Məhkəmə qərarları › İş №1(047)-9/2024

Laçın Rayon Məhkəməsi Hökm — İş №1(047)-9/2024

08.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Laçın rayonu İş № 1(047)-9/2024 08.10.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1981-ci ildə Bərdə rayonu Kətəlparaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Kətəlparaq kəndində pasport qeydiyyatında olmaqla, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi M.Seyidov küçəsi 16 saylı yataqxananın həyətində nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə, xx.xx.1982-ci ildə Cəbrayıl rayonu Böyük Mərcanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonu Böyük Mərcanlı kəndində pasport qeydiyyatında olmaqla Biləsuvar rayonu 5 saylı qəsəbə ev 313-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Aparılmış ibtidai istintaq nəticəsində müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 xeyli miqdarda maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurlamışdır. Belə ki, o, 2023-cü ilin yay aylarında Laçın rayonunda olarkən Zərərçəkmiş şəxs MMC-yə məxsus çoxsaylı iribuynuzlu heyvan sürülərinin rayonun yaylaq sahələrində nəzarətsiz halda otladıqlarını görüb, bir müddət kənardan müşahidələr apararaq həmin heyvanlar üzərində ciddi nəzarətin olmadığına əmin olduqdan sonra tamah məqsədilə, həmin iribuynuzlu heyvanlardan müəyyən qədərini gizli yolla talayıb ələ keçirmək, yəni oğurlamaq qərarına gəlmiş, lakin törədəcəyi əməlin üstünün açılmasından və cinayət məsuliyyətinə cəlb ediləcəyindən ehtiyat edərək özü birbaşa heyvanları aparmaqdan çəkinib bir müddət bununla bağlı plan hazırlayıb daha təhlükəsiz bir şəraitdə həmin əməli törətmək qərarına gəlmiş, bu məqsədlə daha öncə tanış olduğu və aralarında səmimi münasibət olan Zərərçəkmiş şəxs MMC-də çoban işləyən Təqsirləndirilən şəxs2 müraciət edib cinayətkar niyyəti barədə məlumat verərək işlədiyi MMC-yə məxsus iribuynuzlu heyvanlardan bir qədərini oğurlamasına şərait yaratmasını xahiş etmiş, bu işə razı olacağı təqdirdə heyvanları satarkən əldə edəcəyi gəlirdən 10.000 manat pul verəcəyini vəd edib sonuncunun bu cinayətin törədilməsinə lazımi məlumatları və məsləhətləri ilə köməklik etməsinə razılaşdırdıqdan və yaylaq ərazilərindəki iribuynuzlu heyvan sürülərindən Laçın rayonu Minkənd kəndi ərazisindəki heyvanların gizli yolla talanmasının daha təhlükəsiz olmasını öyrəndikdən sonra bu əməli necə törətməsinə dair yeni plan quraraq Laçın rayonunda fəaliyyət göstərən "xxxx" MMC-də fəhlə işləyən tanışı cinayətdən xəbərsiz- Şahid1 və sonuncunun tanışı Şahid4 müraciət edib guya hansısa tanışının Laçın rayonu Minkənd kəndi ərazisində 20-30 baş iribuynuzlu heyvanının olması və həmin heyvanlara baxan çobanın işi buraxıb getməsi səbəbindən heyvanların baxımsız vəziyyətdə qalması, yeni çoban tapılanadək heyvanları olduğu yerdən təcili götürüb başqa yerə aparıb orada bir neçə gün baxmaq lazım olduğunu bildirib, bu sahədə köməklik etmələrini xahiş etmiş və bu işin müqabilində Şahid1 1.000 manat, Şahid4 isə 500 manat verəcəyini vəd edərək razılaşmalarına nail olduqdan sonra xx.xx.2023-cü il tarixdə idarə etdiyi ** BJ *** dövlət qeydiyyat nişanlı, “Hyundai Santafe” markalı nəqliyyat vasitəsi ilə onları Laçın rayonu Minkənd kəndi ərazisinə gətirib öz cinayətkar niyyəti barədə həmin şəxslərə heç bir məlumat vermədən, əvvəlcədən qurduğu plana uyğun olaraq heyvanları götürəcəkləri və aparıb saxlayacaqları yerləri göstərib həmin gün saat 17 radələrində Minkənd kəndində “Semiçkalığın yanı” adlanan ərazidə düşürdüb orada gözləmələrini deyib, özü isə cinayət başında yaxalanmamaq və cinayətin törədilməsini kənardan idarə etmək məqsədi ilə yalandan başqa işi olduğunu bəhanə edib həmin şəxslərdən uzaqlaşmış, Təqsirləndirilən şəxs2 zəng edərək heyvanları gizli yolla talamaq üçün Minkənd kəndində “Semiçkalığın yanı” adlanan əraziyə iki şəxs qoyduğunu bildirib heyvanların harada olmasını soruşarkən sonuncudan qeyd edilən ərazinin yaxınlığındakı otlaq sahədə 28 baş iribuynuzlu heyvan olması və onların dəqiq yeri barədə məlumat aldıqdan sonra Şahid4la Şahid1 zəng edib həmin yeri izah etmiş və orada olan 28 baş iribuynuzlu heyvanın hamısını aparmalarını tapşıraraq həmin şəxslər vasitəsi ilə qeyd edilən tarix üçün orta bazar qiyməti ümumilikdə 45.000 manat təşkil edən, hər biri 2-5 yaş aralığında və diri halda 240-300 kiloqram çəkidə olan 28 baş dişi cinsli inəkləri açıq otlaq sahəsindən haraylayıb Minkənd kəndi ərazisində təxminən 10 km aralıda yerləşən əvvəlcədən nəzərdə tutduğu yerə aparıb saxlayarkən xx.xx.2023-cü il tarixdə gecə saatlarında Laçın RPŞ-nin əməkdaşları tərəfindən cinayət başında yaxalanmış, qeyd olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs2 həmin cinayətin edilməsini asanlaşdıran əlverişli şərait yaratmağa yönələn hərəkətlərindən, yəni köməyindən istifadə etməklə Zərərçəkmiş şəxs MMC-yə xeyli miqdarda, yəni 45.000 manat məbləğində ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurlamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla özgənin əmlakının gizli olaraq talanaraq oğurlanmasında köməkçi qismində iştirak etmişdir. Belə ki, o, xx.xx.2022-ci il tarixli xxxxxxx000200 saylı əmək müqaviləsi bildirişinə əsasən Zərərçəkmiş şəxs MMC-də çoban işləyərkən həmin şirkətə məxsus heyvanları otarmaq onları tələf olmaqdan qorumaq və sair formada qulluq etməyə cavabdeh şəxs kimi həmin xidməti vəzifələrini layiqli formada icra etməli olduğu halda, yaxın münasibətdə olduğu tanışı Bərdə rayonu Kətəlparaq kənd sakini Təqsirləndirilən şəxs1 2023-cü ilin avqust ayında ona müraciət edib öz cinayətkar niyyəti barədə məlumat verərək işlədiyi Zərərçəkmiş şəxs MMC-yə məxsus iribuynuzlu heyvanlardan müəyyən qədərini tamah məqsədilə gizli yolla talayıb ələ keçirmək, yəni oğurlamaq qərarına gəldiyini, lakin özbaşına bu əməli törədəcəyi halda əməlin üstünün açılıb cinayət məsuliyyətinə cəlb ediləcəyindən ehtiyat etdiyini bildirib, həmin şirkətdə işləyən şəxs kimi bu cinayəti törətməsinə lazımi məlumatları və məsləhətləri ilə köməklik etməsini, yəni cinayəti törətməsini asanlaşdıran şərait yaratmasını xahiş edərkən, ilk öncə buna razılaşmağa tərəddüd etsə də Təqsirləndirilən şəxs1 bunun müqabilində heyvanları satarkən əldə edəcəyi gəlirdən ona 10.000 manat pul verəcəyini vəd etdikdən sonra cinayətin edilməsini asanlaşdıran əlverişli şərait yaratmağa yönələn hərəkətlər edəcəyini öncədən vəd etmiş, xx.xx.2023-cü il tarixdə isə Təqsirləndirilən şəxs1 zəng edib heyvanları gizli yolla talamaqla bağlı niyyətini qətiləşdirdiyini və növbəti gün bunu icra etmək istəməsi barədə fikrini bildirərkən Laçın rayonunun müxtəlif yaylaq ərazilərində olan Zərərçəkmiş şəxs MMC-yə məxsus heyvanlardan rayonun Minkənd kəndi ərazisindəki açıq otlaq sahələrindəki heyvanların oğurlanmasının daha təhlükəsiz olduğunu, yəni həmin ərazidəki heyvanların üzərində nəzarətin zəif olması kimi zəruri məlumatlar verərək, habelə xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 yenidən zəng edib heyvanları gizli yolla talamaq üçün Minkənd kəndində “Semiçkalığın yanı” adlanan əraziyə iki şəxs qoyduğunu bildirib heyvanların harada olmasını soruşarkən həmin ərazinin yaxınlığındakı otlaq sahədə 28 baş iribuynuzlu heyvan olması və onların dəqiq yeri barədə məlumatları bildirməklə qeyd edilən tarix üçün orta bazar qiyməti ümumilikdə 45.000 manat təşkil edən hər biri 2-5 yaş aralığında və diri halda 240-300 kiloqram çəkidə olan 28 baş dişi cinsli inəkləri açıq otlaq sahəsindən haraylanıb aparılmasına lazımi şərait yaratmış, qeyd olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs MMC-yə xeyli miqdarda, yəni 45.000 manat məbləğində ziyan vurulmaqla özgənin əmlakını gizli olaraq talanıb oğurluq etmələrinə maneələri aradan qaldırmaqla sonuncu tərəfindən həmin cinayətin edilməsini asanlaşdıran əlverişli şərait yaratmağa yönələn hərəkətləri ilə yardım etməklə qeyd olunan cinayətin törədilməsində köməkçi kimi iştirak etmişdir. Bununla da ibtidai istintaq orqanının gəldiyi nəticəyə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.4-cü, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-in 32.5 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2023-cü ilin əvvəlindən Laçın rayonu ərazisində müxtəlif işlərdə işləmiş, hazırda heç bir yerdə işləmir. Laçın rayonu ərazisində işlədiyi müddətdə rayonun yaylaq otlaq sahələrində çoxsaylı iri buynuzlu heyvanların nəzarətsiz qaydada otladığını görmüşdür. Həmin ərəfələrdə heyvanlardan bir qədərini oğurlayıb özünə qazanc əldə etmək fikrinə düşmüş, lakin bir müddət bu əməli törətməyə ehtiyat etmişdir. Belə ki, kənardan kiminsə onun heyvan oğurlamasını görüb hüquqmühafizə orqanlarına məlumat verəcəyindən qorxub ehtiyatlı hərəkət etmək qərarına gəlmişdir. 2023-cü ilin təxminən iyul-avqust aylarında Laçın rayonundan Bakı şəhəri istiqamətində gedərkən idarə etdiyi yük nəqliyyat vasitəsi Zəngilan rayonu ərazisində xarab olub yolda qalmışdır. Həmin vaxt o, yoldan keçən maşınlara əl edib köməklik istəmiş, bu zaman Təqsirləndirilən şəxs2 idarə etdiyi ** FL *** dövlət qeydiyyat nişanlı “Vaz 2106” markalı nəqliyyat vasitəsini saxlayıb ona müvafiq köməklik göstərmiş, daha sonra isə onu öz nəqliyyat vasitəsi ilə yolüstü Biləsuvar rayonuna qədər aparmışdır. Təqsirləndirilən şəxs2 ilk dəfə həmin vaxt tanımış, əvvəllər sonuncu ilə aralarında heç bir münasibət olmamışdır. Onlar yolda gedərkən Təqsirləndirilən şəxs2la müxtəlif mövzularda söhbətləşmiş, söhbət əsnasında sonuncunun Laçın rayonu ərazisində türklərə məxsus heyvan fermasında, yəni Zərərçəkmiş şəxs MMC-də çoban işləməsi ona məlum olmuşdur. Bu tanışlıqdan sonra aralarında səmimi münasibətlər yaranmış, bir müddət sonra o, Təqsirləndirilən şəxs2 istifadə etməklə Zərərçəkmiş şəxs MMC-yə məxsus həmin iribuynuzlu heyvanlardan oğurlamaq qərarına gəlmişdir. Söhbətlərin birində o, Vüqara Zərərçəkmiş şəxs MMC-nin Laçın rayonunun yaylaq otlaq sahələrinə buraxdığı iribuynuzlu heyvanlardan bir qədərini oğurlamaq istədiyini bildirib bununla bağlı ona köməklik edə bilib-bilməyəcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs2 ilk öncə onun bu təklifinə razılaşmasa da sonradan o, sonuncunu bu işə razı salmışdır. O, kömək edəcəyi halda heyvanların satışından əldə edəcəyi gəlirdən Vüqara 10.000 manat pay ayıracağını bildirmişdir. Sonradan Təqsirləndirilən şəxs2 onun bu təklifinə müsbət cavab verərək ona bu sahədə köməklik edəcəyini bildirmişdir. Bu barədə ətraflı danışdıqdan sonra Təqsirləndirilən şəxs2 rahat bir vaxtda heyvanların oğurlanmasına şərait yaradacağını, gəlib heyvanları götürə biləcəyini demişdir. Lakin sonradan səhhətində problemlər yarandığından bir müddət Laçın rayonuna gedə bilməmişdir. Belə ki, o, uzun müddət “şəkərli diabet” xəstəliyindən əziyyət çəkdiyinə görə tez-tez səhhətində narahatlıqlar yaranmışdır. xx.xx.2023-cü il tarixdə yenidən Laçın rayonuna getmiş həmin vaxt Təqsirləndirilən şəxs2la əlaqə saxlayıb heyvan oğurluğu ilə bağlı da danışıqlar aparmışdır. Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs MMC-yə məxsus iribuynuzlu heyvanların bir qisminin Laçın rayonun Minkənd kəndi ərazisində olduğunu bildirib görüş üçün həmin əraziyə gəlməsini demişdir. O, Minkənd kəndinə gedib Təqsirləndirilən şəxs2la görüşmüş, sonuncu “Semiçkalığın yanı” adlanan əraziyə yaxın otlaq sahədəki heyvanları ona göstərmiş, istədiyi vaxt gəlib heyvanları oradan götürə biləcəyini bildirmişdir. Lakin o, cinayət başında yaxalanaraq məsuliyyətə cəlb edilməsindən qorxduğu üçün heyvanları özünün aparmasını istəməmiş və bu işi başqa adama gördürmək qərarına gəlmişdir. Növbəti gün 20 noyabr 2023-cü il tarixdə Laçın şəhərində olarkən adını bilmədiyi şirkətdə fəhlə işləyən tanışı Şahid1 ilə görüşüb yemək yeyərkən Laçın rayonunun Minkənd kəndi ərazisində tanışı olan bir sahibkara məxsus təxminən 20- 30 baş iribuynuzlu heyvanın olması, həmin heyvanlara baxan çobanının işdən çıxması səbəbindən heyvanlara baxacaq şəxsin olmadığını, sahibkarın yeni çoban tapana qədər bir neçə gün müddətində heyvanlara baxacaq şəxs lazım olduğunu Təhməzə bildirərək, əgər həmin heyvanlara bir neçə gün baxa bilərsə bunun qarşılığında ona müəyyən qədər pul verəcəyini demişdir. Təhməz bu barədə maraqlandıqda o, heyvanların olduğu yerdən, yəni Minkənd kəndindən götürüb təxminən 10 kilometr aralıda həmin kəndin ərazisində yerləşən ferma tipli yerə piyada aparıb yığmaq və 2-3 gün orada saxlamaq lazım olduğunu, bundan sonra heyvan sahibinin gəlib heyvanları öz ərazisinə aparacağını demiş və bu işin müqabilində ona 1.000 manat pul təklif etmişdir. Şahid1 bu məbləğin onu qane etdiyini deyərək onun təklifi ilə razılaşmışdır. Lakin o, cinayətkar niyyəti barədə, yəni heyvanları oğurlaması barədə Təhməzə heç bir söz deməmişdir. O, Təhməzin bu işin öhdəsindən tək gələ bilməyəcəyini düşünüb sonuncuya kömək üçün əlavə bir şəxs də tapmasını, həmin şəxsə də əlavə 500 manat pul verəcəyini demişdir. Şahid1 tanışı Şahid4 adlı şəxsin onlara kömək edə biləcəyini və bu barədə sonuncu ilə danışıb məlumat verəcəyini demişdir. Bundan sonra o, işləri ilə əlaqədar Bərdə şəhərinə getməli olmuş, iki gün sonra, yəni 22 noyabr 2023-cü il tarixdə Təhməz ona zəng edərək Şahid4 adlı tanışının həmin təklifə razı olduğunu bildirmiş və sonuncunun əlaqə nömrəsini ona verərək özünün də danışmasını demişdir. Növbəti gün, yəni 23 noyabr 2023-cü il tarixdə o, Şahid4 zəng edib Bərdə şəhərində “Saray dairəsi” adlanan ərazidə görüşməyi razılaşdırmış və icarəyə götürdüyü ** BJ *** dövlət qeydiyyat nişanlı “Hyundai Santafe” markalı nəqliyyat vasitəsi ilə qeyd olunan yerə gəlib saat təxminən 23-24 radələrində Orxanla görüşüb birlikdə həmin nəqliyyat vasitəsi ilə Laçın rayonu istiqamətində yola düşmüşlər. 24 noyabr 2023-cü il tarixdə saat 07 radələrində Laçın şəhərinə çatdıqdan sonra Şahid1lə görüşmüş və onlar birlikdə həmin nəqliyyat vasitəsi ilə Minkənd kəndinə getmişlər. Həmin kəndə çatdıqdan sonra o, “Semiçkalığın yanı” adlanan yeri göstərərək heyvanları oradan götürəcəklərini bildirmiş və daha sonra təxminən 10 km məsafə sürərək ferma tipli yerdə saxlayıb qeyd olunan yolla heyvanları həmin yerə gətirib yığmalarını tapşırmışdır. Sonra həmin şəxsləri idarə etdiyi nəqliyyat vasitəsi ilə yenidən heyvanları götürəcəkləri yerə qaytarmış, saat təxminən 15 radələrində həmin yerə çatdıqda Şahid4la Şahid1 düşürərək özünün başqa işlə əlaqədar getməli olduğunu, onların isə orada gözləmələrini və heyvanlar gətirilərkən zəng edib onlara məlumat verəcəyini demişdir. Bundan sonra nəqliyyat vasitəsilə oradan uzaqlaşıb saat 17 radələrində Laçın rayonun Minkənd kəndində yerləşən ərzaq mağazasına gedib orada qabaqcadan razılaşdığı kimi çoban Təqsirləndirilən şəxs2la görüşüb heyvanların oğurlanması ilə bağlı qurduğu plan barədə sonuncuya məlumat vermiş və heyvanları aparmaq üçün “Semiçkalığın yanı” adlanan əraziyə adam qoyduğunu, yəni heyvanları aparmağa tam hazır olduğunu həmin adamlara heyvanların olduğu yeri göstərməsində köməklik etməsini demişdir. Habelə əlavə olaraq bildirmişdir ki, bu işin müqabilində ona vəd etdiyi 10.000 (on min) manat pulu heyvanları oğurlayıb satdıqdan sonra əldə edəcəyi puldan verəcəkdir. Təqsirləndirilən şəxs2 həmin məbləğlə razılaşmış və bundan sonra bildirmişdir ki, “qeyd olunan əraziyə yaxın, yəni yolun sağ tərəfindəki otlaq sahədə 28 baş iribuynuzlu heyvan vardır, həmin ərazidə başqa heç bir çoban və mühafizəçi yoxdur. Həmin adamlar qeyd etdiyi istiqamətdə bir qədər irəli getsələr heyvanları tapa biləcəklər”. Bundan sonra o, Şahid4 zəng edərək heyvanların yeri barədə məlumat verib həmin istiqamətə gedib heyvanları gətirmələrini tapşırmışdır. Saat təxminən 19-20 radələrində Şahid4 və Şahid1 qeyd olunan açıq otlaq ərazisindən 28 (iyirmi səkkiz) baş iri buynuzlu heyvanı tapdıqdan sonra qabağına qatıb onun göstərdiyi yolla piyada aparmağa başlamışlar. Bu minvalla bir neçə saat ərzində təxminən 10 kilometr məsafə getdikdən sonra əvvəlcədən planlaşdırdığı əraziyə çatmışlar. O, isə nəqliyyat vasitəsilə birbaşa həmin yerə getmişdir. Həmin ərazi heyvan saxlamaq üçün dəmir dam örtükləriylə əhatələnmiş, yanında isə bir ədəd gecələmək üçün qoyulmuş “Kamaz” markalı nəqliyyat vasitəsinin istifadəyə yararsız kabini olmuşdur. Onlar heyvanları dərə ərazisində saxlayaraq həmin yerdə gecələmiş, səhər isə oyanıb heyvanları otlamaları üçün meşə ərazisinə ötürmüşlər. 25 noyabr 2023-cü il tarixdə səhər saatlarında o, ərzaq almaq üçün Şahid1lə Laçın şəhərinə getmiş, ərzaq aldıqdan sonra Orxanın yanına qayıtmışlar. Daha sonra işinin olduğunu deyib ərazidən uzaqlaşmış, Təhməzlə Orxan isə həmin ərazidə qalmışlar. Laçın şəhərinin giriş hissəsində Həkəri çayının yaxınlığında hərəkətdə olarkən əziyyət çəkdiyi “şəkərli diabet” xəstəliyi ilə əlaqədar halı pisləşmiş, buna görə nəqliyyat vasitəsini kənarda saxlayıb bir qədər yatıb dincəlmişdir. Bir neçə saat sonra Şahid4 polis əməkdaşlarının oğurladığı heyvanların tapıldığını eşitmiş, bu səbəbdən heyvanların saxlanıldığı, yəni Orxanla Təhməzin olduğu yerə getməyə başlamış, yolda olarkən polis əməkdaşlarının heyvanları götürüb Zərərçəkmiş şəxs MMC-nin məsul əməkdaşına təhvil verməsi barədə məlumat almışdır. İlk öncə həmin yerə gedib ətrafdakılara heyvanların tanışı olan sahibkara aid olduğunu bildirib oradan uzaqlaşsa da, sonradan izahat vermək üçün polis şöbəsinə dəvət olunduqda yalan danışmağın mənasız olduğunu anlayıb istintaq araşdırması zamanı törətdiyi əməli səmimi etiraf etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 ifadəsində qeyd olunan heyvanları oğurlamaq niyyəti barədə Zərərçəkmiş şəxs MMC-də çoban işləyən Təqsirləndirilən şəxs2 başqa heç kimin məlumatı olmadığını, bu əməlin törədilməsini sonuncu ilə qabaqcadan danışıb razılaşdırdığını, heyvanların oğurlanmasına münasib şərait yaratması müqabilində Təqsirləndirilən şəxs2 10.000 manat pul verəcəyini vəd etsə də, heyvanları sata bilmədiyinə görə sonuncuya heç bir məbləğdə pul vermədiyini, heyvanları olduğu yerdən götürüb onun müəyyən etdiyi təxminən 10 km aralıda yerləşən məkana aparan Şahid1lə Şahid4 onun qanunsuz əməllərindən məlumatsız olduqlarını, heyvanları oğurlaması barədə sonunculara heç bir söz demədiyini, həmin şəxslərin onun sözlərinə inanıb heyvanları bir yerdən digər yerə qanuni şəkildə daşıdıqlarını zənn etdiklərini, bunu onun vəd etdiyi pulun müqabilində icra etdiklərini, bu işə görə Şahid1 1.000 manat, Şahid4 isə 500 manat vəd etsə də, sonradan törətdiyi cinayət əməlinin üstü açıldığından, yəni polis əməkdaşları heyvanları tapıb sahibinə qaytardığından, habelə özünü cinayət məsuliyyətinə cəlb etdiklərindən heyvanları sata bilmədiyini, gəlir əldə etmədiyindən Təhməzlə Orxana da heç bir məbləğdə pul vermədiyini, həmin şəxslərin onun törətdiyi qanunsuz əməllərdən tam məlmatsız olduqlarını, oğurladığı heyvanların çəkiləri, yaşları və digər xüsusiyyətləri barədə məlumatsız olduğunu da bildirmişdir. Daha sonra o, əməlindən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş hüquqi şəxsə vurulmuş ziyanı ödədiyini bildirərək qeyd edilən və iş üzrə digər yüngülləşdirici halları nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 32.5, 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin sentyabr ayından 2023-cü ilin noyabr ayının sonunadək Laçın rayonu ərazisində fəaliyyət göstərən Zərərçəkmiş şəxs MMC-də çoban kimi işləmişdir. Təqsirləndirilən şəxs1la 2023-cü ilin təxminən iyul ayında tanış olmuşdur. Belə ki, həmin vaxt o, özünə məxsus nəqliyyat vasitəsi ilə Laçın rayonundan Biləsuvar rayonuna gedərkən Zəngilan rayonu ərazisində yol kənarında bir nəqliyyat vasitəsinin xarab olub yolda qaldığını görüb kömək etmək üçün həmin şəxsə, yəni Təqsirləndirilən şəxs1 yaxınlaşmış, bacardığı köməkliyi etdikdən sonra Rəşadəti öz nəqliyyat vasitəsi ilə yolüstü Biləsuvar rayonuna qədər aparmışdır. Yolboyu söhbətləşərkən Rəşadət onun harada işləməsi ilə maraqlananda o, Zərərçəkmiş şəxs MMC-də çoban işləməsini bildirmişdir. Həmin tanışlıqdan sonra aralarında səmimi münasibət yaranmış, bir müddət sonra Təqsirləndirilən şəxs1 ona müraciət edərək işlədiyi Zərərçəkmiş şəxs MMC-yə məxsus iri buynuzlu heyvanlardan bir qədər oğurlamaq istədiyini bildirərək bu sahədə ona köməklik etməsini, yəni bir çoban kimi heyvanların oğurlanmasına təhlükəsiz şərait yaratmasını xahiş etmiş və bunun qarşılığında ona 10.000 (on min) manat pul verəcəyini vəd etmişdir. O, ilk öncə tərəddüd edərək Rəşadətin bu təklifi ilə razılaşmasa da, lakin sonradan tamahına güc gələ bilməyib sonuncunun bu təklifi ilə razılaşıb heyvanların oğurlanmasına köməklik edəcəyini vəd etmişdir. Rəşadət səhhəti ilə əlaqədar bir müddət Laçın rayonuna gələ bilməmiş, lakin ara-sıra ona zəng edib heyvanların oğurlanması ilə bağlı danışıb öz planını qurmuşdur. Aralarındakı razılaşmaya əsasən o, Minkənd kəndidə otlayan heyvanların yeri və həmin heyvanlara hər hansı işçi tərəfindən nəzarət olub-olmaması barədə Rəşadətə məlumat verməli, sonuncu da həmin yerə gəlib heyvanları götürüb aparmalı imiş. Bir müddət sonra, yəni 24 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 yenidən ona zəng edib Laçın rayonunda olduğunu, heyvanları həmin gün axşam saat 19-20 radələrində oğurlamaq istədiyini bildirib bununla əlaqədar Minkənd kəndində heyvanların olduğu otlaq sahəyə yaxın Şahid4 və Şahid1 adlı iki nəfər şəxs göndərdiyini bildirərək heyvanların olduğu yer barədə istiqamət verməsini demişdir. Bundan sonra o, həmin şəxslərin olduğu əraziyə yaxın yerdə 28 baş iri buynuzlu heyvan olduğunu bildirərək həmin heyvanların dəqiq yeri barədə istiqamət vermiş və həmin heyvanların yanında heç bir çoban və ya mühafizəçi olmadığını bildirmişdir. Bundan sonra Rəşadət onun verdiyi istiqaməti Şahid4 və Şahid1 bildirib həmin istiqamətdə gedib heyvanları götürmələrini demişdir. Daha sonra o, Rəşadətə zəng edib həmin şəxslərin heyvanları tapıb-tapmadıqlarını soruşanda Rəşadət heyvanı tapdıqlarını bildirmiş, o, isə ətrafda heç kimin olmadığını və heyvanları həmin yerdən oğurlayıb apara biləcəklərini demişdir. Lazım olan köməkliyi etdikdən sonra Zərərçəkmiş şəxs MMC-nin Laçın rayonunun Minkənd kəndində yerləşən düşərgəsinə qayıtmış, bir qədər sonra Rəşadət ona zəng edərək 28 baş iribuynuzlu heyvanı oğurlayıb apardıqlarını bildirmişdir. Bundan sonra o, yatmışdır. İki gündən sonra, yəni 26 noyabr 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən həmin heyvanların tapıldığını və Zərərçəkmiş şəxs MMC şirkətinin işçilərinə təhvil verildiyini eşitmişdir. O, nə baş verdiyini, polislərin həmin heyvanları hansı şəraitdə tapdıqlarını bilməmiş, qorxusundan Rəşadətə də zəng etməmişdir. Heyvanlar oğurlandıqdan sonra Rəşadətlə heç bir əlaqəsi olmadığından Rəşadət ona vəd etdiyi 10.000 manat pulu da ona verməmişdir. Daha sonra isə polis əməkdaşları onu bununla bağlı izahat verməsi üçün Laçın rayon polis şöbəsinə dəvət etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs2 ifadəsində törətdiyi əməldən Təqsirləndirilən şəxs1 başqa heç kəsin məlumatı olmadığını və bu əməli törətməsində ona başqa heç kimin köməklik etmədiyini, Şahid4 və Şahid1 heyvanların oğrulanmasından məlumatlı olub-olmaması barədə heç bir məlumatı olmadığını, belə ki, həmin şəxsləri ümumiyyətlə tanımadığını, onların Rəşadətin tanışları olduğunu, Rəşadətlə həmin şəxslər arasında nə kimi danışıqların olmasından xəbərsiz olduğunu, əvvəllər heç vaxt bu cür əməl törətmədiyini, işlədiyi fermadan heç bir heyvan oğurlamadığını, ilk dəfə bu cür qanunsuz əməl törətdiyini, oğurlanan 28 baş heyvanın hamısının dişi cinsli olmaqla diri çəkilərinin təxminən 250-300 kiloqram aralığında, yaşlarının isə 2-3 yaş aralığında olduğunu da bildirmişdir. Daha sonra o, əməlindən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş hüquqi şəxsə vurulmuş ziyanı ödədiyini bildirərək qeyd edilən və iş üzrə digər yüngülləşdirici halları nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, təqsirləndirirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən "xxxx" MMC-nə dəymiş ziyan tam olaraq ödənilsə də onlar təqsirləndirirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şikayətçidirlər, onlarla barışmamışlar və ona görə də təqsirləndirilən şəxslərə ağır cəza olaraq azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Laçın RPŞ-nin İTB-də xidmət üzrə baş inspektoru vəzifəsində işləyən Şahid2 ifadəsində göstərmişdir ki, o, 26 noyabr 2024-cü il tarixdə gecə saatlarında əməliyyat qrupu ilə birlikdə Laçın rayonu Minkənd kəndi ərazisində olarkən iribuynuzlu heyvan səsləri gəldiyini eşitmiş, həmin səslərə doğru yaxınlaşdıqda relyefcə dağlıq ərazidəki dərədə 28 baş iribuynuzlu heyvan olduğunu görmüşdür. Heyvanların olduğu yerin yaxınlığında yatmaq üçün istifadə edilən köhnə yük nəqliyyat vasitəsinin kabininə yaxınlaşıb içərisində kiminsə olub-olmadığını aydınlaşdırmağa çalışmış, bu zaman uca səslə içəridə kimsənin olub-olmamasına dair səslənmiş, içəridən sonradan adlarının Şahid1 və Şahid4 olduğunu öyrəndiyi iki şəxs çıxaraq özlərini təqdim etmişlər. Adıkeçən şəxslərdən gecə saatlarında həmin ərazidə nə etdiklərini soruşduqda onlar Təqsirləndirilən şəxs1 adlı şəxsin tapşırığı ilə həmin heyvanlara baxdıqlarını bildirmişlər. O, heyvanların kimə məxsus olmasını, yəni sahibinin kim olduğunu soruşanda həmin şəxslər bu barədə məlumatları olmadığını, yaxın günlərdə heyvan sahibinin gəlib heyvanları həmin ərazidən aparacağını bildirmişlər. Həmin şəxslər heyvanların Rəşadət adlı şəxs tərəfindən onlara tapşırıldığını və çoban kimi heyvana baxdıqlarını bildirmişlər. O, heyvanların qulaqlarında “birka” olduğunu görüb hər ehtimala qarşı bu barədə rayon polis şöbəsinə məlumat vermişdir. Bundan sonra polis şöbəsindən bildirilmişdir ki, həmin ərazidə iribunuzlu heyvan saxlayan Zərərçəkmiş şəxs MMC-yə məxsus heyvanlardan çatışmazlıqlar vardır, həmin heyvanların qeyd olunan MMC-yə məxsus olub-olmamasını aydınlaşdırmaq üçün bu barədə həmin şirkətə məlumat verilmişdir. Buna görə o, verilən tapşırığa uyğun olaraq Zərərçəkmiş şəxs MMC-nin əməkdaşları gələnə qədər həmin ərazidə gözləmişdir. Səhərə yaxın Zərərçəkmiş şəxs MMC-nin baytar həkimi Şahid3 və baş çobanı X5 həmin əraziyə yaxınlaşmış və heyvanlara baxan kimi həmin 28 baş iribuynuzlu heyvanların hamsının Zərərçəkmiş şəxs MMC-yə məxsus olduğunu təsdiq etmişlər. Bundan sonra o, rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Cavidan Hacıyevlə birlikdə akt tərtib edərək 28 baş iribuynuzlu heyvanın hamısını sağlam vəziyyətdə Şahid3 və Şiraslan Həsənova təhvil vermiş, bundan sonra heyvanların tapılaraq qanuni sahibinə qaytarılması haqqında raportla polis şöbəsinə müraciət etmişdir. Heyvanların oğurlanmasına dair şübhələr olduğundan Şahid1 və Şahid4 rayon polis şöbəsinə dəvət edilmişlər. Sonradan polis şöbəsində araşdırma aparılarkən həmin heyvanların Təqsirləndirilən şəxs1 adlı şəxs tərəfindən oğurlanması müəyyən olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 15 avqust 2023-cü il tarixdən Laçın rayonu ərazisində "xxxx" MMC şirkətində baytar həkim kimi fəaliyyət göstərmiş və hal-hazırda isə İmişli R-Aqro MMC-də baytar həkimi işləyir. Həmin şirkətin çobanı Təqsirləndirilən şəxs2 "xxxx" MMC-də işə başlayandan sonra tanımışdır. Lakin onunla yaxın münasibəti yox idi. Onu sadəcə çoban kimi tanıyırdı və demək olar ki, yalnız yemək vaxtlarında görürdü. 26 noyabr 2023-cü il tarixdə gecə saatlarında şirkət işçisi Xəlil Sərvərov baş çoban Şiraslan Həsənova zəng edərək polis əməkdaşları tərəfindən Laçın rayonu Minkənd kəndi ərazisində şirkətə məxsus iribuynuzlu heyvanlar tapıldığını və həmin heyvanları təhvil götürmək lazım olduğunu bildirdi. Bu səbəbdən Şiraslanla o, qaldıqları düşərgədən çıxıb Laçın rayonu Minkənd kəndi ərazisinə getmişlər. Həmin vaxt gecə saatları olduğundan qaranlıq düşmüşdü. Onlar polis əməkdaşları ilə birlikdə 28 (iyirmi səkkiz) baş iribuynuzlu heyvanı təhvil almış və bu proses polis əməkdaşları tərəfindən aktlaşdırılmışdır. Bundan sonra həmin heyvanları şirkətin düşərgəsinə gətirərək öz yerlərinə yerləşdirmişlər. Sonradan ona məlum olmuşdur ki, həmin heyvanlar sahibsiz qalaraq həmin əraziyə getməyib, şirkətin Təqsirləndirilən şəxs2 adlı çobanının köməkliyi ilə tanımadığı şəxs tərəfindən oğurlanıb. Heyvanları geri öz ərazilərinə qaytararkən artıq səhər saatlarında onlara şirkətin mühafizəçiləri Yavər Həsənov və Araz Əliyev də köməklik göstərdilər. Lakin heyvanları əsas təhvil alan onunla baş çoban vəzifəsində işləyən Şiraslan Həsənov oldu. Bundan sonra qış ayları gəldiyi üçün heyvanlar hava şəraitinə dözmədiyindən həmin şirkətin heyvanlarla birlikdə Zəngilan rayonu ərazisinə köç proseduru başladı. Heyvanları Zəngilan rayonuna köçürərkən onlardan 118 baş iribuynuzlu heyvanın və təxminən 350-360 baş buzovun itdiyi aşkarlandı. Bununla bağlı deyə bilər ki, heyvanlar 2023-cü ilin oktyabr ayından Laçın rayonu ərazisində təxminən 5000 hektar ərazidə dağılaraq dağınıq şəkildə otlayırdılar və heyvanların sayı təxminən 6000 baş olduğundan, onların isə sayı az olduğundan heyvanlara bütövlükdə nəzarət etmək qeyri-mümkün idi. Bu səbəbdən də o, həmin heyvanların otladığı ərazilərin bir hissəsinin Ermənistan sərhədinin yaxınlığı olduğundan bir çox heyvanın Ermənistan ərazisinə keçməsi, bir hissəsinin vəhşi heyvanlar tərəfindən parçalanması və digər hissəsinin isə dağ-dərə ərazisindən yuvarlanaraq ölməsini ehtimal edir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Tovuz rayon Düzqırıqlı kəndində yaşayır. 2023-cü ilin sentyabr ayında işləmək üçün Laçın şəhərinə getmiş, sentyabrın 26-da "xxxx" MMC-də topoqraf fəhləsi vəzifəsində işə başlamışdır. Bundan bir müddət sonra, yəni həmin ilin oktyabr ayının ortalarında Təqsirləndirilən şəxs1la Laçın şəhərində tanış olmuş, sonuncu ona Laçın rayonunda traktor ustası işlədiyini bildirmişdir. Ara-sıra Rəşadətlə Laçın şəhərində görüşüb söhbətləşmiş və tədricən aralarında səmimi münasibətlər yaranmışdır. 20 noyabr 2023-cü il tarixdə işlədiyi şirkətin Laçın rayonu ərazisində yerləşən yeməkxanasında yemək yeyərkən Rəşadət də ora gəlmiş, birlikdə yemək yeyib söhbətləşmişlər. Söhbət zamanı Rəşadət Laçın rayonunun hansısa kəndində tanıdığı bir şəxsə məxsus 20-30 baş iribuynuzlu heyvanın olduğunu, həmin heyvanlara baxan çobanın işdən çıxması səbəbindən heyvanlara baxacaq başqa çobanın olmadığını, yeni çoban tapılana qədər həmin heyvanları olduqları yerdən təxminən 10 kilometr aralıda yerləşən başqa bir fermaya aparıb yığmaq və sahibi gəlib heyvanları aparanadək bir neçə gün onlara baxmaq lazım olduğunu ona bildirib, bu işi görməyə razı olacağı təqdirdə bunun müqabilində ona 1.000 manat pul verəcəyini demişdir. Rəşadətin təklif etdiyi pul onu qane etdiyindən bu işi görməyə razı olmuşdur. Lakin Rəşadət onun bu işi təkbaşına görə bilməyəcəyini, özünə əlavə bir köməkçi də tapmasını, həmin köməkçiyə isə bu işin müqabilində 500 manat pul verəcəyini də demişdir. O, bu işdə həmkədlisi Şahid4 kömək edə biləcəyini düşünüb həmin şəxsi kömək üçün dəvət edəcəyini Rəşadətə bildirmişdir. Rəşadət bu işə başlayacaqları vaxt barədə ona məlumat verəcəyini deyib harasa getmişdir. Növbəti gün o, tanışı Şahid4 zəng edərək Rəşadətin təklifi barədə məlumat verib əgər işləmək istəyirsə Laçın rayonuna gəlməsini demiş, Orxan da pula ehtiyacı olduğunu bildirərək Rəşadətin təklifini qəbul etmişdir. 23 noyabr 2023-cü il tarixdə Rəşadət ona zəng edərək Bərdə rayonunda olduğunu, əgər tanışı Orxan bu işə razıdırsa Laçın rayonuna gələrkən sonuncunu da özü ilə gətirmək istədiyini demişdir. Bundan sonra o, bu barədə Orxana məlumat vermiş və onları bir-biri ilə əlaqələndirmişdir. Noyabr ayının 23-dən 24-nə keçən gecə Rəşadət idarə etdiyi “Hyundai Santafe” markalı nəqliyyat vasitəsi ilə Orxanı götürüb Laçın rayonuna doğru yola düşmüş və səhər saat 07 radələrində Laçın şəhərinə gəlib çatmışlar. Rəşadət gəlib onu da qaldığı düşərgədən götürmüş və onlar birlikdə həmin nəqliyyat vasitəsi ilə Laçın rayonunun Minkənd kəndinə getmişlər. O, əvvəllər həmin kənddə olmamış, ilk dəfə Rəşadətlə həmin gün ora getmişdir. Rəşadət onlara ilk öncə heyvanları götürəcəkləri ərazini, sonra isə təxminən 10 kilometrə yaxın yol sürərək aparacaqları yolu və ferma tipli yeri göstərmişdir. Saat təxminən 15-16 radələrində yenidən heyvanları götürəcəkləri yerə qayıtdıqdan sonra Orxanla o, avtomobildən düşmüş, Rəşadət isə işinin olduğunu və heyvanların yeri barədə onlara zəng edib bu barədə məlumat verəcəyini deyərək maşınla çıxıb getmişdir. Saat təxminən 17 radələrində Rəşadət Şahid4 zəng edərək Minkənd kəndində yerləşən polis postu istiqamətinə getmələrini və heyvanların həmin istiqamətdə olduqlarını demişdir. Onlar həmin istiqamətə getdikdən sonra saat 19 radələrində Rəşadət təkrarən Orxana zəng edib dayandıqları yerin yaxınlığındakı dağın arxasına keçmələrini, heyvanların həmin yerdə olduğunu bildirərək, oraya keçib heyvanları götürmələrini tapşırmış, buna görə onlar piyada həmin yerə gedərək orada olan 28 baş iribuynuzlu heyvanı tapmış, haraylayıb qabaqlarına qataraq piyada Rəşadət dediyi istiqamətə aparmağa başlamışlar. Az sonra Rəşadətə zəng edərək heyvanları aparmağa başlamaları barədə məlumat verərkən sonuncu yollarına davam etmələrini və az sonra onlara yaxınlaşacağını bildirmişdir. Təxminən 8-9 kilometr getdikdən sonra onlar Rəşadətin əvvəlcədən göstərdiyi yerə gəlib çatmışlar. Həmin vaxt Rəşadət də həmin yerdə olmuş, nəqliyyat vasitəsinin işığını yandırıb həmin istiqamətə gəlmələrini demiş və beləcə onlar görüşmüşlər. Həmin yerdə heyvan saxlanması üçün nəzərdə tutulan dəmir örtüklərlə əhatələnmiş yer olduğundan iribuynuzlu heyvanları həmin yerə yığmışlar. Özləri isə Rəşadətin idarə etdiyi nəqliyyat vasitəsinə əyləşib orada yatmışlar. Növbəti gün, yəni 25 noyabr 2023-cü il tarixdə saat 05- 06 radələrində yuxudan oyanaraq heyvanları yığdıqları yerdən çıxarıb otlamaları üçün yaxınlıqdakı meşəlik əraziyə ötürmüşlər. Rəşadət onlara heyvanları 2-3 gün həmin ərazidə saxlamalarını, bundan sonra sahibinin gəlib heyvanları daşıyıb aparacağını bildirmiş və hansısa işi ilə əlaqədar gəldiyi avtomobilə əyləşib getmişdir. O, Şahid4la birlikdə həmin ərazidə heyvanların yanında qalmışdır. Axşam saatlarında hava küləkli olduğundan həmin ərazidə olan vaqonda yatdıqları zaman gecə saatlarında polis əməkdaşları gəlib onları oyadaraq həmin heyvanları haradan əldə etmələrini soruşanda o və Orxan baş verənlər barədə polis əməkdaşlarına və polis əməkdaşlarının gəlməsi barədə isə Rəşadətə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları onları rayon polis şöbəsinə dəvət etmiş, orada olarkən heyvanların oğurluq olması onlara bəlli olmuşdur. Daha sonra Rəşadət də polis şöbəsinə dəvət olunmuşdur. Sonradan Rəşadət heyvanları oğurlamasını etiraf etmişdir. Bundan başqa Şahid1 ifadəsində heyvanların oğurluq olmasından, yəni Rəşadətin qanunsuz əməllərindən məlumatsız olduğunu, Təqsirləndirilən şəxs1la yaxın münasibətləri olduğundan sonuncunun onu aldatmasını ağlına belə gətirmədiyini, hadisələrin gedişatında da hər hansı qanunsuzluğun olmasından şübhələnmədiyini, sonuncunun danışıdıqlarına inanıb 1.000 manat pul müqabilində heyvanların daşınmasında fəhlə kimi iştirak etdiyini, habelə Şahid4 da baş verənlərdən xəbərsiz olduğunu, sonuncunun ümumiyyətlə Rəşadəti tanımadığını, onun xahişi ilə Laçın rayonuna gəlib ona köməklik etməyə razılaşdığını, bunun müqabilində Rəşadətin 500 manat pul verəcəyini vəd etdiyini, əvvəllər heç vaxt heyvan oğurluğu etmədiyini, heyvanları olduğu yerdən digər yerə aparıb bir neçə gün baxılması müqabilində Rəşadət ona 1.000 manat, Orxana isə 500 manat pul verəcəyini vəd etsə də, ona və Orxana heç bir məbləğdə pul vemədiyini, Rəşadətin daha öncə heyvan oğurlayıboğurlamaması barədə heç bir məlumatı olmadığını, apardıqları heyvanların qulaqlarında olan birkaların mənasını soruşanda Rəşadətin bunun heyvanların peyvəndlənməsi ilə əlaqədar olduğunu dediyini göstərmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid4 da məhkəmə baxışı iclasında ifadəsi elan edilmiş Şahid1lə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları olduğu kimi bir daha təsdiq etmiş, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməllərindən məlumatsız olduğunu və bu barədə yalnız polis şöbəsində olarkən məlumat aldığını qeyd etmişdir. Bundan başqa, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/9981 nömrəli rəyindən görünür ki, 18 baş, dişi cinsli, 2-3 yaş aralığında olmaqla ortalama diri çəkisi təxminən 240 kiloqram olan inəklərin ümumi dəyəri - 27.000 manat, 10 baş, 3-5 yaş aralığında olmaqla ortalama diri çəkisi təxminən 300 kiloqram olan inəklərin ümumi dəyəri-18.000 manat olmaqla, 28 baş iribuynuzlu heyvanların 2023-cü ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 45.000 manat müəyyən olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş əmək müqaviləsi bildirişi barədə elektron çıxarışın və xx.xx.2022-ci il tarixli əmrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs MMC-də çoban vəzifəsində işə qəbul olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş “İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş “Bakı şəhər Narkoloji Mərkəzi” X12 xx.xx.2024-cü il tarixli, 49779 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhər Narkoloji Mərkəzdə narkoloji qeydiyyatda yoxdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası TƏBİB-nin “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X12 xx.xx.2024-cü il tarixli, 10173 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X12in poliklinika şöbəsinin ruhi-əsəb kabinetində dispanser qeydiyyatda yoxdur. Cəbrayıl rayon Mərkəzi Xəstəxanası” X12 xx.xx.2024-cü il tarixli, 243 nömrəli və 142 nömrəli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs2 “Cəbrayıl rayon Mərkəzi Xəstəxanası” X13 narkoloji qeydiyyatda və rayon poliklinikasının ruhi-əsəb kabinetində qeydiyyatda olmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunan 26 noyabr 2023-cü il tarixli aktdan və əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, iş üzrə əhəmiyyət kəsb etdiyindən 28 baş iribuynuzlu heyvan maddi sübut qismində tanınmış və Zərərçəkmiş şəxs MMC-yə məxsus 28 (iyirmi səkkiz) baş iribuynuzlu heyvanların gündəlik qulluğa ehtiyacı olduğundan, yəni onların saxlanması üçün müəyyən xərc tələb olunduğundan həmin heyvanlar Zərərçəkmiş şəxs MMC-nin MMC-nin əməkdaşları-baytar həkim Şahid3 və baş çoban X4 təhvil verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olan tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışlar. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Qaradağ rayon İHB-nın Sahil qəsəbə İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışlardan və şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1, həyat yoldaşı X2, iki nəfər yetkinlik yaşına çatmış qızları və bir nəfər azyaşlı oğlu ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi M. Seyidov küçəsi 16 saylı yataqxananın həyətində qeydiyyatsız yaşayırlar. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Cəbrayıl rayon İHB-nın Böyük Mərcanlı kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan, forma 88-dən və şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2, həyat yoldaşı X3, bir nəfər yetkinlik yaşına çatmış qızı və iki nəfər azyaşlı uşaqları ilə birlikdə Biləsuvar rayonu 5 saylı qəsəbə ev 313-də müvəqqəti yaşayır və həmin uşaqlardan X10 birinci dərəcəli əlildir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yerləri üzrə müsbət xarakterizə olunurlar. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş vəsiqənin surətindən görünür ki, Məmmədov X9 rayonundan olan məcburi köçkündür. İşdə olan və məhkəmə iclasında tədqiq olunan zərər çəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə ərizəsindən görünür ki, təqsirləndirirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən "xxxx" MMC-nə dəymiş ziyan tam olaraq ödənilsə də onlar təqsirləndirirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şikayətçidirlər, onlarla barışmamışlar və ona görə də təqsirləndirilən şəxslərə ağır cəza olaraq azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məhkəmədən xahiş edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 21 aprel 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5 və 177.2.4-cü maddələri ilə yenidən ittihamın elan edilməsinin və barələrində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirlərinin nəzərə alınması, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şahid1 və Şahid4 əməllərində cinayət tərkibi olmadığından barələrində başlanmış cinayət təqibinə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən xitam verilməsi, Zərərçəkmiş şəxs MMC-yə məxsus ümumilikdə 118 baş iribuynuzlu (89 ədədi dişi, 29 ədədi erkək) və 388 baş buzovun naməlum şəraitdə itməsi epizodu üzrə sözügedən heyvanların tapılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi üçün qəbul edilmiş qərarın surətinin RPŞ-nin CAB-a göndərilməsi, Zərərçəkmiş şəxs MMC-nin zərərçəkmiş şəxs qismində, Nümayəndə isə zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmasının nəzərə alınması, cinayət işi üzrə təqsirləndirilən şəxslərin ifadələrinin, habelə şahidlərin ifadələrinin, ekspert rəyinin, istintaq hərəkəti protokollarının, həmçinin cinayət işinə əlavə edilmiş digər sənədlərin sübut növü kimi qiymətləndirilməsi, iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayətin predmeti olan 28 baş iribuynuzlu heyvanın xx.xx.2023-cü il tarixli qərarla maddi sübut kimi tanınmasının və həmin heyvanların saxlanc üçün sahibi Zərərçəkmiş şəxs MMC-yə təhvil verilməsinin nəzərə alınması, cinayət işinin başlanması rədd edilmiş xüsusatlarla bağlı materialların ayrılaraq Laçın RPŞ-nin arxivində saxlanılması, qərar barədə maraqlı şəxslərə məlumatın verilməsi və qəbul edilmiş qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.4-cü, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-in 32.5 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirləri tam sübuta yetirilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMin 177.2.4-cü, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-in 32.5 və 177.2.4cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş müvafiq cəza ilə cəzalanmalıdırlar. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə sadalanan qanunvericilik normalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlikəlilik dərəcəsini, təqsirləndirilənlərin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə xüsusi ilə vurğulayır ki, qanuni, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərir, onun, həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarşısını alır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sayəsində mühüm vasitədir. Məhkəmə Təqsirləndirilən şəxs1 cinayəti etiraf edib səmimi peşman olduğunu, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, himayəsində azyaşlı bir uşağının olmasını, ilk dəfə olaraq belə bir cinayət əməlinə yol verməsini və məhkumluğunun olmamasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinin tələblərinə əsasən işdə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş işdə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cinayəti etiraf edib səmimi peşman olduğunu, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, himayəsində azyaşlı bir uşağının olmasını, ilk dəfə olaraq belə bir cinayət əməlinə yol verməsini və məhkumluğunun olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almaqla onu xarakterizə edən halları tədqiq edərək, bundan başqa işin konkret hallarını, törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini də nəzərə alaraq onun islah olunması üçün təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən nisbətən az ciddi cəza növünün-azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza növü ilə cəzanın məqsədini təmin etmək mümkündür. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Cəzanın müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün bu hissəsinin icrası onun yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.20-346.1.22-ci maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cinayəti etiraf edib səmimi peşman olduğunu, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, himayəsində iki azyaşlı uşağının olmasını və həmin uşaqlardan X6 birinci dərəcəli əlil olmasını, ilk dəfə olaraq belə bir cinayət əməlinə yol verməsini, məcburi köçkün olmasını, həmçinin məhkumluğunun olmamasını Azərbaycan Respublikası CMnin 59-cu maddəsinin tələblərinə əsasən işdə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş işdə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cinayəti etiraf edib səmimi peşman olduğunu, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, himayəsində iki azyaşlı uşağının olmasını və həmin uşaqlardan X6 birinci dərəcəli əlil olmasını, ilk dəfə olaraq belə bir cinayət əməlinə yol verməsini, məcburi köçkün olmasını, həmçinin məhkumluğunun olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almaqla, onu xarakterizə edən halları tədqiq edərək, bundan başqa işin konkret hallarını, törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini də nəzərə alaraq onun islah olunması üçün təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 32.5 və 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən nisbətən az ciddi cəza növünün-azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza növü ilə cəzanın məqsədini təmin etmək mümkündür. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunu tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Cəzanın müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün bu hissəsinin icrası onun yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.20-346.1.22-ci maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin edilməsi nəzərdə tutulan bu cəza növləri cəzanın əsas məqsədini təmin edir. Cinayət işi üzrə maddi sübut qismində tanınmış 28 (iyirmi səkkiz) baş iribuynuzlu malqara Zərərçəkmiş şəxs MMC-nin mülkiyyətində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, ibtidai istintaq dövründə iş üzrə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə dəymiş maddi ziyanın təqsirləndirilən şəxslər tərəfindən tam şəkildə ödənilməsi həyata keçirilmişdir. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və xüsusi müsadirə yoxdur. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı və 381-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi Bakı Şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunu tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi Biləsuvar rayonu icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut qismində tanınmış 28 (iyirmi səkkiz) baş iribuynuzlu malqara Zərərçəkmiş şəxs MMC-nin mülkiyyətində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və xüsusi müsadirə yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Laçın Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) gün başa çatdıqdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar