Azərbaycan Respublikası adından HÖKM Laçın rayonu İş № 1(047)-6/2024 17.09.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx.xx.1990-cı ildə Laçın rayonu Daşlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Laçın rayonu Daşlı kəndində qeydiyyatda olmaqla faktiki ünvan 1 ünvanında yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə, xx.xx.1965-ci ildə Laçın rayonu Qarakeçdi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Laçın rayon Mərkəzi xəstəxanası X9n direktor müavini - baş həkim vəzifəsində işləyən, əvvəllər məhkum olunmayan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla faktiki ünvan 3 ünvanında yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Aparılmış ibtidai istintaq nəticəsində müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 bir qrup şəxs qismində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə, habelə əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər törədərək xuliqanlıq etmiş, həmçinin bir qrup şəxs qismində zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, o, 28 may 2023-cü il tarixdə, saat 22 radələrində sərxoş halda, Ağcabədi rayonu Taxta-körpü qəsəbəsi, 552 saylı yaşayış massivinin giriş hissəsində yol kənarı ilə yaşadığı evə doğru piyada hərəkət edərkən Ağcabədi rayonun Hacıbədəlli kənd sakini, “Mersedes 190” markalı, ** UA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs *0222 - Ekspress taksi” şirkəti vasitəsi ilə Ağcabədi rayonu, Taxta-körpü qəsəbəsi 552 saylı yaşayış massivi ev 196-ya sifarişini qəbul edib, müştəri - Şahid1 götürmək üçün gedərkən həmin ünvanı tapa bilmədiyindən sonuncu tərəfindən istiqamət kimi verilmiş, həmin ərazidə yaşayan şəxslər tərəfindən tanınan Təqsirləndirilən şəxs2 adlı həkimin yaşadığı ünvanı ona yaxınlaşıb soruşarkən özünün həmin ünvanın qonşuluğunda yaşadığını və həmin istiqamətə getdiyini bildirib Zərərçəkmiş şəxs idarə etdiyi nəqliyyat vasitəsinə əyləşib sonuncunu qeyd olunan ünvana gətirərək Təqsirləndirilən şəxs2 yaşadığı evi göstərib nəqliyyat vasitəsindən düşüb bir neçə addım aralanarkən Zərərçəkmiş şəxs həmin ünvana getmədiyini, istifadəsində olan mobil telefonla kiməsə zəng edib həmin ünvanda olduğunu dediyini və az sonra qonşuluqda yaşayan yüngül həyat tərzi keçirən Şahid1 və sonuncunun anası X1 evdən çıxıb həmin nəqliyyat vasitəsinə tərəf gəldiklərini görüb, taksi sürücüsü Zərərçəkmiş şəxs həmin ünvana qeyri-əxlaqi niyyətlə, yəni həmin qadınlarla əylənmək üçün gəldiyini zənn edib geri qayıdaraq Zərərçəkmiş şəxs etdiyi hərəkətlərin, yəni qadınlarla əylənmək üçün bu qəsəbəyə gəlişinin qeyri əxlaqi hərəkət olmasını və həmin ünvana gəlmək üçün Zahid həkimin adından, həmçninin özündən istifadə edilməsinin onun üçün qəbul edilməz, alçaldıcı hərəkət olduğunu, yəni düzgün hərəkət etmədiyini sübut etməyə çalışaraq mübahisə etməyə və sonuncunun ünvanına uca səslə müxtəlif söyüşlər söyməyə başlamış, Zərərçəkmiş şəxs taksi sürücüsü olduğunu və həmin ünvana qadınlarla əylənmək üçün deyil, müştərini götürmək üçün gəldiyini dəfələrlə izah etsə də, həmçinin Bənövşə Nəcəfova həmin şəxsin taksi sürücüsü olduğunu izah etməyə çalışsa da, o, sonuncuların bu sözlərinə heç bir məhəl qoymayıb maşına yenidən əyləşərək əl-qol atıb Zərərçəkmiş şəxs vurmağa çalışmış, nəticədə kiçik söz-söhbətin ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq- aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməsinə səbəb olaraq uca səslə Zərərçəkmiş şəxs nəlayiq ifadələrlə təhqir etmiş, sonuncu özünü qorumaq məqsədi ilə tez nəqliyyat vasitəsindən düşüb ondan uzaqlaşsa da, o, sakitləşməyib bu kimi hərəkətlərinə davam edib sonuncunun ünvanına uca səslə təhqiramiz söyüşlər söyə-söyə dalınca qaçıb tutmağa çalışmış, Zərərçəkmiş şəxs nəqliyyat vasitəsinin ətrafında dövrə vuraraq qaçmağa çalışarkən təpiklə həmin nəqliyyat vasitəsinin sağ ön və sol arxa qanadlarına, ön sağ qapıya bir neçə zərbə vurub əzmiş, habelə sağ və sol yan güzgülərinə bir neçə zərbələr vurub sındırmaqla 484 (dörd yüz səksən dörd) manat maddi zərər vurmuş, həmin vaxt səs-küyə qonşuluqda yaşayan çoxsaylı şəxslər, habelə Laçın rayonun Qarakeçdi kənd sakini, Təqsirləndirilən şəxs2 çıxıb nə baş verdiyini soruşarkən “sən bunu tanıyırsan?, bu şərəfsiz sənin adından istifadə edib bura bazdığa gəlib” deyə bildirərkən Təqsirləndirilən şəxs2 cəmiyyədə özünün tanınmış biri olduğunu, onun adının və yaşadığı ünvanın əxlaqsızlıq məsələlərində hallanmasının onun üçün təhqiramiz hal olduğunu deyib, yəni ətrafdakı şəxslərin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək məqsədi ilə onunla birlikdə Zərərçəkmiş şəxs haqq-hesab çürütməyə başlamış, Təqsirləndirilən şəxs2 ibarət bir qrup şəxs halında Zərərçəkmiş şəxs tutub ətrafda yaşayan, habelə səs-küyə hadisə yerinə toplaşmış çoxsaylı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək, Təqsirləndirilən şəxs2la birlikdə bir daha uca səslə Zərərçəkmiş şəxs ünvanına təhqiramiz söyüşlər söyüb təhqir etmiş, daha sonra isə bir qrup şəxs halında sonuncuya zor tətbiq edib əl və ayaq zərbələri ilə Zərərçəkmiş şəxs müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurub dalaşmış, ətrafdakı şəxslərin araya girib onu və Təqsirləndirilən şəxs2 sakitləşdirməyə çalışmalarına baxmayaraq xuliqanlıq hərəkətlərini davam etdirib Zərərçəkmiş şəxs kobud zorakılıqla sarsıtmaq, onda vahimə yaratmaq və müvəqqəti də olsa, onu öz iradələrinə tabe etdirmək məqsədi ilə ilk öncə o, ardınca isə Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs təkrarən zor tətbiq edərək burun nahiyəsinə hər biri bir dəfə möhkəm yumruq zərbəsi vurmaqla ona burun tənəffüsünün pozulması ilə müşayiət edilən burun sümüyünün sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuş, habelə əl və ayaq zərbələri ilə bədənin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vuraraq sağ alt göz qapağında qançır, burunun yumşaq toxumalarının qançır və şişkinliyi, burun tini üzərində sıyrıq ilə müşayiət edilən sağlamlığa zərər vurmayan xəsarətlər yetirmiş, istifadəsində olan nəqliyyat vasitəsinin sol ön və sol arxa qanadlarını əzməklə, habelə sağ və sol yan güzgülərini sındırmaqla əmlakını zədələmiş, bu hərəkətləri ilə qəsəbə sakinlərinin normal istirahətinin təxminən 1 saat pozulmasına səbəb olub bir qrup şəxs qismində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə, habelə əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər törədərək xuliqanlıq etmiş, həmçinin bir qrup şəxs halında zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs2 bir qrup şəxs qismində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər törədərək xuliqanlıq etmiş, həmçinin bir qrup şəxs qismində zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, o, 28 may 2023-cü il tarixdə, saat 22 radələrində ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində olarkən qəfldən evin qarşısında dava-dalaşa xarakterik səsküy yarandığını eşidib nə baş verdiyini öyrənmək üçün çölə çıxarkən evin yaxınlığında qeyd olunan qəsəbədə yaşayan, Laçın rayonun Daşlı kənd sakini Təqsirləndirilən şəxs1 tanımadığı şəxslə mübahisə edib dalaşdığını, sonuncunun ünvanına təhqiramiz ifadələr işlətdiyini, bu səs-küyə çoxsaylı şəxslərin toplaşdığını görüb həmin şəxslərə yaxınlaşıb nə baş verdiyini soruşarkən Təqsirləndirilən şəxs1 Ağcabədi rayonun Hacıbədəlli kənd sakini, “Mersedes 190” markalı, ** UA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs göstərib həmin şəxsin qonşuluqda yaşayan, yüngül həyat tərzi keçirən Şahid1 və sonuncunun anası X3 ilə əylənmək məqsədilə bu ünvanı tapmaq üçün onun yaşadığı evin ünvanını soruşa-soruşa qəsəbəyə gəldiyini bildirərkən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 əlindən çıxıb ona tərəf gələrək hadisələrin sonuncunun qeyd etdiyi kimi baş vermədiyini, taksi sürücüsü olduğunu və həmin ünvana qadınlarla əylənmək üçün deyil, müştərini götürmək üçün gəldiyini dəfələrlə izah etsə də, o, sonuncunun bu sözlərinə heç bir məhəl qoymayıb cəmiyyətdə özünün tanınmış biri olduğunu, onun adının və yaşadığı ünvanın əxlaqsızlıq məsələlərində hallanmasının onun üçün təhqiramiz hal olduğunu deyib, yəni ətrafdakı şəxslərin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək məqsədi ilə qonşusu Təqsirləndirilən şəxs1 qoşularaq bir qrup şəxs halında birlikdə Zərərçəkmiş şəxsla haqq-hesab çürüdərək mübahisə etməyə və sonuncunun ünvanına uca səslə müxtəlif söyüşlər söyməyə başlamış, Zərərçəkmiş şəxs təkrarən hər hansı pis niyyətlə qəsəbəyə gəlmədiyini izah edərkən Zərərçəkmiş şəxs zor tətbiq edib bir sillə zərbəsi vurub kiçik söz-söhbətin ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməsinə səbəb olaraq, dəfələrlə uca səslə Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir etmiş, sonuncu özünü qorumaq məqsədi ilə qaçıb oradan uzaqlaşmağa çalışsa da o, sakitləşməyib Təqsirləndirilən şəxs1 ibarət bir qrup şəxs halında Zərərçəkmiş şəxs tutub ətrafda yaşayan, habelə səs-küyə hadisə yerinə toplaşmış çoxsaylı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərərək, Təqsirləndirilən şəxs1la birlikdə bir daha uca səslə Zərərçəkmiş şəxs ünvanına təhqiramiz söyüşlər söyüb təhqir etmiş, daha sonra isə bir qrup şəxs halında sonuncuya zor tətbiq edib əl zərbələri ilə Zərərçəkmiş şəxs müxtəlif nayihələrinə zərbələr vurub dalaşmış, ətrafdakı şəxslərin araya girib onu və Təqsirləndirilən şəxs1 sakitləşdirməyə çalışmalarına baxmayaraq xuliqanlıq hərəkətlərini davam etdirib Zərərçəkmiş şəxs kobud zorakılıqla sarsıtmaq, onda vahimə yaratmaq və müvəqqəti də olsa, onu öz iradələrinə tabe etdirmək məqsədi ilə ilk öncə Təqsirləndirilən şəxs1, ardınca isə o, Zərərçəkmiş şəxs təkrarən zor tətbiq edərək burun nayihəsinə hər biri bir dəfə möhkəm yumruq zərbəsi vurmaqla ona burun tənəffüsünün pozulması ilə müşayiət edilən burun sümüyünün sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuş, habelə sağ alt göz qapağında qançır, burunun yumşaq toxumalarının qançır və şişkinliyi, burun tini üzərində sıyrıq ilə müşayiət edilən sağlamlığa zərər vurmayan xəsarətlər yetirmiş, bu hərəkətləri ilə qəsəbə sakinlərinin normal istirahətinin təxminən 1 saat pozulmasına səbəb olub bir qrup şəxs qismində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər törədərək xuliqanlıq etmiş, həmçinin bir qrup şəxs halında zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Bununla da ibtidai istintaq orqanının gəldiyi nəticəyə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 127.1 və 221.2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 127.1 və 221.2.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Ağcabədi rayonu Taxta-körpü ərazisi 552 saylı qəsəbədə yaşayır. 28 may 2023-cü il tarixdə Ağcabədi rayonu Taxta-körpü ərazisi 552 saylı qəsəbədə baş tutan toy məclisində iştirak edərkən bir qədər alkaqollu işçi, yəni pivə içmiş, saat 21 radələrində isə toydan çıxıb yaşadığı evə getmişdir. Bir qədər sonra ərzaq almaq məqsədi ilə qəsəbədə yerləşən “Murad” marketə gedib ehtiyacı olan ərzaqları alıb təxminən saat 22 radələrində evinə doğru piada qayıdarkən yolda **-UA-*** dövlət qeydiyyat nişanlı, “Mersedes 190” markalı nəqliyyat vasitəsi ona yaxınlaşıb saxlamış və adının sonradan Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi sürücü, Zahid həkimin evinin harada yerləşməsini ondan soruşmuşdur. O, Zahid həkimlə qonşuluqda yaşadığını, özünün də həmin istiqamətə getdiyini bildirərək istəyirsə maşına əyləşib Zahidin evini göstərə biləcəyini dedikdə Hamlet onun bu təklifini qəbul etmiş və onlar birlikdə həmin ünvana doğru hərəkət etmişlər. Həmin ünvana qədər nəqliyyat vasitəsi ilə getmək onun da işinə yaradığından Zərərçəkmiş şəxs idarə etdiyi nəqliyyat vasitəsinə əyləşib yolu göstərmişdir. Təxminən 5 dəqiqədən sonra Zahid həkimin evinə çatdıqda o, sonuncunun evini Zərərçəkmiş şəxs göstərib maşından düşüb öz evinə doğru hərəkət etməyə davam etmişdir. Bir neçə metr aralaşdıqdan sonra Zərərçəkmiş şəxs maşından düşməyib telefonla kiməsə zəng edib həmin ünvana çatması barədə məlumat verməsi onun diqqətini çəkmiş, sonuncunun həqiqətən də Zahid həkimin evinə gəlibgəlməməsi marağına səbəb olmuşdur. Elə həmin vaxt Zahidin evi ilə qonşuluqda yaşayan, Şahid1 və Ayşən Cəfərovanın evindən çıxıb Zərərçəkmiş şəxs idarə etdiyi maşına tərəf gəlib əyləşdiklərini görmüşdür. Şahid1 və Ayşən Cəfərova yüngül həyat tərzi keçirməklə, yəni əxlaqsızlıqla məşğul olduqlarına görə onların ardınca qəsəbəyə tez-tez tanımadıqları kişi cinsindən olan şəxslər gəlib-getmiş, bu hərəkətlər də qəsəbədə xoş qarşılanmamış, digər qonşular kimi onda da qıcıq yaratmışdır. Dəfələrlə həmin qadınlara qəsəbəyə yad kişiləri gətirməmələri deyilsə də, onlar bu xəbərdarlıqlara məhəl qoymamışlar. O, qeyd olunan qadınların Hamletin maşınına mindiyini görüb sonuncunun ondan və Zahidin adından istifadə edib həmin qadınlarla əylənmək üçün qəsəbəyə gəldiyini zənn edib əsəbləşərək maşına tərəf qayıtmış, Hamletə əsəbi halda “sən bura oğraşlığıa, bazdığa gəlmisən?” deyə soruşmuşdur. Arada sözlü mübahisə başlayan kimi Aysel və Ayşən maşından düşüb evlərinə tərəf qaçmışlar. Həmin vaxt o, sərxoş halda olduğundan hadisələri düzgün qiymətləndirə bilməmişdir. O, Hamletlə mübahisə edərkən Aysel və Ayşənin maşından tələsik düşüb evə qaçmaqları onda lap şübhə yaratmışdır ki, Hamletin qadınlarla əylənmək üçün, yəni cinsi əlaqədə olmaq üçün qadınları harasa aparmaq niyyətilə gəlməsi barədə düşündükləri doğrudur. Buna görə daha da əsəbləşib nəqliyyat vasitəsinin sağ ön qapısını açıb maşına oturub Hamletə “sür bir kənara səninlə söhbət edəcəm” deyib sonuncuya tərəf əl-qol atmış, lakin Hamlet müdafiə olunduğundan zərbələri sonuncuya dəyməmişdir. Həmin vaxt Hamlet nəqliyyat vasitəsini işə salıb sürüb oradan uzaqlaşmaq istəyərkən o, nəqliyyat vasitəsinin açarını götürüb “hara qaçırsan?, bura gəl” demiş, bundan sonra Hamlet maşından düşüb qaçmağa başlamış, o, da Hamleti tutmaq üçün maşından düşüb dalınca qaçmışdır. Hamlet ondan yayınmaq üçün maşının ətrafında qaçaraq dövrə vurumuş, o, da sonuncunu tutmaq məqsədi ilə maşının ətrafında onu qovalamışdır. Hamleti tuta bilmədiyindən əsəbi halda uca səslə sonuncunun ünvanına təhqiramiz söyüşlər söyüb dayanmasını tələb etmiş, yaşadığı ünvana qadınlarla əylənmək üçün gəlməsinin ona baha başa gələcəyini demişdir. Bu müddət ərzində Hamlet dəfələrlə taksi sürücüsü olduğunu, qəsəbəyə pis niyyətlə deyil, müştəri götürmək üçün gəldiyini desə də, o, sonuncunun bu sözlərinə məhəl qoymamışdır. Bu vaxt səs-küyə qonşuluqda yaşayan şəxslər çıxmış, tədricən 10-15 nəfərdən çox şəxs hadisə yerinə toplaşmışdır. Həmin ərəfədə o, Hamleti tutub bədəninin müxtəlif nahiyələrinə bir neçə yumruq və təpik zərbələri vurmuşdur. Lakin həmin vaxt sağ ayağında olan ağrılar səbəbindən Hamletə güclü zərbələr vura bilməmiş, yaxşı qaça bilmədiyindən Hamlet təkrar onun əlindən çıxıb qaçmışdır. Səs-küyə ətrafa toplaşan şəxslər arasında qardaşı Şahid2 da olmuşdur. Az sonra Təqsirləndirilən şəxs2 da səs-küyə çölə çıxıb nə baş verdiyini soruşanda o, Zərərçəkmiş şəxs göstərib onu tanıyıb-tanımadığını soruşmuşdur. Təqsirləndirilən şəxs2 həmin şəxsi tanımadığını bildirəndə o, “bu kişi sənin adını çəkib buraya bazlığa, oğraşlığa gəlib, qızları götürüb harasa aparmaq istəyirdi, sənin evini bazlıq ünvanına döndəriblər” deyə bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 əsəbləşmiş, Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs2 görən kimi ona tərəf gedib “ağsaqqal, qoyma məni döyürlər, kömək elə” deyə müraciət edəndə Təqsirləndirilən şəxs2 ona iradını bildirərək “ay vicdansız məni tanımırsansa niyə mənim adımdan istifadə edib bura gəlmisən?” deyə soruşmuş, lakin sərxoş olduğundan Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs vurduğunu xatırlamamışdır. Bundan sonra ətrafdakı şəxslər araya girib Hamletin qaçıb oradan uzaqlaşmasına şərait yaratmışlar. Hamlet qaçıb getsə də, maşını orada qalmışdır. Hamlet getdikdən sonra o, küçədə ətrafdakılarla söhbət edərkən Aysel və Ayşənin anası Bənövşə Nəcəfova çölə çıxaraq qonşu olduqlarını, belə şeylərin düzgün olmadığını dedikdə o, əsəbiləşdiyindən Bənövşəyə acıqlanaraq bütün bunların elə onun və qızlarının yüngül həyat tərzi keçirməsi ucbatından baş verdiyini deyərək evə girməsini tələb etmişdir. Az sonra hadisə yerinə polis əməkdaşları gəlmişdir. Mübahisə zamanı Hamletin maşınının açarını götürdüyndən açar onda qalmış, həmin açarı polis əməkdaşlarına təhvil vermişdir. Baş vermiş hadisə ilə əlaqədar polis əməkdaşları onu rayon polis şöbəsinə dəvət etmiş və o, poliş əməkdaşları ilə birlikdə getmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs1 ifadəsində həmin hadisənin 552 saylı qəsəbə ərazisində, yaşayış evlərinin arasındakı küçədə, saat 22 radələrində baş verdiyini və təxminən 1 saat müddətində davam etdiyini, yaranmış səs-küyə ətrafda yaşayan 10-15 nəfər və ya daha çox şəxsin küçəyə çıxıb toplaşdığını, bu hadisələrin həmin şəxslərin gözü qarşısında baş verdiyini, lakin hadisə vaxtı əsəbi və sərxoş olduğundan ətrafa toplaşan şəxslərin kim olmasına diqqət etmədiyini, yalnız qardaşı Şahid2 və Təqsirləndirilən şəxs2 yadında qaldığını, hadisə vaxtı Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə əl və ayaq zərbələri vursa da, üz nahiyəsinə heç bir zərbə vurmadığını, sərxoş halda olduğundan vurduğu zərbələrin elə də güclü zərbələr olmadığını, yəni Zərərçəkmiş şəxs burnunun sınması ilə bağlı xəsarəti onun və eyni zamanda Təqsirləndirilən şəxs2 yetirmədiyini, həmçinin Zərərçəkmiş şəxs idarə etdiyi “Mersedes 190” markalı **-UA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin müxtəlif ehtiyyat hissələrinin zədələnməsinin hansı şəraitdə baş verməsini xatırlamadığını, həmin nəqliyyat vasitəsinin üzərində taksi nişanın olmasını yalnız hadisə bitdikdən sonra maşın küçədə qalan zaman gördüyünü, Hamletin həmin qəsəbəyə hər hansı pis niyyətlə deyil, taksi sürücüsü kimi müştəri arxasınca gəlməsini sonradan anladığını, bununla əlaqədar törətdiyi əməllərdən peşman olduğunu, bu səbəbdən Zərərçəkmiş şəxs müraciət edib üzürxahlıq edib barışıq əldə etdiyini, sonuncunun aldığı xəsarətlərlə bağlı xəstəxana xərclərini qarşıladığını və nəqliyyat vasitsinə vurduğu ziyanı tam şəkildə ödədiyini göstərmişdir. Daha sonra o, məhkəməyə ərizəsini təqdim edib əməlindən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödədiyini və zərərçəkmiş şəxslə barışdığını bildirərək qeyd edilən və iş üzrə digər yüngülləşdirici halları nəzərə alaraq Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə barəsində olan cinayət işinə xitam verilməsini və Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə isə ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 127.1 və 221.2.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Laçın RMX-da baş həkim vəzifəsində işləyir. 28 may 2023-cü il tarixdə saat təxminən 23:00 radələrində yaşadığı evdə olarkən küçədən dalaşmağa xarakterik səs-küy gəldiyini eşitmiş, ilk öncə həmin səs-küyə məhəl qoymasa da, təxminən 7-10 dəqiqə sonra bu səs-küyün dayanmadığını və təhqiramiz söyüşlər söyüldüyünü eşidib nə baş verdiyini aydınlaşdırmaq üçün küçəyə çıxmışdır. Küçəyə çıxanda evinin qarşısında təxminən 10-15 nəfər qəsəbə sakininin toplaşdığını, həmin yerdə qəsəbə sakini olan Təqsirləndirilən şəxs1la sonradan adının Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi taksi sürücüsünün yaxalaşdığını, qəsəbə sakinlərinin isə araya girib onları sakitləşdirməyə çalışdıqlarını görmüşdür. Həmin vaxt söz-söhbətin nədən ibarət olduğunu soruşduqda Təqsirləndirilən şəxs1 ona Hamleti göstərərək sonuncunu tanıyıb-tanımadığını soruşmuş, o isə Saxavətə həmin şəxsi tanımadığını bildirmişdir. Bu zaman Saxavət ona “bu adam sizin adınızdan istifadə edib qəsəbəyə gəlib, guya sizə gəlib, əslində isə qadınlarla əylənməyə gəlib” deyəndə o, Zərərçəkmiş şəxs onu tanıyıb-tanımadığını soruşmuş, Hamlet isə onu tanımadığını bildirmişdir. Bundan sonra o, “ay vicdansız məni tanımırsansa niyə mənim adımdan istifadə edib bura gəlmisən?” deyə soruşmuşdur. Saxavət və ətrafdakı şəxslər Zərərçəkmiş şəxs onun adından istifadə edərək qonşuluqda yaşayan və yüngül həyat tərzi keçirən Aysel və Ayşən bacılarının yanına əxlaqsızlığa gəldiyini, həmçinin bu adamın qəsəbəyə həmin qızların ardınca əvvəllər də bir neçə dəfə gəldiyini bildirmişlər. Bundan sonra o, Saxavətə əsəbləşərək artıq özünü yığışdırmalı olduğunu deyərək, evinin qarşısında bu cür hərəkətlər etdiyinə görə bir ağsaqqal kimi Hamlet və Saxavətin hərəsinə bir sillə vurmuşdur ki, özlərini yığışdırsınlar və söyüş söyüb dalaşmaqlarına son qoysunlar. Saxavətə vurduğu sillə dəysə də, Hamlet başını qaçırdığından onun əlinin uc tərəfi Hamletin üz nayihəsinə yüngülvari sürtülmüşdür. Qeyd olunan sillə zərbələrində məqsədi onların hər ikisini tənbeh etmək olmuşdur. Evinin qarşısında uca səslə söyüşlər söydüyü üçün Hamletdən daha çox Saxavətə qarşı əsəbləşmişdir. Hadisə yerində Saxavətin onu saymadığını, Hamletin isə ortalıqda qaldığını, həmin yerdən uzaqlaşmadığını gördüyündən, yəni həmin şəxslərin ona məhəl qoymadıqlarını görüb yaşadığı evə girmişdir. O, evə girdikdən sonra da Saxavətlə Hamletin söz-söhbətləri davam etmiş, lakin sonradan nə baş verməsi barədə heç bir məlumatı olmamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs2 ifadəsində Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxsla arasında əvvəllər hər hansı ədavət və ya düşmənçiliyinin olmadığını, Zərərçəkmiş şəxs ümumiyyətlə əvvəllər tanımadığını, hadisə zamanı alkaqollu içki və ya digər təsiredici maddənin təsirindən sərxoş vəziyyətdə olmadığını, lakin Təqsirləndirilən şəxs1 hərəkətlərindən sərxoş vəziyyətdə olmasının hiss edildiyini, küçəyə çıxanda Zərərçəkmiş şəxs idarə etdiyi “Mersedes 190” markalı **-UA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Şahid1 və Ayşən Cəfərova bacılarının yaşadığı evinin qarşısında ön qapıları açıq vəziyyətdə olduğunu, həmin vaxt nəqliyyat vasitəsinin üstündə taksi nişanın olmasını gördüyünü, səs-küyə təxminən 10-15 nəfər şəxsin toplaşdığını, Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsində onun sonuncunun ünvanına Saxavətlə birlikdə təhqiramiz söyüşlər söyməsi və döyməsi, burun nahiyəsinə yumruq zərbəsi vurması barədə göstərdiklərinin yalan olduğunu, belə bir halın baş vermədiyini, Hamletin ünvanına heç bir söyüş söymədiyini və yumruqla vurmadığını, yalnız Hamleti, habelə Saxavəti tənbeh edib özlərini yığışdırmaları üçün bir ağsaqqal kimi hərəsinə bir sillə vurdub evinin qarşısından uzaqlaşıb getmələrini tələb etdiyini, çölə çıxarkən artıq Zərərçəkmiş şəxs burnunda qançır olmasını gördüyünü, yəni həmin xəsarətin ona qədər Zərərçəkmiş şəxs yetirildiyini, lakin sonuncunun bu xəsarəti hansı şəraitdə almasını, yəni kimin bu xəsarəti yetirməsini görmədiyini, həmin vaxt Zərərçəkmiş şəxs Saxavətin əlindən yaxa qurtarmaq üçün ona tərəf qaçıb ətrafında bir neçə dəfə dövrə vurduğunu, bu zaman Saxavətin isə onu qovaladığını, özünün Zərərçəkmiş şəxs ünvanına yalnız “vicdansız, ayıb olsun sənə” kimi ifadələr işlətdiyini, həmin yerdə qadınlar və digər ailələr olduğundan heç bir söyüş söymədiyini, çöldə təxminən 10-12 dəqiqə qaldığını, sonra isə onlara baş qoşmayıb evinə qayıtdığını, bundan sonra baş verənlərdən məlumatı olmadığını, Təqsirləndirilən şəxs1 qeyd edilən nəqliyyat vasitəsini zədələməsini görmədiyini, sonradan evin həyətində siqaret çəkərkən çöldəki şəxslərin danışığından hadisə yerinə polis əməkdaşlarının gəlməsini dediklərini eşitdiyini, bundan sonra aranın sakitləşdiyini, hadisə vaxtı ətrafa çoxlu şəxslər toplaşsa da, onlardan qonşuluqda yaşayan Şahid3, Duman Əsgərov və Təqsirləndirilən şəxs1 qardaşı Şahid2 yadında qaldığını göstərmişdir. Hal-hazırda o, zərərçəkmiş şəxslə barışmışdır. Qeyd edilənlərə əsasən də ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Ağcabədi rayonu Hacıbədəlli kəndində yaşayır. Etibarnamə əsasında idarə etdiyi “Mersedes 190” markalı ** UA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə taksi fəaliyyəti ilə məşğul olur. Bununla əlaqədar Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən “*0222 Ekspres taksi” şirtkəti ilə də işləyir. 28 may 2023-cü il tarixdə axşam saatlarında Ağcabədi şəhərində olarkən “*0222” taksi şirkəti ona sifariş yönləndirmişdir. Müştərinin ünvanına nəzər saldıqda ünvan 6 ünvanının qeyd edildiyi görünmüşdür. Sifarişi qəbul edib müştərini götürmək üçün qeyd edilən ünvana yola düşmüşdür. Əvvəllər heç vaxt həmin ünvandan müştəri götürmədiyinə görə həmin ərazini tanımamışdır. Ünvanı tapa bilmədiyinə görə müştəri ilə əlaqə saxlayıb ünvanı dəqiqləşdirməyə çalışmışdır. Telefona cavab verən adının sonradan Şahid1 olduğunu öyrəndiyi xanım ünvanı ona izah etmişdir. Lakin o, həmin ərazini tanımadığından hər hansı məşhur bir obyektin yanında görüşməyi təklif etmişdir. Bu zaman Şahid1 552 saylı qəsəbədə Zahid adlı həkimin qonşuluğunda yaşadığını, sonuncunun bu ərazidə tanınmış biri olduğunu, Zahid həkimin evini kimdən soruşsa ona göstəriləcəyini bildirib həmin evin qarşısına gəlməsini xahiş etmişdir. Bundan sonra o, saat 22 radələrində 552 saylı qəsəbənin giriş hissəsinə çatdıqdan sonra qarşısına çıxan adamlardan Zahid həkimin evini soruşa-soruşa qəsəbəyə tərəf irəliləmiş, ən sonda isə yol kənarında olan, sonradan adının Təqsirləndirilən şəxs1 olduğunu öyrəndiyi cavan oğlana yaxınlaşıb Zahid həkimin evini soruşanda Saxavət elə həmin istiqamətə getdiyini bildirərək həmin ünvanı göstərə biləcəyini demişdir. O, Saxavətdən xahiş etmişdir ki, maşına əyləşib Zahid adlı həkimin evini ona göstərsin. Buna görə Saxavət avtomobilə əyləşib yolu ona göstərmiş, yolda olarkən Saxavətlə arasında heç bir söhbət olmamış, 2-3 dəqiqə yol getdikdən sonra Saxavət bir ev göstərib həmin evin Zahid həkimə məxsus olduğunu bildirmişdir. Həmin ünvana gətirdiyinə görə Saxavətə minnətdarlığını bildirmiş, sonuncu maşından düşdükdən sonra o, taksi sifariş edən müştəriyə zəng edib qeyd edilən ünvanda olduğunu bildirmişdir. Elə həmin vaxt yaxınlıqdakı digər evdən sonradan adının Şahid1 və Bənövşə Nəcəfova olduğunu öyrəndiyi bir cavan və bir orta yaşlı qadın çıxıb onun maşınına tərəf gəlmişlər. İlk öncə Aysel maşına əyləşmiş, ardınca isə Bənövşə gəlmişdir. Bu zaman Saxavət geri qayıdıb avtomobilə yaxınlaşaraq “bura niyə gəlmisən? bu qızların yanına oğraşlığa gəlmisən?, burada nə işin var?” deyə soruşmuşdur. O, taksi sürücüsü olduğunu, verilmiş sifarişə əsasən müştərini götürmək üçün gəldiyini Saxavətə izah etməyə çalışmış, lakin Saxavət onun bu sözünə əhəmiyyət verməyərək əl-qol atıb onun müxtəlif nahiyələrinə zərbələr vurmağa başlamış, eyni anda səs-küy salmışdır. Həmin səs-küyə qonşular çölə çıxaraq onlara yaxınlaşmağa başlamış, qısa zamanda ətrafa təxminən 20 nəfərə yaxın şəxs toplaşmışdır. Lakin o, həmin şəxslərin heç birini tanımadığından toplaşan şəxslərin kim olduğunu bilməmişdir. Saxavət uca səslə onun ünvanına təhqiramiz söyüşlər söyəsöyə onunla dalaşıb əl və ayaq zərbələri ilə vurmuşdur. Səs-küyə sonradan adının Təqsirləndirilən şəxs2 olduğunu öyrəndiyi şəxs də küçəyə çıxmışdır. Təqsirləndirilən şəxs2 çölə çıxandan sonra Təqsirləndirilən şəxs1 sonuncuya müraciət edib “Zahid həkim, sən bu adamı tanıyırsan?” deyə soruşanda Zahid onu tanımadığını bildirmişdir. Bundan sonra Saxavət “bu adam sənin adını verib bu küçəyə qadınlarla əylənmək üçün gəlib” deyə bildirmişdir. O, çölə çıxan şəxsin Təqsirləndirilən şəxs2 olduğunu bildikdən sonra sonuncunun nisbətən yaşca böyük olduğunu görüb, habelə bir həkim, ali təhsilli insan kimi ziyalı bir insan olduğunu guman edib kömək məqsədi ilə Zahidə tərəf qaçmış və hadisələrin necə baş verdiyini, yəni həmin küçəyə pis niyyətlə deyil, taksi sürücüsü kimi müştəri götürmək üçün gəlməsini izah etməyə çalışmışdır. Lakin Təqsirləndirilən şəxs2 onu dinləmədən, Saxavətin sözləri əsasında əsəbləşib “sən kimsən ki, mənim adımdan istifadə edib bura oğraşlığa gəlmisən?” deyə iradını bildirmiş və onu nalayiq hərəkət etməkdə günahlandırıb ünvanına uca səslə təhqiramiz söyüşlər söymüş və gözləmədiyi anda onun burun nayihəsinə yumruqla 1 dəfə çox möhkəm zərbə, daha sonra isə üz nahiyəsinə möhkəm bir sillə zərbəsi vurmuşdur. Bu zərbələrdən sonra o, müvazinətini itirib büdrəmiş, lakin yerə yıxılmamışdır. Həmin ərəfədə Təqsirləndirilən şəxs1 onun ünvanına təhqiramiz söyüşlər söyə-söyə nəqliyyat vasitəsinin müxtəlif ehtiyyat hissələrinə yumruq və təpiklə zərbələr vurub sağ və sol yan güzgülərini zədələmiş, sağ ön və sol arxa qanadları, sağ ön qapısını əzərək metal hissələri zədələyib batırmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ünvanına uca səslə söyüşlər söyüb əl-qol atıb yenidən vurmağa başlamış, bu zaman səs-küyə ətrafa toplaşmış şəxslərdən 2-3 nəfər araya girib onu döymələrinə imkan verməmiş, tanımadığı cavan oğlan “sən bunları başa sala bilməyəcəksən, yaxşısı budur ki, qaçıb çıxıb gedəsən” deyərək onu çətinliklə həmin şəxslərin əlindən alıb qaçmasına şərait yaratmışlar. Bundan sonra o, nəqliyyat vasitəsini orada qoyub qaçaraq hadisə yerindən uzaqlaşmışdır. Daha sonra o, DİN-in “102 xidməti”nə müraciət edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Az sonra hadisə yerinə gələn polis əməkdaşları nəqliyyat vasitəsinin açarını Təqsirləndirilən şəxs1 alıb ona vermiş və o, polis əməkdaşların köməkliyi ilə nəqliyyat vasitəsini hadisə yerindən götürə bilmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs ifadəsində bu hadisənin 552 saylı qəsəbə ərazisində, yaşayış evlərinin arasındakı küçədə, saat 22 radələrində baş verdiyini və təxminən 1 saat müddətində davam etdiyini, yaranmış səs-küyə ətrafda yaşayan 20-30 nəfər şəxsin küçəyə çıxıb toplaşdığını, bu hadisələrin həmin şəxslərin gözü qarşısında baş verdiyini, lakin həmin şəxslərin heç birini tanımadığını, idarə etdiyi nəqliyyat vasitəsinin üzərində taksi nişanı və *0222 taksi xidməti” yazısının olduğunu, dəfələrlə Saxavət İsmayıov və Təqsirləndirilən şəxs2 həmin küçəyə hər hansı pis niyyətlə gəlmədiyini, sifariş əsasında müştəri götürmək üçün gəldiyini izah etsə də, həmin şəxslər onun bu sözlərinə məhəl qoymayıb onu qadınlarla əylənmək üçün qəsəbəyə gəlməkdə günahlandırıb həm Təqsirləndirilən şəxs1, həm də Təqsirləndirilən şəxs2 tərəfindən ünvanına uca səslə təhqiramiz söyüşlər söyüldüyünü, Təqsirləndirilən şəxs1 əl və ayaq zərbələri ilə bədənin müxtəlif nahiyələrinə bir neçə zərbə, Zəhid Əhmədov isə burun nahiyəsinə möhkəm bir yumruq, üz nahiyəsinə isə bir sillə zərbəsi vurduğunu, bu zərbələr nəticəsində burnunun sındığını, tənəffüs almaqda problemləri yarandığını və digər xırda xəsarətlər aldığını, lakin burnunu konkret olaraq kimin vurduğu zərbədən sınmasını bilmədiyini, belə ki, həmin nahiyəyə həm Təqsirləndirilən şəxs1, həm də Təqsirləndirilən şəxs2 möhkəm yumruq zərbəsi vurduqlarını, hər iki zərbə dəyərkən ağrı hiss etdiyini, lakin sınmanın hansı anda baş verməsini bilmədiyini, nəqliyyat vasitəsini yalnız Saxavətin zədələdiyini və ümumilikdə zədələnmiş ehtiyyat hissələrin təmirinə 500 manat pul xərclədiyini, yəni hadisə nəticəsində qeyd olunan məbləğdə əmlakının zədələndiyini, sonradan Təqsirləndirilən şəxs1 ona müraciət edib əmlakına vurduğu zərəri və səhhəti ilə əlaqədar çəkdiyi xərcləri tam şəkildə ona ödədiyini və baş vermiş hadisə ilə əlaqədar üzürxahlıq edib onunla barışmağa cəhd etdiyini, bu səbəbdən Təqsirləndirilən şəxs1la barışdığını, sonuncu barəsində heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. Bunan savayı Zərərçəkmiş şəxs ifadəsində Təqsirləndirilən şəxs2 onun tanıdığı və hörmət bəslədiyi bir neçə şəxs vasitəsi ilə ona müraciət edib barəsində şikayətçi olmamasını xahiş etdiyinə görə ilkin araşdırma zamanı izahatında Təqsirləndirilən şəxs2 onu döyməsi və ünvanına təhqiramiz söyüşlər söyməsini qeyd etmədiyini, lakin sonradan Təqsirləndirilən şəxs2 etdiyi hərəkətlər ona pis təsir etdiyindən, yəni gəlib üzürxahlıq edərək onunla barışmağa cəhd etmək, habelə şikayətçi olmadığına görə ona minnətdar olmaq əvəzinə, sanki heç nə etməmiş kimi özünü aparması, ona qarşı heç bir qanunsuz hərəkət etmədiyini bildirməsi onun hislərinə toxunmuş, buna görə Zahidin ona qarşı etdiyi hərəkətləri bağışlamayıb istintaqın sonrakı mərhələsində baş vermiş hadisə barədə səmimi ifadə verərək Təqsirləndirilən şəxs2 ona qarşı törətdiyi qanunsuzluqları olduğu kimi bildirdiyini, əsl həqiqətdə hadisələrin yuxarıda qeyd etdiyi kimi baş verdiyini, Təqsirləndirilən şəxs2 onunla barışmağa cəhd etmədiyinə görə sonuncu barəsində şikayətçi olduğunu göstərmişdir. Daha sonra o, baş vermiş davadalaşla əlaqədar ona dəymiş ziyanın Təqsirləndirilən şəxs1 tərəfindən tam ödənildiyini də bildirmişdir. Bundan başqa ona dəymiş ziyanın Səxavət İsmayılov tərəfindən ödənilməsinə baxmayaraq o, Təqsirləndirilən şəxs1 ilə yanaşı, digər təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 ilə də barışdığını və təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbinin olmadığını da bildirmişdir. Odur ki, qeyd etdiklərinin nəzərə alınaraq hər iki təqsirləndirilən şəxs barəsində CM-nin 127.1-ci maddəsi ilə iş üzrə icraata xitam verilməsini və CM-nin 221.2.1-ci maddəsi ilə isə təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 28 may 2023-cü il tarixdə axşam dəqiq xatırlamadığı saatda *0222” taksi xidmətinə zəng edərək taksi sifariş etmişdir. Bir neçə dəqiqə sonra xatırlamadığı telefon nömrəsindən tanımadığı taksi sürücüsü zəng edərək sifariş verərkən qeyd etdiyi ünvanı tapa bilmədiyini bildirib ünvanın tapılması ilə bağlı dəqiqləşdirmələr etmişdir. O, taksi sürücüsünə qəsəbədə hamının tanıdığı Zahid adlı həkimin evi ilə qonşuluqda yaşadığını bildirib istənilən şəxsdən soruşsa həmin ünvanı gösətərəcəklərini deyib Zahid həkimin evinin qarşısına gəlməsini xahiş etmişdir. Təxminən 10-15 dəqiqə sonra taksi sürücüsü zəng edib qeyd olunan ünvanda olması barədə məlumat vermiş, o pəncərədən baxarkən evin qarşısında bir taksi olduğunu görüb öz əşyalarını götürüb anası Bənövşə Nəcəfova ilə birlikdə evdən çıxıb “Mersedes 190” markalı qeydiyyat nişanını xatırlamadığı həmin taksiyə yaxınlaşaraq avtomobilə əyləşmiş, anası da arxasıycan gəlmişdir. Həmin vaxt onunla qonşuluqda yaşayan Təqsirləndirilən şəxs1 sonradan adının Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi taksi sürücüsünə yaxınlaşıb “sən bura Zahid həkimin yanına gəlmisən, yoxsa “bazlığa” gəlmisən?” deyə soruşmuş və ardınca sonuncunun ünvanına uca səslə təhqiramiz söyüşlər söyməyə, daha sonra isə mübahisə edib əl-qol atmağa başlamışdır. Bu vaxt taksi sürücüsü Saxavətin zərbələrindən yayınmaq üçün maşından düşmüş, Saxavət də uca səslə söyüşlər söyə-söyə Hamletin arxasınca qaçaraq onu tutub vurmağa çalışmış, o, hadisələrin dava-dalaş həddinə gəlib çıxdığını görüb qorxusundan bu münaqişəyə qarışmamış, maşından düşüb qaçaraq yaşadığı evə girmiş, pəncərədən küçəyə baxaraq baş verənləri seyr etmişdir. Az sonra səs-küyə ətrafda yaşayan təxminən 15-20 şəxs toplaşmışdır. Həmin vaxt Saxavət Hamletlə dalaşaraq əl və ayaq zərbələri ilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə vurmuş, habelə uca səslə Hamletin varyoxunu, ana-bacısını söymüşdür. Taksi sürücüsü isə Saxavətin əlindən çıxıb qaçmağa çalışmışdır. Elə bu ərəfədə Təqsirləndirilən şəxs2 evindən çölə çıxaraq nə baş verdiyini soruşmuş, Saxavət Zahidə “sənin evini bazlıq ünvanına döndəriblər, taksi sürücüsü sənin adından istifadə edib qəsəbəyə qadınlarla əyləməyə, Ayseli, yəni onu aparmağa gəlib” deyə bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 uca səslə həmin taksi sürücüsünə “sən kimsən ki mənim adımdan istifadə edib buraya gəlirsən, mənim evim sənin üçün nədir?” deyərək taksi sürücüsünə var-yox, ana-bacı söyüşləri söyməyə başlamışdır. Elə bu vaxt taksi sürücüsü Zahidə yaxınlaşaraq hadisələrin Saxavətin dediyi kimi olmadığını, əsl vəziyyəti başa salmaq istəyərkən Təqsirləndirilən şəxs2 sonuncunun sözlərinə məhəl qoymayıb qəfildən taksi sürücüsünün üzünə yumruqla bir neçə dəfə zərbə vurmuşdur. Bu zərbələrdən sonra Hamlet büdrəyətək az qala yerə yıxılmışdır. Bundan sonra ara daha da qızışmış, uca səslə Hamletin ünvanına söyüşlər söyülmüşdür. Səs-küyə ətrafa toplaşan şəxslər araya girib taksi sürücüsünü Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 əlindan alıb qaçmasına şərait yaratmışlar. Zərərçəkmiş şəxs idarə etdiyi nəqliyyat vasitəsini hadisə yerində qoyub qaçıb getmişdir. Bir qədər sonra isə polis əməkdaşları gəlmişlər. Bundan əlavə Şahid1 ifadəsində həmin hadisənin yaşadığı 552 saylı qəsəbədə, yaşayış evlərinin arasındakı küçədə, axşam saatlarında baş verdiyini və təxminən 1 saata yaxın müddətdə davam etdiyini, baş vermiş səs-küyə ətrafda yaşayan təxminən 20-30 şəxsin küçəyə çıxıb toplaşdığını, lakin konkret olaraq kimlər olduğuna diqqət etmədiyini, Zərərçəkmiş şəxs idarə etdiyi nəqliyyat vasitəsinin üzərində taksi nişanı olduğunu, hadisə zamanı Təqsirləndirilən şəxs1 yumruq və təpik zərbələri ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə vurmasını, habelə sonuncunun idarə etdiyi nəqliyyat vasitəsinin müxətlif hissələrinə yumruq və təpik zərbələri vurub nəqliyyat vasitəsini zədələməsini, Təqsirləndirilən şəxs2 isə bir neçə dəfə Hamletin üz nahiyəsinə yumruq zərbələri vurmasını gördüyünü, dava-dalaş vaxtı Hamletin heç kimə hər hansı formada zərbə vurmadığını, eləcə müdafiə olunub həmin şəxslərin əllərindən qaçmağa çalışdığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun doğma qardaşıdır. 28 may 2023-cü il tarixdə axşam saat 22 radələrində yaşadığı evdə olarkən küçədən dalaşığa xarakretik səs-küy gəldiyini eşidib nə baş verdiyini öyrənmək üçün tez çölə çıxmış, bu zaman küçədə qardaşı Təqsirləndirilən şəxs1 tanımadığı bir şəxsin ardınca küçənin ortasında olan “Mersedes” markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı maşının ətrafında qaçıb tutmağa çalışdığını görmüşdür. Həmin vaxt hava qaranlıq olsa da, səs-küyə ətrafa təxminən 10-15 şəxs toplaşmışdır. Lakin orada konkret olaraq kimlərin olmasına diqqət etməmişdir. O, cəld şəkildə qardaşı Saxavətə yaxınlaşıb törətdiyi hərəkətlərə görə ona acıqlanmış, qolundan tutub kənara çəkməyə çalışmışdır. Bundan başqa o, hadisələrin baş verdiyi yerin yaxınlığında yaşayan Laçın rayon Mərkəzi xəstəxanasının baş həkimi Təqsirləndirilən şəxs2 taksi sürücüsü Zərərçəkmiş şəxs vurub-vurmadığını, həmçinin Zərərçəkmiş şəxs ünvanına söyüş söyübsöymədiyini görməmişdir. Yəni ki, o, qeyd edilən hadisənin birbaşa şahidi olmamış, artıq hadisə baş verəndən sonra ora gəlmiş və həmin ərəfədə də o, yalnız qardaşı Saxavətin qarşısına keçərək sonuncunu sakitləşdirib evinə aparmağa çalışmışdır. Bundan sonra hadisə yerində olan qonşular araya girib Zərərçəkmiş şəxs qaçmasına şərait yaratmış, sonuncu nəqliyyat vasitəsini orada qoyub qaçıb oradan uzaqlaşmışdır. Hamlet getdikdən bir qədər sonra Aysel və Ayşə bacılarının anası Bənövşə Nəcəfova çölə çıxaraq onlara və taksi sürücüsünə qarşı etdiklərinin düzgün olmadığını demiş, buna öz iradını bildirərəkən Saxavət sonuncunun üstünə qışqıraraq hər şeyin günahkarı onların olduğunu demiş və evə girməsini tələb etmişdir. Bənövşə də söz-söhbəti uzatmadan evinə qayıtmışdır. Bir qədər sonra həmin yerə polis əməkdaşları gəlmiş, Hamletə məxsus nəqliyyat vasitəsinin açarlarını geri qaytarmasını Saxavətdən tələb etmiş, sonuncu da həmin açarları polis əməkdaşlarına vermişdir. Bundan sonra polis əməkdaşları barəsində şikayət olduğunu bildirib Saxavəti polis şöbəsinə dəvət etmişlər. Buna görə Saxavət Laçın rayon polis şöbəsinə getmiş, bundan sonra ara sakitləşmişdir. Bundan əlavə, Şahid2 ifadəsində həmin hadisənin 552 saylı qəsəbədəki yaşayış evlərinin arasındakı küçədə baş verdiyini, hadisə yerinə gedərkən qadaşı Təqsirləndirilən şəxs1 hansı hərəkətlər etməsini görmədiyini, hadisələrin təxminən saat 23:20-dək davam etdiyini, səs-küyə ətrafa təxminən 10-15 şəxsin toplaşdığını, başı qardaşına qarışdığı üçün orada kimlərin olmasına diqqət etmədiyini, o, gəldikdən sonra araya girib Saxavətin Hamleti vurmasına mane olduğunu, onun yanında Saxavət yalnız bir-iki dəfə Hamleti itələdiyini, Saxavət Halmetlə aqressiv danışsa da, ünvanına təhqiramiz söyüşlər söyməsinin şahidi olmadığını, sonradan qardaşı Saxavətin Zərərçəkmiş şəxs məxsus “Mersedes” markalı nəqliyyat vasitəsinə bir neçə təpik vurduğunu, habelə Saxavətlə Hamletin itələşmə anında həmin şəxslərin maşına toxunduqlarını, bu səbəbdən nəqliyyat vasitəsinin zədələndiyini, həmçinin Təqsirləndirilən şəxs2 da Zərərçəkmiş şəxs vurduğunu və onun ünvanına hər hansı söyüşlər söydüyünü görmədiyini, yəni hadisənin baş verib qurtarmasından sonra hadisə yerinə gəldiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 28 may 2023-cü il tarixdə axşam dəqiq xatırlamadığı saatda yaşadığı evdə olarkən küçədən dalaşmağa xarakterik səs-küy gəldiyini eşidib nə baş verdiyini öyrənmək üçün evdən çölə çıxmışdır. Çölə çıxanda bir ədəd maşının küçənin ortasında işıqları yanılı vəziyyətdə qaldığını, qəsəbə sakini, Təqsirləndirilən şəxs1 tanımadığı bir şəxslə dalaşdığını görmüşdür. Elə həmin vaxt qonşuluqda yaşayan Təqsirləndirilən şəxs2 da səsküyə çölə çıxmış və nə baş verdiyini öyrənməyə çalışmışdır. Sonradan ona məlum olmuşdur ki, Saxavətin dalaşdığı şəxs taksi sürücüsüdür. Sonradan adının Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi şəxsin taksi sürücüsü olduğunu, qəsəbəyə sifarişlə müştəri götürmək üçün gəldiyini desə də, Saxavət onu dinləməyib ünvanına nalayiq söyüşlər söyüb əl-qol atmışdır. Hadisələrin gedişindən ona məlum olmuşdur ki, həmin taksini qonşuluqda yaşayan Ayselgil sifariş verib çağırmışdır. Saxavət taksi sürücüsünün yaxasından tutub uca səslə, əsəbi tərzdə danışaraq “bu qəsəbəyə niyə gəlmişən, burada nə gəzirsən?” deyə soruşmuş, habelə Hamletin ünvanına var-yox söyüşləri söymüşdür. Taksi sürücüsü Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 yaxınlaşıb Saxavətin onu döyməsindən gileylənmiş, avtomobilin açarının sonuncudan alıb ona verməsinə köməklik etməsini xahiş etmişdir. O, araya girib Təqsirləndirilən şəxs1 sakitləşdirməyə hadisələrin daha da böyüməsinin qarşısını almağa çalışsa da, Saxavət buna imkan verməmiş, onunla sərt şəkildə danışaraq aradan çəkilib getməsini tələb etmişdir. O, Saxavətin çox əsəbi olduğunu görüb ona qarşı da nəsə əl-qol atacağından və ya başqa hər hansı hörmətsizlik edəcəyindən ehtiyat edib aradan çəkilib bir qədər uzaqlaşmışdır. Sonra Təqsirləndirilən şəxs2 da öz evinin həyətinə girmiş, o, da Saxavətin ona məhəl qoymadığını görüb öz evinə girmişdir. Evə girdikdən sonra da çöldən uzun müddət dava-dalaş və nalayiq söyüş səsləri gəlməyə davam etmişdir. Hər hansı hörmətsiz vəziyyətlə qarşılaşmamaq üçün təkrar ora qayıtmamış, bu səbəbdən çöldə dalaşanlar arasında nə baş verdiyini görməmişdir. Çöldə olduğu müddətdə ətrafda çoxlu sayda qonşular toplaşsa da orada konkret kimin olduğunu xatırlamır. Evə qayıtdıqdan təxminən 20 dəqiqə sonra ara sakitləşmişdir. Bundan əlavə Şahid3 ifadəsində hadisə yerinə səs-küy başladıqdan sonra getdiyini və qısa müddət sonra geri qayıtdığını, bu səbəbdən hadisənin əvvəlində və sonunda nələrin baş verməsini görmədiyini, yalnız Təqsirləndirilən şəxs1 Hamletin üzərinə hücum çəkib onun ünvanına nalayiq söyüşlər söyməsini və əl-ayaq zərbələri ilə bədənin müxtəlif nahiyələrinə vurub döyməsini gördüyünü, bu müddət ərzində Hamlet dəfələrlə sonuncuya yalvarıb ondan əl çəkməsini dediyini, evə tez qayıtdığından başqa heç nə görmədiyini, qeyd olunan nəqliyyat vasitəsini kimin zədələməsini, habelə Təqsirləndirilən şəxs2 Hamleti vurub-vurmaması, ünvanına təhqirmaiz söyüşlər söyüb-söyməməsi ilə bağlı heç nə görmədiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, 28 may 2023-cü il tarixdə axşam saatlarında öz həyətində iş gördüyü vaxt çöldən qəfil dava-dalaşa oxşar səs-küy gəldiyini eşidib nə baş verdiyini öyrənmək üçün çölə çıxmışdır. Küçəyə çıxanda qonşusu Təqsirləndirilən şəxs1 tanımadığı bir şəxslə dalaşdığını görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs1 həmin şəxsin ünvanına uca səslə nalayiq söyüşlər söymüş, habelə əl və ayaq zərbələri ilə bədənin müxtəlif nahiyələrinə vurmuşdur. Səs-küyə ətrafa təxminən 20-30 adam toplaşmışdır. Qadın olduğundan həmin dava-dalaş yerinə yaxınlaşmamış evinin darvazasından, yəni kənardan baş verənləri seyr etmişdir. Az sonra qonşuluqda yaşayan Təqsirləndirilən şəxs2 da çıxıb həmin mübahisəyə qoşulmuşdur. Ara çox qarışıq olduğundan dalaşan şəxslərin hansı hərəkətlər etməsini tam dəqiqliklə görə bilməmişdir. Bir dəfə Təqsirləndirilən şəxs2 “dağılışın buradan” dediyini eşitmişdir. Taksi sürücüsü Zərərçəkmiş şəxs Zahidə müraciət edərək maşınının açarını Saxavətin aldığını bildirib həmin açarın geri alınmasına köməklik etməsini xahiş etmişdir. Lakin Saxavət ona məhəl qoymamışdır. Münaqişə zamanı təhqiramiz söyüşlər söyüldüyündən o, həmin yerdə çox dayanmayıb evinə girmişdir. Orada olduğu müddətdə Təqsirləndirilən şəxs2 taksi sürücüsü Zərərçəkmiş şəxs vurmasını görməmişdir. Həmin vaxt Hamletin burun nahiyəsindən qan gəldiyini görsə də bu xəsarəti konkret olaraq kimin yetirməsini görməmişdir. Qeyd olunan hadisə təxminən bir saata yaxın müddətdə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, 28 may 2023-cü il tarixdə axşam saatlarında öz evində olarkən çöldən qəfil dalaşmağa oxşar səs-küy gəldiyini eşidib, nə baş verdiyini öyrənmək üçün küçəyə çıxmışdır. Çölə çıxanda qonşusu Təqsirləndirilən şəxs1 tanımadığı taksi sürücüsü ilə dalaşdığını, sonuncunun ünvanına təhqiramiz söyüşlər söydüyünü görmüşdür. Sonradan ona məlum olmuşdur ki, həmin taksi sürücüsünün adı Zərərçəkmiş şəxsdur. Dava-dalaş vaxtı səsküyə qonşuluqda yaşayan təxminən 20-30 şəxs toplaşmışdır. Laçın RMX-nın baş həkimi Təqsirləndirilən şəxs2 da həmin vaxt orada olmuşdur. Hadisələrin gedişindən ona məlum olmuşdur ki, taksi sürücüsü Hamlet oradan qaçıb getməsin deyə Saxavət sonuncunun maşının açarlarını əlindən almışdır. Hadisə zamanı nalaiq söyüşlər söyüldüyündən o, bu söyüşləri eşitməməsi üçün evinə qayıtmış, bundan sonra baş verənlərdən xəbəri olmamış, lakin evə girdikdən sonra həmin səs-küy bir müddət davam etmişdir. Çöldə olduğu müddətdə Təqsirləndirilən şəxs1 taksi sürücüsünü əl və ayaq zərbələri ilə döydüyünü görsə də, Təqsirləndirilən şəxs2 onu vurub-vurmadığını görməmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs üz nahiyəsində xəsarət olsa da, bu xəsarəti konkret olaraq kimin yetirdiyini görməmişdir. Səs-küyə ətrafa çoxlu sayda adam toplaşsa da, orada kimlərin olmasına diqqət etməmişdir. Habelə Zərərçəkmiş şəxs məxsus nəqliyyat vasitəsinin hansı şəraitdə və kim tərəfindən zədələnməsini də görməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 28 may 2023-cü il tarixdə axşam saatlarında yaşadığı evdə olarkən küçədən dava-dalaşa xarakterik səs-küy eşidib nə baş verdiyini öyrənmək üçün evdən çölə çıxmışdır. Bu zaman ətrafda çoxlu qəsəbə sakinləri olduğunu görsə də, həmin qəsəbə sakinlərinin kimlər olduğuna dəqqət etməmişdir. Həmin vaxt qonşusu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 arxasında tanımadığı bir şəxsin dayandığını görmüş, həmin şəxsin taksi sürücüsü olduğunu, digər qonşusu Ayselgilə gəldiyini, bununla əlaqədar Saxavət adlı qəsəbə sakininin onunla dalaşdığını ətrafdan eşitmişdir. Sonradan adının Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi həmin taksi sürücüsünün burnunun üzərindən qan axdığını görsə də, həmin yerə gec gəldiyindən Hamleti kimin vurub xəsarət yetirdiyini görməmişdir. O, hadisə yerinə gəldikdən sonra Zərərçəkmiş şəxs heç kim vurmamışdır. Hamlet hadisə yerindən qaçıb uzaqlaşdıqdan sonra “Mersedes” markalı nəqliyyat vasitəsi yolda qalmışdır. Həmin avtomobili hər hansı şəxsin zədələməsini də görməmişdir. Həmin vaxt ailə üzvləri ona zəng etdiyindən evinə qayıtmış, bu səbəbdən hadisənin necə yekunlaşdığını da görməmişdir. Sözügedən hadisə yerində təxminən 20 dəqiqə olmuş, həmin müddətdə də bu qarışıqlıq davam etmişdir. Orda olduğu müddətdə Zərərçəkmiş şəxs kiminsə vurduğunu görməsə də, ətrafdakı şəxslərin sonuncunu Saxavətdən aralamağa çalışdıqlarını görmüşdür. Habelə həmin vaxt Saxavətin dəfələrlə Hamletin üstünə hücum çəkməsinin, sonuncunun ünvanına uca səslə təhqiramiz söyüşlər söyməsinin şahidi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə onun tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Ağcabədi rayonu Taxta-körpü 552 saylı qəsəbə ərazisində taksi sürücüsü Zərərçəkmiş şəxs ilə dalaşıb qəsdən sağlamlığına az ağır zərər vurmaları faktına görə cinayət işi başlanmış və icraatına qəbul edilərək istintaqı aparılmışdır. Qeyd edilən cinayət işinin tərəfindən ibtidai istintaqı aparılarkən cinayət prosessual qanunvericiliyin tələblərinə tam əməl olunmuş və xx.xx.2024-cü il tarixdə tərəfindən ittiham aktı tərtib olunaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən imzalandıqdan sonra həmin cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. Bundan başqa, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 28 may 2023-cü il tarixdə yaşadığı evin qarşısında dalaşmağa xarakterik səs-küy eşidib çölə çıxdığını, həmin vaxt Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxsla dalaşaraq ünvanına nalayiq söyüşlər söyməsini gördüyünü, bu hərəkətlərin onun ailə üzvlərini narahat etdiyinə görə dağılışıb ordan uzaqlaşmalarını tələb etdiyini, lakin heç kimin onun sözünə qulaq asmadığına görə dalaşan şəxslərin özlərini yığışdırmaları üçün ərkyanə Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs hər birinə bir sillə zərbəsi vurduğunu, başqa heç bir qanunsuzluq etmədiyini, Zərərçəkmiş şəxs ünvanına heç bir söyüş söymədiyini və yumruqla vurmadığını, yəni sonuncunun burnunu kimin vurub sındırdığını bilmədiyini göstərsə də, Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsini tam şəkildə təsdiq edərək Təqsirləndirilən şəxs2 tamamilə yalan danışdığını, Təqsirləndirilən şəxs1 onu söyüb təhqir edərkən, habelə əl və ayaq zərbələri ilə bədənin müxtəlif nahiyələrinə vurub döyərkən yaranmış səs-küyə çoxlu sayda şəxslərin ətrafa toplaşdığını, bu zaman Təqsirləndirilən şəxs2 da küçəyə çıxıb onlara yaxınlaşdığını, Saxavətin onun barəsində həqiqətə uyğun olmayan sözləri, yəni qadınlarla əylənmək üçün qəsəbəyə gəlməsini deyərkən o, Zahidi ağsaqqal, ziyalı birisi zənn edib kömək məqsədi ilə ona sığınaraq deyilənlərin yalan olduğunu, taksi sürücüsü kimi müştəri götürmək üçün qəsəbəyə gəldiyini dəfələrlə Təqsirləndirilən şəxs2 desə də sonuncu onun heç bir sözünə məhəl qoymayıb Təqsirləndirilən şəxs1 qoşularaq uca səslə ünvanına təhqiramiz söyüşlər söyüb onun şəxsiyyətini təhqir etmiş, habelə gözləmədiyi halda qəfildən burun nahiyəsinə möhkəm bir yumruq zərbəsi və daha sonra üz nahiyəsinə bir dəfə sillə zərbəsi vurduğunu, Təqsirləndirilən şəxs1la birlikdə burnunu sındırdığını, ətrafdakı şəxslər araya girib zorla onu Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 əlindən alıb qaçmasına şərait yaratdıqlarını, yalnız bundan sonra nəqliyyat vasitəsini hadisə yerində qoyub qaçaraq uzaqlaşdığını, əks təqdirdə ona daha çox xəsarət yetirəcəklərini, yəni Təqsirləndirilən şəxs2 onu müdafiə edib Saxavətin əlindən almaqla bağlı heç bir hərəkət etmədiyini Təqsirləndirilən şəxs2 üzünə qarşı deyərək sonuncunu ifşa etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 28 may 2023-cü il tarixdə yaşadığı evin qarşısında dalaşmağa xarakterik səs-küy eşidib çölə çıxdığını, həmin vaxt Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxsla dalaşaraq ünvanına nalayiq söyüşlər söyməsini gördüyünü, bu hərəkətlərin onun ailə üzvlərini narahat etdiyinə görə dağılışıb ordan uzaqlaşmalarını tələb etdiyini, lakin heç kimin onun sözünə qulaq asmadığına görə dalaşan şəxslərin özlərini yığışdırmaları üçün ərkyanə Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs hər birinə bir sillə zərbəsi vurduğunu, başqa heç bir qanunsuzluq etmədiyini, Zərərçəkmiş şəxs ünvanına heç bir söyüş söymədiyini və yumruqla vurmadığını, yəni sonuncunun burnunu kimin vurub sındırdığını bilmədiyini göstərsə də, Təqsirləndirilən şəxs1 istintaqa verdiyi ifadəsini tam şəkildə təsdiq edərək Təqsirləndirilən şəxs2 tamamilə yalan danışdığını, hadisə vaxtı Hamletlə onu aralamağa və onları sakitləşdirməyə çalışmadığını, əksinə ona qoşularaq uca səslə Hamletin ünvanına təhqiramiz söyüşlər söydüyünü və burun nahiyəsinə iki dəfə yumruqla vurduğunu, burun sınığı xəsarətini məhz Təqsirləndirilən şəxs2 yetirdiyini sonuncunun üzünə qarşı deyərək sonuncunu ifşa etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs2 ilə Şahid2 arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, Şahid2 hadisə vaxtı dava-dalaşa tam yaxın dayandığını, Təqsirləndirilən şəxs2 həmin mübahisə zamanı heç kəsi sakitləşdirmədiyini, əksinə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 ağsaqqal bilib yaxınlaşdıqda sonuncunun üz nayihəsinə bir dəfə yumruq zərbəsi vurduğunu, Zərərçəkmiş şəxs bu zərbədən büdrədiyini, həmçinin küçədə “bu adam buraya qurumsaqlığa gəlib, oğraşlığa gəlib” kimi ifadələr işlətdiyini və Zərərçəkmiş şəxs ünvanına təhqiramiz söyüşlər söydüyünü Təqsirləndirilən şəxs2 üzünə qarşı deyərək sonuncunu ifşa etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 314 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşağıdakı xəsarət aşkar edilmişdir. Tənəffüsün pozulması ilə müşayiət olunan burun sümüyünün sınığı, sağ alt göz qapağında qançır, burunun yumşaq toxumalarının qançır və şişkinliyi, burun tini üzərində sıyrıq - küt əşyanın (əşyaların) təsirindən törənmişdir, xəsarətlərin yerləşmə lokalizasiyasını nəzərə alaraq göstərmək olar ki, xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyil, kənar şəxs (şəxslər) tərəfindən yumruqla-təpiklə yetirilə bilərdi. Xəsarətin yetirilmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə - tənəffüsün pozulması ilə müşayiət olunan burun sümüyünün sınığı - sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya, digər qançır və sıyrıq xəsarətləri isə sağlamlığın pozulmasına səbəb olmadığından dərəcəsi təyin edilməyən xəsarətlərə aiddir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş təkrar məhkəmə tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, T 56/2024 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşağıdakı xəsarət aşkar edilmişdir. Zərərçəkmiş şəxs burun tənəffüsünün pozulması ilə müşayiət edilən burun sümüyünün sınığı, sağ alt göz qapağında qançır, burunun yumşaq toxumalarının qançır və şişkinliyi, burun tini üzərində sıyrıq olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşya (əşyaların) təsirindən törənmiş, yumruq və təpiklə həmin nayihələrə yetirilən zərbələrin nəticəsində qərarda göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi. Dərəcəsinə görə burun tənəffüsünün pozulması ilə müşayiət edilən burun sümüyünün sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir, digər xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs etibarnamə əsasında idarə etdiyi “Mersedes Benz 190” markalı ** UA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sağ yan və sol yan güzgülərinin sındığı, ön sağ qapı, sağ ön qanad və sol arxa qanadın əzildiyi aşkar edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli, 08 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs etibarnamə əsasında idarə etdiyi “Mersedes Benz 190” markalı ** UA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 484 (dörd yüz səksən dörd) manat maddi ziyan dəymişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərin götürülməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və “Ekspress Taksi *0222” şirkətindən daxil olmuş elektron sistemdən çıxarılmış sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə saat 22:13-də Ağcabədi rayonu Taxta-körpü 552 saylı qəsəbə ərazisindən 5 (beş) manat müqabilində müştəri (**********) sifarişi qəbul etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olan tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışlar. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Laçın rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli, 181 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 konsultativ poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetində dispanser qeydiyyatına alınmamışlar. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Laçın rayon İHB-nın Daşlı kənd İƏDsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Ağcabədi rayonu Taxta Körpü məcburi köçkün qəsəbəsində müvəqqəti məskunlaşmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Laçın rayon İHB-nın Taxta Körpü qəsəbəsi İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2, həyat yoldaşı X4 və üç nəfər yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə Ağcabədi rayonu Taxta Körpü 552 saylı qəsəbə ev 194-də müvəqqəti yaşayır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş iki ədəd xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış və iş yerləri üzrə müsbət xarakterizə olunur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 müharibə veteranıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Laçın rayonundan olan məcburi köçkündür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs idarə etdiyi “Mersedes 190” markalı **-UA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi maddi sübut kimi tanınmaqla saxlanc üçün sahibi Zərərçəkmiş şəxs qaytarılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən Laçın RPŞ-nə və məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli ərizələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 və 221.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə zərərçəkmiş şəxsdir. Bununla əlaqədar olaraq bildirir ki, ona dəymiş ziyanı Təqsirləndirilən şəxs1 tam ödəmişdir. Ona dəymiş ziyanın Səxavət İsmayılov tərəfindən ödənilməsinə baxmayaraq o, Təqsirləndirilən şəxs1 ilə yanaşı, digər təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 ilə də barışmışdır və təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur. Odur ki, qeyd etdiklərinin nəzərə alınaraq hər iki təqsirləndirilən şəxs barəsində CM-nin 127.1-ci maddəsi ilə iş üzrə icraata xitam verilməsini və CM-nin 221.2.1-ci maddəsi ilə isə təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 05 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrində özünümüdafiə kimi göstərdikləri xüsusatların sübut növü kimi qəbul edilməməsi, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddələrdə nəzərdə tutulan ittihamın elan edilməsi, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddələrdə nəzərdə tutulan ittihamın elan edilməsi, Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınmasının nəzərə alınması, cinayət işi üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özünümüdafiə kimi qiymətləndirilməyən ifadələrinin, zərər çəkmiş şəxs və şahidlərin ifadələrinin, ekspert rəylərinin, istintaq hərəkəti protokollarının, həmçinin cinayət işinə əlavə edilmiş digər sənədlərin sübut növü kimi qiymətləndirilməsi, iş üzrə “Mersedes 190” markalı **-UA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin maddi sübut qismində tanınmasının nəzərə alınması, ciinayət işinin başlanması rədd edilmiş xüsusatlarla bağlı materialların ayrılaraq Laçın RPŞ-nin arxivində saxlanılması, qərar barədə maraqlı şəxslərə məlumatın verilməsi və qəbul edilmiş qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. Bundan əlavə məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 öz müdafiəsi üçün gətirdiyi dəlillər də araşdırılmışdır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ifadəsində hadisə vaxtı Zərərçəkmiş şəxs ünvanına təhqiramiz söyüşlər söyməsini, əl və ayaq zərbələri ilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə vurmaqla döydüyünü etiraf etsə də, Zərərçəkmiş şəxs burun nahiyəsinə heç bir zərbə vurmadığını, yəni burun sınığı xəsarətinin onun tərəfindən yetirilmədiyini, nəqliyyat vasitəsinə yumruq və təpiklə vurub ehtiyyat hissələrini zədələməsini xatırlamadığını göstərmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi bu xüsusatlar araşdırılmış və yuxarıda şərh olunan toplanmış sübutlar, həmçinin işin faktiki halları ilə tam təkzib edilmişdir. Belə ki, iş üzrə toplanmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 baş vermiş hadisə vaxtı alkaqollu içkinin təsirindən sərxoş halda olmaqla heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxsla mübahisə edərkən sonuncunun ünvanına uca səslə təhqiramiz söyüşlər söymüş, sonradan baş verən dava-dalaş zamanı əl və ayaq zərbələri ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr, o cümlədən burun nahiyəsinə də yumruq zərbəsi vurmaqla bir qrup şəxs halında Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmuş və qeyd olunan nəqliyyat vasitəsinin ehtiyyat hissələrinə təpik və yumruq zərbələri vurub Zərərçəkmiş şəxs əmlakını zədələyərək bir qrup şəxs halında xuliqanlıq törətmişdir. Buna görə də Təqsirləndirilən şəxs1 bu barədə ifadəsində göstərdiyi xüsusatlar işin obyektiv hallarına uyğun gəlmədiyi üçün özünümüdafiə kimi qiymətləndirilməklə sübut növü kimi qəbul edilməməlidir. Həmçinin Təqsirləndirilən şəxs2 da öz müdafiəsi üçün gətirdiyi dəlillər də araşdırılmışdır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ifadəsində hadisə vaxtı Zərərçəkmiş şəxsla heç bir mübahisə etmədiyini və dalaşmadığını, sonuncunun ünvanına heç bir təhqiramiz söyüşlər etmədiyini, burun nahiyəsinə heç bir zərbə vurmadığını, yalnız evinin qarşısında baş verən dava-dalaşın qarşısını almaq üçün ərkyana Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs hərəsinə bir sillə zərbəsi vurduğunu, bu zərbədən də Zərərçəkmiş şəxs burnunun sınmasının qeyri-mümkün olduğunu göstərmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi bu xüsusatlar da araşdırılmış və yuxarıda şərh olunan toplanmış sübutlar, həmçinin işin faktiki halları ilə tam təkzib edilmişdir. Belə ki, iş üzrə toplanmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 yaşadığı evdən çölə çıxdıqdan sonra Zərərçəkmiş şəxs qəsəbəyə gəliş səbəbi barədə dəfələrlə izah verməsinə baxmayaraq onun dediklərinə əhəmiyyət verməyib Təqsirləndirilən şəxs1 qoşularaq uca səslə Zərərçəkmiş şəxs təhqir etmiş, daha sonra isə onun burun nahiyəsinə möhkəm bir yumruq, üzünün digər nahiyələrinə isə bir sillə zərbəsi vurmaqla qir qrup şəxs halında Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmuş və bir qrup şəxs halında xuliqanlıq törətmişdir. Buna görə Təqsirləndirilən şəxs2 bu barədə ifadəsində göstərdiyi xüsusatlar işin obyektiv hallarına uyğun gəlmədiyi üçün özünümüdafiə kimi qiymətləndirilməklə sübut növü kimi qəbul edilməməlidir. Eyni zamanda Laçın Rayon Məhkəməsinin 17 sentyabr 2024-cü tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət təqibinə xitam verilməsi və onların həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməsi də qərara alınmışdır. Beləliklə, Laçın Rayon Məhkəməsinin 17 sentyabr 2024-cü tarixli qərarı nəzərə alınmaqla və göstərilən sübutlarla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsirləri tam sübuta yetirilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Laçın Rayon Məhkəməsinin 17 sentyabr 2024-cü tarixli qərarı nəzərə alınmaqla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş müvafiq cəza ilə cəzalanmalıdırlar. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə sadalanan qanunvericilik normalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlikəlilik dərəcəsini, təqsirləndirilənlərin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə xüsusi ilə vurğulayır ki, qanuni, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərir, onun, həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarşısını alır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sayəsində mühüm vasitədir. Məhkəmə Təqsirləndirilən şəxs1 cinayəti qismən etiraf edib səmimi peşman olduğunu, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, həmçinin məcburi köçkün olmasını və məhkumluğunun olmamasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinin tələblərinə əsasən işdə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş işdə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cinayəti qismən etiraf edib səmimi peşman olduğunu, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, həmçinin məcburi köçkün olmasını və məhkumluğunun olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almaqla onu xarakterizə edən halları tədqiq edərək, bundan başqa işin konkret hallarını, törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini də nəzərə alaraq onun islah olunması üçün təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən nisbətən az ciddi cəza növünün-azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza növü ilə cəzanın məqsədini təmin etmək mümkündür. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunu tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CPM-nin 346.1.20-346.1.22-ci maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 müharibə veteranı olmasını, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, yaşayış və iş yerləri üzrə müsbət xarakterizə olunmasını, himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını və məhkumluğunun olmamasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinin tələblərinə əsasən işdə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş işdə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 müharibə veteranı olmasını, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, yaşayış və iş yerləri üzrə müsbət xarakterizə olunmasını, himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını və məhkumluğunun olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almaqla, onu xarakterizə edən halları tədqiq edərək, bundan başqa işin konkret hallarını, törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini də nəzərə alaraq onun islah olunması üçün təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən nisbətən az ciddi cəza növünün-azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza növü ilə cəzanın məqsədini təmin etmək mümkündür. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, eyni zamanda Təqsirləndirilən şəxs2 işlədiyi Azərbaycan Respublikası TƏBİB-nin “Laçın Rayon Mərkəzi Xəstəxanası” X8 həm Ağcabədi rayonu ərazisində, həm də ki, Laçın rayonu ərazisində fəaliyyət göstərdiyini nəzərə alaraq, həmçinin onun üzərinə Ağcabədi və Laçın (Ağcabədi rayonu ərazisində yerləşən iş yerindən (Azərbaycan Respublikası TƏBİBnin “Laçın Rayon Mərkəzi Xəstəxanası” X9) Laçın rayonunun ərazisinə yerləşən iş yerinə (Azərbaycan Respublikası TƏBİB-nin “Laçın Rayon Mərkəzi Xəstəxanası” X9) gedərkən Ağdam, Xocalı, Şuşa rayonlarının və Xankəndi şəhərinin ərazisindən istifadə etmək hüququ verilməklə) rayonlarını tərk etməmək vəzifələrinin qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CPM-nin 346.1.20-346.1.22-ci maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin edilməsi nəzərdə tutulan bu cəza növləri cəzanın əsas məqsədini təmin edir. Cinayət işi üzrə maddi sübut qismində tanınmış “Mersedes 190” markalı **-UA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sahibi Zərərçəkmiş şəxs sahibliyində saxlanılmalıdır. Həmçinin, məhkəmə qeyd edir ki, ibtidai istintaq dövründə iş üzrə Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın Təqsirləndirilən şəxs1 tərəfindən tam ödənilməsi həyata keçirilmişdir. İş üzrə mülki iddia, məhkəmə xərci, üzərinə həbs qoyulmuş əmlak və xüsusi müsadirə yoxdur. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı və 381-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunu tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Ağcabədi rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi və Laçın (Ağcabədi rayonu ərazisində yerləşən iş yerindən (Azərbaycan Respublikası TƏBİB-nin “Laçın Rayon Mərkəzi Xəstəxanası” X9) Laçın rayonunun ərazisinə yerləşən iş yerinə (Azərbaycan Respublikası TƏBİB-nin “Laçın Rayon Mərkəzi Xəstəxanası” X9) gedərkən Ağdam, Xocalı, Şuşa rayonlarının və Xankəndi şəhərinin ərazisindən istifadə etmək hüququ verilməklə) rayonlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Ağcabədi rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut qismində tanınmış “Mersedes 190” markalı **-UA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sahibi Zərərçəkmiş şəxs sahibliyində saxlanılsın. İş üzrə mülki iddia, məhkəmə xərci, üzərinə həbs qoyulmuş əmlak və xüsusi müsadirə yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Laçın Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) gün başa çatdıqdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №1(047)-6/2024
Laçın Rayon Məhkəməsi Hökm — İş №1(047)-6/2024
17.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver