Azərbaycan Respublikası adından QƏRAR Laçın rayonu İş № 1(047)-6/2023 17.07.2023 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 və barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X4 iştirakları ilə, Xüsusi ittiham qaydasında şikayət verən şəxs X3 şikayəti əsasında xüsusi ittiham qaydasında şikayət verilən şəxs X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi barədə işə məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏNETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 Yasəmən Əsgər qızı barəsində xüsusi ittiham qaydasında şikayət ilə məhkəməyə müraciət edərək xüsusi ittiham qaydasında şikayətini onunla əsaslandırmışdır ki, o, 2016-cı ildə X9 ilə nikah bağlamış, əvvəlcə münasibətləri normal olmuş, lakin sonralar atası Şakir Səfərovun və anası Yasəmən Səfərovanın təhdidi ilə 2021-ci il avqust ayında nikahları pozulmuşdur. Qeyd etmək istəyir ki, X9 ilə nikahda olduğu vaxt və daha sonra X6 iş yeri olan Müdafiə Nazirliyində iş yoldaşlarının gözü qarşısında dəfələrlə onu təhqir etmiş, guya ki, onun dəli olduğunu aşkara çıxarmaq üçün Bakı şəhəri Ruhi-Əsəb dispanserinə müraciət edərək sənədlər istəmişdir. Daha sonra dəfələrlə işlədiyi Müdafiə Nazirliyinə onun guya ki, dəli olmağı ilə bağlı müraciət etmişdir. Bununla da ailəsinin və onun şərəfini, ləyaqətini yerlə bir etmiş, bununla bağlı N qədər şahidləri mövcuddur və məhkəmə icraatının gedişində məhkəməyə təqdim edəcəkdir. Bundan başqa, X6 dəfələrlə onu 102 xidmətinə zəng edərək şikayət etmiş və yekunda cinayət işinin başlanmasını rədd etmişlər və beləliklə də onu yaşayış yerində biabır etmiş, iş yoldaşlarının, dostlarının, qohumlarının və qonşularının arasında hörmətdən salmışdır. Dəfələrlə onu döymələri üçün adamlar yollamışdır. Onun bütün həyatını yaşanmayacaq hala gətirmişdir. Ailəsi olan həyat yoldaşını təhditlərlə və iyrəncliklərlə ondan aralamışlar. Qeyd etdiklərinə əsasən də X4 xüsusi ittiham qaydasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 şikayətini tam qanuni və əsaslı hesab edib müdafiə edərək əlavə olaraq bildirirdi ki, keçmiş həyat yoldaşı Aytən Səfərova dəfələrlə ona deyib ki, anası deyir ki, Ramil dəlidir. O, da keçmiş həyat yoldaşı Aytən Səfərovaya bildirib ki, anasının dediklərinə fikir verməsin. Xeyli müddət keçəndən sonra keçmiş həyat yoldaşı Aytən Səfərova ilə münasibətləri pozilduğu üçün aralarında bağlanmış nikah pozulmuşdur. O, münasibətlərini bərpa etmək üçün Aytən Səfərovanın yaşadığı ünvan 1 ünvanına getmiş, lakin həmin ünvanda isə onu döymüşlər. Həmçinin bildirir ki, X6 onun işlədiyi idarənin rəhbərliyinə şikayət ilə müraciət edərək onun işdən çıxarılmasına səbəb olmuşdur. Belə ki, o, 2013-2016-cı illərdə Bakı şəhəri ərazisində yerləşən Hərbi Gəmiqayırma Zavodunda işləmişdir. Qeyd etdiklərinə əsasən də xüsusi ittiham qaydasında şikayət üzrə işin məhkəmə baxışına çıxarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X6 xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 ona qarşı olan xüsusi ittiham qaydasında şikayətini tam qanunsuz və əsassız hesab edərək bildirdi ki, onun 2020-ci il tarixdən X5 ilə heç bir münasibəti olmamış, Ramil Əbdüləzimovun şikayətində və izahatında bildirdiklərinin hamısı şər-böhtandır, ona görə də barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əməlinin əlamətləri olmadığından həmin xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X4 vəkilinin iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını fikirlərini dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıdakılara əsasən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 tərəfindən X4 barəsində xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddəsinin tələbinə görə xüsusi ittihamçı şikayət ərizəsində baş vermiş cinayət barədə məlumatları, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği, əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə, hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməli, yəni xüsusi ittihamçı əməlin məhz barəsində şikayət verdiyi şəxs tərəfindən törədildiyini təsdiq etməli, həmçinin qeyd edilən şikayət onu vermiş şəxs tərəfindən imzalanmalıdır. Azərbaycan Respublikası CPM-nin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 302.1.6-cı maddəsinin tələbinə görə cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası CPM-nin 302.1.7-ci maddəsinin tələbinə görə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmçinin, xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli 3 saylı qərarının 5-ci bəndinin tələblərinə əsasən böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin Qərarın 11-ci bəndinin tələblərinə əsasən məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Göründüyü kimi, xüsusi ittiham qaydasında şikayətə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs tərəfindən şikayətində göstərdiyi xüsusatları təsdiq edən sübutlar əlavə edilməmişdir. Belə ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayətində X4 iş yeri olan Müdafiə Nazirliyində iş yoldaşlarının gözü qarşısında dəfələrlə onu təhqir etdiyini, guya ki, onun dəli olduğunu aşkara çıxarmaq üçün Bakı şəhəri Ruhi-Əsəb dispanserinə müraciət edərək sənədlər istədiyini, daha sonra dəfələrlə işlədiyi Müdafiə Nazirliyinə onun guya ki, dəli olmağı ilə bağlı müraciət etdiyini, bundan başqa ailəsinin və onun şərəfini, ləyaqətini yerlə bir etdiyini, bununla bağlı N qədər şahidlərinin mövcud olduğunu və məhkəmə icraatının gedişində onların məhkəməyə təqdim ediləcəyini, dəfələrlə onu 102 xidmətinə zəng edərək şikayət etdiyini və yekunda cinayət işinin başlanmasının rədd edildiyini və beləliklə də onu yaşayış yerində biabır etdiyini, iş yoldaşlarının, dostlarının, qohumlarının və qonşularının arasında hörmətdən saldığını, dəfələrlə onu döymələri üçün adamlar yolladığını və onun bütün həyatını yaşanmayacaq hala gətirdiyini, ailəsi olan həyat yoldaşını təhditlərlə, iyrəncliklərlə ondan ayırdığını, həmçinin xüsusi ittiham qaydasında şikayət vermiş şəxs məhkəməyə verdiyi izahatında isə keçmiş həyat yoldaşı Aytən X1 dəfələrlə ona dəli olması barədə dediyini, onun münasibətlərini bərpa etmək üçün Aytən Səfərovanın yaşadığı ünvan 1 ünvanına getdiyini, lakin həmin ünvanda isə onun döyüldüyünü, eyni zamanda X4 onun işlədiyi idarənin rəhbərliyinə şikayət ilə müraciət edərək onun işdən çıxarılmasına səbəb olduğunu bildirsə də, lakin xüsusi ittiham qaydasında şikayət vermiş şəxs qeyd edilən hadisələrin baş verməsi və ümumiyyətlə həmin hadisələrin məhz X6 tərəfindən edilməsi barədə hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Qeyd edilənlərə əsasən də məhkəmə belə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 tərəfindən X4 barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri, ümumiyyətlə hər hansı cinayət hadisəsi mövcud deyil, həmin şikayət əsassızdır, şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmir, eyni zamanda qeyd edilən şikayətin məzmunu Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə də uyğun deyildir. Bundan əlavə Azərbaycan Respublikası CPM-nin 302.2.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, X5 tərəfindən X6 barəsində verilmiş xüsusi ittiham qaydasında şikayət yuxarıda göstərilən nöqsanlarla verildiyindən həmin şikayətin öz icraatına qəbul edilməsindən imtina olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 299.3.3, 300.1.3, 302.1.3, 302.1.6, 302.1.7, 302.2.3-cü, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Laçın Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim:Cavad İbrahimov
Məhkəmə qərarları › İş №1(047)-6/2023
Laçın Rayon Məhkəməsi Qərar — İş №1(047)-6/2023
17.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver