlamaları növbə ilə açdıqda orada hər birinin həcmi 0,5 l olan iki ədəd şüşə banka, hər iki bankada isə tünd rəngli, özünəməxsus iyi olan maddə olmuşdur. Müstəntiq baxışda iştirak edənlərin yanında Təqsirləndirilən şəxs və Teymur Əliyevdən həmin bankaların kimə məxsus olduğunu və içərisində nə olduğunu soruşmuş, adıkeçən şəxlərin hər ikisi bu əşyaların kimə məxsus olduğunu və içərisində nə olduğunu bilmədiklərini demişlər. Bundan sonra müstəntiq bankaları qara polietilen bağlamaya qablaşdıraraq hər birinə ağ rəngli kağız birka yapışdırıb birkaların üzərinə izahedici yazı yazmış və o, hal şahidi kimi müvafiq yeri imzalamışdır. Bundan savayı, müstəntiq içərisində həmin bankalar və digər əmlak olan çantanı müsadirə etmişdir. Bundan başqa iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2019-cu il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, Xabarovsk diyarı Verxnebureinsk rayonu, Çeqdomın qəsəbəsi Dəmiryolu Vağzalının binasının yaxınlığında yerləşən əraziyə baxış keçirilərkən içərisində müəyyən edilməmiş maddə olan iki şüşə butulka, diş fırçası, üzərində həndəsi fiqurlar şəklində təsvirlərin olduğu tünd rəngli parçadan tikilmiş bir ədəd tuman, tünd rəngli parça şalvar, tünd göy rəngli polimer şalvar, boz-göy rəngli “UFC” jaket, kamuflyaj rəngli jaket, tünd rəngli, papaqlı nazik gödəkcə, tünd rəngli bir cüt “Nayk” ayaqqabı, tünd göy rəngli tuman, “Cek Volşkin” tünd rəngli futbolka, boz rəngli bir cüt corab, tünd rəngli iki cüt əlcək, bir ədəd “Safeguard” sabun, bir ədəd təsərrüfat sabunu, bir ədəd “Fax” sabunu, bir ədəd “Colgate” diş məcunu qablaşdırması, “Clear” şampunu, “Sportstar” dezodarantı, “Gillette” birdəfəlik ülgüc qablaşdırması, qara-bənövşəyi rəngli qatlanan daraq, qatlanan metal bıçaq, metal dırnaqtutan, dolum qurğusu və tünd rəngli beş ədəd polietilen bağlaması olan kamuflyaj (qara-boz-yaşıl) rəngli çanta müəyyən edilərək götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Rusiya Federasiyasında təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2019-cu il tarixli 608э №li rəyindən görünür ki, xx.xx.2019-cu il tarixində Təqsirləndirilən şəxs üzərində olan çantadan götürülmüş, içərisində tünd rəngli, spesifik qoxusu olan maddənin olduğu 1 №li bankanın içərisində tünd yaşıl rəngli suvaşqan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - kannabis yağıdır (həşiş yağıdır) - qurudulmuş halda kütləsi 490 qramdır. Həmin çantadan götürülmüş, içərisində tünd rəngli, spesifik qoxusu olan maddənin olduğu 2 №li bankanın içərisində tünd yaşıl rəngli suvaşqan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - kannabis yağıdır (həşiş yağıdır) - qurudulmuş halda kütləsi 420 qramdır. Teyyub Əliyevin əlindən alınmış mayenin olduğu tənzif tamponlarda narkotik maddələrin izlərinə rast gəlinməmişdir. Təqsirləndirilən şəxs əlindən alınmış mayenin olduğu tənzif tamponlarda narkotik maddələrin izlərinə rast gəlinməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Rusiya Federasiyasında təyin edilmiş müqayisəli məhkəmə-genotipik ekspertizasının xx.xx.2019-cu il tarixli 277 №li ekspert rəyindən görünür ki, təqdimat üçün təqdim edilən diş fırçasında tüpürcək olduğu müəyyən edilmişdir. Diş fırçasında olan tüpürcəkdən tədqiqat üçün qeyri-kafi miqdarda insan DNT-si ayrılmışdır ki, bu, tədqiqat obyektində az miqdarda DNT tərkibli materialın olması və ya ətraf mühit amillərinin təsiri altında DNT-nin deqradasiyası ilə əlaqədar ola bilər. Beləliklə, diş fırçasında tüpürcəyin Təqsirləndirilən şəxs və ya T.A.Əliyevdən qalması ilə bağlı suala cavab vermək mümkün deyil. Tədqiqat üçün təqdim edilən tumanda tər və epitel hüceyrələrinin izləri aşkar edilmişdir. Tumanda olan tər izlərindəki epitel hüceyrələri Təqsirləndirilən şəxs əmələ gəlmişdir. Tumanda olan tər izlərindəki epitel hüceyrələrinin Teymur Əliyevdən əmələ gəlməsi istisna edilir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə narkoloji-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 1428 saylı rəyindən görünür ki, narkolojitibbi müayinədən keçmiş Təqsirləndirilən şəxs-narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2019-cu il tarixli “Rozısk-Magistral” PTK-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə “İzvestkovaya - Çeqdomın qəsəbə” Stansiyası dəmiryolu nəqliyyatına bilet almışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2019-cu il tarixli fotoşəkil üzrə tanınma üçün təqdimetmə protokolundan görünür ki, şahid V.S.Smirnov Təqsirləndirilən şəxs sıx qaşlarından, gözlərindən, böyük burnundan, dolu çənəsindən xx.xx.2019-cu il tarixdə "İzvestkovaya" stansiyasında çantanı verən şəxs kimi tanımışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli fotoşəkil üzrə tanınma üçün təqdimetmə protokolundan görünür ki, Şahid2 Təqsirləndirilən şəxs sıx qaşlarından, gözlərindən, böyük burnundan, dolu çənəsindən xx.xx.2019-cu il tarixdə “İzvestkovaya” stansiyasında göndərmək üçün çantanı verən, eləcə də “Çeqdomın" stansiyasında həmin çantanı götürmək üçün Timur adlı taksi sürücüsü ilə vaqona yaxınlaşan şəxs kimi tanımışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olan tələbnamədən və cinayət işinə əlavə edilmiş Xabarovsk şəhər Krasnoflotski rayon məhkəməsinin hökmündən görünür ki, Xıdırov X5 şəhər Krasnoflotsk rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 264.3-cü (nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə təqsirli bilinib 03 il müddətinə nəqliyyat vasitəsi idarəetmə hüququndan məhrum edilməklə, 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. RF FX Dövlət Dumasının xx.xx.2015-ci il tarixli amnistiya qərarına əsasən xx.xx.2015-ci il tarixdə cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs hal-hazırda məhkumluğu olmayan şəxsdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Bərdə rayon Mərkəzi xəstəxanasının xx.xx.2023-cü il tarixli, 1192 və 1193 nömrəli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Mərkəzi xəstəxanasının Poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatda yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iş üzrə əhəmiyyət kəsb etdiyindən Xabarovsk diyarı Verxnebureinsk rayonu Çeqdomın qəsəbəsi Tsentralnaya küçəsi 47 ünvanında yerləşən Verxnebureinsk rayonu üzrə Rusiya DİNŞ saxlama kamerasında saxlanan - 1 №li bankanın içərisindəki qurudulmuş halda 490 qram çəkidə həşiş yağı (kannabis yağı), 2 №li bankanın içərisindəki qurudulmuş halda 420 qram çəkidə həşiş yağı (kannabis yağı); həmçinin cinayət işinə əlavə edilmiş bir ədəd diş fırçası, üzərində həndəsi fiqurlar şəklində təsvirlərin olduğu tünd rəngli parçadan tikilmiş bir ədəd tuman, habelə dəmiryolu nəqliyyatından istifadə etməklə əlaqədar “Rozısk-Magistral” PTK arayışı maddi sübut qismində tanınmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Bərdə rayon İHBnın Mollalı kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Bərdə rayon İHBnın Mollalı kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyin verdiyi arayışlardan görünür ki, Təqsirləndirilən şəxs Laçın rayonundan olan məcburi köçkündür və o, atası, anası və qardaşı ilə birlikdə Bərdə rayonu Mollalı kəndində müvəqqəti məskunlaşmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 17 yanvar 2024-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqı Rusiya Federasiyasında aparılarkən verdiyi ifadələrində özünümüdafiə kimi göstərdiyi xüsusatların sübut növü kimi qəbul edilməməsi, cinayət işi üzrə əməlin Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsindən həmin Məcəllənin 12.1, 234.1-ci maddələrinə tövsif edilməsi və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 12.1, 234.1-ci maddələri ilə yenidən ittihamın elan edilməsi və barəsində seçilmiş “başqa yerə getməmək” haqqında iltizam qətimkan tədbirinin isə nəzərə alınması, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X1 əməlində hər hansı cinayət və ya inzibati xətanın tərkib əlamətləri müəyyən edilmədiyindən həmin xüsusatlar üzrə Teyyub Əliyev barəsində başlanmış cinayət təqibinə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən xitam verilməsi, cinayət işi üzrə təqsirləndirilən şəxsin özünümüdafiə kimi qiymətləndirilməyən ifadələrinin, şahidlərin ifadələrinin, ekspert rəylərinin, istintaq hərəkəti protokollarının, həmçinin cinayət işinə əlavə edilmiş digər sənədlərin sübut növü kimi qiymətləndirilməsi, iş üzrə əhəmiyyət kəsb etdiyindən Təqsirləndirilən şəxs çantasından aşkar edilmiş 1 №li bankanın içərisindəki qurudulmuş halda 490 qram çəkidə həşiş yağının (kannabis yağı), həmçinin 2 №li bankanın içərisindəki qurudulmuş halda 420 qram çəkidə həşiş yağının (kannabis yağı), bir ədəd diş fırçasının, üzərində həndəsi fiqurlar şəklində təsvirlərin olduğu tünd rəngli parçadan tikilmiş bir ədəd tumanın, habelə dəmiryolu nəqliyyatından istifadə etməklə əlaqədar “Rozısk-Magistral” PTK arayışının maddi sübut kimi tanınmasının, narkotik vasitələrin Xabarovsk diyarı Verxnebureinsk rayonu Çeqdomın qəsəbəsi Tsentralnaya küçəsi 47 ünvanında yerləşən Verxnebureinsk rayonu üzrə Rusiya DİNŞ saxlama kamerasında saxlanmasının, diş fırçasının, tumanın və “Rozısk-Magistral” PTK arayışının cinayət işinə əlavə olunmasının nəzərə alınması, “Toyota Sprinter” markalı, B514OM27 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2019-cu il tarixdə sahibi X2 qaytarılması və iş üzrə əhəmiyyət kəsb etmədiyindən maddi sübutların siyahısından çıxarılmasının nəzərə alınması, iş üzrə zərurət aradan qalxdığından Təqsirləndirilən şəxs çantasından aşkar edilmiş tünd rəngli parça şalvarın, tünd göy rəngli polimer şalvarın, boz-göy rəngli “UFC” jaketin, kamuflyaj rəngli jaketin, tünd rəngli papaqlı nazik gödəkcənin, tünd rəngli bir cüt “Nayk” ayaqqabının, tünd göy rəngli tumanın, “Cek Volşkin” tünd rəngli futbolkanın, boz rəngli bir cüt corabın, tünd rəngli iki cüt əlcəyin, bir ədəd “Safeguard” sabunun, bir ədəd təsərrüfat sabununun, bir ədəd “Fax” sabunun, bir ədəd “Colgate” diş məcunu qablaşdırmasının, “Clear” şampununun, “Sportstar” dezodarantının, “Gillette” birdəfəlik ülgüc qablaşdırmasının, qara-bənövşəyi rəngli qatlanan darağın, dolum qurğusunun və tünd rəngli beş ədəd polietilen bağlaması olan kamuflyaj (qara-boz-yaşıl) rəngli çantanın xx.xx.2024-cü il tarixli protokolla Təqsirləndirilən şəxs qaytarılmasının nəzərə alınması, cinayət işinin başlanması rədd edilmiş xüsusatlarla bağlı materialların ayrılaraq Laçın RPŞ-nin arxivində saxlanılması, qərar barədə maraqlı şəxslərə məlumatın verilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlillər də araşdırılmışdır. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında qeyd olan çantanın və içərisindəki əşyaların, habelə narkotik vasitənin ona məxsus olmadığını, həmin əşyaların kimə məxsus olduğunu və içərisində nə olduğunu bilmədiyini qeyd etmişdir. Lakin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadələrində göstərdiyi bu xüsusatlar araşdırılmış və yuxarıda şərh olunan toplanmış sübutlar, həmçinin işin faktiki halları ilə tam təkzib edilmişdir. Belə ki, iş üzrə toplanmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, sözügedən çantanın içərisindən aşkar olunmuş üzərində həndəsi fiqurlar şəklində təsvirlərin olduğu tünd rəngli parçadan tikilmiş tumanda olan tər izlərindəki epitel hüceyrələri Təqsirləndirilən şəxs əmələ gəlmişdir. Bundan başqa, iş üzrə dindirilmiş şahidlərin ifadələrinə əsasən Təqsirləndirilən şəxs qeyd olunan əl çantasını yük vaqonuna özü təqdim etmiş və sonra elə özü tərəfindən təhvil alınmışdır. Həmçinin, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini tam etiraf edərək qeyd olunan narkotik vasitəni xx.xx.2019-cu il tarixdə, Rusiya Federasiyası Xabarovsk diyarı Yəhudi Muxtar vilayəti Obluçensk rayonu İzvestkova qəsəbəsində yol kənarında ağaclıq ərazidə tapıb çantasına qoyduğunu və həmin narkotik vasitəni Xabarovsk diyarı Verxnebureinsk rayonu Çeqdomın qəsəbəsinədək üzərində saxladığını və daşıdığını qeyd etmişdir. Ona görə də Təqsirləndirilən şəxs bu barədə qeyd etdiyi xüsusatlar işin obyektiv hallarına uyğun gəlmədiyi üçün özünümüdafiə kimi qiymətləndirilməklə sübut növü kimi qəbul edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1 və 234.1-ci (köhnə redaksiyada) maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə, azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bundan başqa, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı “Həşiş yağı” olan maddə narkotik vasitədir, onun qurudulmuş 0,5 qramı və ondan artıq hissəsi xeyli miqdar, 50 qramı və ya ondan artıq hissəsi “külli miqdar”, 5000 qramı və ondan artıq olan hissəsi isə xüsusilə külli miqdar hesab olunur. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, məcburi köçkün olmasını, məhkumluğunun olmamasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bundan əlavə, iş materiallarında olan qərarlardan və hökmdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Rusiya Federasiyası Xabarovsk Diyarı Verxnebureinsk Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə həmin maddə ilə təqsirli bilinərək 4 il müddətə azadlıqdan məhrumetmə cəzsına məhkum edilib, həmin cəzası 2 il sınaq müddəti ilə şərti tətbiq edilərək barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib məhkəmə zalından azadlığa buraxılmış, bundan başqa ittiham elan edilməsi üçün şəxsin tutulması və axtarışının elan edilməsi, həmçinin təqsirləndirilən şəxsin tutulması və axtarışının elan edilməsi haqqında qərarlara əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 17:00-da Bakı şəhəri Nizami rayonu metropolitenində tutularaq Laçın RPŞ-nin CAB-nin əməkdaşlarına və sonradan da xx.xx.2022-ci il tarixdə saat 19:30-da Laçın RPŞ-nin İQ-na təhvil verilərək barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilərək ona xx.xx.2022-ci il tarixdə saat 22:28-də elan edilmiş, eyni zamanda Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 06:00-da Füzuli rayonu ərazisində polis əməkdaşları tərəfindən saxlanılaraq Laçın RPŞnin əməkdaşları vasitəsilə elə həmin gün saat 14:00-da istintaq qrupuna təhvil verilmiş və beləliklə də Təqsirləndirilən şəxs ümumilikdə 3 ay 19 gün müddətinə tutulmuş və həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət, yəni xx.xx.2019-cü il tarixdən xx.xx.2019-cü il tarixinə kimi olan müddət, həmçinin onun tutulduğu müddət, yəni 28-xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixləri nəzərə alınaraq ona təyin olunan azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalıdır. Məhkəmə, törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, məcburi köçkün olmasını, məhkumluğunun olmamasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunması kimi şəxsiyyətini xarakterizə edən halları, cəza təyin edilməsində ədalət və humanizm prinsiplərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1 və 234.1-ci (köhnə redaksiyada) maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməlidir. Cəza çəkmə müddətinin əvvəli-Təqsirləndirilən şəxs Bərdə rayon İcra və Probasiya şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası onun yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunu tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, həmçinin kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələrinin qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, maddi sübut kimi tanınaraq Rusiya Federasiyası Xabarovsk Diyarı Verxnebureinsk rayonu üzrə Rusiya DİNŞ-nin saxlama kamerasında saxlanan 1 №li bankanın içərisindəki qurudulmuş halda 490 qram çəkidə həşiş yağı (kannabis yağı) və 2 №li bankanın içərisindəki qurudulmuş halda 420 qram çəkidə həşiş yağı (kannabis yağı), həmçinin Laçın RPŞ-də saxlanılan bir ədəd diş fırçası, üzərində həndəsi fiqurlar şəklində təsvirlərin olduğu tünd rəngli parçadan tikilmiş bir ədəd tuman məhv edilməli, habelə dəmiryolu nəqliyyatından istifadə etməklə əlaqədar “Rozısk-Magistral” PTK arayışı isə cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia, maddi ziyan, məhkəmə xərci, üzərinə həbs qoyulmuş əmlak və xüsusi müsadirə yoxdur. Hökmün icrası Bərdə rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı və 381-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 12.1 və 234.1-ci (köhnə redaksiyada) maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 2 (iki) il, 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai və məhkəmə istintaqı dövründə Təqsirləndirilən şəxs xx.xx.2019-cü il tarixdən xx.xx.2019-cü il tarixədək həbsdə saxlanıldığı və xx.xx.2022-xx-xx.2022-ci il, həmçinin xx.xx.2023-cü il tarixlərdə tutulduğu müddətlər, yəni 03 (üç) ay, 19 (on doqquz) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il, 01 (bir) ay, 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunu tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, həmçinin kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzanın müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bərdə rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Bərdə rayon X6 X8 şöbəsinin narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Rusiya Federasiyası Xabarovsk Diyarı Verxnebureinsk rayonu üzrə Rusiya DİNŞ-nin saxlama kamerasında saxlanan 1 №li bankanın içərisindəki qurudulmuş halda 490 qram çəkidə həşiş yağı (kannabis yağı) və 2 №li bankanın içərisindəki qurudulmuş halda 420 qram çəkidə həşiş yağı (kannabis yağı), həmçinin Laçın RPŞ-də saxlanılan bir ədəd diş fırçası, üzərində həndəsi fiqurlar şəklində təsvirlərin olduğu tünd rəngli parçadan tikilmiş bir ədəd tuman məhv edilsin, habelə dəmiryolu nəqliyyatından istifadə etməklə əlaqədar “Rozısk-Magistral” PTK arayışı isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia, maddi ziyan, məhkəmə xərci, üzərinə həbs qoyulmuş əmlak və xüsusi müsadirə yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Laçın Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə 20 (iyirmi) gün başa çatdıqdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №1(047)-5/2024
Laçın Rayon Məhkəməsi Hökm — İş №1(047)-5/2024
14.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver