Məhkəmə qərarları › İş №1(047)-6/2025

Laçın Rayon Məhkəməsi Hökm — İş №1(047)-6/2025

26.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Laçın rayonu İş № 1(047)-6/2025 26.11.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, Dövlət ittihamçısı, zərər çəkmiş şəxsin hüquqi varisi X4, onun nümayəndələri və eyni zamanda vəkilləri Müdafiəçi2, Müdafiəçi3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, Ağcabədi şəhərində, 26 noyabr 2025-ci il tarixdə, məhkəmənin inzibati binasında, xx.xx.1989-cu ildə Neftçala rayonu, Xıllı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-də operator vəzifəsində işləyən, Neftçala rayonu, Xıllı qəsəbəsində pasport qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Aparılmış ibtidai istintaqla müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan ölümünə səbəb olmuşdur. Belə ki, o, ünvan 2 ünvanında təsis edilmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində 11 mart 2022-ci il tarixdə dövlət qeydiyyatdan keçməklə işğaldan azad edilmiş ərazilərdə tunellərin və körpülərin tikintisi işinin aparılması, bu tikintilərə tələb olunan betonun təmin edilməsi üçün beton istehslı fəliyyətini həyəta keçirən "xxxx" MMC (VÖEN: **********) ilə bağlanılmış 09 aprel 2024-cü il tarixli əmək müqaviləsi əsasında şirkətin Laçın rayonunun Pircahan kəndi ərazisində fəaliyyət göstərən beton istehsalı zavodunda fəhlə kimi işləyib qeyd olunan şirkət üzrə 03 iyul 2024-cü il tarixli, 357/3 nömrəli əmrlə həmin beton zavodun operatoru vəzifəsi həvalə edilməklə, həmin vəzifəni icra edərkən, iş prosesi (beton istehsalı) zamanı, əməyin mühafizəsi və bütün təhlükəsizlik qaydalarına riayət edilməsi vəzifəsi həvalə olunmuş şəxs kimi "xxxx" MMCnin direktoru tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli “İş, istehsalat və təsərrüfat sahələrində peşə və iş növlərinə dair ƏM TT İET” üzrə təlimatlar toplusunun “Beton qarışıqlarının istehsalı zavodlarında qatqıqarışdırcı qurğunun qollarının, şneklərinin, mikserlərinin təmizlənməsi zamanı əməyin mühafizəsinə olan təhlükəsizlik tədbirləri”nə əsasən beton qarışdıran qurğunun qollarının, şneklərin (pərlərin) təmizlənməsi zamanı həmin qurğuya elektrik cərəyanın verilişini dövrə kəsici (rubilnik) vasitəsi ilə kəsməli, daha sonra təmizlik işlərini aparacaq fəhlələr tərəfindən betonqarışdırıcının sağ küncündə olan bloklayıcı qəza siqnal (stop) düyməsinin işə salınmasına əmin olduqdan sonra təmizləmə işlərinin başlanmasına icazə verməli, təmizləmə işləri başa çatmayana qədər həmin yerdə durmalı və kənar şəxslərin oraya yaxınlaşmasına icazə verməməli, beton qatqıları tam təmizləndikdən sonra bu barədə həmin işçilər tərəfindən xəbər verildikdən sonra beton qarışdırıcı qurğunu işə salmalı olduğu halda, bu tələblərə əməl etməyib, habelə “DÜST 12.3.003-91 İstehsalat avadanlıqları, Ümumi təhlükəsizlik tələbləri, Dövlətlərarası standart”-ın 2.3.12 və 2.4.3-cü bəndlərinin, yəni, elektrik enerjisi verilişinin tam və ya hissəvi dayandırılması və yenidən bərpa edilməsi təhlükəli vəziyyətlərinin yaranmasına gətirib çıxarmamasına, həmçinin qoruyucu mühafizə vasitələrinin təsiri (fəaliyyəti) təhlükəli və ya zərərli istehsalat faktorlarının təsir etməsinin mümkünlüyü tam aradan qalxmayana qədər dayandırılmamasına dair tələblərinə riayət etməyib xx.xx.2024-cü il tarixdə həmin şirkətə məxsus Laçın rayonunun Pircahan kəndində yerləşən beton istehsalı zavodundakı beton qarışdırıcı qurğunun təmizlənməsi zərurəti yaranarkən ilkin mərhələdə qurğunun fəaliyyətinin dayandırılması ilə bağlı texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət edib həmin gün saat 07:40 dəqiqədə beton qarışdıran qurğunun elektrik cərəyanı verilişini xidməti otağındakı dövrə kəsici (rubilnik) vasitəsi ilə kəsib təmzilik işlərinin aparmasına təhlükəsiz şərait yaradılmasını təmin etsə də, sonradan həmin avadanlığın işə salınması mərhələsində xidməti vəzifələrini müvafiq tələblərə uyğun icra etməyərək beton qarışdıran qurğunun qollarının, şneklərin (pərlərin) təmizlənməsi və digər texniki qulluqların edilməsi ilə bağlı müvafiq işləri yerinə yetirən "xxxx" MMC ilə bağlanılmış 08 avqust 2024-cü il və xx.xx.2024-cü il tarixli əmək müqavilələrinə əsasən fəhlə işləyən X9 və Şahid3 tərəfindən təmizlik işləri görülən zaman əlavə təhlükəsizlik tədbiri kimi qurğunun sağ küncündə olan bloklayıcı qəza siqnal (stop) düyməsinin fəhlələr tərəfindən işə salınmasına əmin olmadan təmizləmə işlərinin başlanmasına icazə vermiş, daha sonra işlərin bitməsini gözləməyib saat 09:46-da xidməti iş yerini tərk edib oradan uzaqlaşmış, bir neçə dəqiqədən sonra, yəni saat 09:48-də geri qayıdarkən isə diqqətini işdən yayındırıb əlindəki mobil telefonla məşğul olub bu zaman beton qarışdırıcı qurğuda təmizləmə işlərini görən fəhlələrin işlərini bitirib-bitirməmələrinə, qurğunun içərisindən çıxıb-çıxmamalarına diqqət etməmiş, habelə bunu lazımi qaydada yoxlamamış, yəni öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ya ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, bunları görməyib, cinayətkarcasına etinasızlıq göstərərək, sadəcə təmizlik işlərinin başlanmasından iki saata yaxın müddətin keçməsinə arxayın olub bu işlərin bitməsi qənaətinə gəlib təmizlik işlərindən sonra qurğunun içərisində yığılmış beton qalıqlarını çölə tullamaq üçün qurğunu işə salmaq qərarına gəlib bu məqsədlə xidməti otağında olan dövrə kəsicini (rubilniki) qoşub beton qarışdıran qurğuya elektrik cərəyanı verilişini bərpa etdikdən sonra xidməti kompüterində qəza siqnal işığının yanmadığını görüb heç bir əsaslı səbəb olmadan təmizlik işlərini görən fəhlələrin yəqin onun xidməti otaqda olmadığı vaxt işlərini bitirib getmələri, bu zaman bloklayıcı qəza siqnal (stop) düyməsini söndürmələri qənaətinə gələrək, saat 09:49-da xidməti istifadəsində olan kompüterdə müvafiq əmr verib beton qarışdırıcı qurğunu işə salmış, bu hərəkətləri ilə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarını pozmuş, bunun nəticəsində qurğunun pərləri (şnekləri) hərəkətə gəlib sürətli şəkildə fırlanıb həmin vaxt qurğunun içərisində təmizlik işlərini görən Elgün Əhmədovun döş qəfəsinə zərblə dəyib öz hərəkəti istiqamətində qurğunun daxilidə fırladıb müxtəlif ehtiyat hissələri arasında sıxaraq yetirilmə anında insan həyatı və sağlamlığı üçün təhlükəli olan, sağlamlığa ağır zərərvurmaya aid döş qəfəsinin açıq küt travması - sağda köprücük sümüyünün və İ-İİ-İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ qabırğaların fraqmentləri yerini dəyişmiş açıq sınığı, ağ ciyərin sağda cırılmaları, sağ tərəf hemotoraks (plevra boşluğuna qan yığılması), bədən səthinin çox saylı sıyrıqları, daxili üzvlərin venoz azqanlılığı kimi xəsarətlər almasına səbəb olaraq, qabırğaların çoxsaylı sınması, ağciyərin çırılmaları nəticəsində baş vermiş çoxlu qanitirmə və travmatik-hemorragik şokdan-ehtiyatsızlıqdan Elgün Əhmədovun hadisə yerində ölümünə səbəb olmuşdur. Bununla da, ibtidai istintaq orqanının gəldiyi nəticəyə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 162.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Neftçala rayonu, Xıllı qəsəbəsində yaşayır. Əvvəllər ayrı-ayrı yerlərdə fəhlə kimi işləyib ailəsini dolandırmışdır. Hadisə olan günü səhər saat 06-radələrində Elgün Əhmədov, o və iki nəfər fəhlə ilə gəlib yeməkxanada yemək yemişlər. Sonra saat 07-yə qalmış onlar zavoda gedərək orada müəyyən işlər görmüşlər. Bundan sonra saat 08-09 radələrində o, beton vermiş və bundan sonra isə otağa gəlmişdir. Yəni fəhlələrdən Elgün və Yaqubun beton qarışdıran qurğunu təmizləmələri üçün getməsindən onun xəbəri olmamışdır. Beton qarışdıran qurgunu təmizləmələrini Elgün və Yaquba o, deməmişdir. O, otaqda çay içmiş, hardasa saat 08-09 radələrində əlində telefon otaqdan kənara çıxıb ev ilə danışmışdır. Yəni Elgün və Yaqubun beton qarışdıran qurgunun içərisində olduğunu o, bilməmiş və buna fikir verməmişdir. Bundan sonra otağa girmiş və orada aşağıdakı qırmızı işığın yanmasını görməmişdir. Daha sonra düyməni təmizləmə niyəti ilə vurmuş və bundan sonra Yaqubun qışqırıq səsini eşitmişdir. Yaqub “saxla, saxla oldü” deyə qışqırmış və o, da düyməni söndürüb dövrə kəsicini (rubilniki) ayırıb qaçaraq yuxarı çıxmış və sonra da qaçıb qışqıraraq kömək istəmişdir. Bundan sonra həkim gəlmiş və Elgün Əhmədovu müayinə edərək onun artıq öldüyünü bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq monitor arxasında oturduğunu, beton verildikdən sonra aparatın içində qalan qırıqların təmizlənərək sonra su ilə yuyulduğunu, bu prosesin hər gün belə olduğunu, səhər-səhər fəhlələrlə görüşdüyünü, bundan sonra çay içmək üçün yerə getdiyini, sonra fəhlələrin, yəni Elgün və Yaqubun beton qarışdıran qurğunu təmizləməyə getdiyini və bundan onun xəbərinin olmadığını, Elgün və Yaqubun beton qarışdıran qurğunu təmizləyib qurtardığını düşündüyünü, yuxarıdakı düyməni sıxanda aşığıda qırmızı işığın yandığını və aşağıdakı düyməni nə qədər sıxsan da işləmədiyini, qırmızı işıq yanmadığı üçün yuxarıda heç kimin olmamasını fikirləşdiyini, onları Şahid1 təlimatlandırdığını, lakin həmin günü Şahid1 onları təlimatlandırmadığını, hadisə baş verən vaxtı dövrə kəsicini (rubilniki) söndürmədiyini, beton olmayanda gəlib çay içə bildiyini, iş vaxtı otağı tərk etməli olmadığını, o, olduğu otağa başqa şəxsin girməsinin qadağan olunduğunu, Orxanın o, olduğu otağa girdiyini, Orxanın sementin qaiməsi olanda gətirib ona verdiyini, Orxan gələndə əlində kağız olub-olmamasını bilmədiyini, hadisəni tam xatırlamadığını, istintaqa ifadə verəndə daha yaxşı xatırladığını, həmin vaxt beton vermədiyini, sementin gəldiyini və sementi yuxarı vurmaq üçün çölə çıxdığını, lakin mobil telefonla danışmaq üçün çölə çıxmadığını, mobil telefonla çay içdiyi yerdən gələndə danışa-danışa gəldiyini, monitorda qırmızı işıq yanmadığı üçün yuxarıda işləyənin olmadığından əmin olduğunu, səhər-səhər beton verildiyi üçün düyməni vurduğunu, beton verildiyi üçün beton qarışdıran qurğunun təmizlənməli olduğunu, beton verildikdən sonra fəhlələrin beton qarışdıran qurğunu təmizləməyə getdikdən sonra onun otağa gəldiyini, mobil telefonla evlə danışdığı üçün Elgün və Yaqubun yuxarı gedib-getməməsi ilə maraqlanmadığını və buna fikir vermədiyini, Elgün və Yaqubu beton qarışdıran qurğunu təmizləməyə onun göndərmədiyini, stop düyməsinin basılmasına onun əmin olmalı olduğunu, Elgün və Yaqubun beton qarışdıran qurğunu təmizləyərək orada müvafiq işlərin görülməsinə əmin olmadığını, Dünyamalı adlı şəxsin kimisə işə düzəltməsindən məlumatının olmadığını, onun kimisə işə düzəltməsi ilə bağlı maraqlanmadığını, Dünyamalının zavoda gedib-gəldiyini, Elgünü əvvəllər tanımadığını, Elgünlə iki gün idi ki, yoldaşlıq etdiklərini və gecə birlikdə domino oynadıqdan sonra saçını Elgünün qırxdığını, Elgünün heç kimlə mübahisəsinin olmadığını, Elgünün zavodda fəhlə kimi işlədiyini və operator olması ilə bağlı fikrinin olmadığını, zavoda gecə də beton verildiyini, beton qarışdıran qurğunun ondan qabaqkı gün də gecəgündüz işlədiyini, Elgünlə onun arasında heç bir narazlığın olmadığını, beton qarışdıran qurğunu işə salarkən yuxarıdan siqnal səsinin gəlmədiyini və onun həmin səsi eşitmədiyini, niyə siqnal səsinin gəlməməsini bilmədiyini, Orxanın köhnə işçi olduğu üçün beton qarışdıran qurğunun ona tapşırıldığını, stajlı fəhlə olmasına dair Orxanın heç bir sənədinin olmadığını, zavod yaxşı işləməyəndə onun Orxanı otağa qoyub gedib yuxarıdan beton qarışdıran qurğunun işləməsi üçün həmin qurğunun qapağını açdığını və Orxana monitora baxmasını dediyini, başqa heç nəyə görə Orxanın otağa girmədiyini, təhlükəsizliyin təmin olunmasına Şahid1 baxdığını, düyməni vuranda Yaqubun qışqırdığını, düyməni beton qarışdıran qurğunu təmizləmək üçün vurduğunu, dövrə kəsicini (rubulniki) hadisədən sonra söndürdüyünü, orada kimsənin olmasından əmin olmadığını, təhlükəsizlik ilə bağlı onlara təlimatların keçirildiyini, təlimatlara əsasən dövrə kəsicinin (rubilnikin) sönməli olduğunu, rubilniki söndürməyin onun vəzifəsi olduğunu, yuxarıda fəhlələr tərəfindən blok düyməsinin basılmasına əmin olmadığını, bloklayıcı düyməsinin işığının yanmadığını, Şahid1 işinin onları təlimatlandırmaq olduğunu, həmin gün Şahid1 onları təlamtlandırdığını, Rəşadın hadisəni eşidən kimi gəldiyini, Yaqubun qışqırıq səsini eşidən kimi çölə çıxaraq və dərhal da qayıdıb 5 saniyə sonra qurğunu söndürdüyünü, bundan sonra yuxarı hadisə yerinə qalxdığını, Elgün ilə münasibətinin əla olduğunu, gündəlik iş reşimi olduğu üçün beton qarışdıran qurğunun hər gün təmizləndiyini, içəridə stop düyməsinin vurulmasını görmədiyi üçün düyməni vurduğunu, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, fəhlələrin yuxarıda olmasına fikir vermədiyini, düymənin opratorun otağında yerləşdiyini, qırmızı işığın yanmasını görməyərək təmizləmə düyməsini vurduğunu, operatorun otağından beton qarışdıran qurğunun olduğu yerin göründüyünü və orada heç kimi görmədiyini, hadisədən sonra Elgünü beton qarışdıran qurğudan çıxardıqlarını və həkimin gəlib Elgünü müayinə edərərək artıq öldüyünü bildirmişdir. Həmçinin o, törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini və iş üzrə digər yüngülləşdirici halları nəzərə alaraq məhkəmədən ona yüngül cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, hadisə baş verən vaxtı o, Bakı şəhərində olmuşdur. Hadisə ilə bağlı ona zəng gəlmiş və o da avtomobilə əyləşib təxminən 3 saatdan sonra Ağacabədi rayonuna gəlib çatmışdır. Burada da ona hadisə ilə bağlı məlumat verilmişdir. Bundan başqa X10 ona verilən suallara cavab olaraq ibtidai istintaqın aparılmasından narazı olduğunu, işin yenidən ibtidai istintaqa qaytarımasını, Elgünün ölümündə onun Dünyamalı Orucov adlı şəxsdən və Şahid11 şübhələndiyini, bu işdə Təqsirləndirilən şəxsla əlbir olan şəxsin Orxan olduğunu, bu barədə şübhələr onda ona görə yaranır ki, Pircahan qəsəbəsində əlavə zavod açılmalı olduğundan Orxanın da orada operator vəzifəsində işləmək istəyinin olduğunu, lakin Orxanın isə savadsız olduğuna görə onu da həmin yerə operator vəzifəsinə götürmək istəmədiklərini, qardaşı Elgünün də həmin zavoda operator vəzifəsinə düzəlmək məqsədi ilə gəldiyi üçün Dünyamalının qardaşına sözü olub ki, “sən biraz fəhlə kimi işlə sonra səni operator vəzifəsinə işə götürəcəyik” söylədiyini, hadisə ilə əlaqədar Orxanın onda videosunun olduğunu, Dünyamalı Orucovdan isə Elgünə operator vəzifəsini vəd verdiyi üçün ondan şübhələndiklərini, Orxanla Elgünün arasında mübahisənin olduğunu, həmçinin Təqsirləndirilən şəxs ifadələri arasında olan ziddiyətlərə görə ondan şübhələndiklərini, niyə Elgünün beton qarışdıran qurğunun içərisinə girən kimi Kərimin düyməni vurduğunu, Dünyamalı Orucovun orada müdir olduğunu, qardaşı Elgünün zavoda işləməyə gedəndə onu zavoda Abbas və Novruzəlinin apardıqlarını və zavodda onları Orxanın qarşılayıb Dünyamalının yanına apardığını, onların zavoda gedib iş yerinə baxıb qayıtdıqlarını, həmin günü Rabbilin də orada olduğunu, Şahid11 “Elgünün gəlib operator kimi işləyərək “mənim yolumu kəsəcəkdir” kimi fikirləşdiyini, Yaqubun “Orxanın bizə gedin beton qarışdıran qurğunu təmizləyin” dediyini, ona görə də Şahid11 və Dünyamalı Orucovdan şübhələndiyini bildirmişdir. Odur ki, o, Təqsirləndirilən şəxs əməlində daha agır cinayətin əlamətlərinin mövcudluğunun olması ilə əlaqədar cinayət işinə baxllmasına xitam verilməsi və təqsirləndirilən şəxsə (o cümlədən digər şəxsə) başqa ittihamın irəli sürülməsi məsələsinə baxlılması üçün işin ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən prokurora qaytarılması bərədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Yusub oğlu ifadəsində göstərmişdir ki, hadisə olan günü şirkətin 3 zavodu, biri Laçın rayonunun Qorçu kəndi ərazisində, biri Laçın rayonunun Ərikli kəndi ərazisində və o, biri də Laçın rayonunun Pircahan kəndi ərazisində fəaliyyət göstərirdi. Həmin zavodlardan dördüncüsü də Laçın rayonunun Tığıq kəndi ərazisində açılmalı idi. Hadisə olan günü o, Laçın rayonunun Qorçu kənd ərazisində tikilən aeroport üçün beton verirdi və saat 09:45 radələri olardı ki, şirkətdə sürücü işləyən Seymur adlı şəxs ona zəng edərək bildirdi ki, Pircahan kəndi ərazisində belə bir hadisə olmuşdur. Məsafə uzaq və torpaq yolu olduğu üçün o, təxminən 30-40 dəqiqə sonra hadisə yerinə çatmış və hadisənin necə baş verdiyini işçilərdən soruşmuşdur. Hadisənin necə olduğunu o, bilavasitə görməmişdir. Birdə ki, ərazidə müşahidə kameraları var, yəni o, ərazidə olan müşahidə kameralarından hadisə ilə bağlı məlumat əldə etmişdir. Bundan başqa X12 ona verilən suallara cavab olaraq həmin şirkətdə beton istehsalına baxdığını, Elgünün beton şöbəsinin işçisi, yəni onun işçisi olduğunu, işçiləri onun işə götürməli olmadığını, onun sadəcə işçinin lazım olması barədə şifahi təkliflərin verməli olduğunu, onun bu barədə təklifi kadrlar şöbəsinə verdiyini, bundan sonra kadrlar şöbəsindən ona işçi tapılmasının deyildiyini, sonradan Elgünü zavoda Süleyman adlı şəxsin gətirməsini eşitdiyini, Süleyman adlı şəxsin şirkətin sürücüsü olduğunu, ola bilər ki, Elgünün Dünyamalı ilə dost münasibətlərinin olduğunu, indi Dünyamalının hansı şəxs olmasını xatırladığını, onun işçinin peşəkar olmasını istədiyini, onun tələbinin işçi kimi fəhlə olduğunu, Elgünə kiminsə operator vəzifəsini söz verdiyini bilmədiyini, Elgünün portalı çıxmamış zavoda gəldiyini, onun Elgünün zavoda necə gəlməsindən xəbərinin olmadığını və bu barədə heçnə deyə bilməyəcəyini, hadisə yerinə gələndə orada Kərim, Yaqub, Rəşad, Orxan, Süleyman və Babaxan adlı işçilərin olduğunu, Təqsirləndirilən şəxs heç bir narazıçılıqlarının olmadığını, Kərimin şirkətdə qohumunun işlədiyini və ixtisasca mühəndis olaraq zavodda operator işlədiyini və şirkətin operatorlarının doxsan faizinə Kərimin qohumunun şifahi məlumat verərək “bu adam işləyə bilər və yaxud işləyə bilməz” dediyini, dördüncü zavodun açılışı məsələsinin bu gün də olduğunu, lakin həmin zavodun hələlik açılmadığını, onların işçini işə götürəndə ali təhsillilərə söz verirlər ki, “sən yaxşı işləsən səni irəli çəkəcəyik” dediyini, ümumiyyətlə bu sözün bütün işçilərə deyildiyini, onun bu şirkətdə 2012-ci ildə işə başlayanda anbardar kimi işlədiyini, şirkət tərəfindən yaxşı işçilərin irəli çəkildiyini, şirkətin Dünyamalı Orucov adlı işçisinin olmadığını və həmin şəxsin icarədar olduğunu, həmçinin maşınları ondan icarəyə götürdüklərini, həmin zavodda iş həcmi artdığı üçün işçi götürmək lazım olduğunu dediklərini, hər növbəyə 2 və ya 3 maşın beton verildiyini, işçilərin işçi götürmək üçün tanışlarının olduğunu, onlarda whatsapp qrupunun olduğunu və kadrları işə götürəndə orada işçini işə götürmək barədə qeydlər edildiyini, işçilərin kadrlar şöbəsi tərəfindən işə götürüldüyünü və həmin şöbənin də bunu rəsmiləşdirdiyini, onun Elgünü yaxşı işə götürəcəyi ilə bağlı ona vəd vermədiyini, öz işçilərindən Elgünün təhsilli şəxs olmasını və ona “bir müddət işlə özünü yaxşı göstərsən təqdimat verərik səni operator kimi işə götürərlər” deyilməsini eşitdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisə vaxtı o, ofisdə əyləşib sənədləri işləyirdi ki, birdən qışqırıq səsi gəldiyini eşitmiş, bundan sonra dərhal bayıra çıxarkən görmüşdür ki, hamı beton zavoda tərəfə qaçır və o da həmin istiqamətə tərəf qaçaraq hadisə yerinə gəlmişdir. Hadisə barədə ona bildirəndən sonra o, beton qarışdıran qurğunun yerləşdiyi yerə, yəni yuxarıya qalxmış və görmüşdür ki, Elgün qurğunun içərisindədir. Bundan sonra onlar qurğunun qapağını açıb Elgünü beton qarışdıran qurğunun içərisindən bayıra çıxartmışlar, sonra isə həkim gəlmiş və bildirmişdir ki, Elgün artıq ölmüşdür. Daha sonra polisə və təcili tibbi yardıma zəng edərək bu barədə məlumat vermişlər və onlar da hadisə yerinə gəlmişlər. Bundan başqa Şahid1 ona verilən suallara cavab olaraq zavodun təmizləmə işinin davamlı olaraq həyata keçirildiyini, yeni gələn işçilərə onun tərəfindən təlimatın verildiyini, zavodu təmizləməyə başlamazdan qabaq bunu işçilər və operator da bilir ki, orada dövrə kəsici (rubilnik) olur və zavod təmizlənəndə həmin dövrə kəsicinin (rubilnikin) sönməli olduğunu, onun zavodun ərazisində hər gün eyni yerdə ola bilmədiyini, zavod böyük olduğundan onun da sənədləşmə işlərinin olduğunu və ona görə də hər gün eyni yerə gedib-gələ bilmədiyini, hadisə baş verməmişdən qabaq orada olduğunu, yəni ofisdə işlədiyini, həmin günü səhərsəhər işçilərə təlimat keçmədiyini, təlimat elə bir şeydir ki, hər gün eyni şeyləri söyləməyin yaramadığını, misal üçün yeni işçinin birinci ofisə gəldiyini, sonra dəftərlərə qeydiyyata alındığını, müvafiq ölçülərin götürüldüyünü, misal üçün ayaqqabısı, gözlükləri və s. sonra isə təlimatlandırıldığını və daha sonra isə zavod işçisinə təhvil verildiyini, onun vəzifəsinin hər gün işçiləri təlamtlandırmaq olduğunu, amma hər gün təlimat keçə bilmədiyini, çünki, zavodun böyük olduğunu, şirkətin üç ədəd beton zavodu olduğunu və onun hər gün gedib həmin zavodlara baxmalı olduğunu ki, haradasa elektrik naqili açıqdır və yaxud haradasa bir təhlükə var və bu halların aradan qaldırmalı olduğunu, hadisə olan vaxt tunel 12-də iş getdiyini və o da müvafiq sənədləri hazırlayıb həmin yerə getməli olduğunu, sənədləri hazırlayan vaxt səs-küy gəldiyini, onun üç ədəd zavodda işləmədiyini, şirkətin təhlükəsizlik işləri üzrə mühəndisi işlədiyini, Kəlbəcər-Laçın yolunun üstündə şirkətin üç ədəd beton zavodunun, tunellərinin, yol sahəsinin və körpüsünün olduğunu və onun bunların hamısına nəzarət etməli olduğunu, bir gün qabaq orada olduğunu, həmin günü hadisə olan yerə əvvəlcədən getmədiyini, çünki hələ ofisdən çıxa bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsinin düz yazıldığını və ifadəni dəqiq oxuduğunu, operatorun vəzifə borcunun zavodu işə salmadan öncə yuxarıda heç kimin olmamasına əmin olmalı və bununla bağlı çıxıb yuxarı baxmalı və ya səslənməli olduğunu, təlimatlandırmanın hər gün olmadığını, əslində təlimatlandırmanın hər gün keçirilməli olduğunu, lakin təlimatlandırmanı fiziki olaraq çatdıra bilmədiyini, səhər saat 08:00-da işdə olduğunu, onun 24 saat işləyə bilmədiyini və onun da iş saatlarının olduğunu, əlavə işçi götürməyin şirkətin işi olduğunu, onun işlədiyi ofislə beton qarışdıran qurğunun arasının təxminən 30-50 metr olduğunu, mütəmadi olaraq təlimatların keçirildiyini və bununla bağlı da müvafiq dəftərlərə imza edildiyini və dövrə kəsicinin (rubilnikin) operator butkasının otağının arxasında olduğunu və təqsirləndirilən şəxsin dövrə kəsicini (rublnuki) söndürməli olmasının tələb olunan qayda olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, o, hadisə baş verən vaxtı bilavasitə hadisə yerində olmamışdır. Hadisə baş verən vaxt o, anbarda olmuş, orada olan vaxtı səs-küy eşitmiş, bundan sonra o, da hadisə yerinə yaxınlaşmış və görmüşdür ki, Elgün artıq rəhmətə getmişdir. Sonra onlar Elgünü beton qarışdıran qurğudan çölə çıxartmış, daha sonra həkim gəlmiş və o da artıq Elgünün rəhmətə getdiyini təsdiqləmişdir. Bundan sonra polisə və təcili yardıma zəng edərək bu barədə məlumat vermişlər və onlar da hadisə yerinə gəlmişlər. Əlavə olaraq bildirir ki, Elgün onun qohumudur, lakin əvvəllər onu tanımamışdır. Elgünü sonradan iş yerində tanımışdır. Bundan başqa Şahid11 ona verilən suallara cavab olaraq Elgünü Süleyman adlı şəxsin zavoda işləməyə gətirdiyini, Elgünün zavoda işləmək üçün necə gəldiyini, hansı şəkildə gəldiyini və hansı işdə işləmək üçün gəldiyini dəqiq bilmədiyini, Elgünün onunla münasibətlərinin çöx yaxşı olduğunu, Elgünlə iki gün bir otaqda qaldığını və onların arasında heç bir mübahisə olmadığını, Elgün rəhmətə gedəndən sonra bu halın ona pis təsir etdiyi üçün işdən çıxdığını, hadisə vaxtı anbarda olduğunu, bir türk vətəndaşının onu anbara çağıraraq ona kompüter göstərdiyini, hay-küy düşdükdən sonra qaçıb hadisə yerinə gedərək artıq Elgünün rəhmətə getdiyini gördüyünü, sonra beton qarışdıran qurğunun içərisinə girdiyini, hadisə yerinə gedərkən Kərimin dövrə kəsicini (rubilniki) söndürməsinə əmin olmaq üçün operatorun otağına girdiyini, zavodda çay içmək üçün yerin olduğunu, həmin vaxt özünə içməyə çay süzərkən hadisənin baş verdiyini və onun da dərhal hadisə yerinə getdiyini, anbardan çıxaraq çay içməyə gəldiyini, anbarda olarkən işçilərdən yanında heç kimin olmadığını, hamının onun konteynerdən hadisə yerinə gəldiyini bilməsini, həmin vaxt Kərimin otağına girməməsini və qapıdan baxıb çıxdığını, operatorun otağına kompüterin dayanıb-dayanmamasını görmək üçün baxdığını, bunun onun səlahiyyətinə aid olmasa da, lakin operatorun otağına baxdığını, hadisədən qabaq da operatorun otağına girdiyini və sözsüz ki, bunun onun vəzifəsi olmadığını, zavodda fəhlə işlədiyini, səs-küy olduğu üçün birinci operatorun otağına girdiyini, səs eşidən kimi nə baş verdiyini bilmədiyini, orada qışqırıq səsi gəldiyi üçün narahat olduğunu və ona görə də Kərimin otağına baxdıqdan sonra yuxarı hadisə yerinə qalxdığını, Təqsirləndirilən şəxs əvvəllər də zavodun işçisi kimi tanıdığını, Elgünü isə zavodda tanıdığını, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, hadisə baş verəndən sonra Elgünü beton qarışdıran qurğudan çıxardıb aşağı düşürdüklərini, hadisə yerinə hamıdan birinci özünün getdiyini, sonra həkimin gəlib Elgünü müayinə edərək artıq rəhmətə getdiyini, onun səhv edərək Kərimin otağına girdiyini, hadisə olan vaxt onun konteynerdə çay içilən yerdə olduğunu, yəni birinci anbarda olduğunu, sonra isə anbardan çıxıb konteynerə çay içilən yerə getdiyini, konteynerdə olanda onun yanında İman, Saleh və Seymurun olduğunu, lakin başqalarını xatırlamadığını, operatorun otağına girəndə hadisənin artıq baş verdiyini, konteyner ilə beton qarışdıran qurğunun arasının təxminən 50-100 metr olduğunu, operatorun otağına hadisədən qabaq da, sonra da girdiyini, operatorun otağına təxminən bir saat qabaq da girdiyini, onlara təlimat keçirildiyini, təlimatı Şahid1 keçirdiyini, həmin günü Şahid1 onlara təlimat keçdiyini, Elgünü onun qarşılayıb Rabbilin yanına apardığını, Dünyamalı adlı şəxsi tanıdığını, Dünyamalının zavodda maşını olduğunu, Elgünün dəqiq hansı işə götürülməsini bilmədiyini, lakin Elgünün zavoda fəhlə kimi gəldiyini və bundan sonra operator kimi işləyəcəyini, Elgünün özünün ona “mən zavoda fəhlə kimi gəlmişəm sonra da operator işləyəcəyəm” deməsini, Elgünün fəhlə kimi işlədikdən sonra operator kimi işləyəcəyinin Elgünə kimin tərəfindən deyilməsini bilmədiyini, Elgünü beton qarışdıran qurğuya işləmək üçün onun tərəfindən göndərilmədiyini, onların beton qarışdıran qurğunu təmizləmək üçün işə növbəli şəkildə çıxdıqlarını, Elgün ilə Yaqubun bir növbədə və İmanla da onun isə bir növbədə olduqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, hadisə olan vaxt orda olmamış və konteynerdə çay içilən yerdə olmuşdur. O, konteynerdə çay içən zaman pəncərənin yanındakı stolda oturmuş, bu zaman qışqırıq səsi gəlmiş, dərhal da hadisə yerinə qalxmış və görmüşdür ki, Elgün rəhmətə getmişdir. Bundan sonra onlar köməkləşib Elgünü beton qarışdıran qurğudan çıxarmışlar. Hadisə yerinə onun arxasınca Saleh, Seymur və ondan sonra isə çox adam gəlmişdir. Daha sonra həkim gəlmiş və o da bildirmişdir ki, Elgün artıq rəhmətə getmişdir. Bundan başqa Şahid6 ona verilən suallara cavab olaraq həmin günü Elgünlə bir yerdə işləməli olduqlarını, beton qarışdıran qurğunun hər gün təmizləndiyini, Elgünlə Yaqubun beton qarışdıran qurğunu təmizləyib çıxandan sonra Orxanla onun, ya da ki, Məcnunla onun qurğunun içərisinə girərək beton qarışdıran qurğunu köməkləşib təmizləyəcəklərini, onun Elgünü bir gün öncədən tanıdığını, Elgünün zavodda heç kimi tanımadığını, Elgünlə bir yerdə işləyəndə söhbətləşərək orada tanış olduqlarını, ibtidai istintaq zamanı ifadə verəndə konteynerdə kimlərin olmasını söylədiyini, yanında kimlərin olmasını düz dediyini və özünün də orada olduğunu, Elgünlə Yaqubun beton qarışdıran qurğunu təmizləmək üçün yuxarı qalxarkən onun da bir stəkan çay içib oraya gələcəyini söyləməsini, Yaqubun səsini eşitmədiyini, konteynerdə pəncərənin yanında oturduğunu, hadisə baş verəndə hadisə yerinə ondan qabaq Kərimin operator otağına qaçdığını və onun dalınca özünün hadisə olan yerə yuxarı çıxdığını, Kərimin onun yanında çay içdiyini, onların səhər yuxudan qalxandan sonra yemək yeyib, çay içib işə başladıqlarını, həmin günü onlara təlimat keçirilməsinin xatirinə gəlmədiyini, onların təlimatla bağlı müvafiq dəftərə imza etdikdən sonra işə başladıqlarını, hadisə olan yerə birinci Kərimin sonra isə özünün çıxdığını, hadisə yerinə ondan qabaq heç kimin çıxmadığını, Orxanı hadisə yerində görməsinin yaddaşında qalmadığını, Kərimin ondan əvvəl oz otağına getdiyini, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, Orxanın konteynerdə olmasının görməsini yaddaşında qalmadığını, hadisə vaxtı yuxarıda, yəni beton qarışdıran qurğunun yanında bircə Yaqubun olduğunu, Orxanın beton qarışdıran qurğunun içərisinə girməsinin yaddaşında qalmadığını, onun Kərimin operator otağına girmədiyini və Elgünə operator vəzifəsinin veriləcəyini eşitmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hadisə olan günü o, altı gün idi ki, həmin zavodda işləyirdi. O, beton qarışdıran qurğunun yağlanması və həmin qurğunun təmizlənməsi işini bildiyi üçün qeyd edilən qurğunun təmizlənməsini ona tapşırmışdılar. Hadisə olan günü beton qarışdıran qurğunu təmizləmək üçün o və onun arxasınca da rəhmətlik Elgün yuxarı çıxmışlar. Yuxarı çıxandan sonra o, həmin qurğunu yağlamağa başlamış, rəhmətlik Elgün isə beton qarışdıran qurğunun içərisinə girərək həmin qurğunu təmizləməyə başlamışdır. O, öz işini davam etdirməyə başlamış və iş təxminən 20-25 dəqiqə çəkmişdir. İşini qurtarıb direli götürüb o da beton qarışdıran qurğunun içərisinə keçmək istəyəndə birdən qurğu işə düşmüşdür. Bundan sonra o, həmin an qışqırmış və daha sonra isə qurğu dayanmışdır. Daha sonra orada işləyən işçilər hadisə yerinə gəlmiş və sonra bilinmişdir ki, beton qarışdıran qurğunun işə düşməsi nəticəsində rəhmətlik Elgün ölümcül yaralanmışdır. Bundan başqa Şahid3 ona verilən suallara cavab olaraq düyməni basıb beton qarışdıran qurğunun içərisinə keçməli olduqlarını, sonra həmin qurğudan çıxanda da düyməni vurub aşağı düşməli olduqlarını və bundan sonra qurğunu təmizlədikləri barədə operatora xəbər verməli olduqlarını, daha sonra təmizləmə işlərini operatorun özünün həll etməli olduğunu, Elgünün onun arxasınca beton qarışdıran qurğuya qalxdığını, Elgünü qurğunu təmizləməyə kimin göndərməsini bilmədiyini, onun öz işini yaxşı bildiyini, beton qarışdıran qurğunu təmizləyən fəhlələrin dörd nəfər olduğunu, Orxanın Elgünü beton qarışdıran qurğunu təmizləməyə göndərməsindən xəbərinin olmadığını, onun konteynerdə çay içmədiyini, onun beton qarışdıran qurğunu təmizləmək üçün yuxarı tək qalxdığını və arxasınca da rəhmətlik Elgünün gəldiyini, həmin günü əvvəldən operatoru görmədiyini, onun operatorun dövrə kəsicini (rubilniki) söndürməsini görmədiyini, düymənin basılmasını operatorun onlardan soruşmadığını, yuxarıdakı düymənin Elgün tərəfindən vurulmasını dəqiq bilmədiyini, lakin rəhəmətlik Elgünün əlini düyməyə uzatmasını gördüyünü, Elgünün beton qarışdıran qurğunun içərisinə tək daxil olduğunu və o, içəri keçmək istəyəndə isə beton qarışdıran qurğunun işə düşdüyünü, bundan sonra qışqırdığını və daha sonra isə Kərimin düyməni basaraq söndürdüyünü, Elgünün beton qarışdıran qurğunun içərisində tək işlədiyini, beton qarışdıran qurğuya ikisinin birdən daxil olmalı olduqlarını, rəhmətlik Elgünün ondan təxminən 15-20 dəqiqə qabaq qurğuya daxil olduğunu, o, içəri girmək istəyəndə isə beton qarışdıran qurğunun işə düşdüyünü, beton qarışdıran qurğunun neçə dəqiqəyə işə düşməsini bilmədiyini və bunu operatorun bilməli olduğunu, beton qarışdıran qurğu işə düşən kimi dərhal operatora məlumat verdiyini, rəhmətlik Elgünün ondan qabaq heç kimlə işləmədiyini, onun Elgündən qabaq həmin zavodda işlədiyini, həmin qurğunu təmizləməmişdən qabaq həmişə qəza düyməsini sıxıb sonra beton qarışdıran qurğunun içərisinə daxil olduqlarını, beton qarışdıran qurğunu təmizləyib çıxandan sonra qəza düyməsini təkrar sıxdıqlarını və həmin vaxtı operatorun qurğunun təmizlənib və fəhlələrin aşağı düşdüyünü bildiyini, beton qarışdıran qurğunu yağlamağa özünün getdiyini, Elgünün beton qarışdıran qurğunu təmizləməli olduğunu Elgünə kiminsə dediyini, həmçinin Elgünü kimin yuxarı göndərməsini bilmədiyini, onların növbədə dörd nəfər olduqlarını, rəhmətlik Elgün ilə onun bir və İmanla Orxanın da bir növbədə olduqlarını, beton qarışdıran qurğunu təmizləməyə səhər saat təxminən 08:00 radələrində başladıqlarını, yuxarıdakı düyməni rəhmətlik Elgünün basaraq içəri girdiyini, lakin ola bilsin ki, Elgünün düyməni tam basmadığını, çünki düymənin bir az möhkəm basılmalı olduğunu, onun beton qarışıdran qurğunu yağladığını Elgünün isə qurğunun içərisini təmizləməyə girdiyini, yuxarıdan baxanda operatorun otağının göründüyünü, operatorun içəridə olmasına dəqiq fikir vermədiyini, Elgünün beton qarışdıran qurğunun içərisində direl ilə işlədiyini, direlin səsinin möhkəm çıxdığını və beton qarışdıran qurğunu təmizləmək üçün yuxarı çıxanda düyməni basmağın onların işi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, hadisə vaxtı o, gecə növbəsində olduğu üçün Şahid5lə eyni otaqda yatmışdır. Hadisə baş verən epizodlarda o, olmamışdır. Hadisə baş verdikdən sonra Kərim gəlib onu çağırmış və o da hadisə yerinə gedən vaxtı Elgün artıq rəhmətə getmişdir. Bundan başqa Şahid4 ona verilən suallara cavab olaraq onun Elgünü traktorun konu ilə götürüb yerə qoyduğunu, Kərimi bir iş yoldaşı kimi tanıdığını, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, zavod ərazisində onların istirahət otaqlarının olduğunu, o hadisə yerinə gedəndə rəhmətlik Elgünün beton qarışdıran qurğunun içərisində olduğunu və işçilərin artıq hadisə yerində olduqlarını, hadisə yerində çöx adamın olduğunu, yuxarıdakı düymənin basılı olanda aşağıda operatorun otağında göründüyünü, onun fəhlələrin beton qarışdıran qurğunun içərisində olmasından xəbərinin olmadığını və içəridən həmin düymənin geri qaytarılmasının mümükün olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, hadisə olan vaxtı o, otaqda çay içirdi. Birdən səs-küy gəldi və o, otaqdan bayıra çıxandan sonra görmüşdür ki, artıq hadisə baş vermişdir. O da beton qarışdıran qurğunun olduğu yerə, yəni yuxarı qalxmış və görmüşdür ki, Elgün artıq rəhmətə getmişdir. Bundan başqa Şahid12 ona verilən suallara cavab olaraq konteynerdə İman, sürücü Seymur, Orxan və onun çay içdiyini, Orxanın operatorun otağına girməsini onun görmədiyini, hadisə yerinə birinci kimin çıxmasını dəqiq bilmədiyini, rəhmətlik Elgünü zavodda tanıdığını, Orxanı onların yanında çay içilən yerdə, yəni konteynerdə gördüyünü, Kərimin də onların yanında çay içib getdiyini, Kərim çıxandan sonra hadisənin baş verdiyini, onun səs-küyə çölə çıxdığını, onun da hadisə baş verən yerə, yəni beton qarışdıran qurğunun olduğu yerə yuxarı qalxdığını, hadisə baş verən yerdə, yəni beton qarışdıran qurğunun olduğu yerdə yuxarıda çox adamın olduğunu, hadisə yerinə operatorun otağının yanından keçib getdiyini, operatorun otağına dəqiq baxmadığını, yuxarıda hadisədən sonra ürək bulanması olduğu üçün kömək edə bilmədiyini, onun vəzifəsinin laborant olduğunu və betonlardan nümunə götürdüyünü, konteynerdən beton qarışdıran qurğunun olduğu yerin göründüyünü, orada sement maşınının səsindən dəqiq səs eşidilmədiyini, amma hərəkətin olduğunu gördüyünü bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-də sürücü işləyir. Hadisə olan vaxtı o, avtomobildə oturub telefona baxırdı. Birdən səs-küy eşitmiş və bu zaman avtomobildən düşüb getmişdir ki, artıq hadisə baş vermişdir. Yuxarı çıxıb baxmışdır ki, rəhmətlik Elgün beton qarışdıran qurğunun içərisində sıxılmış vəziyyətdə qalmışdır. O, pis olduğu üçün həmin hadisəyə baxa bilməmiş, gedib dərman içib kənardan baş vermiş hadisəni izləmişdir. Bundan başqa Şahid7 ona verilən suallara cavab olaraq səs-küyə maşından düşüb gəldiyini, həmin beton zavodun ərazisində konteynerin araxasında maşını saxlayıb içərisində oturduğunu, 2-3 gün idi ki, işə gəldiyi üçün Kərimi və rəhmətlik Elgünü tanımadığını, hər gün Rəşad müəllimin zavoda gəlib təlimatı verib getdiyini, kaska və botinkanın əyinlərində olmalı olduğunu, insan səs-küyü gəldiyi üçün maşından düşüb hadisə yerinə getdiyini, maşından hadisə yerinin arasının təxminən 600- 700 metr olduğunu, başqa səs-küy eşitmədiyini, beton qarışdıran qurğunu təmizləməyi o, sürücü olduğu üçün görə bilmədiyini, maşını beton zavodun altına verəndə siqnal səsinin başladığını, həmin günü siqnal səsi eşitmədiyini, ondan əvvəlki gün siqnal səsi eşitdiyini, siqnal səsinin insanların qışqırıq səsindən uca olduğunu, siqnal səsinin sadəcə zavodun işə düşməsi ilə əlaqədar verildiyini, siqnal səsinin, həmçinin aparatın işə düşməsinə görə xəbərdarlıq üçün verildiyini, təhlukəsizliklə bağlı hər gün təlimatın keçirildiyini, orta ixtisas təhsilli olduğunu, yalan ifadə vermədiyini, hər gün onlara təlimat verildiyini, həmin günü o, tuneldə olduğu üçün ona təlimat verilmədiyini, ondan əvvəlki günü təlimat verildiyini, həmin günü onun maşında oturub telefona baxdığını və maşında tək olduğunu, əyinlərində ciletka, kaska və ayaqlarında isə botinka olmayan vaxtı həmin avadanlıqları onlara geyindirdiklərini və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, gecə növbəsində idi. Hadisə olan günü gecə növbəsindən çıxıb rəhmətlik Elgünlə 3-4 dəqiqə söhbət etmişdir. Elgün ondan soruşmuşdur ki, Neftçala rayonundansan. O da cavab vermişdir ki, hə Neftçala rayonundandır. Elgün ona bildirmişdir ki, o, "xxxx" MMC-də ekspeditor işləyəndə dükanlara mal vermişdir, onları tanıyırsan. O da bildirmişdir ki, hə tanıyır. Bundan sonra o, gedib otaqda yatmışdır. O, otaqda yatan zaman işçilərdən kimsə gəlib bildirmişdir ki, hadisə baş vermişdir. O da yataqdan qalxıb paltarını geyinib hadisə yerinə gəlmiş və görmüşdür ki, rəhmətlik Elgünü beton qarışdıran qurğudan aşağı düşürürlər. Bundan sonra onları Elgünün xəsarət almış halına baxmağa qoymadılar. Bundan başqa Şahid8 ona verilən suallara cavab olaraq Elgünün səhv etmirsə 3 gün idi ki, işə gəldiyini, Elgünün gündüz növbəsi, onun isə gecə növbəsi işlədiyi üçün heç rastlaşmadıqlarını, onun gecə növbəsindən çıxıb istirahət etməyə getdiyini, zavodda heç bir münaqişə ilə raslaşmadığını, Elgünlə 3-4 dəqiqə söhbət etdiyini, onun gecə növbəsi olduğu üçün axşam saat 19:00-da işə getdiyini, səhər saat 08:00-da işdən çıxdığını, onun beton qarışdıran qurğu ilə işlədiyini, həmçinin maşınlara material da yüklədiyini, həmin günü gecə beton çıxdığını və betonu maşına yüklədiyini, işdən çıxıb operator otağının qarşısında duraraq növbəsinin qurtarmasını gözlədiyini, operator otağının yanına haradan gəldiyinin dəqiq yadında olmadığını, o, işçi var idi onunla işə çıxdığını o, da işdən çıxdığına görə də onun adının dəqiq yadında olmadığını, onları gündüz növbəsinin işçiləri İmanın, Orxanın və rəhmətlik Elgünün əvəz etdiyini, onların oz aralarında yarısının gecə növbəsi və yarısının da gündüz növbəsi işləməyə razılaşdıqlarını, 15 gündən bir gecə növbəsi ilə gündüz növbəsinin dəyişdirildiyini, səhər açıldığından iş olmadığı üçün onun operator otağının qarşısında dayandığını, ola bilər pilləkəni süpürdüyünü, lakin bunun tam dəqiq yadında olmadığını, ola bilər ki, o, işləyən vaxt Orxan və rəhmətlik Elgünün gəlmədiyini, Kərimin gündüz növbəsinin operatoru olduğunu, onun fikrincə o, pilləkəni süpürəndə Kərimin onun yanına qalxmadığını, onun da beton qarışdıran qurğunun içərisində işlədiyini, operatorun rubilniki söndürərək onlara beton qarışdıran qurğunu təmizləməli olmaları barədə məlumat verməli olduğunu, onun yuxarıda stop düyməsinin olmamasını demədiyini, stop düyməsinin basılmalı olduğunu, stop düyməsinin onları qorumaq üçün olduğunu, həmin düymənin işləyib-işləməməsini dəqiq bilmədiyini, yatdıqları yer ilə beton qarışdıran qurğunun arasının təxminən 300 metr olduğunu, beton qarışdıran qurğu işə düşəndə həyacan siqnalının verildiyini, həmin qurğunun yüksək səsinin gəldiyini, hadisə vaxtı yatdığını, onun siqnal səsinə oyanmadığını, dəhlizdə işçilərin qışqırışıraraq ona rəhmətə gedənin olduğunu dediklərini, bu hadisənin hamıya pis təsir etdiyi üçün zavoda gəldiklərini, onun həqiqəti danışdığını, hadisə vaxtı yatmış vəziyyətdə olduğundan baş vermiş hadisəni birbaşa görmədiyini, onun işə iyun ayının 11-də gəldiyini, stop düyməsinin basılmalı olduğunu, əvvəllər onun da beton qarışdıran qurğunun içərisində işlədiyini, operatorun sistemi söndürərək onlara məlumat verməli olduğunu və onların da stop düyməsini vurub beton qarışdıran qurğunun içərisinə girməli olduğunu, stop düyməsi vurlmasa sistemin işə düşdüyünü, siqnalizasiyanın orada həmişə olduğunu, sistem işə başlayanda siqnalizasiyanın işə düşdüyünü, onu yuxudan insanların səsinin oyatdığını, sistemdə nasazlıq yoxdursa siqnalın mütləq çalmalı olduğunu, bir növbədə iki nəfərin də üç nəfərin də olduğunu, beton qarışdıran qurğunu fəhlələrin təmizlədiyini, Yaqub, Orxan və rəhmətlik Elgünün beton qarışdıran qurğunu növbə ilə təmizlədiklərini, onlara operatorun rəhbərlik etdiyini, işə gələn günü ona təlimat keçildiyini, gecə növbəsinə gedəndə təlimat keçirilmədiyini, o, təzə işə gələndə Şahid1 təlimat keçirdiyini, onun belə gördüyünü, bir dəfə təlimat keçirildiyini, Elgünlə söhbət edən zaman qəsəbədə yolun qırağında Seymurun dükanına mal verdiyini bildirdiyini və onu tanıdığını soruşduğunu və onun da onları tanıdığını və Almaniyada yaşadıqlarını, Kərimi tanıdığını və onun Aşağı Xıllı qəsəbəsində yaşadığını, özünün də Yuxarı Xıllı qəsəbəsində yaşadığını, zavodda işləməmişdən qabaq Kərimlə bir-birlərini tanıdığını, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini və rəhmətlik Elgünlə həmin günü tanış olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Elgün ona müraciət etmişdir ki, "xxxx" MMC-də iş olsa onu da ora işə düzəltsin. Orada operator yeri boş olduğu üçün o da Dünyamalı müəllimə bildirdi ki, belə bir adam var özü də ali təhsilli oğlandır. O, da ona söz vermişdir ki, Elgünü operator düzəldəcək. Elgün də kompüteri bilsə də operator işini bacarmırdı. O da oncə Kərimə və Rabbilə dedi ki, “belə bir adam var gəlsə operator işini ona öyrədərsiniz”. Onlar da dedi ki, “gəlsin öyrədərik”. Elgün yaylağa mal-qarasını gətirmişdi. O, Elgünə dedi ki, “əvvəlcə gəl işlə tanış ol, sonra gələrsən xoşuna gəlməz”. Sonra sənədlərini düzəlt ver Bakıya gəl burada işlə. Tarixi dəqiq yadında deyil, Elgün bura Elmirin qayınatası və əmisi oğlu ilə birlikdə gəlmişdilər. O, gecə növbəsində işləyir. Gecə növbəsi tunelə beton aparmışdı, tuneldə beton vuran robot nasaz idi və ona görə də orada ləngidi. Saat ona on beş dəqiqə işləmiş idi ki, gəldi zavoda girdi orada oturduqları vaqona və bundan təxminən 5-10 dəqiqə sonra zavoda səs-küy düşdü. Sonra səs-küyə qaçaraq hadisə yerinə yuxarı çıxdı və gördü ki, Elgün beton qarışdıran qurğunun içərisində rəhmətə gedibdir. Onlar beton qarışdıran qurğunu tərsinə fırladıb Elgünü oradan çıxardılar. Bundan başqa Şahid9 ona verilən suallara cavab olaraq Elgünün özünün ona müraciət edərək "xxxx" MMC-də iş olsa krediti olduğuna görə orada işləmək istədiyini, onun da bununla bağlı Dünyamalı müəlimə xahiş etdiyini, danışıqlarının Elgünün tam operator işini öyrənənə kimi Bakıya gedib sənədlərini verib fəhlə kimi təsdiq olacağını, amma gəlib anbardar işini görəcəyini və yazı-pozu ilə məşğul olacağını, Kərim və Rabbilin ona Elgünə operator işini öyrədəcəklərinə söz verdiklərini, Elgünün zavodda cəmi iki gün işlədiyini, Elgünün iş barədə heç bir narazılığını hiss etmədiyini, Elgünün axşam işə gəldiyini və səhərisi gün Elgünün üstünün toz-torpaq olduğunu gördüyünü, o da Elgünə niyə üstünün toz-torpaq olduğunu soruşduğunu, Elgünün də ona kəndçiləri Orxanla girib beton qarışdıran qurğunun içini təmizlədiklərini, onun da Elgünə iradını bildirərək o, sənin işin deyil, sən gedib onu təmizləyirsən dediyini, səhərisi günü birdə təkrar Elgünün beton qarışdıran qurğunu təmizləmək üçün həmin qurğunun içərisinə saldıqlarını, halbuki, oranın növbə ilə təmizləndiyini, zavodda müdir olmayanda oranın səlahiyyətçisinin birbaşa operator olduğunu, işçiləri və sürücüləri işə yönəldənin, maşınların hara gedib-gəlməli olmasının birbaşa operatorun işi olduğunu, hadisədən sonra onun Dünyamalı ilə dınışmadığını və heç onu görmədiyini, Orxanla Elgünün çayın qırağında onun yanına gəldiyini, orada Elgünə iradını bildirmişdir ki, “sən dünən axşam gəlmisən səni kim göndərib ki, get beton qarışdıran qurğunun içini təmizlə” dediyini, Elgün də ona gedib həmin qurğunu təmizləməyi Orxanın ona dediyini, Elgünün Orxan barədə ona heç bir şikayətinin olmadığını, ona belə zarafatca dedi ki, “mama nəvəsini döysəm deyəcəklər Elgün getdi ora mama nəvəsini döydü”, yəni belə bir ifadəsinin olduğunu, onun heç bir səs yazısının şahidi olmadığını, həmin vaxt zavodda iki operatorun olduğunu, zavoda ən azı üç operator lazım olduğunu, Orxanın operator olmasını dəqiq bilmədiyini, amma Orxanı da operator işinə Kərimin qaynının öyrətdiyini, zavod işə düşəndə siqnalizasiyanın çaldığını, həmin vaxt onun butkanın içində olduğunu və oranın biraz zavoddan aralıda olduğunu, maşınların nə qədər yüksək təzyiqdə işləsə də siqnalizasiyanın səsinin eşidildiyini, həyacan siqnalı çalan vaxtı adamların səsini eşitməyin mümkün olmadığını, Elgünə öyrənənə kimi operator vəzifəsinin söz verildiyini dəqiq bilmədiyini, əlavə bir zavodun da tikildiyini və müdürün Elgünə “nə vaxt öyrənsən gedib sənədlərini verib gəlib orada operator işləyəcəksən” söz verdiyini, onun təzə açılan zavoda operator vəzifəsinə kimin iddiasının olduğunu bilmədiyini, Möhübbət müəllim yox, orada Babaxan deyib ki, Orxanı təzə açılan zavoda operator qoymuşam dediyini, müdirin baş ofisə nə deyib-deməməsini bilmədiyini, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, Kərimi işdə tanıdığını, Elgünlə həm qohum, həm də qapı bir qonşu olduğunu, səs-küyə həkimin də gəldiyini, həkim gələndə Elgünün artıq rəhmətə getdiyini, Orxanın da Elgün kimi zavodda fəhlə işlədiyini və Orxanın Elgünü öldürməsi sözünü onun demədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, o, 2023cü ilin sentyabr ayından "xxxx" MMC-də həkim işləyir. Onun iş yeri hadisə yerindən təxminən bir kilometr aralı məsafədə yerləşir. Həmin günü səhər saat təxminən 9-10 radələrində qışqırıq səsləri gəldi. Həmin vaxtı onun bir xəstəsi var idi. Xəstəyə baxarkən dedi ki, bir çölə də baxaq. Gördü ki, “həkim”, “həkim” deyərək qışqıraraq çağırırlar. O da gedib ilk öncə beton hazırlayan qurğuya qalxmışdır. Orada mərhumun yuxu arteriyasına baxmış və görmüşdür ki, nəbzi yoxdur. Təxminən 20-25 dəqiqə sonra mərhum oradan çıxarıldı. Elgündə döş qəfəsinin və baş beynin açıq traması var idi və əlavə olaraq bildirir ki, Elgünün bütün bədəni travma görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-də gecə növbəsində operator işləmişdir. Səhər zavodu təhvil verib gedib otaqda yatmışdır. Səhər saat 08-09 radələri olardı Kərimin qışqırıq səsinə oyanmışdır. Kərim qışqırırdı ki, beton qarışdıran qurğunun içərisinə adam düşübdür. O, Kərimdən soruşmuşdur ki, “mühərriki söndürmüsən” o, da bildirmişdir ki, “söndürmüşəm”. Sonra adamlar bir-birinə qarışdılar. O, həyacanlanmış və ona görə də hadisə yerinə gedə bilməmişdir. Bundan başqa Şahid5 ona verilən suallara cavab olaraq hadisə yerinə səs-küyə gəldiyini, növbəni təhvil verib kon şoferi ilə istirahətə getdiyini, otaqla hadisə yerinin arasının çox yaxın olduğunu, Kərimin qışqıra-qışqıra onların yatdığı otağa girərək, “Asif beton qarışdıran qurğuya adam düşübdür” dediyini, onun Kərimdən “mühərriki söndürmüsən” deyə soruşduğunu, o, da “söndürmüşəm” dediyini, onun yanında otaqda Asif kişinin olduğunu, onların növbəni yeddidən-yeddiyə təhvil verdiyini, onunla birlikdə gecə növbəsində İman və Məcnunun olduğunu, onun fikrincə həmin gün gecə növbəsində İmanla birlikdə olduqlarını, işçilərin müvafiq geyimlə təmin olunduğunu, işçilərin hamısının ayaqqabılarının olduğunu, təhlükəsizliyin ümumi qaydada deyildiyini, onun gecə növbəsinə dönə-dönə tapşırıraq ki, gecə növbəsi təhlükəli olduğu üçün yağlama proseslərini qətiyyən etmək olmadığını, onun bu qədər təlimatlandırdığını, beton qarışdıran qurğunun işləməsindən xəbərinin olduğunu, onun fəhləyə operatorun qapısını bağlayaraq açarı özü ilə götürməli olmasını tapşırdığını, daha sonra fəhlələrin beton qarışdıran qurğunun yanında düymə var onu basıb həmin qurğunu təmizləməli olduqlarını, həmin düymənin həm stop, həm də ki, start düyməsi olduğunu, həmin düymənin basılan zaman operatorun heç vaxt beton qarışdıran qurğunu işə sala bilmədiyini, onun Elmirin özü ilə bunu test etdiklərini, fəhlənin həmin düyməni basdım deyə onu söndürdüm deyə bilmədiyini, fəhlənin onun vəziyyəti ilə tanış olmasa, düyməni söndürüb və yandırdığı barədə tam əmin ola bilmədiyini, düymənin stop olanda içəriyə girdiyini, start olanda isə basılıb çölə çıxdığını, əgər fəhlə onu basıb içəri girirsə beton qarışdıran qurğunun heç kimin işə sala bilmədiyini, operatorun çox nadir hallarda olar ki, düymə ilə məşğul olduğunu, düymə vurulmayıbsa həyacan siqnalının çaldığını, hadisə vaxtı onun yatılı olduğunu, zavod işə düşəndə bir dəfə siqnalın çalındığını, əgər düymə basılmayıbsa zavodun olduğu kimi işə düşdüyünü, əgər düymə basılıbsa zavodun işə düşmədiyini və bu zaman siqnalın səsinin gəlməli olmadığını, zavod işə düşəndə siqnalın çalmalı olduğunu, zavod işə düşəndə siqnalın çalmamasını heç kimin deyə bilməyəcəyini, kompüterdən siqnal səsinin kəsilməsinin mümkün olmadığını, onlar beton qarışdıran qurğunun içərisini yuyanda, fəhləni ora çağıranda, şöferləri ora çağıranda və beton verəndə siqnal səsinin gəldiyini, zavodda bir il olar ki, operator işlədiyini, zavodun funksiyalarının ona bəlli olduğunu və tam öyrətdiklərini, zavodun funksiyalarının hamısını bildiyini, stop düyməsi basılı olanda kompüterdə səhv eləmirsə nəsə yanıb-söndüyünü və onların bunu bildiyini, onun öz halında operator otağının qapısını bağlayıb açarı fəhləyə verdiyini, onun heç vaxt kompüterin ekranına baxmadığını, fəhlə beton qarışdıran qurğuda işləyirsə operatorun qapısının bağlı olduğunu, onun gedib yuxarıdakı düyməyə baxmadığını, o əmin olur ki, beton qarışdıran qurğu boşdur və onda həmin qurğunu işə saldığını, gəlib görür ki, operatorun qapısı açıqdır, onda fəhlənin qurğunu təmizləyib və aşağı düşdüyünü bildiyini, gecə növbəsində beton qarışdıran qurğunun içinin təmizlənmədiyini, fəhlənin düyməni vurub qurğunun içərisinə girməli olduğunu, çıxanda da düyməni vurub çıxmalı olduğunu, düyməni basanda kompüterdə nə göstərdiyini bilmək üçün kompüterə baxmaq lazım olduğunu, onun kompüterdə nə göstərdiyini xatırlamadığını, onun qurğunu təmiz təhvil aldığını, qurğunun hər gün təmizlənən bir şey olmadığını və üç gündən bir təmizləndiyini, gecə növbəsi təhlükəli olduğu üçün qurğunun gecə təmizlənmədiyini, yuxarıdakı düymənin yeganə düymə olduğunu, zavodda yeməkxana, anbar və tualetin ortada və sonra da onların otağının yerləşdiyini və həmin əraziyə təxminən 100 metr olduğunu, həmin siqnal səsinin çayxanada eşidildiyini, təbii ki, 4 metr məsafədən siqnal səsinin yaxşı eşidildiyini, əgər zavod işə düşübsə təbii ki, siqnal səsini də verdiyini, Elgünün təzə işçi olduğu üçün gedib qurğunun içərisinə girdiyini, orada təlimatın olduğunu və Elgünün operatora məlumat verməli və düyməni basmalı olduğunu, Kərimin qurğunun içərisində adamın olduğunu bilmədiyini və ona görə də qurğunu işə saldığını, onların qurğunu işə salıb içinə su aldıqlarını, Elgünün təzə işçi olduğundan təlimatsız olduğunı, onların otağından qurğuya qədər məsafənin 300 metr deyil, 100 metr olduğunu, qurğunun üzərində olan qapaqların təhlükəsizlik qapaqları olmadığını və onun qapaqların hansı halda açıq və hansı halda bağlı olduğunu dəqiq görmədiyini, həmin kontakları sementin tuta biləcəyini, Dünyamalı Orucovu tanıdığını və onu pikaplarla bağlı tanıdığını, lakin vəzifə olaraq zavodda hansı işdə işlədiyini bilmədiyini, beton zay olanda onu qırağa tökdüklərini və müdirə bu halın Dünyamalının məlumat verdiyini onların bildiyini, zavodda əgər işçi bir xəta törədirdisə və müdir onu bilirdisə onu Dünyamalının məlumat verdiyini bildiklərini, Elgünün zavoda bir kişi ilə gəldiyini, zavodda Süleyman adlı sürücünün olduğunu, Elgünü də onun tapşırdığını, operator işinin necə iş olduğunu ondan soruşduğunu və onun da energetika mühəndisi olsaydı daha xöşbəxt olduğunu, gəlib bu işi öyrənərək işlədiyini, Süleymanın operator işi barədə ona suallar verdiyini, heç kimin ona Elgün ora gələcək ona operator işini öyrət demədiyini, əraziyə baxışda onun Elgünlə iştirak etmədiyini, onun operator otağını Elgünə göstərmədiyini, onun bu gün də operator işlədiyini, fəhlə özünün qurğunun içərisində qalmasında maraqlı olmadığını və ona deyəndə ki, bəlkə generatoru da söndürək və onun da söndür dediyini, Cahan bəyin göstərişinə görə operatorun otağının bağlı olmalı olduğunu, onun indiyənə kimi dörd zavodda işlədiyini, lakin sensorun düymələrinin heç vaxt normada işləməsini görmədiyini, qapıların açıq olanda zavodun işə düşə biləcəyini, həmin yuxardakı düymənin funksiyasının söndürüb və yandırmaq olduğunu ona görə ki, operatorun qurğunu işə sala bilməli olmamasını, səhər işini qurtarıb növbəni təhvil verib gedib yatdığını, onların operator otağını təhvil verməli olmadıqlarını, səhər növbəsinin fəhləsinin və operatorunun növbəni təhvil almaq üçün zavoda gəlməli olduqlarını, həmin vaxt Kərimlə üzləşməsini xatırlamadığını və yəqin ki, Kərimin gəldiyini, qapının biraz bağlı qaldığını, gecə vaxtı bütün siqanalların və düymələrin işlədiyini, onun sürücüləri siqnal ilə oyatdığını, yatan sürücülərin siqnalı basanda kimin növbəsi olduğunu bildiklərini, qurğunun pərinin sürətinin heç vaxt azaldıla bilmədiyini, onun Elmirlə bunu bir saat yoxladıqlarını, onun Elmirlə bunu test etdiklərini, startı basıb dayandırdıqlarını və Elmirin “hə yarım dairə fırlanıbdır” dediyini, qurğunun pərinin sürətinin azaldılmasının mümkün olmadığını, Elmirin ona pəri yandırıb çölə çıxıb, içəri qayıdan kimi söndür dediyini, qurğunun pərinin əvvəl surətlə sonra isə zəif fırlanmasının mümükün olmadığını, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxs tanıdığını, Elgünü bir gün gördüyünü və hər ikisi ilə xöş münsibəti olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən ibtidai istintaqı apararkən Laçın rayon prokurorunun böyük köməkçisi, lakin hal-hazırda isə Ağdaş rayon prokurorunun böyük köməkçisi vəzifəsində işləyən Şahid13 izahat verərək bildirdi ki, 2024-cü ilin avqust ayında "xxxx" MMC tikinti şirkətinə məxsus Laçın rayon Pircahan kəndində yerləşən zavodda iş vaxtı ölüm hadisəsi baş vermişdir. Həmin vaxt hadisə yerinə baxış keçirilərək müvafiq prosessual hərəkətlər yerinə yetirilmiş, sonradan Azərbaycan Respublikası CM-in 124.1-ci maddəsi ilə cinayət işi başlanılmış və daha sonra həmin cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsinə tövsif edilmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində ittiham olunaraq onun barəsində ittiham aktı tərtib edilib cinayət işinə baxılması üçün məhkəməyə göndərilmişdir. Bundan başqa Şahid13 ona verilən suallara cavab olaraq Laçın rayon prokurorluğuna məlumat daxil olan kimi dərhal hadisə yerinə getdiklərini, baxış protokolu tərtib etdiyini, baxış protokolunda adətən onun hadisə yerində nə görürdüsə onu da qeyd etdiyini, həmin vaxt mərhum zərərçəkmişin meyidinin səbətə qoyulduğunu gedib hadisə yerində gördüyünü, yuxarıda isə perferator alətinin qurğunun yan hisəsində olduğunu, həmçinin orada aparatın içərisində qan izlərinin də müəyyən olunduğunu, eyni zamanda orada həmin şəxsin aparatın içərisində öldüyünün müəyyən olunduğunu, hadisə yerinə ilkin baxanda ilkin müayinələrin qeyd edildiyini, aparatın hər tərəfinə baxış keçirildiyini, beton qarışdıran qurğunun normal qaydada işlədiyini, həmin vaxt orada qəza siqnalının işləməməsinin deyildiyini, lakin onu da yoxlayaraq hər şeyin qaydasında olduğunu gördüyünü, yəni qəza siqnalının işlədiyini, lakin qəza siqnalının hadisə vaxtı işləmədiyini, belə ki, qəza siqnalı işləsəydi belə bir hadisənin də baş verə bilməyəcəyini və artıq onların da burada olmayacaqlarını, qəza siqnalını orada basdıqlarını və həmin vaxt kompüterə baxan zaman işığın yandığını gördüklərini, səs siqnalının yadında olmadığını, çünki, həmin vaxtdan bir il müddət keçdiyini, istintaq eksperimenti keçirdiyi vaxt səs siqnalının işlədiyini, hadisə vaxtı səhv etmirsə guya fəhlələrin stop düyməsini basdığını lakin o, işığın yanmadığını şahidlərin dediklərini, Şahid3 “Elgün əlini stop düyməsinə doğru apardı, lakin düyməni basıb-basmadığını bilmədim” dediyini, burdadırsa özü də təsdiqləyə biləcəyini, baxış protokollarına baxılan zaman həmin naqilin yerində olduğunu, baxış protokolunda qeyd edilən həmin naqilin aparatın üzərində olan başqa bir naqil olduğunu, aparatın sağ küncünə gedən naqilin çaxarıldığını gördüyünü, fotoşəkillərə baxılan zaman bunun görünəcəyini, ola bilsin ki, onun düyməyə gedən naqilin çıxdığını gördüyünü yazmaq istədiyini, lakin sonradan həmin naqilin stop düyməsinə heç bir adiyyətinin olmadığını müəyyən etdiklərini, həmin vaxt ekspertiza təyin olunduğunu, cinayət işinin materiallarının ekspertə təqdim olunduğunu, ekspert əgər elə bir qənaətə gəlsəydi ki, burada bir məsuliyyətsizlik var onda rəydə qeyd edəcəyini, ekspertin də rəyi baxış protokoluna uyğun yazdığını, qərarın digər hissəsində ekspertə digər suallara cavab verilməsi öhdəliyinin də qoyulduğunu, ekspertin qarşısında “iş rejimi, iş fəaliyyəti düzgün yerinə yetirilib və ya yetirilməyibsə kim tərəfindən yerinə yetirlməyibdir” ümumi sualların qoyulduğunu, ekspertin rəyini tam hesab etdiyini, təqsirləndirilən şəxsin də öz etirafını etdiyini, sonradan zavod rəhbərliyindən söruşarkən onların da bu naqilin heç nəyə adiyyətinin olmadığını qeyd etdiklərini, həmin naqilin aparatın qapılarına gedən naqil olduğunu, lakin aparatın qapılarının işlədiyini, əgər işləməsə qapıların açıla bilməyəcəyini, onun hər hansı bir şəxsin ifadəsinə müdaxilə edə bilməyəcəyini, mahiyyəti üzrə stop düyməsinin işlədiyini, stop düyməsi vurulsa idi o, aparatın da işləyə bilməyəcəyini, həmin vaxt istintaq eksperimenti keçirilərkən həmin stop düyməsinin işləməsini gördüyünü, deməli fəhlələrin bu stop düyməsini basmadıqlarını, fəhlələr həmin stop düyməsini bassaydılar bu hadisənin də baş verə bilməyəcəyini, fəhlələrin stop düyməsini bassaydılar həmin qəza siqnal işığının kompüterə verilməli olduğunu, deməli həmin stop düyməsi basılmadığını və ona görə kompüterə də siqnalın verilmədiyini, Şahid3 xatırlatma verdiyini və onun da bu halı olduğu kimi yazdığını, onun şahidin ifadəsinə müdaxilə etmək hüququnun olmadığını, şahidin dediyi kimi yazıldığını, Şahid3 görüntülərlə də bağlı ifadəsinin alındığını, işin hallarının tam dəqiq aydınlaşdırılaraq təqsirləndirilən şəxsə yekun ittiham verilərək həmin ittiham aktı ilə də təqsirləndirilən şəxsin məhkəməyə verildiyini, Şahid3 axırıncı və sonrakı ifadələri necə göstərilibsə elə olduğu kimi də yazıldığını, Şahid3 birinci ifadəsinin alındığını, sonradan həmin şəxsin ifadəsinin yenidən alınması zərurəti yarandığına görə də Şahid3 ifadəsinin yenidən alındığını və həmin vaxt diskin ona göstərildiyini və Şahid3 verilən ifadəsi ilə diskdə olan ifadəsi fərqli olduğuna görə də həmin ziddiyətlə bağlı ifadəsinin yenidən alındığını, subutları kifayət hesab etdiyinə görə cinayət işini məhkəməyə verdiyini, video görüntülərin hamısına baxdığını, amma ibtidai istintaqdan bir il müddət keçdiyi üçün tam xatırlamadığını, ekspert rəyini tam əhatəli hesab etdiyini, Şahid11 hal-hazırda xatırlamadığını bəlkə də dindirdiyini, vedeo görüntülərə baxdığını, deməli video görüntülərə baxaraq həmin şahidi dindirdiyini, həmin video görüntülərdə Şahid11 qapını açaraq başını operatorun kabinetinin içərisinə uzatdığını gördüyünü və Şahid11 bununla bağlı dindirdiyini və onun ifadəsində kimisə axtardığını dediyini, səs siqnalının hadisənin qarşısının alınmasına heç bir imkanının olmadığını, onun həmin halı gedib yoxlatdırdığını və səs siqnalı verildikdən 2-3 saniyə sonra aparatın işə düşdüyünü gördüyünü və həmin müddət ərzində hadisənin qarşısının alınmasının mümkün olmadığını, səs siqnalı olsaydı belə bu hadisənin baş verəcəyini, çünki, aparatın artıq işə düşdüyünü, ibtidai istintaqla gəldiyi nəticələrin hamısını verdiyini, səs siqnalını istintaq ekspermenti ilə araşdırdığını, operatorun aparatı qoşan kimi səs siqnalının dərhal işə düşdüyünü, siqnal səsinin gəlməsinin hadisə vaxtı bütün şahidlərdən soruşduğunu, lakin əksəriyyətinin həmin siqnal səsini eşitmədiklərini dediyini, bütün halların aydınlaşdırılaraq sonra Təqsirləndirilən şəxs qismində cəlb etdiyini, deyilənlərin hamısının istintaq zamanı kifayət qədər subutlarla aydınlaşdırılaraq və sonra ittiham aktı tərtib edilərək məhkəməyə verildiyini, topladığı subutları kifayət qədər hesab edərək Təqsirləndirilən şəxs məhkəməyə verdiyini, səs siqnalının işləyib-işləməməsi ilə bağlı bütün subutları topladığını bildirmişdir. Bundan başqa, işdə olan və məhkəmə iclasında tədqiq olunan ibtidai istintaq zamanı keçirilmiş hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Laçın rayonu, Leninkənd kənd sakini, xx.xx.1986-cı il təvəllüdlü X5 Laçın rayonu, Pircahan kəndi ərazisində "xxxx" MMC tikinti şirkətinə məxsus beton zavodun ərazisində ölməsi barədə Laçın rayon polis şöbəsindən rayon prokurorluğuna məlumat daxil olmuşdur. Qeyd olunan məlumat əsasında sonuncunun öldüyü əraziyə baxış keçirilməsindən müəyyən olunmuşdur ki, Pircahan kəndindən Qorçu kəndi istiqamətində gedən yolun sol istiqamətində "xxxx" MMC tikinti şirkətinə məxsus beton istehsal edən zavod vardır. Zavodun həyətində dəmir konstruksiyadan tikilmiş beton istehsal edən qurğu vardır. Həmin qurğunun yanında isə onu idarə etmək üçün istifadə olunan ağ rəngdə plasmas materialdan operator kabini yerləşir. Qurğunun qarşısında isə sarı rəngdə «Kon» inşaat texnikası dayanmışdır. Həmin texnikanın qarşısına keçdikdə, texnikanın səbət hissəsində həm yorğan, həm də klonka ilə örtülmüş meyit vardır. Meyitin üzərindən açıqda isə üz nahiyəsinin və döş qəfəsinin qana bulanmış vəziyyətdə olduğu görünür. Daha sonra isə şirkətdə fəhlə işləyən Şahid3 Əlhüseyn oğlu hadisənin beton istehsal edən qurğunun ikinci mərtəbəsində baş verməsini dedi. Qurğuya nəzər yetirdikdə üzərində 2 ədəd müşahidə kamerasının olduğu görünmüşdür. Qurğunun yanında yuxarı qalxmaq üçün istifadə edilən dəmir metaldan olan pilləkən vardır. Pilləkənləri qalxan zaman yerdə qana bənzər ləkələr olduğu görünmüşdür. 25 ədəd pilləkən qalxdıqdan sonra solda üzərində göy rəngli həriflərlə «BOZDAĞ» yazmış beton qarışdırıcı aparat olduğu görünmüşdür. Aparatın sağ tərəfinə keçib oradan önə doğru irəlilənmiş və ön hissəsinə çatıb aparatın sol güncündə dayanmışdır. Aparatın önündə 3 ədəd kiçik dəmir metaldan pilləkən və açıq vəziyyətdə olan hər biri 90x50 santimetr ölçülərinə malik 2 ədəd açıq vəziyyətdə olan qapaq vardır. Pilləkənlərlə qalxıb qapaqlardan içəri baxdıqda, qarışdırıcı aparatın içində biri ön, digəri arxa tərəfdə olmaqla 2 boru görünür. Hər bir borunun üzərində 8 ədəd pər yerləşmişdir. Qapaqlara daha yaxın olan borunun üzərindəki İV pərdə və onun baltasında qan ləkələri aşkar edilmişdir. Aparatın içi diqqətlə nəzərdən keçirildikdə, sol tərəfdən başlayaraq yarıya qədər olan hissənin təmiz olduğu, yəni beton qırıntılarından təmizlənmiş vəziyyətdə olduğu, sağ tərəfdə isə hər iki boru və onların ətrafı beton qalıqları ilə örtülü vəziyyətdə qalmışdır. Bu müşahidələr göstərir ki, aparatın içərisində müəyyən müddət ərzində təmizlik işləri aparılmış, lakin bu proses tam başa çatdırılmamışdır. Ətrafa nəzər yetirdikdə isə aparatdan sağ istiqamətdə yerdə qana bulanmış direl alətinin olması görünmüşdür. Elgün Əhmədovun həmin direl aparatı ilə qeyd olunan aparatın içərisinə daxil olaraq təmizlik işləri görərkən aparatın işə düşməsindən pərin fırlanması nəticəsində aldığı xəsarətlərdən öldüyü müəyyən edilmişdir. Daha sonra isə aparatın sağ küncündə olan düyməyə gedən naqilin çıxarıldığını görmüşdür. Qeyd olunan yerdə ətrafa baxış keçirilərkən araşdırma üçün əhəmiyyət kəsb edəcək hər hansısa əşya və ya iz aşkar edilmədi. Daha sonra isə qeyd olunan qurğudan aşağı düşmüş və operator kabininə daxil olmuşdur. Kabində beton istehsal edən qurğunu idarə etmək üçün nəzərdə tutulmuş kompüter vasitəsi müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Daha sonra isə kamera müşahidəsinin qeydiyyatı aparılan otaqdan hadisənin baş vermə anına dair video görüntülər USB fləş karta yazılmaqla götürülmüşdür. Ətraf əraziyə də baxış keçirilmiş və baxış zamanı hadisə yerində, ətraf ərazidə iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya iz aşkar edilməmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan “Falcom MMC”-nin qeyd olunan zavodu ərazisində quraşdırılmış təhlükəsizlik kameralarına baxış keçirilməsi haqqında xx.xx.2024cü il tarixli protokoldan, həmçinin məhkəmə istintaqı zamanı hadisənin baş verməsini özündə əks etdirən kompakt disklərə baxış keçirilməsindən görünür ki, saat 07.42-də Elgün Əhmədov operatorun iş otağının yanına gəlmişdir. Daha sonra isə digər fəhlələr Fərhad İsmayıllı, Şahid8 və Şahid3 həmin əraziyə gəlmişlər. Saat 08.03-də fəhlələr Elgün Əhmədov və Şahid3 beton istehsal edən qurğuda təmizlik işləri və müvafiq texniki qulluğa dair işləri görmək üçün beton istehsalı qurğusunun ikinci mərtəbəsinə qalxmışlar. Saat 08:40-da beton istehsal edən qurğunun yanına yük maşını yaxınlaşdığına görə Təqsirləndirilən şəxs xidməti otağından çıxıb, texnikanın yanına getmiş, saat 08:45-də yenidən operator otağına qayıtmış, saat 08:52-də xidməti otaqdan bir qədər kənarlaşıb 1 dəqiqə sonra yenidən geri qayıtmışdır. Bundan sonra saat 09:46-dək operator Təqsirləndirilən şəxs fasiləsiz olaraq öz xidməti otağında olmuş, yalnız saat 09:46-da xidməti otağını tərk edib harasa getmiş, iki dəqiqədən sonra, yəni saat 09.48-də yenidən xidməti otağına geri qayıtmışdır. Bundan 1 dəqiqə sonra, saat 09:49:18-də beton istesal edən qurğunun üzərindəki elektrik naqilin titrəməsi görüntüsünə əsasən həmin an qurğunu işə salmış, bundan sonra fəhlə Şahid3 qışqırıq səsinə saat 09:49:24-də Təqsirləndirilən şəxs otağından çölə çıxıb həmin istiqamətdə təəccüblü vəziyyətdə baxaraq qurğunun içərisində adam olduğunu başa düşmüş və dərhal otağına qayıdıb qurğunu söndürmüşdür. Bundan sonra həyəcanlı vəziyyətdə otağından çölə çıxıb, nə etməli oldğunu bilməyərək gah qurğuya tərəf qaçmış, gah da ərtafdakı işçilərə tərəf qaçaraq köməyə adam çağırmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunan məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 14/24 nörməli rəyindən görünür ki, X5 meyitinin müayinəsi zamanı döş qəfəsinin açıq küt travması, sağda köprücük sümüyünün və İ-İİ-İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ qabırğaların fraqmentləri yerindəyişmiş açıq sınığı, ağ ciyərin sağda cırılmaları, sağ tərəf hemotoraks (plevra boşluğuna qan yığılması) bədən səthinin çox saylı sıyrıqları daxili üzvlərin venoz azqanlılığı. X5 meyitində aşkar olunmuş xəsarətlər ətraf yumuşaq toxumalara yayılmış qansızmalarının olmasına görə həyatidir, onun ölümündən az əvvəl ağır küt travma nəticəsində törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükləli olan və məhrumun ölümü ilə nəticələnmiş sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. X5 ölümünə səbəb qabırğaların çoxsaylı sınıqları və ağciyərin cırılmalarından törənmiş çoxlu qanitirmə, travmatik-hemorragik şok olmuşdur. X5 meyitindən götürülmüş qan nümunəsində etil spirti və narkotik tərkibli maddələr aşkar olunmadı. Meyit əlamətlərinin inkişaf dəcəsinə və ilin fəslinə əsaslanaraq demək olar ki, X5 ölümünün müddəti qərarın təsviri hissəsində göstərilən vaxta uyğun gəlir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan məhkəmə təhlükəsizlik texnikası ekspertizasının xx.xx.2024-cü il tarixli, 10/6887 nörməli rəyindən görünür ki, "xxxx" MMCdə beton istehsalı qurğusunun beton qarışdırıcı avadanlığının təmizlənmə işinin başa çatıb-çatmadığı və fəhlələrin beton qarışdırıcını tərk edib-etmədikləri dəqiqləşdirmədən «dövrə kəsici»ni (rubilniki) qoşub beton istehsalı qurğusuna elektrik verilişini bərpa edərək kompüterdə avadanlığın mühərriklərinin işə salınması üçün müvafiq komandanın verilməsi və beton qarışdırıcının sağ küncündə yerləşən bloklayıcı qəza siqnal (STOP) düyməsi basılı vəziyyətdə olmadığına görə avadanlığın mühərriklərinin işə düşərək beton qarışdırıcının pərlərini (şneklərini) fırlatması hadisənin texniki səbəbi olmuşdur. Baş vermiş hadisə ilə bağlı DÜST 12.2.003-91 – «İstehsalat avadanlıqları, ümumi təhlükəsizlik tələbləri»nin 2.3.12, 2.4.3 bəndlərinin və «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 11-ci bəndinin tələbləri pozulmuşdur. Falcom MMC-də operator işləyən Təqsirləndirilən şəxs beton qarışdırıcı avadanlığı içərisinin təmizləmə işinin başa çatıb-çatmadığını və fəhlələrin beton qarışdırıcını tərk edib-etmədiklərini dəqiqləşdirmədən «dövrə kəsici»ni (rubilniki) qoşub beton istehsalı qurğusuna elektrik verilişini bərpa edərək kompüter vasitəsilə müvafiq komanda verməklə avadanlığın mühərriklərini işə saldığına görə DÜST 12.2.003-91 – «İstehsalat avadanlıqları, ümumi təhlükəsizlik tələbləri»nin 2.3.12, 2.4.3 bəndlərinin tələbləri Təqsirləndirilən şəxs tərəfindən pzoulmuşdur. "xxxx" MMC-də «Əməyin mühafizəsi və peşə təhlükəsizliyi təlimatı» ilə təlimatlandırılmış fəhlə (zərərçəkmiş) X9 beton qarışdırıcının içərisində təmizlik işlərinə başlamazdan öncə beton qarışdırıcının sağ küncündə yerləşən qəza siqnalı (STOP) düyməsini basılı vəziyyətə gətirmədiyinə (yəni, elektrik mühərriklərinə elektrik enerjisinin verilişinin mümkünlüyünü bloklamadığına) və öz fərdi təhlükəsizliyini təmin etmədiyinə görə «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 11-ci bəndinin tələbləri "xxxx" MMC-də fəhlə işləmiş X5 özü tərəfindən pozulmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq olunan ibtidai istintaq zamanı keçirilmiş “istintaq eksperimenti”nin xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, beton istehsal edən qurğunun ikinci mərtəbəsindəki beton qarışdırıcı aparatın ön sağ küncündə yerləşən “bloklayıcı qəza siqnal” (stop) düyməsi basılaraq aktiv edildikdən sonra operatorun xidməti otağındakı kompüterin monitorunda buna dair müvafiq xəbərdar edici işıq yanır və həmin düymənin aktiv olduğu müddətdə qurğunu kompüterdən işə salmaq mümkün deyildir. Bu da onu deməyə əsas verir ki, fəhlələr Elgün Əhmədov və Şahid3 təmizlik işləri görərkən həmin düyməni aktiv vəziyyətə gətirməmişlər. İşdə olan və məhkəmə iclasında tədqiq olunan "xxxx" MMC-nin beton istehsal zavodunun rəhbəri X12 tərəfindən verilmiş 357/3 nömrəli əmrdən görünür ki, xx.xx.2024cü il tarixdə "xxxx" MMC-də fəhlə işləyən Təqsirləndirilən şəxs beton zavodun operatoru vəzifəsi həvalə edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan xx.xx.2024-cü il tarixli əmək müqaviləsindən görünür ki, X9 "xxxx" MMC-nin zavodunda fəhlə kimi işə qəbul olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq olunan əməyin mühafizəsi üzrə ilkin, təkrar (cari), növbədənkənar və birdəfəlik jurnalları ilə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları ilə işçilərin tanış edilməsindən müəyyən olunur ki, X9, Təqsirləndirilən şəxs, habelə digər əməkdaşlar müvafiq qaydalarla tanış edilmiş və buna dair işçilərə imza etdirilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Neftçala rayon Mərkəzi xəstəxanasının xx.xx.2025-ci il tarixli, 361 nömrəli məktublarından görünür ki, 1989-cu il təvəllüdlü Kərimov X7 rayon mərkəzi xəstəxanasının Poliklinika şöbəsinin narkoloji və əsəb-ruhi dispanserində qeydiyyatda yoxdur. İşdə olan və məhkəmə iclasında tədqiq olunan xasiyyətnamələrdən, arayışdan və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Kərimov X7 rayonunun Xıllı qəsəbəsində həyat yoldaşı X3 və xx.xx.2020-ci il təvəllüdlü qızı X11 ilə birlikdə yaşayır və o, yaşayış və iş yerləri üzrə müsbət xarakterizə olunur. İşdə olan və məhkəmə iclasında tədqiq olunan “X1 Sistemi”dən əldə edilmiş məhkumluq məumatları haqqında arayışdan (tələbnamə) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, “Falcom MMC”-nin qeyd olunan zavodu ərazisində quraşdırılmış təhlükəsizlik kameralarından hadisə anına dair görüntülərin götürülərək köçürüldüyü disklərin maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarda saxlanılması qərara alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunan 24 dekabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə elan edilmiş ittihamın dəyişdirilmədən qüvvəsində saxlanılması və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin nəzərə alınması, X6 barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, istintaq zamanı X4 zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmasının nəzərə alınması, iş üzrə əhəmiyyət kəsb etdiyindən “Falcom MMC”-nin qeyd olunan zavodu ərazisində quraşdırılmış təhlükəsizlik kameralarından hadisə anına dair görüntülərin götürlərək köçürldüyü diskin xx.xx.2024-cü il tarixli qərarla maddi sübut kimi tanınmasının nəzərə alınması, cinayət işi üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin (ilkin ifadəsi), şahidlərin ifadələrinin, ekspert rəylərinin, istintaq hərəkəti protokollarının, həmçinin cinayət işinə əlavə edilmiş digər sənədlərin sübut növü kimi qiymətləndirilməsi, qərar barədə maraqlı şəxslərə məlumatın verilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. Bundan əlavə məhkəmə zərər çəkmiş şəxsin hüquqi varisi X4 məhkəməyə verdiyi ifadəsində qeyd etdiyi xüsusatlara, yəni ibtidai istintaqın aparılmasından narazı olduğu, işin yenidən ibtidai istintaqa qaytarılması, Elgünün ölümündə onun Dünyamalı Orucov adlı şəxsdən və Şahid11 şübhələndiyi, bu işdə Təqsirləndirilən şəxsla əlbir olan şəxsin Şahid11 olduğu, ona görə ki, Laçın rayonu Pircahan qəsəbəsində əlavə zavod açılmalı olduğundan Şahid11 da orada operator vəzifəsində işləmək istəyinin olduğu, lakin Şahid11 isə savadsız olduğuna görə onu həmin zavoda operator vəzifəsinə götürmək istəmədikləri, qardaşı Elgünün də qeyd edilən zavoda operator vəzifəsinə düzəlmək məqsədi ilə gəldiyi üçün Dünyamalı Orucovun da qardaşına “sən biraz fəhlə kimi işlə sonra səni operator vəzifəsinə işə götürəcəyik” söylədiyi, ona görə də Dünyamalı Orucovdan da Elgün Əhmədova operator vəzifəsini vəd verdiyi üçün şübhələndiyi, Şahid11la Elgün Əhmədovun arasında mübahisənin olduğu, həmçinin Kərim Kəromovun ifadələri arasında olan ziddiyyətlərə görə ondan da şübhələndiyi, niyə Elgün Əhmədovun beton qarışdıran qurğunun içərisinə girən kimi Təqsirləndirilən şəxs düyməni vurduğu, Şahid11 “Elgünün gəlib operator kimi işləyərək “mənim yolumu kəsəcəkdir” kimi fikirləşdiyi, Şahid3 “Orxanın bizə gedin beton qarışdıran qurğunu təmizləyin” dediyi və ona görə də, həmçinin Şahid11 və Dünyamalı Orucovdan şübhələndiyi barədə xüsusatlara, eyni zamanda Təqsirləndirilən şəxs əməlində daha agır cinayətin əlamətlərinin mövcudluğunun olması ilə əlaqədar cinayət işinə baxllmasına xitam verilməsi və təqsirləndirilən şəxsə (o cümlədən digər şəxsə) başqa ittihamın irəli sürülməsi məsələsinə baxlılması üçün işin ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına dair zərər çəkmiş şəxsin hüquqi varisi X4 nümayəndəsi və eyni zamanda vəkili Müdafiəçi3 tərəfindən məhkəməyə təqdim edilən vəsatətdə və çıxışında qeyd edilən xüsusatlara hüquqi qiymət verərək belə hesab edir ki, həmin xüsusatlar məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Belə ki, qeyd edilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları və cinayət işinə əlavə edilmiş digər sübutlarla tam təkzib edilmiş, həmçinin həmin xüsusatlar ehtimal xarakterli olmuşdur. Odur ki, məhkəmə zərər çəkmiş şəxsin hüquqi varisi X4, onun nümayəndəsi və eyni zamanda vəkili Müdafiəçi3 məhkəmə araşdırmaları zamanı qeyd etdikləri xüsusatları işin obyektiv hallarına uyğun gəlmədiyi üçün mötəbər sübut kimi qəbul etməyərək Təqsirləndirilən şəxs əməlində daha agır cinayətin əlamətlərinin mövcudluğunun olması ilə əlaqədar cinayət işinə baxllmasına xitam verilməsi və təqsirləndirilən şəxsə (o cümlədən digər şəxsə) başqa ittihamın irəli sürülməsi məsələsinə baxlılması üçün işin ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən prokurora qaytarılması bərədə müvafiq qərarın qəbul edilərək cinayət işinin ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını qanuni və əsaslı hesab etmir. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə tövsif olunmalı, o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş müvafiq cəza ilə cəzalanmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 23-cü bəndinin 4-cü absasına əsasən CM-in 46.1-ci maddəsinə müvafiq olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə kimi alternativ qaydada təsbit edilən cəzalardan birincisi, yəni müəyyən vəzifə tutma yalnız dövlət orqanlarında və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın qadağan edilməsi şəklində tətbiq edilə bilər. Digər orqanlarda müəyyən vəzifə tutma hüququndan məhrum etmə qismində əlavə cəzanın təyin edilməsinə yol verilmir. Bu cəzalardan ikincisi, yəni müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə isə konkret orqanda, konkret vəzifənin tutulmasını deyil, bu və ya digər fəaliyyət növü ilə (misal üçün tibb sahəsində, pedaqoji sahədə) məşğul olmanı ehtiva etdiyi üçün bu və ya digər sahə üzrə fəaliyyətə qoyulan qadağa da yalnız dövlət və yerli özünüidarə orqanları ilə (onlara aid olan müəssisələrlə) məhdudlaşa bilməz və təqsirkar şəxsə müəyyən olunmuş zaman ərzində istənilən yerdə (o cümlədən istər dövlət, istərsə də özəl tibb və yaxud tədris müəssisələrində) konkret fəaliyyət növü ilə məşğul olmanın qadağan edilməsi şəklində tətbiq olunmalıdır. Məhkəmə sadalanan qanunvericilik normalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək əsas və əlavə cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlikəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə xüsusi ilə vurğulayır ki, qanuni, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərir, onun, həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarşısını alır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sayəsində mühüm vasitədir. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs təqsirini tam boynuna almasını, məhkumluğunun olmamasını, yaşayış və iş yerləri üzrə müsbət xarakterizə olunmasını, himayəsində bir azyaşlı uşağının olmasını, həmçinin səmimi peşmançılığını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin təqsirini tam boynuna almasını, məhkumluğunun olmamasını, yaşayış və iş yerləri üzrə müsbət xarakterizə olunmasını, himayəsində bir azyaşlı uşağının olmasını, həmçinin səmimi peşmançılığını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almaqla, onu xarakterizə edən halları tədqiq edərək, bundan başqa işin konkret hallarını, törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, əsas və əlavə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini də nəzərə alaraq onun islah olunması üçün təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş əlavə cəza qismində texniki təhlükəsizliyin habelə əməyin mühafizəsi qaydalarının təmin edilməsini nəzərdə tutan peşə fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə əsas cəza qismində isə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qənaətinə gəlir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan bu cəza növləri cəzanın əsas məqsədini təmin edir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Eyni zamanda, iş üzrə maddi sübut qismində tanınmış “Falcom MMC”-nin qeyd olunan zavodu ərazisində quraşdırılmış təhlükəsizlik kameralarından hadisə anına dair görüntülərin köçürüldüyü disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 102 (bir yüz iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və xüsusi müsadirə yoxdur. Hökmün icrası Neftçala rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı və 381-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə texniki təhlükəsizliyin habelə əməyin mühafizəsi qaydalarının təmin edilməsini nəzərdə tutan peşə fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınmış “Falcom MMC”-nin qeyd olunan zavodu ərazisində quraşdırılmış təhlükəsizlik kameralarından hadisə anına dair görüntülərin köçürüldüyü disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri-102 (bir yüz iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və xüsusi müsadirə yoxdur. Hökmün icrası Neftçala rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Laçın Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) gün başa çatdıqdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar