Azərbaycan Respublikası adından HÖKM Laçın rayonu İş № 1(047)-8/2025 15.07.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.2004-cü ildə Laçın rayonu Qarabəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Laçın rayonu Qarabəyli kəndində pasport qeydiyyatında olmaqla Qax rayonu Tanqıt kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx.xx.1994-cü ildə Laçın rayonu Alxaslı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Laçın rayonu Alxaslı kəndində pasport qeydiyyatında olmaqla Ağcabədi rayonu Taxta-körpü qəsəbəsi Alxaslı obasında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Aparılmış ibtidai istintaq nəticəsində müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında, saxlanc yerinə (anbara) qanunsuz daxil olmaqla özgə əmlakını gizli olaraq talayıb təkrarən oğurlamışdır. Belə ki, o, özünə məxsus iribuynuzlu heyvanlarını saxlamaq məqsədi ilə 2024-cü ilin may ayında yaylaq ərazisi kimi Laçın rayonunun Qarıqışlaq kəndinə aparıb orada yerləşdikdən bir neçə ay sonra, yəni həmin ilin sentyabr ayının sonlarında fermer təsərrüfatının yaxınlığında yerləşən, Müdafiə Nazirliyinin N saylı hərbi hissənin 1-ci Artilleriya Divizionunun həyətindəki müxtəlif əşyaların saxlanc yeri kimi istifadə olunan anbarın yaxınlığından keçərkən hərbi qulluqçular tərəfindən həmin anbara qoz meyvəsinin yığıldığını görüb özgə əmlakını, yəni həmin qoz meyvələrini, habelə hər hansı lazımi digər qiymətli əşyaları gizli yolla talamaq, yəni oğurlamaq qərarına gəlmiş, bu məqsədlə Qarıqışlaq kəndində heyvan saxlamaqla məşğul olan tanışı Təqsirləndirilən şəxs2 bu barədə məlumat verərək qeyd olunan anbardan əyaların bir qrup şəxs halında gizli yolla talamağı və əldə edəcəkləri qiymətlilərin aralarında bərabər şəkildə bölməyi təklif edib razılaşdırdıqdan sonra, həmin gün, axşam saat 23 radələrində qabaqcadan əlir olduğu Təqsirləndirilən şəxs2lə birlikdə, sonuncuya məxsus atla qeyd olunan hərbi hissənin anbarının yaxınlığına gələrək bir müddət kənarda dayanıb ətrafda kiminsə olub-olmadığına diqqət edərək onları heç kimin görmədiyinə əmin olduqdan sonra anbarın giriş qapısına yaxınlaşıb əlləri ilə qapını itələyib kilidini birlikdə sındırmaqla açıb qanunsuz həmin saxlanc yerinə daxil olaraq, orada olan hərbi təyinatlı müxtəlif əşyalar arasından ümumi dəyəri 148 manat olan 2 ədəd kamuflyaj rəngli içlikli yataq kisəsini və ümumi dəyəri 1N manat olan 25 kiloqram qoz meyvəsini anbarda olan kisəyə doldurub gizli yolla talayıb çöldəki ata yükləyərək həmin əşyaları ilk öncə Təqsirləndirilən şəxs2 yaşadığı evə aparmaqla taladığı əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdikdən sonra istintaqa məlum olmayan səbəbdən həmin əşyaları götürməkdən imtina etmiş, bununla da Azərbaycan Respublikası Müdafiə Nazirliyin N saylı hərbi hissəsinə məxsus ümumilikdə N8 (iki yüz doxsan səkkiz) manat dəyərində əmlakı, yəni özgə əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında, saxlanc yerinə (anbara) qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurlamışdır. Bundan başqa, o, eyni məqsədlə, yəni gizli yolla özgə əmlakını ələ keçirmək məqsədi ilə Qarıqışlaq kəndində heyvan saxladığı sonrakı müddətdə həm özü, həm də qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 tərəfindən Müdafiə Nazirliyinin N saylı hərbi hissənin 1-ci Artilleriya Divizionunun həyətindəki müxtəlif əşyaların saxlanc yeri kimi istifadə olunan anbarın yaxınlığından ara-sıra keçərkən həmin anbara yeni hər hansı qiymətli əşyanın gətirilib-gətirilməməsi diqqətdə saxlanılarkən 09 oktyabr 2024-cü il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs2 ona zəng edib həmin anbara yeni paltarlar və digər qiymətli əşyaların gətirilməsi barədə məlumat verdikdən sonra, sonuncudan ibarət bir qrup şəxs halında gizli yolla saxlanc yerinə - anbara qanunsuz daxil olmaqla özgə əmlakını talamaq qərarına gəlmiş və bu məqsədlə həmin gün axşam saat 23 radələrində Qarıqışlaq kəndində yaşadığı evin qarşısında Təqsirləndirilən şəxs2lə görüşüb birlikdə hərbi hissənin anbarına tərəf piyada gedib bir müddət kənarda dayanaraq ətrafda kiminsə olub-olmadığına diqqət edib onları heç kimin görmədiyinə əmin olduqdan sonra, anbarın giriş qapısına yaxınlaşıb əlləri ilə itələmək yolu ilə qapının kilidini birlikdə sındırmaqla açıb qanunsuz həmin saxlanc yerinə daxil olaraq, orada olan hərbi təyinatlı və digər müxtəlif əşyalara nəzər salıb onların arasından özlərinə lazım olacaq bir neçə geyim və digər əşyaları seçib ilk öncə dəyəri 280 manat olan 1 ədəd “Alimar” markalı, “ALM D-3600” modelli təkərli dizel generatorunu qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2lə birlikdə anbardan çıxarıb, sonradan rahat bir zamanda daşıyıbaparmaq məqsədi ilə hərbi hissənin yaxınlığından keçən avtomobil yolunun altında quraşdırılmış iri su ötürücü borunun içərisində gizlədib, digər əşyaları talamaq məqsədi ilə yenidən anbara qayıdaraq dəyəri 70 manat olan 1 ədəd “530” modelli elektrik generatorunu, ümumi dəyəri 440 manat olan N ədəd çadırı anbardan çıxardıb həmin su ötürücü borunun içərisində gizlətmiş, daha sonra cinayətkar əməllərinə davam edərək digər əşyaları talamaq məqsədi ilə növbəti dəfə anbara daxil olub dəyəri 32 manat olan 1 ədəd zeytun rəngli və dəyəri 32 manat olan 1 ədəd bej rəngli yarıyun köynəklərini, dəyəri 17 manat olan 1 ədəd yorğan üzlüyünü, ümumi dəyəri 382,80 manat olan 6 ədəd isti səhra gödəkçəsini, ümumi dəyəri 388 manat olan 4 cüt qışlıq uzunboğaz botinkanı, ümumi dəyəri 37,20 manat olan 2 cüt yarıyun əlcəyi, ümumi dəyəri 9,44 manat olan 8 cüt iplik corabı, ümumi dəyəri N,60 manat olan 8 ədəd boyunluğu, ümumi dəyəri 211,20 manat olan N ədəd əşya kisəsini, ümumi dəyəri 28 manat olan 2 dəst alt paltarını, ümumi dəyəri 154 manat olan N ədəd plaş çadırını, ümumi dəyəri 60 manat olan bir ədəd otbiçən aparatı, ümumi dəyəri 46 manat olan 2 ədəd papağı və ümumi dəyəri 20 manat olan N ədəd şarfı müvafiq qaydada qablaşdırıb, habelə ümumi dəyəri 60 manat olan 3 ədəd qabda olan 15 litr boyanı və ümumi dəyəri 80 manat olan 2 ədəd tək yataqlı yarus çarpayını birlikdə anbardan çıxardıb birbaşa yaşadığı evin qarşısına aparıb orada həmin əşyaları qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə aralarında yarı-ayarıya bölüb hərə öz payına düşənləri yaşadıqları evlərə aparmaqla, habelə su ötürücü borunun içərisində gizlətdikləri əşyaları isə sonradan münasib zamanda daşıyıbaparmaq məqsədi ilə olduğu yerdə saxlamaqla, yəni taladıqları əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etməklə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə məxsus ümumilikdə 2.377,24 (iki min üç yüz yetmiş yeddi manat iyirmi dörd qəpik) manat dəyərində əmlakı, yəni özgə əmlakını təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında, saxlanc yerinə (anbara) qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurlamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında, saxlanc yerinə (anbara) qanunsuz daxil olmaqla özgə əmlakını gizli olaraq talayıb təkrarən oğurlamışdır. Belə ki, o, özünə məxsus iribuynuzlu heyvanlarını saxlamaq məqsədi ilə 2024-cü ilin aprel ayında yaylaq ərazisi kimi Laçın rayonunun Qarıqışlaq kəndinə aparıb orada yerləşdikdən bir neçə ay sonra, yəni həmin ilin sentyabr ayının sonlarında, tanışı Qarıqışlaq kəndində heyvan saxlamaqla məşğul olan Təqsirləndirilən şəxs1 ona zəng edib fermer təsərrüfatlarının yaxınlığında yerləşən, Müdafiə Nazirliyinin N saylı hərbi hissənin 1-ci Artilleriya Divizionunun həyətindəki müxtəlif əşyaların saxlanc yeri kimi istifadə olunan anbarın yaxınlığından keçərkən hərbi qulluqçular tərəfindən həmin anbara qoz meyvəsinin yığıldığını gördüyünü bildirib özgə əmlakını, yəni həmin qoz meyvələrini, habelə hər hansı lazımi digər qiymətli əşyaları gizli yolla talamaq, yəni oğurlamaq və əldə edəcəkləri qiymətliləri aralarında bərabər şəkildə bölmək təklifinə müsbət cavab vermiş, bu məqsədlə həmin gün, axşam saat 23 radələrində qabaqcadan əlir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs1 ilə birlikdə, özünə məxsus atla qeyd olunan hərbi hissənin anbarının yaxınlığına gələrək bir müddət kənarda dayanıb ətrafda kiminsə olub-olmadığına diqqət edərək onları heç kimin görmədiyinə əmin olduqdan sonra anbarın giriş qapısına yaxınlaşıb əlləri ilə qapını itələyib kilidini birlikdə sındırmaqla açıb qanunsuz həmin saxlanc yerinə daxil olaraq, orada olan hərbi təyinatlı müxtəlif əşyalar arasından ümumi dəyəri 148 manat olan 2 ədəd kamuflyaj rəngli içlikli yataq kisəsini və ümumi dəyəri 1N manat olan 25 kiloqram qoz meyvəsini anbarda olan kisəyə doldurub gizli yolla talayıb çöldəki ata yükləyərək həmin əşyaları yaşadığı evə aparmaqla taladığı əmlakdan istifadə etmək və onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdikdən sonra həmin əşyaları qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə aralarında yarı-yarıya bölüb şəxsi məqsədlər üçün sərf etmiş, bununla da Azərbaycan Respublikası Müdafiə Nazirliyin N saylı hərbi hissəsinə məxsus ümumilikdə N8 (iki yüz doxsan səkkiz) manat dəyərində əmlakı, yəni özgə əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında, saxlanc yerinə (anbara) qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurlamışdır. Bundan başqa, o, eyni məqsədlə, yəni gizli yolla özgə əmlakını talamaq məqsədi ilə Qarıqışlaq kəndində heyvan saxladığı sonrakı müddətdə həm özü, həm də qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 tərəfindən Müdafiə Nazirliyinin N saylı hərbi hissənin 1-ci Artilleriya Divizionunun həyətindəki müxtəlif əşyaların saxlanc yeri kimi istifadə olunan anbarın yaxınlığından ara-sıra keçərkən həmin anbara yeni hər hansı qiymətli əşyanın gətirilib-gətirilməməsi diqqətdə saxlanılarkən 09 oktyabr 2024-cü il tarixdə səhər saatlarında həmin anbara yeni paltarlar və digər qiymətli əşyaların gətirilməsini gördükdən sonra tanışı Təqsirləndirilən şəxs1 zəng edib bu barədə məlumat verdikdən sonra, sonuncudan ibarət bir qrup şəxs halında gizli yolla saxlanc yerinə - anbara qanunsuz daxil olmaqla özgə əmlakını talamaq qərarına gəlmiş və bu məqsədlə həmin gün axşam saat 23 radələrində Qarıqışlaq kəndində Təqsirləndirilən şəxs1 evinin qarşısında Təqsirləndirilən şəxs1 ilə görüşüb birlikdə hərbi hissənin anbarına tərəf piyada gedib bir müddət kənarda dayanaraq ətrafda kiminsə olub-olmadığına diqqət edib onları heç kimin görmədiyinə əmin olduqdan sonra, anbarın giriş qapısına yaxınlaşıb əlləri ilə itələmək yolu ilə qapının kilidini birlikdə sındırmaqla açıb qanunsuz həmin saxlanc yerinə daxil olaraq, orada olan hərbi təyinatlı və digər müxtəlif əşyalara nəzər salıb onların arasından özlərinə lazım olacaq bir neçə geyim və digər əyaları seçib ilk öncə dəyəri 280 manat olan 1 ədəd “Alimar” markalı, “ALM D-3600” modelli təkərli dizel generatorunu qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə birlikdə anbardan çıxarıb, sonradan rahat bir zamanda daşıyıb-aparmaq məqsədi ilə hərbi hissənin yaxınlığından keçən avtomobil yolunun altında quraşdırılmış iri su ötürücü borunun içərisində gizlədib, digər əşyaları talamaq məqsədi ilə yenidən anbara qayıdaraq dəyəri 70 manat olan 1 ədəd “530” modelli elektrik generatorunu, dəyəri 60 manat olan 1 ədəd otbiçən aparatı anbardan çıxardıb həmin su ötürücü borunun içərisində gizlədib, digər əşyaları talamaq məqsədi ilə yenidən anbara qayıdaraq ümumi dəyəri 440 manat olan N ədəd çadırı anbardan çıxardıb həmin su ötürücü borunun içərisində gizlətmiş, daha sonra cinayətkar əməllərinə davam edərək digər əşyaları talamaq məqsədi ilə növbəti dəfə anbara daxil olub dəyəri 32 manat olan 1 ədəd zeytun rəngli və dəyəri 32 manat olan 1 ədəd bej rəngli yarıyun köynəklərini, dəyəri 17 manat olan 1 ədəd yorğan üzlüyünü, ümumi dəyəri 382,80 manat olan 6 ədəd isti səhra gödəkçəsini, ümumi dəyəri 388 manat olan 4 cüt qışlıq uzunboğaz botinkanı, ümumi dəyəri 37,20 manat olan 2 cüt yarıyun əlcəyi, ümumi dəyəri 9,44 manat olan 8 cüt iplik corabı, ümumi dəyəri N,60 manat olan 8 ədəd boyunluğu, ümumi dəyəri 211,20 manat olan N ədəd əşya kisəsini, ümumi dəyəri 28 manat olan 2 dəst alt paltarını, ümumi dəyəri 154 manat olan N ədəd plaş çadırını, ümumi dəyəri 60 manat olan bir ədəd otbiçən aparatı, ümumi dəyəri 46 manat olan 2 ədəd papağı və ümumi dəyəri 20 manat olan N ədəd şarfı müvafiq qaydada qablaşdırıb, habelə ümumi dəyəri 60 manat olan 3 ədəd qabda olan 15 litr boyanı və ümumi dəyəri 80 manat olan 2 ədəd tək yataqlı yarus çarpayını birlikdə anbardan çıxardıb birbaşa yaşadığı evin qarşısına aparıb orada həmin əşyaları qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə aralarında yarı-ayarıya bölüb hərə öz payına düşənləri yaşadıqları evlərə aparmaqla, habelə su ötürücü borunun içərisində gizlətdikləri əşyaları isə sonradan münasib zamanda daşıyıb-aparmaq məqsədi ilə olduğu yerdə saxlamaqla, yəni taladıqları əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etməklə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə məxsus ümumilikdə 2.377,24 (iki min üç yüz yetmiş yeddi manat iyirmi dörd qəpik) manat dəyərində əmlakı, yəni özgə əmlakını təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında, saxlanc yerinə (anbara) qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurlamışdır. Bununla da ibtidai istintaq orqanının gəldiyi nəticəyə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qax rayonu Tanqıt kəndində yaşayır və iribuynuzlu heyvan saxlamaqla məşğul olur. 2024-cü ilin may ayının 25-də atası X6 ilə birlikdə iribuynuzlu heyvanlarını saxlamaq üçün yaylaq ərazi kimi Laçın rayonunun Qarıqışlaq kəndinin ərazisinə gətirmiş və həmin tarixdən orada yaşamağa başlamışdır. Bir müddət sonra həmin kənddə yaxınlıqda heyvan təsərrüfatı ilə məşğul olan fermanın çobanı Təqsirləndirilən şəxs2 ilə tanış olmuş və tədricən aralarında yaxın münasibətlər yaranmışdır. Qarıqışlaq kəndində onların fermalarının yaxınlığında Müdafiə Nazirliyinin hərbi hissəsi yerləşmişdir. 2024-cü ilin sentyabr ayının sonlarında, xatırlamadığı tarixdə həmin hərbi hissədə xidmət edən hərbi qulluqçuların ərazidəki qoz ağaclarında çoxlu qoz yığıb hərbi hissənin ərazisindəki əşya-saxlanc anbarına yığdıqlarını görmüş, bu barədə Təqsirləndirilən şəxs2 məlumat verərək, həmin qoz meyvələrini gecə saatlarında gizlincə oğurlamalarını təklif etmişdir. Nəvazi də onun bu təklifi ilə razılaşmış, qarşılıqlı danışıb həmin gün axşam saat 23 radələrində Namiqlə birlikdə öz atı ilə hərbi hissənin anbarının qarşısına getmiş, bir qədər ətrafa diqqət edib ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra birlikdə əlləri ilə anbarın qapısının kilidini qıraraq qapını açıb anbara daxil olmuşlar. Anbarda olan əşyalara baxanda orada beş yeşik qoz və hərbi təyinatlı müxtəlif əşyalar olduğunu görmüşlər. Digər əşyalar onlara lazım olmadığından ümumi çəkisi təxminən 25 kiloqram olan beş yeşik qozu götürərək anbarda olan kisəyə doldurmuş, habelə yatmaq üçün istifadə olunan 2 (iki) ədəd yataq kisəsini oğurlayaraq anbardan çıxıb gəldikləri ata yükləyib həmin yerdən uzaqlaşaraq öz evlərinə getmişlər. Nəvazi, qozu və yataq kisələrini öz evinə apararaq daha sonra qozun yarısını ona verəcəyini demiş, o da bununla razılaşmışdır. Lakin sonradan bilmədiyi səbəbdən oğurladıqları qoz meyvəsi və yataq kisələrini Nəvazidən götürmək istəmədiyindən götürməmişdir. Törətdikləri oğurluq əməli barəsində heç kimə məlumat verməmişdir. Bir neçə gün sonra, yəni 09 oktyabr 2024-cü il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs2 ona zəng edib oğurluq etdikləri hərbi hissənin anbarına təzə paltarlar və digər əşyalar gətirib yığdıqlarını deyib, gecə həmin anbardan lazımi əşyaları oğurlamağı təklif etmiş, o da bu təkliflə razılaşmışdır. Həmin gün, yəni 09 oktyabr 2024-cü il tarixdə, gecə saat 23 radələrində Nəvazi ilə birlikdə planlı şəkildə piyada gəzə-gəzə hərbi hissənin anbarının yaxınlığına getmiş, bir müddət ətrafda kiminsə olub-olmamasına diqqət etmiş, heç kəsin olmadığına əmin olduqdan sonra anbara yaxınlaşaraq yenidən əlləri ilə qapının kilidini qıraraq qapını açıb anbara daxil olmuşlar. Anbardakı əşyalara baxıb onlardan lazım olanını araşdırarkən orada çoxlu sayda elektrik generatorları, hərbi təyinatlı çadırlar və geyim əşyaları olduğunu görmüşlər. İlk öncə Nəvazi ilə birlikdə markasını bilmədiyi böyük elektrik generatorunu götürərək anbardan çıxarıb bir qədər aralıda, avtomobil yolunun altındankı iri su ötürücü borunun içərisində gizlədib yenidən anbara qayıtmışlar. Bu səfər o, orta ölçülü elektrik generatorunu, Nəvazi isə ot biçən aparatı götürüb yenidən həmin su ötürücü borunun içərisində gizlədib təkrarən digər əşya oğurlamaq üçün anbara qayıtmışlar. Bu dəfə hər biri 2 ədəd olmaqla, ümumilikdə N ədəd çadır oğurlayıb su ötürücü boruda gizlədikləri generatorların üstünə qoymuşlar. Sonuncu dəfə anbara daxil olub orada olan yataq üzlüyünü geniş şəkildə açıb yerə sərərək müxtəlif geyimləri, yəni 6 (altı) ədəd isti səhra gödəkçəsi, 4 (dörd) cüt botinka, 4 (dörd) ədəd yağmurluq (plaş çadır), 2 (iki) cüt əlcək, 08 (səkkiz) cüt corab, 8 (səkkiz) ədəd boyunluq, 4 (dörd) ədəd əşya kisəsi, 02 (iki) ədəd biri yaşıl, digəri bej rəngli sviter (köynək) və 2 (iki) ədəd iç geyimi, 03 (üç) ədəd qabda ümumilikdə 15 (on beş) litrlik boya, 01 (bir) ədəd bej rəngli yorğan üzü, 04 (dörd) ədəd şərf və 02 (iki) ədəd xəzdən qulaqlı papağı bir araya yığıb yataq üzlüyünə bükərək və 02 (iki) ədəd çarpayını Nəvazi ilə birlikdə götürüb anbardan çıxmışlar. Əvvəlcədən razılaşdıqları kimi oğurladıqları geyim əşyalarını onun yaşadığı evin qarşısına aparmışlar. Su ötürücü borunun içərisində gizlətdikləri əşyalardan ot biçən aparat və iki ədəd generator ağır olduğundan gələcəkdə imkan və avtomobil tapdıqda həmin əmlakları da oradan götürərək aparıb şəxsi işləri üçün istifadə etmək qərarına gəlmiş və bu səbəbdən qeyd olunan əmlakları gizlətdikləri yerdə saxlamışlar. Oğurladıqları paltarları Təqsirləndirilən şəxs2lə əvvəlcədən razılaşdıqları kimi yarı-yarıya bölmüşlər. O, öz payına düşən paltarları qaldığı evin arxa tərəfində uçuq vəziyyətdə olan evlərdən birinin içərisinə yığaraq orada gizlətmişdir. Nəvazi isə öz payına düşənləri qaldığı evə daşımışdır. Törətdikləri bu cinayət əməli barədə heç kimə heç bir söz deməmişdir. Növbəti gün, yəni 10 oktyabr 2024-cü il tarixdə evdə olan zaman bir neçə hərbi qulluqçu qaldığı evin qarşısına gələrək hərbi hissənin əşya-saxlanc anbarından oğurluq olduğunu bildirərək, həmin hadisə ilə bağlı məlumatının olub-olmadığını soruşmuşlar. Bir qədər söhbətdən sonra o, qorxusundan törətdiyi əməlləri etiraf edərək qeyd olunan anbardan tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə oğurluq etdiyini bildirmiş və oğurladıqları əşyalardan öz payına düşənləri harada gizlətməsini hərbi qulluqçulara göstərmişdir. Hərbi qulluqçular oradakı paltarları götürərək özləri ilə aparmışlar. Daha sonra hərbi qulluqçular Nəvazinin yaşadığı ünvana gedib oradakı əşyaları da götürmüşlər. Bundan başqa Təqsirləndirilən şəxs1 ifadəsində qeyd olunan əşyaları satıb gəlir əldə etmək məqsədi ilə deyil, şəxsi istifadə məqsədi ilə, yəni heyvan saxlaması ilə əlaqədar çölçülük şəraitində istifadə etmək məqsədi ilə oğurladığını, törətdiyi əməlin qanunsuz olduğunu dərk etdiyini və oğurladığı əşyalardan öz payına düşənləri tam şəkildə geri qaytardığını bildirmişdir. Daha sonra o, əməlindən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş hüquqi şəxsə vurulmuş ziyanı tam ödədiyini bildirərək qeyd edilən və iş üzrə digər yüngülləşdirici halları nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Ağcabədi rayonu Taxta-körpü qəsəbəsi Alxaslı obasında yaşayır və özünə məxsus iribuynuzlu heyvan saxlamaqla məşğul olur. 2024-cü ilin aprel ayında fermer təsərrüfatını Laçın rayonun Qarıqışlaq kəndinə apararaq yay aylarında heyvanlarını orada otarmışdır. Bir müddət sonra qonşu fermada iribuynuzlu heyvan saxlayan Təqsirləndirilən şəxs1 ilə tanış olmuş və tədricən aralarında yaxın münasibətlər yaranmışdır. Fermalarının yaxınlığında, yəni Qarıqışlaq kəndi ərazisində Müdafiə Nazirliyinin hərbi hissəsi yerləşmişdir. 2024-cü ilin sentyabr ayının sonlarında Təqsirləndirilən şəxs1 ona zəng edərək qeyd olunan hərbi hissədə xidmət edən hərbi qulluqçuların ərazidəki ağaclardan qoz yığıb hərbi hissənin əşyasaxlanc anbarına qoymalarını görməsi barədə məlumat verib, həmin qoz meyvələrini gecə radələrində gizlincə gedib anbardan oğurlamalarını təklif etmişdir. O, da Namiqin bu təklifi ilə razılaşmışdır. Həmin gün axşam saat 23 radələrində özünə məxsus atla Təqsirləndirilən şəxs1 ilə birlikdə hərbi hissənin əşya-saxlanc anbarının qarşısına getmiş, ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra birlikdə anbarın qapısının kilidini əlləri ilə qıraraq anbara daxil olmuşlar. Anbarda beş yeşik qoz meyvəsi və müxtəlif hərbi təyinatlı əşyalar olmuşdur. O, Təqsirləndirilən şəxs1 ilə birlikdə ümumi çəkisi təxminən 25 kiloqram olan beş yeşik qozu götürərək anbarda olan kisəyə doldurmuşlar. Daha sonra anbardakı digər əşalara nəzər salıb onlara lazım ola biləcək əşya axtarmışlar. Orada olan 2 ədəd yataq kisəsi diqqətlərini çəkdiyindən onları da oğurlamaq qərarına gəlmişlər. O, Təqsirləndirilən şəxs1 ilə birlikdə kisəyə doldurduğu təxminən 25 kiloqram qozu və içərisində yatmaq üçün nəzərdə tutulan 2 ədəd hərbi təyinatlı kisəni oğurlayıb gəldikləri ata yükləyib həmin yerdən uzaqlaşaraq öz fermalarına aparmışlar. O, qozu və yataq kisələrini öz yaşadığı yerə apararaq daha sonra qozun yarısını Namiqə verəcəyini demiş, sonuncu da onun bu təklifi ilə razılaşmışdır. Lakin sonradan bilmədiyi səbəbdən Namiq həmin əşyaları istəmədiyindən o, qozu öz tanışlarına pay olaraq göndərmiş, yataq kisələri isə yaşadığı evin həyətində qalmışdır. Törətdikləri oğurluq əməli barəsində heç kimə məlumat verməmişdir. Bir neçə gündən sonra, yəni 09 oktyabr 2024-cü il tarixdə səhər saatlarında o, atla həmin hərbi hissənin yaxınlığından keçərkən oğurluq etdikləri anbara hərbi təyinatlı təzə paltarlar və digər əşyalar gətirib yığdıqlarını görmüşdür. Bundan sonra o, fermada istifadə edə biləcəyi müəyyən əşyalar oğurlamaq qərarına gəlmiş və Namiqə zəng edib həmin anbara yeni əşyalar gətirilməsi barədə məlumat verib bu gecə onları oğurlamağı təklif etmişdir. Təqsirləndirilən şəxs1 də bu təkliflə razılaşmışdır. Həmin gün, yəni 09 oktyabr 2024-cü il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs1 ilə birlikdə planlı şəkildə həmin əşya-saxlanc anbarının yanına piyada gedib ətrafa nəzər salıb heç kəsin olmadığına əmin olduqdan sonra yenidən qapının kilidini əlləri ilə qıraraq qapını açıb anbara daxil olmuşlar. Orada olan çoxsaylı hərbi təyinatlı əşyalara nəzər salaraq nəyi oğurlayıb apara biləcəklərini götür-qoy etmişlər. İlk öncə markasını bilmədiyi 1 ədəd böyük elektrik generatorunu birlikdə götürərək anbardan çıxarıb bir qədər aralıda, avtomobil yolunun altındakı iri su ötürücü borunun içində gizlətmişlər. Yenidən anbara qayıdaraq 1 ədəd ot biçən aparatı o, 1 ədəd orta ölçülü generatoru isə Namiq götürüb yenidən apararaq həmin su ötürcü borunun içində gizlətmişlər. Növbəti dəfə anbara qayıdaraq hər biri 2 ədəd olmaqla, ümumilikdə N ədəd çadır oğurlayaraq gətirib həmin su ötürücü borunun içərisindəki generatorların üstünə qoyaraq gizlətmişlər. Sonuncu dəfə anbara daxil olub oradakı yataq üzlüyünü götürüb geniş şəkildə açıb yerə sərərək 6 (altı) ədəd isti səhra gödəkçəsi, 4 (dörd) cüt botinka, 4 (dörd) ədəd yağmurluq (plaş çadır), 2 (iki) cüt əlcək, 08 (səkkiz) cüt corab, 8 (səkkiz) ədəd boyunluq, 4 (dörd) ədəd əşya kisəsi, 02 (iki) ədəd biri yaşıl, digəri bej rəngli sviter (köynək) və 2 (iki) ədəd iç geyimi, 03 (üç) ədəd qabda ümumilikdə 15 (on beş) litrlik boya, 01 (bir) ədəd bej rəngli yorğan üzü, 04 (dörd) ədəd şərf və 02 (iki) ədəd xəzdən qulaqlı papağı bir araya yığıb yataq üzlüyünə bükərək və 02 (iki) ədəd çarpayını Namiq ilə birlikdə götürüb anbardan çıxmışlar. Bundan sonra həmin geyim əşyalarını piyada Təqsirləndirilən şəxs1 fermasına daşımışlar. Su ötürücü borunun içərisində gizlətdikləri əşyalardan ot biçən aparat və iki ədəd generator ağır olduğundan gələcəkdə imkan və avtomobil tapdıqda həmin əmlakları da oradan götürərək aparıb şəxsi işləri üçün istifadə etmək qərarına gəlmiş və bu səbəbdən qeyd olunan əmlakları gizlətdikləri yerdə saxlamışlar. Əmlakları Təqsirləndirilən şəxs1 qaldığı yerə daşıdıqdan sonra əvvəlcədən razılaşdıqları kimi həmin paltarları yarı-yarıya bölmüşlər. O, öz payına düşən paltarları qaldığı evə apararaq bir qismini evin həyətində, bir qismini isə evdə yatacağın altında gizləmişdir. Namiq ilə törətdikləri oğurluq əməlləri barədə heç kimə məlumat verməmişdir. 10 oktyabr 2024-cü il tarixdə otlaq sahəsində olan zaman ailə üzvləri ona zəng edərək bir neçə hərbi qulluqçunun yaşadığı evə gələrək onu axtardığını demişdir. O, nə baş verdiyini bilmək üçün evə gəlmiş, bu zaman orada olan bir neçə hərbi qulluqçu yaxınlıqdakı hərbi hissənin əşyasaxlanc anbarından oğurluq olduğunu bildirərək həmin hadisə ilə bağlı məlumatının olubolmadığını soruşmuş və bu mövzu ətrafında onunla bir qədər danışmışlar. O, hərbi qulluqçuların bu oğurluğun onun tərəfindən törədilməsindən məlumatlı olduqlarını görüb törətdiyi əməli etiraf etmək qərarına gələrək hərbi hissənin anbarından Təqsirləndirilən şəxs1 ilə birlikdə oğurluq etdiklərini boynuna almışdır. Daha sonra isə oğurladıqları əşyalardan öz payına düşənləri harada gizlətməsini hərbi qulluqçulara göstərmişdir. Hərbi qulluqçular həmin əşyaları götürərək özləri ilə aparmışlar. O və Təqsirləndirilən şəxs1 izahat vermək üçün Laçın rayon polis şöbəsinə dəvət olunmuşlar. Bundan başqa Təqsirləndirilən şəxs2 ifadəsində qeyd olunan əşyaları satıb gəlir əldə etmək məqsədi ilə deyil, şəxsi istifadə məqsədi ilə, yəni heyvan saxlaması ilə əlaqədar çölçülük şəraitində istifadə etmək məqsədi ilə oğurladığını, törətdiyi əməlin qanunsuz olduğunu dərk etdiyini və oğurladığı əşyalardan 25 kq qoz meyvəsi istisna olmaqla, digər əmlakları tam şəkildə geri qaytardıqlarını, eyni zamanda sonradan həmin 25 kq qoz meyvəsinin dəyərini də ödədiyini göstərmişdir. Daha sonra o, əməlindən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş hüquqi şəxsə vurulmuş ziyanı tam ödədiyini bildirərək qeyd edilən və iş üzrə digər yüngülləşdirici halları nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, o, 2022-ci il tarixdən Müdafiə Nazirliyinin Laçın rayonu Qarıqışlaq kəndi ərazisində yerləşən N saylı Hərbi Hissənin 1-ci X1 rəisi vəzifəsində işləyir. 10 oktyabr 2024-cü il tarixdə səhər saatlarında Divizionun əşya-saxlanc anbarından oğurluq edilməsi ilə bağlı gizir Şahid1 ona məlumat vermiş, həmin məlumat əsasında gizir Şahid1 və gizir Şahid2 ilə birlikdə anbara baxan zaman anbarda olan 2 ədəd işıq generatorunun, 1 ədəd ot biçən aparatın, N ədəd çadırın və müxtəlif geyim əşyalarının anbarda olmadığını müəyyən etmişlər. Ətrafa baxan zaman 2 ədəd işıq generatorunu, 1 ədəd ot biçən aparatı və N ədəd çadırı divizionun yaxınlığında olan avtomobil yolunun altında su keçidini təmin etmək üçün qoyulmuş su borusunun içərisində aşkarlamış, daha sonra geyim əşyalarını axtaran zaman Qarıqışlaq kəndi ərazisində fermer təsərrüfatı ilə məşğul olan, sonradan adını öyrəndiyi Təqsirləndirilən şəxs1 adlı şəxsdən divizionun əşya-saxlanc anbarında oğurluq olduğunu deyib, bu barədə məlumatının olub-olmamasını soruşmuşlar. Namiq oğurluqla bağlı heç bir məlumatının olmadığını demiş, bundan sonra sonuncunun yaşadığı yerin yaxınlığında olan yaşayış olmayan dağılmış evlərə baxan zaman geyim əşyalarının bir qismini və 2 ədəd çarpayını həmin evlərdən birinin içərisində tapmışlar. Onlar Namiqə anbardan oğurlanan əşyaların sonuncunun qaldığı yerin yaxınlığından tapıldığını bildirib, bu işlə əlaqəsinin olub-olmadığını təkrar soruşduqda Namiq hər şeyi etiraf edərək divizionun əşya-saxlanc anbarından tanışı Təqsirləndirilən şəxs2lə birlikdə oğurluq etdiklərini, həmin əşyaların bir qismini, yəni 2 ədəd işıq generatorunu, 1 ədəd ot biçən aparatı və N ədəd çadırı avtomobil yolunun altında su keçidini təmin etmək üçün quraşdırılmış su borusunun içərisinə qoyduqlarını, geyim əşyalarını isə Nəvazi ilə bölərək öz payına düşən əşyaları dağılmış evdə özünün gizlədiyini, Nəvazinin payına düşənləri isə sonuncunun özü ilə apardığını bildirmişdir. Bundan sonra onlar Qarıqışlaq kəndi ərazisində Nəvazinin qaldığı yerə getmiş, lakin sonuncu evdə olmamışdır. Nəvazinin evinin qarşısında böyük həcmli plasmas materiallı qabın içərisinə baxan zaman hərbi geyim formalarının orada olduğunu aşkarladıqdan bir müddət sonra Nəvazi həmin yerə gəldikdə sonuncudan hərbi geyim formalarını oğurlayıb-oğurlamadığını soruşsalar da, Nəvazi buna etiraz edərək heç bir şey oğurlamadığını demişdir. Onlar Nəvaziyə evinin qaşısındakı plasmas materiallı qabın içərisindən hərbi geyim formalarını tapdıqlarını dedikdən sonra Nəvazi də etiraf edərək əşyasaxlanc anbarından Namiqlə birlikdə oğurluq etdiyini bildirmişdir. Namiq isə yaşadığı evə daxil olub evdən bir neçə hərbi geyim əşyası çıxararaq onlara təhvil vermiş, bundan sonra həmin hadisə ilə bağlı polisə məlumat vermişlər. Daha sonra o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən N saylı hərbi hissəyə dəymiş ziyanın tam olaraq ödənildiyini, onların təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 heç bir şikayətlərinin olmadığını, həmçinin onlarla barışdığını bildirərək təqsirləndirilən şəxslərə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2023cü il tarixdən Laçın rayonu Qarıqışlaq kəndi ərazisində yerləşən N saylı hərbi hissənin 1-ci Artilleriya Divizionunun 3-cü Batareyasında top komandiri vəzifəsində, gizir rütbəsində işləyir. 10 oktyabr 2024-cü il tarixdə səhər saatlarında Divizionun əşya-saxlanc anbarına hərbi geyim formaları aparan zaman həmin anbarın qapısının açıq vəziyyətdə olduğunu, qapı kilidinin sındırıldığını görmüş, anbardan oğurluq edilməsindən şübhələnərək tez bir zamanda diviziona gedib rəhbərliyə məlumat vermişdir. Daha sonra iş yoldaşı gizir Şahid2 ilə birlikdə anbara qayıdıb baxan zaman anbarda olan 2 ədəd işıq generatorunun, 1 ədəd ot biçən aparatın, N ədəd çadırın və müxtəlif geyim əşyalarının anbarda olmadığını görmüş, ətrafı axtaran zaman 2 ədəd işıq generatorunun, 1 ədəd ot biçən aparatın və N ədəd çadırın divizonun yaxınlığında olan avtomobil yolunun altında su keçidini təmin etmək üçün quraşdırılmış su borusunun içərisində aşkarlamışlar. Daha sonra geyim əşyalarını axtaran zaman Qarıqışlaq kəndi ərazisində fermer təsərrüfatı ilə məşğul olan, sonradan adını öyrəndiyi Təqsirləndirilən şəxs1 adlı şəxsə divizionun əşya-saxlanc anbarında oğurluq törədilməsi barədə məlumat verərək sonuncudan bu barədə məlumatının olub-olmamasını soruşmuşlar. Namiq oğurluqla bağlı heç bir məlumatının olmadığını dedikdən sonra sonuncunun yaşadığı yerin yaxınlığında olan yaşayış olmayan dağılmış evlərə baxan zaman geyim əşyalarının bir qismini və 2 ədəd çarpayını həmin evlərdən birinin içərisində tapmış, Namiqə anbardan oğurlanan əşyaların yaşadığı yerin yaxınlığından tapıldığını bildirib, bu işlə onun əlaqəsinin olub-olmadığını təkrar soruşduqda Namiq hər şeyi etiraf edərək divizionun əşya-saxlanc anbarından tanışı Nəvazi ilə birlikdə oğurluq etdiklərini, həmin əşyaların bir qismini, yəni 2 ədəd işıq generatorunu, 1 ədəd ot biçən aparatı və N ədəd çadırı avtomobil yolunun altında su keçidini təmin etmək üçün qoyulmuş su borusunun içərisinə qoyduqlarını, geyim əşyalarını isə Nəvazi ilə bölərək öz payına düşən əşyaları sözügedən dağılmış evə qoyduğunu, Nəvazinin payına düşənləri isə sonuncunun özü ilə apardığını bildirmişdir. Bundan sonra onlar Qarıqışlaq kəndi ərazisində Nəvazinin qaldığı yerə getmiş, lakin sonuncu evdə olmamışdır. Nəvazinin evinin qarşısında böyük həcmli plasmas materiallı qabın içərisinə baxan zaman hərbi geyim formalarının orada olduğunu aşkarladıqdan bir müddət sonra Nəvazi həmin yerə gəldikdə sonuncudan hərbi geyim formalarını oğurlayıboğurlamadığını soruşsalar da, Nəvazi buna etiraz edərək heç bir şey oğurlamadığını demişdir. Onlar Nəvaziyə evinin qarşısındakı plasmas materiallı qabın içərisindən hərbi geyim formalarını tapdıqlarını dedikdən sonra Nəvazi də etiraf edərək əşya-saxlanc anbarından Namiqlə birlikdə oğurluq etdiyini bildirmişdir. Namiq isə yaşadığı evə daxil olub evdən bir neçə hərbi geyim əşyası çıxararaq onlara təhvil vermiş, bundan sonra həmin hadisə ilə bağlı polisə məlumat vermişlər. İş üzrə şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin 1-ci Artilleriya Divizionu 3-cü Batareyada top komandiri vəzifəsində işləyən Şahid2 da Şahid1la eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları bir daha olduğu kimi təsdiq etmişdir. Bundan başqa, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş iş üzrə təyin olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2025-ci il tarixli 9/10584 nömrəli rəyindən görünür ki, 25 kiloqram qabıqlı qozun 2024-cü il oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 150,00 manat müəyyən edilir. Digər mallar haqqında ətraflı məlumat olmadığından və N №-li hərbi hissəyə məxsus N adda malların satışı olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi tərəfindən oğurlanan əşyalarla bağlı təqdim edilmiş hesabat-arayışdan görünür ki, 6 ədəd isti səhra gödəkçəsinin ümumi qiyməti 382.80 manat, N ədəd qışlıq uzunboğaz botinkanın ümumi qiyməti 388 manat, N ədəd plaş çadırın ümumi qiyməti 154 manat, 2 ədəd içlikli yataq kisəsinin ümumi qiyməti 148 manat, 2 ədəd trikotaj isti alt paltarın ümumi qiyməti 28 manat, 1 ədəd yaxası boğazacan yarıyun, zeytun rəngli köynəyin qiyməti 32 manat, 1 ədəd yaxası boğazacan yarıyun, bej rəngli köynəyin qiyməti 32 manat, 2 ədəd süni xəzdən qulaqlı papağın ümumi qiyməti 46 manat, 8 ədəd iplik corabın ümumi qiyməti 9.44 manat, N ədəd əşya kisəsinin ümumi qiyməti 211.20 manat, 8 ədəd boyunluğun ümumi qiyməti N.60 manat, 2 ədəd yarıyun əlcəyin ümumi qiyməti 37.20 manat olmaqla, qeyd olunan əşyaların ümumi dəyəri 1.498,24 (bir min dörd yüz doxsan səkkiz manat iyirmi dörd qəpik) müəyyən edilir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Ağcabədi rayon Mərkəzi Bazarı “Əli Firması” tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, 1 ədəd istifadə olunmuş, işlək vəziyyətdə olan “Alimar” markalı, “ALM D-3600” modelli təkərli dizel generator 280 manat, 1 ədəd istifadə olunmuş, işlək vəziyyətdə olan “530” modelli generator 70 manat, 1 ədəd istifadə olunmuş, işlək vəziyyətdə olan ot biçən aparat 60 manat, 3 ədəd qabda ümumilikdə 15 litr boyanın litri 4 manat olmaqla ümumilikdə 60 manat, 2 ədəd istifadə olunmuş, yararlı vəziyyətdə olan tək yataqlı yarus çarpayının biri 40 manat olmaqla ümumilikdə 80 manat, 1 ədəd bej rəngli yorğan üzü 17 manat, N ədəd şərfin biri 5 manat olmaqla ümumilikdə 20 manat, 3 ədəd çəhrayı və 1 ədəd yaşıl rəngli olmaqla ümumilikdə N ədəd istifadə olunmuş çadırın biri 110 manat olmaqla ümumilikdə 440 manat olmaqla qeyd olunan əşyaların pərakəndə satış qiyməti ümumilikdə 1027 (bir min iyirmi yeddi) manat dəyərində müəyyən edilir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş “Laçın rayon Mərkəzi Xəstəxanası” X7 xx.xx.2024-cü il tarixli, 18-1-57/2-313/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 konsultativ poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetində dispanser qeydiyyatında yoxdur və onlar alkoqolizm ilə əlaqədar müalicə almamışlar. İşdə olan və məhkəmə iclasında tədqiq olunan əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, iş üzrə əhəmiyyət kəsb etdiyindən 6 ədəd kamuflyaj rəngli isti səhra gödəkçəsi, 4 cüt qışlıq uzunboğaz botinka, 2 cüt kamuflyaj rəngli yarıyun əlcək, 8 cüt qara rəngli iplik corab, 8 ədəd kamuflyaj rəngli boyunluq, N ədəd kamuflyaj rəngli əşya kisəsi, 1 ədəd zeytun rəngli yaxası boğazacan yarıyun köynək, 1 ədəd bej rəngli yaxası boğazacan yarıyun köynək, 2 dəst zeytun rəngli trikotaj isti alt paltarı, 2 ədəd kamuflyaj rəngli içliklə yataq kisəsi, N ədəd kamuflyaj rəngli plaş çadır, 1 ədəd “Alimar” markalı, “ALM D-3600” modelli təkərli dizel generator, 1 ədəd 530 modelli generator, 1 ədəd işlək vəziyyətdə ot biçən aparat, 3 ədədi çəhrayı, 1 ədədi isə yaşıl rəngli olmaqla N ədəd çadır, 2 ədəd süni xəzdən qulaqlı papaq, 3 ədəd qabda ümumilikdə 15 litr boya, 2 ədəd tək yataqlı yarus çarpayı, 1 ədəd bej rəngli yorğan üzlüyü və N ədəd şarf maddi sübut qismində tanınmış və həmin əmlaklar xx.xx.2024-cü il tarixli protokolla saxlanc üçün N saylı hərbi hissəyə təhvil verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olan tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışlar. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Qax-Zaqatala-Balakən rayonları üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1, atası və anası ilə birlikdə Qax rayonunun Tanqıt kəndində məskunlaşmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Laçın rayon İHB-nın Alxaslı kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan, nikah və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs2, həyat yoldaşı X4 və iki nəfər azyaşlı uşaqları ilə birlikdə Ağcabədi rayonu Taxta Körpü ərazisi Alxaslı obasında müvəqqəti yaşayır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yerləri üzrə müsbət xarakterizə olunurlar. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş vəsiqələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Laçın rayonundan olan məcburi köçkündürlər. İşdə olan və məhkəmə iclasında tədqiq olunan qəbzdən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissəyə dəymiş ziyanın qalıq məbləği olan 1N manat pul qeyd edilən hərbi hissəyə ödənilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan zərər çəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin nümayəndəsi Nümayəndə ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən N saylı hərbi hissəyə dəymiş ziyan tam olaraq ödənilmişdir. Onların təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 heç bir şikayətləri yoxdur, onlarla barışmışlar və ona görə də təqsirləndirilən şəxslərə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edirlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 2022-ci ildə həyata keçirilmiş “Antiterror” əməliyyatlarının iştirakçısı olmuş, “8 Noyabr - Zəfər günü” münasibəti ilə döyüş hazırlığında, qoşun xidmətində və hərbi intizamın möhkəmləndirilməsində əldə etdiyi nailiyyətlərə görə 006 nömrəli Hərbi Hissənin komandiri, polkovnik Zaur Mustafayev tərəfindən xx.xx.2023-cü il tarixli Fəxri Fərmanla, əsgər kimi hərbi xidmət zamanı əldə etdiyi nailiyyətlərə görə isə 006 nömrəli Hərbi Hissə komandirinin vəzifəsini müvəqqəti icra edən, polkovnik-leytenant Cəmil Mirzəmmədov tərəfindən xx.xx.2023-cü il tarixli təşəkkür məktubu ilə təltif olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq olunan protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 13 oktyabr 2024-cü il tarixdə saat 17:25-də şübhəli şəxs qismində tutulmuş və o, 15 oktyabr 2024-cü il tarixdə saat 17:00-da MSY-dən azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 13 oktyabr 2024-cü il tarixdə saat 13:00-dəa şübhəli şəxs qismində tutulmuş və o, 15 oktyabr 2024-cü il tarixdə saat 12:30-da MSY-dən azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 23 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamın dəyişdirilmədən qüvvəsində saxlanılması və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirlərinin nəzərə alınması, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamın dəyişdirilmədən qüvvəsində saxlanılması və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirlərinin nəzərə alınması, qərarın təsviri hissəsində göstərilənlərə əsasən N saylı hərbi hissənin 1-ci artilleriya divizionundakı 22 adda əmlakların çatışmazlığında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsiri müəyyən olunmadığından həmin xüsusatla bağlı adıkeçən şəxslər barələrində başlanmış cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən xitam verilməklə həmin xüsusat üzrə hər hansı şəxsin mənimsəmə əməlinin olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə müvafiq olaraq Hərbi Prokurorluğa müraciət etmək hüququnun olmasının N saylı hərbi hissəyə izah edilməsi, Müdafiə Nazirliyinin N saylı hərbi hissənin zərərçəkmiş şəxs qismində, Nümayəndə isə zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmasının nəzərə alınması, cinayət işi üzrə təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin nümayəndəsinin, habelə şahidlərin ifadələri, ekspert rəyi, qiymətləndirmə arayışları, istintaq hərəkəti protokolları, həmçinin cinayət işinə əlavə edilmiş digər sənədlərin sübut növü kimi qiymətləndirilməsi, iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayətin predmeti olan 6 ədəd kamuflyaj rəngli isti səhra gödəkçəsi, 4 cüt qışlıq uzunboğaz botinka, 2 cüt kamuflyaj rəngli yarıyun əlcək, 8 cüt qara rəngli iplik corab, 8 ədəd kamuflyaj rəngli boyunluq, N ədəd kamuflyaj rəngli əşya kisəsi, 1 ədəd zeytun rəngli yaxası boğazacan yarıyun köynək, 1 ədəd bej rəngli yaxası boğazacan yarıyun köynək, 2 dəst zeytun rəngli trikotaj isti alt paltarı, 2 ədəd kamuflyaj rəngli içliklə yataq kisəsi, N ədəd kamuflyaj rəngli plaş çadır, 1 ədəd “Alimar” markalı, “ALM D-3600” modelli təkərli dizel generator, 1 ədəd 530 modelli generator, 1 ədəd işlək vəziyyətdə ot biçən aparat, 3 ədədi çəhrayı, 1 ədədi isə yaşıl rəngli olmaqla N ədəd çadır, 2 ədəd süni xəzdən qulaqlı papaq, 3 ədəd qabda ümumilikdə 15 litr boya, 2 ədəd tək yataqlı yarus çarpayı, 1 ədəd bej rəngli yorğan üzlüyü və N ədəd şarfın xx.xx.2025-ci il tarixli qərarla maddi sübut kimi tanınmasının və həmin əmlakların saxlanc üçün sahibi N saylı hərbi hissəyə təhvil verilməsinin nəzərə alınması, cinayət işinin başlanması rədd edilmiş xüsusatlarla bağlı materialların ayrılaraq Laçın RPŞ-nin arxivində saxlanılması, qərar barədə maraqlı şəxslərə məlumatın verilməsi və qəbul edilmiş qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirləri tam sübuta yetirilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş müvafiq cəza ilə cəzalanmalıdırlar. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə sadalanan qanunvericilik normalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlikəlilik dərəcəsini, təqsirləndirilənlərin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə xüsusi ilə vurğulayır ki, qanuni, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərir, onun, həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarşısını alır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sayəsində mühüm vasitədir. Məhkəmə Təqsirləndirilən şəxs1 cinayəti etiraf edib səmimi peşman olduğunu, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, eyni zamanda zərərçəkmiş şəxslə barışmasını, “Antiterror əməliyyatlarının iştirakçısı olmasını, fəxri fərmanla və təşəkkür məktubu ilə təltif olunmasını, ilk dəfə olaraq belə bir cinayət əməlinə yol verməsini, məcburi köçkün olmasını və məhkumluğunun olmamasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinin tələblərinə əsasən işdə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş işdə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cinayəti etiraf edib səmimi peşman olduğunu, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, eyni zamanda zərərçəkmiş şəxslə barışmasını, “Antiterror əməliyyatlarının iştirakçısı olmasını, fəxri fərmanla və təşəkkür məktubu ilə təltif olunmasını, ilk dəfə olaraq belə bir cinayət əməlinə yol verməsini, məcburi köçkün olmasını və məhkumluğunun olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almaqla onu xarakterizə edən halları tədqiq edərək, bundan başqa işin konkret hallarını, törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini də nəzərə alaraq onun islah olunması üçün təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən nisbətən az ciddi cəza növünün-azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza növü ilə cəzanın məqsədini təmin etmək mümkündür. Bundan əlavə, məhkəmə onu da qeyd edir ki, ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs1 02 (iki) gün müddətinə, yəni xx.xx.2024-cü il tarixədən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 tutulduğu iki gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qax rayonunu tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Cəzanın müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün bu hissəsinin icrası onun yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.20-346.1.22-ci maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cinayəti etiraf edib səmimi peşman olduğunu, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, eyni zamanda zərərçəkmiş şəxslə barışmasını, himayəsində iki azyaşlı uşağının olmasını, ilk dəfə olaraq belə bir cinayət əməlinə yol verməsini, məcburi köçkün olmasını, həmçinin məhkumluğunun olmamasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinin tələblərinə əsasən işdə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş işdə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cinayəti etiraf edib səmimi peşman olduğunu, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, eyni zamanda zərərçəkmiş şəxslə barışmasını, himayəsində iki azyaşlı uşağının olmasını, ilk dəfə olaraq belə bir cinayət əməlinə yol verməsini, məcburi köçkün olmasını, həmçinin məhkumluğunun olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almaqla, onu xarakterizə edən halları tədqiq edərək, bundan başqa işin konkret hallarını, törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini də nəzərə alaraq onun islah olunması üçün təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən nisbətən az ciddi cəza növünün-azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza növü ilə cəzanın məqsədini təmin etmək mümkündür. Bundan əlavə, məhkəmə onu da qeyd edir ki, ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs2 02 (iki) gün müddətinə, yəni xx.xx.2024-cü il tarixədən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 tutulduğu iki gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunu tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Cəzanın müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün bu hissəsinin icrası onun yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.20-346.1.22-ci maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin edilməsi nəzərdə tutulan bu cəza növləri cəzanın əsas məqsədini təmin edir. Cinayət işi üzrə maddi sübut qismində tanınmış 6 ədəd kamuflyaj rəngli isti səhra gödəkçəsi, 4 cüt qışlıq uzunboğaz botinka, 2 cüt kamuflyaj rəngli yarıyun əlcək, 8 cüt qara rəngli iplik corab, 8 ədəd kamuflyaj rəngli boyunluq, N ədəd kamuflyaj rəngli əşya kisəsi, 1 ədəd zeytun rəngli yaxası boğazacan yarıyun köynək, 1 ədəd bej rəngli yaxası boğazacan yarıyun köynək, 2 dəst zeytun rəngli trikotaj isti alt paltarı, 2 ədəd kamuflyaj rəngli içliklə yataq kisəsi, N ədəd kamuflyaj rəngli plaş çadır, 1 ədəd “Alimar” markalı, “ALM D-3600” modelli təkərli dizel generator, 1 ədəd 530 modelli generator, 1 ədəd işlək vəziyyətdə ot biçən aparat, 3 ədədi çəhrayı, 1 ədədi isə yaşıl rəngli olmaqla N ədəd çadır, 2 ədəd süni xəzdən qulaqlı papaq, 3 ədəd qabda ümumilikdə 15 litr boya, 2 ədəd tək yataqlı yarus çarpayı, 1 ədəd bej rəngli yorğan üzlüyü və N ədəd şarf N saylı hərbi hissənin mülkiyyətində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Həmçinin, məhkəmə onu qeyd edir ki, ibtidai və məhkəmə istintaqı dövründə iş üzrə zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissəyə dəymiş maddi ziyanın təqsirləndirilən şəxslər tərəfindən tam şəkildə ödənilməsi həyata keçirilmişdir. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və xüsusi müsadirə yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3, həmçinin digər Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmədə iştirak etdiyi 15 iş saatı üçün 165 manat, həmçinin digər Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 15 iş saatı üçün 165 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı və 381-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixədən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qax rayonunu tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi Qax rayonu icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixədən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunu tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi Ağcabədi rayonu icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut qismində tanınmış 6 ədəd kamuflyaj rəngli isti səhra gödəkçəsi, 4 cüt qışlıq uzunboğaz botinka, 2 cüt kamuflyaj rəngli yarıyun əlcək, 8 cüt qara rəngli iplik corab, 8 ədəd kamuflyaj rəngli boyunluq, N ədəd kamuflyaj rəngli əşya kisəsi, 1 ədəd zeytun rəngli yaxası boğazacan yarıyun köynək, 1 ədəd bej rəngli yaxası boğazacan yarıyun köynək, 2 dəst zeytun rəngli trikotaj isti alt paltarı, 2 ədəd kamuflyaj rəngli içliklə yataq kisəsi, N ədəd kamuflyaj rəngli plaş çadır, 1 ədəd “Alimar” markalı, “ALM D-3600” modelli təkərli dizel generator, 1 ədəd 530 modelli generator, 1 ədəd işlək vəziyyətdə ot biçən aparat, 3 ədədi çəhrayı, 1 ədədi isə yaşıl rəngli olmaqla N ədəd çadır, 2 ədəd süni xəzdən qulaqlı papaq, 3 ədəd qabda ümumilikdə 15 litr boya, 2 ədəd tək yataqlı yarus çarpayı, 1 ədəd bej rəngli yorğan üzlüyü və N ədəd şarf N saylı hərbi hissənin mülkiyyətində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və xüsusi müsadirə yoxdur. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 15 iş saatı üçün 165 manat, həmçinin Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən məhkəmə istintaqı müddətində digər Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 15 iş saatı üçün 165 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Laçın Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) gün başa çatdıqdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №1(047)-8/2025
Laçın Rayon Məhkəməsi Hökm — İş №1(047)-8/2025
15.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver