Məhkəmə qərarları › İş №1(047)-8/2023

Laçın Rayon Məhkəməsi Qərar — İş №1(047)-8/2023

31.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Laçın rayonu İş № 1(047)-8/2023 31.10.2023 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Ağcabədi şəhərində, 31 oktyabr 2023-cü il tarixdə, Laçın Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1985-ci il tarixdə Laçın rayonunun Pircahan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, “Laçın rayon mərkəzi xəstəxanası” Publik hüquqi şəxsin direktoru vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vuraraq israf etmə yolu ilə talamışdır. Belə ki, o, Azərbaycan Respublikası Laçın Rayonu İcra Hakimiyyəti başçısının 66 nömrəli 25 aprel 2017-ci il tarixli sərəncamı ilə Laçın Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsinə təyin olunaraq həmin vəzifədə işləyərkən 30 noyabr 2004-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 3099 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 22 noyabr 2004-cü il tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Səhiyyə sahəsinə aid qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid X4”na, Azərbaycan Respublikası Səhiyyə nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş Tibb Müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatlarının İ bölməsində göstərilən “Tibb müəssisəsinin rəhbərinin nümunəvi (baş direktor, direktor, baş həkim, rəis) vəzifə təlimatı”na və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 19 iyun 2017-ci il tarixli 8 nömrəli qərarı ilə təsdiq edilmiş “Səhiyyə sahəsinə aid qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid X4”na əsasən müəssisənin fəaliyyətinə rəhbərliyi həyata keçirmək, əhaliyə keyfiyyətli müvafiq sahə üzrə tibbi xidmət göstərilməsini, inzibati-təsərrüfat və maliyyə fəaliyyətini təşkil etmək, müəssisənin fəaliyyətinin təhlilini həyata keçirmək və onun əsasında işin forma və metodlarının yaxşılaşdırılması üzrə zəruri tədbirlər görmək, müvafiq sahə üzrə müasir diaqnostika, müalicə və profilaktika metodlarının tətbiqini təmin etmək, digər müalicə-profilaktika müəssisələri arasında əhalinin müayinə və müalicəsində ardıcıl və əlaqəli iş prinsipinin tətbiq edilməsini təmin etmək, müəssisənin struktur bölmələri üzrə planlı və növbədən kənar yoxlamaları, müəssisənin fəaliyyəti ilə bağlı məsələlərin müzakirəsini aparmaq, tibbi yardımın təşkilində aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün tədbirləri həyata keçirmək, müəssisənin illik hesabatını və illik mühasibatlıq balansını təsdiq etmək, kollektiv müqavilə üzrə işəgötürənə aid öhdəliklərin yerinə yetirilməsini təmin etmək, müəssisənin təşkilati-idarəetmə strukturunu, fəaliyyətin planlaşdırılmasını, işinin forma və metodlarını təkmilləşdirmək, kadrların seçilməsi, onların ixtisaslarına uyğun yerləşdirilməsi və istifadəsini həyata keçirmək, onların peşə ixtisaslarının artırılması üçün şərait yaratmaq, işçilərin öz vəzifə öhdəliklərini yerinə yetirməsinin təmin olunması üzrə tədbirlər görmək, qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi istiqamət üzrə təkmilləşdirmə kurslarında iştirak etmək, daxili intizam, əməyin mühafizəsi üzrə, cihaz, avadanlıq, alətlər və mexanizmlərin istismarı qaydalarının tələblərinin yerinə yetirilməsinə nəzarət etmək, müəssisənin fəaliyyətini digər səhiyyə qurumları ilə əlaqələndirmək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını həyata keçirən maddi məsul vəzifəli şəxs kimi dövlət büdcəsi vəsaiti hesabına maliyyələşən Laçın Rayon Mərkəzi Xəstəxanasına ayrılmış pul vəsaitini, yəni ona etibar edilmiş özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə israf etmə yolu ilə talamaq məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2008-ci il tarixli 151 №-li əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrinin ştat cədvəllərinin tərtibatına ümumi tələblər”-in 9-cu bəndinin tələblərinə əməl etməyərək, işçiyə əlavə olaraq 0,5 ştat vahidi yalnız istehsalat zərurəti yarandıqda iş saatlarının tam ödənilməsi şərti ilə müvəqqəti olaraq verilməli olduğu halda, Laçın Rayon Mərkəzi Xəstəxanasının sabiq baş həkimi X2 xx.xx.1995-ci il tarixli 2 nömrəli əmri ilə həmin xəstəxananın nəzdində olan Qarqışlaq kənd xəstəxanasına 1 ştat vahidi üzrə sürücü vəzifəsinə təyin olunmuş və əlavə olaraq əvəzçilik qaydasında sonuncunun xx.xx.2000-ci il tarixli 18 nömrəli əmrinə əsasən qeyd olunan xəstəxananın Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə 0,5 ştat vahidi ilə sürücü vəzifəsinə qəbul edilmiş Şahid1, Laçın Rayon Mərkəzi Xəstəxanasının sabiq baş həkimi E.İsgəndərovun xx.xx.1997-ci il tarixli 34 nömrəli əmri ilə həmin xəstəxanaya 1 ştat vahidi üzrə sürücü vəzifəsinə təyin olunmuş və əlavə olaraq əvəzçilik qaydasında sonuncunun xx.xx.2001-ci il tarixli 04 nömrəli əmrinə əsasən qeyd olunan xəstəxananın Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə 0,5 ştat vahidi ilə sürücü vəzifəsinə qəbul edilmiş Şahid2, Laçın Rayon Mərkəzi Xəstəxanasının sabiq baş həkimi E.İsgəndərovun xx.xx.2002-ci il tarixli 25 nömrəli əmri ilə həmin xəstəxananın nəzdində olan Qarakeçdi kənd xəstəxanasına 1 ştat vahidi üzrə sürücü vəzifəsinə təyin olunmuş və əlavə olaraq əvəzçilik qaydasında sonuncunun xx.xx.2004-cü il tarixli 17 nömrəli əmrinə əsasən qeyd olunan xəstəxananın Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə 0,5 ştat vahidi ilə sürücü vəzifəsinə qəbul edilmiş Şahid3, özünün xx.xx.2018-ci il tarixli 807-K nömrəli əmri ilə həmin xəstəxananın Təsərrüfat heyətinə 1 ştat vahidi üzrə sürücü vəzifəsinə təyin olunmuş və əlavə olaraq əvəzçilik qaydasında özünün xx.xx.2018-ci il tarixli 808-K nömrəli əmrinə əsasən qeyd olunan xəstəxananın nəzdində olan Təzəkənd kənd xəstəxanasının Təsərrüfat heyətinə 0,5 ştat vahidi ilə sürücü vəzifəsinə qəbul edilmiş Şahid4, özünün xx.xx.2019-cu il tarixli 1009-K nömrəli əmri ilə həmin xəstəxananın Təsərrüfat heyətinə 1 ştat vahidi üzrə sürücü vəzifəsinə təyin olunmuş və əlavə olaraq əvəzçilik qaydasında özünün həmin tarixli və nömrəli əmrinə əsasən qeyd olunan xəstəxananın Təsərrüfat heyətinə 0,5 ştat vahidi ilə sürücü vəzifəsinə qəbul edilmiş Şahid5 faktiki olaraq tam ştat vahidinə uyğun olaraq işlə təmin olunaraq fəaliyyət göstərdikləri halda, əvəzçilik qaydasında verilmiş 0,5 ştat vahidi üzrə əlavə olaraq hər hansı bir əmək fəaliyyəti ilə məşğul olmadıqlarına baxmayaraq, sonuncuların əvəzçilik qaydasında işlə təmin edilmələrilə əlaqədar bağlanmış əmək müqavilələrinə xitam verilməsinə görə qəsdən qanuni addımları atmayıb, 2017-ci ilin may ayından başlayaraq 2021-ci ilin yanvar ayınadək olan müddətdə rəhbərlik etdiyi xəstəxananın işçi heyətinin əmək haqqı və məzuniyyət hesablama cədvəllərini Xəstəxananın yerləşdiyi Ağcabədi rayonunun Taxta-körpü qəsəbəsi ünvanında tərtib edərək hər ay üçün həmin xəstəxananın Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin sürücüsü vəzifəsi üzrə 0,5 ştat vahidinin Şahid1, Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin sürücüsü vəzifəsi üzrə 0,5 ştat vahidinin Şahid2, Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin sürücüsü vəzifəsi üzrə 0,5 ştat vahidinin Şahid3, Təzəkənd kənd xəstəxanasının Təsərrüfat heyətinin sürücüsü vəzifəsi üzrə 0,5 ştat vahidinin Şahid4, Təsərrüfat heyətinin sürücüsü vəzifəsi üzrə 0,5 ştat vahidinin Şahid5 əmək haqqı və məzuniyyət ödənişlərinin ayrılmasını qeyd olunan cədvəllərə daxil edib, şəxsən imzaladıqdan sonra xidməti istifadəsində olan Laçın Rayon Mərkəzi Xəstəxanasının özünə təhkim edilmiş möhürü ilə təsdiq etməklə həmin sənədlərin Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Laçın rayonu üzrə Maliyyə idarəsinə göndərməsinə nail olaraq, əmək haqqı və məzuniyyət ödənişləri üzrə Şahid1 adına açılmış "xxxx" ASC-yə məxsus 4169********6997 nömrəli əmək haqqı kartı hesabına 2017ci ilin may ayından dekabr ayınadək olan müddət ərzində 604,92 manat, 2018-ci il ərzində 989,55 manat, 2019-cu ilin yanvar ayından sentyabr ayınadək olan müddət ərzində 1015,71 manat, eyni niyyətlə Şahid2 adına açılmış "xxxx" ASC-yə məxsus 4169********2874 nömrəli əmək haqqı kartı hesabına 2017-ci ilin may ayından dekabr ayınadək olan müddət ərzində 595,49 manat, 2018-ci il ərzində 990,76 manat, 2019-cu il ərzində 1467,5 manat, 2020-ci ilin ərzində 1863,37 manat, eyni niyyətlə Şahid3 adına açılmış "xxxx" ASC-yə məxsus 4169********7233 nömrəli əmək haqqı kartı hesabına 2017ci ilin may ayından dekabr ayınadək olan müddət ərzində 507,84 manat, 2018-ci il ərzində 825,6 manat, 2019-cu il ərzində 1243,8 manat, 2020-ci ilin ərzində 1621,43 manat, eyni niyyətlə Şahid4 adına açılmış "xxxx" ASC-yə məxsus 4169********6244 nömrəli əmək haqqı kartı hesabına 2018-ci ilin sentyabr ayından dekabr ayınadək olan müddət ərzində 434,74 manat, 2019-cu il ərzində 1444,79 manat, 2020-ci ilin ərzində 1924,5 manat, eyni niyyətlə Şahid5 adına açılmış "xxxx" ASC-yə məxsus 4169********0985 nömrəli əmək haqqı kartı hesabına 2019-cu ilin oktyabr ayından dekabr ayınadək olan müddət ərzində 403,53 manat, 2020-ci ilin ərzində 1642,39 manat olmaqla, ümumilikdə 17.575,92 (on yeddi min beş yüz yetmiş beş manat doxsan iki qəpik) manat məbləğində pul vəsaitinin köçürülməsinə və sonuncular tərəfindən həmin pul vəsaitlərinin Ağcabədi rayonunun ərazisində yerləşən "xxxx" ASC-yə məxsus ayrı-ayrı bankomatlardan çıxarılıb nağdlaşdırılaraq şəxsi ehtiyaclarına sərf edilməsinə nail olmaqla, öz qulluq mövqeyindən istifadə edərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə məxsus olmaqla ona etibar edilmiş cəmi 17.575,92 (on yeddi min beş yüz yetmiş beş manat doxsan iki qəpik) manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla israf etmə yolu ilə talamışdır. Bununla da, ibtidai istintaq orqanının gəldiyi nəticəyə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cu maddələri ilə elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2011-2017-ci illərdə Sumqayıt Oftalmoloji Xəstəxanasında həkim-oftalmoloq vəzifəsində işləmiş, 2017-ci ilin aprel ayında Laçın rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsinə təyin olunmuş, 2020-ci ildən etibarən isə “Laçın rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin direktoru vəzifəsində çalışır. Baş həkim və direktor kimi vəzifələrinə xəstəxananın idarə olunması, səhiyə işinin təşkili, işçilərə nəzarət və digər bu kimi inzibati işlər aid olmuşdur. Laçın rayon Mərkəzi Xəstəxanasının tərkibi bir Terapiya şöbəsi, bir Təcili Təxirəsalınmaz yardım şöbəsi, bir poliklinika şöbəsi, bir laboratoriya şöbəsi, bir Səhiyyənin Təşkili şöbəsi, 10 kənd həkim məntəqəsi və 4 kənd tibb məntəqəsindən ibarət olmuşdur. Laçın rayonu işğal olunandan sonra, hazırkı kənd həkim məntəqələrinin, əvvəlki kənd xəstəxanalarının əvəzində Azərbaycan Respublikasının müxtəlif rayonlarında, Laçın rayon sakinlərinin məskunlaşdığı ərazilərdə tibb məntəqələri yaradılmışdır. Həmin məntəqələrin əsas hissəsi Bakı və Sumqayıt şəhərlərinin, o cümlədəndə Abşeron rayonunun ərazisində yerləşmişdir. Şahid2, Şahid3, Şahid4, Şahid1, Şahid5 faktiki olaraq tam ştat vahidinə uyğun olaraq Laçın Rayon Mərkəzi Xəstəxanasında sürücü vəzifəsi üzrə işlə təmin olunaraq fəaliyyət göstərdikləri halda, əvəzçilik qaydasında sonunculara verilmiş həmin xəstəxananın digər şöbə və məntəqələrində 0,5 ştat vahidi üzrə əlavə olaraq hər hansı bir əmək fəaliyyəti ilə məşğul olmadıqlarına baxmayaraq, əvəzçilik qaydasında işlə təmin edilmələrilə əlaqədar o, qeyd edir ki, sürücülər Xəstəxananın tabeliyində olan Təcili təxirəsalınmaz tibbi yardım şöbəsinin əməkdaşları olduğundan bir ştatla işlə təmin olunsalar belə, yalnız təcili yardım kimi fəaliyyət göstərməmişlər, sürücülər əlavə olaraq xəstələrin daşınması, səyyar müayinələrin keçirilməsi, “Covid” xəstələrinin müalicə müəssisələrinə aparılması, meyitlərin daşınması işlərini də gördüklərindən və əlavə işçi olmadığından sonunculara əlavə olaraq 0,5 ştat vahidi ilə işə cəlb edilmişlər, bu da müvafiq qaydada əmrlərlə rəsmiləşdirilmişdir. Eyni zamanda, sürücülər əlavə işə cəlb olunmalarına etiraz etməmişlər, öz razılıqları ilə əlavə işə cəlb olunmuşlar və əmək haqlarını özləri almışlar. 2021-ci ilin yanvar ayından isə İcbari Tibbi Sığorta Agentliyi daxili əvəzçilik üzrə işə cəlb olunmağa icazə vermədiyi üçün işçilərin 0,5 ştat vahidi üzrə əlavə işə cəlb olunmaları dayandırılmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs qeyd etmişdir ki, Laçın rayon mərkəzi xəstəxanasının 2017, 2018, 2019 və 2020-ci illər üzrə tərtib olunmuş əmək haqqı və məzuniyyət cədvəllərində 2017-ci ilin mart ayından etibarən “Xəstəxananın baş həkimi” yazılarının qarşısında olan imzalar ona məxsusdur və işlədiyi dövrə aid olan bütün əmək haqqı və məzuniyyət cədvəlləri ona təhkim olunmuş Laçın rayon mərkəzi xəstəxanasının möhürü ilə təsdiq olunmuşdur. Həmin sənədlərin əslləri arxivə verildiyi üçün, təsdiq edilmiş surətlərini ibtidai istintaq orqanına təqdim etmişdir. Eyni zamanda o, məhkəməyə rəsmi ərizəsini təqdim edərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə cəmi 17.575,92 (on yeddi min beş yüz yetmiş beş manat doxsan iki qəpik) manat məbləğində dəymiş maddi ziyanı, həmçinin dövlət nəfinə ödənilməli olan 4394 manat ödənişi ödədiyini, əməllərindən səmimi peşmançılıq çəkdiyini, himayəsində azyaşlı uşaqlarının olmasını, bundan başqa digər yüngülləşdirici halları nəzərə alaraq Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində qeyd etmişdir ki, o, 1995-ci ildən etibarən 1 ştat vahidi ilə Laçın rayon mərkəzi xəstəxanasının Qarıqışlaq kənd xəstəxanasında sürücü vəzifəsində işləmiş, sonradan həmin xəstəxanada əlavə olaraq 0,5 ştat vahidi işlə təmin olunmuşdur. Həmin 0,5 ştat vahidi xəstəxananın digər şöbəsində əvəzçilik qaydasında işə qəbul olunmağı ilə əlaqədar ona təyin olunmuşdur. Laçın rayon mərkəzi xəstəxanasının istifadəsində işlək vəziyyətdə 5 nəqliyyat vasitəsi olmuş, onlardan 2-si Laçın rayonundan gətirilməklə, istifadə edilməmiş və sürücü heyəti 5 şəxsdən ibarət olmuşdur. İş qrafiki 12 saatdan ibarət olmuş və hər növbədə 1 sürücü işləmişdir. O, 1 ştat vahidi işlədiyi dövrdə və əlavə olaraq 0,5 ştat vahidi ilə işlə təmin olduğu dövrdə eyni iş qrafikinə əsasən işləmiş, iş fəaliyyətində dəyişiklik olmamışdır. Əmək haqqı adına açılmış bank kartı vasitəsi ilə köçürülmüş və həmin vəsaiti daim özü istifadə etmişdir. Əlavə ştat vahidinin verilməsi ilə bağlı və ümumiyyətlə Laçın rayon mərkəzi xəstəxanasının baş həkimi və ya başqa əməkdaşı tərəfindən ondan pul tələb edilməmiş, eləcə də o, sonunculara hər hansı bir məbləğdə pul verməmişdir. Əvəzçilik qaydasında 0,5 ştat vahidilə işə qəbul olunmağının hansı əsaslarla aparılması barədə məlumatı olmamış, həmin dövrlərdə köçürülmüş əmək haqqını özü almış və aldığı əmək haqqından hər hansı bir şəxsə pul verməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 1997-cü ildən etibarən 1 ştat vahidi ilə Laçın rayon mərkəzi xəstəxanasına sürücü vəzifəsində işləmiş, sonradan əlavə olaraq 0,5 ştat vahidi üzrə işlə təmin olunmuşdur. Həmin 0,5 ştat vahidi xəstəxananın digər şöbəsində əvəzçilik qaydasında işə qəbul olunmağı ilə əlaqədar ona təyin olunmuşdur. Belə ki, Təcilli tibbi yardım şöbəsinin əməkdaşlarına digər şöbələrin əməkdaşlarından təxminən 2 dəfə artıq əmək haqqı ayrılmış və Laçın rayon mərkəzi xəstəxanasının istifadəsində 5 nəqliyyat vasitəsi işlək vəziyyətdə olmuş, onlardan 2-si Laçın rayonundan gətirilmiş, sürücü heyəti isə 5 şəxsdən ibarət olmuşdur. İş qrafiki 12 saatdan ibarət olmuş və hər növbədə 1 sürücü işləmişdir. O, 1 ştat vahidi işlədiyi dövrdə və əlavə olaraq 0,5 ştat vahidi ilə işlə təmin olduğu dövrdə eyni iş qrafikinə əsasən işləmiş, iş fəaliyyətində dəyişiklik olmamışdır. Yalnız “Covid-19” pandemiyası zamanı, təxminən 2020-ci il ərzində yerli xəstəxanada yer olmamış və növbədən sonra xəstələrin digər regionlarda olan müəlicə müəssisələrinə aparılmasını təmin etmiş və bu öz növbəsində əlavə ştat vahidi ilə bağlı olmamışdır. Əmək haqqı adına açılmış bank kartı vasitəsi ilə köçürülmüş və həmin vəsaiti daim özü istifadə etmişdir. Əlavə ştat vahidinin verilməsi ilə bağlı və ümumiyyətlə Laçın rayon mərkəzi xəstəxanasının baş həkimi və ya başqa əməkdaşı tərəfindən ondan pul tələb edilməmiş, eləcə də o, sonunculara hər hansı bir məbləğdə pul verməmişdir. Əvəzçilik qaydasında 0,5 ştat vahidilə işə qəbul olunmağının hansı əsaslarla aparılması barədə məlumatı olmamış, həmin dövrlərdə köçürülmüş əmək haqqını özü almış və aldığı əmək haqqından hər hansı bir şəxsə pul verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində qeyd etmişdir ki, o, 2002-ci ildən etibarən 1 ştat vahidi ilə Laçın rayon mərkəzi xəstəxanasında sürücü vəzifəsində işləmiş, sonradan əlavə olaraq 0,5 ştat vahidi işlə təmin olunmuş və həmin 0,5 ştat vahidi xəstəxananın digər şöbəsində əvəzçilik qaydasında işə qəbul olunmağı ilə əlaqədar olmuşdur. Laçın rayon mərkəzi xəstəxanasının istifadəsində 5 nəqliyyat vasitəsi olmuş, həmin avtomobillərin 3-dən istifadə edilmiş, 2 isə Laçın rayonundan gətirilmiş və sürücü heyəti 5 şəxsdən ibarət olmuşdur. İş qrafiki 12 saat ibarət olmaqla, hər növbədə 1 sürücü işləmişdir. O, 1 ştat vahidi işlədiyi dövrdə və əlavə olaraq 0,5 ştat vahidi ilə işlə təmin olduğu dövrdə eyni iş qrafikinə əsasən işləmiş, iş fəaliyyətində dəyişiklik olmamışdır. Yalnız “Covid-19” pandemiyası zamanı, təxminən 2020-ci il ərzində yerli xəstəxanada yer olmamış və növbədən sonra xəstələrin digər regionlarda olan müəlicə müəssisələrinə aparılmasını təmin etmiş və bu öz növbəsində əlavə ştat vahidi ilə bağlı olmamışdır. Əmək haqqı adına açılmış bank kartı vasitəsi ilə köçürülmüş və həmin vəsaiti daim özü istifadə etmişdir. Əlavə ştat vahidinin verilməsi ilə bağlı və ümumiyyətlə Laçın rayon mərkəzi xəstəxanasının baş həkimi və ya başqa əməkdaşı tərəfindən ondan pul tələb edilməmiş, eləcə də o, sonunculara hər hansı bir məbləğdə pul verməmişdir. Əvəzçilik qaydasında 0,5 ştat vahidilə işə qəbul olunmağının hansı əsaslarla aparılması barədə məlumatı olmamış, həmin dövrlərdə köçürülmüş əmək haqqını özü almış və aldığı əmək haqqından hər hansı bir şəxsə pul verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 1979cü ildən etibarən Laçın rayon mərkəzi xəstəxanasında işləmiş, sonra 2018-ci ildə 1 ştat vahidi ilə sürücü vəzifəsində işə qəbul edilmiş və əlavə olaraq 0,5 ştat vahidi işlə təmin olunmuşdur. Həmin 0,5 ştat vahidi xəstəxananın digər şöbəsində əvəzçilik qaydasında işə qəbul olunmağı ilə əlaqədar ona təyin olunmuşdur. Laçın rayon mərkəzi xəstəxanasının istifadəsində 5 nəqliyyat vasitəsi işlək vəziyyətdə olmaqla, sürücü heyəti 5 şəxsdən ibarət olmuşdur. İş qrafiki 12 saat ibarət olmaqla, hər növbədə 1 sürücü işləmişdir. O, 1 ştat vahidi işlədiyi dövrdə və əlavə olaraq 0,5 ştat vahidi ilə işlə təmin olduğu dövrdə eyni iş qrafikinə əsasən işləmiş, iş fəaliyyətində dəyişiklik olmamışdır. Yalnız “Covid-19” pandemiyası zamanı, təxminən 2020-ci il ərzində yerli xəstəxanada yer olmamış və növbədən sonra xəstələrin digər regionlarda olan müəlicə müəssisələrinə aparılmasını təmin etmiş və bu öz növbəsində əlavə ştat vahidi ilə bağlı olmamışdır. Əmək haqqı adına açılmış bank kartı vasitəsi ilə köçürülmüş və həmin vəsaiti daim özü istifadə etmişdir. Əlavə ştat vahidinin verilməsi ilə bağlı və ümumiyyətlə Laçın rayon mərkəzi xəstəxanasının baş həkimi və ya başqa əməkdaşı tərəfindən ondan pul tələb edilməmiş, eləcə də o, sonunculara hər hansı bir məbləğdə pul verməmişdir. Əvəzçilik qaydasında 0,5 ştat vahidilə işə qəbul olunmağının hansı əsaslarla aparılması barədə məlumatı olmamış, həmin dövrlərdə köçürülmüş əmək haqqını özü almış və aldığı əmək haqqından hər hansı bir şəxsə pul verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, o, 2019cu ilin oktyabr ayının 1-dən etibarən 1 ştat vahidi ilə Laçın rayon mərkəzi xəstəxanasında sürücü vəzifəsində işləmiş və həmin tarixdə qeyd olunan xəstəxananın digər tibb məntəqəsində 0,5 ştat vahidi ilə sürücü vəzifəsinə təyin olunmuşdur. Laçın rayon mərkəzi xəstəxanasının istifadəsində 5 nəqliyyat vasitəsi olmuş və sürücü heyəti 5 şəxsdən ibarət olmuşdur. İş qrafiki 12 saat ibarət olmaqla hər növbədə 1 sürücü işləmişdir. Xəstəxananın tibb məntəqələrinin nəqliyyat vasitələri olmadığı üçün o, daim Təcilli tibbi yardım şöbəsində işləmişdir. Təcilli tibbi yardım şöbəsinin bütün sürücüləri 1,5 ştat vahidi işlə təmin olunmuşlar və hamısı eyni iş fəaliyyətini həyata keçirmişdir. Yalnız “Covid-19” pandemiyası zamanı, təxminən 2020-ci il ərzində yerli xəstəxanada yer olmamış və növbədən sonra xəstələrin digər regionlarda olan müəlicə müəssisələrinə aparılmasını təmin etmiş və bu öz növbəsində əlavə ştat vahidi ilə bağlı olmamışdır. Əmək haqqı adına açılmış bank kartı vasitəsi ilə köçürülmüş və həmin vəsaiti daim özü istifadə etmişdir. Əlavə ştat vahidinin verilməsi ilə bağlı və ümumiyyətlə Laçın rayon mərkəzi xəstəxanasının baş həkimi və ya başqa əməkdaşı tərəfindən ondan pul tələb edilməmiş, eləcə də o, sonunculara hər hansı bir məbləğdə pul verməmişdir. Əvəzçilik qaydasında 0,5 ştat vahidilə işə qəbul olunmağının hansı əsaslarla aparılması barədə məlumatı olmamış, həmin dövrlərdə köçürülmüş əmək haqqını özü almış və aldığı əmək haqqından hər hansı bir şəxsə pul verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində qeyd etmişdir ki, o, 2019-cu ilin iyun ayından etibarən Laçın rayon mərkəzi xəstəxanasının, hazırkı “Laçın rayon mərkəzi xəstəxanası” Publik hüquqi şəxsin maliyyə şöbəsinin müdiri vəzifəsində işləyir. Onun vəzifələrinə Laçın rayon mərkəzi xəstəxanası üzrə əmək haqlarının və ona bərabər tutulan digər ödənişlərin düzgün hesablanması, xəstəxananın kommunal xərclərinin ödənilməsi, maliyyə hesabatlarının tərtib olunması və sair mühasibatlıq işlərinin aparılması aid olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2008-ci il tarixli 151 №-li əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrinin ştat cədvəllərinin tərtibatına ümumi tələblər”-in 9-cu bəndində işçiyə əlavə olaraq 0,5 ştat vahidinin yalnız istehsalat zərurəti yarandıqda iş saatlarının tam ödənilməsi şərti ilə müvəqqəti olaraq verilməli olması qeyd olunmuşdur. Şahid2, Şahid3, Şahid4, Şahid1, Şahid5 faktiki olaraq tam ştat vahidinə uyğun olaraq Laçın Rayon Mərkəzi Xəstəxanasında sürücü vəzifəsi üzrə işlə təmin olunmalarına baxmayaraq həmin xəstəxananın digər şöbə və məntəqələrində sürücü vəzifəsi üzrə 0,5 ştat vahidi əlavə vəzifəyə təyin olunmuşlar. İşə qəbul və əmək fəaliyyətinə xitam verilməsi baş həkimin səlahiyyətində olmuş və qeyd olunan şəxslərin Şahid5 başqa hamısı o, işləmədiyi dövrdə əlavə ştat vahidinə qəbul olunmuşlar və sonuncu öz növbəsində iş fəaliyyətində atası Şahid1 əvəz etmişdir. Həmin şəxslər özləri əmək haqlarını almışlar və xəstəxananın rəhbərliyi tərəfindən kimdənsə hər hansı bir məbləğdə maddi vəsaitin tələb olunmasını müşahidə etməmişdir. Şahid2 mərkəzi rayon xəstəxanasında əlavə işlədiyi 0,5 ştat vahidi üzrə 2016-ci ilin iyul, avqust, sentyabr, oktyabr ayları üzrə 76,18 manat, noyabr ayı üzrə (məzuniyyət) 75,65 manat, dekabr ayında 77,83 manat, 2017-ci il yanvar, fevral, mart, aprel, may ayları üzrə 77,83, iyun ayı üzrə (məzuniyyət) 58,93 manat, iyul ayı üzrə 77,83 manat, avqust sentyabr, oktyabr, noyabr, dekabr ayları üzrə 76,18 manat, 2018-ci il yanvar, fevral mart ayları üzrə 75,76 manat, aprel ayı üzrə 94,43 manat, may iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr ayları üzrə 85,10, dekabr ayı üzrə (məzuniyyət) 73,35 manat, 2019-cu il yanvar, fevral ayları üzrə 84,17 manat, mart, aprel, may iyun, iyul, avqust ayları üzrə 115,84 manat, sentyabr, oktyabr ayları üzrə 161,41 manat, noyabr ayı üzrə (məzuniyyət) 197,37 manat, dekabr ayı üzrə 83,93 manat, 2020-ci il yanvar, fevral, mart, aprel, may iyun, iyul ayları üzrə 161,41 manat, avqust sentyabr ayları üzrə 164,93 manat, oktyabr ayı üzrə 233,02 (məzuniyyət) manat, noyabr ayı üzrə (məzuniyyət) 83,93 manat, dekabr ayı üzrə (xəstəlik vərəqəsi) 86,69 manat əmək-haqqı və ona bərabər tutulan ödənişlər ödənilmişdir. Şahid4 xəstəxananın TTTYŞ-da əlavə işlədiyi 0,5 ştat vahidi üzrə 2018-ci il sentyabr, oktyabr, noyabr ayları üzrə 84,17 manat, dekabr ayı üzrə (məzuniyyət) 182,23 manat, 2019-cu il yanvar, fevral ayları üzrə 84,17 manat, mart, aprel, may iyun, iyul, avqust ayları üzrə 114,57 manat, sentyabr ayı üzrə 159,64 manat, oktyabr ayı üzrə 134,92 manat, noyabr ayı üzrə 159,64 manat (məzuniyyət), dekabr ayı üzrə 134,83 manat, 2020-ci il yanvar, fevral, mart, aprel, may iyun, iyul ayları üzrə 159,64 manat, avqust sentyabr, oktyabr ayları üzrə 163,17 manat, noyabr ayı üzrə (məzuniyyət) 199,25 manat, dekabr ayı üzrə 118,26 manat əmək-haqqı və ona bərabər tutulan ödənişlər ödənilmişdir. Şahid3 mərkəzi rayon xəstəxanasında əlavə işlədiyi 0,5 ştat vahidi üzrə 2016-ci ilin iyul, avqust ayları üzrə 63,48 manat, sentyabr ayı üzrə (məzuniyyət) 63,03 manat, oktyabr, noyabr, dekabr ayları üzrə 63,48 manat, 2017-ci il yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust sentyabr, oktyabr, noyabr, dekabr ayları üzrə 63,48 manat, 2018-ci il yanvar, fevral mart ayları üzrə 63,14 manat, aprel ayı üzrə 78,69 manat, may iyun, iyul, avqust ayları üzrə 70,91 manat, sentyabr ayı üzrə (məzuniyyət) 61,12 manat, oktyabr, noyabr, dekabr ayları üzrə 70,91 manat, 2019-cu il yanvar, fevral ayları üzrə 70,91 manat, mart, aprel, may iyun ayları üzrə 96,53, manat, iyul ayı üzrə (məzuniyyət) 113,47 manat, avqust ayı üzrə 64,35 manat, sentyabr, oktyabr, noyabr, dekabr ayları üzrə 134,51 manat, 2020-ci il yanvar, fevral, mart, aprel, may iyun, iyul ayları üzrə 134,51 manat, avqust sentyabr oktyabr ayları üzrə 137,45 manat, noyabr ayı üzrə (məzuniyyət) 167,88 manat, dekabr ayı ayı üzrə 99,63 manat əmək-haqqı və ona bərabər tutulan ödənişlər ödənilmişdir. Şahid1 Şüra oğlu xəstəxananın Qarıqışlaq tibb məntəqəsində əlavə işlədiyi 0,5 ştat vahidi üzrə 2016-ci ilin iyul, avqust, sentyabr, oktyabr noyabr, dekabr, ayları üzrə 76,18 manat, 2017-ci il yanvar, fevral, mart, aprel, may, iyun ayları üzrə 76,18 manat, iyul ayı üzrə (məzuniyyət) 75,81 manat, avqust sentyabr, oktyabr, noyabr, dekabr ayları üzrə 75,35 manat, 2018-ci il yanvar ayı üzrə 72,93 manat, fevral, mart ayları üzrə 74,93 manat, aprel ayı üzrə 93,40 manat, may, iyun, iyul avqust sentyabr oktyabr noyabr dekabr ayları üzrə 84,17 manat, 2019-cu il yanvar, fevral ayları üzrə 84,17 manat , mart, aprel, may, iyun, iyul, avqust ayları üzrə 114,57 manat, sentyabr ayı üzrə 159,95 manat əmək-haqqı və ona bərabər tutulan ödənişlər ödənilmişdir. Şahid5 xəstəxananın Qarıqışlaq tibb məntəqəsində əlavə işlədiyi 0,5 ştat vahidi üzrə 2019-cu il oktyabr, noyabr, dekabr ayları üzrə 134,51 manat, 2020-ci il yanvar, fevral mart, aprel, may iyun, iyul ayı üzrə 134,51 manat, avqust sentyabr, oktyabr, noyabr ayları üzrə 137,45 manat, dekabr ayı üzrə (məzuniyyət) 151,02 manat əmək-haqqı və ona bərabər tutulan ödənişlər ödənilmişdir. Bundan başqa, işdə olan və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən Laçın rayonunun ərazi vahidinə aid bəzi dövlət qurumlarında aparılmış maliyyə yoxlamasının nəticəsinə dair 21 fevral 2021-ci il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 avqust 2003-cü il tarixli 106 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən yüksək həssaslıq, həyacan, zehni, fiziki və əsəb gərginliyi, habelə insan səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraiti, iş yeri üzrə vaxtın konkret müddəti göstərilməklə peşələrin, vəzifələrin siyahısı”nın, Respublika Səhiyyə Nazirliyinin 31 oktyabr 2008-ci il tarixli əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrinin ştat cədvəllərinin tələbatına ümumi tələblər” və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 58-ci maddəsinin “Əvəzçilik üzrə əmək müqaviləsinin bağlanması və tənzimlənməsi qaydaları”nın və həmin maddənin 5-ci bəndinin tələblərinə əməl edilməyərək təcilli təxirə salınmaz tibbi yardım şöbəsində 5 nəfər sürücü tam ştat vahidi ilə təmin olunduğu halda Mərkəzi Rayon Xəstəxanasının Qarıqışlaq tibb məntəqəsində və poliklinika şöbəsində 0,5 ştat vahidi verilərək onlara 16,51 min manat əmək haqqı ödənilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan yoxlama zamanı tərtib olunmuş və akta əlavə olunmuş qanunvericiliyin tələblərinə zidd olaraq ayrı-ayı tibb müəssələrində tam stavka işlə təmin edilmiş və xəstəxananın digər tibb məntəqələri və şöbələrində əvəzçilik ilə 0,5 stavka ilə işə qəbul edilmiş sürücülər barədə məlumat cədvəlindən görünür ki, Laçın rayon mərkəzi xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə 0,5 ştat vahidi ilə sürücü vəzifəsinə qəbul edilmiş Şahid2 2016-cı ilin iyul ayından 2020-ci ilin dekabr ayınadək 5850,51 manat, həmin xəstəxananın Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə 0,5 ştat vahidi ilə sürücü vəzifəsinə qəbul edilmiş Şahid1 2016-cı ilin iyul ayından 2019-cu ilin sentyabr ayınadək 3373,74 manat, xəstəxananın Təzəkənd kənd xəstəxanasının Təsərrüfat heyətinə 0,5 ştat vahidi ilə sürücü vəzifəsinə qəbul edilmiş Şahid4 2018-ci ilin sentyabr ayından 2020-ci ilin dekabr ayınadək 3426,60 manat, xəstəxananın Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə 0,5 ştat vahidi ilə sürücü vəzifəsinə qəbul edilmiş Şahid3 2016-cı ilin iyul ayından 2020-ci ilin dekabr ayınadək 4850,76 manat, xəstəxananın Təsərrüfat heyətinə 0,5 ştat vahidi ilə sürücü vəzifəsinə qəbul edilmiş Şahid5 2019-cu ilin oktyabr ayından 2020-ci ilin dekabr ayınadək 2017,50 manat məbləğində əmək haqqının hesablandığı qeyd olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Laçın rayon mərkəzi xəstəxanasının 2016- 2020-ci illər üzrə tərtib olunmuş əmək haqqı və ona bərabər tutulan ödənişlər üzrə cədvəllərdən görünür ki, Laçın rayon mərkəzi xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə 0,5 ştat vahidi ilə sürücü vəzifəsinə qəbul edilmiş Şahid2 2016-cı ilin iyul ayından 2020-ci ilin dekabr ayınadək 5686,64 manat, həmin xəstəxananın Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə 0,5 ştat vahidi ilə sürücü vəzifəsinə qəbul edilmiş Şahid1 2016-cı ilin iyul ayından 2019-cu ilin sentyabr ayınadək 3371,98 manat, xəstəxananın Təzəkənd kənd xəstəxanasının Təsərrüfat heyətinə 0,5 ştat vahidi ilə sürücü vəzifəsinə qəbul edilmiş Şahid4 2018-ci ilin sentyabr ayından 2020-ci ilin dekabr ayınadək 3804,03 manat, xəstəxananın Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə 0,5 ştat vahidi ilə sürücü vəzifəsinə qəbul edilmiş Şahid3 2016-cı ilin iyul ayından 2020-ci ilin dekabr ayınadək 4833,02 manat, xəstəxananın Təsərrüfat heyətinə 0,5 ştat vahidi ilə sürücü vəzifəsinə qəbul edilmiş Şahid5 2019-cu ilin oktyabr ayından 2020-ci ilin dekabr ayınadək 2045,92 manat məbləğində əmək haqqının hesablandığı, ümumilikdə həmin şəxslərə 19741,59 manat məbləğində vəsaitin ödənildiyi müəyyən edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Laçın rayon mərkəzi xəstəxanasının 2016- 2020-ci illər üzrə tərtib olunmuş əmək haqqı və ona bərabər tutulan ödənişlər üzrə cədvəllərə baxış keçirilməsi haqqında 16 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Şahid2 2016-ci ilin iyul, avqust, sentyabr, oktyabr ayları üzrə 76,18 manat, noyabr ayı üzrə (məzuniyyət) 75,65 manat, dekabr ayında 77,83 manat, 2017-ci il yanvar, fevral, mart, aprel, may ayları üzrə 77,83, iyun ayı üzrə (məzuniyyət) 58,93 manat, iyul ayı üzrə 77,83 manat, avqust sentyabr, oktyabr, noyabr, dekabr ayları üzrə 76,18 manat,2018-ci il yanvar, fevral mart ayları üzrə 75,76 manat, aprel ayı üzrə 94,43 manat, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr ayları üzrə 85,10, dekabr ayı üzrə (məzuniyyət) 73,35 manat, 2019-cu il yanvar, fevral ayları üzrə 84,17 manat, mart, aprel, may iyun, iyul, avqust ayları üzrə 115,84 manat, sentyabr, oktyabr ayları üzrə 161,41 manat, noyabr ayı üzrə (məzuniyyət) 197,37 manat, dekabr ayı üzrə 83,93 manat, 2020-ci il yanvar, fevral, mart, aprel, may iyun, iyul ayları üzrə 161,41 manat, avqust sentyabr ayları üzrə 164,93 manat, oktyabr ayı üzrə 233,02 (məzuniyyət) manat, noyabr ayı üzrə (məzuniyyət) 83,93 manat, dekabr ayı üzrə (xəstəlik vərəqəsi) 86,69 manat, Şahid4 2018-ci il sentyabr, oktyabr, noyabr ayları üzrə 84,17 manat, dekabr ayı üzrə (məzuniyyət) 182,23 manat, 2019-cu il yanvar, fevral ayları üzrə 84,17 manat, mart, aprel, may iyun, iyul, avqust ayları üzrə 114,57 manat, sentyabr ayı üzrə 159,64 manat, oktyabr ayı üzrə 134,92 manat, noyabr ayı üzrə 159,64 manat (məzuniyyət), dekabr ayı üzrə 134,83 manat, 2020-ci il yanvar, fevral, mart, aprel, may iyun, iyul ayları üzrə 159,64 manat, avqust, sentyabr, oktyabr ayları üzrə 163,17 manat, noyabr ayı üzrə (məzuniyyət) 199,25 manat, dekabr ayı üzrə 118,26 manat, Şahid5 2019-cu il oktyabr, noyabr, dekabr ayları üzrə 134,51 manat, 2020-ci il yanvar, fevral mart, aprel, may iyun, iyul ayı üzrə 134,51 manat, avqust, sentyabr, oktyabr, noyabr ayları üzrə 137,45 manat, dekabr ayı üzrə (məzuniyyət) 151,02 manat, Şahid3 2016-ci ilin iyul, avqust ayları üzrə 63,48 manat, sentyabr ayı üzrə (məzuniyyət) 63,03 manat, oktyabr, noyabr, dekabr ayları üzrə 63,48 manat, 2017-ci il yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust sentyabr, oktyabr, noyabr, dekabr ayları üzrə 63,48 manat, 2018-ci il yanvar, fevral mart ayları üzrə 63,14 manat, aprel ayı üzrə 78,69 manat, may, iyun, iyul, avqust ayları üzrə 70,91 manat, sentyabr ayı üzrə (məzuniyyət) 61,12 manat, oktyabr, noyabr, dekabr ayları üzrə 70,91 manat, 2019-cu il yanvar, fevral ayları üzrə 70,91 manat, mart, aprel, may iyun ayları üzrə 96,53, manat, iyul ayı üzrə (məzuniyyət) 113,47 manat, avqust ayı üzrə 64,35 manat, sentyabr, oktyabr, noyabr, dekabr ayları üzrə 134,51 manat, 2020-ci il yanvar, fevral, mart, aprel, may iyun, iyul ayları üzrə 134,51 manat, avqust, sentyabr oktyabr ayları üzrə 137,45 manat, noyabr ayı üzrə (məzuniyyət) 167,88 manat, dekabr ayı ayı üzrə 99,63 manat, Şahid1 Şüra oğluna 2016-ci ilin iyul, avqust, sentyabr, oktyabr noyabr, dekabr, ayları üzrə 76,18 manat, 2017-ci il yanvar, fevral, mart, aprel, may, iyun ayları üzrə 76,18 manat, iyul ayı üzrə (məzuniyyət) 75,81 manat, avqust sentyabr, oktyabr, noyabr, dekabr ayları üzrə 75,35 manat, 2018-ci il yanvar ayı üzrə 72,93 manat, fevral, mart ayları üzrə 74,93 manat, aprel ayı üzrə 93,40 manat, may, iyun, iyul avqust sentyabr oktyabr noyabr dekabr ayları üzrə 84,17 manat, 2019-cu il yanvar, fevral ayları üzrə 84,17 manat, mart, aprel, may, iyun, iyul, avqust ayları üzrə 114,57 manat, sentyabr ayı üzrə 159,95 manat məbləğində əmək haqqı və ona bərabər tutulan ödənişlər ayrılmışdır. Həmçinin, işdə olan və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən Laçın rayonunun ərazi vahidinə aid bəzi dövlət qurumlarında aparılmış maliyyə yoxlamasının nəticəsinə dair 21 fevral 2021-ci il tarixli akta əlavə olunmuş qanunvericiliyin tələblərinə zidd olaraq ayrı-ayı tibb müəssələrində tam stavka işlə təmin edilmiş və xəstəxananın digər tibb məntəqələri və şöbələrində əvəzçilik ilə 0,5 stavka ilə işə qəbul edilmiş sürücülər barədə məlumat cədvəlindən görünür ki, Laçın rayon mərkəzi xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə 0,5 ştat vahidi ilə sürücü vəzifəsinə qəbul edilmiş Şahid2 2016-cı ilin iyul ayından 2020-ci ilin dekabr ayınadək 5850,51 manat, həmin xəstəxananın Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə 0,5 ştat vahidi ilə sürücü vəzifəsinə qəbul edilmiş Şahid1 2016-cı ilin iyul ayından 2019-cu ilin sentyabr ayınadək 3373,74 manat, xəstəxananın Təzəkənd kənd xəstəxanasının Təsərrüfat heyətinə 0,5 ştat vahidi ilə sürücü vəzifəsinə qəbul edilmiş Şahid4 2018-ci ilin sentyabr ayından 2020-ci ilin dekabr ayınadək 3426,60 manat, xəstəxananın Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə 0,5 ştat vahidi ilə sürücü vəzifəsinə qəbul edilmiş Şahid3 2016-cı ilin iyul ayından 2020-ci ilin dekabr ayınadək 4850,76 manat, xəstəxananın Təsərrüfat heyətinə 0,5 ştat vahidi ilə sürücü vəzifəsinə qəbul edilmiş Şahid5 2019-cu ilin oktyabr ayından 2020-ci ilin dekabr ayınadək 2017,50 manat məbləğində əmək haqqının hesablanması məzmunda məlumatın, Laçın rayon mərkəzi xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə 0,5 ştat vahidi ilə sürücü vəzifəsinə qəbul edilmiş Şahid2 2016-cı ilin iyul ayından 2020-ci ilin dekabr ayınadək 5686,64 manat, həmin xəstəxananın Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə 0,5 ştat vahidi ilə sürücü vəzifəsinə qəbul edilmiş Şahid1 2016-cı ilin iyul ayından 2019-cu ilin sentyabr ayınadək 3371,98 manat, xəstəxananın Təzəkənd kənd xəstəxanasının Təsərrüfat heyətinə 0,5 ştat vahidi ilə sürücü vəzifəsinə qəbul edilmiş Şahid4 2018-ci ilin sentyabr ayından 2020-ci ilin dekabr ayınadək 3804,03 manat, xəstəxananın Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə 0,5 ştat vahidi ilə sürücü vəzifəsinə qəbul edilmiş Şahid3 2016-cı ilin iyul ayından 2020-ci ilin dekabr ayınadək 4833,02 manat, xəstəxananın Təsərrüfat heyətinə 0,5 ştat vahidi ilə sürücü vəzifəsinə qəbul edilmiş Şahid5 2019-cu ilin oktyabr ayından 2020-ci ilin dekabr ayınadək 2045,92 manat məbləğində əmək haqqının hesablandığı, ümumilikdə həmin şəxslərə 19741,59 manat məbləğində vəsaitin ödənilməsi məzmunda oxunması 23 iyun 2023-cü il tarixdə qərara alınmışdır. Bundan başqa, işdə olan və məhkəmə iclasında tədqiq olunan Təqsirləndirilən şəxs işlədiyi dövrə aid əmək haqqı və ona bərabər tutulan ödənişlər barədə cədvəllərdən görünür ki, Laçın rayon mərkəzi xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə 0,5 ştat vahidi ilə sürücü vəzifəsinə qəbul edilmiş Şahid2 2017-ci ilin may ayından 2020-ci ilin dekabr ayınadək 4917,12 manat, həmin xəstəxananın Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə 0,5 ştat vahidi ilə sürücü vəzifəsinə qəbul edilmiş Şahid1 2017-ci ilin may ayından 2019-cu ilin sentyabr ayınadək 2610,18 manat, xəstəxananın Təzəkənd kənd xəstəxanasının Təsərrüfat heyətinə 0,5 ştat vahidi ilə sürücü vəzifəsinə qəbul edilmiş Şahid4 2018-ci ilin sentyabr ayından 2020-ci ilin dekabr ayınadək 3804,03 manat, xəstəxananın Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə 0,5 ştat vahidi ilə sürücü vəzifəsinə qəbul edilmiş Şahid3 2017-ci ilin may ayından 2020-ci ilin dekabr ayınadək 4198,67 manat, xəstəxananın Təsərrüfat heyətinə 0,5 ştat vahidi ilə sürücü vəzifəsinə qəbul edilmiş Şahid5 2019-cu ilin oktyabr ayından 2020-ci ilin dekabr ayınadək 2045,92 manat məbləğində əmək haqqı və ona bərabər tutulan ödənişlər ödənişi hesablanmış, ümumilikdə həmin şəxslərə 17575,92 manat məbləğində vəsait ödənilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Laçın rayon mərkəzi xəstəxanasının 2016- 2019-cu illər üzrə “Tarifikasiya siyahısı”na baxış keçirilməsi haqqında 16 iyun 2023-cü il tarixli protokoldan görünür ki, 2016-2017-ci illər üzrə Şahid2 Təcili və təxirəsalınmaz tibbi yardım sürücü qismində 1,0 ştat vahidi və əlavə olaraq 0,5 ştat vahidi, Şahid1 xəstəxananın Təcili və təxirəsalınmaz tibbi yardım, eləcə də xəstəxananın Qarqışlaq kənd xəstəxanasının sürücü qismində 1,0 ştat vahidi və əlavə olaraq 0,5 ştat vahidi, Şahid3 Təcili və təxirəsalınmaz tibbi yardım sürücü qismində 1,0 ştat vahidi və əlavə olaraq 0,5 ştat vahidi ayrılmışdır. Həmçinin, 2018-ci il üzrə Şahid2 Təcili və təxirəsalınmaz tibbi yardım sürücü qismində 1,0 ştat vahidi və əlavə olaraq 0,5 ştat vahidi, Şahid1 xəstəxananın Təcili və təxirəsalınmaz tibbi yardım, eləcə də xəstəxananın Qarqışlaq kənd xəstəxanasının sürücü qismində 1,0 ştat vahidi və əlavə olaraq 0,5 ştat vahidi, Şahid3 Təcili və təxirəsalınmaz tibbi yardım sürücü qismində 1,0 ştat vahidi və əlavə olaraq 0,5 ştat vahidi, Şahid4 sürücü və mexanik qismində 1,0 ştat vahidi və əlavə olaraq 0,5 ştat vahidi ayrılmışdır. Bundan əlavə 2019-cu il üzrə Şahid2 Təcili və təxirəsalınmaz tibbi yardım sürücü qismində 1,0 ştat vahidi və əlavə olaraq 0,5 ştat vahidi, Şahid1 xəstəxananın Təcili və təxirəsalınmaz tibbi yardım, eləcə də xəstəxananın Qarqışlaq kənd xəstəxanasının sürücü qismində 1,0 ştat vahidi və əlavə olaraq 0,5 ştat vahidi, Şahid3 Təcili və təxirəsalınmaz tibbi yardım sürücü qismində 1,0 ştat vahidi və əlavə olaraq 0,5 ştat vahidi, Şahid4 Təcili və təxirəsalınmaz tibbi yardım, eləcə də xəstəxananın Təzəkənd kənd xəstəxanasının sürücü qismində 1,0 ştat vahidi və əlavə olaraq 0,5 ştat vahidi ayrılmışdır. Bundan başqa, Laçın rayon mərkəzi xəstəxanasının 2016-cı və 2017-ci illər üzrə “Tarifikasiya siyahısı” “Laçın RMX-nin baş həkimi R.M.İsfəndiyarov” adından və “Baş mühasib S.M.Quliyev” adından tərtib olunmuş, sonuncuların adlarının qarşısından imza çəkilmiş, eləcə də cədvəllər Laçın rayon mərkəzi xəstəxanasının möhürü ilə təsdiq olunmuşdur. Eyni zamanda həmin xəstəxananın 2018-ci il üzrə “Tarifikasiya siyahısı” “Laçın RMX-nin baş həkimi Təqsirləndirilən şəxs” adından və “Baş mühasib S.S.Həsənov” adından tərtib olunmuş, sonuncuların adlarının qarşısından imza çəkilmiş, eləcə də cədvəllər Laçın rayon mərkəzi xəstəxanasının möhürü ilə təsdiq olunmuşdur. Həmçinin, xəstəxananın 2019-cu il üzrə “Tarifikasiya siyahısı” “Laçın RMX-nin baş həkimi Təqsirləndirilən şəxs” adından və “Baş mühasib R.C.Səfquliyeva”, “Baş mühasib Şahid6”, adından tərtib olunmuş, sonuncuların adlarının qarşısından imza çəkilmiş, eləcə də cədvəllər Laçın rayon mərkəzi xəstəxanasının möhürü ilə təsdiq olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq olunan sənədlərə baxış keçirilməsi haqqında 19 iyun 2023-ci il tarixli protokoldan görünür ki, Şahid1 adına açılmış "xxxx" ASC-yə məxsus 4169********6997 nömrəli əmək haqqı kartı hesabına 2017-ci ilin may ayından dekabr ayınadək olan müddət ərzində, 2018-ci il ərzində, 2019-cu ilin yanvar ayından sentyabr ayınadək olan müddət ərzində, Şahid2 adına açılmış "xxxx" ASC-yə məxsus 4169********2874 nömrəli əmək haqqı kartı hesabına 2017-ci ilin may ayından dekabr ayınadək olan müddət ərzində, 2018-2020-ci illər ərzində, Şahid3 adına açılmış "xxxx" ASC-yə məxsus 4169********7233 nömrəli əmək haqqı kartı hesabına 2017-ci ilin may ayından dekabr ayınadək olan müddət ərzində, 2018-2020-ci ilin ərzində, Şahid4 adına açılmış "xxxx" ASC-yə məxsus 4169********6244 nömrəli əmək haqqı kartı hesabına 2018ci ilin sentyabr ayından dekabr ayınadək olan müddət ərzində, 2019-2020-ci ilin ərzində, Şahid5 adına açılmış "xxxx" ASC-yə məxsus 4169********0985 nömrəli əmək haqqı kartı hesabına 2019-cu ilin oktyabr ayından dekabr ayınadək olan müddət ərzində və 2020-ci ilin ərzində həm tam ştat, həmdə ki əlavə olaraq 0,5 ştat vahidi üzrə əmək haqları və ona bərabər tutulan ödənişlər bir yerdə köçürülmüş və pul vəsaiti Ağcabədi rayonunun ərazisində yerləşən "xxxx" ASC-yə məxsus ayrı-ayrı bankomatlardan çıxarılıb nağdlaşdırılmışdır. Həmçinin, 30 noyabr 2004-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 3099 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 22 noyabr 2004-cü il tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Səhiyyə sahəsinə aid qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid X4”na, Azərbaycan Respublikası Səhiyyə nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş Tibb Müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatlarının İ bölməsində göstərilən “Tibb müəssisəsinin rəhbərinin nümunəvi (baş direktor, direktor, baş həkim, rəis) vəzifə təlimatı”na və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 19 iyun 2017-ci il tarixli 8 nömrəli qərarı ilə təsdiq edilmiş “Səhiyyə sahəsinə aid qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid X4”na əsasən rayon mərkəzi xəstəxanasının baş həkiminin vəzifə və səlahiyyətlərinə müəssisənin fəaliyyətinə rəhbərliyi həyata keçirmək, əhaliyə keyfiyyətli müvafiq sahə üzrə tibbi xidmət göstərilməsini, inzibatitəsərrüfat və maliyyə fəaliyyətini təşkil etmək, müəssisənin fəaliyyətinin təhlilini həyata keçirmək və onun əsasında işin forma və metodlarının yaxşılaşdırılması üzrə zəruri tədbirlər görmək, müvafiq sahə üzrə müasir diaqnostika, müalicə və profilaktika metodlarının tətbiqini təmin etmək, digər müalicə-profilaktika müəssisələri arasında əhalinin müayinə və müalicəsində ardıcıl və əlaqəli iş prinsipinin tətbiq edilməsini təmin etmək, müəssisənin struktur bölmələri üzrə planlı və növbədən kənar yoxlamaları, müəssisənin fəaliyyəti ilə bağlı məsələlərin müzakirəsini aparmaq, tibbi yardımın təşkilində aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün tədbirləri həyata keçirmək, müəssisənin illik hesabatını və illik mühasibatlıq balansını təsdiq etmək, kollektiv müqavilə üzrə işəgötürənə aid öhdəliklərin yerinə yetirilməsini təmin etmək, müəssisənin təşkilatiidarəetmə strukturunu, fəaliyyətin planlaşdırılmasını, işinin forma və metodlarını təkmilləşdirmək, kadrların seçilməsi, onların ixtisaslarına uyğun yerləşdirilməsi və istifadəsini həyata keçirmək, onların peşə ixtisaslarının artırılması üçün şərait yaratmaq, işçilərin öz vəzifə öhdəliklərini yerinə yetirməsinin təmin olunması üzrə tədbirlər görmək, qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi istiqamət üzrə təkmilləşdirmə kurslarında iştirak etmək, daxili intizam, əməyin mühafizəsi üzrə, cihaz, avadanlıq, alətlər və mexanizmlərin istismarı qaydalarının tələblərinin yerinə yetirilməsinə nəzarət etmək, müəssisənin fəaliyyətini digər səhiyyə qurumları ilə əlaqələndirmək və digər vəzifə və səlahiyyətlər aiddir. Bundan əlavə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2008-ci il tarixli 151 №-li əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrinin ştat cədvəllərinin tərtibatına ümumi tələblər”-in 9-cu bəndinə əsasən işçiyə əlavə olaraq 0,5 ştat vahidi yalnız istehsalat zərurəti yarandıqda iş saatlarının tam ödənilməsi şərti ilə müvəqqəti olaraq verilə bilər. Eyni zamanda, cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Şahid1 Laçın Rayon Mərkəzi Xəstəxanasının sabiq baş həkimi X2 xx.xx.1995-ci il tarixli 2 nömrəli əmri ilə həmin xəstəxananın nəzdində olan Qarqışlaq kənd xəstəxanasına 1 ştat vahidi üzrə sürücü vəzifəsinə təyin olunmuş və əlavə olaraq əvəzçilik qaydasında sonuncunun xx.xx.2000-ci il tarixli 18 nömrəli əmrinə əsasən qeyd olunan xəstəxananın Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə 0,5 ştat vahidi ilə sürücü, Şahid2 Laçın Rayon Mərkəzi Xəstəxanasının sabiq baş həkimi E.İsgəndərovun xx.xx.1997-ci il tarixli 34 nömrəli əmri ilə həmin xəstəxanaya 1 ştat vahidi üzrə sürücü vəzifəsinə təyin olunmuş və əlavə olaraq əvəzçilik qaydasında sonuncunun xx.xx.2001-ci il tarixli 04 nömrəli əmrinə əsasən qeyd olunan xəstəxananın Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə 0,5 ştat vahidi ilə sürücü, Şahid3 Laçın Rayon Mərkəzi Xəstəxanasının sabiq baş həkimi E.İsgəndərovun xx.xx.2002-ci il tarixli 25 nömrəli əmri ilə həmin xəstəxananın nəzdində olan Qarakeçdi kənd xəstəxanasına 1 ştat vahidi üzrə sürücü vəzifəsinə təyin olunmuş və əlavə olaraq əvəzçilik qaydasında sonuncunun xx.xx.2004-cü il tarixli 17 nömrəli əmrinə əsasən qeyd olunan xəstəxananın Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə 0,5 ştat vahidi ilə sürücü, Şahid4 Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixli 807-K nömrəli əmri ilə həmin xəstəxananın Təsərrüfat heyətinə 1 ştat vahidi üzrə sürücü vəzifəsinə təyin olunmuş və əlavə olaraq əvəzçilik qaydasında sonuncunun xx.xx.2018-ci il tarixli 808-K nömrəli əmrinə əsasən qeyd olunan xəstəxananın nəzdində olan Təzəkənd kənd xəstəxanasının Təsərrüfat heyətinə 0,5 ştat vahidi ilə sürücü və Şahid5 isə Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixli 1009-K nömrəli əmri ilə həmin xəstəxananın Təsərrüfat heyətinə 1 ştat vahidi üzrə sürücü vəzifəsinə təyin olunmuş və əlavə olaraq əvəzçilik qaydasında sonuncunun həmin tarixli və nömrəli əmrinə əsasən qeyd olunan xəstəxananın Təsərrüfat heyətinə 0,5 ştat vahidi ilə sürücü vəzifələrinə qəbul edilmişlər. İşdə olan və məhkəmə iclasında tədqiq olunan müvafiq qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən israf etmə yolu ilə talanmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə məxsus 17.575,92 (on yeddi min beş yüz yetmiş beş manat doxsan iki qəpik) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Baş Prokurorluğunun hesabına köçürülmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Laçın Rayon İcra Hakimiyyəti başçısının 66 nömrəli, 25 aprel 2017-ci il tarixli sərəncamından görünür ki, Təqsirləndirilən şəxs Laçın Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsinə təyin olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq olunan 23 iyun 2023-cü il tarixli qərardan görünür ki, Laçın rayon mərkəzi xəstəxanasının 2017-2020-ci illər üzrə tərtib olunmuş “Əmək haqqı cədvəli”, “Məzuniyyət cədvəli”, Laçın rayon mərkəzi xəstəxanasının 2017-2019-cu illər üzrə “Tarifikasiya siyahısı”nın surətləri, Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5 adlarına "xxxx" ASC-də açılmış kart hesablarına dair məlumatlar üzrə çıxarışlar maddi sübut kimi tanınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunan xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs yaşayış və iş yerləri üzrə müsbət xarakterizə olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq olunan 23 iyun 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5 bir ştat işlə təmin olunsalar belə, yalnız təcili yardım kimi fəaliyyət göstərmədikəri, sürücülər əlavə olaraq xəstələrin daşınması, səyyar müayinələrin keçirilməsi, “Covid” xəstələrinin müalicə müəssisələrinə aparılması, meyitlərin daşınması işlərini də gördüklərindən və əlavə işçi olmadığından sonuncuların əlavə olaraq 0,5 ştat vahidi ilə işə cəlb edilmələri xüsusatların öz müdafiəsi üçün gətirdiyi dəlillər kimi qiymətləndirilərək və ifadəsinin həmin hissədə sübut növü kimi qəbul edilməməsi, cinayət işinin Azərbaycan Respublikası CM-in 308.1-ci maddəsindən həmin Məcəllənin 179.2.3 və 179.2.4-cu maddələrinə tövsif edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cu maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittihamın elan edilməsi və barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin seçilməsi, cinayət işi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin zərər çəkmiş şəxs qismində tanınması, qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əsasən Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5 barələrində Azərbaycan Respublikası CM-nin 179-cu maddəsi ilə aparılan cinayət təqibinin rədd edilməsi və buna dair materialın ayrılaraq qeydiyyata alınmaqla KQMBİ İstintaq idarəsinin arxivində saxlanılması, cinayət işi üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən Laçın rayonunun ərazi vahidinə aid bəzi dövlət qurumlarında aparılmış maliyyə yoxlamasının nəticəsinə dair 21 fevral 2021-ci il tarixli aktda əlavə edilmiş yoxlama zamanı tərtib olunmuş və akta əlavə olunmuş qanunvericiliyin tələblərinə zidd olaraq ayrı-ayı tibb müəssələrində tam stavka işlə təmin edilmiş və xəstəxananın digər tibb məntəqələri və şöbələrində əvəzçilik ilə 0,5 stavka ilə işə qəbul edilmiş sürücülər barədə məlumat cədvəlində Laçın rayon mərkəzi xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə 0,5 ştat vahidi ilə sürücü vəzifəsinə qəbul edilmiş Şahid2 2016-cı ilin iyul ayından 2020-ci ilin dekabr ayınadək 5850,51 manat, həmin xəstəxananın Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə 0,5 ştat vahidi ilə sürücü vəzifəsinə qəbul edilmiş Şahid1 2016-cı ilin iyul ayından 2019-cu ilin sentyabr ayınadək 3373,74 manat, xəstəxananın Təzəkənd kənd xəstəxanasının təsərrüfat heyətinə 0,5 ştat vahidi ilə sürücü vəzifəsinə qəbul edilmiş Şahid4 2018-ci ilin sentyabr ayından 2020-ci ilin dekabr ayınadək 3426,60 manat, xəstəxananın Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə 0,5 ştat vahidi ilə sürücü vəzifəsinə qəbul edilmiş Şahid3 2016-cı ilin iyul ayından 2020-ci ilin dekabr ayınadək 4850,76 manat, xəstəxananın təsərrüfat heyətinə 0,5 ştat vahidi ilə sürücü vəzifəsinə qəbul edilmiş Şahid5 2019-cu ilin oktyabr ayından 2020-ci ilin dekabr ayınadək 2017,50 manat məbləğində əmək haqqının hesablanması məzmununda məlumatın, Laçın rayon mərkəzi xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə 0,5 ştat vahidi ilə sürücü vəzifəsinə qəbul edilmiş Şahid2 2016-cı ilin iyul ayından 2020-ci ilin dekabr ayınadək 5686,64 manat, həmin xəstəxananın Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə 0,5 ştat vahidi ilə sürücü vəzifəsinə qəbul edilmiş Şahid1 2016-cı ilin iyul ayından 2019-cu ilin sentyabr ayınadək 3371,98 manat, xəstəxananın Təzəkənd kənd xəstəxanasının təsərrüfat heyətinə 0,5 ştat vahidi ilə sürücü vəzifəsinə qəbul edilmiş Şahid4 2018-ci ilin sentyabr ayından 2020-ci ilin dekabr ayınadək 3804,03 manat, xəstəxananın Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə 0,5 ştat vahidi ilə sürücü vəzifəsinə qəbul edilmiş Şahid3 2016-cı ilin iyul ayından 2020-ci ilin dekabr ayınadək 4833,02 manat, xəstəxananın Təsərrüfat heyətinə 0,5 ştat vahidi ilə sürücü vəzifəsinə qəbul edilmiş Şahid5 2019-cu ilin oktyabr ayından 2020-ci ilin dekabr ayınadək 2045,92 manat məbləğində əmək haqqının hesablandığı, ümumilikdə həmin şəxslərə 19741,59 manat məbləğində vəsaitin ödənilməsi məzmununda oxunması, hazırkı cinayət işindən X5 barəsində öz qulluq mövqeyindən istifadə edərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə məxsus olmaqla ona etibar edilmiş cəmi 2.165,67 manat məbləğində pul vəsaitini vahid niyyətlə ziyan vurmaqla israf etmə yolu ilə talaması xüsusatı üzrə materialın ayrılaraq Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində istintaq olunan ********* nömrəli cinayət işinə əlavə edilməsi, iş üzrə cinayət təqibi üçün mühüm əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyinə və cinayət hadisəsinin izlərini saxladığına görə cinayət işinə əlavə olunmuş Laçın rayon mərkəzi xəstəxanasının 2017-2020-ci illər üzrə tərtib olunmuş “Əmək haqqı cədvəli”nin, “Məzuniyyət cədvəli”nin, Laçın rayon mərkəzi xəstəxanasının 2017-2019-cu illər üzrə “Tarifikasiya siyahısı”nın surətləri, Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5 adlarına "xxxx" ASC-də açılmış kart hesablarına dair məlumatlar üzrə çıxarışların maddi sübut kimi tanınması, cinayət işi üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılmış maliyyə yoxlamasının nəticəsində dair 21 fevral 2021-ci il tarixli aktın, təqsirləndirilən şəxsin və şahid ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin cinayət işi üzrə sübut kimi tanınması, qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əsasən Quliyeva (Şirinova) Samirə Şirxan qızının və X3 fərdi təhsilə əsassız olaraq cəlb olunmaları barədə xüsusatlar üzrə cinayət təqibinin rədd edilməsi və buna dair materialın ayrılaraq qeydiyyata alınmaqla KQMBİ İstintaq idarəsinin arxivində saxlanılması, qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əsasən Qaraxan Alxanova 4 saat dərsə görə əsassız olaraq əmək haqqının ödənilməsi xüsusatı üzrə cinayət təqibinin rədd edilməsi və buna dair materialın ayrılaraq qeydiyyata alınmaqla KQMBİ İstintaq idarəsinin arxivində saxlanılması, qərarın təsviriəsaslandırıcı hissəsində göstərilənlərə əsasən Yeganə Musayevanın təlim-tərbiyə üzrə direktor müavini təyin edilməsi xüsusatı üzrə cinayət təqibinin rədd edilməsi və buna dair materialın ayrılaraq qeydiyyata alınmaqla KQMBİ İstintaq idarəsinin arxivində saxlanılması, qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əsasən X1 2017/2018- 2020/2021 tədris illərində cəmi 8,5 min manat vəsaitin hesablanıb ödənilməsi xüsusatı üzrə cinayət təqibinin rədd edilməsi və buna dair materialın ayrılaraq qeydiyyata alınmaqla KQMBİ İstintaq idarəsinin arxivində saxlanılması, qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əsasən Əzizə Məmmədova və Elyana Zeynalova tərəfindən 2019/2020-ci tədris ilində məktəbə hazırlıq qrupuna dərsin keçirilməsi üçün otaq olmaması ilə bağlı xüsusatı üzrə cinayət təqibinin rədd edilməsi və buna dair materialın ayrılaraq qeydiyyata alınmaqla KQMBİ İstintaq idarəsinin arxivində saxlanılması, qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əsasən X11 Həsənova 8000 manat məbləğində pul verməsi, eləcə də X17 Səfquliyevdən 2500 manat məbləğində və Hicran Məmmədova ilə bağlı Səxavət Məmmədovdan 2500 manat məbləğində pul vəsaiti alması ilə bağlı xüsusatlar üzrə cinayət təqibinin rədd edilməsi və buna dair materialın ayrılaraq qeydiyyata alınmaqla KQMBİ istintaq idarəsinin arxivində saxlanılması, qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əsasən 2019/2020-ci dərs ilində P.H.Bəylərov adına Alxaslı kənd, Sadınlar kənd, S.A.Əmirov adına Vağazin kənd və E.Ə.Məhərrəmov adına Hacılar kənd tam orta məktəblərinin hər birində 1 sinif komplekti, 2 nömrəli, 20 nömrəli, 19 nömrəli tam orta məktəbdə 2 sinif komplekti, Qarıkaha kənd tam orta məktəbində sinif komplekti, 24 nömrəli Çorman kənd və Nərmaniyyə kənd ümumi orta məktəblərinin hər birində 1 sinif komplekti ümumilikdə 13 sinif komplektinin artıq saxlanılması xüsusatı üzrə cinayət təqibinin rədd edilməsi və buna dair materialın ayrılaraq qeydiyyata alınmaqla KQMBİ istintaq idarəsinin arxivində saxlanılması, qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əsasən Ceyhun Məmmədov, Nəzrin Cəfərazadə, Turanə Verdiyevanın 37 nömrəli məktəbdə təhsil almaları xüsusatı üzrə cinayət təqibinin rədd edilməsi və buna dair materialın ayrılaraq qeydiyyata alınmaqla KQMBİ istintaq idarəsinin arxivində saxlanılması, qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əsasən inzibati binası olmadığı üçün digər ümumtəhsil məktəblərinin binasında fəaliyyət göstərən və giriş qapıları eyni (bir yerdə) olan 4 məktəbdə hər bir məktəbin öz gözətçisinin olması xüsusatı üzrə cinayət təqibinin rədd edilməsi və buna dair materialın ayrılaraq qeydiyyata alınmaqla KQMBİ istintaq idarəsinin arxivində saxlanılması, qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əsasən Laçın rayon 23 saylı tam orta məktəbində qeyri-ixtisas təhsilli müəllimlər tərəfindən tədrisin aparılması xüsusatı üzrə cinayət təqibinin rədd edilməsi və buna dair materialın ayrılaraq qeydiyyata alınmaqla KQMBİ istintaq idarəsinin arxivində saxlanılması, qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əsasən Ərazi Maliyyə Hesablaşma Mərkəzinin razılığı alınmadan ikinci iş yeri kimi müddətli əmək müqaviləsi əsasında müəllimlərin işə qəbul olunması xüsusatı üzrə cinayət təqibinin rədd edilməsi və buna dair materialın ayrılaraq qeydiyyata alınmaqla KQMBİ istintaq idarəsinin arxivində saxlanılması, qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əsasən Laçın rayon F.Cəfərov adına Aşağı Cicimli kənd orta məktəbi üzrə müvafiq ixtisas təhsili olmayan müəllimlər tərəfindən tədrisin aparılmasına görə 49 dərs saatına görə 14752,24 manat, 4775,40 manat, 23 dərs saatına görə 7163,32 manat məbləğində vəsaitin, fərdi təhsilə cəlb olunmuş şəxslərə müvafiq ixtisas təhsili olmayan müəllimlər tərəfindən tədrisin aparılmasına görə 396,66 manat məbləğində vəsaitin, fiziki tərbiyə dərslərinin müvafiq ixtisas təhsili olmayan müəllimlər tərəfindən tədrisin aparılmasına görə 1050,00 manat, 595,00 manat 660 manat və 1915,00 manat məbləğində vəsaitin ödənilməsi xəstəlikdə olan müəllimlərin tədris etdikləri dərslərin əvəzçilik qaydasında digər müəllimlərə verilməsi, dərsdənkənar məşğələnin iş günündə keçirilməməsi xüsusatları üzrə cinayət təqibinin rədd edilməsi və buna dair materialın ayrılaraq qeydiyyata alınmaqla KQMBİ istintaq idarəsinin arxivində saxlanılması, qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əsasən 10 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin mühasibləri barədə aparılan cinayət təqibinin rədd edilməsi və buna dair materialın ayrılaraq qeydiyyata alınmaqla KQMBİ istintaq idarəsinin arxivində saxlanılması, qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əsasən Laçın rayon Zümürxan kənd ümumi orta məktəbi üzrə qeyri-ixtisas təhsilli müəllimlər tərəfindən tədrisin aparılması xüsusatı üzrə cinayət təqibinin rədd edilməsi və buna dair materialın ayrılaraq qeydiyyata alınmaqla KQMBİ istintaq idarəsinin arxivində saxlanılması, qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əsasən Laçın rayon mərkəzi xəstəxanası üzrə 01 iyul 2016-ci il tarixdən 01 yanvar 2021-ci il tarixə kimi Şeylanlı, Qaradəmirçi, Soyuqbulaq, Hacışamilli, İrcan və İpək tibb məntəqələri xadimə ştatlarının artıq saxlanılması, Yeni Saray, Xırdalan, Sulutəpə, Mollalı, Pirşağı, 9-cu mikrorayon, Mərdəkan, Buzovna, 4 nömrəli poliklinika, Sumqayıt 9-cu mikrorayon, 4 nömrəli yataqxana,Yeni Günəşli,14 nömrəli tibb məntəqələrində cəmi 17 ştat vahidinin artıq saxlanılması, artıq ezamiyyə xərclərinin ödənilməsi, işçilərin razılıq ərizələri olmadan onların əmək haqqından tutulmalar aparılaraq Rayon İcra Hakimiyyətinin Xeyriyyə Fonduna və Qırmızı Aypara Cəmiyyətinə köçürülməsi, "xxxx" ASC-yə avans olaraq 2,5 min manat ərzaq pulu köçürülməsi xüsusatları üzrə cinayət təqibinin rədd edilməsi və buna dair materialın ayrılaraq qeydiyyata alınmaqla KQMBİ istintaq idarəsinin arxivində saxlanılması, cinayət işinin başlanması rədd edilmiş xüsusatlarla bağlı materialların ayrılaraq idarənin arxivində saxlanılması və qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsi qərara alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş arayışdan və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağı vardır. İşdə olan və məhkəmə iclasında tədqiq olunan qəbzdən görünür ki, dövlət nəfinə ödənilməli olan 4394 manat ödəniş Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan zərər çəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə cəmi 17.575,92 (on yeddi min beş yüz yetmiş beş manat doxsan iki qəpik) manat məbləğində dəymiş maddi ziyan, həmçinin dövlət nəfinə ödənilməli olan 4394 manat ödəniş Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş və bununla da onların təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbləri yoxdur, həmçinin onlar təqsirləndirilən şəxslə barışmışlar. Ona görə də cinayət işi üzrə icraata xitam verilməsinə etiraz etmirlər. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxsnun Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsnun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə tövsif olunmalı, lakin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Həmçinin, Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinin tələblərinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda başlanmış cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə görə bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə əsasən məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş hüquqi şəxsə dəymiş ziyan tam ödənilmiş, habelə qeyd edilən cinayət əməlinin törədilməsi nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında təqsirləndirilən şəxs tərəfindən dövlət büdcəsinə ödəniş edilmiş, bununla bağlı zərər çəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə ərizə təqdim olunaraq onların Təqsirləndirilən şəxs heç bir şikayət və tələblərinin, həmçinin onunla barışdıqlarına görə də iş üzrə icraata xitam verilməsinə etirazlarının olmamasını bildirmiş, eyni zamanda Təqsirləndirilən şəxs da məhkəməyə ərizəsini təqdim edərək təqsirini boynuna aldığını, bundan əlavə onun tərəfindən zərər çəkmiş hüquqi şəxsə dəymiş ziyanın tam ödənildiyini, habelə qeyd edilən cinayət əməlinin törədilməsi nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödənişin edildiyini, həmçinin zərər çəkmiş hüquqi şəxsin ondan heç bir şikayət və tələblərinin olmadığını və onunla barışdığını nəzərə alıb onu cinayət məsuliyyətindən azad edilməklə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Qeyd edilənlərə əsasən də Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan tam ödənildiyindən, eyni zamanda qeyd edilən cinayət əməllərinin törədilməsi nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında təqsirləndirilən şəxs tərəfindən dövlət büdcəsinə ödəniş edildiyindən və o, zərər çəkmiş şəxslə barışdığından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4 maddələri ilə cinayət məsuliyyətindən azad edilməklə iş üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxsnun barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş iş üzrə maddi sübutlar-Laçın rayon mərkəzi xəstəxanasının 2017-2020-ci illər üzrə tərtib olunmuş “Əmək haqqı cədvəli”, “Məzuniyyət cədvəli”, Laçın rayon mərkəzi xəstəxanasının 2017-2019-cu illər üzrə “Tarifikasiya siyahısı”nın surətləri, Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5 adlarına "xxxx" ASC-də açılmış kart hesablarına dair məlumatlar üzrə çıxarışlar cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs tərəfindən dəymiş maddi ziyan kimi Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına ödənilmiş 17.575,92 (on yeddi min beş yüz yetmiş beş manat doxsan iki qəpik) manat pul da Dövlət büdcəsinə qaytarılmalıdır. İş üzrə üzərinə həbs qoyulmuş əmlak, mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 43, 175, 321, 344-347, 356, 384-cü maddələrini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73- 1.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinin tələblərinə əsasən cinayət məsuliyyətindən azad olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə Təqsirləndirilən şəxs tərəfindən dəymiş maddi ziyan kimi Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına ödənilmiş 17.575,92 (on yeddi min beş yüz yetmiş beş manat doxsan iki qəpik) manat pul Dövlət büdcəsinə köçürülsün. Cinayət işinin materiallarına əlavə edilmiş iş üzrə maddi sübutlar-Laçın rayon mərkəzi xəstəxanasının 2017-2020-ci illər üzrə tərtib olunmuş “Əmək haqqı cədvəli”, “Məzuniyyət cədvəli”, Laçın rayon mərkəzi xəstəxanasının 2017-2019-cu illər üzrə “Tarifikasiya siyahısı”nın surətləri, Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5 adlarına "xxxx" ASC-də açılmış kart hesablarına dair məlumatlar üzrə çıxarışlar cinayət işinin materiallarında saxlanılsın. İş üzrə üzərinə həbs qoyulmuş əmlak, mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Laçın Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) gün başa çatdıqdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar