Azərbaycan Respublikası adından HÖKM Laçın rayonu İş № 1(047)-7/2024 27.06.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərər çəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs, Müdafiəçi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Ağcabədi şəhərində, 27 iyun 2024-cü il tarixdə, Laçın Rayon Məhkəməsinin inzibati binasında, xx.xx.1961-ci ildə Laçın rayonu Qovuşuq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 120.2.1, 29, 120.2.1, 29, 120.2.3, 29, 120.2.6, 29, 120.2.10-cu maddələri ilə təqsirli bilinib 13 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarı ilə həmin cəza 9 ilə endirilmiş, daha sonra Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.5 və 228.2.1-ci maddələri ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, lakin Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarı ilə təyin edilmiş 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası sonuncu hökmlə ona təyin olunmuş cəza ilə qismən toplanaraq qəti olaraq 10 il müddətinə (əvvəlki hökmlə çəkmiş olduğu 1 il 26 gün azadlıqdan məhrum etmə cəzası yeni hökmə əsasən təyin edilmiş cəza müddətinə hesablanaraq, 8 il 11 ay 4 gün müddətinə) azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə isə cəzasının çəkilməmiş 3 ay 22 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu olan, Laçın rayonu Qovuşuq kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Suraxanı rayonu Dədə Qorqud qəsəbəsi nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Aparılmış ibtidai istintaqla müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xeyli miqdarda maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurlamışdır. Belə ki, o, 16 oktyabr 2023-cü il tarixdə Laçın rayonun Qorçu kəndi yaxınlığında “Dəlidağ” adlanan ərazidə açıq otlaq sahədə özünə məxsus xırdabuynuzlu heyvanları otararkən həmin ərazinin yaxınlığındakı otlaq sahədə Zərərçəkmiş şəxs MMC-yə məxsus, ümumi dəyəri 41.400 manat təşkil edən 23 baş iribuynuzlu heyvanın nəzarətsiz halda otladıqlarını görüb həmin heyvanları gizli yolla talayıb ələ keçirmək, yəni oğurlamaq qərarına gəlmiş, bu məqsədlə həmin gün günorta saatlarında açıq otlaq sahəsindəki heyvanları haraylayıb Qorçu kəndi ərazisində öz heyvanları üçün düzəltdiyi “alaçığın”, yəni heyvan təsərrüfatının yanına gətirmiş, lakin törətdiyi əməlin üstünün açılmasından və cinayət məsuliyyətinə cəlb ediləcəyindən ehtiyat edərək sözügedən 23 baş iribuynuzlu heyvanı öz təsərrüfatına qatmayıb, otlaq sahəsinin yaxınlığındakı meşə sahəsində yerləşdirib bir neçə gün, yəni 19 oktyabr 2023-cü il tarixinədək həmin ərazidə saxlamaqla özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamış, daha sonra ötən müddət ərzində sakitlik olduğunu, yəni heyvanları axtarmaq üçün həmin əraziyə heç kimin gəlmədiyini görüb həmin heyvanları Bakı şəhərinə aparmaq qərarına gəlmiş, bu məqsədlə yükdaşıma fəaliyyəti ilə məşğul olan Elsevər adlı tanışı vasitəsi ilə tanıdığı, cinayətdən xəbərsiz - Laçın rayonunun Qarakeçdi kənd sakini, Şahid2 və həmin rayonun Ağbulaq kənd sakini Şahid1 ilə zəngləşib 800 manat pul müqabilində heyvanları və əşyalarını Laçın rayonundan Bakı şəhərinə daşınmasını razılaşdırıb yük nəqliyyat vasitəsi sifariş etməklə olduğu əraziyə dəvət etmiş, 19 oktyabr 2023-cü il tarixdə özünə məxsus xırda buynuzlu heyvanları, şəxsi əşyaları və həmin 23 baş iribuynuzlu heyvanı - onlardan 12 ədədini Şahid2 idarə etdiyi **-BG-*** dövlət qeydiyyat nişanlı, “Mersedes Benz 1217” markalı, 11 ədədini isə Şahid1 idarə etdiyi **-BS-*** dövlət qeydiyyat nişanlı, “Mersedes-Benz Atego” markalı yük nəqliyyat vasitələrinə yığıb, özü də Şahid2 idarə etdiyi nəqliyyat vasitəsinə minib Bakı şəhəri istiqamətinə yola düşərək həmin gün gecə saatlarında Hacıqabul rayonu Nəvai qəsəbəsi ərazisində hərəkətdə olarkən Laçın rayon polis şöbəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanmış, qeyd olunan hərəkətləri ilə Zərərçəkmiş şəxs MMC-yə xeyli miqdarda, yəni 41.400 manat məbləğində ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurlamışdır. Bununla da, ibtidai istintaq orqanının gəldiyi nəticəyə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşagıdakılarla tam sübuta yetirilir. Məhkəmə baxışı iclasında təqsirləndirirlən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli hesab edərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri Suraxanı rayonu Dədə Qorqud qəsəbəsində ünvansız evdə yaşayır və evin yaxınlığında xırdabuynuzlu heyvan saxlamaqla məşğul olur. Laçın rayon sakini kimi 2023-cü ilin yaz aylarında öz heyvan təsərrüfatını Laçın rayonunun Qorçu kəndi ərazisinə aparıb payız aylarınadək yaylaq ərazidə saxlamaq qərarına gəlmiş, bu məqsədlə 2023-cü ilin iyun ayında qardaşı Mübariz Pənalıyevlə köməkləşib heyvan təsərrüfatını Laçın rayonunun Qorçu kəndi ərazisinə gətirmişdir. Mübariz Pənalıyev sentyabr ayının 10-dək onunla birlikdə qalıb ona heyvan saxlamaqda köməklik etmiş, lakin sonradan səhhətində narahatlıq yarandığından ailəsinin yanına qayıtmaq istəmiş, bu məqsədlə qeyd edilən tarixdə Laçın rayonundan çıxıb Bakı şəhəri Suraxanı rayonunda yaşadığı ünvana getmişdir. Təsərrüfatını Laçın rayonuna apararkən qardaşı Mübarizdən başqa övladları Təbriz Pənalıyev və Tehran Pənalıyev də onunla birlikdə gəlmiş, lakin sonuncular işləri ilə əlaqədar Laçın rayonu ərazisində çox qala bilməmiş, ara-sıra ərzaq məhsulları alıb onun yanına gəlib-getmişlər. Tehran və Təbriz sonuncu dəfə 2023-cü ilin sentyabr ayında Laçın rayonuna gəlib ona baş çəkmişlər. Son dövrlər heyvanları Laçın rayonu ərazisində özü təkbaşına saxlamışdır. 2023-cü ilin oktyabr ayının 16-da Laçın rayonu Qorçu kəndində “Dəlidağ” adlanan ərazidə açıq otlaq sahəsində öz heyvanlarını otararkən həmin ərazidə sayını bilmədiyi miqdarda iribuynuzlu heyvanların nəzarətsiz şəkildə otladığını görmüşdür. O, bir müddət heyvanları kənardan müşahidə edib həmin heyvanların yanında heç kimin olmadığını görüb onların sahibsiz heyvan olduğunu zənn edərək oğurlayıb aparmaq qərarına gəlmiş, bu məqsədlə sözügedən heyvanlardan bacardığı qədərini, yəni 23 başını haraylayıb öz heyvanlarının arasına qatıb Qorçu kəndi ərazisində müvəqqəti düzəltdiyi “alaçığ”ın (tövlənin) yaxınlığına gətirmişdir. Ətrafdan kiminsə onun heyvan oğurlamasını görəcəyindən ehtiyat edib oğurladığı 23 baş iribuynuzlu heyvanı öz heyvanlarının arasında saxlamamış, həmin heyvanları yaxınlıqda yerləşən meşəlik ərazidə saxlamışdır. Bundan sonra o, həmin heyvanları orada çox saxlamağa ehtiyat etmiş, ən qısa müddət ərzində heyvanları Laçın rayonundan çıxarıb Bakı şəhərinə apararaq orada satıb mənfəət əldə etmək istəmişdir. Onun Laçın rayonunda təsərrüfatını saxlamaqla bağlı icazə müddətinin bir neçə gündən sonra, yəni xx.xx.2023-cü il tarixdə bitəcəyini nəzərə alıb bütün köçünü həmin heyvanlarla birlikdə aparmaq qərarına gəlmişdir. Bu məqsədlə Bakı şəhərinə qayıtmaqla bağlı hazırlıqlara başlamış, 17 oktyabr 2023-cü il tarixdə yük daşıma fəaliyyəti ilə məşğul olan tanışı Elsevər Babayevə zəng edərək təsərrüfatını Laçın rayonundan Bakı şəhərinə aparmaq istədiyini bildirərək iki ədəd yük nəqliyyat vasitəsi lazım olduğunu bildirmişdir. Elsevər Babayev həmin vaxt işləri ilə əlaqədar gələ bilməyəcəyini bildirib onun üçün başqa sürücü göndərəcəyini bildirmişdir. Elsevərlə danışıb heyvanların və şəxsi əşyalarının daşınmasını hər nəqliyyat vasitəsi üçün 800 manat olmqla ümumilikdə 1600 manata razılaşdırmışdır. Növbəti gün, yəni 18 oktyabr 2023-cü il tarixdə səhər saatlarında Elsevərin göndərdiyi iki yük nəqliyyat vasitəsi Laçın rayonun Qorçu kəndi ərazisinə gəlmişdir. O, həmin nəqliyyat vasitəsinin sürücülərini tanımamış, sonradan həmin şəxslərin adlarının Şahid1 və Şahid2 olduğunu öyrənmişdir. O, həmin nəqliyyat vasitələrinin dövlət nömrə nişanlarına və markalarına diqqət etməmişdir. Heyvanları yük avtomobilinə tərəf apararkən yolda adını bilmədiyi şirkətin tanımadığı işçilərini görüb heyvanların nəqliyyat vasitəsinə yüklənməsinə köməklik etmələrini xahiş etmişdir. Adını bilmədiyi yol tikintisində işləyən 3 fəhlə pul müqabilində köməklik etməyə razılaşmışlar. Həmin şəxslərin köməkliyi ilə özünə məxsus 190 baş xırdabuynuzlu, 23 baş oğurladığı iribuynuzlu heyvanları və şəxsi əşyalarını iki yük maşınına yükləmiş, bunun müqabilində fəhlələrin hər birinə 10 manat pul vermişdir. Həmin şəxslərlə sonradan heç bir əlaqəsi olmamışdır. Oğurladığı iribuynuzlu heyvanın 12-ni Veysəlin, 11-ni isə Əmirxanın nəqliyyat vasitəsinin aşağı mərtəbəsinə, 190 baş xırdabuynuzlu heyvanı isə yarı-yarıya bölüb 95 başını bir, 95 başını isə digər nəqliyyat vasitəsinin üst mərtəbəsinə yükləmişdir. Heyvanları yükləyərkən Veysəl və Əmirxan həmin iribuynuzlu heyvanları haradan aldığını soruşmuş, o da heyvanların Rusiyadan gətirildiyini, özünün isə Bərdə rayonunda heyvan bazarından aldığını demişdir. Bundan sonra özü Veysəlin idarə etdiyi nəqliyyat vasitəsinə əyləşərək Bakı şəhəri istiqamətində yola düşmüşlər. Lakin yolda olarkən Laçın rayonu ərazisində avtomobillər palçığa batdığından xeyli vaxt itirmişlər. Bu səbəbdən gecə saatlarında Cəbrayıl rayonu ərazisində avtomobiləri saxlayıb yatmış, 19 oktyabr 2023-cü il tarixdə səhər saatlarında isə yollarına davam etmişlər. Günorta saatlarında Hacıqabul rayonun Nəvai qəsəbəsi ərazisində Əmirxanın idarə etdiyi nəqliyyat vasitəsi xarab olduğundan yolda saxlayıb təmiri ilə məşğul olmuşlar. Bu zaman Veysəl ona yaxınlaşaraq Laçın rayon polis şöbəsinin əməkdaşlarının ona zəng edərək heyvanların oğurluq olmasından şübhələndiklərini, bu səbəbdən maşınları olduqları yerdə saxlamalarını tapşırdığını demişdir. O, belə bir halın mümkün olmadığını, heyvanların özünə məxsus olduğunu Veysəl və Əmirxana deyərək yəqin nəsə anlaşılmazlıq olduğunu bildirmişdir. Lakin Veysəl və Əmirxan nəqliyyat vasitələrini sürməyərək polis əməkdaşlarının gəlməsini gözləmişlər. Bir müddət sonra Laçın RPŞ-nin əməkdaşları gələrək onu polis şöbəsinə dəvət etmişlər. O, törətdiyi əməlin üstünün açıldığını və nəsə yalan danışıb özünü müdafiə etməyin mənasız olduğunu görüb törətdiyi əməli, yəni iribuynuzlu heyvanları oğurlamasını səmimi etiraf etmiş və törətdiyi əməldan peşman olduğunu bildirmişdir. Polis şöbəsində olarkən heyvanların Zərərçəkmiş şəxs MMC-yə aid olduğu ona məlum olmuşdur. Bundan sonra həmin 23 baş iribuynuzlu heyvan polis əməkdaşları tərəfindən sahibinə, yəni qeyd olunan şirkətin nümayəndəsinə təhvil verilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs ifadəsində oğurladığı heyvanların sayının 23 baş təşkil etməklə dişi cinsli, iribuynuzlu, 3-5 yaş aralığında olmaqla hər birinin diri vəziyyətdə çəkilərinin ortalama 300 kiloqram olduğunu, qeyd olunan heyvanları oğurlayarkən ətrafda heç kəsin olmadığını, onun bu əməli törətməsini heç kimin görmədiyini, habelə bu əməlindən heç kimin məlumatı olmadığını, heyvanları təkbaşına oğurlayıb meşə sahəsində bir neçə gün saxladığını, yük nəqliyyat vasitəsinin sürücüləri Şahid1 və Şahid2, habelə heyvanların nəqliyyat vasitəsinə yüklənməsinə köməklik edən tanımadığı fəhlələrin həmin heyvanların oğurluq olmasından məlumatsız olduqlarını, həmin şəxslərə öz heyvanı kimi təqdim etdiyini, yəni həmin şəxslərin onun törətdiyi cinayətdən xəbərsiz olduqlarını, heyvanların qulaqlarında xüsusi nişanələr olmasını gördüyünü, bunun heyvanların peyvəndlənməsi ilə bağlı olduğunu düşündüyünü bildirmişdir. Daha sonra o, əməlindən səmimi peşmançılıq çəkdiyini, dəymiş ziyanı ödədiyini və iş üzrə digər yüngülləşdirici halları nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında zərər çəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, təqsirləndirirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən "xxxx" MMC-nə dəymiş ziyan tam olaraq ödənilsə də onlar təqsirləndirirlən şəxs Təqsirləndirilən şəxs şikayətçidirlər, onunla barışmamışlar və ona görə də Təqsirləndirilən şəxs ağır cəza olaraq azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin oktyabr ayından Zərərçəkmiş şəxs MMC-də “idari işlər meneceri” vəzifəsində işləyir. Həmin müəssisə 2022-ci ildən etibarən Türkiyə Cumhuriyyətindən Azərbaycan Respublikasına iribuynuzlu heyvanların idxalına başlamış, həmin heyvanlar Zəngilan rayonu ərazisində qurulmuş fermer təsərrüfatında saxlanılmışdır. Daha sonra 2023-cü ilin oktyabr ayından heyvanlar açıq otlaq sahəsində otarılması üçün Laçın rayonu ərazisinə aparılmış, heyvanlar çobanlar və baytarların nəzarəti altında açıq otlaq sahələrində otarılmağa başlanmışdır. 19 oktyabr 2023-cü il tarixdə Cəbrayıl rayonu ərazisindəki polis postundan keçən 2 ədəd yük nəqliyyat vasitəsində onların saxladığı iribuynuzlu heyvanın cinsinə bənzər iribuynuzlu heyvanın olması (daşınması) barədə məlumat verilmişdir. Bundan sonra o, dərhal həmin polis postuna gedib oradakı əməkdaşlarla söhbətləşərkən ona verilən məlumatlara əsasən aparılan heyvanların Zərərçəkmiş şəxs MMC-yə məxsus olmasını müəyyən etmiş və heyvanların oğurlanmasından şübhələnərək bu barədə dərhal Laçın RPŞ-yə məlumat vermişdir. Əlavə olaraq öz əlaqələri hesabına həmin heyvanları daşıyan nəqliyyat vasitələrinin birinin sürücüsü, yəni Şahid2 əlaqə telefonunu tapıb sonuncuya zəng edərək daşıdığı heyvanların oğurluq heyvan olduğunu bildirib olduğu yerdə gözləməsini demişdir. Bundan sonra Laçın rayon polis şöbəsinin əməkdaşları dərhal həmin nəqliyyat vasitəsinin arxasınca çıxmış, o da həmin əməkdaşlara qoşularaq birlikdə getmişlər. Şahid2 nəqliyyat vasitəsini Hacıqabul rayonun Nəvai qəsəbəsi ərazisində yol kənarında saxlayıb onların gəlməsini gözləmişdir. Polis əməkdaşları ilə birlikdə həmin nəqliyyat vasitələrinə yaxınlaşıb heyvanlara baxanda həmin heyvanların işlədiyi Zərərçəkmiş şəxs MMC-yə məxsus heyvanlar olduğunu müəyyən edib bu barədə polis əməkdaşlarına bildirmişdir. Bundan sonra Laçın rayon polis şöbəsinin əməkdaşları 2 ədəd yük nəqliyyat vasitəsini yükü ilə birlikdə polis şöbəsinə gətirmiş, orada müvafiq sənədləşmələr edildikdən sonra 23 baş iribuynuzlu heyvan ona təhvil verilmişdir. O, da heyvanları müvafiq qaydada Zərərçəkmiş şəxs MMC-yə çatdırmışdır. Bundan əlavə Şahid3 ifadəsində heyvanların ortalama təxmini qiymətinin 3.000 manat təşkil etdiyini, heyvanların otarıldığı ərazi böyük olduğundan 15-20 oktyabr 2023-cü il tarix aralığında həmin heyvanlara konkret olaraq hansı çobanın və ya baytarın nəzarət etməli olduğunu müəyyənləşdirməyin qeyri-mümkün olduğunu, təhvil aldığı 23 baş heyvanın xüsusiyyətləri, yəni çəkiləri, ət çıxarları, yaşları, cinsləri barədə məlumat verə bilməyəcəyini qeyd etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, özünə məxsus **-BS-*** dövlət qeydiyyat nişanlı, “X9” markalı, yük nəqliyyat vasitəsi ilə yük daşımaqla məşğul olur. 17 oktyabr 2023-cü il tarixdə günorta saatlarında yük daşıma ilə məşğul olan tanışı, Laçın rayon Ağbulaq kənd sakini Elsevər Babayev ona zəng edərək, 800 manat pul müqabilində 18 oktyabr 2023-cü il tarixdə Laçın rayonu ərazisindən Bakı şəhərinə heyvan aparmaq istəyən müştəri olduğunu deyib bu sifarişi götürmək istəyib-istəmədiyini soruşmuş, o da həmin təkliflə razılaşmışdır. Həmin vaxt Elsevər ona heyvan daşınması üçün 2 ədəd yük avtomobilinin lazım olduğunu, buna görə digər yük avtomobili sürücüsü Şahid2 da onunla birlikdə gedəcəyini bildirmişdir. Bundan sonra o, həmin gün yəni 17 oktyabr 2023-cü il tarixdə axşam saatlarında Şahid2lə Ağcabədi rayonu ərazisində görüşüb birlikdə Laçın rayonuna yola düşmüş, 18 oktyabr 2023-cü il tarixdə səhər saat 10 radələrində Laçın rayonun Qorçu kəndi ərazisinə çatmışlar. Elsevərin verdiyi əlaqə telefonuna zəng edib əvvəllər tanımadığı Təqsirləndirilən şəxslə danışıb təyinat yerinə gəlmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üç nəfər tanımadığı şəxslə birlikdə çoxlu sayda xırdabuynuzlu və iribuynuzlu heyvanı piyada onların nəqliyyat vasitəsinin yanına gətirmişdir. Xırdabuynuzlu heyvanların yarısı, yəni 95 başı onun yük avtomobilinin yük yerinin üst mərtəbəsinə, digər yarısı, yəni 95 başı isə Veysəlin avtomobilinin yük yerinin üst mərtəbəsinə yığılmışdır. Daha sonra isə 23 baş iribuynuzlu heyvandan 11 başı onun, 12 başı isə Veysəlin avtomobilinin yük yerinin alt mərtəbəsinə yığılmışdır. Həmin vaxt o, Təqsirləndirilən şəxs heyvanları haradan aldığını soruşanda sonuncu həmin heyvanların Rusiyadan gətirilmiş olduğunu, özünün isə Bərdə rayonundan aldığını ona bildirmişdir. Yüklənmə işi bitdikdən sonra Təqsirləndirilən şəxs Şahid2 idarə etdiyi nəqliyyat vasitəsinə minmiş, digər üç şəxs isə geri qayıtmışdır. Bundan sonra onlar Laçın rayonundan Bakı şəhəri istiqamətində yola düşmüş, 19 oktyabr 2023-cü il tarixdə saat 16 radələrində Hacıqabul rayonu ərazisində ona məxsus nəqliyyat vasitəsi xarab olduğundan dayanıb təmir işləri ilə məşğul olmuşdur. Elə həmin vaxt ona tanımadığı şəxs zəng edərək özünü polis əməkdaşı kimi təqdim edib olduqları yerdə gözləməsi barədə göstəriş vermişdir. Buna görə o və Şahid2 nəqliyyat vasitəsini heç yerə sürməyib gözləmiş, bir müddət sonra Laçın rayon polis şöbəsinin əməkdaşları gəlib nəqliyyat vasitəsində olan iribuynuzlu heyvanların oğurluq heyvan olduğunu bildirib onları polis şöbəsinə dəvət etmişlər. Yalnız bundan sonra Təqsirləndirilən şəxs qeyd olunan heyvanları oğurladığını öyrənmiş, buna qədər heyvanların oğurluq olması barədə heç bir məlumatı olmamış və bu xüsusda onda hər hansı şübhə yaranmamışdır. Polis əməkdaşları heyvanları nəqliyyat vasitəsindən düşürdüb sahibinə təhvil vermişlər. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 da digər Şahid1la eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları olduğu kimi bir daha təsdiq etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Laçın RPŞ-də CAB-ın rəisi vəzifəsində işləyən Şahid4 ifadəsində göstərmişdir ki, 19 oktyabr 2023-cü il tarixdə axşam saatlarında Laçın RPŞ-nin Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsi ərazisində yerləşən inzibati binasında olarkən Zərərçəkmiş şəxs MMC-də menecer vəzifəsində işləyən Şahid3 mobil telefonla zəng edərək, işlədiyi MMC-yə məxsus heyvanların Təqsirləndirilən şəxs adlı Laçın rayon sakini tərəfindən oğurlanması və həmin heyvanları Şahid2 və Şahid1 adlı şəxslərin yük maşını ilə Bakı şəhərinə aparması, hazırda yolda olmaları barədə məlumat vermişdir. Daxil olan məlumat əsasında o, Laçın rayon Qarakeçdi kənd sakini kimi tanıdığı Şahid2 zəng edib daşıdığı yükün oğurluq heyvan olmasına əsaslı şübhələr olduğunu deyib faktiki harada olduqlarını soruşmuş, sonuncu Hacıqabul rayonun Nəvai qəsəbəsi ərazisində olduqlarını bildirdikdə o, maşını kənara çəkib saxlamasını və polis əməkdaşları gələnədək orada gözləməsini tapşırmışdır. Bundan sonra o, əməliyyat qrupu ilə birlikdə Hacıqabul rayonun Nəvai qəsəbəsinə getmişdir. Eyni zamanda cinayət əməli barədə məlumat verən Şahid3 da həmin yerə gəlmişdir. Nəvai qəsəbəsinə çatanda Şahid2 məxsus **-BG-*** dövlət qeydiyyat nişanlı, “Mersedes Benz 1217” markalı və Şahid1 məxsus **-BS-*** dövlət qeydiyyat nişanlı, “X9” markalı yük nəqliyyat vasitələrinin “Qazax-Bakı” magistral yolun kənarında dayandığını görüb onlara yaxınlaşmışlar. Bu zaman Şahid2lə Şahid1 daşıdıqları yükün sahibi kimi yanlarında Laçın rayon Qovuşuq kənd sakini Təqsirləndirilən şəxs olduğunu görmüşdür. O, yaxınlaşıb özünü təqdim edərək nəqliyyat vasitələrində olan iribuynuzlu heyvanların oğurluq olmasında əsaslı şübhələr olduğunu demişdir. Bu zaman sürücülər heyvanların Təqsirləndirilən şəxs aid olduğunu, özlərinin sadəcə pul müqabilində yük daşıma xidməti göstərdiklərini bildirərək heyvanların oğurluq olmasından heç bir məlumatları olmadığını demişlər. Təqsirləndirilən şəxs həmin vaxt həmin iribuynuzlu heyvanların özünə məxsus olduğunu, nəsə anlaşılmazlıq olduğunu demişdir. Az sonra heyvanların sahibi olan Zərərçəkmiş şəxs MMC-nin əməkdaşı Şahid3 həmin yerə yaxınlaşıb nəqliyyat vasitəsinə yüklənmiş iribuynuzlu heyvanlara baxan kimi həmin heyvanların qeyd edilən şirkətə məxus heyvanlar olduğunu və onların oğurlanaraq aparıldığını bildirmişdir. Heyvanların oğurlanması dəqiqləşdikdən sonra o, həmin şəxsləri polis şöbəsinə dəvət etmiş və birlikdə Laçın RPŞ-yə gəlmişlər. Təqsirləndirilən şəxs ilk öncə heyvanların özünə məxsus olduğunu iddia etsə də, sonradan həmin heyvanları oğurladığını etiraf etmiş, bubdan sonra 23 baş iribuynuzlu heyvan müvafiq rəsmiləşdirilmələr aparılmaqla tam sağlam şəkildə Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Şahid3 təhvil verilmişdir. Bundan başqa, işdə olan və məhkəmə iclasında tədqiq olunan ibtidai istintaq zamanı tərtib edilmiş xx.xx.2023-cü il tarixli baxış protokolundan görünür ki, Ağcabədi rayonu, Taxtakörpü ərazisi 21 saylı qəsəbədə yerləşən Laçın RPŞ-nin inzibati binasının qarşısında iki ədəd yük nəqliyyat vasitəsi vardır. **-BS-*** dövlət qeydiyyat nişanlı “X9” markalı nəqliyyat vasitəsinə Təqsirləndirilən şəxs və sürücü Şahid1 iştirakı ilə baxış keçirilərkən nəqliyyat vasitəsinin yük yerinin 2 mərtəbəli olduğu, üst mərtəbədə 95 baş müxtəlif çəkilərdə xırdabuynuzlu heyvan (qoyun), alt mərtəbədə isə 11 baş müxtəlif çəkilərdə iribuynuzlu heyvanlar (inək) olması müəyyən edilmişdir. Daha sonra **-BG-*** dövlət qeydiyyat nişanlı “Mersedes Benz 1217” markalı yük nəqliyyat vasitəsinə Təqsirləndirilən şəxs və sürücü Şahid2 iştirakı ilə baxış keçirilərkən həmin nəqliyyat vasitəsinin də yük yerinin 2 mərtəbəli olduğu, üst mərtəbədə 95 baş müxtəlif çəkilərdə xırdabuynuzlu, alt mərtəbədə isə 12 baş müxtəlif çəkilərdə iribuynuzlu heyvanlar olması müəyyən edilmişdir. Novruz Panəliyev, Şahid1 və Şahid2 həmin heyvanların Laçın rayonunun Qorçu kəndi ərazisində nəqliyyat vasitəsinə yükləndiyini bildirmişlər. İşdə olan və məhkəmə iclasında tədqiq olunan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/8302 nömrəli rəyindən görünür ki, 23 baş, dişi cinsli, 3-5 yaş aralığında, diri çəkisi təxminən 300 kiloqram olan inəklərin 2023-cü ilin oktyabr ayına olan orta bazar qiyməti ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 41.400 manat müəyyən olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq olunan 20 oktyabr 2023-cü il tarixli protokoldan və əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, iş üzrə əhəmiyyət kəsb etdiyindən 23 baş iribuynuzlu heyvan maddi sübut qismində tanınmış və Zərərçəkmiş şəxs MMC-yə məxsus 23 (iyirmi üç) baş iribuynuzlu heyvanların gündəlik qulluğa ehtiyacı olduğundan, yəni onların saxlanması üçün müəyyən xərc tələb olunduğundan həmin heyvanlar Zərərçəkmiş şəxs MMC-nin əməkdaşı Şahid3 saxlanca təhvil verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən, məhkəmə hökmlərindən və qərardan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 120.2.1, 29, 120.2.1, 29, 120.2.3, 29, 120.2.6, 29, 120.2.10-cu maddələri ilə təqsirli bilinib 13 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarı ilə həmin cəza 9 ilə endirilmiş, daha sonra Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.5 və 228.2.1-ci maddələri ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, lakin Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarı ilə təyin edilmiş 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası sonuncu hökmlə ona təyin olunmuş cəza ilə qismən toplanaraq qəti olaraq 10 il müddətinə (əvvəlki hökmlə çəkmiş olduğu 1 il 26 gün azadlıqdan məhrum etmə cəzası yeni hökmə əsasən təyin edilmiş cəza müddətinə hesablanaraq, 8 il 11 ay 4 gün müddətinə) azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2016cı il tarixli qərarı ilə isə cəzasının çəkilməmiş 3 ay 22 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuşdur. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs cinayət törətdiyi an məhkumluğu olan şəxsdir. İşdə olan və məhkəmə baxışı iclasında tədqiq olunan Laçın rayon Mərkəzi xəstəxanasının xx.xx.2023-cü il tarixli, 196 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Laçın rayon Mərkəzi xəstəxanasının konsultativ poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetinin dispanser qeydiyyatına alınmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq olunan zərər çəkmiş hüquqi şəxs "xxxx" MMCnin nümayəndəsi Nümayəndə ərizəsindən görünür ki, təqsirləndirirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən "xxxx" MMC-nə dəymiş ziyan tam olaraq ödənilsə də onlar təqsirləndirirlən şəxs Təqsirləndirilən şəxs şikayətçidirlər, onunla barışmamışlar və ona görə də Təqsirləndirilən şəxs ağır cəza olaraq azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məhkəmədən xahiş edir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ifadələrində özünümüdafiə kimi göstərdikləri xüsusatların sübut növü kimi qəbul edilməməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə elan olunmuş ittihamın məzmununda dəyişiklik edilməklə ona Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə yenidən ittihamın elan edilməsi və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin nəzərə alınması, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şahid2 və Şahid1 əməllərində cinayət tərkibi olmadığından barələrində cinayət təqibinin başlanmasının Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X3, X4 və X1 barələrində cinayət təqibinin başlanmasının rədd edilməsi, ********* nömrəli cinayət işindən Zərərçəkmiş şəxs MMC-yə məxsus ümumilikdə 118 baş iribuynuzlu (89 ədədi dişi, 29 ədədi erkək) və 388 baş buzovun itməsi epizodu üzrə cinayət təqibinin ayrıca icraata material ayrılaraq araşdırmasının davam etdirilməsi, Zərərçəkmiş şəxs MMC-nin zərər çəkmiş şəxs qismində, Nümayəndə isə zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmasının nəzərə alınması, cinayət işi üzrə təqsirləndirilən şəxsin özünümüdafiə xarakteri daşımayan ifadələrinin, habelə şahidlərin ifadələrinin, ekspert rəyinin, istintaq hərəkəti protokollarının, həmçinin cinayət işinə əlavə edilmiş digər sənədlərin sübut növü kimi qiymətləndirilməsi, iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayətin predmeti olan 23 baş iribuynuzlu heyvanın xx.xx.2023-cü il tarixli qərarla maddi sübut kimi tanınması və həmin heyvanların saxlanc üçün sahibi Zərərçəkmiş şəxs MMC-yə təhvil verilməsinin nəzərə alınması, cinayət işinin başlanması rədd edilmiş xüsusatlarla bağlı materialların ayrılaraq Laçın RPŞ-nin arxivində saxlanılması, qəbul edilmiş qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və maraqlı tərəflərə göndərilməsi qərara alınmışdır. Bundan başqa, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlillər də araşdırılmışdır. Belə ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilsə də, ifadəsində Laçın rayonun Qorçu kəndi ərazisində qeyd edilən heyvanları görərkən bir müddət həmin heyvanlara heç kimin nəzarət etmədiyini görüb həmin heyvanları sahibsiz heyvan zənn edib apardığını göstərmişdir. Lakin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi bu xüsusatlar araşdırılmış və yuxarıda şərh olunan toplanmış sübutlar, həmçinin işin faktiki halları ilə tam təkzib edilmişdir. Bundan başqa, iş üzrə toplanmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 23 baş iribuynuzlu heyvanları aparakən qulaqlarının deşilərək xüsusi fərqləndirici nişanlar (birkalar) vurulduğunu görmüş, bunun heyvanın peyvəndlənməsi ilə bağlı olmasını zənn etməsini ifadəsində də etiraf etmişdir. Heyvanların qulaqlarında xüsusi fərqləndirici nişanların (birkaların) olması həmin heyvanların sahibsiz olmadığını, onların kiməsə məxsus olduğunu və bunu Təqsirləndirilən şəxs heyvanları oğurlayarkən dərk etdiyini sübut edir. Ona görə də Təqsirləndirilən şəxs bu barədə göstərdiyi xüsusatlar işin obyektiv hallarına uyğun gəlmədiyi üçün özünümüdafiə kimi qiymətləndirilməklə sübut növü kimi qəbul edilməməlidir. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə tövsif olunmalı, o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müvafiq cəza ilə cəzalanmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə sadalanan qanunvericilik normalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlikəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə xüsusi ilə vurğulayır ki, qanuni, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərir, onun, həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarşısını alır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sayəsində mühüm vasitədir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun təqsirini boynuna almasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən səmimi peşman olmasını, zərər çəkmiş şəxsə dəymiş ziyanı ödəməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinin tələblərinə əsasən işdə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən isə cinayəti törətdiyi an üzərində ödənilməmiş məhkumluğunun olmasını, yəni cinayətlərin residivini cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsədən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi üzrə təqsirləndirilən şəxsə təyin olunacaq cəzanın növünü və həddini müəyyən edərkən, işin faktiki hallarını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi şəraitini, başqa şəxslər tərəfindən eyni xarakterli yeni cinayətlərin törədilməsinin qarşısının alınmasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları və cinayətin residivini nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi ümumiyyətlə məqsədəmüvafiq deyil və onun islah olunması baxımından ona, məhz Azərbaycan Respublikası CM-nin 65-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi daha məqsədəmüvafiqdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan bu cəza növü cəzanın əsas məqsədini təmin edir. Bundan başqa, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli isə tutulduğu vaxtdan, yəni 27 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilməli, barəsində «həbs» qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməli, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut qismində tanınmış 23 (iyirmi üç) baş iribuynuzlu mal-qara Zərərçəkmiş şəxs MMC-nin mülkiyyətində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri -50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, ibtidai istintaq dövründə iş üzrə zərər çəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə dəymiş maddi ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilməsi həyata keçirilmişdir. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və xüsusi müsadirə yoxdur. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı və 381-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 27 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri dəyişdirilsin, barəsində «həbs» qətimkan tədbiri seçilsin, o, məhkəmə iclas zalından dərhal həbs edilsin və barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut qismində tanınmış 23 (iyirmi üç) baş iribuynuzlu mal-qara Zərərçəkmiş şəxs MMC-nin mülkiyyətində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri -50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və xüsusi müsadirə yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Laçın Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə 20 (iyirmi) gün başa çatdıqdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №1(047)-7/2024
Laçın Rayon Məhkəməsi Hökm — İş №1(047)-7/2024
27.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver